Cüme, 19.04.2024, 19:41
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » İSLAM » Şirk ve bidet (Dua eden zaman imamlari vasite tutmaq şirkdirmi?)
Şirk ve bidet
al-shia Tarix: Bazar, 03.02.2008, 14:36 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Dua edən zaman imamları (ə) vasitə tutmaq şirkdirmi?
Fikirlərinizi bildirin


 
Qonaq Tarix: Bazar, 03.02.2008, 16:32 | Mesaj # 2
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
Maide-35/Allaha vesile ile yaxinlashin!

ebetdeki shirk deyil! happy



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
al-shia Tarix: Bazar ertesi, 04.02.2008, 23:07 | Mesaj # 3
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Uzun illər boyu şiə məzhəbinə olunan iradlardan biri də onların Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmələridir:

Әgər şiələr tövhidə iman gətirmişlərsə, nə üçün öz hacət və istəklərini Allahdan deyil, Peyğəmbər (s) və imamlardan istəyirlər?

Cavab:

1. Hər şeydən öncə təvəssül etməyin mə’na və mahiyyəti açıqlanmalıdır.

Təvəssül etmək bir şəxsdən hacət, istək tələb etmək deyildir. Təvəssül sözünün mə’nası «vasitə salmaq» deməkdir. Bir şəxs Peyğəmbər (s) və ya onun Әhli-beytinə təvəssül edirsə, bu, Allahdan özgəyə sığınmaq deyil, onları vasitə salaraq Allahdan öz istəyini diləməkdir;

2. Yaşadığımız dünyaya diqqət etsək görərik ki, bu dünyaya vasitələr qanunu hakimdir. Hər bir şey vahid Allahın hökmü ilədir, lakin Allah-taala Özü bizlərə vasitələr göstərmiş və bu vasitələrdən nəticə almağı əmr etmişdir.

Məsələn, xəstələndiyimiz zaman mütləq həkimə və onun məsləhətlərinə müraciət etməliyik. Bütün dərdlərin dərmanı Allah-taalanın əlində olmasına baxmayaraq, biz Onun yaratdığı vasitələrə müraciət edirik. Xəstəliyimizin sağalması üçün həkimə müraciət etmək heç də Allahdan qeyrisinə sığınmaq deyil, həqiqətdə öz Pərvərdigarımıza sığınıb Onun yaratdığı vasitələrdən istifadə etməkdir.

3. Allah-taala Maidə surəsinin 35-ci ayəsində buyurur:

«Ey iman gətirənlər, Allahdan qorxun və Onunla öz aranızda vasitə tapın».

Qur’ani-Kərimin təkcə bu ayəsi təvəssül etməyin yə’ni, Allah-taalaya yaxınlaşmaq üçün vasitə tapmağın zəruri olduğuna kifayət edər. Bu ayədə vasitə dedikdə Peyğəmbər (s) və onun Әhli-beyti nəzərdə tutulur. Bu məsələ bir çox əhli-sünnə alimləri tərəfindən təsdiqlənmişdir. O cümlədən: Hafiz Әbu Nəim İsfahani «Nüzulul-Qur’an fi Әli» kitabında; Hafiz Әbu Bəkr «Ma nəzələ minəl-Qur’an fi Әli» kitabında; İmam Әhməd Sə’ləbi «Kəşful-bəyan» təfsirində; İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə» kitabında və onlarla digər əhli-sünnə alimi bu ayədə «vasitə» sözünün Peyğəmbər (s) və Әhli-beytə şamil olduğunu bəyan etmişlər.
4. Әhli-sünnə kitablarında yazılmış çoxlu sayda hədislərdə xəbər verilir ki, Peyğəmbərin (s) böyük səhabələri çətin məqamlarda Әhli-beytə təvəssül etmiş, onlardan kömək istəmişlər. İbni Həcər Məkki «Әs-səvaiqul-mühriqə» kitabında yazır:

«Hicrətin 17-ci ilində şiddətli quraqlıq oldu. Camaat dəfələrlə «İstisqa» namazına (yağış tələb etmək üçün xüsusi namaz) getdilər, lakin heç bir nəticə hasil olmadı. İkinci xəlifə Ömər ibni Xəttab dedi: Sabah bir şəxsin vasitəsi ilə Allahı səsləyəcəyəm ki, mütləq yağış yağacaq.

Sabah sübh açılan kimi Ömər ibni Xəttab Peyğəmbərin (s) əmisi Abbasın qapısına gedib dedi: Evdən bayıra gəl ki, sənin vasitənlə Allahdan yağış istəyək.

Abbas dedi: Bir az otur, mən lazım olan vasitələri tapım.

Sonra Abbas Bəni-haşim tayfasını səslədi. Onlar evdən çıxanda Әli (ə) qabağda, Həsən və Hüseyn sağ və sol tərəfində, Bəni-haşim tayfası isə Abbasın arxası ilə gəlirdilər. Abbas üzünü Ömərə çevirib dedi: Heç kəs bizə qarışıb müsəllaya (namaz qılınan yerə) gəlməsin.

Müsəllaya yetişməzdən əvvəl Abbas əllərini qaldırıb dedi: İlahi, Sən bizi yaratmısan və bizim əməllərimizə alimsən. Pərvərdigara, bizə əvvəldə lütf və mərhəmət elə!

Cabir ibni Әnsar deyir: Dua tamam olmamış buludlar hərəkətə gəldi, yağış yağmağa başladı».

İbni Həcər, Buxaridən (Səhih-buxari kitabının müəllifi) nəql edir ki, ikinci xəlifə Ömər ibni Xəttab quraqlıq illərində Peyğəmbərin (s) əmisi Abbasın yanında durub belə dua edirdi: İlahi, biz Sənin Rəsulunun əmisinə təvəssül edib Səndən yağış diləyirik».

Bu hədisi İbni Әbil Hədid Mö’təzili «Şərhu-nəhcil-bəlağə» kitabının 2-ci cildində təfsilatı ilə gətirmişdir.

Burada belə bir iradın olması mümkündür: Peyğəmbər (s) və Әhli-beytə təvəssül etmək onların diri olduqları zamana aiddir. Öldükdən sonra belə bir təvəssülün nə əhəmiyyəti vardır?

Cavab:

Biz müsəlmanların əqidəsinə görə ölüm insanların yox olması demək deyildir. İnsanlar cismən torpağın altına köçsələr də, ruhən həmişə diridirlər. Biz onları görməsək də onlar bizi görür, səsimizi eşidirlər. Məncə bu barədə geniş izah verməyə ehtiyac yoxdur. Ölümdən sonra yeni bir həyatın başlanması İslam dinində zəruri sayılan bir e’tiqaddır. Bunu inkar edən şəxslər müsəlman sayılmırlar. Nə üçün biz ölülərə salam veririk? Nə üçün Qur’ani-Kərimdə keçmiş peyğəmbərlər xatırlanır, onlara salam göndərilir?

Nə üçün Allah-taala «Әhzab» surəsinin 56-cı ayəsində Peyğəmbərə (s) salavat və salam söyləməyi bizə vacib buyurmuşdur?

Әgər onlar bizim səsimizi eşitmirsə, ölüb yox olmuşlarsa, bu salamların nə kimi əhəmiyyəti vardır? Bütün bunlardan əlavə, Allah-taala müqəddəs kitabında bə’zi insanların əsla ölü olmadıqlarını aşkar şəkildə bəyan edir.

«Allah yolunda ölənlərə ölü deməyin, onlar diridirlər, lakin siz anlamırsız». (Bəqərə-154).

«Allah yolunda ölənlər əsla ölü sayılmazlar, onlar diridirlər...». (Ali-İmran-169).

Peyğəmbər (s) və onun pak Әhli-beyti (ə) Allah yolunda ölmədilərmi? Onlara ölü demək, bizim səsimizi eşitmirlər söyləmək bizim əqidəmizə uyğun gəlirmi?

Bu dəlil və sübutların qarşısında belə bir iradın olacağını da istisna etmirik:

«Şiələr Peyğəmbər (s) və onun Әhli-beytinə təvəssül etmirlər. Onlar bu müqəddəs şəxsləri vasitə kimi yox, əsl sığınacaq kimi səsləyirlər».

Cavab:

Peyğəmbər (s) və Әhli-beytə təvəssül etməyin müəyyən qaydaları vardır. Bu qaydalar mö’təbər kitablardan öyrənilməli, İslam ideologiyasına uyğun istifadə olunmalıdır. Təbii ki, bə᾿zi savadsız və avam insanlar öz təvəssüllərində səhvə yol verə bilərlər. Avam insanların etdikləri səhvlər onların mənsub olduğu qəbiləyə və ya məzhəbə xələl gətirməz. Burada bir əhvalatı xatırlatmaq yerinə düşərdi:

«Bir avam müsəlman uzun illər hazırlıqdan sonra Həcc ziyarətinə getməyə nail olur. Dünyadan xəbərsiz olan bu savadsız kişi müqəddəs Kə’bəni görən kimi divarları qucaqlayaraq: «Qəbrinə qurban olum ay Allah!» (nəuzu-billah) deyə ağlamağa başlayır».

Bu savadsız şəxsin anlamadan bu cür küfr etməsi onun mənsub olduğu millətin, məzhəbin kafir olduğuna dəlalət edirmi?

Şiə məzhəbində təvəssülün nə olduğunu, hansı qanunlar çərçivəsində həyata keçirildiyini aydınlaşdırmaq üçün mö’təbər kitablara, böyük alimlərin göstərişlərinə müraciət etmək lazımdır.

Burada əksər münacat kitablarında yazılmış «Təvəssül duası»ndan bir parçanı diqqətinizə çatdırırıq:

«Ey mənim seyyid və mövlalarım! (Peyğəmbər (s) və Әhli-beyt(ə) nəzərdə tutulur) Mən sizə üz tutdum, siz mənim rəhbərlərim, çətin günümdə köməyim, Allahla mənim aramda hacət və istək vasitəmsiniz. Mən sizi öz Allahıma doğru vasitə etdim, sizin vasitənizlə Ondan şəfaət istədim, Allah yanında mənə şəfaət edin, günahlarımın bağışlanmasını istəyin. Siz mənim vasitəmsiniz, sizin sevginizlə, sizin yaxınlığınızla Allahdan nicat istəyirəm. Allah hüzurunda mənim ümidim olun, ey mənim ağalarım, ey Allahın dostları.....»

Təvəssül duasının bir hissəsinin tərcüməsini əziz oxuculara təqdim etdik. Hörmətli oxucular duanın mətnində tövhidə zidd olan bir kəlmənin olub-olmadığını yəqin ki, asanlıqla mülahizə edə bilərlər.


 
al-shia Tarix: Bazar ertesi, 03.03.2008, 16:36 | Mesaj # 4
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Quote (Qonaq)
ehli sunnu qaqashlar niye yazmirlarki,niye buna shirk deyillerse eger???????

İnşəAllah yazarlar!
Yazmaqçun bu barədə bilgi olması lazımdır.
Mən hər halda yuxarıda mənbələrdən yazdım. İnşəAllah cavabı onlardan gözləyirik-

Добавлено (03.03.2008, 16:36)
---------------------------------------------
her halda deliller qarşısında uduzub gelmediler, men bele qebul etdim helelik!


 
muslim-selef Tarix: Şenbe, 08.03.2008, 21:56 | Mesaj # 5
Qrup: Удаленные





ALLAH SUBANU TALA buyurub men bendelerime yaxinam meneden istesinler verim

Добавлено (08.03.2008, 21:41)
---------------------------------------------
oluden hechne istenmez bu whirkdi

Добавлено (08.03.2008, 21:44)
---------------------------------------------
«Allah yolunda ölənlər əsla ölü sayılmazlar, onlar diridirlər...». (Ali-İmran-169). onda huseyin allah ondan razi olsun allahin salami ona osun , ona gore niye ashurada bu cur kufr emellere el atilir ? bash kesilir zencir vurulur , axi o shedi o allah yaninda DIRIDI

Добавлено (08.03.2008, 21:56)
---------------------------------------------
bidet 1 , qebirsanliqda allah kelamini pula satmaq , 2 oluye 3,7 40, 3 - bash yarmaq , 4 zencir vurmaq, 4 mohur, 5- gunde 3 azan , 3 namaz , oluye fatihe yasin bu barede delil yoxdu , hec olmas menasini oxu gor oluye 1 adiyyati var ? sadalasam coxdu , allah hidayet versin

 
Qonaq Tarix: Çerşenbe, 12.03.2008, 22:05 | Mesaj # 6
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
Code

ALLAH SUBANU TALA buyurub men bendelerime yaxinam meneden istesinler verim

1 sualim var nisa 64-de Allah deyir sehabeler bir gunah edib gelib senin vasitenle bagishlanmag isteseler,men bagishlayaram onlari!sualim budurki,goresen hemin sehabeler sen yazdigin ayeni bilmirdiler?
2-cisi senin yazdigin aye mekke mushrikleri uchun idiki,onlar Allahi yuksekde bilirdiler,Allahin insanlarla ishinin olmadigina inanirdilar,yeni yaradib buraxib bashdi bashina,hech nezaret etmir,onlarin dualarini bele eshitmir,buna gorede Allahu teala deyirki yox men eshidirem,mene dua elesinler,day gedib butlere yox.
Code

oluden hechne istenmez bu whirkdi

1 ci olu nedir?kimlerdir?
2-ci oluden isteyende nese shirkin hansi novunde shirk olur?
Code

«Allah yolunda ölənlər əsla ölü sayılmazlar, onlar diridirlər...». (Ali-İmran-169). onda huseyin allah ondan razi olsun allahin salami ona osun , ona gore niye ashurada bu cur kufr emellere el atilir ? bash kesilir zencir vurulur , axi o shedi o allah yaninda DIRIDI

sen gel bele ele,birdene tema ach,zincir vurmag kufr emeldir,sonrada delillerini getir,movzunu qarishdirma,ona gore burda cavab vermirem,amma sen qardashin getirdiyi ayeye cavab ver...
Code

bidet 1 , qebirsanliqda allah kelamini pula satmaq , 2 oluye 3,7 40, 3 - bash yarmaq , 4 zencir vurmaq, 4 mohur, 5- gunde 3 azan , 3 namaz , oluye fatihe yasin bu barede delil yoxdu , hec olmas menasini oxu gor oluye 1 adiyyati var ? sadalasam coxdu , allah hidayet versin  

qebrstannigda Allah kelamini sunnu mollalarda satir.mollanin mezhebi yoxdu.2 hemze shehid olanda resulullah yas saxladi.hele yaz evine yemek ichmekde yollayin dedi.imam huseynin shehadetine imam zeynal abidin omur boyu eza saxladi...3,4 eyni menali sozleridir,bunun dinle elaqesi yoxdu,yeni bu bizim mehebbetimizi izhar elemek adetimizdir,dinden bilmirik.dinden bilinmeyen bidet deyil,sende misal internet vasitesi ile dini sohbet edirsen,resulullah bele edibmi?elbetde yox...mohur bidet deyil,buna kifayet qeder sehih kitablarinizda deliller var,inshallah qardashlar yazar,yazmasalar ozum yazaram..ezanin 5 defe oxunmaginin vacibliyini bildiren delilin varmi?3 defe oxunsa namazmi batil olur?5 namazdir duz say,sene yalnish melumat veribler,her eshitdiyine inanma.

oluye quran haqda buyur....
Allah resulu bir erebin qebirinin uzerinde bir kishinin Quran okuduqunu gordu ve sorushdu.Sen ne edirsen?Cavabinda Bu merhumun ruhuna Quran oxuyuram dedi.Resulullah [s] Buyurdu:Heqiqetende senin ve olenin bu ishden chox savabi olacaq.Bu en gozel hediyelerdendir.
İbn-i Abdu Rabbih “İkd’ül Ferid” c.4, s.366; İbni Ebil Hadit "Şerhu Nehc'ül Belağa"c.1, s.356; c.3, s.258 – 1.Baskı-Mısır; İbn' ül Esir "Üsd'ül Gabe" c.1, s.134 / al-Askalani "el-İsabe fi Temyiz es-Sahabe" c.1, s.77; El-Kamil İbn’ül Esir c.3, s.302; el-Suyuti "Tarih'ül Hulefa" s.190; İbni Hacer el-Heytemi "Sevaik' ul Muhrika" s.33) Sahih-i Müslim c.2, s.360 / Sahih-i Tirmizi c.5, s.301, Hadis No: 3808) İbn-i Asakir "Tarih-i Dimaşk" c.3, s.328 Hadis No: 848; el-Münavi "Künüz el-Hakaik" s.92; ed-Ed-Deylemi "Firdevs bi-Mesur el-Hitab" c.3, s.61; Abdullah eş-Şafii “el-Menakib” s.204; el-Bedhaşi’nin “Miftah’ün Neca” s.61; Sıbt İbn-i Cevzi’nin “Tezkiret’ül Havas” s.59; Seyyid Eyyub bin Sıddık “Menâkıb-ı Çihâr Yâri Güzîn” 6. Bab, 25. Menâkıb, 26. Hadis; et-Tüsteri “İhkak’ul Hak” c.7, s.299; el-Kunduzi el-Hanefi "Yenabi'ül Mevedde" s.180)Sahih-i Müslim c.1, s.61; Sünen-i Tirmizi c.8, s.306; Sünen-i Nisai c.6, s.117; el-Hamzavi’nin “Meşarik’ul Envar” s.122 Mısır bas; el-Kunduzi el-Hanefi "Yenabi'ül Mevedde" s.55; et-Tüsteri “İhkak’ul Hak” c.7, s.209) Sahih-i Tirmizi c.5, s.306, Hadis No: 3819; Sünen-i Nisai c.8, s.117; Müsned-i Ahmet bin Hanbel c.1, s.95; Ebu Naim el-Asbahani "Hilyet'ül Evliya" c.4, s.185; el-Müttaki el-Hindi "Kenz'ul Ummal" c.2, s.598 ve “Muntahab'ul Kenz” c.5, s.30; İbn'ül Cevzi “Tezkiret'ül Huffaz” c.1, s.10; el-Heysemi "Mecma'üz Zevaid" c.9, s.133; el-Tabari "Zehair'ul



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
muslim-selef Tarix: Şenbe, 15.03.2008, 02:24 | Mesaj # 7
Qrup: Удаленные





ALLAH ONLARA XATIR BIZIM GUNAHLARIMIZDAN KECHSIN.AMIN! DIQQET YETIRIN BU XRISTIYANLIQDA KI ISA MESIH BIZIM YERIMIZE ALLAHDAN BIZI BAQISHLAMASINA BENZEYIR YOXSA YOX, BU SHIRK DEYIL ? SEN MUSELMANSAN YA XRISTIYAN ?

Добавлено (15.03.2008, 02:24)
---------------------------------------------
kamran, KAMRANIN DUASI BELE IDI !!!!!!!!!!!!!!!!!!

 
Qonaq Tarix: Bazar, 16.03.2008, 06:08 | Mesaj # 8
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
muslim gorulur sen hech dinden ne qurandan xeberin yoxdur.oxu bala oxu
nisa 64
Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər

ayenin axirlarina diqqet ele.inshallah hidayet taparsan,resulullah onlar uchun efv istese Allahgda shubhesiz ederdi.
bu xristianliq deyil,xristianlarin shirk sohbetleri,Allah dogdu.Allah 3 sifetde tecella etdi.Allahin mekani var,eli ayagi ve sair.

indide sene hedislede cavab verim,sizin Alimlerin kitabindandir delilimki,bashqa yana yozmaga shansin olmasin.

Ömər ibni Xəttab belə nəql edir: Adəm (ə) sapmalara məruz qalan zaman ərz etdi: “Pərvərdigara! Səndən istəyir və Səni Mühəmməd və Ali-Mühəmmədin haqqına and verirəm ki, məni bağışlayasan”.
(“Müstədrəki hakim” cild 2 səh 615; “Məcməüz-zəvaid” cild 8 səh 253; Məraği “Ən-nüzrət” kitabında səh 113-114 Təbəranidən nəqlən)



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
411 Tarix: Çerşenbe, 23.04.2008, 16:27 | Mesaj # 9
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Vahabiler Islamda virus oldugu kimi, bu saytdada virusdur!!!!!!!!!!1 wink

qardash flood eleme ona gore diger temadaki floodlarini silirem

Добавлено (23.04.2008, 16:27)
---------------------------------------------
Bismillah.
Imam Baqir(a): Shirkin en ashagi derecesi barede sualin cavabinda: Shirkin en ashagi derecesi budur ki, insan meyve cherdeyine"bu bir xirda dash parchasidir" dash parchasina da bu bir "cherdeydir" desin. Sonra da, ozunun bu sozune inansin ve ondan donmesin.

Bu hedis lap vahabilere aiddir. aga deyiller qaradi, qaraya deyiller agdi....


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
al-shia Tarix: Bazar ertesi, 02.06.2008, 23:56 | Mesaj # 10
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
ÖLÜLƏRƏ TƏVƏSSÜL ЕTMƏК

Ölüm-fаni оlmаq dеyil

Vаhаbilər dеyir: “Аllаh yаnındа məqаmı оlаn ölüb gеtmiş insаnlаrа təvəssül еtməк və оnlаrdаn istəк diləməк düzgün dеyil”. Оnlаr bə’zən Məhəmmməd ibn Əbdülvəhhаbın bu fiкrinə əsаslаnırlаr: “Ölülərə təvəssül еtməк puçа mürаciət еtməкdir və əqli bахımdаn pis işdir. Çünкi ölü, dirilərin istəyini yеrinə yеtirməyə qаdir dеyil”. Bə’zən isə Ibn Tеymiyyənin fiкrini əsаs götürürlər: “Təvəssül şirкdir”. О, (“Minhаcüs-sünnə”-birinci hissə- səh. 11-də) bеlə yаzır: “Sübutumuz bu аyədir: “Sizin Оndаn qеyri ibаdət еtdiкləriniz bir çərdəк qаbığınа bеlə, sаhib dеyillər. Əgər siz оnlаrı çаğırsаnız, bu çаğırışınızı еşitməzlər; еşitsələr də cаvаb vеrə bilməzlər. Özləri də Qiyаmət günü sizin şəriк qоşduğunuzu dаnаcаqlаr. Hеç кim sənə hər şеydən хəbərdаr оlаn кimi хəbər vеrə bilməz (Fаtir-13-14)”.

Vаhаbi məzhəbi və ölülərə

təvəssül еtməк

Şiələr dеyirlər: “Pеyğəmbər və imаmlаrın həm sаğlıq dövründə, həm də dünyаdаn кöçdüкdən sоnrа оnlаrdаn кöməк istəməк və istəкlər üçün оnlаrа təvəssül еtməк düzgündür”. Bu iş əvvəlа, puçа mürаciət еtməк dеyildir. Şаfеilərin ən böyüк аlimi Qəzаli[1] “Еhyаülumid-din” кitаbındа yаzır: “Bə’zi аlimlər dеmişlər: “Ölüm, еlə həmin puç оlmаq dеməкdir”. Bu, Аllаhа və ölümdən sоnrакı həyаtа inаnmаyаn mülhidlərin fiкridir. Lакin insаn bu həyаtdа yuхudа оlduğu кimidir. Ölən кimi аyılır. Çünкi, ölərкən ilк аnlаdığı şеy, yахşı və pis hərəкətləridir. Pis hərəкətlərini görüb, dəhşətlə həsrət çəкir”.

Dеməк, vаhаbilərin fiкri nə кitаb, nə sünnə, nə də аlimlərin fiкri ilə üst-üstə düşmür. Islаmın fiкrincə ölüm, puç оlmаq dеyil.

Qur’аndаn dəlillər

Qur’аndаn dəlillərimiz аşаğıdакı аyələrdir:

1.Аrtıq bu gün, gözündən pərdəni götürdüк, sən bunu sərrаst görürsən (Qаf-22).

2.Охu кitаbını. Bu gün sən özün-özünə hаqq-hеsаb çəкməyə кifаyətsən (Isrа-14).

3.Ruziləri də səhər-ахşаm оrаdаdır (Məryəm-62).

4.Həqiqətən, yахşı əməl və itаət sаhibləri Cənnətdə qərаr tutаcаqlаr. Pis əməl sаhibləri isə Cəhənnəmdə оlаcаqlаr (Infitаr-13-14).

5.Аllаh imаn gətirənləri dünyаdа dа, ахirətdə də möhкəm bir sözlə sаbitqədəm еdər (Ibrаhim-27).

Buхаri “Səhih”də yаzır: “Pеyğəmbər (s) buyurmuşdur: “Mö’min qəbirdə оturаrкən Аllаhın təкliyinə, Məhəmmədin pеyğəmbərliyinə şəhаdət vеrir”. Bu, еlə Ibrаhim surəsinin 27-ci аyəsinin mə’nаsıdır. Yuхаrıdакı аyələr ümumi хаrакtеr dаşıyırdı. Indi isə günаhкаrlаr və каfirlərə аid аyələr:

1.Оnlаr səhər-ахşаm оddа yаndırılаrlаr. Qiyаmət qоpduğu gün isə Fir’оn əhlini ən şiddətli əzаbа sаlın (Mö’min-46).

2.Cənnət əhli Cəhənnəm əhlinə bеlə mürаciət еdib: “Biz, Rəbbimizin bizə və’d еtdiyini hаqq оlаrаq gördüк. Siz də Rəbbinizin sizə və’d еtdiyini gеrçəк оlаrаq gördünüzmü?”-dеyə, sоruşаcаqlаr. Оnlаr: “Bəli”-dеyə, cаvаb vеrəcəкlər (Ə’rаf-44)”.

Buхаri “Səhih”də yаzır: “Bədr mühаribəsi bitdiкdən sоnrа Həzrət Pеyğəmbər (s) Bədr quyusunun (каfirlərin mеyidlərini о quyuyа töкmüşdülər) yаnınа gəlib yuхаrıdакı аyəni охudu. Səhаbələrdən biri dеdi:-Yа Rəsuləllаh! Ölənlərimi səsləyirsən?

Pеyğəmbər (s) buyurdu:-Siz оnlаrdаn dаhа yахşı еşidən dеyilsiniz, (yə’ni, оnlаr dа sizin кimi еşidirlər) lакin cаvаb vеrə bilmirlər”.

3.Оnа hər tərəfdən ölüm gələr, lакin ölməz (Ibrаhim-17).

4.Ахirət yurdu isə şübhəsiz, əbədi həyаtdır, каş biləydilər! (Ənкəbut-64).

5.О: “Каş кi, mən əvvəlcədən həyаtım üçün еdəydim”-dеyəcəкdir (Fəcr-24).

Bəli, imаnsız və каfir insаn ахirət dünyаsındа həqiqətləri görən кimi dеyər: “Каş, əbədi həyаtım üçün bir şеy göndərəydim!”. Bəli, о, “həyаtım” üçün dеyir. Çünкi tеzliкlə bitən dünyа həyаtı аrtıq yохdur və yаlnız bir əbədi həyаt vаr. Ахirət həyаtı.

О cümlədən, şəhidlər hаqqındа nаzil оlаn аyələrdir:

1.Аllаh yоlundа öldürülənlərə “ölü” dеməyin. Əкsinə, оnlаr diridirlər, lакin siz dərк еtmirsiniz (Bəqərə-154).

2.Аllаh yоlundа öldürülənləri hеç də ölü zənn еtmə! Хеyr, оnlаr öz Rəbbinin yаnındа diri оlub, ruzi yеyirlər. Оnlаr Аllаhın Öz mərhəmətindən оnlаrа bəхş еtdiyi nе’mətə sеvinir, аrхаlаrıncа gəlib hələ özlərinə çаtmаmış şəхslərin hеç bir qоrхusu оlmаyаcаğınа və оnlаrın qəm-qüssə görməyəcəкlərinə görə şаdlıq еdirlər. Оnlаr Аllаhdаn gələn nе’mət və mərhəmətə görə, həm də Аllаhın mö’minlərin müкаfаtını puçа çıхаrmаyаcаğınа görə sеvincəк оlurlаr (Аli-Imrаn-169-170-171).

Аllаh imаn əhlinə bеlə mürаciət еdir: “Еy аrхаyın nəfs! Dön Rəbbinə, sən Оndаn rаzı оlаrаq, О dа səndən! Bəndələrimin zümrəsinə dахil оl! Cənnətimə vаrid оl! (Fəcr-27-28-29-30)”.

Əgər insаn ölərкən məhv оlursа, bəs nə üçün Аllаh оnlаrlа dаnışır? Məhv оlmuş şəхsə mürаciət еtməк оlаrmı? Əgər оnlаr puçdulаrsа, bu sözü Аllаhа nеcə dеyə bilərlər?

“Еy Rəbbim! Məni gеri qаytаr! Bəlкə zаy еtdiyim ömrün müqаbilində, yахşı bir iş görüm! (Mu’minun-99-100)”.

“Каş qövmüm biləydi кi, Rəbbim məni niyə bаğışlаdı və nəyə görə hörmət sаhiblərindən еtdi! (Yаsin-26-27)”


 
ZehrayiNur Tarix: Çerşenbe, 02.07.2008, 13:52 | Mesaj # 11
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
165. İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını vəAllah şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).
(Beqere/165)

Bidet en boyuk gunahdir


Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
KOVSER Tarix: Çerşenbe, 20.08.2008, 02:25 | Mesaj # 12
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 20
Tərif: 2
Status: Xetden kenar
Vehabiler destemaz alanda corabin ustunden mesx cekiler bu bidet ve shirkdi cunki bele shey yoxdu varsa Qurandan subut getirsinler neceki hemishe Qurandan subut isteyiller...bele destemaz olmadiqindan bu cur destemaz alib namaz qilmaq olmaz eyer qilinarsa namaz batildi cunki destemaz alinmamish qilinib
 
ahlibeyt14mesum Tarix: Cüme axşamı, 21.08.2008, 01:12 | Mesaj # 13
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
KOVSER onsuzda onlari basa sala bilmeyeceksen

Öz nəfsi istəklərinlə döyüş, qəzəbinə üstün gəl və nəfsin paklaşana qədər özünün pis adətlərinə qarşı çıx ki, əqlin kamala yetsin və Rəbbinin mükafatından tam faydalana biləsən... Hz. Əli (ə)


Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
KOVSER Tarix: Cüme, 22.08.2008, 13:07 | Mesaj # 14
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 20
Tərif: 2
Status: Xetden kenar
vahabiler subh namazinda geyinirler corabi ta ki, xiften namazina geder bu emeli ( corabin ustunden mesh )davam edirler..
anlamaq cetindi gun erzinde namazlari hara ve nece qebul olur ??adamin lap yaziqida gelir ki, zehmeti heder gedir
amma ne etmek olar ..onlara demekden anlamazlar
 
ahlibeyt14mesum Tarix: Cüme, 22.08.2008, 15:30 | Mesaj # 15
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
«Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim». (Maidə, ayə 3)

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
Forum » FORUM-TEKST » İSLAM » Şirk ve bidet (Dua eden zaman imamlari vasite tutmaq şirkdirmi?)
  • Страница 1 из 1
  • 1
Поиск: