Bazar, 29.12.2024, 01:40
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Fikri və əməli vasvasılıq
eslu-dini-eleql Tarix: Bazar, 17.02.2008, 23:47 | Mesaj # 1
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 4
Tərif: 0
Status: Xetden kenar
Fikri və əməli vasvasılıq
Ümumiyyətlə şeytanın insan üzərində hökümranlığını üç əsas hissəyə bölmək olar.
1)Əql üzərində hökümranlıq.
2)Qəlb üzərində hökümranlıq.
3)Xiyal qüvvəsi üzərində hökümranlıq.
Şeytan insanın əqlini öz hakimiyyəti altına aldıqda insan hoqqabaz, afrist, münafiq və öz nöqsanını gizlətməyə çalışan bir adama çevrilir. Başqa bir ifadə ilə desək, insi bir şeytan olur. Şeytan onun əqlini öz xidmətinə alaraq onu istədiyi yerə aparır. Və elə buna görə də belə bir insan həmmişə başqalarını bədbəxt etmək fikrində olur.
Şeytan bəzən insanın qəlbinə hökümranlıq edir. Belə bir surətdə insan Quran nöqteyi-nəzərindən tam mənada bir büt pərəstə çevrilir. Yəni onun bütün qəlbini həva-həvəs tutaraq günahkar fasiq insan cildinə düşür.Quranın ifadəsi ilə desək, Allaha yox, şeytana ibadət edən bir kəs olur və nəticədə şeytani bir şirkə bulaşaraq müşrik bir insana çevrilir. Bu xüsusda mübarək yasin surəsinin 60-cı ayəsinə işarə etmək yetərli olar. “Ey Adəm övladı! Məgər Mən sizə: “şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir! Deyə buyurmadımmı?!”
Bu ayə demək istəyir ki, şeytan pərəsr o kəsdir ki, şeytan qəlbini öz xidmətinə alaraq Allah məhəbbətini onun qəlbindən çıxardıb ona Rəhmani yox, şeytani təlqinlər edə.
Bəzən şeytan insanın xəyal qüvvəsinə müsəllət olur. Belə olduqda şeytanın bu etdiyi işə “vasvasalıq” o şəxsə isə “vasvası” deyilir. Vasvasalıq öz növbəsində iki hissəyə bölünür:
1)Fikri vasvasılıq.
2)Əməli vasvasılıq.
İzah: Şeytan xəyal qüvvəsinə müsəlləh olduğu zaman insan üçün bir vasvasılıq halı ortaya çıxar. Bəzən bu vasvasılıq fikrlə bağlı olar, bəzəndə əməllə.Belə ki, əgər fikrlə bağlı olarsa cəfəng və batil düşüncələr ona hökümranlıq etməyə başlayar, əməllə bağlı olduğda isə ondan bihudə, mənasız, boş bə batil əməllər baş verməyə başlayar.
Bir şəxs İmam Sadiq (ə)-ın yanına gələrək birisini tərifləməyə başlayır. Çox da tərifləyir. O cümlədən o kəsin əqlinidə tərifləməyə başlayır. Lakin söhbət əsnasında İmama belə ərz edir: “Ey Allahın rəsulunun oğlu! O kəs vasvasıdır” Həzrət bu zaman təbəssüm edir. Yəni Həzrət bu təbəssümü ilə demək istədi ki, bu necə aqil insandır ki, vasvasılıq edir? Sonra İmam belə buyurdu: Bu insan şeytana uyubdur. əgər onun özündən də soruşsalar ki, sənin gördüyün bu işlər şeytanidir ya Rəhmani? O, gördüyü işlərin şeytani olmasını etiraf edəcəkdir.
Beləliklə İmam Sadiq (ə) və psixoloqların nöqteyi-nəzərincə vasvasılıq bir növ dəlilikdir. Vasvasılıqın hər iki növüdə olduqca təhlükəlidir. Belə ki, vasvası kəs heç bir həqiqəti olmayan şeyləri görməyə, eşitməyə və onların var olmasına inanmağa başlayar. Məsələn: Şeytan xəyal qüvvəsinə müsəllət olduğu qorxaq bir adam əgər gecə yarısı xarabaxanalıq bir yerdən keçərsə cin görər. Doğurdan da onu görər, onun səsini eşidər. Doğurdan da eşidər. Ya məsələn: Gecə yarısı məzarlıqdan keçərkən qəbrdən bir ölünün dirilib ona doğru gəldiyini görər. Ölünün ona “dayan” deyə səsləndiyini eşidərək qaçmağa başlayar. Birdə görər ki, ölü onu tutaraq yerə yıxıbdır. Halbu ki, həqiqətdə o xarabaxanalıqda cin olmamışdır. O məzarlıqda ölü qəbrdən dirilərək çıxmamış, onu səsləməmiş və onu tutaraq yerə yıxmamışdır. Lakin xəyal qüvvəsi onun göz, qulaq və toxunma hissində təsir qoyduğundan bu bəlalar onun başına gəlmişdir.
Vasvasılıqın nə qədər təhlükəli olmasını anlamaq üçün diqqətinizi bəzi psixoloqların bu zəmində görüşünə cəlb edirik. “Vasvasılıq-istər fikri olsun, istərsə də əməli-müalicəsi mümkün olmayan bir ruhi xəstəlikdir”.
Psixoloqların bu sözünü qeyd etməkdə məqsədimiz vasvasılıqı “müalicəsi mümkün olmayan ruhi xəstəlik” kimi qələmə vermək deyil. Əksinə, məqsədimiz onun nə qədər təhlükəli ruhi bir xəstəlik olmasını vurğulamaqdır. Çün ki, vasvasılıq İmam Sadiq (ə)in məktəbində “müalicəsi mümkün olan bir xəstəlik”-dir.

Fikri vasvasılıqın təsirləri:
1)Pihilizm.
Fikri vasvasılıqa tutulan insanlar pihilist olurlar, yəni hər şeyə mənfi münasibət bəsləyirlər. Başqa bir ifadə ilə desək, belə insanlar başqalarında müsbət xüsusiyyətləri görə bilmirlər. Gördükləri yalnız mənfi xüsusiyyətlərdir. İnsan pihilist olduqda daha, tərəqqi və inkişaf edə bilməz. Pihilist insan həqiqətdə milçəkə bənzəyir çün ki, milçək gül bağında olduqda axtarıb çirkli yerə qonar. Məsələn: Əgər insanın bədəni təmiz olsa milçəyin onunla işi olmaz. Amma əgər bədəndə yaralı və irinli yer olarsa milçək ora qonar. Əgər pihilizm insan üçün adət və vərdiş halını alarsa “əməllərin təcəssüm etmə qanunu”na görə etdiyi işlər onun üçün “mələkə” (xüsusiyyət, sifət) düzəldər. Mələkədə onun mahiyyətini formalaşdırar. Belə bir insan Qiyamət günü məhşərə milçək surətində daxil olar.
2)Həyatdan bezmək.
Fikri vasvasılıqların təsirlərindən biridə budur ki, insan həyatdan bezərək (yorularaq) yaşama sevincini əldən verər. Və daima belə bir fikrdə olar ki, nə üçün bu dünyaya gəlmişdir. Belə bir insan əgər Allahı tanımayıb dinsiz olsa intihar fikrinə düşər. Dünyada, xüsusəndə qərb ölkələrində baş verən xoşa gəlməz intihar hadisələri elə buradan qaynaqlanır yəni insan fikri vasvasılıqa tutulduqundan onun fikri, bir nəticəyə vara bilmir və nəticəyə vara bilmədikdə də həyatdan bezərək intihar edir. Bəzi cavanların “nə üçün bu dünyaya gəldik?” kimi suallarının mənşəsi pisixoloqların nəzərincə fikri vasvasılıqa qayıdır. Bu kimi suallara məntiqi surətdə cavab verildikdə belə fikri vasvasılıq, bu ruhi xəstəliyə tutulan insanların əqlinin qane olmasının qarşısını alır.
Yazıçılardan biri belə bir gözəl cümlə demişdir! “Bir gün sabah yuxudan oyandıqda özümü olduqca qəmli və pərişan görüb öz-özümə “ey vay hələ bir gündə həyat sürəcəyəm!” deyə dedim. Təsadüfən qarşımda bir qəzet var idi. Orada bir-birinə zidd olan iki qəribə şey gördüm. Biri özünü qəribə şəkildə öldürmüşdü. Belə ki, mədəsində yazva xəstəliyi olduğundan qarnını bıçaqla yırtaraq mədəsini çıxardıb çölə tullamış, “bir dəqiqə sənsiz yaşamaq istəyirəm” deyə demiş və bir dəqiqədən sonra da ölmüşdür. Qəzetin o biri tərəfində isə “Əlhəmdu lillah! Hər səhər yuxudan oyandıqda sevincli bir günün qarşıda olduğunu görüb Allaha şükr edirəm ki, mənə ömr verdi və mən bir gündə olsun belə yaşaya bilim” deyən bir xanımın məqaləsini gördüm. Mən öz-özümə fikrləşdim ki, görəsən bu xanımın bu sevinci, o birinin intiharı və mənim də bu qəm-qüssəm haradan qaynaqlanır?. Gördüm ki, bunların hamısı fikri vasvasılıqdan irəli gəlir yəni başqa ifadə ilə desək, həyatı anlamayıb ondan bezməkdən qaynaqlanır.”
3)Sui-zənn (pis fikrə düşmək).
Yuxarıda qeyd olunan bu iki təsirdən daha mühüm bu ruhi xəstəliyə tutulmuş insanın başqalarına qarşı sui-zənn etməsidir. Belə ki, bu sui-zənn əvvəl ev əhlinə qarşı olar sonra isə topluma qarşı yönələr və get-gedə bu sui-zənn Allaha, Peyğəmbərə,Qurana və İmamlara qarşı olar. Sonda bu sui-zənn onu “kafir” edər.
Sui-zənn “şeytan”dandır və şeytanda azla qane olmaz belə ki, azdan başlayar çoxa doğru. Qurani-Kərim insanın dünya və axirətini iflasa uğradaraq həlakətə sürükləyən amili “sui-zənn” sayır. “.....Siz sui-zənn etdiniz və elə buna görə də siz məhvə düçar edilmiş bir qövm oldunuz !
(Fəth surəsi, ayə-12)
Vasvasılıqın müalicəsi.
Ruhi xəstəliklər xora və xərçəng xəstəliklərinə bənzəyir. Belə ki, əgər onlara etina etdikdə xəstəlik gündən günə artmağa başlayır.
İmam Sadiq (ə)-ın bu kimi xəstələrə təqdim etdiyi “psixoloqları dəhşətə salan nüsxə” olduqca asan bir işdir. Bu “xəbis şeytanın ağzından vurub onun etdiyi vasvasılıqlarına etina etməmək”-dən ibarət olan bir nüsxədir.
Vasvası insan əgər bu nüsxəyə bir-iki ay əməl edərsə sağalmasına baxmayaraq, bu xəstəliyin kökü yenədə onun vücudunda qalaraq nə vaxtsa yenidən özünü biruzə vermə ehtimalı olacaqdır. Amma əgər beş-altı ay əməl edərsə, onda bu xəstəlik tamamilə aradan gedəcəkdir. Bu kimi xəstəlilərin aşağıda deyilən surələri oxumaqları tövsiyə olunubdur. Məxsusən də son iki surəni.
1)Kafirun surəsi: Qul ya əyyuhəl-kafirun. La ə`budu ma tə`budun. Və la əntum `abudunə ma ə`bud. Və la ənə `abidun ma`əbəttum. Və la əntum `abidun ma `əbəttum.Və la əntum `abidunə ma ə`bud. Ləkum dinukum və liyə din.
2)İxlas surəsi: Qul huvallahu əhəd. Əllahus-saməd. Ləm yəlid və ləm yuləd. Vələm yəkullahu kufuvən əhəd.
3)Fələq surəsi: Qul ə-`uzu bi-rəbbil-fələq. Min şərri ma xələq. Və min-şərri-ğasiqin iza vəqəb. Və min şərrin-nəffəsati fil-`uqəd. Və min şərri-hasidin iza həsəd
Nas surəsi: Qul ə-`uzu bi-rəbbin-nas. Məlikin-nas. İlahin-nas. Min-şərril-vəsvasil-xənnas. Əlləzi yüvəsvisu fi sudurin-nas. Minəl-cinnəti vən-nas.

 
kamran Tarix: Çerşenbe, 20.02.2008, 10:23 | Mesaj # 2
Qrup: Удаленные





DUZU MOVZUNUN ANCAQ ADINI OXUYA BILDIM.AMMA FIKRIMI DE BILDIRMEK ISTERDIM.INSAN VARDIR KI HEQIQETEN VASVASIDIR.ONLAR BU XESTELIKDEN EZIYYET CHEKIRLER.BUNA GORE DE ONLAR BUNLARA ETINA ETMEMLIDIRLER KI,RAHAT OLUB BU XESTELIKDEN SHEFA TAPSIUNLAR
 
  • Страница 1 из 1
  • 1
Поиск: