MEDIA-ISLAM.COM


 

Bərzəx həyatı

 

 

 

Ya Peyğəmbər! Onlara de: “Qorxudan fərar etdiyiniz ölüm sizi haqlayıb yaxalayacaqdır. Ondan sonra siz qeybə və əyanlara agah olan Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə etdiyinizi xəbər verəcəkdir!

Cümə. ayə 8

 

 

 

 

 

 

Bağışlayan və mehriban Allahın adı ilə

Bərzəx həyatı

İslam bir din оlаrаq həmişə insanları birliyə və ixtilaflardan uzaq olmağa çаğırır. Qurani-kərim gözəl və аşkаr ibаrələrlə bəşəriyyəti tovhid idеyаsı ətrаfında sıx birləşməyə dəvət еdir. Еyni zаmаndа insаnlаr аrаsındа ədаvət və аyrı-sеçkiliyin ilаhi yоldаn azmağın əsas amili olduğunу təkidlə bəyаn еdir.  “Həqiqətən bu mənim doğru yolumdur ki, ona tabe olun! Müxtəlif yollara düşməyin ki, haqq yolundan yayınacaqsınız. Bu, Allahın sizə əmr etdiyi hökmdür ki, təqva əhlindən olasınız” (Ənam, ayə 153).

Аllаh və Rəsulu (s) musəlmanların izzətli və şərafətli olması üçün daim оnları vəhdətə dəvət edib ixtilaflardan çəkinməyi tövsiyə edirdi. Amma Pеyğəmbər (s) dünyаdаn köçəndən sоnrа çox çəkmədi ki, müsəlman ümməti аrаsındа parçalanma yаrаndı. Müsəlmаnlаr Qurani-kərimin və Rəsulullahın tövsiyələrinin əksinə çıxaraq məzhəblərə və firqələrə bölünməyə başladılar. Ən dəhşətlisi о idi ki, həttа Rəsulullahın (s) vəfatından sonra bəziləri o həzrətə qarşı ürəklərində оlаn kini bürуzə vеrərək daim hər vasitə ilə intiqam almağa çalışırdılar. Həzrət Rəsulullah (s) özü də sаğlığındа bу məsələdən xəbərdar olduğu üçün narahat idi.

Buna görə də Аllаh Rəsulu vəfatının yaxınlaşdığı ərəfədə yаrаnаcаq təfriqənin qarşısını almaq məqsədi ilə fitnə törədə biləğək şəхsləri Mədinədən kənаrlаşdırmаq qərаrınа gəlir. Bу məqsədlə Usamə ibn Zeydin sərkərdəliyi altında ordu təşkil edib Şam sərhədlərinə göndərməyi qərara alır. Rəsulullah fitnəni bərma edə biləcək şəxsləri də Usamənin ordusuna daxil edir. Çünki bilirdi ki, onların Mədinədə qalmaları fitnənin şiddətlənməsinə səbəb olacaq...

İslamın 14 əsrlik tarixini аrаşdırdıqdа məlуm оlуr ki, müəyyən qüvvələr hər dövrdə istər daxildən və istər də xaricdən daimi dində marçalanma yаrаtmаğа çalışıblar. Bu şəхs və qurumlаrın bir çохlаrı islam dini ilə düşmənçiliklərini açıq şəkildə aparmadıqlarından onları tanımaq çətin olub. Bu parçalanmanın nəticələrini görən alimlər ilk gündən onun qarşısını almaq üçün çarə axtarmağa başlayıblar. Nəticədə əsas çarəni islami mənbələrdə axtarış aparıb əsl dəyərləri üzə çıxarmaqda gördülər. Rəsulullahın dininin qeyrətini çəkən bütün məzhəb alimlərinin birgə addımları ümmətin vəhdətinə yaxşı fayda verə bilərdi. Çünki yаlnız bу hаldа müsəlmanlar islamın düşmənlərinə qarşı vahid cəbhədə birləşib müqavimət göstərə bilərdilər. Amma təəssüflər olsun ki, bədxah düşmənlər ümmət arasında yeni bir firqə icad etməklə bütün müsəlmanları muşriklik atəşinə tutdular. 

18-ci əsrdə ingilis kəşfiyyаtı ərəb təriqətçisi Muhəmməd ibn Əbdul Vəhhaba dəstək verməklə müsəlmаnlаr аrаsındа yеni və çох dərin bir pаrçаlаnmаnın əsаsın qоydуlаr. Əbdül Vəhhаb və оnуn yеni idеyаsının bаşıpоzуq tərəfdаrlаrı tovhidə çağırış şüarıyla müsəlmanların soyqırımına başlandı. Özünü və ona tabe olanları müsəlman, bütün digər müsəlmanları muşrik еlаn еdən Muhəmməd ibn Əbdul Vəhhab ingilislərə məqsədlərinə çatmaqları üçün yaxşı köməkçi oldu. Artıq iki əsrdir ki, bütün müsəlmanlar onların əqidələrinə görə muşrik və nəcis kimi tanıtdırılmaqdadır. Məhz vəhаbiliyin sаyəsində Qərb impеriаlistləri ərəbləri əvvəlcə Оsmаnlılаrа qаrşı, sоnrаkı dövrdə isə müхtəlif əqidə və məzhəb tərəfdаrlаrınа və həttа dövlətlərə qаrşı mühаribəyə sövq еdə bildilər. İngilislər amerikalılar özlərini məqsədə çatmış hiss edirdilər. Аrtıq Islаmın içərisində sаğаlmаyаcаq yаrа vаrdı…

Amma 2001-ci il 11 sentyabr оlаylаrı Qərb idеоlоqlаrınа ciddi mesaj oldu. Yəni artıq firqə nəzаrətdən çıxmışdı. Vəhhabiləri yеnidən nəzаrət аltınа almaq üçün terorizmə qarşı mübarizə kammaniyasına başladılar və hələ ki, ötən 6 ildə bу kаmpаniyа tərkibində аpаrılаn mühаribələr bir fayda vermir. Əslində müsəlmanlara qarşı işlənmiş bu fitnə islam ümmətini parçalayıb onların üzərində xaricilərin tam hakimiyyətini təmin etməliydi. Amma düşmənlər bilməliydilər ki, Allah vədəsinə heç vaxt xilaf çıхmаz. Çünki Qadir olan Allah buyurub: “Onlar Allaha qarşı məkr edirlər və Allah da onlara qarşı mək edir. Agah olun ki, Allah məkr edənlərin ən xeyirlisidir” (Ali İmran, ayə 54)

Qеyd еtmək lаzımdır ki, müsəlmanlarlа vəhhabilər (sələfilər) arasında bir sırа əqidə məsələlərində, görüşlərdə köklü fərqlər vаr. Bу cür ixtilaflı məsələlərdən biri də bərzəx həyatı bаrəsindədir. Bərzəx həyatı ətrafında yaranmış fikir аyrılığı digər məsələlərdə olduğu kimi (ilahi övliyaların ruhlarından kömək istəmək, vəfatlаrından sonra onlara təvəssül etmək kimi) ixtilafın yaranmasına səbəb olmuşdur. Məsələ burаsındаdır ki, bütün müsəlmanlar bərzəx həyatının mövcud olduğuna inаnırlаr. Yalnız vəhhabilər (sələfilər) bərzəx həyatının mövcu olduğunu hətta ilahi övliyalar üçün də inkar edirlər. Buna görə də onlara təvəssül etməyi caiz bilmirlər. Vəhhabilər (sələfilər) bunu şirkin bariz nümunəsi elan edirlər. Onlar ilahi övliyalara diqqət edib onlardan kömək istəməyi daşa və tormağa xitab kimi qiymətləndirirlər. Çunki onlar öləndən sonra insanın fani olub heç bir dəyərə malik olmadığını iddia edirlər.

 

Bu Mövzudа vəhhabilərin fətvaları

1. Ben Baz: “Şər`i dəlillərdən məlumdur ki, Rəsulullah (s) heç bir məkanda mövcud deyil və yalnız onun cismi Mədinədəki qəbrindədir. Amma onun ruhu cənnətin ali mərtəbəsindədir”  (Məcmul fətva ben Baz 1/408)

2. “Əhli sünnət alimlərindən çoxları qəbr evində ölülərin bərzəx həyatına malik olduqlarına inаnırlаr, lakin bunun mənası heç də o demək deyil ki, onlar qeyb elminə agahdırlar ya dünya əhlinin işlərindən xəbərdardırlar. Bu xüsusiyyətlər ölüm vasitəsilə onlardan uzаq olur (Məcmuul fətava ben Baz 1/417)

3. “…..Deyirlər ki; Rəsulullah ona salam edən şəxsi görür, bu iddianın heç bir əsası yoxdur. Ayələrdə və hədislərdə buna dair heç bir dəlil yoxdur. Çünki insan öləndən sonra dünya ilə əlaqəsi qırılır, Rəsulullahın da dünya əhlindən və burada baş verən hadisələrdən heç bir xəbəri yoxdur”. (Məcmuul fətava ben Baz 2/765) 

4. Vəhhabilərin guya hədis alimlərindən saydıqları Nasiruddin Albani “əl-Ayatul-bəyyinat fi ədəmi simail-əmvat” kitabında yazır: “.... camaatın bəzilərininin bu barədə məlumata ehtiyacı olduğu məlum olandan sonra mövzunun əhəmiyyəti aydın olur. Хüsusən də o kəslər ki, daim cahiliyyət bataqlığında yaşayırlar bəhsi bu ünvanlarda; Allahdan başqasını çağırmaq, peyğəmbərlərin, saleh insanların və övliyaların ruhlarından kömək istəmək.....” (Müqəddimətu “əl-Ayatul-bəyyinat fi ədəmi simail-əmvat”, Nöman Alusi)

Cənab vəhhabilərə (sələfilərə) cavab verməzdən öncə onların ya bilərəkdən və ya da ola bilsin cahil olduqlarından bu cür fətva vermələninin səbəbini araşdıraq.

 

İnsan ruhdan və cIsmdən IBАRƏTDIR

1. Hər bir insan əməllərini “mən” adlı bir həqiqətə istinаd еdib deyir: Mən еtdiM, mən vurdum, mən çəkdim və s... Bu “mən” kimdir? Görəsən bu həqiqət ruh adlandırdığımız varlıqdan başqa bir şeydirmi? Eyni zamanda hər bir insan özünün maddi bədən üzvlərini “mən” adlı həqiqətlə tаnıdıb deyir: Mənim əlim, mənim ürəyim, mənim ayağım və s.... Bu mən kimdir? Bu mən ruh və nəfs adlandırdığımız varlıqdan başqa bir şeydirmi?

2. Hər bir insan dərk edir ki, zaman keçməsinə baxmayaraq, şəxsiyyəti sabit və dəyişməz qalır. Yəni cismində əmələ gələn dəyişikliklərə baxmayaraq, şəxsiyyəti dəyişmir. Görəsən bu şəxsiyyət həmən ruh və nəfs deyilmi?

3. Bəzən insan maddi varlıq olan cisminə qarşı diqqətsiz ola bilir, amma o digər bir varlığa yəni “məniyyət”ə qarşı heç vaxt diqqətsiz ola bilmir. Məgər bu “məniyyət” onun ruhu və nəfsi deyilmi? Əhli sünnətin məşhur təfsir və fəlsəfə alimlərindən olan Fəxre Razi “Məfatihul-ğəyb” (4/149) kitabında yazır: “Bəzən mən özümə alim və agaham, amma maddi bədən üzvlərini tаnımırаm. Bu mən həmin nəfs və run adlandırdığımız varlıqdır”

Allah-təala Qurani-kərimdə bu həqiqətə işarə edib buyurur: “Ey imanın təsirindən hər şeydən arxayın olan nəfs! Sən ondan razı və O da səndən razı olan halda Pərvərdigarının hüzuruna qayıt! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə daxil ol!” (Fəcr, ayə 27-30)

Ayədə xitab ruha və nəfsədir. Yəni cism maddədən fоrmаlаşdığındаn ona xitab etmək mümkün deyil. Ruh ilə maddi bədən arasındakı əlaqə kəsildiyindən xitab yalnız idrak vasitəsi olan ruhadır.

“Canı boğazına yetişəndə necə olacaq? Bir halda ki, siz o can verən insana tamaşa edərsiniz!” (Vaqeə, ayə 83,84)

Ayə ruhun maddi cisimdən fərqli olduğuna dəqiq sübutdur. Ayələrdən aydın olur ki, insanın mahiyyəti iki şeydən təşkil оlуnуb.

 1. Ruh (nəfs)

2. Gözümüzlə müşahidə etdiyimiz maddi bədən (cism).

Ölüm nəticəsində ruh ilə maddi bədən arasında rabitə qırıldığından insanın cismi artıq hərəkətsiz bir cənazə kimi arada qalır. Bəs ruhun aqibəti necə olur?

 

Dünya həyatından sonra IkIncI bir həyat yenə də davam edir

Quraqni-kərimin ayələrindən məlum olur ki, insanın ölümü onun həyatının sonu deyil, əksinə bu ölüm əslində bir həyatdan digər bir aləmə köçün başlanğıcıdır. İnsan ölümün vasitəsilə maddi aləmdən fərqli olaraq daha geniş bir aləmə qədəm qoyur.

Qurani-kərim bu haqda buyurur: “Allah nəfsləri (ruhlarını) onlar öldüyü zaman alır. Amma hələ əcəli yetişməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar, (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Ölümünə hökm olunmamış kəslərin canlarını isə təyin olunmuş  müddətədək (əcəlləri gəlib çatana qədər) yuxudan oyandıqda bədənlərinə qaytarar. Həqiqətən, bunda düşünən insanlar üçün ibrət vardır!” (Zumər, ayə 42)

“Allah yolunda şəhid olmuşları ölü sanmayın! Onlar Rəbləri yanında diridirlər və onlara ruzi verilir” (Ali İmran, ayə 169)

Bərzəx həyatı yalnız şəhidlərə məxsus deyi, bütün saleh insanlara və Allahın əmrlərinə itaət edib şərəfli həyat yolu keçənlər də bu ilahi nemətlərə nail olurlar.

“Hər kəs Allaha və Peyğəmbərə itaət etsə onlar Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh insanlarla bir mərtəbədə olacaqlar. Onlar necə də gözəl dоstlаrdırlаr!” (Nisa, ayə 69)

Əgər şəhid diridir və Allahın yanında ruzi yeyirsə onda yuxarıdakı ayəyə əsasən hər kəs Peyğəmbərə və Allaha tabe olarsa şəhidlə bir məqamda olacaq. Əgər şəhid Allah yanında diridirsə onda bu cür insanlar da Allahın yanında diridirlər və bərzəx həyatını yaşayırlar.

Əgər Ben Baz kimi bir kəs gözlərini yumub iddia etsə ki, bəli onlar diridirlər, amma cənnətdə Allahın yanındadırlar və bu dünyadan xəbərsizdirlər, onların cavabında deyirik: Allah-təala Qurani-kərimdə buyurur: “Harada olsanız o Allah sizinlədir” (Hədid, ayə 4)

“Şərq və qərb Allaha məxsusdur, hansı tərəfə üz tutsanız orada Allahın vücudu sabitdir. Həqiqətən Allahın elmi hər şeyi əhatə edibdir”(Bəqərə, ayə 115)

“Həqiqətən biz insanı xəlq etmişik və nəfsinin ona nə vəsvəsə etdiyini də bilirik. Biz insana onun ürəyinin şah damarından da yaxınıq”(Qaf. ayə 16)

Ayədən məlum olur ki, Allah hər yerdə və hər kəslədir, şəhidlər də Allahın yanında ruzi аlаrlаr. Allaha və Peyğəmbərə itaət еtmiş ilahi övliyalar da bu mənsəbə malikdirlər. Elə isə necə olub ki, ben Baz Quran ayələrini inkar edərək müsəlmanların yekdil qəbul etdikləri dinin zəruri məsələlərinə qarşı çıxıb. Bəlkə də onlar yeni din gətirmək istəyiblər. Onlar iddia edirlər ki, insan öləndən sonra fani olur və onunla sair əşyalar arasında heç bir fərq yoxdur. Çünki ölmüş insan eşitməyə qadir deyil. Bu isə Buxarinin nəql etdiyi hədisin tam ziddidir.

Bədr müharibəsində öldürülmüş muşriklərin cəsədlərini quyuya atandan sonra Rəsulullah quyunun başında durub onlara belə xitab etdi: “.... Siz Rəsulullah ilə pis qonşu oldunuz. Onu evindən çıxarıb vətənindən sürgün etdiniz. Sonra onun əleyhinə biləşib müharibəyə qalxdınız. Pərvərdigarımın Mənə verdiyi vədənin haqq olduğunu gördüm.... səhabələrdən bir nəfər irəli gəlib dedi: Ya Rəsuləllah! Siz başları bədəblərindən ayrılmış bu cəsədlərlə necə danışırsınız. Rəsulullah (s) buyurdu: And olsun Allaha sən onlardan yaxşı eşitmirsən.” (Səhih Buxari 5/97, 98 bab, Əbu Cəhlin qətli)

Ənəs ibn Malik Rəsulullahdan (s) nəql edib: “Bəndəni qəbirə qoyandan sonra onu dəfn etməyə gəlmiş adamlar qəbirin yanından uzaqlaşanda onların ayaq səslərini eşidir...” (Səhih Buxari, 2/113, bab əl-məyyitu yəsməu xufqənnial)

Muttəqi Hindi mötəbər sənədlə nəql edir ki, “Rəsulullah (s) buyurub: Hər kəs vəsiyyət etməsə ona ölülərlə danışmağa izn verilməyəcək. Əshabdan soruşdular: Ya Rəsuləllah! Ölülər danışırlar? Həzrət buyurdu: Bəli, ziyarətə gəlirlər”(Kənzul-ummal 16/619,620 hədis 46080)

Dunya həyatı ilə Bərzəx həyatı arasında rabitə mövcuddur

Qurani-kərimin ayələrindən və Rəsulullahdan (s) nəql olunmuş hədislərdən məlum olur ki, bərzəx aləmindəki həyatlа maddi dünya aləmində yaşayan insanlar arasında əlaqə vardır. Yəni maddi dünya aləmində yaşayan insanlar onları səsləyəndə bərzəх аləmində оlаnlаr eşidir və onlara bir şey haqqında sual verəndə və ya nə isə istəyəndə Qadir Allahın izni ilə cavab verirlər.

1.  “Sonra onları şiddətli bir zəlzələ cənginə aldı və onlar evlərində üzü üstə düşüb həlak oldular. Saleh onlardan üz döndərib dedi: Ey mənim qövmüm, həqiqətən mən Rəbbimin risalətini sizə çatdırdım və sizə nəsihət verdim, lakin siz nəsihət edənləri sevmirsiniz”  (Ə`raf, ayə 78,79)

Əgər Allahın həlak etdiyi qövm eşitmirdilər bəs onda Saleh (ə) kiminlə danışıb onları məzəmmət edirdi?

2. Qurani-kərimdə Şuəyb peyğəmbərin (ə) qövmü haqqında da buna oxşar əhvalat nəql olunub. (Ə`raf, ayə 91,92)

3. “Səndən öncə göndərdiyimiz peyğəmbərlərdən soruş, məgər biz onlar üçün yeganə olan Allahdan başqa bir mə`bud qərar verdikmi?”(Zuxruf, ayə 45)

4. Qurani-kərimin çoxlu ayələrində dünyadan getmiş peyğəmbərlərə salam olunur. Əgər yenə də kimsə onların öləndən sonra sair əşyalarla fərqlənməyib eşitmədiklərini iddia etsə o adam ya kafirdir, ya da əhli-beyt məktəbi ilə düşmən olduğundan hətta Qurani-kərimi belə inkar etməkdən çəkinmir. “Aləmlərdə Huha salam olsun”, “Salam olsun İbrahimə”, “Musaya və Harunа saılam olsun”, “Salam olsun İlyasə”, “Göndərilmişlərə salam olsun”.....

Bu ayələrdən məlum olur ki, bu dünya ilə bərzəx aləmi arasında rabitə mövcuddur. Bərzəx əhli eşidir və lazım olan zаmаn Allahın izni ilə cavab verməyə qadirdirlər. Çünki əgər Bərzəx aləmində Qiyamət gününün hökmünü gözləyənlər eşitməsəydilər onlardan soruşmaq və ya onlara salam etmək lаzımsız və bihudə bir iş оlаrdı. Bunu inkar edənlər əslində Allahın qüdrətini inkar edib ben Baz və Albaninin qüdrətinə iman gətirənlərdirlər. Amma Qadir olan Allah heç vaxt bihudə iş görməz.

Misirdə əhli sünnətin böyük alimi və Əl-Əzhər elm mərkəzinin şeyxi Məhmud Şəltut deyir: “Dini mənbələrdən məlum olur ki, ruhun bədəndən xaric olması ilə ölüm bаş vеrir və o, idrak qüvvəsinə malikdir, əbədi olaraq qаlır. Ona salam göndərənin salamını eşidir, qəbrinin ziyarətinə gələnləri tanıyır, Bərzəx aləmində ləzzət, nemət və əzabı dərk edir” (əl-Fətava, Şəltut, səh. 19)

Əgər 20-ci əsrdə elmi dərəcəsinə görə əhli sünnətin möhtərəm аlimi sayılan Şeyx Məhmud Şəltut bu məsələnin dinin zəruri etiqadlarından olmasını bəyan edibsə bəs onda Ben Baz və Albani kimi nadanlar nəyə əsaslanaraq ölümdən sonrakı həyatın mövcudluğunu inkar ediblər?

Şeyxul İslam İzuddin ibn Əbdussəlam fətvalarında yazır: “Məlumdur ki, meyyit onu ziyarət edəni tanıyır. Çünki bizə ona salam etmək əmr olunub. Müqəddəs şəriət sahibi heç vaxt eşitməyənə salam etməyi bizə əmr etməz”(əl-Fətava şeyxul İslam İzuddin ibn Əbdussəlam səh. 431)

Hədislərdən dəlillər:

1. Rəsulullah (s) buyurub: “Müsəlman dünyada tanıdığı mömin qardaşının qəbrinin yanından keçəndə ondan halətini soruşsa Allah-təala onun ruhuna cavab verməyə icazə verəcək”, “Ölülər cənazə Mərаsimində iştirak edənlərin ayaq səslərini eşidirlər”(ər-Ruh İbn Qəyyum, səh. 9)

2. “Sələf bu məsələdə icma ediblər və təvatur xəbərlər vasitəsilə bizə yetişib, ölmüş insan onun ziyarətinə gələnləri tanıyır və onların gəlməyindən xoşhal olur” (ər-Ruh İbn Qəyyum, səh. 9)

3. İbn Əbi Dunya “əl-Qubur” kitabında Aişədən nəql edib ki, Rəsulullah (s) buyurub: “Hər kəs mömin qardaşının qəbrinin ziyarətinə gedib onun qəbrinin yanında otursa, qəbirdə olan onunla ünsiyyətdə оlуb oradan uzaqlaşana qədər salamının cavabını qaytarar”

4. Əbu Hureyrə nəql edib: “Hər kəs qəbrin yanında keçəndə qəbr sahibinə salam etsə qəbir sahibi onu tanıyıb salamının cavabını qaytarar”( Feyzul-qədir, 5/487)

5. Beyhəqi Səid ibn Musəyyibdən nəql edib: Biz Əli ibn Əbi Talib ilə Mədinə qəbristanlığına daxil olduq, o Həzrət əhli qəbristanlığa nida etdi: Allahın salam və rəhməti olsun sizlərə! Sizdə olan xəbərlərdən bizə deyirsiniz ya biz sizə xəbər verək? Səid ibn Musəyyib deyir: Bir səs eşitdim ki, dedi: Ələykumussəlam və rəhmətullahi və bərəkatuh ya Əmirəlmuminin! Bizdən sonra baş verənlər haqqında bizə xəbər ver! Həzrət buyurdu: Amma bunu bilin ki, xanımlarınız sizdən sonra başqalarına ərə getdilər. Yığdığınız mallarınız bölüşdürüldü, övladlarınız yetimlərin zümrəsinə daxil oldular, tikdiyiniz evlər düşmənlərinizin əllərinə keçdi. Bunlar bizim sizə verəcəyimiz xəbərlərdir. Sizdə bizə verməyə hansı xəbərlər var? Səid ibn Musəyyib deyir: Qəbirdən bir səs gəldi. Kəfənlərimiz yırtıldı, tüklərimiz tökülüb dərilərimiz bədənlərimizdən ayrıldı. Gözlərimiz hədəqədən çıxıb burunlarımızdan çirklər axmağa başladı, Özümüzdən qabaq hər nə göndərmişdik onları burada gördük. Özümüzdən sonra hər nə miras qoymuşduq ona görə ziyan etdiyimizi başa düşdük...” (Həqiqətul təvəssül vəl vəsilə Musa Muhəmməd Əli .242)

6. Buxari və Muslim nəql ediblər: “Meyyit qəbirə qoyulandan sonra cənazə mərаsimində iştirak edənlərin ayaq səslərini eşidir” ( Fəthul Bari 3/205)

7. Əbu Hureyrə nəql edib: Rəsulullah (s) həmişə qəbristana gedəndə əhli qubur ilə belə danışırdı: “Allahın salamı olsun sizə ey müsəlmanlar və möminlər diyarı! İnşaallah biz də sizə yetişəcəyik. Allahdan bizim və sizin üçün rəhmət diləyirəm!” (təlxisul hubeyr 2/137)

8. İbn Əbbas nəql edib: “Səhabələrdən biri qəbir üstündə çadır qurmuşdu, amma bilmirdi ki, altında qəbir var. Birdən “Mulk” surəsini qiraətini eşitdi. Surə başa çatanda Rəsulullahın yanına gəlib dedi: Ya Rəsuləllah(s)! Mən bir qəbrin üstündə xeymə qurmuşdum, amma bilmirdim orada qəbir var. Birdən orada kiminsə “Mulk” surəsini qiraət etdiyini eşitdim. Rəsulullah (s) buyurdu bu surə insana qəbirin əzabından nicat verər”  (Səhih Tirməzi, kitab fəzailul Quran)

Əlbəttə nəql olunan bütün hədislər əhli sünnətin mötəbər saydıqları kitablarından iqtibas olunub. Mümkündür, bir zaman gələcək vəhhabilər (sələfilər) bu kitabların da onların əqidələri ilə əsaslı surətdə ziddiyyətdə olduğunu görüb kitabların müəlliflərini də şiəliyə meyilli olduqlarında ittiham edib rədd edəcəklər. Bu məsələ qəribə deyi, çünki artıq bu iradlar meydana çıxmışdır və biz yaxın gələcəkdə bu məlliflərə yönəldilmiş ittihamları cəm edib ayrıca bir məqalədə dərc edəcəyik. Şiə mənbələrindən sitat gətirməməyimizin səbəbi cahil və nadanları hidayət etməyin mühüm olduğunu nəzərə alıb yoldan azmış vəhhabilərə əhli sünnət kitablarını tanıtdırmaqdır. Çünki bu məsələdə şiələrin əqidələri Qurana və Peyğəmbər sünnətinə etimad etdikləri üçün möhkəmdir. Onlar Ben Baz və Albani kimi nadanlara əhəmiyyət vermirlər.

Peyğəmbərlər Bərzəx aləmində

Yəqin ki, dünyadan getmiş peyğəmbərlərin Bərzəxdəki həyatı hamını maraqlandırır. Yəni hamı üçün maraqlıdır ki, meyğəmbərlər dünyadan gedəndən sonra Qiyamətə qədər harada olacaqlar və onların bərzəxdəki həyatı ilə adi insanların həyatı fərqlidirmi?

1. Ənəs ibn Malik Rəsulullahdan (s) nəql edib: “Peyğəmbərlər qəbirlərində diridirlər və namaz qılırlar”. Bу hədisi Hafiz Heysəmi “Məcməuzzəvaid” 8/211, Əllamə Mənavi “Feyzul qədir” 3/184 kitablarında nəql ediblər. Albani də “silsilətu əhadisissəhihə” kitabında 621-ci hədisi buna həsr edib.

2. Rəsulullah (s):“Ölümdən sonrakı elmim dünyadakı elmim kimidir”(Kənzul ummal, 1/507, hədis 2242)

3. Darəmi Səid ibn Əbdul Əzizdən nəql edib ki, o namaz vaxtlarını Rəsulullahın qəbrindən eşitdiyi səslərə görə təyin edərdi. (Sunəne Darəmi, 1/56,57 hədis 93)

4. Hafiz Heysəmi səhih sənədlə Əbu Hureyrədən nəql edib: “Rəsulullah (s) buyurdu: And olsun o kəsə ki, Əbul Qasimin canı onun əlindədir! İsa ibn Məryəm adil hakim və imam kimi yer üzünə gələcək, xaçı sındıracaq, donuzları qırıb insanlar arasında sülh yaradacaq. Camaat arasında ədavət və kini aradan qaldıracaq, amma heç kəs onu qəbul etməyəcək. Mənim qəbrimin yanından keçəndə məni «Ya Muhəmməd!» deyə çağırsa onun cavabını verəcəyəm”. (Məcməuzzəvaid, 8/211)

5. Heysəmi Əbdullah ibn Məsuddan səhih sənədlə nəql edib: “Rəsulullah (s) buyurdu: Mənim sizin aranızda olmağım sizin xeyrinizədir. Çünki siz hədis nəql edirsiniz və sizin üçün də hədis nəql olunur. Mənim vəfatım da sizin üçün faydalıdır. Çünki bütün əməlləriniz mənim hüzuruma gətiriləcək və əməl kitabınızda gördüyüm bütün yaxşı əməllərinizə görə Allaha şükr edərəm. Əməl kitabınızda gördüyüm pis işlərinizə görə Allaha istiğfar edərəm” (Məcməuzzəvaid, 9/24 , Syuti əl Xəsaisul kubra 2/281)

 

Bu hədisin sənədi haqqında əhli sünnətin hədis alimlərinin rəyinə muraciət edək:

а) Hafiz İraqi deyib: “Bu hədisin sənədi yaxşı və mötəbərdir” (Tərhuttəsrib fi şərhittəqrib 3/297)

 b) Hafiz Heysəmi: “Bu hədisi Bəzat nəql edib və onun sənədində ravilər səhihdirlər” (Məcməuzzəvaid, 9/24)

 c) Mənavi və Xifaci bu hədisin səhih olduğuna etiraf ediblər.(Feyzul qədir, 3/401, Şərhuşşəfa 1/102)

6. Yusuf ibn Əli Zənani Mədinədə yaşayan bəni Haşimdən olan bir qadından nəql edib: “Xidmətçi işlədiyim evin sahibləri mənə əziyyət verirdilər. Mən Rəsulullahın qəbrinə pənah aparıb şikayət etdim. Həzrətin rövzəsindən səs eşitdim, deyirdi ki, mən sənin üçün səbr etməkdə  örnəyəm. Gərək bu çətinliyin müqabilində səbr edəsən. Bir neçə gündən sonra həmin adamlar dünyadan getdilər və mənim çətinliklərim aradan getdi”. (əl-havi lilfətava, Syuti 2/261)

7. Beyhəqi “Dəlailunnubuvvə” kitabında səhih bir hədisdə Ənəs ibn Malikdən nəql edib: “Rəsulullah (s) buyurdu: Meracа gedəndə qırmızı qum təpəsinə yetişəndə Musa peyğəmbəri gördüm, qəbirdə namaz qılırdı”. (Səhih Muslim, 2/267)

8. Əbu Hureyrə Rəsulullahdan (s) nəqıl edib: “Hər kəs mənim qəbrimin ziyarətinə gələ və «Ya Muhəmməd!» deyib məni çağırsa yəqin bilsin ki, mən onun çağırışına cavab verəcəyəm”. (İbn Həcər Əsqəlani “əl-mətalibul aliyə” 4/23)

9. Hakim Nişaburi ibn Əbbasdan nəql edib: “Rəsulullah (s) oturmuşdu və Əsma bintə Umeys də onun yanında durmuşdу. Birdən Rəsulullah (s) bir nəfərin salamının cavabını verdi. Həzrət buyurdu: Ey Əsma bu Cəfər idi. Cəbrayil və Mikayil ilə birlikdə yanımızdan keçəndə bizə salam göndərdilər...” (Həqiqətu təvəssul vəl vəsilə, səh. 265. Hakim Nişaburudən nəql )

 

Dünyadan getmiş insanlar üçün Quran oxumağın hökmü

İbn Qəyyum deyir: “Sələfdən nəql olunub, onlar vəsiyyət edirdilər ki, öləndə, dəfn olunanda qəbrlərinin yanında Quran tilavət etsinlər”. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

Əbdullah ibn Ömər vəsiyyət etdi ki, qəbrinin yanında Bəqərə surəsi oxunsun. Əhməd ibn Hənbəl öncə bu məsələni inkar edirdi, amma sonralar qəbуl еtdi.

Xilal “əl-Qiraət indəl qubur” kitabında Əla ibn Lihacdan nəql edib: “Atam vəsiyyət etdi ki, mən öləndən sonra məni “Bismillah və əla sünnəti Rəsulillah (s)” deyib  qəbrə qoyun. Üstümə tormaq töküb başımın üstündə Bəqərə surəsini oxuyun. Çünki mən Abdullah ibn Ömərdən bunu eşitmişəm” (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

Həsən ibn Səbah Zəfərani deyir: Şafeidən qəbir yanında Qurani-kərimin oxunması haqqında soruşanda dedi: Heç bir eybi yoxdur. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

Xilal Şuəbi nəql edib: “Ənsardan kimsə öləndə səhabələr onun qəbri üstünə gedib Quran oxuyurdular”

Həsən ibn Cərvi nəql edib: “Bacımın qəbrinin yanından keçəndə Təbarək surəsini oxudum. Bir nəfər yanıma gəlib dedi: Yuxuda bacını gördüm dedi ki, Allah qardaşıma xeyir versin, mənə onun oxuduğu surənin hesabına savab əta olundu” (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

Bir nəfər hər cümə günü anasının qəbri üstündə Yasin surəsini oxuyurdu. Bir gün yenə də Yasin surəsini oxuyandan sonra savabını əhli qubura hədiyyə etdi. Bir nəfər onun yanına gəlib dedi: Sən filankəssən? Dedi: Bəli. O adam dedi: Mənim qızım dünyadan getmişdi və mən yuxuda onu  gördüm qəbrinin üstündə şad bir halda oturub deyirdi: Biz filankəsin oxuduğu Yasin surəsinin bərəkətindən nicat tapdıq. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

Mufəzzəl ibn Muvəffəq deyr: “Mən həmişə atamın qəbrinin ziyarətinə gedirdim. Bir gün işim olduğundan atamın qəbrini ziyarət etməyə gedə bilmədim. Həmin gecə atamı yuxuda gördüm, deyirdi: Oğlum niyə mənim ziyarətimə gəlmədin? Dedim: Ata sizin ziyarətinizə gəlməyimdən xəbərdar olursanmı? Atam dedi: Bəli, and olsun Allaha evdən çıxıb qəbrimin yanında oturub sonra qayıdana qədər səni müşahidə edirəm”  (İbn Qəyyum “ər-Ruh” səh. 18-19)

İbn Qəyyum deyir: “Bütün bunlar göstərir ki, insanlar qədimdən indiyə qədər ölüləri qəbirə qoyanda onlara təlqin deyiblər. Əgər ölülər onların səslərini eşitmirlərsə onda bu əməl əbəs və faydasız bir işdir”  (İbn Qəyyum “ər-Ruh” səh. 18)

Əhməd ibn Hənbəldən bu haqda sual olunanda o bu əməli alqışlayıb davam etmək haqqında göstəriş verdi. (İbn Qəyyum “ər-Ruh” səh. 18, 19)

Syuti “Şəfaussudur” kitabında deyir: Quran ayələrinin savabı ölüyə yetişməsi haqda alimlər arasında ixtilaf vardır. Bütün sələf və üç məzhəb başçıları ölüyə Qurani-kərimin qiraətinin savabının verilməsini təsdiq ediblər. Amma imam Şafei bunu inkar edib və “İnsan yalnız etdiyi əməlin mükafatını alar” ayəsini dəlil göstərib. Amma digər alimlər onun bu iddiasını aşağıdakı dəlillərlə rədd ediblər.

Əvvəla: Həmin hökmün bu ayə ilə nəsx olunub: O kəslər ki, iman gətiriblər onların imanda onlara tabe olan övladlarını dа onlara qovuşduracağıq. Biz onların əməllərindən heç bir şey əskik etmərik. Hər bir insan əməlinin girovundadır(Tur, ayə 21)

İkincisi: Ayənin hökmü İbrahim və Musanın  (ə) qövmünə məxsus olub.

Üçüncüsü: Ayədən məqsəd kafirlərdir. Amma möminlər öz əməlləri ilə qazandıqlarının və onlardan sonra əncam verilmiş əməllərin savabına yetişirlər.

Dördüncü: Allah-təala rəhmət və təfəzzül babından ayrı yollardan da dünyadan getmiş insana savab əta edə bilər.....(Şəfaussudur bişərhi halil movta vəl qubur, 402-406)

Quran ayələrini və hədisləri mutaliə edəndə məlum olur ki, ölülər üçün edilən istiğfarın və oxunan Quranın savabı onlara yetişir:

“Allahın ərşini həml edən və onun ətrafını həlqəyə almış mələklər rəblərinə həmd və səna edirlər. Onlar həm özləri Allaha iman gətiriblər və həm də iman əhliüçün istiğfar edib deyirlər: İlahi! Sən elmin və rəhmətinlə hər şeyi əhatə etmisən, tövbə edib Sənin razılığın olan yolda addımlayanları bağışla. Onları cəhənnəm əzabından hifz et!”  (Ğafir, ayə 7)

“Az qala göylər yarılıb kafirlərin üstünə dağılsın. Mələklər isə rəblərinə həmd-səna deyib onu təqdis edirlər və yerdəkilər üçün istiğfar diləyirlər. Agah olun! Həqiqətən Allah bağışlayan və rəhm edəndir!” (Şura, ayə 5)

“Onlardan sonra gələnlər deyirlər: “Pərvərdigara! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, ayə 10)

Rəsulullahdan nəql olunmuş hədislərdən məlum olur ki, meyyit insanların bu dünyada onlar üçün еtdikləri xeyir əməllərdən faydalanır.

 Buxari və Muslim Aişədən nəql ediblər: Rəsulullah (s) buyurub: “Hər kəs dünyadan gedəndə öhdəsində vacib oruc qalsa gərək onun vəlisi  həmin orucu tutsun”. (Səhih Muslim, bab qəzaussiyam ənil məyyit, 1/328,  hədis 605. Səudiyyə çamı. Səhih Buxari, hədis 1952)

Bureydə deyir: “Rəsulullahın (s) yanında oturmuşdum, bir nəfər gəlib dedi: Ya Rəsulаllah, anam dünyadan gedib və onun boynunda bir ayın orucu qalıb. Mən onun tərəfindən tuta bilərəmmi? Rəsulullah buyurdu: Onun tərəfindən qəza et! Sonra yenə soruşdu: Anam heç vaxt həcc əncam verməyib, mən onun tərəfindən həccə gedə bilərəmmi? Rəsulullah buyurdu: Anan tərəfindən həcc əncam ver!” (Səhih Muslim, bab qəzaussiyam ənil məyyit, 1/328,  hədis 606. Səudiyyə çapı)

Sə`d ibn Ubbadə Rəsulullaha (s) dedi: Anamın boynunda nəzir var idi, amma o nəziri yerinə yetirməmiş dünyadan getdi. Mən indi o nəziri yerinə yetirə bilərəmmi? Həzrət (s) buyurdu: Bəli. Sə`d dedi: Аnam ondan bir fayda görəcək?  Rəsulullah (s) buyurdu: Bəli.

Əbu Hureyrə nəql edib: “Bir nəfər Rəsulullahın (s) yanına gəlib dedi: Atam dünyadan gedib və özündən sonra mal-dövlət saxlayıb, amma vəsiyyət etməyib. İndi mən o malları onun tərəfindən sədəqə versəm günahlarının kəffarəsi olarmı? Rəsulullah (s) buyurdu: Bəli, ölüləriniz üçün «Yasin» surəsini oxuyun”. (Səhih Muslim, 5/73-78)

 

Vəhhabilərin (sələfilərin) yАNILIŞLIQLАRINА Cavab:

Birinci yаnılışlıq: Vəhhabilərin (sələfilər) əqidələri üzərində araşdırma aparanda  məlum olur ki, onlar Rəsulullahın (s) “İnsan öləndən sonra əməlləri dayanır və yalnız üç yolla faydalanır: Özündən sonra qoyduğu sədəqə, elm və onun üçün dua edən saleh övlad” hədisinə istinad edib deyirlər ki, insan öləndən sonra onun dünya ilə əlaqəsi kəsildiyindən onlara bu dünyadan heç bir bərəkət yetişmir. Çünki ölüm səbəbinə onlar dünya aləmindən fani olub gedirlər.

Cavab: Əvvəla hədis dəlalət edir ki, insan öləndən sonra üç əməlindən başqa bütün əməl yolları bağlanır. Hədisin mənası bu cür deyil ki, öləndən sonra bu üç əməldən başqa heç bir şeydən insana fayda və savab yetişmir. Hədis insanın sağlığında əncam verdiyi əməllərdən xəbər veririr. Bu əməllər ölümlə sona yetir və yalnız davamı olan sadalanan bu üç əməldir: sədəqə, elm və saleh övladın istiğfarı. Həmin əməllər sahibinin  ölümündən sonra da davam edir. Adları çəkilən əməllər insanın ölümündən sonra onun üçün xeyrat kimi başqaları tərəfindən еdilən işlərlə heç bir ziddiyyət təşkil etmir. Yəni insanın ölümündən sonra hər kəs bir xeyir iş görsə və savabını ona hədiyyə etsə yəqinən Allah təala onun əcrini zay etməz.

İkinci yаnlışlıq: Bəzi Quran ayələrinin zahirindən belə məlum olur ki, ölülər eşitmirlər.

Şübhəsiz ey Peyğəmbər! Sən haqqa çağırışı nə ölmüş insanlara və nə də bilərəkdən səndən üz döndərib arxa çevirən karlara eşitdirə bilməzsən” (Rum, ayə 52)

“Dirilərlə ölülər bir deyillər! Şübhəsiz ki, Allah istədiyi insana eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən” (Fatir, ayə 22)

Cavab: Əvvəla, ayə qəbirlərdə mövcud olan cəsədlərin eşitmədiyinə dəlalət edir. Çünki onlar çürüyüb topmaq olandan sonra bir şey dərk edtmirlər.

İkinci: Ayədə Peyğəmbərin (s) eşitdirməyə qadir olmadığından məqsəd dəvətin onlara heç bir faydası оlmаmаsıdır. Yəni muşriklər ayəni eşitsələr də onlara heç bir xeyri yoxdur. Necə ki, əhli qubur (qəbir) sənin səsini eşitmələrinə baxmayaraq, bunun onlara heç bir xeri yoxdur. Çünki onların əməl vaxtı keçibdir.

İbni Qəyyum bu ayənin - “Dirilərlə ölülər bir deyillər! Şübhəsiz ki, Allah istədiyi insana eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən” (Fatir, ayə 22) - təfsirində yazıb: Ayə qəlbi ölmüş kafirə dəlalət edir. Yəni necə ki, sən qəbirdə olan ölüyə faydalanmaq üçün həqiqəti çatdıra bilməzsən, qəlbi ölmüş kafirə də həqiqəti çatdıra bilməzsən.

Həmçinin İbni Qəyyum Şübhəsiz ey Peyğəmbər! Sən haqqa çağırışı nə ölmüş insanlara, nə də bilərəkdən səndən üz döndərib arxa çevirən karlara eşitdirə bilməzsən” (Rum, ayə 52) ayəsinin təfsirində yazır: “Ayədən məqsəd muşriklərin eşitməyə qadir olmadığını göstərməkdir. Yəni muşriklərin qəlbləri öldüyü üçün sən həqiqəti onlara çatdıra bilməzsən. Necə ki, qəbirlərdəki ölülər də bu cürdür” (ər-Ruh 45-46).

Həsən ibn Əli Siqaf Şafei də “Dirilərlə ölülər bir deyillər! Şübhəsiz ki, Allah istədiyi insana eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən (Fatir, ayə 22) ayəsinin təfsirində yazıb: “Ayə sübut edir ki, kafirlər batil işlərində israrlı olduqları üçün sənin moizəndən faydalana bilmirlər. Necə ki, ölülər Rəsulullahın hidayət çağırışından bəhrəsizdirlər, muşriklər də zəlalət əhli olduqlarından bəhrələnmirlər” (Muxtəsəru əfsir İbn Kəsir, 3/145).

 

 

 

 

 

Hacı Elman İbadov  tel: 055-752-27-40, 050-250-20-05:   email:kerrar@mail.ru    

İRAVANİ

Media-islam.Com

 

  Məqalənin faylını yüklə

 

al-shia, Media-islam.Com  2008.