Cüme, 19.04.2024, 23:02
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » İSLAM » QİBLƏ (diqqet et)
QİBLƏ
eslu-dini-eleql Tarix: Bazar, 17.02.2008, 23:23 | Mesaj # 1
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 4
Tərif: 0
Status: Xetden kenar
Cabir ibn Həyyanın İmam Sadiq (ə)-dan müsəlmanların qibləsinin dəyişməsi barədə etdiyi sual
Cabir ibn Həyyan: İndi ki, qiblədən söz açdınız, çətinliyim həl olsun deyə sizdən bir sual soruşmaq istəyirəm.
İmam Sadiq (ə): Hər nə istəyirsən, soruş.
Cabir ibn Həyyan: Soruşmaq istəyirəm ki, nə üçün Peyğəmbər müsəlmanların qibləsini dəyişdirərək onlara “Kəbəyə tərəf namaz qılın” dedi, halbuki onlar ondan qabaq başqa bir tərəfə (Beytul-müqəddəsə tərəf) namaz qılırdılar?
İmam Sadiq (ə): O, mütləq bilicidir.
Cabir ibn Həyyan: Mütləq bilici olan və ucsuz-bucaqsız bir gələcəkdə hər bir şeyi qabaqcadan görən bir varlıq gərək öz tutduğu qərarı dəyişdirməyə, biz insanların həyatda tutduğu qərarları dəyişməsi nadanlığımızdan irəli gəlir. Biz bu gün bir qərar tutub vaxtında icra edirik. Bir neçə ay, yaxud bir neçə ildən sonra təcrübə qazanaraq səhv etdiyimizi anlayırıq və öz qərarımızı dəyişərək başqa bir qərar planlaşdırırıq. Lakin Allah mütləq bilici olduğundan heç vax səhv etməz və insanlar kimi sınaq və təcrübəyə ehtiyacı yoxdur. O, sonu görünməyən bir gələcəkdə hər bir şeyi bilir və tutduğu hər bir qərara labüd, sabit və əbdidir. İndi ki, belədir, onda nə üçün Allah öz qərarını dəyişərək peyğəmbərin vasitəsiylə, Beytul-müqəddəsə üz tutub namaz qılan insanlara “Kəbəyə üz tutub namaz qılın” dedi? Halbuki o özü birinci dəfə müsəlmanların Beytul-müqəddəsə tərəf namaz qılmalarını demişdi.
İmam Sadiq (ə): Ey Cabir, sənin istidlalının bir tərəfi düzdür, lakin istidlalının o biri tərəfi düz deyil və bundanda pis başqa bir tərəfi heç nəzərdə tutmamısan.
Cabir ibn Həyyan: O başqa tərəf hansıdır?
İmam Sadiq (ə): O başqa tərəf camaatdır, yəni bəşər övladı. Sən anlalamamısan ki, Allah-Təala hökümləri bəşər övladı üçün çıxarır, nəinki həyatında heç bir dəyişiklik baş verməyən cansız varlıqlar üçün. Elə buna görə də Musa peyğəmbərin vasitəsi ilə bəşər övladı üçün çıxarılan hökümlər bizim peyğəmbərimizin vasitəsiylə insanlar üçün çıxarılan hökümlərdən fərqlənir.Allahın mütləq bilici olmasında və Onun hər bir şeyi qabaqcadan görməsində heç bir şəkk-şübhə yoxdur. Lakin bəşər övladı dəyişkən olduğundan, məqsədim qulağın, gözün və sair bədən üzvlərinin dəyişməsi deyil, əksinə onun yaşayış tərzinin və fikirlərinin dəyişməsidir. Allah-Təala hər bir zamanda bəşər övladının yaşayış vəziyyətinə münasib olaraq öz peyğəmbərinin varitəsi ilə onlar üçün bir sıra hökümlər çıxardıbdır.
Allah birinci gündən bilir ki, müsəlmanlar “Beytul-müqəddəsə tərəf namaz qılın” deyəcəkdir və habelə bilirdi, bir neçə ildən sonra “Kəbəni öz qibləniz edin” deyəcəkdir. Mənim və sənin Allah hökümlərinin dəyişməsi şəklində gördüyümüz Allah yanında sabit hökümlərdir. Çüki O, ilk andan onların hamısını qabaqcadan görmüşdür, bu sən və mənəm ki, Allahın hökümlərinin dəyişməsini təsəvvür edirik, lakin Onun Özü bilir ki, Onun hökümləri dəyişməzdir.
Mənim sözümü daha yaxşı başa düşməyin üçün iki misal çəkirəm:
Baharın ortasında doğulmuş bir milçək əgər qış fəslinə qədər diri qalıb onun soyuğu ilə qarşılaşsa fikirləşəcəkdir ki, dünyanın qanunları dəyişibdir.
Ancaq, görəsən mənim və sənin üçün də dünyanın qanunları dəyişibdir?
Cabir ibn Həyyan: Yox.
İmam Sadiq (ə): Mən və sən fikirləşirdik ki, qışdan sonra yay fəsli gələcəkdir və bizim nəzərimizdə dünya qanunlarında heç bir dəyişiklik baş verməyibdir.
İkinci misal çəkirəm:
Fərz edək ki, sənin bir mülkün vardır və bu gün o mülkün işlərini aparmaq üçün birisini seçirsən və qərarında budur ki, o şəxs yalnız bir il müddətində sənin mülkünün işçisi olsun və bir ildən onu işdən çıxardaraq başqa birisini onun yerinə təyin edəsən.
Bir il keçir və sən o şəxsə xəbər verirsən ki, daha onun işlərini aparmasına ehtiyacın yoxdur.
O, şəxs sənin bu qərarından təəccüblənərək onun birinci tutduğun qərarınla zidd sayır, lakin, görəsən sən o işçini işdən çıxararaq başqa işçini onun yerinə təyin etməklə öz qərarını dəyişmiş olursan?
Əlbəttə yox, çünki sən ilk gündən qərar tutmuşdun ki, bir ildən sonra onu işdən çıxarıb başqa birisini onun yerinə qoyasan.
Allah bizim nəzərimizdə fərqli , yaxud təzadlı gözə çarpan əmr göstərişləri də elə bucürdür.
Allah çıxarması lazım olan əmr və göstərişlərin hamısını ilk gündən nəzərdə tutmuşdur və Onun üçün təzadlı qərarların heç bir mənası yoxdur.
Cabir ibn Həyyan: Mənim çətinliyim həll oldu və bu günə qədər müsəlmanların qibləsinin dəyişməsi məsələsi mənim üçün ruhuma ağırlıq edən çəki daşına çevrilmişdi və bu nökteyi-nəzərdən daha heç bir çətinliyim olmasına baxmayaraq, yenə bu mövzuyla bağlı sualım var.
İmam Sadiq (ə): Soruş.
Cabir ibn Həyyan: Nə xeyri var idi ki, Allah öz peyğəmbərinə müsəlmanlara “Bu gündən etibarən Kəbəyə tərəf üz tutub namaz qılın” deyə əmr etsin? İmam Sadiq (ə): Peyğəmbər öz risalətinin təbliğinə başlayan zamanda müsəlmanların sayı az və zəyif, yəhudu və xristianların sayı isə çox və güclü idi. Buna görə də müsəlmanları məhv edə bilərdilər.
Betul-müqəddəsə çox ehtiram bəsləyən yəhudi və xristianlar müsəlmanlara kin-küdurətlə baxmasın və onları düşmənləri sayaraq məhv etmək fikrinə düşməsinlər deyə Allah müsəlmanlara əmr etdi ki, Beytul-müqəddəsə tərəf namaz qılsınlar.
Müsəlmanların islamın əvvəlindən Betul-müqəddəsə tərəf namaz qılmalarını onların yəhudi və xristianlarla yola getməsi kimi görsənirdi və bu yola getmənin də özü təsirli oldu, yəhudi və xristianlar müsəlmanlarda onların düşmənçiliyini bildirən səbəblər görmədiklərinə görə onlara əziyyət vermək fikrinə düşmədilər, ancaq sonralar bildiyin kimi, müsəlman və yəhudilər arsında çəkişmə başladı.
Cabir ibn Həyyan: Gərək də sən deyən kimi olsun.
Müsəlmanların Beytul-müqəddəsə tərəf namaz qılmaları yəhudi və xristianları sakitləşdirdi. Amma xeyri nə idi ki, Allah müsəlmanlara Kəbəyə tərəf üz tutub namz qılmlarını əmr etdi?
Olmazdı ki, Allah müsəlmanların qibləsi üçün başqa bir yer təyin etsin?
İmam Sadiq (ə): Sən bilirsən ki, peyğəmbərimiz Məkkəni fəth etməzdən qabaq Mədinədə olarkən Kəbənin vəziyyəti necə idi?
Cabir ibn Həyyan: Bilirəm ki, bütxana idi.
İmam Sadiq (ə): O bütlərə kim pərəstiş edirdi?
Cabir ibn Həyyan: Ərəbistan yarmadasında yaşayan camaat.
İmam Sadiq (ə): Ərəbistan yarmadasında kimlər bütpərəst deyildilər?
Cabir ibn Həyyan: Yəhudilər və bir az da xristianlardan başqa, elə bir adam yox idi ki bütpərəst olmamış olsun.
İmam Sadiq (ə): Ərəbistan yarımadasında yerləşən bütün qəbilələrin Kəbədə bütü var idi. Beləliklə, Kəbə Ərəbistan yarmadasında yaşayan bütün camaat üçün möhtərəm sayılırdı və elə ki, peyğəmbər (s) müsəlmanlara “Kəbəyə tərəf namaz qılın” dedikdə onlar əmrdən heyrətləndilər, hətta demək olar ki, Kəbəyə üz tutub namaz qılmaq onlar üçün Beytul-müqəddəsə tərəf namaz qılmaqdan da daha asan oldu. Çünki onlar yaxşı ilə pisi ayra bilən gündən Kəbəni möhtərəm saymağa adət etmişlər və qiblənin dəyişməsi Ərəbistan yarmadasında yaşayan müsəlmanlar tərəfindən razılıqla qəbul olundu.
Cabir ibn Həyyan: Lakin İslam dini Ərəbistan yarımadası ilə məhdudlaşmadı. Onu keçərək Şərq və Qərbdə yayılmağa başladı.
İmam Sadiq (ə): Bəli, bucürdür.
Cabir ibn Həyyan: Kəbənin ərəb olmayan toplumlar üçün heç bir ehtiramı yox idi.
İmam Sadiq (ə): Elə ki, peyğəmbər Allahın göstərişi ilə kəbəni müsəlmanların qibləsi təyin etdi, ərəb olmayan toplumda bundan sonra müsəlman olaraq Kəbəyə ehtiram etməyə başladılar və bütün dünya müsəlmanlarının Kəbəyə üz tutub namaz qılmaları İslam üçün keçmiş dinlərin heç birində oxşarı olmayan böyük bir ruhani mərkəzləşmə yaratdı və bu gün dünyanın şərqində yaşayan bir müsəlman dünyanın qərbində yaşayan başqa bir müsəlman kimi Kəbəyə üz tutub namaz qılır.
Cabir ibn Həyyan: Görəsən mərkəzləşmə daha çox əhəmiyyətə malikdir, yoxsa müsəlmanların həcc üçün Məkkəyə gedərək orda toplaşmaları?
İmam Sadiq (ə): Kəbənin müsəlmanların qibləsi olma nöqteyi-nəzərindən mərkəz sayılması onun həcc nöqteyi-nəzərindən İslam üçün mərkəz sayılması daha çox ruhani faydalara malikdir. Çünki bir çox müsəlmanlar maddi imkanları olmadığından, ya da səfərdə qarətçilərlə üzləşib canlarını əldən verə bilmək qorxusundan ömürlərində bir dəfədə olsun Məkkəyə gedib həcc mərasimini yerinə yetirə bilmirlər. Lakin dünyanın hər bir nöqtəsində yaşayan hər bir müsəlman gecə-gündüz beş dəfə Kəbəyə üz tutub namaz qılır.
Demək olar, hər gecə-gündüz beş dəfə bütün dünya müsəlmanlarının gözü Kəbədə bir-birinə yetişərək, elə bil, bir-birinin gözünə baxırlar və həmçinin dünya müsəlmanlarının hamısının Kəbəyə üz tutub namaz qıldıqlarından, elə bil, onların özü orada bir-birinə yetişərək dünyanın şərq və qərdində yaşayan milyonlarla müsəlmanın təbrik sədası Kəbədə eşidilir.
Bu mərkəzləşmə keçmiş səmavi dinlərin heç birində olmayıb və bundan belə də olamayacaqdır. Çünki islam dini Allahın təyin etdiyi axırıncı bir dindir və islamdan sonra səmavi bir din gəlməyəcək.
Hər kəs İslamdan sonra peyğəmbərlik iddiası edərsə, o, yalançı peyğəmbərdir və Allah tərəfindən yox əksinə öz tərəfindən gəlmişdir.
 
Forum » FORUM-TEKST » İSLAM » QİBLƏ (diqqet et)
  • Страница 1 из 1
  • 1
Поиск: