Bazar, 29.12.2024, 02:20
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Aşura
al-shia Tarix: Şenbe, 26.04.2008, 18:00 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
İmam Sadiq (əleyhissəlam) : Hər gün Aşura, Hər yer Kərbəla!
Bu mövzu barəd inşallah burada söhbət açaq! Mən indi sizə Kərbəla şəhidlərinin adlarını yazıram:

1. Abdullah oğlu Avf,

2. Abdullah-i Muhyi oğlu Ömer,

3. Abdullah oğlu Sa’d,

4. Abdullah-i Yezmi oğlu Abdurrahman,

5. Akîl oğlu Câfer,

6. Akîl oğlu Müslim, (Küfe’de)

7. Akil oğlu Abdurrahman,

8. Amr Kelbi oğlu Abdullah,

9. Avf oğlu Avn,

10. Avsece-i Azerbaycanî oğlu Müslim,

11. Cebâve oğlu Ömer,

12. Câfer oğlu Abdullah’ın oğlu Muhammed,

13. Câfer (İslam ordusunun müezzini),

14. Deccâne oğlu Abdullah,

15. Deccâne oğlu Sa’d,

16. Enes oğlu Mâlik,

17. Enes oğlu Muhammed,

18. Farrat oğlu Ömer,

19. Firûzan (İmâm Hüseyin’in kölesi),

20. Fâris oğlu Gulam (İmâm Zeynel Abidin’in hizmetçisi),

21. Gûlam Selman (Basra’da şehit oldu),

22. Gulam oğlu Urve (Hûr’un kölesi),

23. Hâni Baba (Urve ve Hz. Ali’nin kızkardeşi Ümmehâni’nin oğludur),

24. Hasan-i Hemedanî oğlu Berir,

25. Hûr oğlu Ali,

26. Hanzala oğlu Said,

27. Hassen oğlu Zehir,

28. Hz. Ali oğlu Hz. Hüseyin

29. Hz. Ali oğlu Avn,

30. Hz. Ali oğlu Abdullah,

31. Hz. Ali oğlul Celal Abbas

32. Hz. Ali oğlu Ebubekir,

33. Hz. Ali oğlu Fazl,

34. Hz. Ali oğlu Osman,

35. Hz. Hasan oğlu Abdullah,

36. Hz. Hasan oğlu Kâsım,

37. Hz. Hüseyin oğlu Ali Ekber

38. Hz. Hüseyin oğlu (Mâsum) Ali Asgar (Abdullah Ekber),

39. Hz. Hüseyin oğlu (Masum) Kâsım

40. Halit oğlu Ömer,

41. Harir oğlu Hamza,

42. Hâris oğlu Cebâve,

43. Hâris oğlu Yusuf,

44. Kays bin A’rabî, (Küfe’de)

45. Kelbi oğlu Veheb,

46. Ma’kel oğlu Enes,

47. Malik oğlu Vekkas,

48. Meşkûr (Hz. Müslim’in çocuklarının zindancısı), (Küfe’de)

49. Mezahir oğlu Habib,

50. Mikdâd oğlu Muuhammed,

51. Muhacir-i Câfî oğlu Zeyd,

52. Muhammed-i Kesiyr, (Küfe’de)

53. Muhammed Kesiyr oğlu Mahdum, (Küfe’de)

54. Muta oğlu Ömer,

55. Müslim-i Azerbaycanî’nin oğlu (ismi bilinmiyor),

56. Müslim Akîl oğlu Abdullah,

57. Müslim Akil oğlu İbrahim (Küfe’de)

58. Müslim Akil oğlu Muhammed, (Küfe’de)

59. Müslim Hammad,

60. Müslim Mazenî oğlu Yahya

61. Ömer oğlu Halit, (veya Halil)

62. Raf’i oğlu Hilâl,

63. Rebîa oğlu Kays,

64. Riyah oğlu Hûr,

65. Riyah oğlu Mıs’ab (Hûr’un kardeşi),

66. Saad (Ebu Tâlip’in kölesi),

67. Sad oğlu Hanzala,

68. Seviyd oğlu Şit,

69. Ubeyd oğlu Şerih,

70. Urve oğlu Abdurrahman,

71. Utbe-i Vekkas oğlu Haşim,

72. Utbe oğlu Mâlik,

73. Ziyad Şaabi oğlu Zeyd,


 
411 Tarix: Bazar ertesi, 28.04.2008, 16:20 | Mesaj # 2
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Imam Seccad(a)buyurub: Gozleri Huseynin(a) oldurulmesinden otru aglayan, aglamaqdan goz yashlari yanaqlarindan axan momine, Allah bunun sebebine cennet koshklerinde yer verer ve uzun muddet orada yashayar.

Imam Ceferi Sadiq(a)buyurub: Kim Huseynin(a) baresinde bir beyt she'r yazib ozu aglasa ve on neferi de aglatsa, ozunun ve hemin on neferin nesibi cennet olar (cennetlik olar).

Imam Rza(a)buyurub:Ashura gunu kimin yas, aglama ve keder gunu olarsa, Allah qiyameti onun shadliq ve sevinc gunune chevirer.

Imam Rza(a)buyurub: Huseyn(a)kimi insana gerek aglayanlar aglasin. Chunki, onunchun aglamaq boyuk gunahlari siler. Hezret sonra buyurdu: Meherrem ayi girenden kimse atami guleruz gormezdi. On gun kechinceye qeder yas ve keder ona hakim olardi. Onuncu gun de onun aglamaq, yas ve qem gunu idi ve buyurardi: Bu Huseynin olduyu gundur.


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Sunnu Tarix: Çerşenbe, 30.04.2008, 19:55 | Mesaj # 3
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 26
Tərif: 0
Status: Xetden kenar
Yüz illerdir ki, her Meherrem ayında bütün dünyada bir çox müselmanlar, Peyğember(s) ve ehli-beytini sevenler qemli göz yaşları ile Aşura merasimi qeyd edirler. Aşura günü bildiyimiz kimi İslam Peyğemberi(s)-in nevesi, Cennet genclerinin ağası, İmam Hüseyn(e) qeddar Yezidle mübarizede Yezid ve onun kömekçileri terefinden vehşicesine qetle yetirilmiş ve İmam ailesi dehşetli günler yaşamışdır. Hemin gün Yezid ve onun qeddar ordusu Peyğember(s)-in nevelerini, körpe uşaqları qetle yetirmiş, İmamın başını kesib, şeher-şeher gezdirib o mübarek başı nümayiş etdirmişdiler. Onlar bu hereketleri ile İmama qalib geldiklerini nümayiş etdirmek isteyibler, lakin derk etmeyibler ki, onlar artıq uduzublar ve bu hereketleri onlara qarşı ancaq nifreti artırır ve buna sübut 13 esr erzinde ekser müselmanların onlara lenet yağdırmasıdır. İmam Hüseyn(e) herekatı bütün müselmanlara böyük bir ders oldu ki, onun da uğurlu neticeleri oldu. en esası ise İslam dini qorunub saxlandı, melun Yezid qetle yetirildi, müselmanlar münafiqleri tanıdı ve İmam Hüseyn mektebi yaradıldı. Hüseyn mektebi tek müselmanlara deyil, qeyri müselman olan xalqlara da nümune olmuşdur. Meselen, Hindistanın azadlıq herekatının lideri Maxatma Qandi öz diskusiyalarından birinde ''Biz öz azadlıq herekatımızda müselman Hüseynden nümune götürdük'' deye qeyd etmişdir. Göründüyü kimi Aşura merasimini keçirmek qeyret, şücaet, vetenperverlik, edalet derslerini yaymaqdır. Xüsusen de bu derslerin bize ermeni yezidleri ile mübarizede, torpaqlarımızı azad etmek üçün çox tesiri var ve zeruridir. Lakin bezi ağzıgöyçekler, bu merasimler teşkil olunub keçirilende ağzını büzür ve mentiqe uyğun gelmeyen sözlerle ürekleri bulandırırlar. Eleleri de var ki, efir vasitesi ile müqeddes Qurani-Şerifden aye oxumaqla, ''Haram aylarda özünüze zülm etmeyin'' ayesini bu keçirilen merasime aid edirler ve camaat arasında çaşqınlıq yaradırlar. Qeyd edirler ki, Meherrem ayı haram ay olduğundan insan gerek özüne zülm etmesin. Bele şexsler derk etmirler ki, zülm etmek Aşura merasimini qeyd edib İmama ağlamaq deyildir, zülm bu merasimi yaddan çıxardıb min cür günahlar etmekdir. eger Meherrem ayında bu merasimi qeyd etmek zülm hesab olunsaydı, demeli Zilhicce ayı da haram ay olduğundan bu ayda da heç kes eziyyet çekib Hecc qanunlarına uyğun şekilde Mekke şeherine ziyarete getmemelidir. Qeyd edek ki, bu ziyaretin eziyyeti Aşura merasiminin eziyyetinden qat-qat artıqdır. Aşura merasimi bizlere Hüseyn mektebini öyredir. Hüseyn mektebi ise bütün bu gösterilenlerle mübarize demekdir. Her kes bu mübarizeye qoşulsa, Aşura günü ve ümumiyyetle haram ay sayılan meherrem ayında ezadarlıq edib İmam Hüseyn mektebinin yaşanmasında iştirak etse özüne zülm etmez eksine böyük savab qazanar ve Hüseyn terefdarlarından sayılar. Cennet cavanlarının terefdarları olmaq, onun mektebinin yaşanmasında iştirak etmek, Qiyamet günü İmam Hüseyn şefaetini qazanmaq demekdir. Peyğember(s) buyurur: ''Ya Fatime, Qiyamet günü Hüseyne ağlayan gözlerden başqa qalan bütün gözler ağlayar.'' ehli-Beyti sevenler Peyğember(s)-e olan etiqad ve imanları sebebinden Peyğember neslinde üz vermiş facie günlerinin ildönümünde bir çox yığıncaqlar teşkil ederek şehidleri yad edirler ve Qurani-Kerim oxuyurlar. Peyğember(s)-in vefat edib Cennet alemine teşrif apardığı gün sefer ayının 28-de şieler meclisler teşkil edirler,ezadarlıq keçirirler ve mescidlerde İslam Peyğemberinin şexsiyyeti haqqında söhbetler edirler. Ceferilerin en duyğulu ve tesirli matem merasimi Meherrem ve Sefer aylarında keçirilen ezadarlıq günleri içerisinde Aşura, yeni Meherrem ayının 10-cu gününün merasimidir. Hemin gün İmam Hüseyn(e)-ın şehid olduğu gündür. Bu matem merasiminde minlerce böyük dini şexsler iştirak edir. Çünki, İmam Hüseynin başına gelen felaket, bela ve müsibet başqa facielere nisbeten daha dehşetlidir. Bele bir facie heç bir memleketde görünmeyib. Bu meclisde haqq yolunda şehid olan imamımızdan ibret almaq meqsedile xütbeler oxunur, haqq yolunda nece şehid olmaq, zülmkarlığa ve münafiqliye qarşı mübarize aparmaq dersi verilir. Bu meclis İslam dinine devet etmeyin en yaxşı yoludur. Bu meclis bir daha gösterir ki, insanın ölümü ile heç ne unudulmur. Edilen qehremanlıq, şehidlik en uca zirve kimi qelblere hekk olunur. İmam Hüseyn(e) bütün İslam dünyasının fexridir, Peyğemberimizin balası ve ezizidir. Hüseyn adı ona Allah terefinden qoyulmuşdur. Peyğember(s) buyurur: ''Hüseyni seven meni sevir, meni seven Allahı sevir!'' Bu hedisden bele aydın olur ki, Hüseyni sevmeyen Peyğemberi sevmez, Peyğemberi sevmeyen ise Allahı, Allahı sevmeyen ise dinsizdir. İmam Hüseyn(e) münafiqlerle mübarizede sübut etmişdir ki, İslama qalib gelmek mümkün deyil. İslam dini yenilmez ve meğlubedilmez bir dindir. İmam Hüseyn(e)-ın ezadarlığının böyük savabı var. Ona göre ki, bununla müselmanlar qefletden oyanır, münafiqlerin ve zülmkarların at oynatmasına imkan vermir. İmam Hüseyn(e)-ın şücaetini onların yadına salır. Bildirilir ki, Hüseyn aşiqleri, ehli-Beyt şieleri İmam Hüseyn eleyhis-selamı heç vaxt unutmurlar. Bu ezadarlıq münafiq ve zülmkarlara serf elemir. Ona göre de onun eleyhinedirler. Müselmanlar ise zülmkarlığı ve edaletsizliyi aradan qaldıran Kerbela faciesini yaddan çıxarmamalıdırlar.
 
411 Tarix: Cüme axşamı, 01.05.2008, 12:12 | Mesaj # 4
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Imam Baqir(a)buyurub: (Ashura gununde uzaq ve ya yaxin mesafeden Huseyn(a) ziyareti barede hedisde): ...Sonra Huseyn(a) aglayib inlesinler, evinde olanlara ve onlardan teqiyye saxlamayanlara da aglamagi tapshirsin...
Huseyn(a) musubetine gore bir-birine bashsagligi versinler. Dedim: Bir-birimize nece bashsagligi verek. Deyin ki, Allah Huseynin(a) musibetine gore bize chatan ecri boyutsun, bizi ve sizleri onun "Veliye dem"i (qan sahibi) Mehemmed(s) ailesinden olan Imam Mehdi ile birge onun qanini almaga qalxanlardan etsin...


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Asiye Tarix: Cüme axşamı, 01.05.2008, 15:25 | Mesaj # 5
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Al-shia, 411,Sunnu!
Allah her birinizden razi olsun.

Yа şаhi-Kerbelа, ne revа buncа qem sene,
Derdü demаdemü elemi-dembedem sene.
Yаd еt, Füzuli, Аli-Ebа hаlın, еyle аh
Kim, berqi-аh ile yıхılır хermeni-günаh.
M.Fuzuli

Sаbirа, her il ezа sахlа Eliekbere sen,
Kerbelаdа gеdib аğlа о şehi-dаvere sen,
Gel qiyаmetde bu qem ile sefi-mehşere sen,
Qаlmа hesret iki dünyаde bu mövlа üzüne.
M.E.Sabir

Söyle Hüsеyne, еy sebа, Kerbübelаyа gelmesin,
Gelse, düşer bu deştde derdü belаye, gelmesin.
Fаtimenin kenizi, bu qisseni еyle kim, tаmаm,
Bir-bire deydi merdü zen, şure gelibdü хаsü аm.
Növhe еder bu Nаtevаn, ruzi şeb аğlаyаr müdаm,
Tаpmаsа bir deri-nicаt, dаri-beqаye gelmesin.
X.Natevan


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Sunnu Tarix: Cüme axşamı, 01.05.2008, 18:48 | Mesaj # 6
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 26
Tərif: 0
Status: Xetden kenar
AsiyeAllah huseyne cennetde seni xeyme qonshusu elesin.Amin!
 
al-shia Tarix: Cüme axşamı, 01.05.2008, 22:22 | Mesaj # 7
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar

Peğəmbər (səvv) buyurmuşdur : Hüseyn məndəndir, məndə Hüseyndənəm!
Quote (Asiye)
Al-shia, 411,Sunnu!Allah her birinizden razi olsun.

Allah cəmi müsəlmanlardan razı olsun! Amin!
Sunnu, məqalə yerləşdirəndə xahiş edirəmki onun faylınıda yükləyəsən, çünki misal üçün burada ə hərifi e hərfi ilə əvəz olunmuşdu.
Fayl: 6131308.jpg (21.1 Kb)


 
Asiye Tarix: Cüme, 02.05.2008, 17:31 | Mesaj # 8
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Quote (Sunnu)
AsiyeAllah huseyne cennetde seni xeyme qonshusu elesin.Amin!

Amin!Seni de
sad
Choox minnetdaram.Mene edilen dualar ichinde bu qeder gozelini eshitmemishdim.....
Allah senden razi olsun

Аğlа bu mаtemde, еy Sеyyidi-beхti-qarа,
Nezm ile bu mаtemi, şövq ile sübhi mesа.
Ecrini ахır vеrir pаdişahi-Kerbübelа,
Heşride feryаdınа şаfеyi-üsyаn gelir.

S.E.Shirvani


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
al-shia Tarix: Cüme, 02.05.2008, 18:41 | Mesaj # 9
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
ALLAH TƏLİMİ VƏ BUNUN İNSANLARA ÇATDIRILMASI

İnsan yarandığı andan şüurlu şəkildə və ya heç fərqinə varmadan hər hansı bir təlim-tərbiyə sisteminin təsiri ilə öz əqidəsini, dünya görüşünü və yaşayış tərzini formalaşdırır. Elə bir şüurlu insan yoxdur ki, bundan kənarda qalsın. Çünki, müəyyən yaşam tərzi varsa, demək bunu doğuran əqidə, ideologiya var. Bəşər aləminə nəzər salsaq, minlərlə müxtəlif həyat tərzlərinin olduğunu müşahidə edərik. Bu isə bizə deməyə əsas verir ki, bəşəriyyət bundan da çox əqidə, təlim-tərbiyə sisteminə malikdir. Bəs insan bunlardan hansını seçməlidir? Hansı ideologiya əsasında yaşamalıdır? Biz elə bir əqidə, dünya görüşü seçməliyik ki, o ən kamil olsun. Bir şeyin isə kamil olması üçün onun yaradıcısının kamil olması lazımdır. Varlıq aləmində isə ən kamil Allah-təaladır. Demək ki, Allaha əqidə bağlamaq ən düzgün seçim olardı. Çünki, insanı Allahdan gözəl tanıyan və Allahdan çox sevən bir varlıq yoxdur. Bu səbəbdən insan üçün nəyin yaxşı və nəyin də pis olmasını kamil şəkildə yalnız Allah bilir.

Allah bəşərə öz təlimini – dinini, insanlara seçdiyi peyğəmbərlər vasitəsilə çatdırır. Peyğəmbərlər və imamlar Allah təlimçiləridirlər. Onların səmavi vəhy, yəni, Allahın sonsuz olan elmi ilə rabitəsi vardır. Bu səbəbdən onların dediklərinin Allahdan olduğunu bilib qəbul etməliyik. Allah İslam dinini son din olaraq insanlara göndərmiş, bu böyük və şərafətli işdə isə Məhəmməd peyğəmbəri (s) İlahi təlimçi kimi seçmişdir. Allah dinini kamil şəkildə insanlara çatdırdıqdan sonra işin ən çətin mərhələsi gəlib çatır. Bu da həmin dinin qorunması, təhrif olunmadan insanlara çatdırılmasıdır ki, bu iş peyğəmbərimizdən sonra pak və məsum imamlarımızın üzərinə düşüb. Bir sözlə Allah təlimində imaməti nübuvvətdən (peyğəmbərlikdən) ayrı təsəvvür etmək olmaz. Misal üçün, ali məktəbə rəhbərlik edən bir alim uzunmüddətli səfərə çıxmalı olur. Bu zaman təhsil sistemi üçün tərtib etdiyi təlim-tərbiyə proqramının tələbələrə pozulmadan, düzgün və dəqiq çatdırılmasını nəzərə alaraq, bu işin öhdəsindən gələ biləcək bir alimi öz yerinə təyin edir. Bu səbəbdən İslam dinini insanlara ilahi vəhy əsasında çatdıran peyğəmbərimiz bu təlim-tərbiyə sistemini heç kimə tapşırmadan vəfat etsəydi, indi dindən əsər-əlamət belə qalmazdı. Bu baxımdan Allahın həqiqi təlimində olmaq istəyən hər bir kəs Peyğəmbər (s) və onun pak Əhli-beytindən (ə) (məsum imamlardan) ayrı düşməməli, onların yolunu addım-addım izləməlidir. Peyğəmbər (s) buyurmuşdur: «Əhli-beytdən qabağa keçməyin, həlak olarsınız və onlardan ayrı düşməyin, həlak olarsınız və onlara bir şey öyrətməyin ki, onlar sizlərdən daha biliklidirlər».

İMAM HÜSEYN (Ə) ALLAH TƏLİMİNİN QORUYUCUSUDUR

İslam dininin ən çətin vaxtları Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra başladı. Din hər an təhrif olunma təhlükəsi ilə üzləşirdi. Bu zaman isə ən böyük məsuliyyət məsum imamlarımızın üzərinə düşürdü. İmamlarımız bütün bunlara qarşı, şəraitə uyğun elə bir mübarizə üsulu seçməli idilər ki, dinə zərrə qədər də ziyan dəyməsin və İlahi din təhrif olunmadan gələcək nəsillərə ötürülsün. İlk imamımız Həzrət Əli (ə) şəraitin tələblərinə uyğun olaraq səbr etmək yolunu seçdi. Çünki, dinin qalması bunu tələb edirdi. Həzrətin dili ilə desək: «Boğazımda sümük, gözümdə tikan qalan kimi, səbr etdim». İmam Həsənin (ə) imaməti dövründə, İslam dininə böyük zərbə vura biləcək fitnələr daha da artmışdı. Bu şəraitdə isə ən düzgün addım olaraq, imam sülh üsulunu seçib böyük səbr nümayiş etdirdi.

Lakin, üçüncü imamımız İmam Hüseynin (ə) imaməti dövründə vəziyyət daha da çətinləşdi. Xəlifə Müaviyənin ölümü və oğlu Yezidin qanunsuz olaraq xilafətə gəlməsi ilə İslam ümməti özünün ən çətin dövrünü yaşamağa başladı. Yezidin hakimiyyəti dövründə din açıq şəkildə təhrif olunur və dini hökmlərə riayət olunmurdu. Yezid gözəl başa düşürdü ki, zor gücünə insanları Allah təlim-tərbiyəsindən ayırmaq qeyri-mümkündür. Bu səbəbdən İlahi təlimi aradan aparmaq əsas hədəf kimi seçilmişdi. Təhrif əvvəlki xəlifələrin hakimiyyəti dövründə müşahidə olunsa da, bu qədər kütləvi və açıq xarakter daşımırdı. Belə bir vəziyyətdə imamın səbr etməsi dinin tezliklə aradan getməsinə səbəb ola bilərdi. Bu baxımdan imam düzgün addım olaraq qiyam etmək üsulunu seçdi. Əsas hədəf Allah təliminin qorunması idi. Hərəkatın nəticəsi olaraq, ya Yezid hakimiyyəti devriləcək, ya da imam şəhid olacaqdı. Hər iki halda İslam dini yaşayacaqdı. İmam öz hədəfini tarixi kəlməsi ilə belə izah edib: «Allahım, sən bilirsən ki, bizim qiyamımız səltənət üçün yarışmaq və dünya mallarından bir şeyə çatmaq üçün deyildir; bizim qiyamımız sənin dininin gerçək nişanələrini ortaya qoymaq, bəndələrində islahat aparmaq, məzlum qullarını qurtarmaq və sənin vacib əhkamına əməl edilməsi üçün edilən bir hərəkatdır.» İmam və onun sadiq səhabələri öz övladları və qadınları ilə vətənlərini tərk edərək Kufəyə doğru yollandılar. Son nəticədə, imama dəstək verəcəyini söz verən Kufə camaatı qılıncları Hüseynə (ə) tərəf yönəltdilər. İmam 30 minlik orduya qarşı cəmi 72 nəfərlə qaldı. Bu zaman İmam Hüseynə (ə) dəfələrlə müharibədən çəkinmək təklifi olunsa da imam ölümü zillətdən üstün tutdu. O Həzrətin bu tarixi kəlamını qeyd etmək yerinə düşərdi: «Əgər babam Peyğəmbərin dini mənim qanımla yaşayacaqsa, onda ey qılınclar doğrayın məni». Və nəhayət, qısa bir müddət ərzində İmam Hüseyn (ə), onun övladları, hətta 6 aylıq körpəsi belə, və yaxın səhabələri şəhadətə yetirildi, uşaqlar və qadınlar əsir götürüldü. Zahiri baxımdan Yezid qoşunu qələbə çalsa da, ideoloji baxımdan qələbə İmam Hüseyn (ə) tərəfdə idi. Bu tarixi cinayət cəmiyyəti sanki yuxudan oyatdı və hər kəs Yezid hakimiyyətinin Peyğəmbər ailəsinə qarşı vəhşiliyinin şahidi oldu. Nəticədə, qısa bir müddət sonra Yezid hakimiyyəti devrildi. Artıq dinin təhrif olunması təhlükəsi aradan getdi. Bir sözlə İmam Hüseyn (ə) öz qanıyla İslama can verdi. Peyğəmbərin (s) buyurduğu: «Hüseyn məndəndir, mən də Hüseyndən» kəlamını, imam öz həyatı və şəhadəti ilə təsdiqlədi. Peyğəmbər (s) burada «Hüseyn məndəndir» deməklə bildirmək istəyirdi ki, İmam Hüseynin (ə) hər bir hərəkəti, rəftarı elə Peyğəmbərin (s) rəftarı kimidir. Bu kəlama əsasən İmam Hüseynin (ə) arxasınca düşən elə Peyğəmbərin (s) arxasınca düşmüşdür. Hədisin ikinci hissəsində Peyğəmbər (s) buyurur ki, «Mən də Hüseyndənəm». Bu kəlam isə, İmam Hüseynin (ə), Peyğəmbər (s) dininə yenidən can verməsinə işarədir. Peyğəmbər (s) İmam Hüseynin (ə) başına gələcək müsibətləri sanki öncədən görür və bilirdi ki, imam öz canıyla İslam dininə yeni nəfəs verəcək, bununla da Peyğəmbər (s) dini yaşayacaqdır. Bu səbəbdən Peyğəmbər (s) özünün Hüseyndən (ə) olduğunu bildirir.

İMAM HÜSEYN HƏRƏKATININ DAVAMI

İmam Hüseynin (ə) başladığı hərəkatı bitmiş hesab etmək olmazdı. Çünki, şəhadətə çatmış peyğəmbər övladlarının qanı itə bilərdi. Bunu insanlara çatdırmaq, İmam Hüseyn hərəkatının hədəflərini camaata başa salmaq lazım idi ki, bunun da başında İmam Hüseynin (ə) bacısı, Həzrəti Əlinin (ə) qızı Xanım Zeynəb (ə) və İmam Zeynul-abidin (ə) dururdu. Aşura inqilabının təbliğçiləri başda Xanım Zeynəb (ə) və İmam Zeynul-abidin (ə) olmaqla, əsirlikdə olarkən İmam Hüseynin (ə) və səhabələrinin qanlı şəhadətini öz kəskin çıxışları ilə camaata çatdırdılar və çirkin Əməvi hakimiyyətini rüsvay etdilər. Bu baxımdan xanım Zeynəbin (ə) və İmam Zeynul-abidinin (ə) gördükləri işləri heç də İmam Hüseynin (ə) Kərbəladakı şücaətindən az hesab etmək olmaz. Çünki, bu bir ideoloji müharibə olub, Allah təlimi ilə digər puç ideologiyaların qarşıdurması idi. Əgər, cəmiyyətdə bu hərəkatı insanlara çatdırmasaydılar, hadisənin ideoloji tərəfi yox olar və bu da Allah təliminin təhrif olunub aradan getməsinə səbəb olardı. Bununla da İmam Hüseyn mübarizəsi mahiyyətini itirərdi. Lakin, İmam Hüseyn hərəkatı bitmədi. Məsum imamlarımız, əsasını Xanım Zeynəbin (ə) qoyduğu əzadarlıq məclisləri təşkil edərək, bu hərəkatı davam etdirmiş və imamlarımızın təkidli göstərişlərinə əsasən Peyğəmbər (s) və onun Əhli-beytini (ə) sevən möminlər bu günə kimi Kərbəla hadisəsini əza saxlamaqla yaşatmış və yaşatmaqdadırlar.

AŞURA MƏSƏLƏSI ƏTRAFINDA YARANMIŞ SUALLAR

Şəhidlər sərvəri İmam Hüseynin (ə) əzadarlıq günləri hər dəfə yaxınlaşdıqca cəmiyyətdə bu məsələ ətrafında bir çox suallar meydana çıxır. Bu sualları cavablandıraq:

Görəsən nəyə görə Məhərrəm ayını əziz tutmalıyıq? Nə üçün 1360 il bundan əvvəl baş vermiş bir faciəni yad etməli və mərasimlər keçirməklə, o hadisənin xatirəsini canlı saxlamalıyıq? Bu faciə neçə əsr bundan qabaq baş vermiş bir hadisədir; zaman keçir, dövran dəyişir, artıq olan-olub, keçən-keçib. 14 əsr keçdikdən sonra həmin hadisəni bir daha yaddaşlarda təzələyib, mərasimlər təşkil etməyin nə lüzumu vardır?

Bu sualların cavabı elə də mürəkkəb deyildir. Bütün cəmiyyətlərdə baş verən böyük hadisələr, həmin xalqın gələcək həyatında mühüm rol oynaya bilər. Keçmişin yad edilməsinin səbəbi, həqiqətdə həmin hadisələrin bir daha bərpa edilib, xatirələrdə yenidən canlandırılmasıdır. Bu kimi tarixi hadisələrin təkrar-təkrar yad edilməsi həmin olayların həqiqi mahiyyətini üzə çıxarır, problemlərin həlli və gələcək həyatın düzgün qurulmasında xalqa yardımçı olur.

Misal olaraq, dövrümüzə aid belə bir sualla qarşılaşa bilərik; Qanlı yanvar hadisəsini, Xocalı faciəsini hər il yad etməyin nə mənası var? Şübhəsiz məntiqi cavab budur ki, əgər biz bu hadisələri qeyd etməsək, tarixin qanlı faciələri unudulacaq və xalq yenidən gələcəkdə belə hadisələrə məruz qalacaq. Təsəvvür edin, 100 il bundan qabaq erməni daşnaqları Bakıda qırğınlar törətmiş, sonradan Sovet hakimiyyəti təbliğatla bu hadisəni yaddaşlarımızdan silmiş və nəticədə ermənilər, unutqanlıqdan istifadə edib dost cildinə girərək, öz cinayətlərindən yenə də əl çəkməmişlər. Bu səbəbdən tarixi hadisələrə biganə qalmaq millətin məhvinə gətirib çıxara bilər.

Aşura hadisəsi isə insanlıq tarixinin böyük faciələrindən biridir. Hadisənin müsəlmanların səadəti, eləcə də digər xalqların haqq yolunun işıqlandırılmasında çox mühüm, həlledici rolu olmuş və olmaqdadır. Bu adi deyil, tarixin olduqca dəyərli və önəmli bir məqamıdır. Onun bir daha yad edilib xatırlanması Allah təlim-tərbiyəsinin, dinin yaşamasını şərtləndirir. Biz bunu unutsaq, dinimizə qarşı belə cinayətlər daha da artacaq və nəticə olaraq İlahi təlimin məhvinə gətirib çıxaracaqdır. Bir sözlə hər il Məhərrəm ayında Kərbəla müsibətinin qeyd olunması mənəvi və dini dəyərlərin keşiyində durur.

Aşura hadisəsi nəyə görə əzadarlıq mərasimi keçirməklə yad edilməlidir? Aşura hadisəsi və İmam Hüseynin (ə) xatirəsinin yad edilməsinin faydalı olduğunu və cəmiyyətimizə müsbət təsir qoyduğunu qəbul etsək, qarşıya çıxan ikinci sual budur ki, nə üçün mərasimlər məhz bu şəkildə keçirilməlidir? Bu məqsədlə elmi yığıncaqlar, dəyirmi masalar, seminarlar təşkil etmək olmazmı? Məgər, hər hansı bir hadisənin yad edilməsi üçün mütləq camaat əzadarlıq edib, özünə əziyyət etməlidir?

Əlbəttə, şəhidlər sərvəri İmam Hüseynin (ə) şəxsiyyəti barədə konfransların keçirilməsi, elmi seminar və mədəni yığıncaqların təşkili, tədqiqatların aparılması olduqca faydalı, həm də zəruridir. Bu kimi fəaliyyətlərin davam etdirilməsi lazımlı bir işdir. Amma, Aşura hadisəsindən yetərincə faydalanmağımız üçün bunlar kifayət edirmi? Bəlkə başqa işlər də görülməlidir? Bu suala cavab vermək üçün ilk növbədə insanlara psixoloji nöqteyi-nəzərdən diqqət yetirilməlidir. İnsan müəyyən bir şeyi dərk edir, lakin həmin şeyi yaşamırsa, bu insanda böyük təsir qoymaz. Misal üçün, insanlar 20 Yanvar hadisəsini dərk edərək kütləvi şəkildə, soyuq havada, böyük bir əziyyət içində Şəhidlər Xiyabanını ziyarət edirlər. Bu, insanları bir növ həmin qanlı gecəyə aparır və bu cinayəti törədənlərə qarşı nifrətini daha da artırır. Əgər biz bu hadisəni yalnız konfranslar, seminarlar çərçivəsində qeyd etsəydik onda insanlardakı hiss, coşqu, nifrət heç də güclü olmazdı.

İmamın öz hədəfi yolunda göstərdiyi fədakarlıqlar haqda yalnız müəyyən biliyə malik olmaq, bizi onun yolunu getməyə sövq etdirməyəcək. Təkcə bilmək və ya məlumat əldə etməklə, insanda belə bir meyl yaranmır. Yüksək əzm və iradə tələb edən bu kimi işləri görmək üçün hisslərimiz təhrik olunmalıdır. Elmi yığıncaq və çıxışlar lazım olan bilik və məlumatı çatdırmaqda bizə yardımçı ola bilər. Bununla yanaşı, daxili hiss və meyilləri gücləndirəcək digər amillər də lazımdır. Məlum məsələdir ki, insanın hər hansı bir hadisəni yaxından müşahidə etməsilə, eşidib və ya oxuması arasında çox fərq vardır. Bunu real həyatda da təcrübə etmək olar. Müşahidə etmədiyimiz hər hansı bir hadisə haqqında eşitdiyimiz məlumatın bizdə yaratdığı təsir ilə, həmin hadisəni öz gözlərimizlə görəcəyimiz zaman yaradacağı təsir arasında böyük fərq vardır. Təbiidir ki, gözlə müşahidə edilən hadisə insanda daha çox təəssürat yaradır.

Allah-taala insanı elə yaradıb ki, bir hadisəni müşahidə etməyin doğurduğu təsir və təəssürat, deyilənlər, eşidilənlər və məlumatlarla yaranan təsirlə kəskin şəkildə fərqlənir. Aşura günü imam Hüseynin (ə) necə şəhid olduğunu hamımız yaxşı bilirik. Amma bunu bilməklə qüssələnib ağlamırıq. Lakin mərasimlərdə mərsiyəxanlar xüsusi ahəng və hərəkətlə Kərbəla müsibətini bizə çatdırdıqda, ixtiyarsız olaraq kövrəlirik, gözlərimiz yaşarır. Bu üsulun insanın hisslərini təhrik etməkdə böyük təsiri vardır. Bu səhnələrin nümayişi İmam Hüseynin (ə) qiyamının nə üçün və necə baş verməsi, necə şəhid olmasını daha dolğun şəkildə öyrənib-bilməyimiz üçün əlverişlidir. Bunları biz nə qədər yaxşı təcəssüm etdirə bilsək, bir o qədər Aşura mədəniyyətindən faydalanmış olacağıq.

Lakin, bu gün bəzi «ziyalı» qüvvələr Aşura mədəniyyətini xalqın yaddaşından silmək üçün bir sıra aldadıcı kəlmələrlə insanları bundan çəkindirmək istəyirlər. Bu mərasimlərin keçirilməməsi üçün əsas dəlil kimi, insanların sinə vurub, ağlamaqla özlərinə əziyyət etmələrini göstərirlər. Lakin başa düşmək lazımdır ki, insani dəyərlərin yaşadılması üçün əziyyət çəkilməsi zəruridir. Həmən «ziyalıların» fikrinə əsaslansaq, xalqın hər il yanvar ayının 20-də Şəhidlər Xiyabanını ziyarət etməsi gərək düzgün sayılmasın. Çünki, bu vaxt insanlar çox əziyyətlərlə qarşılaşırlar. Şaxtalı, soyuq havada uzun növbələrdə dayanmış qocalar, əli körpəli qadınlar, ümumiyyətlə, yüz minlərlə insanlar olmazın əziyyətlərlə üzləşirlər. Lakin başa düşmək lazımdır ki, belə bir əziyyət əslində xalqın azadlıq ruhiyyəsini nə dərəcədə gücləndirir! Eynilə Məhərrəm ayında insanların çəkdiyi əziyyət bütün insanlığın qorunmasına xidmət edir.

ALLAH-TƏALA BİZLƏRİ DÜNYADA İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN ZİYARƏT VƏ HİMAYƏSİNDƏN, AXİRƏTDƏ ŞƏFAƏTİNDƏN MƏHRUM ETMƏSİN! AMİN!

Добавлено (02.05.2008, 18:41)
---------------------------------------------

Mənbə: al-shia.com


 
411 Tarix: Bazar ertesi, 05.05.2008, 13:16 | Mesaj # 10
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Huseyindir ayeti rehmet,
Huseyindir qibleyi qeyret,
Huseyindir ruhi qurriyyet,
Huseyinsiz neynirem fezli,
Huseyinsiz fezle min lenet.


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Asiye Tarix: Şenbe, 10.05.2008, 21:08 | Mesaj # 11
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Ana! Oğlun şehid oldu, mübarek
Şehadetle seid oldu, Mübarek
Ümidi-cenneti tapdın, da senden
Cehennem na ümid oldu, mübarek.
Bele toy kim görüb dünyade Qasim
Toyu yase döndü şehzade Qasim.
Ana! Oğlun Eli Ekber fedası
Toyu Qasim kimi olmuş ezası
Durub cennet qapısında gözetlir
Ki, gelsinler anasile, atası
Bele toy kim görüb dünyade Qasim
Toyu yase döndü şahzade Qasim.

M.Shehriyar


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.


Mesaj redaktə olundu Asiye - Şenbe, 10.05.2008, 21:10
 
Qonaq Tarix: Şenbe, 10.05.2008, 21:15 | Mesaj # 12
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
Ruqeyye ey gozum nuri,ishigli aye benzersen
Yaniqli sozleirn vardi,anan Zehraye benzersen



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
al-shia Tarix: Şenbe, 10.05.2008, 22:24 | Mesaj # 13
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Kərbəladan birinci dərs:-Allah yolunda fədakarlıq etmək və candan keçmək! (Aliakber Ocaqnejad)


 
411 Tarix: Cüme, 16.05.2008, 16:47 | Mesaj # 14
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Imam Huseyn(a)Muhemmed Henefiyeye vesiyyetinde bele buyurdu: " Men rahatchiliq, xosh gun kechirtmek, zulm ve fesad etmek meqsedile qiyam etmirem. Eksine, yalniz ve yalniz ceddimin ummetini islah etmek ve nicat vermek uchun qiyam edirem. Isteyirem emr be me'ruf ve nehy ez munker edim, ceddimin ve atamin yolu ile gedim".


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
MeysemTemmar Tarix: Şenbe, 17.05.2008, 00:03 | Mesaj # 15
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 9
Tərif: 0
Status: Xetden kenar
bir sualım var.Aşuradan biz nəyi ibrət götürməliyik?Aşuranın qeyd edilməsinin bizə nə xeyri?
 
alex-99 Tarix: Çerşenbe axşamı, 20.05.2008, 12:16 | Mesaj # 16
Qrup: Удаленные





huseyne.a. aqlayan gozler qiyamet gunu aqlamez
 
411 Tarix: Çerşenbe, 21.05.2008, 11:57 | Mesaj # 17
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Ahura gunu Imam Huseyn(a)buyurdu: " Agah olun ve bilin ki bu zinazade oglu zinazade (ibni ziyad) iki sheyin arasinda saxlayib ya zelilcesine bey'et edim, ya da qilincla dogranim. Heyhat-Heyhat zillet bizden chox-chox uzaqdir!."


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Asiye Tarix: Şenbe, 24.05.2008, 15:09 | Mesaj # 18
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Aşura gününde vidalaşdığı zaman uşaqlarına bele buyurdu: «Ağlamayın, göz yaşı tökmeyin, menim getmeyimle sizin derd ve müsibetleriniz qurtarmayacaq. Bu, sizin narahatçılıq ve qem-kederinizin başlanğıcıdır. Özünüzü möhkem saxlayın ve bilin ki, Allah sizi qoruyur. Menden sonra düşmenin qarşısına çıxdığınız zaman sizin deyerinizi azaldan sözler danışmayın».

Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Betulu_Zehra Tarix: Şenbe, 24.05.2008, 23:20 | Mesaj # 19
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 2
Tərif: 0
Status: Xetden kenar
imam huseyn AGANIN bir oglu var idi ADI eliekber idi.o ki iMAMIN ordusu YAXINLA$DI kerbelaya imam dedik burdan sonra sabah biz oleceyik kim ggetmek isteyirse getsin.ELi ekber aga imama muraciet eledi dedi agam meger hAQQ bizle deyil meger ALLAH bizle deyil onda niye biz oluruk.iMAM huseyn aga gozel BIR soz buyurdu HAQQ iSTEYiRKi biz olek.

Добавлено (24.05.2008, 23:20)
---------------------------------------------
yene kerbeladan olan bir EHVALATI nezerinize CATDIRIRAM.deyilirki bi oglan var idi aDI veheb idi o muselman deyildi AMMA IMM HUSEYN AGA GELENDE KERBELAYA ODA GETI IMAMLA goru$du coxsohbetden sonra muselman oldu.deyilirki o teze evlenmi$di gedirdi meydana ANASINA dedi ana mene AXIR sozun ANASI dedi bala ZEHRA(s E) BALASIN QORUMASAN $EHid olmasan sene ANALIQ HAQQIMI halal etmeyecem.dedi ana soz verirem imama tam istet edecem.geldi XANIMININ YANINA dedi mene sozun XANIM dedi eger qiyametde mene $efaet etmesen HAQQIMI hall etmeyecm soz verdi imAM HUSEYN AGANIN HUZURUNDA Ki dediyivi edecem.belelikle getdi meydana doyu$du en sonda $ehit oldu bnu goren XANIMI mydana getmek istedi vurub onuda $ehit eledile bunu goren vehabIN ANASI DOZMEDI goturdu OGLUNUN YAALI BA$IN o ba$la oglunun qatilin vurdu oldurdu veziyyeti bele goren imam huseyn aga geldi onu sakitle$dirdi ona dua eledi.BUDA KERBELA QEHRAMANLARINDAN Biri

 
Almusavi Tarix: Cüme, 30.05.2008, 19:27 | Mesaj # 20
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Әlinin ədalət və igidliyinin varisi;
Fatimənin nəciblik və paklığının varisi.
Allah Sənə görə bizi bağışlayar inşallah.
Fayl: 3466404.jpg (118.3 Kb)


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
iravani Tarix: Cüme, 30.05.2008, 21:44 | Mesaj # 21
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Huseyn ibni Eli Resulullahin (s) nevesi ve cennet cavanlarinin iki agasindan biridir.
İmam Huseyn (e) buyurub:
“ Bilin ve agah olun zinazade oglu zinazade mene iki sey teklif edir:-qilinc goturub onunla vurushmaq ve ya zilleti qebul etmek.Zillet altinda getmek bizden uzaqdir.Allah,onun Resulu ve mominler bize zillet altina girmeyi laiq bilmeyibler.Hemcinin pak ve izzetli insanlar meseqqeti rezil insanlara tabe olmaqdan ustun tuturlar.”
Allah _taala Huseyn yolcularina yardimci olsun ve onlara sebr versin ki,bele cahillerin qarsisinda Imamin yolunu davam etsin….
Imam Huseyn (e) buyurub :
“ Men olmu sehadet,amma zalimlerla heyati zillet hesab edirem”

Imam Huseyn (e) butun gunahlardan pakdir ve mesumlardandir. Imam Huseyn(e) ele bir ailedendir ki,adi Qurani-kerimle birge cekilmeye laiq gorulub.Pak ,mesum , gunahsiz ve butun noqsanlardan uzaq “xetasiz” Huseyn (e) Haqq yolcusudur ve haqq ustunde de sehid oldu.
Allah-taala Yezidin emellerine haqq qazandiranlari yezidin meqamina “endirsin”.

Fayl: 8140143.jpg (133.2 Kb)


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!

Mesaj redaktə olundu iravani - Cüme, 30.05.2008, 22:02
 
mensure Tarix: Şenbe, 31.05.2008, 14:56 | Mesaj # 22
Leytenant
Qrup: VIP
Mesajlar: 50
Tərif: 4
Status: Xetden kenar
Imam (e) buyurub: "Ey Ashuranin yasini saxlayanlar, eger ALLAHIN saxladiginiz yasin evezinde sizin uchun ne qeder nemetler hazirladigini bilseydiniz, sevinciniz kederinizden chox olardi".
Imam (e) buyurub: "her kes Huseyne (e) aglasa, yaxud bashqasini aglatsa ve yaxud bashqalari ile birlikde Huseynin (e) yasini saxlasa, behisht ona vacib olar."
Imam Rza (e) buyurub: "Her kes Huseyne (e) aglasa ve yaxud dushmenlerimizin biz Ehli-beyte qarshi etdikleri musibetleri danisharaq bashqalarini aglatsa, ALLAH -TAALA onu qiyamet gununde bizimle birlikde (bizim zumremizde) meshur edecekdir".
Imam Huseyn (e) shehid olduqdan sonra o Hezretin kesik bogazindan bele bir ses eshidildi:" Ey menim shiyelerim, her vaxt serin su ichseniz, meni yada salin; bir shehidden yaxud qeribden soz dushende meni yada salib aglayin".
HEQIQETEN HUSEYN (e) HIDAYET CHIRAGI, NICAT GEMISIDIR.


iki sey agila noqsan sayilar.
yersiz susmaq ile yersiz soz demek (Sedi Sirazi)
 
Asiye Tarix: Bazar ertesi, 02.06.2008, 11:50 | Mesaj # 23
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Quote (MeysemTemmar)
bir sualım var.Aşuradan biz nəyi ibrət götürməliyik?Aşuranın qeyd edilməsinin bizə nə xeyri?

Yezid İmam Huseyn Həzrətlərini beyətə vadar etmək istəyəndə(Onun hakimiyyətini rəsmən tanımasını tələb edəndə) İmam Huseyn(ə) özü bu mətləbə işarə edib buyurdu:
«Əgər Yezidə beyət etsəm, gərək İslamla vidalaşaq»
Kerbela hadiselerinin her detali bir dersdi.hz Huseyn (e) shehidlik, qehremanliq ,azadliq , qurur.qeyret.cesaret,irade mektebi yaratdi.Meqsed ugrunda neinki canindan,ezizlerinin de canindan kecmek, zulme boyun eymemeyi oyretdi.Meqsed shexsi menafe deyildi, Allahin Haqq dini olan Islam idi.
Besher tarixinde bu hadisenin analoqu yoxdur.Ele bir tarixi hadise yoxdur ki ,zahiren meglubiyyet kimi gorunsun,amma dushmen uzerinde en boyuk qelebe chalinsin.Menim fikrimce,Kerbela hadisesi Islamin en boyuk qelebesidir.Hadiseni toredenler de menen meglub olduqlarini bildiler.
Hindistan azadlıq hərəkatının başçısı Mahatma Qandi öz xalqına müraciətlə deyirdi: «Mən bütün dünyanı gəzib dolandım, müstəmləkə caynağından qurtarmaq üçün sizə böyük ərmağan gətirdim. Bu ərməğan: İraqın Kərbəla şəhərində azadlıq sevərlərin simvoluna çevrilmiş İmam Huseynin (ə) böyük şəhidlik məktəbidir. Əgər azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər şeyimizdən keçməyə hazır olmalıyıq!»

Kerbela hadisesi bu gun de insanlari zulme.edaletsizliye boyun eymemeye chagirir.....


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Asiye Tarix: Bazar ertesi, 02.06.2008, 23:24 | Mesaj # 24
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Turkiyede ashura merasimi.
Fayl: TRKiYEDEAura.3gp (1.02 Mb)


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
hemze Tarix: Çerşenbe axşamı, 03.06.2008, 00:05 | Mesaj # 25
İstifadeçi
Qrup: İstifadeçi
Mesajlar: 3
Tərif: 0
Status: Xetden kenar
Allah-taalanın sevdiyi kəsləri sevin ki,Allah-taala sizi sevsin və Allah-taalanın düşmən tutduğu kimsələri düşmən tutun ki, özünüzü pislikdən . əməl dəftərini günahlardan , dininizi kafir və din düşmənlərindən təmizləsin. Allah-taalanın seçdiyi kəslərin getdiyi yolu gedin ki, sizdə seçiləsiniz. Allah istədiyini yüksəldər , istədiyini alçaldar.
 
iravani Tarix: Çerşenbe axşamı, 03.06.2008, 15:55 | Mesaj # 26
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Imam Huseyn(e) buyurub:' Allah iki vacib islerden birini yaxsiliga emr etmek ve pislikden cekindirmeyi buyurmusdur.Cunki bunlarin yerine yetirilmesi diger vacib ishlerin gorulmesini asanlasdirar.Sebebi de budur ki, yaxsi islere emr etmek ve pis islerden cekindirmek butun insanlari Islama dogru devet eder,haqq sahiblerinin huquqlarini ozlerine qaytarar ve zulm edenlere muxalifet eder."
Kerbela hadisesi oz yuksek qiymetini " Emr-be-me'ruf (yaxsi islere emr etmek) " ve " Nehu-ez-munker (pis ishden cekindirmek ) "-den almishdir.
Imam Huseyn (e) yolda olarken demishdi:
" Meger gormursunuz ki, haqqa emel olunmur, ilahi qanunlar ise tapdalanir? Bir bele fesadin yayilmasini ve kimsenin cekindirmeyini gormursunuzmu? Bele bir veziyyetde mominler Allaha qoshulmalarina gore canlarindan kecmelidirler"
Imam Huseyn (e) oz qiyqminin sebebini bele aciqlayib"
"Heqiqeten men azginliq , xudpesendlik, fitne-fesad ve zulm etmek ucun qiyam etmemisem. Men ceddim Muhammedin ( s ) ummetini islah etmek ve "Emr-be -meruf" ve "Nehy-ez-munker" etmek ucun qiyam etdim."
Imam Huseyn (e) buyurur :" Alcaqliq bizden uzaqdir. Men bele bir veziyyetde olumu seadetden ,zalimlarla yasamagi ise alcaqliqdan basqa bir sey bilmirem."
Fayl: 0644283.jpg (13.2 Kb)


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!

Mesaj redaktə olundu iravani - Çerşenbe axşamı, 03.06.2008, 16:13
 
al-shia Tarix: Çerşenbe axşamı, 03.06.2008, 16:46 | Mesaj # 27
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Hz Muhemmed (s) qızı Fatimeye (s.a) xitaben deyir: Ya Fatime qiyamet günü Hüseyne ağlayan gözlerden başqa bütün gözlər ağlayar!

 
411 Tarix: Cüme, 25.07.2008, 15:04 | Mesaj # 28
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Imam Muhammed Baqir(a) buyurub: Imam Huseyn(a) bedeninde 320-ye yaxin nize, ox ve qilinc yarasi var idi.


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Qardas Tarix: Bazar ertesi, 28.07.2008, 23:59 | Mesaj # 29
Leytenant
Qrup: İstifadeçi
Mesajlar: 86
Tərif: 1
Status: Xetden kenar
Sevən könlüm yandı qəfəsdə qaldı
Bu gündə gəlmədi Hüseynim gözüm yollarda qaldı


Məni təbliğ et məni tanıtdır !

Mesaj redaktə olundu al-shia - Çerşenbe, 30.07.2008, 01:18
 
ZehrayiNur Tarix: Bazar, 24.08.2008, 22:28 | Mesaj # 30
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
Sehidler Hec Zaman Olmur.Onlar diridirler Amma biz Bilmirik!

Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
ahlibeyt14mesum Tarix: Bazar, 24.08.2008, 23:40 | Mesaj # 31
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
ZehrayiNur beli eledi bu bir quran ayesidir

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
  • Страница 1 из 1
  • 1
Поиск: