MEDIA-ISLAM.COM


 

3-cü hədis

Sünnü və şiələrin nəql etdiyi 3-cü hədisi Nişapuri «Müstədrək»də[1] və Zəhəbi «Təlxis»də[2]  qeyd etmişdir:

Büreydə Əsləmi deyir ki, Əli (ə) ilə cihad üçün Yəmənə getmişdim. Ondan xoşuma gəlməyən hadisələr müşahidə etdim. Qayıdanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gəldim, Əli  (ə)-ni xatırladım və ona irad tutdum. Bu zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in (qəzəbdən) rəngi dəyişdi, sonra dedi: «Ey Büreydə! Mən mö`minlərin özünə, onların özündən artıq ixtiyar sahibi deyiləmmi?!» Dedim: «Bəli, ya Rəsuləllah!» Həzrət buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

Bu, eynilə Peyğəmbər (s)-in Qədir-Xumda buyurduğu bəyandır ki, bu yerdə də Bureydəyə buyurmuşdu. Böyük hədis alimləri, tarixçilər və müfəssirlər[3] Qədir-Xum hadisəsini, bu hadisəni öz fənləri (ixtisasları) ilə əlaqədar mövzularda, hətta böyük lüğət alimləri də onu öz lüğət kitablarında qeyd etmişlər.

İbni Düreyd «Cəmhərətül-lüğət» kitabında yazır:

غَدِيرٌ مَعْرُوفٌ، وَهُوَالْمَوْضِعُ الَّذِى قَامَ فِيهِ رَسُولُ اللَّهِ  صلي الله عليه و آله سلم  خَطِيبًا يُفَضِّلُ اَمِيرَالْمُؤْمِنِينَ عَلِىَّ بْنَ اَبِي طَالِبٍ

«Qədir məşhur bur yerdir və o da həmin məkandır ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ayağa qalxıb, xütbə oxuyaraq Əmirəl-mö`minin Əli (ə)-ın fəzilətli olduğunu bəyan etmişdir.»[4]

«Tacul-ərus» kitabında «vəli» kəlməsi ilə əlaqədar deyilir:

اَلَّذِى يَلِى عَلَيْكَ اَمْرَكَ ... وَمِنْهُ الْحَدِيثُ: مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِىٌّ مَوْلاَهُ

«Vəli o kəsdir ki, sənin işlərini öhdəsinə alsın... Və bu mə`na elə “mən kuntu movlahu fə Əliyyun movlahu” hədisində gələndir.»

İbni Əsir «Nihayə» kitabının «vəli» kəlməsi ilə əlaqədar hissəsində deyir:

وَقَوْلُ عُمَرَ لِعَلِىٍّ اَصْبَحْتَ مَوْلَى كُلِّ مُؤْمِنٍ، اَىْ وَلِىَّ كُلِّ مُؤْمِنٍ

«Ömərin Əliyə dediyi «ya Əli, mənim və hər bir mö`minin vəlisi oldun»–dedikdə, vəlidən məqsəd hər bir mö`minin vəlisi olmaqdır.»

Qədir-Xum hədisi sünnülərin nəzərində səhih sayılan yollarla rəvayət edilmişdir, halbuki, o hədisin nəql olunma yolu elə bir həddədir ki, sənədinin səhihliyini araşdırmağa lüzum görülmür.

Hafiz Süleyman ibni İbrahim Qənduzi Hənəfi «Yənabiül-məvəddət» kitabında yazır:

 «Məhəmməd ibni Cərir Təbəri («Tarixi Təbəri»nin müəllifi) «Mənaqib» kitabında Qədir-Xum hadisəsini 75 yolla rəvayət etmişdir. Bu mövzu ilə əlaqədar «Əl-vilayət» adlı kitab da yazmışdır. Həmçinin, Qədir-Xum rəvayətini Əbul-Abbas Əhməd ibni Məhəmməd ibni Səid ibni Üqdə də rəvayət etmiş və bu mövzuda «Əl-muvalat» adlı bir kitab da yazmışdır. Hədisin sənədlərini 105-dən artıq zikr etmişdir. O, sonra deyir: «Əllamə Əli ibni Musa və Əli ibni Məhəmməd Əbil-Məali Cüveyni (İmamul-Hərəmeyn ləqəbi ilə məşhurdur) nəql etmişlər ki, Ustad Əbu Hamid Ğəzzali təəccüblə deyirmiş: «Bağdadda kitab səhifələyən bir şəxsin əlində bir kitab gördüm, onda Qədir-Xum rəvayətləri vardı. O kitabda belə yazılmışdı: «Peyğəmbər (s)-in buyurduğu: “Mən kuntu movlahu fə haza Əliyyun movlah”  hədisinin sənədlərinin 28 ci cildi; və 29-cu cildidə davam edir.»[5]

İbni Həcər «Təhzibut-təhzib» kitabında Əli (ə)-ın tərcümeyi-halında Qədir-Xum hədisini ibni Əbdül-Birr, Əbu Hüreyrə, Cabir, Bəra ibni Azib və Zeyd ibni Ərqəmdən nəql etdikdən sonra deyir: İbni Cərir bu hədislə əlaqədar yazdığı kitabda qeyd olunan şəxslərdən qat-qat artığının adını qeyd etmişdir, Əbul-Abbas ibni Üqdə bu hədisin nəql olunma yollarının toplanmasına e`tina etmiş və o hədisi 70, yaxud daha artıq səhabədən ixrac (nəql) etmişdir.»[6]

Bu hədisin Əmirəl-mö`minin Əli (ə)-ın Peyğəmbər (s)-dən sonra bilavasitə, fasiləsiz vilayət və xilafətinə dəlalət etməsi aydındır. Çünki «mövla» kəlməsinin müxtəlif mə`nalarda işlənməsinə baxmayaraq, mövcud şahidlərlə müəyyən olur ki, bu hədisdə onun nəzərdə tutulduğu mə`nası «vilayəti-əmrdir». İndi o şahidlərdən bə`zilərini qeyd edirik:

1-Bu bəyandan əvvəl Peyğəmbəri Əkrəm (s) öz vəfatından xəbər verir, Allahın kitabını və öz itrətini camaata tapşırır və buyururdu ki, bunlar heç vaxt bir-birindən ayrılmazlar. Bu sözlərdən sonra Əli (ə)-ı «mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır»–ünvanı ilə camaata tanıtdırır ki, burada onun məqsədi özündən sonra elə bir şəxsin tanıtdırılmağıdır ki, onunla Qur`ana eyni zamanda sarılmaq vasitəsilə zəlalətdən amanda qala bilər.

2-Həcdən qayıdan bu qədər camaatı yandırıcı havada saxlayıb dəvələrin palanından minbər düzəltmək və nəticədə Əli (ə)-nin «iman əhlinin dostu və köməkçisi» olmasını çatdırması xatəmiyyət məqamı ilə münasib deyildir və bu xüsusiyyətlər göstərir ki, Peyğəmbərin məqsədi çox mühüm olan bir məsələni ümmətə çatdırmaq, e`lan etməkdir ki, o da vəli və mövla kəlməsinin mə`nalarından olan «vilayəti-əmr»dən başqa bir şey deyildir.

3-Vahidi «Əsbabun-nüzul» kitabında Əbu Səid Xudridən belə nəql edir ki, Ya əyyhər-Rəsul bəlliğ ma unzilə...” [7] ayəsi Qədir-Xum günündə və Əliyyibni Əbitalibin şə`nində nazil olmuşdur.[8]

Bu şərif ayədən mə`lum olur ki, Peyğəmbər (s)-in (bu ayənin şə`ni-nüzulunun da göstərdiyi kimi) çatdırmağa əmr olunduğu şeydə iki xüsusiyyət var imiş:

1-Elə mühüm əhəmiyyətə malikdir ki, Allah-Taala: “Əgər onu çatdırmasan, öz risalətini yerinə yetirməmişsən”-deyə buyurur.

2-«Bu təbliğdə Allah səni şərlərdən qoruyacaq» cümləsi göstərir ki, bu mətləbin bəyan olunması ardınca münafiqlərin məkrli hiylələri gələcəkdir. Çünki kitab əhlindən o həzrətin zühurunu və hökumətinin genişlənməyini eşitmiş və bu məqama çatmaq tamahı ilə o həzrətə iman gətirmişdilər. Belə bir iş də mövla kəlməsinin mə`nalarından olan «ümmətin vilayət əmrindən» başqa bir mə`na ilə ifadə edilməyəcəkdir.

4-Xətib Bağdadi Əbu Hüreyrədən belə rəvayət edir: «Bir kəs zil-həccənin 18-ci gününü oruc tutsa, onun üçün 60 ayın orucu yazılar. O, Qədir-Xum günüdür. Belə ki, Peyğəmbəri Əkrəm (s) Əliyyibni Əbitalibin əlindən tutub qaldırdı və dedi: «Mən mö`minlərin vəlisi deyiləmmi?!» Dedilər: «Əlbəttə, ya Rəsuləllah!» Buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.» Ömər ibni Xəttab dedi: “Bəxxin bəxxin, yəbnə Əbitalib (Təbriklər olsun, ey Əbu Talibin oğlu çünki,) mənim və hər bir müsəlmanın mövlası oldun.” Sonra Allah-Taala «əl-yovmə əkməltu ləkum dinəkum...» ayəsini nazil etdi.»[9]

Allahın dininin kamala çatıb, ne`mətinin tamamlanmasına, islam dininin Allahın bəyənməsinə, razılığına səbəb olan şey məhz Allah hökmlərinin müəllim və icraçısının tə`yin olunmasıdır.

5-Şəblənci «Nurul-əbsar» kitabında[10] yazır: «İmam Əbu İshaq Sə`ləbi öz təfsirində nəql etmişdir ki, Süfyan ibni Üyeynədən Allah-taalanın buyurduğu “səələ sailun bi əzabin vaqe”[11] ayəsinin kimin barəsində nazil olmasını soruşduqda, dedi: “Elə bir məsələ barəsində soruşdun ki, səndən qabaq bir kəs onu məndən soruşmamışdı. Atam Cə`fər ibni Muhəmməddən, o da ata-babalarından mənə (hədis) nəql etmişlər ki, Peyğəmbəri Əkrəm Qədir-Xumda camaatı çağırdı. Onlar bir yerə toplaşdıqdan sonra Əlinin əlindən tutub dedi: “Mən kuntu movlahu fə Əliyyun movlahu.” Sonra bu xəbər şəhərlərə yayılıb, Haris ibni No`man Fehriyə çatdıqda Peyğəmbər (s)-in yanına gəlib dedi: “Ya Muhəmməd! Bizə əmr etdin ki, Allahın vəhdaniyyətinə şəhadət verək, səndən qəbul etdik; Əmr etdin ki, beşlik namazı qılaq, qəbul etdik; zəkat verməyi əmr etdin, qəbul etdik; ramazan ayının orucunu tutmağı əmr etdin qəbul etdik; bizə həcci əmr etdin, qəbul etdik. Sonra bütün bunlarla razı olmayıb, öz əmin oğlunu bizdən üstün tutaraq dedin: Mən kuntu movlahu fə Əliyyun movlahu. Bu sənin öz sözündür, yoxsa Allah tərəfindəndir?!”

Peyğəmbər (s) buyurdu: “Özündən başqa heç bir mə`bud olmayan Allaha and olsun ki, bu, Allah tərəfindəndir!”

Haris ibni No`man dəvəsinə tərəf gedərək deyir: “Pərvərdigara! Əgər Muhəmmədin dediyi haqdırsa, səmadan bizə bir daş, yaxud dərdli əzab göndər!”

Hələ miniyinə çatmamışdı ki, Allah-Taala göydən ona bir daş göndərdi: Daş başından batıb o biri tərəfindən çıxdı və onu cəhənnəmə vasil etdi. Bu zaman aşağıdakı ayə nazil oldu:

 سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ * لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ * مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ

“Soruşan bir şəxs elə bir əzabdan soruşdu ki, me`raclar sahibi olan  Allah tərəfindən kafirlər üçün nazil olar və onun üçün heç bir dəf edən olmaz.”[12]

Şübhəsiz, camaat, Peyğəmbər (s)-in Əli (ə) üçün (əvvəllər) buyurduğu fəzilətlərdən xəbərdar idilər, Haris ibni Nö`man kimi şəxslərə təzə çatan və şəhərlərə, ölkələrə yayılan, onlar üçün inanılası olmayan bir fəzilət, məhz Əliyyibni Əbitalibin ümmətə vilayət və mövla olmasıdır və bu iş yuxarıdakı şəxslər üçün dözüləsi deyildi. Bu, vəli və mövla sözlərinin digər mə`nalarına heç vaxt ola bilməzdi.

6-Əhməd ibni Hənbəl öz «Müsnəd»ində,[13] Fəxr Razi öz «Təfsir»-ində,[14] Xətib Bağdadi «Tarixi Bağdad» kitabında[15] və ondan başqaları[16] aşağıdakı hadisəni rəvayət etmişlər ki, biz «Müsnədi Əhməd»-dəki rəvayəti etməklə kifayətlənirik:

Bəra ibni Azibin belə dediyi nəql olunur: Peyğəmbər (s)-lə birgə səfərə getmişdik. Qədir-Xuma çatdıqda camaat namazına nida verildi və Peyğəmbər (s) üçün iki ağacın altını süpürdülər. O, günorta namazını qıldı və sonra Əlinin əlindən tutub dedi: –«Bilmirsinizmi ki, mən mö`minlərə, onların özündən artıq ixtiyar sahibiyəm?!»

Dedilər: «Əlbəttə!»

Sonra buyurdu: «Bilmirsinizmi ki, mən hər bir mö`minə, onun özündən artıq ixtiyar sahibiyəm?!»

Dedilər: «Əlbəttə!»

Sonra Əlinin əlindən tutdu və buyurdu: –“Mən kuntu movlahu fə Əliyyun movlahu. Əllahummə vali mən valah və adi mən adah, vənsur mən nəsərəh, vəxzul mən xəzələh.” O deyir: Bundan sonra Ömər Əli ilə görüşdü və ona dedi: “Həniən, yəbnə Əbitalibin, əsbəhtə və əmsəytə movla kulli mu`min və mu`minətin.” (Mübarək olsun, ey Əbu Talibin oğlu! Hər bir mö`min kişi və qadının mövlası oldun!») Ömər kimi şəxsdən belə bir təbrikin deyilməsi o həzrətlə başqaları arasında müştərək olan əmr (məsələ) üçün deyildi; əksinə, qəti şəkildə məxsus bir iş üçündür ki, o da ümmətə rəhbərlik və vilayət mənsəbindən başqa bir şey ola bilməz.

7-Sünnülərin böyük alimlərindən bir çoxu, o cümlədən İbni Həcər Əsqəlani «Əl-isabə»-də,[17] İbni Əsir «Usdul-ğabə»-də [18] və qeyriləri bir hadisəni rəvayət etmişlər ki, İbni Əsirin rəvayəti ilə kifayətlənirik:

Əbu İshaq dedi: Mənə, saylarını sayıb qurtara bilmədiyim şəxslər rəvayət edərək [demişlər] ki, “Əli Rəhbədə Peyğəmbər (s)-in “Mən kuntu movlahu fə Əliyyun movlahu. Əllahummə vali mən valah və adi mən adah, vənsur mən nəsərəh vəxzul mən xəzələh”-deyə buyurduğunu eşidənlərin hamısını çağırdı. Bu zaman bir dəstə adam ayağa qalxıb şəhadət verdilər ki, bunu Peyğəmbər (s)-dən eşitmişlər, başqa bir dəstə isə bunu gizlətdi. Onu gizlədənlər gözləri tutulmayınca və bəlaya düçar olmayınca dünyadan getmədilər Yəzid ibni Vədiə və Əbdür-Rəhman ibni Müdləc onlardan idi.”

Aydındır ki, həzrət Əlinin bu hadisəyə istinad etməyi və orada iştirak edənlərdən öz xilafətinə dair şəhadət vermələrini istəməsi o hədisin ümmətə rəhbərlik və vilayət əmri ilə əlaqədar mədlulunu (nəyə dəlalət etməsini) müəyyən edir.

8-Peyğəmbəri Əkrəm (s)-in Əli (ə)-ın vilayətini çatdırmaqdan qabaqkı bəyanları budur: “Allah mənim mövlamdır, mən də hər bir mö`minin mövlasıyam.” Allah-Taalanın o həzrətə olan mövlalığı dedikdə məqsəd budur  ki, Allahdan başqa heç kəsin o həzrətin üzərində vilayəti yoxdur. Allah onun vəlisi olduğu kimi o da hər bir mö`minin vəlisidir. Həmin vilayət ki, Peyğəmbəri Əkrəm (s)-in hər bir iman əhli üzərində  vilayəti vardır. Əli (ə) da o vilayət haqqına malikdir. Bu bəyan aydın şəkildə göstərir ki, bu vilayət, vilayəti-əmrdir.

9-Peyğəmbər (s) Əli (ə)-i (hacılara) təqdim etməzdən qabaq onlardan “ələstu ovla bikum?!”– deyə iqrar alır. Bu da Allah-Taalanın Qur`anda buyurduğu aşağıdakı «ovla» məqamıdır: “Ənnəbiyyu ovla bil-mu`mininə min ənfusihim (Peyğəmbər (s) mö`minlərə, onların canlarından artıq ixtiyar sahibidir.)[19] Bundan sonra isə buyurur: “Mən hər kəsin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır.” Peyğəmbər (s)-in “ələstu ovla bikum” cümləsini qabağa salması ilə «vəli» kəlməsinin mə`nasında olan hər növ şübhə və anlaşılmazlıq aradan qalxır. Çünki özünün malik olduğu hər növ mövlalıq məqamını, Əli (ə) üçün də isbat edir.

4-cü hədis

Peyğəmbəri Əkrəm (s) həzrət Əliyə buyurmuşdur: “Əntə minni və ənə minkə.”[20] Bu hədisi Buxari və digər böyük sünnü hədisçiləri və imamları nəql etmişlər.

Şübhəsiz, varlıq aləminin kamala çatması əql, elm, ixtiyar üzündən Allaha bəndəçilik və itaətlədir, insan xilqətinin imtiyazı da onun əqli və Allaha ixtiyar üzündən itaət etməsidir, xilqətin hədəfi də məhz budur.

Deməli, insanın kamalı qeyb elminə müttəsil olmaq (birləşmək), «əqlinin vəhy nuru ilə nurani olması» mərtəbəsinə çatmaqdır ki, bu da nübüvvət mərtəbəsindən ibarətdir.

Nübüvvət mərtəbəsinin kamalı da Allah tərəfindən məxluqata doğru səfirlik və onların əql qüvvələrinin ilahi hikmət nuru ilə nurani olmasından ibarətdir ki, bu da risalət məqamıdır.

Risalət məqamının kamalı da bağlanmış əhdlərə və alınmış əhd-peymanlara əzm mərtəbəsidir və bu da şəriətlə məb`us olan peyğəmbərlərin bə`ziləri üçün ulul-əzm mərtəbəsidir.

Bu mərtəbənin kamalı da xatəmiyyət mərtəbəsinə çatmaqladır ki, «əbədi şəriətə göndərilmə» mərtəbəsindən ibarət olub, insaniyyətin kamal həddinin sonudur. Bu mərtəbənin sahibi (özündən) əvvəlki peyğəmbərləri xətm, gələcəkdəkiləri fəth edən şəxsdir; yə`ni İsmi-ə`zəm, məsəli-ə`la həzrət Muhəmməd ibni Əbdullah (s)-dir.

Əli (ə) elə bir mərtəbəyə nail oldu ki, Allah-Taalanın, şə`nində “və ma yəntiqu ənil-həva”[21] buyurduğu o şəxs “Əliyyun minni – Əli məndəndir” buyurur; yə`ni o, imkan aləminin yeganə gövhərindən yaranmışdır ki, qüdsi nəfs, aləm xilqətinin ğai illəti (son hədəfi) və Adəmin xəlifə qərar verilməsindən ibarətdir.

Həzrət bu cümlə ilə kifayətlənməmiş, həm də buyurmuşdur: “Və ənə minhu” Bununla (ümmətə) başa salmaq istəyir ki, xatəm be`sətinin və vücudun hədəfi, əmin-amanlığın yaranmasına səbəb olan şeylər, yə`ni qəvim (möhkəm) dinə, sirati-müstəqimə hidayət hüdusən və bəqaən (həm başlanma, həmdə davam etmə baxımından) yalnız Əli və onun övladlarının vasitəsilə gerçəkləşə bilər.

Necə mümkün ola bilər ki, Peyğəmbər (s)-in xilafəti ilə onun arasında fasilə salınsın, halbuki, o Peyğəmbərdən, Peyğəmbər  də ondandır?!

5-ci hədis

Sünnü və şiələrin böyük mühəddisləri (hədis alimləri) e`tiraf etmişlər ki, həzrət Peyğəmbər (s) buyurdu:

عَلِىٌّ مَعَ الْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِىٍّ لَنْ يَتَفَرَّقَا حَتَّى يَرِدَا عَلَىَّ الْحَوْضَ

“Əli Qur`an ilə, Qur`an da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.”[22]

Bu hədisin mə`nası, Qur`ani-Məcidə mə`rifətə diqqət yetirməklə mə`lum olur. Bununla əlaqədar aşağıdakı ayələrə işarə edirik:

1-İlahi kitablar arasında Qur`andan da üstün və fəzilətli olacaq bir kitab yoxdur:

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا

«Allah (axirəzzəman ümmətini hidayət etmək üçün) Qur`anı göndərmişdir ki, o, ən yaxşı hədisdir; elə bir kitabdır ki, ayələrinin hamısı bir-birinə mütəşabeh, oxşardır.»[23]

إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ

“Həqiqətən, bu Qur`an ən düzgün və ən möhkəm yola hidayət edir.”[24]

Mütəal Allah onu elə xüsusiyyətlərlə vəsf etmişdir ki, qələm onu yazmaqdan, bəyan onu dilə gətirməkdən acizdir:

بَلْ هُوَقُرْآنٌ مَّجِيدٌ * فِي لَوْحٍ مَّحْفُوظٍ

“Əksinə, bu, əzəmətli (ilahi) kitab olan Qur`andır, Lövhi-məhfuzda (haqq və əzəli elm səhifəsində) yazılmışdır.”[25]

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ   فِي كِتَابٍ مَّكْنُونٍ

“Həqiqətən o, çox əziz və faydalı kitabdır, haqqın sirri olan Lövhi-məhfuzdadır.”[26]

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

“Şübhəsiz, Biz Məsanidən (Həmd surəsindən) olan yeddi ayəni və bu əzəmətli Qur`anı sənə əta etdik.”[27]

 

 يس * وَالْقُرْآنِ الْحَكِيمِ * إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

“Yasin, (ey rəsulların seyyidi və ən kamil insan!) and olsun hikmətli Qur`ana!”[28]

2-Allah-Taala Özünü Qur`anın müəllimi kimi təqdim edir:

الرَّحْمانُ عَلَّمَ الْقُرانَ

“Ər-Rəhman, Qur`anı tə`lim verdi.”[29]

4- Bu kitabda İlahi cəbərutun təcəlli etdiyi şeylərə işarə edir və buyurur:

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ

“(Ey Bizim Peyğəmbərimiz!) Əgər Biz bu Qur`anı (əzəmətli kitabı) dağa nazil etsəydik, dağın Allahın qorxusundan zəlil olub parçalandığını mütləq görərdin.”[30]

5-Ayələrində, nişanələrində təcəlli edən gizli sirlərdəki qüdrətinə işarə edərək buyurur:

وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَى

“Əgər o Qur`anın bəyan mö`cüzəsi ilə dağlar hərəkətə gətirilsə, ölülər danışdırılsa və yer parçalansa...” [31]

6-Bu kitab Allah-Taalanın elm və hikmətinin təzahürüdür:

وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

“(Ey Rəsulumuz!) Əzəmətli Qur`an ayələri elm və hikmət sahibi olan Allah tərəfindən vəhy (vasitəsi) ilə sənə nazil olunur.” [32]

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ

“Və Biz bu əzəmətli Qur`anı rəhmət və hidayət ünvanı ilə sənə nazil etdik ki, hər bir şeyin həqiqətini aydınlaşdırsın (və haqq din yolunu batil yollardan seçib ayırsın).” [33]

7-Allah-Taala Özünü, kitabı nazil edən şəxs ünvanı ilə həmd və sitayişə layiq görür:

 اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجَا

“Həmd olsun o Allaha ki, bu kitabı Öz bəndəsinə nazil etdi və onda heç bir nöqsanlı hal qoymadı.”[34]

8-Peyğəmbəri Əkrəm (s) bu əziz kitaba sarılmaq barədə buyurur: “Hər vaxt fitnələr, iğtişaşlar sizi qarışığa salıb əhatə etsə, Qur`ana üz gətirin; çünki həqiqətən, Qur`an elə bir şəfaətçidir ki, onun şəfaəti qəbul olunmuşdur, pislikləri xəbər vermişdir ki, onun sözləri təsdiq olunmuşdur. Hər kəs onu özünə rəhbər qərar versə, Qur`an onu behiştə doğru hidayət edər. Hər kəs onu öz arxasına atsa (ondan üz döndərsə) onu cəhənnəmə sürükləyər. Qur`an elə bir yol göstərəndir ki, ən yaxşı yola hidayət edir. Elə bir kitabdır ki, onda təfsil və bəyan, həqiqətlərə nail olmaq yolu vardır. Haqq ilə batili bir-birindən ayırır. O, fəsl (haqqı-batildən ayırd edən) kəlamıdır, onda zarafata yer yoxdur. Onun həm zahiri, həm də batini vardır: Zahiri hökm, batini elmdir. Zahiri cilvəsi və gözəlliyi vardır, batini əngin və dərindir. Onun müəyyən hüdudları və hüdudlarının da hüdudları vardır. Onun qəribəlikləri sana gəlməz, qəribəlikləri, yenilikləri köhnəlməz. Onda aydınlıq gətirən hikməti və hidayət çıraqları vardır. Onu tanıyan şəxslər üçün mə`rifətə yol göstərməsi, dəlilləri vardır.”[35]

Bəli, mütəal Allah bu kitabda Öz məxluqatı üçün təcəlli etmişdir, onu nazil etdiyi şəxsi zikr olunan ayələrdə, Qur`anı ona nazil etmişdir qeyd olunan kəlmələrdə tərifləmişdir.

Bir şəxs ki, o Peyğəmbəri Əkrəm (s) tərəfindən Qur`anla və Qur`an da onunla yanaşı qərar verilib, belə şəxsin məqam və mənziləti necə də yüksəkdir!

O, Qur`anın zahiri ilədir–Qur`anın hikməti ilə, Qur`anın batini ilədir– Qur`anın elmi ilə. O, saya-hesaba gəlməyən qəribəliklərlə, tamam olmayan əsrarəngizliklərlə yanaşıdır, bu yanaşılıq və birgəlik ilə, bütün peyğəmbərlərə nazil olan kitab və hikmətlə onun yanındadır.

Sünnü və şiələrin təfsir alimlərinin rəvayətlərinə uyğun olaraq[36] Əli (ə) mütəal Allahın kəlamında bəyan olunan və “və təiyəha uzunun vaiyəh” (bu öyüd nəsihəti yalnız eşidən və əxz edən qulaq tuta bilər) deyə buyurulan “uzunun vaiyəh” – eşidən və əxz edən qulaq mə`nasınadır.[37]

Əli (ə) həmin şəxsdir ki, belə buyurmuşdur:

سَلُونِي فَوَاللَّهِ لاٰتَسْأَلُونِي عَنْ شَيْءٍ يَكُونُ اِلَىٰ يَوْمِ الْقِيٰامَةِ اِلاَّ حَدَّثْتُكُمْ بِهِ، وَسَلُونِي عَنْ كِتٰابِ اللَّهِ، فَوَاللَّهِ مٰا مِنْ آيَةٍ اِلاَّ وَأَنَا أَعْلَمُ أَبِلَيْلٍ نَزَلَتْ أَمْ بِنَهٰارٍ

“Məndən soruşun; (Çünki) Allaha and olsun, elə bir şey soruşmazsınız ki, mən ondan xəbər verə bilməyim. Allahın kitabından soruşun, Allaha and olsun ki, elə bir ayə yoxdur ki, onun gecə, yoxsa gündüz nazil olmasını bilməyim.”[38]

Peyğəmbər (s) tərəfindən Qur`anla yanaşı qərar verilən şəxsin məqamı necə də böyükdür! Halbuki, məiyyət (birgəlik) iki tərəflə bərqərar olunur, yə`ni Əli Qur`anladırsa, Qur`an da Əli (ə)-ilə (birgə) olmalıdır. Amma onun əzəmətində “Əliyyun məəl-Qur`an” cümləsi ilə kifayətlənməyib, bunu da əlavə edərək buyurmuşdur ki, “Qur`an da Əli ilədir.” Bu incə məsələni də yalnız sağlam əql sahibləri dərk edə bilər.

Birinci cümlənin Əli ilə başlanıb, Qur`anla xətm edilməsindən, ikinci cümlənin isə Qur`anla başlanıb Əli ilə xətm olunmasından, eləcə də kəlamın tərtibindən və bunun camaat arasında ən fəsahətli və gözəl söz üslubuna malik olan bir şəxs tərəfindən deyilməsi elə bir incəlikdir ki, onu şərh etməyə macal yoxdur.

Bir sözlə, peyğəmbərlər və mürsəllər arasında əmin, (əmanətdir) rəsul–həzrət Muhəmməd (s)-dən fəzilətli bir şəxs yoxdur. Əli (ə)-ondan və o da Əli (ə)-dən olduğuna görə (“əntə minni və ənə minkə”), deməli, Əli (ə) Allahın xəlq etdiyi məxluqat içərisində Peyğəmbər (s)-dən sonrakı mərtəbədə gələn bir şəxsdir.

Allah tərəfindən nazil olan səmavi kitablar arasında Qur`ani-Kərimdən əfzəl, yüksək bir kitab yoxdur. Əli (ə) Qur`an ilə və Qur`an da Əli (ə) ilə olduğuna görə (“Əliyyun məəl-Qur`an vəl-Qur`anu məə Əliyyin”), deməli, onun qəlbi mütəal Allah tərəfindən nazil edilənlərin hamısının, o cümlədən, hidayət, nur, kitab, hikmət və s. xəzinəsi olacaqdır.

Bu qədər vəsf ilə belə, şəkk-şübhə qala bilərmi ki, o, Peyğəmbəri Əkrəm (s)-in vəsisi və əzəmətli Qur`anın müfəssiri olmağa hamıdan layiqdir?!

Görəsən, “Rəsulun sizə gətirdiklərini əxz edin”«Bizim Peyğəmbərimizə aşkar təbliğdən başqa heç bir vəzifə yoxdur»-deyə buyuran Allaha iman gətirən hər bir şəxsin mövlası olmasında şəkk-şübhə qalırmı?!

6-cı hədis

Bu hədisin sənədinin düzgün olmasına sünnülərin hədis və rical alimləri e`tiraf etmişlər. Onun xülasəsi budur ki, bir dəstə adam İbni Abbasın yanına gəldilər, halbuki, Əli (ə)-a qarşı yaramaz sözlər deyirdilər. İbni Abbas dedi: Belə bir adama yaramaz sözlər deməyin, çünki, onda olan on fəzilət – heç kəsdə yoxdur:

1-Xeybər müharibəsində (başqaları döyüşə gedib aciz, halda zillətlə qayıtdıqları zaman) Allahın Rəsulu buyurdu: “Mən elə bir şəxsi göndərəcəyəm ki, Allah onu heç vaxt zəlil etməmişdir; o, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər.”

Hamı boylanıb baxmaq istəyirdi ki, görəsən bu şəxs kimdir. Sonra buyurdu: “Əli haradadır?” o həzrətin gözləri ağrıdan şişmiş halda Peyğəmbər (s)-in yanına gəldi. Peyğəmbər (s)-in əli ilə şəfa tapdıqdan sonra o həzrət bayrağı üç dəfə yelləndirdi, sonra Əliyə verdi.”

2-Peyğəmbəri Əkrəm (s) «Tövbə» surəsinin ilk ayələrini oxumaq üçün filankəsi müşriklərə doğru göndərdi, sonra Əlini onun ardınca göndərdi ki, surəni alıb özü aparsın. Sonra buyurdu ki, “bu surəni heç kəs apara bilməz; yalnız o kəs apara bilər ki, mən ondanam, o da məndəndir.”

3-Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: “Sizdən hansı biriniz mənimlə dünya və axirətdə müvalat edər?!” Heç kəs qəbul etməkdə, Əli (ə)-yə buyurdu: “Sən dünya və axirətdə mənim vəlimsən.”

4-Əli (ə), Xədicədən sonra iman gətirən ilk şəxsdir.

5-Peyğəmbəri Əkrəm (s) öz paltarını dörd nəfərin üzərinə saldı: Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), sonra bu ayəni tilavət etdi:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Budur və bundan başqa ola bilməz: Allahın iradəsi budur ki, Siz Əhli-beytdən hər növ ricsi- (zahiri və batini çirkinliyi) uzaqlaşdırıb və sizi pak-pakizə qərar versin.”

6-Əli o kəs idi ki, öz canını Peyğəmbər (s)-in canına fəda etmişdi; onun paltarını geydi və gecə onun yerində yatdı. Sübh açılan zaman müşriklər onun Peyğəmbər (s) olduğunu güman edərək daşa basdılar.

7-Təbuk müharibəsində Peyğəmbər (s) Əlini Mədinədə öz yerinə qoydu. Əli (ə) Peyğəmbər (s)-dən ayrıldığından, ağlayan zaman həzrət buyurdu: “Razı olmazsamı ki, səninlə mənim münasibətim eynilə Harunla Musanın münasibəti kimi olsun?! Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur. Həqiqətən, layiq deyildir ki, sən mənim xəlifəm olmadan mən gedim.”

8-Peyğəmbər (s) Əliyə buyurdu: “Sən məndən sonra hər bir mö`min kişi və qadının vəlisi, mövlasısan.”

9-Peyğəmbəri Əkrəm (s), öz məscidinə açılan evlərin qapısının hamısını bağlatdırdı, yalnız Əlinin evinin qapısından başqa.

10-Həzrət Peyğəmbər (s) buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”[39]

Bütün səhabələrin varlığı ilə Peyğəmbər (s)-in fəth bayrağını Əli (ə)-ın əlinə verməsi, onların arasında yalnız onu Allahın və Rəsulunun sevimlisi, dostu qərar verməsi; Allahın peyğamını («Bəraət» surəsinin əvvəllərini) başqalarından alıb ona verməsi və Allahın kəlamının təbliğatçısının yalnız Əli ola bilməsini deməsi, səbəbi də Peyğəmbər (s)-in ondan, onun da Peyğəmbər (s)-dən olması; habelə, o həzrətin «layiq deyildir ki, səni öz xəlifəm qoymadan gedəm» – deyə aşkar şəkildə buyurması, bu səhihə sünnədə o həzrətin külli və mütləq vilayətini – “sən məndən sonra bütün mö`min kişi və qadınların vəlisisən”, həmçinin “mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” - deyə buyurması, insaf və təfəkkür əhli üçün o həzrətin Peyğəmbər (s)-dən sonra fasiləsiz xilafətinə dair şəkk-şübhəyə yer qoyurmu?!

Bu kiçik kitabda bu mövzu ilə əlaqədar nazil olan ayə və rəvayətlərin hamısını sayıb qurtarmaq olmaz.

Hənəfi məzhəbli alim olan Həskani 5-ci hicri əsrinin alimlərin­dən olmaqla, böyük tabein və müfəssirlərdən olan Mücahiddən nəql edir ki, «Əli (ə) üçün yetmiş fəzilət vardır ki, onun misli Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən biri üçün belə, yoxdur. Həmçinin deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri üçün elə bir fəzilət yoxdur ki, Əli həmin fəzilətlərdə onlarla şərik olmasın.»[40]

İbni Abbasdan nəql olunur ki, Qur`anda “o kəslər ki, iman gətirib və əməli-saleh işlər görüblər”– deyə buyuran elə bir ayə yoxdur ki, Əli o ayənin əmiri və şərifi olmasın; Muhəmmədin səhabələrindən elə bir kəs yoxdur ki, Allah onu məzəmmət etməmiş olsun. Amma Əlini yaxşılıqdan başqa bir şeylə yad etməmişdir.»[41]

Həmçinin deyir ki, «Əli üçün 18 fəzilət vardır ki, əgər onlardan hər hansı biri bu ümmətdən olan bir kişidə olsaydı onun vasitəsilə mütləq nicat tapardı. Onun üçün (əlavə) 12 fəzilət vardır ki, bu ümmətdən heç birində yoxdur.»[42]

İbni Əbil-hədid deyir: Ustadımız Əbul-hüzeyldən soruşuldu: «Allahın yanında Əbu Bəkrin məqamı yüksəkdir, yoxsa Əlinin?»

Dedi: «Allaha and olsun ki, Xəndək günündə Əlinin Əmrlə müharibəsi nəinki Əbu Bəkrin, üstəlik mühacir və ənsarın bütün yaxşı əməl və itaətlərinə bərabərdir.»[43]

Hənbəli məzhəbinin başçısı Əhməd yazır:

مٰا جٰاءَ لِاَحَدٍ مِنْ اَصْحٰابِ رَسُولِ اللَّهِ  صلي الله عليه و آله سلم  مِنَ الْفَضٰائِلِ مٰا جٰاءَ لِعَلِىِّ بْنِ اَبِى طـٰالِبٍ

“Əliyyibni Əbitalib barəsində gələn heç bir fəzilət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrindən olan bir kəs üçün gəlməyib.” [44]

Əruz elminin tə`siscisi, ədib və lüğət imamı Xəlil ibni Əhmədin dediyi kimi: «Hər bir şəxsin fəzilətləri ya dostunun ya da düşməninin vasitəsilə yayılmalıdır; amma o həzrətin dostları qorxudan, düşmənləri isə həsəd üzündən fəzilətlərini gizlətməyə çalışdılar, lakin bütün bunlarla belə, onun fəzilətləri bütün aləmə yayılmışdır.»[45]

Görəsən, əgər düşmənlərin həsədi və dostların qorxusu olmasaydı, Bəni-üməyyə və Bəni-Abbas hökumətlərinin qaranlıq, zülmətli, irticası dövranları bu fəzilət günəşinin qarşısına hicab çəkməsəydi, onda imam Əlinin fəzilət nurları üfüqləri necə işıqlandırardı?! Bu şərif bəhsi o həzrətin şə`nində nazil olan iki ayə ilə sona çatdırırıq:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Budur və bundan başqa ola bilməz: Sizin vəliniz Allah, Onun Rəsulu, iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”[46]

Böyük sünnü alimləri bu ayənin Əli (ə)-ın şə`nində nazil olmasını e`tiraf etmişlər. Fəxr Razinin nəql etdiyi bir hədisi, onların hamısının məzmununa yaxın olan şəkildə və ixtisarla nəql edirik:

Əbuzər dedi: Zöhr namazını Peyğəmbər (s)-lə birlikdə qıldım, bir sail (yolçu) məscidə gəlib bir şey istədi, heç kəs ona bir şey vermədi. Bu zaman Əli rüku halında idi, üzük olan barmağı ilə sailə işarə etdi, o gəlib üzüyü çıxartdı. Peyğəmbər (bu mənzərəni görüb) Allah dərgahına yalvarış etdi, sonra dedi: “Pərvərdigara! Qardaşım Musa Səndən bir şey istəyib dedi: “Pərvərdigara, mənim qəlbimi genişləndir!” Sən də ona bu ayəni nazil etdin: “Tezliklə sənin qollarını qardaşının vasitəsilə qüvvətləndirəcək və sizin ikiniz üçün sultan, səltənət qərar verəcəyik.” Pərvərdigara, mən Muhəmməd, Sənin bəndənəm, belə isə, mənim də qəlbimi genişləndir, işlərimi asanlaşdır, öz əhlimdən olan bir şəxsi mənim vəzirim qərar ver – Əlini. Mənim arxamı onun vasitəsilə möhkəmləndir.”

Əbuzər deyir: – “Allaha and olsun ki, Peyğəmbər (s)-in sözü qurtarmamış Cəbrəil bu ayəni («Maidə», 55) nazil etdi.[47]

Peyğəmbər (s)-in duasından dərhal sonra bu ayənin nazil olması o həzrətin duasının qəbul edildiyini göstərir: belə ki, Harunun Musa ilə əlaqədar hər bir vəzifəsi var idisə, Peyğəmbər (s)-lə müqayisədə Əli (ə)-a verilmişdir.

Bu ayədə, bağlayıcı hərfinin (وَ «və») tələbinə əsasən, mə`lum olur ki, Peyğəmbər (s) üçün mövcud (sabit) olan Allah vilayəti, elə Əliyyibni Əbitalib üçün də sabitdir.

Həsrə dəlalət edən «innəma» kəlməsi sübut edir ki, bu ayədə olan vilayət yalnız Allaha, Peyğəmbərə və Əliyə məxsusdur, elə bir vilayətdir ki, bu üç nəfərə həsr olunur və bu vilayət, «vəli» kəlməsinin mə`nalarından vilayəti əmrdən başqa heç biri ilə uyğun gəlmir:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

 “Hər kəs səninlə, sənə elm gəldikdən sonra höcətləşsə, de: Gəlin oğlanlarımızı və oğlanlarınızı, qadınlarımızı və qadınlarınızı, canlarımızı və canlarınızı çağıraq, sonra mübahilə edək və Allahın lə`nətini yalançılara göndərək.”[48]

Bu şərif ayədə nəzər və təfəkkür əhli üçün elə incəliklər, dərin mə`nalar vardır ki, şərh etmədən sadəcə üçünə işarə edirik:

Peyğəmbər (s)-in duası (düşməni qarğışlaması) və mübahiləyə çağırması peyğəmbərlik və risalətinin bürhanı, məsihilərin də bu işdən boyun qaçırması məsihiliyin batil, islamın haqq olmasına dəlildir. Bu ayədəki “ənfusəna” kəlməsi Əli (ə)-ın Peyğəmbər (s)-dən sonrakı fasiləsiz xilafətinə dəlildir, çünki Peyğəmbər (s)-in tənzili (ondan sonrakı mərhələyə nazil olunar) nəfsi olan bir şəxsin varlığı ilə belə– Allahın kəlamında buyurduğu kimi, o, Peyğəmbər (s)-in vücudunun davamıdır – başqalarının canişinliyinin caizliyi ağılasığan deyildir.

Təfsir və hədis alimlərinin müttəfiq fikirdə olduqları məsələ budur ki, bu ayədə “oğlanlarımız” dedikdə məqsəd Həsənlə Hüseyn, “qadınlarımız” dedikdə isə məqsəd Fatimeyi-Zəhradır. Amma “ənfusəna” dedikdə isə Əliyyibni Əbitalib nəzərdə tutulur.

Bu barədə Fəxr Razinin öz təfsirində qeyd etdiyi bir hədisi qeyd etməklə kifayətlənirik, onun xülasəsi və məzmunu bu şəkildədir: Peyğəmbəri Əkrəm (s) Nəcran məsihilərinə dəlil gətirdikdə, onlar da öz cəhalətlərinə israr etdilər, bu zaman həzrət buyurdu: “Allah mənə əmr etmişdir ki, əgər höccət və dəlili qəbul etməsəniz, sizinlə mübahilə edəm.” Dedilər: “Ya Əbəl-Qasim! Biz qayıdıb öz işimiz barəsində yaxşı-yaxşı fikirləşərik. Sonra sənin yanına gələcəyik.” Qayıtdıqları zaman öz başçıları olan Aqibə dedilər: “Ey Əbdül-Məsih! Sən nə (məsləhət) görürsən, nəzərin nədir?”

Dedi: “Ey məsihilər! Siz mə`rifət tapdınız ki, Muhəmməd Allahın göndərdiyi peyğəmbərdir, İsa barəsində haqq kəlamını sizin üçün gətirmişdir. Allaha and olsun, elə bir qövm Peyğəmbər (s)-lə mübahilə etməmişdir ki, onların böyükləri diri qalmış, kiçikləri böyümüş olsun. Əgər bu işi görsəniz, kökünüz yer üzündən kəsiləcəkdir. Əgər öz dininizdən əl çəkməməyə, onunla vidalaşmamağa israr edirsinizsə, öz şəhərinizə qayıdın!”

Peyğəmbər (s) Hüseyni qucağına almış, əlindən Həsənin tutmuşdu, Fatimeyi-Zəhra onun arxasından, həzrət Əli də Fatimənin arxasınca gəlirdi. Həzrət onlara buyurdu: “Mən dua etdiyim zaman, siz «amin» deyərsiniz!”

Nəcran yepiskopu dedi: – “Ey məsihilər! Mən elə nurani üzləri görürəm ki, əgər Allahdan, dağı yerindən qoparmasını istəsələr, bu nurani şəxslərin hesabına mütləq yerindən qopar. Siz mübahilə etməyin, əks halda həlak olarsınız və Qiyamətə qədər yer üzündə bir məsihi belə, qalmaz.

Bununla da mübahilə fikrindən keçdilər və sülhə razılaşdılar. Mübahilədən sonra Peyğəmbər (s) buyurdu: “Canım qüdrət əlində olan Allaha and olsun ki, həlakət Nəcran əhlinə yaxınlaşmışdı əgər mübahilə edib qarğışlansaydılar, meymun və donuz surətinə düşərdilər, vadi onlar üçün cəhənnəmə dönər, bir il keçməmiş bütün məsihilər məhv olardı.”

Rəvayət olunmuşdur ki, o həzrət qara əbasında çıxan zaman əvvəlcə Həsəni onun altına daxil etdi, sonra Hüseyni, sonra Fatiməni, sonra Əli (ə)-ni ... Sonra bu ayəni tilavət etdi:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Fəxr Razi sonra deyir:

و َعْلَمْ اَنَّ هذِهِ الرِّوَايَةَ كَالْمُتَّفَقِ عَلَى صِحَّتِهَا بَيْنَ اَهْلِ التَّفْسِيرِ وَالْحَدِيثِ

«Bil ki, bu rəvayət təfsir və hədis alimləri arasında səhihliyinə ittifaq olunmuş rəvayətlərdəndir.»[49]

İttifaq olunmuş bu ayə və hədisin əlavə şərhinə macal olmasa da, bir-iki incə nöqtəyə işarə edirik:

a) Peyğəmbər (s) evdən xaric olan zaman adları qeyd olunanları əbanın altında bir yerə yığaraq «Təthir» ayəsini oxudu. Çünki, təbii qanunları pozan, təbii səbəbləri tə`sirdən salan və Allahın iradəsinin vasitəsiz olaraq gerçəkləşməsinə səbəb olan bu dua hər növ rics, aludəlikdən pak olan ruhlardan çıxaraq Allah dərgahına doğru yüksəlməlidir: “İləyhi yəs`udul-kəlimut-təyyibu – pak-pakizə sözlər Ona doğru qalxar».[50] Allahın iradəsinin təəllüq tapdığı o paklıq da məhz bu beş nəfərin nəfslərində mövcud idi.

b) Peyğəmbəri Əkrəm (s)-in Nəcran məsihiləri ilə mübahiləsi o qövmün Allahın rəhmətindən uzaq olması istəyi idi, qəbul olunacağı surətdə isə insanın heyvan surətinə düşməsi, torpağın oda çevrilməsi və bir ümmətin yer üzündən silinməsi ilə nəticələnəcəkdi. Bu da yalnız elə bir «əmr» ilə mümkün ola bilərdi ki:

إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ

“Budur və bundan başqa ola bilməz: Allahın əmri budur ki, bir şeyi iradə etdiyi vaxt ona “ol!”! deyər, o da dəhal vücuda gələr.”[51]

Bu da kamil insanın nail olduğu məqamdır ki, onun razılığı və qəzəbi Allahın razılıq və qəzəbinin məzhəri, cilvəsidir, bu məqam Xatəm və onun canişininin məqamıdır, bu məqama çatan yeganə qadın Siddiqeyi-Kubradır. Bu da onu göstərir ki, isməti-kubradan ibarət olan ümumi imamət və külli vilayət Fatimeyi Zəhrada mövcuddur.

Sünnü alimlərinin düzlüyünə e`tiraf etdikləri bir hədisdə bu məsələ açıqlanır ki, Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:

فٰاطِمَةُ بَضْعَةٌ مِنِّى فَمَنْ اَغْضَبَهٰا اَغْضَبَنِى

“Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirər.”[52]

Əql, kitab və sünnənin hökmünə əsasən, Peyğəmbərin qəzəbi Allahın qəzəbi olsa da, sünnü alimləri bu hədisi də nəql etmişlər: Peyğəmbər Fatiməyə buyurur: “Həqiqətən, Allah sənin qəzəbinlə qəzəblənər, razılığınla razı olar.”[53]

Bir şəxs ki, heç bir qeyd və şərt olmadan Allah onun razılığı ilə razılaşır, qəzəbi ilə qəzəblənir, əqlin zəruri və qəti hökmü ilə onun razılığı, qəzəbi hər növ həvayi-nəfsdən, xətadan uzaq olmalıdır ki, bu da məhz isməti-kubra məqamından ibarətdir.

 

 

 

 


 

[1] «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.110; «Mənaqibu Əmiril-mö`minin ´», 2-ci cild, səh.425; «Kəşful-ğummə fi mə`rifətil-əimmə», 1-ci cild, səh.292 və başqa mənbələr.

[2] «Müstədrək»in haşiyəsində, 3-cü cild, səh.109

[3] «Fəzailus-səhabə», səh.14; «Müsnədi Əhməd», 1-ci cild, səh.84, 118, 119, 152, 331 və 4-cü cild, səh.281, 368, 370, 372 və 5-ci cild, səh.347, 366, 370, 419; «Sünəni İbni Macə», 1-ci cild, səh.45; «Əl-müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.116; «Ət-Təlxis», səh.371, 533; «Məcməuz-zəvaid», 7-ci cild, səh.17 və 9-cu cild, səh.103 …, səh.120, 164; «Fəthul-Bari», 7-ci cild, səh.61; «Əl-Müsənnəf», Əbdur-Rəzzaq, 11-ci cild, səh.225; «Əl-Me`yaru vəl-müvazənə», səh.72, 210..., 322; «Əl-Müsənnəf», İbni Əbi Şeybə, 7-ci cild, səh.495; «Əl-Ahadu vəl-məsani», 4-cü cild, səh.325...; «Kitabus-sünnə», səh.552, 590...; “Əs-Sünənul-kubra», Nisai, 5 -ci cild, səh.45, 108, 130 ...; «Xəsaisu Əmiril-mö`minin ´», səh.50, 64, 94… ; «Müsnədi Əbu Yə`li», 1-ci cild, səh.429 və 11-ci cild, səh.307; «Səhihi İbni Həbban», 15-ci cild, səh.376; «Əl-Mö`cəmus-səğir», 1-ci cild, səh.65, 71; «Əl-Mö`cəmul-əvsət», 1-ci cild, səh.112 və 2-ci cild, səh.24, 275, 324, 369, 6-cı cild, səh.218, 7-ci cild, səh.70, 8-ci cild, səh.213; «Əl-Mö`cəmul-kəbir», 3-cü cild, səh.179, 180, 4-cü cild, səh.17, 173,… 5-ci cild, səh.166, 170, 171..., 194..., 203, 204, 212, 12-ci cild, səh.78, 19-cu cild, səh.291; «Müsnədi Şamiyyin», 3-cü cild, səh.223; «Şərhu Nahcül-bəlağə», İbni Əbil-hədid, 3-cü cild, səh.208, 4-cü cild, səh.74 , 6-cı cild, səh.168, 8-ci cild, səh.21 və bu kitabın bir çox başqa yerləri; həmçinin, «Nəzmu dürəris-səmteyn», səh.93, 109, 112; «Məvariduz-zəm`an», səh.543; «Əl-Cameus-səğir», 2-ci cild, səh.643; «Kənzul-ummal», 1-ci cild, səh.187 …, 5-ci cild, səh.290, 11-ci, səh.332, 6-3, 608..., 13-cü cild, səh.105, 131 və bu kitabın başqa yerləri; «Şəvahidut-tənzil», 1-ci cild, səh.200..., 251..., 352, 381..., 391; «Təfsiru İbni Kəsir», 2-ci cild, səh.15; «Əd-Dürrül-mənsur», 2-ci cild, səh.259, 293, 5-ci cild, səh.182; «Tarixu Bəğdad», 7-ci cild, səh.389, 8-ci cild, səh.284, 12-ci cild, səh.340, 14-cü cild, səh.239; «Usdul-ğabə», 1-ci cild, səh.367, 369, 2-ci cild, səh.233, 3-cü cild, səh.92, 274, 307, 321, 4-cü cild, səh.28, 5-ci cild, səh.6, 205, 208, 276, 283; «Tarixu Bəğdad»ın haşiyəsində, 3-cü cild, səh.10 və başqa çoxlu sünnü mənbələri.

«Əl-Hidayə», Şeyx Səduq, səh.149, 150; «Rəsailul-Murtəza», 3-cü cild, səh.20, 130; «Əl-İqtisad», Şeyx Tusi, səh.216; «Rəsailul-əşər», Şeyx Tusi, səh.133; «Əl-Kafi», 1-ci cild, səh.287, 294, 4-cü cild, səh.567, 8-ci cild, səh.27; «Dəaimul-islam», 1-ci cild, səh.16, 19; «Mən la yəhzurul-fəqih», 1-ci cild, səh.148, 686-cı hədis, 2-ci cild, səh.335, 1558-ci hədis, «əs-səlatu ti məscidi Ğədir Xum»; «İləluş-şəraye», 1-ci cild, səh.143; «Uyunu əxbarir-Riza ´», 1-ci cild, səh.52, 64, 164 və 2-ci cild, səh.58; «Əl-Xisal», səh.66, 211, 219, 311, 479, 496, 578; «Əl-Əmali», Səduq, səh.49, 149, 184, 185, 186, 428, 670; «Kəmalud-din və təmamun-ne`mət», səh.276, 337; «Ət-Tovhid», səh.212; «Məanil-əxbar», səh.65, 66, 67; «Əl-məcazatun-Nəbəviyyə», Şərif Rəzi səh.217; «Xəsaisul-əimmə», səh.42; «Təhzibul-əhkam», 3-cü cild, səh.263; «Rövzətul-vaizin», səh.94, 103, 350; «Əl-İzah», səh.99, 536; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.118, 137, 171, 362, 2-ci cild, səh.365 və bu kitabın bir çox başqa yerləri; «Əl-Müstərşəd», səh.468..., 620, 632; «Dəlailul-imamət», səh.18; «Şərhul-əxbar», 1-ci cild, səh.99..., 228..., 240..., 2-ci cild, səh.255, 260 və bu kitabın başqa yerləri, 3-cü cild, səh.469, 485; «Kitabul-ğeybət», səh.68; «Əl-İrşad», 1-ci cild, səh.176, 351; «Əl-İxtisas», səh.79; «Əmali», Şeyx Mufid, səh.85, 223; «Kənzul-fəvaid», səh.225...; «Əmali» Şeyx Tusi, səh.9, 227, 247, 254, 255, 272, 332, 333..., 343, 546, 555...; «Əl-İhticac», 1-ci cild, səh.75, 96, 155; «Əl-Xəraicu vəl-cəraih», 1-ci cild, səh.207; «Əl-Ümdə», səh.85, 92..., 271 və bu kitabın bir çox başqa yerləri; «Təfsirul-Əyyaşi», 1-ci cild, səh.4, 250, 281, 327, 329, 332..., 2-ci cild, səh.98, 100, 307, 320; «Təfsirul-Qummi», 1-ci cild, səh.174, 301, 2-ci cild, səh.201; «Təfsiru Fərat əl-Kufi», səh.56, 110, 124, 130, 345..., 451, 490, 495..., 503..., 516, 574; «Məcməul-bəyan», 3-cü cild, səh.274, 382, 383, 8-ci cild, səh.125, 10-cu cild, səh.59, 119 və başqa c.oxlu şiə mənbələri.

[4] «Cəmhərətul-lüğət», 1-ci hissə, səh.108.

[5] «Yənabiul-məvəddət», 1-ci cild, səh.113

«Təhzibut-Təhzib», 7-ci cild, səh.297.

[6] 7-ci cild, səh.339

[7] «Maidə» surəsi, ayə:67

[8] «Əsbabun-nüzul», səh.135; «Şəvahidut-tənzil», 1-ci cild, səh.249, 254, 255, 257, 402, 2-ci cild, səh.391, 451; «Əd-Dürrül-mənsur», 2-ci cild, səh.298; «Fəthul-qədir», 2-ci cild, səh.60; «Əl-me`yaru vəl-müvazənə», səh.214; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.237; «Yənabiul-məvəddət», 1-ci cild, səh.359, 2-ci cild, səh.248, 285, 3-cü cild, səh.279.

«Dəaimul-İslam», 1-ci cild, səh.15; «Rəsailul-Mürtəza», 3-cü cild, səh.20, 4-cü cild, səh.130; «Əl-Kafi», 1-ci cild, səh.289-290; «Əl-Əmali», Şeyx Səduq, səh.435 56-cı məclis, 10-cu hədis və səh.584; «Kəşful-ğita», 1-ci cild, səh.10; «Ət-Tovhid», səh.254, 256; «Rövzətul-vaizin», səh.90, 92; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.140, 171, 2-ci cild, səh.380, 382; «Əl-Müstərşəd», səh.465, 470, 606; «Şərhul-əxbar», 1-ci cild, səh.104, 2-ci cild, səh.276, 374; «Əl-İrşad», 1-ci cild, səh.175; «Əl-İhticac», 1-ci cild, səh.70; «Mənaqibu Ali Əbi Talib», 3-cü cild, səh.21, 23; «Əl-Ümdə», səh.99; «Ət-Təraif», səh.121, 149, 152; «Təfsiru Əbi Həmzə Sumali», səh.160; «Təfsirul-Əyyaşi», 1-ci cild, səh.328, 331, 2-ci cild, səh.97; «Təfsirul-Qummi», 1-ci cild, səh.171, 174, 2-ci cild, səh.201; «Təfsiru Fərat əl-Kufi», səh.124, 129...; «E`lamul-vəra», 1-ci cild, səh.261 və başqa şiə mənbələri.

[9] «Tarixu Bəğdad», 8-ci cild, səh.284; «Şəvahidut-tənzil», 1-ci cild, səh.200..., 2-ci cild, səh.391; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.233-234; «Əl-Bidayətu vən-nihayə», 7-ci cild, səh.386; «Əl-Me`yaru vəl-müvazənə», səh.212; «Yənabiul-məvəddət», 2-ci cild, səh.249 və başqa sünnü mənbələri.

«Əl-Ümdə», səh.106, 170, 244; «Ət-Təraif», səh.147; «Rəsailul-Mürtəza », 4-cü cild, səh.131; «Əl-İqtisad», səh.220; «Əl-Əmali», Şeyx Səduq, səh.50, birinci məclis, 2-ci hədis; «Rövzətul-vaizin», səh.350; «Təfsiru Fərat əl-Kufi», səh.516; «Xəsaisul-vəhyil-mubin», səh.97 və başqa şiə mənbələri.

[10] «Nurul-əbsar» səh. 87; zikru mənaqibi səyyidina Əliyyibni Əbi Talib ibni əmmir-Rəsul seyfillahil-məslul fəsli, həmçinin, bax: «Nəzmu dürəris-səmteyn», səh. 93; «Əl-Cameu liəhkamil-Quran», 18-ci cild, səh. 279; «Yənabiul-məvəddət», 2-ci cild, səh. 370; «Şəvahidut-tənzil», 2-ci cild, səh. 381 başqa sünnü mənbələri.

«Şərhul-əxbar», 1-ci cild, səh. 230; «Mənaqibu Ali Əbi Talib», 3-cü cild, səh. 40; «Təfsiru Fərat əl-Kufi», səh. 505; «Ət-Təraif», səh. 152; və başqa şiə mənbələri.

[11] «Məaric» surəsi, ayə:1

[12] «Məaric» surəsi, ayə:1-3

[13] «Müsnədi Əhməd ibni Hənbəl», 4-cü cild, səh.281.

[14] «Ət-Təfsirul-Kəbir», Fəxr Razi,12-ci cild, səh.49, «Ya əyyuhər-Rəsulu bəlliğ ma unzilə iləykə min Rəbbikə...» ayəsinin təfsirində

[15] «Tarixu Bəğdad», 8-ci cild, səh.284.

[16] «Nəzmu dürəris-səmteyn», səh.109; «Zəxairul-uqba», səh.67; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.220 və s; «Əl-Bidayətu vən-nihayə», 7-ci cild, səh.386; «Yənabiul-məvəddət», 1-ci cild, səh.98, 101, 2-ci cild, səh.158, 285 və başqa sünnü mənbələri.

«Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh. 443, 2-ci cild, səh. 441; «Əl-Müstərşəd», səh.471; «Mənaqibu Ali Əbi Talib», 3-cü cild, səh.45; «Əl-Təraif», səh.150; «İxtiyaru mə`rifətir-rical», 1-ci cild, səh.87 və başqa şiə mənbələri.

[17] «Əl-İsabə fi təmyizis-səhabə», əl-qismul-əvvəl, Əbdur-Rəhman ibni Mudləc.

[18] «Usdul-ğabə», 3-cü cild, səh.321; həmçinin bax: «Müsnədi Əhməd ibni Hənbəl», 1-ci cild, səh.119; «Məcməuz-zəvaid», 9-cu cild, səh.105, 107; «Əs-Sünənul-kubra» (Nisai), 5-ci cild, səh.131 və s; «Müsnədi Əbu Yə`li», 1-ci cild, səh.428; «Əl-Bidayətu vən-nihayə», 5-ci cild, səh.229; «Əs-Sirətun-Nəbəviyyə», İbni Kəsir, 4-cü cild, səh.418; «Xəsaisu Əmiril-mö`minin ´», səh.96, 100..., 132; «Əl-Mö`cəmul-əvsət», 7-ci cild, səh.70; «Əl-Mö`cəmul-kəbir», 5-ci cild, səh.171; «Nəhcül-bəlağənin şərhi», İbni Əbil-hədid, 19-cu cild, səh.217; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.205 və başqa sünnü mənbələri.

«Mənaqibu Əmiril-mö`minin ´», 2-ci cild, səh.372; «Şərhul-əxbar», 1-ci cild, səh.100; «Əl-Əmali», Şeyx Tusi, səh. 272, 334...; «Əl-Ümdə», səh.93; «Ət-Təraif», səh.151 və başqa şiə mənbələri.

[19] «Əhzab» surəsi, ayə:6

[20] «Səhihi Buxari», 3-cü cild, səh.168, kitabus-sülh, keyfə yuktəbu haza babı..., 4-cü cild, səh.207, mənaqibu Əli ibni ƏbuTalib babı və 5-ci cild, səh.85, ümrətul-qəza babı; «Müsnədi Əhməd ibni Hənbəl», 1-ci cild, səh.98, 115 və 5-ci cild, səh.204; «Səhihi İbni Həbban», 11-ci cild, səh.229, 230; «Əs-sünənul-kubra», Beyhəqi, 8-ci cild, səh.5; «Məcməuz-zəvaid», 9-cu cild, səh.275; «Əl-Müsənnəf», İbnu Əbi Şeybə, 7-ci cild, səh.499; «Əs-Sünənul-kubra», Nisai, 5-ci cild, səh.127, 148, 168, 169; «Xəsaisu Əmiril-mö`minin ´», səh.88, 89, 122, 151; «Kənzül-ummal», 5-ci cild, səh.579, səh.11, səh.599, 639, 755, 13-cü cild, səh.255; «Məanil-Qur`an», 5-ci cild, səh.40; «Şəvahidut-tənzil», 2-ci cild, səh.143; «Əl-Cameu liəhkamil-Qur`an», 13-cü cild, səh.60, 15-ci cild, səh.215; «Ət-Təfsir», İbni Kəsir, 3-cü cild, səh.475, 4-cü cild, səh.218; «Tarixu Bəğdad», 4-cü cild, səh.364; «Tarixu mədinəti Dəməşq», 19-cu cild, səh.362, 42-ci cild, səh.53, 63, 179; «Təhzibul-kəmal», 5-ci cild, səh.54; «Əl-bidayətu vən-nihayə», 4-cü cild, səh.267 və başqa çoxlu sünnü mənbələri.

«Mənaqibu Əmiril-mö`minin ´», səh.473; «Mənaqibu Ali Əbi Talib», 1-ci cild, səh.396; «Əl-Xisal», səh.496, 573, 652; «Uyunu əxbarir-Riza ´», 2-ci cild, səh.58, 31-ci bab, 224-cü hədis; «Əl-Əmali», Şeyx Səduq, səh.66, 4-cü məclis, 8-ci hədis və səh. 156, 21-ci məclis, hədis 1, səh.342, 45-ci məclis, 2-ci hədis və bu kitabın çoxlu yerləri; «Kəmalud-din və təmamun-ne`mət», səh.441; «Kifayətul-əsər», səh.158; «Rövzətül-vaizin», səh.112, 296; «Əl-müstərşəd», səh.621, 634...; «Şərhul-əxbar», 1-ci cild, səh.93, 2-ci cild, səh.250; «Əl-İrşad», 1-ci cild, səh.46; «Əl-Əmali», Şeyx Mufid, səh.213; «Əl-Əmali», Şeyx Tusi, səh.200, 351; «Əl-Ümdə», səh.146, 201 və başqa şiə mənbələri.

[21] «Nəcm» surəsi, ayə:3

[22] «Əl-Müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.124 və həmçinin «Təlxis»də; «Əl-Mö`cəmus-səğir», 1-ci cild, səh.255; «Əl-Mö`cəmul-əvsət», 5-ci cild, səh.135; «Əl-Cameus-səğir», 2-ci cild, səh.177; «Kənzül-ummal», 11-ci cild, səh.603; «Feyzul-Qədir», 4-cü cild, səh.470; «Subulul-huda vər-rəşad», 11-ci cild, səh.297; «Yənabiul-məvəddət», 1-ci cild, səh.124, 269 və başqa sünnü mənbələri.

«Əl-İhticac», 1-ci cild, səh.214, 225, 297; «Ət-Təraif», səh.103; «Əl-ərbəunə hədisən», səh.73; «Kəşful-ğummə», 1-ci cild, səh.148; «Əl-Əmali», Şeyx Tusi, səh.460, 16-cı məclis, 34-cü hədis, səh.479, 506; və başqa şiə mənbələri.

[23] «Zümər» surəsi, ayə:23

[24] «İsra» surəsi, ayə:9

[25] «Büruc» surəsi, ayə:21-22

[26] «Vaqiə» surəsi, ayə:77-78

[27] «Hicr» surəsi, ayə:87

[28] «Yasin» surəsi, ayə:1-2

[29] «Ər-Rəhman» surəsi, ayə:1-2

[30] «Həşr» surəsi, ayə:21

[31] «Rə`d» surəsi, ayə:31

[32] «Nəml» surəsi, ayə:6

[33] «Nəhl» surəsi, ayə:89

[34] «Kəhf» surəsi, ayə:1

[35] «Əl-Kafi», 2-ci cild, səh.599.

[36] «Nəhcül-bəlağənin şərhi», İbni Əbil-Hədid, 7-ci cild, səh.220; «Nəzmu dürəris-səmteyn», səh.92; «Kənzül-ummal», 13-cü cild, səh.135, 177; «Cameul-bəyan», cild-29, səh.69; «Əsbabun-nüzul», səh.294; «Şəvahidut-tənzil», 2-ci cild, səh.361, 362 və s.; «Əl-Cameu liəhkamil-Qur`an», 18-ci cild, səh.264; «Təfsiru İbni Kəsir», 4-cü cild, səh.441; «Əd-Dürrül-mənsur», 6-cı cild, səh.260;«Tarixu mədinəti Dəməşq», 38-ci cild, səh.349, 41-ci cild, səh.455, 42-ci cild, səh.361 və başqa sünnü mənbələri.

«Bəsairud-dərəcat», səh.537, 10-cu hissə, 17-ci bab, 48-ci hədis; «Əl-Kafi», 1-ci cild, səh.423; «Uyunu əxbarir-Riza ´», 2-ci cild, səh.62, 31-ci bab, 256-cı hədis; «Rövzətul-vaizin», səh.105; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.142 və s.; «Dəlailul-imamət», səh.235; «Təfsiru Əyyaşi», 1-ci cild, səh14; «Təfsiru Fərat əl-Kufi», səh.499; «Ət-Tibyan», 10-cu cild, səh.98; «Məcməul-bəyan», 10-cu cild, səh.107 və başqa şiə mənbələri.

[37] «Haqqə» surəsi, ayə:12

[38] «Fəthul-Bari», 8-ci cild, səh.459; «Kənzül-ummal», 2-ci cild, səh.565; azacıq təfavütlə: «Şəvahidut-tənzil», 1-ci cild, səh.42; «Təfsir», Sə`ləbi 1-ci cild, səh.52; «Əl-Cameu liəhkamil-Qur`an», 1-ci cild, səh.35; «Əl-cərhu vəttə`dil», 6-cı cild, səh.192; «Təhzibul-kəmal», 20-ci cild, səh.487; «Təhzibut-Təhzib», 7-ci cild, səh.297; «Ənsabul-əşraf», səh.99; «Yənabiul-məvəddət», 2-ci cild, səh.173, 408; «Zəxairül-uqba», səh.83; «Təfsirul-Qur`an», Əbdur-Rəzzaq, 3-cü cild, səh.241; «Ət-Təbəqatul-kubra», 2-ci cild, səh.338; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.398 və başqa sünnü mənbələri.

«Mənaqibu Ali Əbi Talib», 1-ci cild, səh.46; «Vusulul-əxyar ila usulil-əxbar», səh.4; «Əl-Mənaqib», səh.94; «Kəşful-ğummə», 1-ci cild, səh.117; «Sə`dus-suud», səh.284; «Təfsirul-Əyyaşi», 2-ci cild, səh.283 və başqa şiə mənbələri.

[39] «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild, səh.132; «Müsnədi Əhməd», 1-ci cild, səh.330; «Əs-Sünənul-kubra», 5-ci cild, səh.112; «Əl-Mö`cəmul-kəbir», 12-ci cild, səh.77; «Fəzailus-səhabə», (Əhməd ibni Hənbəl), 2-ci cild, səh.682, 1168-ci hədis və başqa sünnü mənbələri.

«Təfsiru Fərat əl-Kufi», səh.341; «Şərhul-əxbar», 2-ci cild, səh.299; «Əl-Ümdə», səh.85, 238; «Kəşful-ğummə fi mə`rifətil-əimmə», 1-ci cild, səh.80 və başqa şiə mənbələri.

[40] «Şəvahidut-tənzil», 1-ci cild, səh.24

[41] «Şəvahidut-tənzil», 1-ci cild, səh.30

[42] «Şəvahidut-tənzil», 1-ci cild, səh.22

[43] «Nəhcül-bəlağə»nin şərhi, İbni Əbil-Hədid, 19-cu cild, səh.60

[44] «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild, səh.107

[45] «Tənqihul-məqal», 1-ci cild, səh.402

[46] «Maidə» surəsi, ayə:55

[47] «Təfsiru əl-Kəbir», Fəxr Razi,12-ci cild,səh. 26

[48] «Ali-İmran» surəsi, ayə:61

[49] «Təfsiru əl-Kəbir», Fəxr Razi, 8-ci cild,səh. 85

[50] «Fatir» surəsi, ayə:10

[51] «Yasin» surəsi, ayə:82

[52] «Səhihi Buxari», 4-сü, cild, səh. 210; Əhməd ibn Hənbəl «Müsnəd» 4-cü cild, səh. 5, 328; «Səhihi Müslim», 7-ci cild, səh. 141; «Sünəni İbni Macə», 1-ci cild, səh. 644; «Sünən Əbu Davud», 1-ci cild, səh. 460; «Sünəni Tirmizi», 5-ci cild, səh. 359, 360; «Əl-müstədrək ələs-səhiheyn», 3-cü cild, səh. 159; “Əs-Sünənul-kubra», Beyhəqi, 7-ci cild, səh. 307, 10-cu cild, səh. 210; «Əl-Müsənnəf», İbni Əbi Şeybə, 7-ci cild, səh. 226; «Əl-Ahadu vəl-məsani», 5-ci cild, səh. 361, 362; «Əs-Sünənul-kubra», Nisai, 5-ci cild, səh. 97, 148; «Xəsaisu Əmiril-mюminin ´» səh. 120; «Səhihi İbni Həbban», 15-ci cild, səh. 406; «Əl-Mö`cəmul-kəbir», 22-ci cild, səh. 404, 405; «Nəhcül-bəlağənin şərhi», İbni Əbil-Hədid, 16-cı cild, səh. 273, 279; «Nəzmu dürəris-səmteyn», səh. 176; «Əl-Cameus-səğir», 2-ci cild, səh. 208; «Kənzül-ummal», 12-ci cild, səh. 107; «Təfsiru İbni Kəsir», 3-cü cild, səh. 267; «Təfsiru Sə`ləbi», 5-ci cild, səh. 315; «Tarixu mədinəti Dəməşq», 3-cü cild, səh. 155, 58-ci cild, səh. 159; «Təhzibul-kəmal», 12-ci cild, səh. 392, 22-ci cild, səh. 599, 35-ci cild, səh. 250; «Siyəru ə`lamin-nübəla», 5-ci cild, səh. 90; «Əl-İsabə», 8-ci cild, səh. 265; «Əl-bidayətu vən-nihayə», 6-cı cild, səh. 366; «Səbilul-huda vər-rəşad», 10-cu cild, səh. 349, 11-ci cild, səh. 444; «Yənabiul-məvəddət». 2-ci cild, səh. 46, 52 və başqa çoxlu sünnü mənbələri.

[53] «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild,, səh. 154; «Əl-Mö`cəmul-kəbir»,. 1-ci cild,, səh. 108, «Əl-ahadu vəl-məsani», 5-ci cild, səh. 363

 


al-shia, Media-islam.Com 2008.