MEDIA-ISLAM.COM


 

4-cü hədis

Peyğəmbəri Əkrəm (s) həzrət Əliyə buyurmuşdur: “Əntə minni və ənə minkə.”[1] Bu hədisi Buxari və digər böyük sünnü hədisçiləri və imamları nəql etmişlər.

Şübhəsiz, varlıq aləminin kamala çatması əql, elm, ixtiyar üzündən Allaha bəndəçilik və itaətlədir, insan xilqətinin imtiyazı da onun əqli və Allaha ixtiyar üzündən itaət etməsidir, xilqətin hədəfi də məhz budur.

Deməli, insanın kamalı qeyb elminə müttəsil olmaq (birləşmək), «əqlinin vəhy nuru ilə nurani olması» mərtəbəsinə çatmaqdır ki, bu da nübüvvət mərtəbəsindən ibarətdir.

Nübüvvət mərtəbəsinin kamalı da Allah tərəfindən məxluqata doğru səfirlik və onların əql qüvvələrinin ilahi hikmət nuru ilə nurani olmasından ibarətdir ki, bu da risalət məqamıdır.

Risalət məqamının kamalı da bağlanmış əhdlərə və alınmış əhd-peymanlara əzm mərtəbəsidir və bu da şəriətlə məb`us olan peyğəmbərlərin bə`ziləri üçün ulul-əzm mərtəbəsidir.

Bu mərtəbənin kamalı da xatəmiyyət mərtəbəsinə çatmaqladır ki, «əbədi şəriətə göndərilmə» mərtəbəsindən ibarət olub, insaniyyətin kamal həddinin sonudur. Bu mərtəbənin sahibi (özündən) əvvəlki peyğəmbərləri xətm, gələcəkdəkiləri fəth edən şəxsdir; yə`ni İsmi-ə`zəm, məsəli-ə`la həzrət Muhəmməd ibni Əbdullah (s)-dir.

Əli (ə) elə bir mərtəbəyə nail oldu ki, Allah-Taalanın, şə`nində “və ma yəntiqu ənil-həva”[2] buyurduğu o şəxs “Əliyyun minni – Əli məndəndir” buyurur; yə`ni o, imkan aləminin yeganə gövhərindən yaranmışdır ki, qüdsi nəfs, aləm xilqətinin ğai illəti (son hədəfi) və Adəmin xəlifə qərar verilməsindən ibarətdir.

Həzrət bu cümlə ilə kifayətlənməmiş, həm də buyurmuşdur: “Və ənə minhu” Bununla (ümmətə) başa salmaq istəyir ki, xatəm be`sətinin və vücudun hədəfi, əmin-amanlığın yaranmasına səbəb olan şeylər, yə`ni qəvim (möhkəm) dinə, sirati-müstəqimə hidayət hüdusən və bəqaən (həm başlanma, həmdə davam etmə baxımından) yalnız Əli və onun övladlarının vasitəsilə gerçəkləşə bilər.

Necə mümkün ola bilər ki, Peyğəmbər (s)-in xilafəti ilə onun arasında fasilə salınsın, halbuki, o Peyğəmbərdən, Peyğəmbər  də ondandır?!

5-ci hədis

Sünnü və şiələrin böyük mühəddisləri (hədis alimləri) e`tiraf etmişlər ki, həzrət Peyğəmbər (s) buyurdu:

عَلِىٌّ مَعَ الْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِىٍّ لَنْ يَتَفَرَّقَا حَتَّى يَرِدَا عَلَىَّ الْحَوْضَ

“Əli Qur`an ilə, Qur`an da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.”[3]

Bu hədisin mə`nası, Qur`ani-Məcidə mə`rifətə diqqət yetirməklə mə`lum olur. Bununla əlaqədar aşağıdakı ayələrə işarə edirik:

1-İlahi kitablar arasında Qur`andan da üstün və fəzilətli olacaq bir kitab yoxdur:

اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا

«Allah (axirəzzəman ümmətini hidayət etmək üçün) Qur`anı göndərmişdir ki, o, ən yaxşı hədisdir; elə bir kitabdır ki, ayələrinin hamısı bir-birinə mütəşabeh, oxşardır.»[4]

إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ

“Həqiqətən, bu Qur`an ən düzgün və ən möhkəm yola hidayət edir.”[5]

Mütəal Allah onu elə xüsusiyyətlərlə vəsf etmişdir ki, qələm onu yazmaqdan, bəyan onu dilə gətirməkdən acizdir:

بَلْ هُوَقُرْآنٌ مَّجِيدٌ * فِي لَوْحٍ مَّحْفُوظٍ

“Əksinə, bu, əzəmətli (ilahi) kitab olan Qur`andır, Lövhi-məhfuzda (haqq və əzəli elm səhifəsində) yazılmışdır.”[6]

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ   فِي كِتَابٍ مَّكْنُونٍ

“Həqiqətən o, çox əziz və faydalı kitabdır, haqqın sirri olan Lövhi-məhfuzdadır.”[7]

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

“Şübhəsiz, Biz Məsanidən (Həmd surəsindən) olan yeddi ayəni və bu əzəmətli Qur`anı sənə əta etdik.”[8]

 

 يس * وَالْقُرْآنِ الْحَكِيمِ * إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ

“Yasin, (ey rəsulların seyyidi və ən kamil insan!) and olsun hikmətli Qur`ana!”[9]

2-Allah-Taala Özünü Qur`anın müəllimi kimi təqdim edir:

الرَّحْمانُ عَلَّمَ الْقُرانَ

“Ər-Rəhman, Qur`anı tə`lim verdi.”[10]

4- Bu kitabda İlahi cəbərutun təcəlli etdiyi şeylərə işarə edir və buyurur:

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ

“(Ey Bizim Peyğəmbərimiz!) Əgər Biz bu Qur`anı (əzəmətli kitabı) dağa nazil etsəydik, dağın Allahın qorxusundan zəlil olub parçalandığını mütləq görərdin.”[11]

5-Ayələrində, nişanələrində təcəlli edən gizli sirlərdəki qüdrətinə işarə edərək buyurur:

وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَى

“Əgər o Qur`anın bəyan mö`cüzəsi ilə dağlar hərəkətə gətirilsə, ölülər danışdırılsa və yer parçalansa...” [12]

6-Bu kitab Allah-Taalanın elm və hikmətinin təzahürüdür:

وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

“(Ey Rəsulumuz!) Əzəmətli Qur`an ayələri elm və hikmət sahibi olan Allah tərəfindən vəhy (vasitəsi) ilə sənə nazil olunur.” [13]

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ

“Və Biz bu əzəmətli Qur`anı rəhmət və hidayət ünvanı ilə sənə nazil etdik ki, hər bir şeyin həqiqətini aydınlaşdırsın (və haqq din yolunu batil yollardan seçib ayırsın).” [14]

7-Allah-Taala Özünü, kitabı nazil edən şəxs ünvanı ilə həmd və sitayişə layiq görür:

 اَلْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَى عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجَا

“Həmd olsun o Allaha ki, bu kitabı Öz bəndəsinə nazil etdi və onda heç bir nöqsanlı hal qoymadı.”[15]

8-Peyğəmbəri Əkrəm (s) bu əziz kitaba sarılmaq barədə buyurur: “Hər vaxt fitnələr, iğtişaşlar sizi qarışığa salıb əhatə etsə, Qur`ana üz gətirin; çünki həqiqətən, Qur`an elə bir şəfaətçidir ki, onun şəfaəti qəbul olunmuşdur, pislikləri xəbər vermişdir ki, onun sözləri təsdiq olunmuşdur. Hər kəs onu özünə rəhbər qərar versə, Qur`an onu behiştə doğru hidayət edər. Hər kəs onu öz arxasına atsa (ondan üz döndərsə) onu cəhənnəmə sürükləyər. Qur`an elə bir yol göstərəndir ki, ən yaxşı yola hidayət edir. Elə bir kitabdır ki, onda təfsil və bəyan, həqiqətlərə nail olmaq yolu vardır. Haqq ilə batili bir-birindən ayırır. O, fəsl (haqqı-batildən ayırd edən) kəlamıdır, onda zarafata yer yoxdur. Onun həm zahiri, həm də batini vardır: Zahiri hökm, batini elmdir. Zahiri cilvəsi və gözəlliyi vardır, batini əngin və dərindir. Onun müəyyən hüdudları və hüdudlarının da hüdudları vardır. Onun qəribəlikləri sana gəlməz, qəribəlikləri, yenilikləri köhnəlməz. Onda aydınlıq gətirən hikməti və hidayət çıraqları vardır. Onu tanıyan şəxslər üçün mə`rifətə yol göstərməsi, dəlilləri vardır.”[16]

Bəli, mütəal Allah bu kitabda Öz məxluqatı üçün təcəlli etmişdir, onu nazil etdiyi şəxsi zikr olunan ayələrdə, Qur`anı ona nazil etmişdir qeyd olunan kəlmələrdə tərifləmişdir.

Bir şəxs ki, o Peyğəmbəri Əkrəm (s) tərəfindən Qur`anla və Qur`an da onunla yanaşı qərar verilib, belə şəxsin məqam və mənziləti necə də yüksəkdir!

O, Qur`anın zahiri ilədir–Qur`anın hikməti ilə, Qur`anın batini ilədir– Qur`anın elmi ilə. O, saya-hesaba gəlməyən qəribəliklərlə, tamam olmayan əsrarəngizliklərlə yanaşıdır, bu yanaşılıq və birgəlik ilə, bütün peyğəmbərlərə nazil olan kitab və hikmətlə onun yanındadır.

Sünnü və şiələrin təfsir alimlərinin rəvayətlərinə uyğun olaraq[17] Əli (ə) mütəal Allahın kəlamında bəyan olunan və “və təiyəha uzunun vaiyəh” (bu öyüd nəsihəti yalnız eşidən və əxz edən qulaq tuta bilər) deyə buyurulan “uzunun vaiyəh” – eşidən və əxz edən qulaq mə`nasınadır.[18]

Əli (ə) həmin şəxsdir ki, belə buyurmuşdur:

سَلُونِي فَوَاللَّهِ لاٰتَسْأَلُونِي عَنْ شَيْءٍ يَكُونُ اِلَىٰ يَوْمِ الْقِيٰامَةِ اِلاَّ حَدَّثْتُكُمْ بِهِ، وَسَلُونِي عَنْ كِتٰابِ اللَّهِ، فَوَاللَّهِ مٰا مِنْ آيَةٍ اِلاَّ وَأَنَا أَعْلَمُ أَبِلَيْلٍ نَزَلَتْ أَمْ بِنَهٰارٍ

“Məndən soruşun; (Çünki) Allaha and olsun, elə bir şey soruşmazsınız ki, mən ondan xəbər verə bilməyim. Allahın kitabından soruşun, Allaha and olsun ki, elə bir ayə yoxdur ki, onun gecə, yoxsa gündüz nazil olmasını bilməyim.”[19]

Peyğəmbər (s) tərəfindən Qur`anla yanaşı qərar verilən şəxsin məqamı necə də böyükdür! Halbuki, məiyyət (birgəlik) iki tərəflə bərqərar olunur, yə`ni Əli Qur`anladırsa, Qur`an da Əli (ə)-ilə (birgə) olmalıdır. Amma onun əzəmətində “Əliyyun məəl-Qur`an” cümləsi ilə kifayətlənməyib, bunu da əlavə edərək buyurmuşdur ki, “Qur`an da Əli ilədir.” Bu incə məsələni də yalnız sağlam əql sahibləri dərk edə bilər.

Birinci cümlənin Əli ilə başlanıb, Qur`anla xətm edilməsindən, ikinci cümlənin isə Qur`anla başlanıb Əli ilə xətm olunmasından, eləcə də kəlamın tərtibindən və bunun camaat arasında ən fəsahətli və gözəl söz üslubuna malik olan bir şəxs tərəfindən deyilməsi elə bir incəlikdir ki, onu şərh etməyə macal yoxdur.

Bir sözlə, peyğəmbərlər və mürsəllər arasında əmin, (əmanətdir) rəsul–həzrət Muhəmməd (s)-dən fəzilətli bir şəxs yoxdur. Əli (ə)-ondan və o da Əli (ə)-dən olduğuna görə (“əntə minni və ənə minkə”), deməli, Əli (ə) Allahın xəlq etdiyi məxluqat içərisində Peyğəmbər (s)-dən sonrakı mərtəbədə gələn bir şəxsdir.

Allah tərəfindən nazil olan səmavi kitablar arasında Qur`ani-Kərimdən əfzəl, yüksək bir kitab yoxdur. Əli (ə) Qur`an ilə və Qur`an da Əli (ə) ilə olduğuna görə (“Əliyyun məəl-Qur`an vəl-Qur`anu məə Əliyyin”), deməli, onun qəlbi mütəal Allah tərəfindən nazil edilənlərin hamısının, o cümlədən, hidayət, nur, kitab, hikmət və s. xəzinəsi olacaqdır.

Bu qədər vəsf ilə belə, şəkk-şübhə qala bilərmi ki, o, Peyğəmbəri Əkrəm (s)-in vəsisi və əzəmətli Qur`anın müfəssiri olmağa hamıdan layiqdir?!

Görəsən, “Rəsulun sizə gətirdiklərini əxz edin”«Bizim Peyğəmbərimizə aşkar təbliğdən başqa heç bir vəzifə yoxdur»-deyə buyuran Allaha iman gətirən hər bir şəxsin mövlası olmasında şəkk-şübhə qalırmı?!

6-cı hədis

Bu hədisin sənədinin düzgün olmasına sünnülərin hədis və rical alimləri e`tiraf etmişlər. Onun xülasəsi budur ki, bir dəstə adam İbni Abbasın yanına gəldilər, halbuki, Əli (ə)-a qarşı yaramaz sözlər deyirdilər. İbni Abbas dedi: Belə bir adama yaramaz sözlər deməyin, çünki, onda olan on fəzilət – heç kəsdə yoxdur:

1-Xeybər müharibəsində (başqaları döyüşə gedib aciz, halda zillətlə qayıtdıqları zaman) Allahın Rəsulu buyurdu: “Mən elə bir şəxsi göndərəcəyəm ki, Allah onu heç vaxt zəlil etməmişdir; o, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevirlər.”

Hamı boylanıb baxmaq istəyirdi ki, görəsən bu şəxs kimdir. Sonra buyurdu: “Əli haradadır?” o həzrətin gözləri ağrıdan şişmiş halda Peyğəmbər (s)-in yanına gəldi. Peyğəmbər (s)-in əli ilə şəfa tapdıqdan sonra o həzrət bayrağı üç dəfə yelləndirdi, sonra Əliyə verdi.”

2-Peyğəmbəri Əkrəm (s) «Tövbə» surəsinin ilk ayələrini oxumaq üçün filankəsi müşriklərə doğru göndərdi, sonra Əlini onun ardınca göndərdi ki, surəni alıb özü aparsın. Sonra buyurdu ki, “bu surəni heç kəs apara bilməz; yalnız o kəs apara bilər ki, mən ondanam, o da məndəndir.”

3-Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: “Sizdən hansı biriniz mənimlə dünya və axirətdə müvalat edər?!” Heç kəs qəbul etməkdə, Əli (ə)-yə buyurdu: “Sən dünya və axirətdə mənim vəlimsən.”

4-Əli (ə), Xədicədən sonra iman gətirən ilk şəxsdir.

5-Peyğəmbəri Əkrəm (s) öz paltarını dörd nəfərin üzərinə saldı: Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), sonra bu ayəni tilavət etdi:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Budur və bundan başqa ola bilməz: Allahın iradəsi budur ki, Siz Əhli-beytdən hər növ ricsi- (zahiri və batini çirkinliyi) uzaqlaşdırıb və sizi pak-pakizə qərar versin.”

6-Əli o kəs idi ki, öz canını Peyğəmbər (s)-in canına fəda etmişdi; onun paltarını geydi və gecə onun yerində yatdı. Sübh açılan zaman müşriklər onun Peyğəmbər (s) olduğunu güman edərək daşa basdılar.

7-Təbuk müharibəsində Peyğəmbər (s) Əlini Mədinədə öz yerinə qoydu. Əli (ə) Peyğəmbər (s)-dən ayrıldığından, ağlayan zaman həzrət buyurdu: “Razı olmazsamı ki, səninlə mənim münasibətim eynilə Harunla Musanın münasibəti kimi olsun?! Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur. Həqiqətən, layiq deyildir ki, sən mənim xəlifəm olmadan mən gedim.”

8-Peyğəmbər (s) Əliyə buyurdu: “Sən məndən sonra hər bir mö`min kişi və qadının vəlisi, mövlasısan.”

9-Peyğəmbəri Əkrəm (s), öz məscidinə açılan evlərin qapısının hamısını bağlatdırdı, yalnız Əlinin evinin qapısından başqa.

10-Həzrət Peyğəmbər (s) buyurdu: “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”[20]

Bütün səhabələrin varlığı ilə Peyğəmbər (s)-in fəth bayrağını Əli (ə)-ın əlinə verməsi, onların arasında yalnız onu Allahın və Rəsulunun sevimlisi, dostu qərar verməsi; Allahın peyğamını («Bəraət» surəsinin əvvəllərini) başqalarından alıb ona verməsi və Allahın kəlamının təbliğatçısının yalnız Əli ola bilməsini deməsi, səbəbi də Peyğəmbər (s)-in ondan, onun da Peyğəmbər (s)-dən olması; habelə, o həzrətin «layiq deyildir ki, səni öz xəlifəm qoymadan gedəm» – deyə aşkar şəkildə buyurması, bu səhihə sünnədə o həzrətin külli və mütləq vilayətini – “sən məndən sonra bütün mö`min kişi və qadınların vəlisisən”, həmçinin “mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” - deyə buyurması, insaf və təfəkkür əhli üçün o həzrətin Peyğəmbər (s)-dən sonra fasiləsiz xilafətinə dair şəkk-şübhəyə yer qoyurmu?!


 

[1] «Səhihi Buxari», 3-cü cild, səh.168, kitabus-sülh, keyfə yuktəbu haza babı..., 4-cü cild, səh.207, mənaqibu Əli ibni ƏbuTalib babı və 5-ci cild, səh.85, ümrətul-qəza babı; «Müsnədi Əhməd ibni Hənbəl», 1-ci cild, səh.98, 115 və 5-ci cild, səh.204; «Səhihi İbni Həbban», 11-ci cild, səh.229, 230; «Əs-sünənul-kubra», Beyhəqi, 8-ci cild, səh.5; «Məcməuz-zəvaid», 9-cu cild, səh.275; «Əl-Müsənnəf», İbnu Əbi Şeybə, 7-ci cild, səh.499; «Əs-Sünənul-kubra», Nisai, 5-ci cild, səh.127, 148, 168, 169; «Xəsaisu Əmiril-mö`minin ´», səh.88, 89, 122, 151; «Kənzül-ummal», 5-ci cild, səh.579, səh.11, səh.599, 639, 755, 13-cü cild, səh.255; «Məanil-Qur`an», 5-ci cild, səh.40; «Şəvahidut-tənzil», 2-ci cild, səh.143; «Əl-Cameu liəhkamil-Qur`an», 13-cü cild, səh.60, 15-ci cild, səh.215; «Ət-Təfsir», İbni Kəsir, 3-cü cild, səh.475, 4-cü cild, səh.218; «Tarixu Bəğdad», 4-cü cild, səh.364; «Tarixu mədinəti Dəməşq», 19-cu cild, səh.362, 42-ci cild, səh.53, 63, 179; «Təhzibul-kəmal», 5-ci cild, səh.54; «Əl-bidayətu vən-nihayə», 4-cü cild, səh.267 və başqa çoxlu sünnü mənbələri.

«Mənaqibu Əmiril-mö`minin ´», səh.473; «Mənaqibu Ali Əbi Talib», 1-ci cild, səh.396; «Əl-Xisal», səh.496, 573, 652; «Uyunu əxbarir-Riza ´», 2-ci cild, səh.58, 31-ci bab, 224-cü hədis; «Əl-Əmali», Şeyx Səduq, səh.66, 4-cü məclis, 8-ci hədis və səh. 156, 21-ci məclis, hədis 1, səh.342, 45-ci məclis, 2-ci hədis və bu kitabın çoxlu yerləri; «Kəmalud-din və təmamun-ne`mət», səh.441; «Kifayətul-əsər», səh.158; «Rövzətül-vaizin», səh.112, 296; «Əl-müstərşəd», səh.621, 634...; «Şərhul-əxbar», 1-ci cild, səh.93, 2-ci cild, səh.250; «Əl-İrşad», 1-ci cild, səh.46; «Əl-Əmali», Şeyx Mufid, səh.213; «Əl-Əmali», Şeyx Tusi, səh.200, 351; «Əl-Ümdə», səh.146, 201 və başqa şiə mənbələri.

[2] «Nəcm» surəsi, ayə:3

[3] «Əl-Müstədrəku ələs-Səhiheyn», 3-cü cild, səh.124 və həmçinin «Təlxis»də; «Əl-Mö`cəmus-səğir», 1-ci cild, səh.255; «Əl-Mö`cəmul-əvsət», 5-ci cild, səh.135; «Əl-Cameus-səğir», 2-ci cild, səh.177; «Kənzül-ummal», 11-ci cild, səh.603; «Feyzul-Qədir», 4-cü cild, səh.470; «Subulul-huda vər-rəşad», 11-ci cild, səh.297; «Yənabiul-məvəddət», 1-ci cild, səh.124, 269 və başqa sünnü mənbələri.

«Əl-İhticac», 1-ci cild, səh.214, 225, 297; «Ət-Təraif», səh.103; «Əl-ərbəunə hədisən», səh.73; «Kəşful-ğummə», 1-ci cild, səh.148; «Əl-Əmali», Şeyx Tusi, səh.460, 16-cı məclis, 34-cü hədis, səh.479, 506; və başqa şiə mənbələri.

[4] «Zümər» surəsi, ayə:23

[5] «İsra» surəsi, ayə:9

[6] «Büruc» surəsi, ayə:21-22

[7] «Vaqiə» surəsi, ayə:77-78

[8] «Hicr» surəsi, ayə:87

[9] «Yasin» surəsi, ayə:1-2

[10] «Ər-Rəhman» surəsi, ayə:1-2

[11] «Həşr» surəsi, ayə:21

[12] «Rə`d» surəsi, ayə:31

[13] «Nəml» surəsi, ayə:6

[14] «Nəhl» surəsi, ayə:89

[15] «Kəhf» surəsi, ayə:1

[16] «Əl-Kafi», 2-ci cild, səh.599.

[17] «Nəhcül-bəlağənin şərhi», İbni Əbil-Hədid, 7-ci cild, səh.220; «Nəzmu dürəris-səmteyn», səh.92; «Kənzül-ummal», 13-cü cild, səh.135, 177; «Cameul-bəyan», cild-29, səh.69; «Əsbabun-nüzul», səh.294; «Şəvahidut-tənzil», 2-ci cild, səh.361, 362 və s.; «Əl-Cameu liəhkamil-Qur`an», 18-ci cild, səh.264; «Təfsiru İbni Kəsir», 4-cü cild, səh.441; «Əd-Dürrül-mənsur», 6-cı cild, səh.260;«Tarixu mədinəti Dəməşq», 38-ci cild, səh.349, 41-ci cild, səh.455, 42-ci cild, səh.361 və başqa sünnü mənbələri.

«Bəsairud-dərəcat», səh.537, 10-cu hissə, 17-ci bab, 48-ci hədis; «Əl-Kafi», 1-ci cild, səh.423; «Uyunu əxbarir-Riza ´», 2-ci cild, səh.62, 31-ci bab, 256-cı hədis; «Rövzətul-vaizin», səh.105; «Mənaqibu Əmiril-mö`minin ´», 1-ci cild, səh.142 və s.; «Dəlailul-imamət», səh.235; «Təfsiru Əyyaşi», 1-ci cild, səh14; «Təfsiru Fərat əl-Kufi», səh.499; «Ət-Tibyan», 10-cu cild, səh.98; «Məcməul-bəyan», 10-cu cild, səh.107 və başqa şiə mənbələri.

[18] «Haqqə» surəsi, ayə:12

[19] «Fəthul-Bari», 8-ci cild, səh.459; «Kənzül-ummal», 2-ci cild, səh.565; azacıq təfavütlə: «Şəvahidut-tənzil», 1-ci cild, səh.42; «Təfsir», Sə`ləbi 1-ci cild, səh.52; «Əl-Cameu liəhkamil-Qur`an», 1-ci cild, səh.35; «Əl-cərhu vəttə`dil», 6-cı cild, səh.192; «Təhzibul-kəmal», 20-ci cild, səh.487; «Təhzibut-Təhzib», 7-ci cild, səh.297; «Ənsabul-əşraf», səh.99; «Yənabiul-məvəddət», 2-ci cild, səh.173, 408; «Zəxairül-uqba», səh.83; «Təfsirul-Qur`an», Əbdur-Rəzzaq, 3-cü cild, səh.241; «Ət-Təbəqatul-kubra», 2-ci cild, səh.338; «Tarixu mədinəti Dəməşq», 42-ci cild, səh.398 və başqa sünnü mənbələri.

«Mənaqibu Ali Əbi Talib», 1-ci cild, səh.46; «Vusulul-əxyar ila usulil-əxbar», səh.4; «Əl-Mənaqib», səh.94; «Kəşful-ğummə», 1-ci cild, səh.117; «Sə`dus-suud», səh.284; «Təfsirul-Əyyaşi», 2-ci cild, səh.283 və başqa şiə mənbələri.

[20] «Əl-Müstədrək ələs-Səhiheyn», 3-cü cild, səh.132; «Müsnədi Əhməd», 1-ci cild, səh.330; «Əs-Sünənul-kubra», 5-ci cild, səh.112; «Əl-Mö`cəmul-kəbir», 12-ci cild, səh.77; «Fəzailus-səhabə», (Əhməd ibni Hənbəl), 2-ci cild, səh.682, 1168-ci hədis və başqa sünnü mənbələri.

«Təfsiru Fərat əl-Kufi», səh.341; «Şərhul-əxbar», 2-ci cild, səh.299; «Əl-Ümdə», səh.85, 238; «Kəşful-ğummə fi mə`rifətil-əimmə», 1-ci cild, səh.80 və başqa şiə mənbələri.

 


al-shia, Media-islam.Com 2008.