Cüme, 29.03.2024, 18:06
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » İSLAM » İslam peyğəmbəri Həzrəti Muhəmməd (s) (O Həzrət barədə inşallah burada yazaq.)
İslam peyğəmbəri Həzrəti Muhəmməd (s)
al-shia Tarix: Bazar, 13.07.2008, 00:31 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Bismilləhir rəhmanir rəhim! Həmd olsun Allaha ki, biz müsəlmanlardanıq! Hz Mühəmmədin (s) vasitəsi ilə insanlara hidayətə qovuşdurmaq üçün Allah tərəfindən göndərilən İslam dinindəyik!
İndi isə Allahın son elçisi, Allahın ən sevimli bəndəsi Hz Mühəmməd (s) barədə bura yazaq. İlk öncə O Həzrətin (s) həyatı barədə:
***

QÜREYŞ QӘBILӘSI

Qüreyş qəbiləsi Hicazda olan ərəb qəbilələri arasında ən mö᾽təbər qəbilələrdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü cəddi Qüsəy ibni Kilab Allah evinin xidmətçisi və məs᾽ulu idi. Qüreyş müxtəlif qruplardan ibarət idi ki, həmin qrupların ən şərəflisi Bəni Haşim idi.

Haşim ağıllı, şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını tə᾽min etmək məqsədilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və əvəzsiz xidmətlərinə görə əhali ona Seyyid yə᾽ni ağa, başçı ləqəbini vermişdilər. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da Seyyid adlanır.

Haşimdən sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Әbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik idi. O zaman Әbrəhənin Məkkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Әbdülmüttəlibin xalq içərisində olan e᾽tibarını daha da artırmışdı.

Abdullah isə Әbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evlənmiş və bu mübarək izdivacın nəticəsində isə Fil hadisəsindən iki ay sonra dünyaya gəlmiş Məhəmməd adlı nurlu bir oğlan uşağı olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Әbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində qarşılaşdığı çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular. Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səviyyəsinə görə Qüreyşin əmini (yə᾽ni Qüreyşin ən e᾽tibarlı şəxsi) ləqəbini vermişdilər.

O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və müstəz᾽əflərin tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və problemlərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup «Hilfül-füzul» müqaviləsinə qol çəkdikləri vaxt həzrət Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Məhəmməd (s) əmisi Әbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və e᾽tibarı olduğuna görə karvanın başçısı seçilən Məhəmmədə onun cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə evlənmək təklifini irəli sürmüşdü.

Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacın meyvəsi bütün mə᾽sumların və islam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə.).

***

Ya Rəbb! Necə ki, Mühəmmədə (səllallahu əleyhi və alihi və səlləm) xatir Hz Adəm (əs) bağışladın, bizim də keç günahımızdan!!! Amin! Əlhəmdülilləhir Rəbbil Aləmin!
***

[color=blue]MÜHƏMMƏDİ SEVƏRƏK YAŞA!!!

[/font]

ahlibeyt14mesum Tarix: Bazar, 24.08.2008, 00:33 | Mesaj # 2
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin ən yaxşıları onların dünyaya daha etinasızları və axirətə daha çox can atanları, axirət arzusunda olanlarıdır

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

ZehrayiNur Tarix: Bazar, 24.08.2008, 22:50 | Mesaj # 3
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
Hezreti Muhemmed(s.a.av) Allahin Gozel sevimli tecellasi Ve Resuludur!

Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

ahlibeyt14mesum Tarix: Bazar, 24.08.2008, 23:37 | Mesaj # 4
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
Allahın Peyğəmbəri (s): «Mənim ümmətim bərəkətli bir ümmətdir. Onun əvvəlinin, yoxsa sonunun xeyir olması məlum deyil

Поиск: