MEDIA-ISLAM.COM

 


 

PEYğƏMBƏR (s)-in QIZI FATıMƏNıN şƏHADƏTı ƏFSANƏ DEYıL

 

 

  

 

 

 

 

 

 

 

 

 

BAğIşLAYAN VƏ MEHRıBAN ALLAHIN ADI ıLƏ

PEYğƏMBƏR (s)-in QIZI FATıMƏNıN şƏHADƏTı ƏFSANƏ DEYıL

«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara  lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır». (Əhzab ayə. 57)

«Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib» (Səhih Buxari və Səhih Muslim)

Müqəddimə:

Bu məqalə Rəsulullahın (s) vəfatından sonra yeganə qızı Fatimənin (ə) şəhadətini, Əhli beytə qarşı törədilmiş cinayətləri və zülmləri ya cəhalətdən yaxud da  inadkarlıqdan inkar edib onu sübutsuz əfsanə adlandıranlara və həzrət Fatiməyə olunmuş sitəmləri, evinə hücum çəkib yandırılmasını, gecə vaxtı təşiyyə cənazə olub məxfi surətdə dəfn olunmasını və şəhid olana qədər bəzilərindən narazı olmasını inkar edənlərə cavabdır!

Həqiqətdən xəbərsiz və tarixi təhqiqat etməyə fürsəti olmayanlar bu həqiqətləri inkar edənlərin meydana atdığı şübhələri eşidəndə sadəlövhlüklə onlarin dediklərini qəbul edirlər. Bu cür sadəlövhlər tarixi kitablar və həqiqətlərin araşdırılması zəminində yazılmış kitabları mutaliə etsələr başa düşəcəklər ki, islam tarixinin bu kəşməkeşli yolları nə qədər acınacaqlı bir yol keçib. ıslam dininin keşiyində durmuş və rəsulullahın Əhli-beytinin qeyrətini çəkən alimlər bu məsələləri gizlətməyə çalışıb irad etdikləri şübhələri heç vaxt cavabsız qoymamışlar. Amma yenə də bəziləri yenidən həmin cavabı verilmiş şübhələri yeni üsullarla meydana gətirməyə çalışırlar. Tarixin acı səhifələrindən xəbəri olmayan yeni nəsli təzədən şübhəyə salmaq istəyirlər. Onlar qarşılarında qoyduqları vəzifələrinə yaxşı əməl edirlər. Biz Peyğəmbər (s) Əhli beytinin məhəbbətini qəlbimizdə daşıdığımızı iddia etdiyimiz halda görəsən vəzifəmizi bilib ona əməl edirikmi? ıslam tarixinin mühüm məsələləri haqqında axtarış aparırıqmı? Bir para qərəzli yazıçıların qələmləri altında həqiqət itib savadsız kütlələri azdırmağa xidmət etdiyi zamanda bu məsələləri mutaliə edib camaata çatdırmaq bizə daha çox vacibdir.

Xatırladaq ki, bu məqalə qeyri şiələr tərəfindən irad olunmuş şübhələrə cavab əsasında tərtib olunduğuna görə bütün istinad mənbələri əhli sünnətin mötəbər saydıqları kitablardan əxz olunmuşdur. Əsl həqiqətdə şiə məzhəbinin Koleyni, Səduq, Təbərsi, Məclisi və Əmini kimi istinad nöqtələri olduğu halda əhli sünnətin kitablarına ehtiyac yoxdur. çünki şiə alimləri islamın 14 əsrlik tarixində min bir əziyyətlərə qatılaraq  bəzən də qanları bahasına Əhli-beytin səhih hədislərini hifz edib bizə çatdırmışlar. ümüd edirik Əhli-beytin eşqi ilə nəfəs alan qardaşlar bu qısa məqaləni oxumaqla daha dərin təhqiqatlar aparmaq imkanı əldə edəcəklər.

                Birinci fəsl: - «Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər»

1-ci şübhə: Fatimənin (s) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız  siələrin uydurmaları olduğunu iddia edilməsi.          

      Bu şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur. Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız.

Xatırladırıq ki, bu mənbələr əslində ərəb dilində yazılıb və Azərbaycanda çox cüzi bir kütlənin bu dili bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Amma bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur.

                Birinci bölmə: -Fatimənin evinə hucum və onun odlanması:

Bu məsələ ətrafında əhli sünnətin kitablarında  çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik.

1.“...ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi  yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”  ıbn Əbu şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).

2- «....Sonra Əbu Bəkr öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.

                Orada olanlardan biri  ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?

                ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (ıbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-ımamətu vəs-siyasət” 1/12 Misir nəşri).

Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-ımamətu vəs-siyasət” kitabının müəllifinin ıbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- ıbn Quteybənin “əl-ımamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.

3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından ömərə dedi:- Ey Xəttabın  oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?

ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).

4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (hicrətin 310-cu ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut).

5- «....sonra  Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (hicrətin 346-cı ilində vəfat edib) “ısbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).

6- “Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək  siz də beyət edəsiniz......”  (ıbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat edib) “Əqdul-fərid” 3/64 nəşr Misir)

7- ıbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, “şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:- “..... ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız  ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin üstünə gəldi”

Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-“ Əbu Bəkr dedi:- Ey ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri  mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”   

Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Cavabında deyirik ki, Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır:-“ıbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.

8- “əl- Muxtəsər fi əxbaril-bəşər (Misr nəşri 1/156. müəllif Ismayil ımaduddin 732-ci ildə vəfat edib). “... Sonra Əbu Bəkr ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”

9- ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:- “... ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir! ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”

10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-ımam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur

        12- Muhəmməd Hafiz ıbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82  öməriyyə qəsidəsində) deyib:- Və qovluhu li Əliyyin qaləha Omər,              Əkrim bi samiiha əəzim bi mulqiha.

   Hərrəqtu darəkə la əbqi ələyha biha,                     ınləm tubaye bə bintul Mustəfa fiha.

  Tərcümə: “ömər necə də Əliyə gözəl deyib,             Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”

Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından  biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik:

1-    “Kənzul-ummal”    5/651  müəllif:  Muttəqi Hindi  

2-    “Nihayətul-ərib fi fununil-ədəb”   19/40   müəllif:   Nuveyri

3-    “əl-Vafi bil-vafiyat”  17/311   müəllif:   Səfdi

4-     “əl-ıstiab”    3/975    müəllif:   ıbn Əbdulbir       

5-    “Tarix Yəqubi”   2/123   müəllif:   Yəqubi

                Əhli sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik.

                ıkinci bölmə:- Möhsin ibn Əlinin şəhadəti:

1- ıbn şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından nəql edir: “Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman  Qunfuzun zərbəsi ilə həlak oldu”

2- Məsudi «ısbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»

3- şəhrestani «əl-Miləlu vən-nihəl» kitabında (1/57 Beyrut nəşri) yazır: Nizam deyib:- “ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”

4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”

5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır:- “Nizam mötəzili bu əqidəyə qaildir ki, ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”

6- ısfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.

7-Həmui Cuvəyni şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)ıbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullah(s) buyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”

8- ıbn Əbil Hədid Mötəzili «şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf  atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”

ıbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”

ıbn Əbil Hədid deyir:  Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. çünki mən bu barədə heç bir fikir söyləmirəm”

Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib  hadsənin baş verməsində şəkk etdiyini bildirib.

                üçüncü bölmə: Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir. 

Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik.

1- ıbn Cərir Təbəri  “Tarixul-uməmi vəl-muluk” (2/619) “....Əbu Bəkr dedi:- Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!”

2- Məsudi «Murəvvicuz-zəhəb» (2/194) “....Əbu Bəkr dedi:- Mənim əncam verdiyim üç işdən  başqa heç bir şeydən  qorxum yoxdur. ....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim”

3- Təbərani «əl-Mucəmul-kəbir» (1/62)  “....Əbu Bəkr dedi:- Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar”

4- ıbn Əbil Hədid «şərhu Nəcil-bəlağə» (2/47)  “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”

5- Muttəqi «Hindi Kənzul-ummal» kitabul-xilafət (5/631)  “....Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”

Bu məsələni eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət alimlərinin bəzilərinə işarə edirik.

1- Dəhləvi Hindi    «ızalətul-xifa»   2/29       2- Zəhəbi   «Mizanul-iitidal»    2/215

3- ıbn Həcər Əsqəlani  «Lisanul-mizan» 4/219           4- ıbn Quteybə Dinuri «əl-ımaməti vəs-siyasət»  1/18              5- Hafiz Əbu Ubeyd  «əl-Əmval»  səh. 194

Əhli sünnətin böyük alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən insaf sahibi olan hər bir insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranı yandırmaq məsələsi ona asanlıqla sübüt olar. Əbu Bəkrin etirafı məsələni malalayıb evin yandırılmasının baş vermədiyini fəqət ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə möhkəm bir cavabdır. Onlar iddia edirlər ki, ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı.

Cavab:- Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman və təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi?  Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin (s) Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik olunub.

                ıkinci Fəsl:- Fatiməye Zəhranın (s.ə) narazılıqlarına bir işarə

Əhli sünnətin bəhs etməkdən boyun qaçırdıqları məsələlərdən biri Həzrət Fatimənin (s.ə) şeyxlərdən narazı olması məsələsidir. çünki Fatmənin (s.ə) narazılığı Rəsulullahın (s) narazılığı və nəticədə Allah-taalanın narazılığıdır. Əhli sünnətin sələflərinin etimad etdikləri böyük alimlərə istinad edərək bu məsələni və ona dair dəlilləri araşdıracağıq. Nəticə çıxarmağı isə vicdanlı, insaflı və şuurlu insanların öhdəsinə qoyuruq.

                Birinci bölmə:- Fatimənin gecə dəfn olunması

Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.

Maraqlıdır nə səbəbə Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib? 

Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.

1- Muhəmməd ibn ısmail Buxari “Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə  dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”

Əhli sünnət alimlərinin nəzərində “Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. (“Səhih Muslim” 1/15, “ırşadus-sarı”1/19)

2-  Əhməd Beyhəqi “əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- “Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”

Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və “ıhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.

3- Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”

4- ümumiyyətlə bu haqda daha geniş məlumat üçün ıbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, ıbn Əbil Hədid “şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250,  “əs-Səvaiqul-muhriqə” ıbn Həcər Heysəmi 1/12,  “əl-ıstiab” ıbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-ımamətu vəs-siyasət” ıbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66. Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən  nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”

5- Hafiz Əbduddin Muhəmməd ibn  Əbi şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”  

6- Ubey Fəllah Hənbəli (“şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.

7- Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.

8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.

9- ıbn Əbil Hədid (“şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.

Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.

Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola  saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?

                ıkinci bölmə:- Həzrət Zəhranın məsciddə və yataqda söylədiyi xütbələri

Həzrət Fatimənin (s.ə) iki şeyxdən narazı olması haqqında xəbərlərdən əlavə daha kədərli əhvalatlar əhli sünnətin kitablarında bəyan olunub. ıbn Quteybə “əl-ımamətu vəs-siyasət” səh. 14,  Muhəmməd ibn Yusuf Gənci şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm” Daha sonra ıbn Quteybə “əl-ımamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”

ındi insafla deyin, Fatimənin bu dərəcədə aydın söylədiyi kəlamından sonra daha möhkəm bir dəlilə ehtiyac varmı? Fatimənin (s.ə) o iki nəfərə qəzəbli olduğunu göstərən mənbələrdən biri də Onun məsciddə söylədiyi xütbədir. Həmin xütbə əhli sünnətin mötəbər saydıqları kitablarda nəql olunub. “Bəlağatunnisa” səh. 23-24 Beyrut çapı müəllif Əbul Fəzl Əhməd ibn Əbi Tahir Muruzi (204-280 hicri) ən qədim kitablardan biridir. “şərhu Nəcul-bəlağə” 4/78 ıbn Əbil Hədid, “əl-Mənaqib” Əhməd ibn Musa Aişədən nəql edib, “əs-Səqifə” Əbu Bəkr Əhməd ibn Əbduləziz Cövhəri (əhli sünnətin ən mötəbər saydıqları alimlərdən biridir, bu məsələni müxtəlif səndlərlə nəql edib)

“....Həzrət Fatimə hər yerdən məyus olandan sonra müsəlmanların rəhbərliyini əllərinə keçirənlərin azğınlığının qabağını alıb camaatı həqiqətdən xəbərdar etmək və iki şeyxə höccəti tamamlamaq üçün məscidə gəldi. Fatimə Bəni Haşim xanımlarından bir dəstə ilə izzətlə məscidə daxil olub təyin olunmuş məxsus yerdə dayandı fəsahətli və bəlağətli bir xütbə söylədi. Biz həmin xütbənin bəhsimizə aid olan hissələrini ixtisarla dərc edəcəyik.

                Fatimə əvvəl bir ah çəkdi ki, məclisdə olanlar ağlamağa başladılar! Camaat sakit olandan sonra Allah-taalaya həmd və səna deyəndən sonra Rəsulullahın (s) risalətinə şəhadət verdi. Peyğəmbərin risalət yolunda çəkdiyi zəhmətlərini və Əlinin göstərdiyi rəşadətlərinə işarə edib dedi:- “Rəsulullah (s) vəfat edəndən sonra sizin daxildə gizlətdiyiniz nifaq aşikar oldu. Onda dinin xəridarı olmadı, hər yolunu azmış və kölgədə gəzənlər ağalıq iddiasına başladı, müsəlmanlara və Rəsulullaha qarşı pis mövqedə olanlar bazarlarını qızışdırmağa çalışdılar.....”   Sonra Fatimə dində yolunu azıb icad olmuş bidətlərə və zülmə işarə etdi. Mühacirlərin və ənsarın  Fatimənin ehtiramının sındırılmasını görərək sükut etdiklərini onlara xatırlatdı:- “.... Ey muhacirlər vay olsu sizə! Bu Allahın hökmüdür ki, Atamın mənə saxladığı irsimi oğurlayıb hörmətimi sındırsınlar?! Siz də məni himayət etməyib təhqir olunduğumu eşidib sukut edirsiniz!  .... Ey Əbu Quhafənin oğlu Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən Atamdan irs aparmayım? Necə də böyük iftiradır! Bu necə bidətdir ki, Allahın dininə daxil edirsiniz? Məgər qarşıdan gələn məhşərdən xəbəriniz yoxdur və qorxmursunuz? ... ındi ki, sən mənim haqqımı əlimdən aldın və nə istəyirsən elə.....Tezliklə həmin vədəgahda sitəmkarın rüsvay olub məzlumun haqqı bərqərar olan gündə görərsən ki, hər bir xəbərin öz yeri və hər məzlumun pənahı var!” Sonra Fatimə mübarək üzünü Rəsulullahın (s) qəbrinə tutub bu beyti dedi:-

“Ey Rəsulullah! Səndən sonra bizə musibətlər üz tutdu,    Əgər sən olsaydın bu musibətlər belə çoxalmazdı!

Ey Rəsulullah! Yer yağışı əldən verdiyi kimi biz də səni əldən verdik,     Sənin ümmətin pərakəndə oldular özün şahid ol!

Daxildə bizə qarşı kinələrini gizlədənlər sən torpaq altına gedəndən sonra onu aşikar etdilər,

Səndən sonra bir dəstə üstümüzə hücum çəkdilər,  Bizi zəlil sayıb bütün irsimizi oğurladılar”

Xanimin yataqda soylediyi bu kelamlar Resulullah (s) dunyadan gedəndən sonra Fatimeye edilmis zulmlerin siddetine delalet etmirmi? Hemin musibetler ve vurulan zerbeler Fatimenin yataga dusmesine sebeb olmadımı? Muhacir və Ensar arvadları Fatimenin olum yatagına dusduyunu esidende erlerinin etdikleri sehvlerin evezini cıxmaq ucun ona bas cekmeye geldiler. Onun ehvalını sorusanda onların cavabında buyurdu:- “And olsun Allaha sizin vuruldugunuz dunyadan bizaram və kisilerinize qarsı ureyime qezeb dolub” ındi butun musəlmanlardan sorusuruq bu urek daglayan sozler kimindir? Bu Resulullahın “Men onun sevincine sevinirem ve narahatlıgına gore narahat oluram”  eziz yadigarının sozleri deyilmi? Resulullaha iman getirdiyini iddia eden hansı shexs Onun ezizinin bu mezlumiyyetini inkar etməkle yaralı qelbine bir daha dag basmagı reva gorur? Demeli onların fikrince kiminse cinayetini ort basdır etmek ucun hetta Resulullahın ureyini daglamaqdan cekinmek lazım deyil. Ehli sunnetin kitablarında Resulullahın qızı Fatime haqqında buyurdugu bu kelam meshurdur:- “Fatime menim canımın bir parasıdır. Her kes onu qezeblendirse ele bil meni qezeblendirib”  “Sehih Buxari” 5/36 Beyrut çapı, “Sehih Muslim” 3/16, “Sunenul-kubra” Beyheqi 10/201, ıbn Hecer “es-Sevaiq” səh 112, “Yenabiul-mevedde” seh 171 Qunduzi, “Miskatul-mesabih” seh. 560 Xetib Tebrizi. Ellame Emini “el-gadir” kitabında 7/232 Resulullahın bu hedisini tesdiq eden ehli sunnetin 60 aliminin adını sadalayıb. Resulullah (s) buyurub: “Allah-taala Fatimenin qezebine gore qezeblener onu razılıgına gore razi  olar“FatimeyeZəhra” Əllamə Əmini səh 94. Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən ıbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, ıbn Cuzi, Əbu Nəim ısfəhani.....

Rəsulullah (s)buyurub: Hər kəsə qızım Fatimə qəzəb etsə mən də ona qəzəb edərəm. Hər kəsə Mən qəzəb etsəm Allah ona qəzəb edər” (“Fəslul-xitab” Buxari, “Musnəde Əhməd ibn Hənbəl”)

ındi Siz oxuculardan soruşuruq bütün bu hədisləri söyləyəndən sonra görəsən bir bəhanə yeri qalırmı? Ağıllı insanın cavabı qətidir, Yox! Amma inadkar, xəbis və təəssübkeş yenə də bəhanəyə yer axtarar, necə ki, həmişə tarix boyu belələri tapılıb ki, müxtəlif gülünc izahatlar verməklə özlərini biabır ediblər. Bəzən elə izahatlar veriblər ki, əgər onu cavan oğlunun yasında ağlayan ana eşitsə gülməkdən qəşş edər!

Əhli sünnətin etirafına əsasən Fatimənin musibəti o iki nəfərin və onlara tabe olanların zülmünün nəticəsi olması inkar olunmaz sübutdur. Səhih hədislərə əsasən Fatiməyə edilmiş zülm və əziyyət eyni ilə Rəsulullaha (s) edilmiş zülm və əziyyətdir. Bunun da nəticəsi Allaha zülm və əziyyət deməkdir. Qurani-kərimin ayələrindən azacıq xəbərdar olan hər kəs bu nəticəyə yetişəcək:

1- Fatiməyə əziyyət edib azar yetirmək Rəsulullaha azar və əziyyət etməkdir ki, Allahın qəzəbinə bais olub insanı dünya və axirətdə ilahi rəhmədən uzaq və naümüd edəcək: «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!» (Əhzab ayə 57)

«Allah Rəsuluna əzuyyət verənlərə şiddətli bir əzab müəyyən olunub» (Tövbə ayə 61)

2- Allah-taalanın qəzəbinə düçar olmuş kəslər yollarını azmışlardır. çünki Allah-taala iman sahiblərinə heç vaxt qəzəb etməz: «Hər kəsə mənim qəzəbim yetişsə o xar və həlak olarr» (Ta Ha ayə 81)

3- Allahın qəzəbinə layiq olmuş insanı sevib onunla dost olmaq olmaz: «Ey iman gətirənlər Allahın qəzəb etdiyi adamlarla dostluq etməyin» (Mumtəhənə  ayə 13)

Nəticə budur ki, Allah-taalanın əmrinə əsasən Allahın və Rəsulullahın qəzəbinə səbəb olmuş adamlarla dost olub onları sevmək olmaz. çünki Allah və Rəsulu Fatimənin qəzəbinə görə qəzəblənər və ona əziyyət edib azar edənlərə nifrət edər. Həzrət Fatimənin narazı olduğunu, atasından aldığı irsdən məhrum edilməsini və qəbrinin məxfi saxlanılması kimi məsələləri təhqiq etməklə başa düşmək olar. Əziz oxucu bir anlığa fikirləş yeganə qızı haqqında bir belə sifarişlər söyləyən Rəsulullahın vəfatından sonra nələr baş verdi? Səbəb nə oldu ki, qızı Fatimə gecə ikən onu dəfn etməyi və onların təşiyə cənazədə iştirak etmələrinə razı olmadığını vəsiyyət etdi? Deməli Fatimənin müsibəti və ona olan əziyyətlər onu nəhayət dərəcədə narahat edib. O xanım özlərini onun atasının ümmətindən sayanların əməllərindən  narahat  olduğu üçün belə sərt vəsiyyət edib. Nəyə görə Rəsulullahın canının bir parası saydığı yeganə əziz qızı ondan sonra qısa bir fasilə ilə mübarək qəlbi qüssə ilə dolu halda dünyanı tərk edib gecə vaxtı dəfn olunsun? ındiyə qədər də qəbri naməlum qalıb. Bütün bunlar Fatimənin musibətini və məzlumiyyətini göstərmirmi? Bunları görməməzliyə vurub inkar edənlər Qiyamətin günündə Rəsulullahın (s) üzünə necə baxarlar?

üçüncü fəsl:-Əhli sünnətin Əlinin (ə) beyət etməsi haqqında iddiaları

Əhli sünnətin bəzi təəsübkeş alimləri xəlifələrin səhvlərini örtbasdır etmək üçün Əbu Bəkrə olunan beyətin adi qaydada baş verdiyini göstərməyə çalışıblar. onlar iddia edirlər ki, ömər ibn Xəttab Əlinin evinə cəm olmuş səhabələri evi yandırmaqla hədələyəndən sonra hamısı evdən çıxıb Əbu Bəkrə beyət etdi. Əlidən beyt almaq üçün ona qarşı heç bir zor tətbiq olunmayıb. Əli də hamı kimi adi qaydada beyət etdi. Amma biz bu iddianın nə dərəcədə həqiqətə uyğun olmayıb yalan və böhtandan olduğunu göstərmək üçün tarixi sənədlərə müraciət edək:

1. “əl-ımamətu vəs-siyasət” 1/13, ıbn Quteybə yazır:- “...ömər və əshabı Fatimənin evinin qapısı arxasında yığışdılar. ömər qapını taqqıldatdı. Camaat Fatimənin ağlayıb fəryad etdiyini eşidəndə ağlaya-ağlaya oradan dağılışdılar, lakin ömər və əshabı onlardan əl çəkməyib Əlini zorla evdən çölə çıxartdılar. Əlini çəkə-çəkə Əbu Bəkrin yanına apardılar. Əliyə dedilər ki, beyət et! Əli dedi: Əgər beyət etməsəm nə edərsiniz? Dedilər:- Əgər beyət etməsən and olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur boynunu vuracağıq”

2- “Ənsabul-əşraf” 1/587, Bəlazəri yazır: ...Əbu Bəkr öməri Əlinin ardınca göndərdi və ona göstəriş verdi:  Əlini ən pis vəziyyətdə mənim yanıma gətir!”

3- “ısbatul-vəsiyyət” səh 142, Məsudi yazır: “Onlar istəyirdilər Əlidən beyət alsınlar. Əli imtina edib dedi:  Heç vaxt beyət etməyəcəyəm. Onlar dedilər:  Əgər beyət etməsən səni öldürəcəyik. Əli dedi: Əgər məni öldürsəniz həqiqətdə Allahın bəndəsini və Rəsulullahın qardaşını öldürmüş olarsınız. Onlar Əlinin əlini zorla Əbu Bəkrin ona tərəf uzdılmış əlinə tərəf dartdılar. Bununla da istəyirdilər beyət alsınlar. Əlinin əli düyünlənmiş halda ikən  zorla Əbu Bəkrin əlini ona çəkdilər”

4- “şərhu nəhcil bəlağə” 2/21, ıbn Əbil Hədid Mötəzili yazır:“Səqifə əhvalatı haqqında rəvayətlər müxtəlifdir. şiələrin və kifayət qədər əhli sünnət alimlərinin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, Əli Əbu Bəkrə beyət etməkdən imtina etdiyinə görə ondan beyət almaq üçün onun evinə hücum etdilər. Əlini zorla evdən çıxartdılar” Sonra ıbn Əbil Hədid yazır: “Deyirlər ki, ömər Zubeyrin əlindən qılıncı alıb daşa vurub sındırdı. Sonra ömər Əlini və evində cəm olmuş səhabələri Əbu Bəkrin yanına çəkdi”

5- “şərhu nəhcil bəlağə” 6/48 Cövhəridən nəql edilir: “...sonra ömər evə girib Əliyə dedi:  Dur ayağa beyət et! Əli ayağa durmaqdan imtina etdi. ömər Əlini zorla qaldırıb evdən çıxartdı. Onu və digər beyət etməyənləri çox pis vəziyyətdə Əbu Bəkrin yanına çəkməyə başladılar. Mədinə küçələri adamlarla dolu idi...Əbu Bəkrin yanına aparılanların boyunlarına kəndir salıb Mədinə küçələrində çəkirdilər”

6- “Sirətun-nəbəviyyə” 4/495, ıbn Kəsir yazır: “...Əbu Bəkr mənbərə qalxıb camaatı süzməyə başladı, Əlini görməyəndə soruşdu:  Əli haradadır? Bu vaxt ənsardan bir dəstə ayağa qalxıb Əlini zorla gətirdilər”

7-“əs-Səqifə” Əbu Bəkr Cövhəri yazır:“Əlini beyət etmək üçün Əbu Bəkrin yanına apardılar və nə qədər Onu hədələdilərsə Əli beyət etmədi. Əli beyət etmədən evinə qayıtdı”

8- “əs-Səqifə vəl-xilafət” səh 15, Əbdul Fəttah Əbdul Məqsud yazır: “ Həmçinin mötəbər tarixçilər nəql edirlər ki, ....Əli Əbu Bəkrə beyət etməkdən imtina etdi, lakin onun boynuna kəndir salıb zorla beyət etməyə apardılar”

ıbn Əbdi Rəbbih “Əqdul-fərid” 2/285, Əbul Həsən Nofəli “əl-Əxbar” səh 142. Əlidən beyətin zorla alınmasına işarə ediblər. Demək lazımdır ki, ıslam tarixinin bu mərhələsi öncə bəyan etdiyimiz mərhələləri kimi dərdli və acınacaqlı olub. çünki qabaqkı xəlifələr Peyğəmbər əhli beytinə o dərəcədə hörmətsizlik ediblər ki, sonralar Müaviyyə kimi bir şəxs Əliyə göndərdiyi məktubda ona tənə vurub yazır: “.... Xəlifənin əmri ilə səni ram olmayan dəvə kimi bağlayıb beyət etmək üçün məscidə çəkdilər”                    Əli Muaviyyəyə yazdığı cavabda həmin faciənin baş verdiyini özünün məzlumluğu kimi qəbul etməklə yanaşı bu hadisənin xəlifə tərəfindən islama və Rəsulullaha vurulan ləkə olduğunu göstərib: “Deyirsən səni boynuna dikbaş dəvə kimi kəndir salıb beyət almaq üçün məscidə çəkdilər. And olsun Allaha bununla istəyirdin məni təhqir edəsən, amma məni ucaltdın. ıstəyirdin məni rüsvay edəsən, amma özünü rüsvay etdin. Məzlum olmuş müsəlmana heç vaxt irad tutulmaz (şərhu nəhcil bəlağə 15/186, Əqdul-fərid 2/285)

Əhli sünnətin “Əlidən beyət alınanda xəlifələrin zor işlətdiklərinə və Əlinin beyət etməkdən şiddətli dərəcədə imtina etməsi” etirafı bunu göstərir ki, Əli hakim xəlifələrin işindən narazı olub. Tarix bütün gələcək nəsl üçün danılmaz və möhkəm sənədlərdən ibarət irs qoyubdur.

Dördüncü fəsl:- Əlinin evi yandırılanda etdiyi səbrin səbəbləri və şübhələrə cavablar:

Baxmayaraq ki, baş vermiş faciənin hamısı əhli sünnətin kitablarından nəql olunub, amma bir dəstə bu barədə daim şübhə icad etməklə əsl məsələni inkar etməyə cəhd edirlər. Həmin şübhələrdən biri də budur: Niyə Əli evdə olduğu halda qapını Fatimə açdı? Əlinin cihadlarda göstərdiyi şücaətləri olduğu halda necə olur ki, yoldaşı Fatimə gözləri önündə təhqir olunub vurulanda o sakit durub?

Cavab:- Rəsulullahın (s) yanında Fatimənin nə dərəcədə əzəmətli və şərafətli olması bütün əhli sünnətə bəllidir. Yaxşı olar ki, onların bir neçəsinə işarə edək.

Rəsulullah(s)Fatimənin əlindən tutub buyurdu:“Hər kəs bunu tanıyıbsa tanıyır, və hər kəs ki, indiyə qədər tanımayıbsa bunu bilsin ki, O, Mənim canımın bir parasıdır. O mənim bədənimdə olan ruhumdur. Hər kəs onu incitsə həqiqətdə məni incidib”

Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onun razılığına görə razı olar” (“Fatiməye Zəhra” Əllamə Əmini səh 94) Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən ıbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, ıbn Cuzi, Əbu Nəim ısfəhani.....

ıbn Əbil Hədid “şərhu nəhcil bəlağə”də 9/193 yazır: “Rəsulullah (s) Fatiməni camaatın güman etdiyindən artıq dərəcədə sevirdi. Rəsulullah Fatiməyə camatın qızlarına etdikləri ehtiramdan daha artıq dərəcədə ehtiram edirdi. Hətta o dərəcə də idi ki, ataların övladlarına olan məhəbbətin hududundan xaric idi. Rəsulullah (s) dəfələrlə, dəfələrlə müxtəlif yerlərdə umumi və xüsusi yerlərdə buyurub:  “Fatiməni incidən məni incidib, Fatiməni qəzəbləndirən məni qəzəbləndirib”  Bütün bunları biləndən sonra deyə bilərik ki, Fatimə ümmət arasında olan məqamı onların azğınlaşmış gözlərinə çəkmək istəyibdir. Bəlkə onlar Fatimənin evini yandırmaq fikrindən əl çəksinlər. Bəli həmin faciəni nəql edən tarixçilər deyirlər ki, hücum çəkənlərin bir dəstəsi Fatimənin səsini eşitcək geri qayıtdılar. ömər və başqa bir dəstə əl çəkmədilər.

Əhli sünnətin bəziləri etiraf edirlər ki, Rəsulullah (s) ondan sonra baş verəcək hadisələr haqqında Əliyə xəbər vermişdi və baş verəcək bütün bəlaların müqabilində səbr etməsi haqqında Ondan peyman almışdı. “Mənaqib” səh. 146 hədis. 171 Xorəzmi, “Fəraidus-səmteyn” 1/270 kitablarında buna dəlalət edən rəvayətlər mövcuddur.

Hücum çəkənlərin qəsdi bu idi əgər Əli qapını özü açıb beyət etməkdən boyun qaçırsa onlar Həzrəti vura vura məscidə aparacaqdılar. Sonralar məsələni təhrif edib əllərində olan qüdrət və nüfuzdan istifadə edərək deyərdilər; biz Fatiməyə Atasının vəfatına görə baş sağlığı verməyə getmişdik. Əli əvvəl xəlifəlikdən imtina etmişdi, amma indi peşiman olub ona görə də bizimlə müxalifət edir. Biz özümüzü müdafiə edib ümumi müsəlmanların məsləhətinə görə bu işi gördük. Nəticədə tarixdə onlara haqq qazandıracaqdılar. Gələcək nəsil bu macəradan xəbərsiz qalıb onu təhlil edə bilməyəcəkdi. Amma Əlinin sükutu və Fatimənin onların qabağına çıxması onların bütün planlarını puç etdi. Fatimənin bu hərəkəti gələcək nəsil üçün hadisəni təhqiq etməyə fürsət yaratdı. Söylədiyimiz cavabın haqq olduğuna dair tarixi dəlillər mövcuddur.   

Əhli sünnətin bəzi alimləri deyirlər, bəli biz qəbul edirik ki, bəzi rəvayətlərdə bu hadisəyə işarə olunub. Rəvayətlərdə odunun gətirilməsinə və evdəkilərin evdən çıxmadıqları halda hədələnməsinə işarə olunub. Evin odlanmasına aşkar dəlalət edən rəvayət yoxdur?

Əvvəla: Birinci fəsildə göstərdiyimiz Məsudinin və Nəzzamın nəql etdikləri rəvayətlərdə Fatimənin evinin odlanmasına açıq şəkildə işarə olunmuşdur. Burada məsələni qarışdırmaq üçün təzədən şübhə və sualı yaratmağa çıxış yolu yoxdur. çünki əhli sünnətin bu mövzuya aid hətta bir rəvayəti belə bizim üçün kifayətdir.

ıkinci: Sağlam ağla malik olan insan hər hansı bir məsələ ilə əlaqədar Quranda ona dair sübüt olsa onu təhqiq edəndə vicdanı və insafını hakim qərar verib sonra hökm etməlidir. ındi üzümüzü sizə tutub deyirik siz də bu məsələdə vicdanınızın səsinə hay verib insafla hökm edin: Bəzi rəvayətlərdə deyilir, Əbu Bəkr dedi: Əgər beyət etməkdə müxalifət etsələr onlarla vuruşun. Bəzi rəvayətlərdə aşikar surətdə onların Fatiməni evin içindəkilərlə bir yerdə yandıracaqları ilə hədələdikləri göstərilir.

Bəzi rəvayətlərdə deyilir: ömər evdəkilərin çıxmayacaqları halda evi yandıracağına and içdi. Bəzi rəvayətlərdə deyilir ki, onlar evdən çıxmaqdan imtina etdilər. Bəzi rəvayətlərdə ömərin əmri ilə qapının arxasında odlamaq üçün odun yığdıqlarına işarə olunur. Bəzi rəvayətlərdə deyilir ki, ömər evi odlamaq üçün ora gələnlərin üstünə çığırıdı. Fatimənin vəsiyyətinə əsasən şeyxlərin onun dəfnində iştirakına razı olmayıb gecə vaxtı dəfn edilməsi və indiyə qədər qəbrinin məxfi qalmasını əhli sünnətin mütəvatir hədislərinə əsasən nəql etdik. Onların törətdikləri cinayətlər haqqında bu qədər sübut və dəlil olduğu halda necə ola bilər ki, insan yəqinə çatmasın. Deməli kimlərsə ya nadanlıqdan və ya inadcıllıqdan bu inkarda maraqlıdır. Bəli biz bunu qəbul edirik ki, ev içindəkiləri ilə bir yerdə yandırılmadı, amma onlar evi yandırmaq istəyirdilər. çünki bacarmadılar. Yalnız evin qapısını yandırdılar.

üçüncü: Tarix boyu ravilər gözləri ilə gördükləri hadisələri nəql ediblər. Məxsusən izdihamla baş vermiş hadisələri. Hər bir ravi hadisəni nəql edəndə mümkündür onun bəzi epizodunu nəql etsin. Hadisənin bir hissəsini nəql etmək digər bir qismətinin rəddinə dəlalət etmir. Fatimənin evinə hucum edilib yandırılması, bətnindəki uşağın siqt olunması, Əlinin zorla məscidə aparılması kimi nəql olunan rəvayətlər buna misaldır.

Dördüncü: Əgər baş verilmiş faciə eyni ilə nəql olunsaydı o zaman onu törədənlərə böyük bir ar olacaqdı. Hadisəni törədənlər və baş vermiş hadisəni təhrif etməyə çalışanlar daha böyük zillətə məruz qaldılar. çünki bəziləri yalnız evin odla yandırılması ilə hədələndiyinə işarə ediblər. Bəziləri odunun gətirildiyini təsdiq edib, amma yandırılmasını inkar edib. Elə bu qədər etiraf etmələri onların nə qədər dəhşətli bir əmələ əl atdıqlarından xəbər verir. Bu işi görənlər heç vaxt Peyğəmbərin əhli beyti olan evi yandırmaqdan çəkinməzlər.

Ev nə ev! Bu ev Allah-taalanın ehtiramını vacib edib ali məqama layiq etdiyi evlər zümrəsindədir. “Allah-taala onun ucaldılmasına izn verib. (Bununla da şeytanların və nəfslərinə tabe olanların fitnələrindən amanda qalsınlar) Elə evlərdir ki, orada Allahın adı səhər axşam zikr olunur,  Onun şəninə təqdislər deyilir”  (Nur. ayə 36)

Evin sakinləri kim idi? Onlar Rəsulullahın əhli beyti, behişt cavanları idi. Əllamə Cəfər Sübhaninin ayənin təfsirində söylədiyi haqq sözünə diqqət edin: Evin şərafəti onun sakinlərinin əzəmətilə ölçülür. Nə qədər ki, evin əhli gecə və gündüz Allahın zikri ilə məşğuldurlar bu şərafət və əzəmət günbəgün aliləşir. Kim Peyğəmbər Əhli beytinin şərafətini inkar etməyə cürət edər? Bəli imanı olmayalar bu evə qarşı hücum çəkib Rəsulullahın vəsiyyətinə xəyanət edər. Allah-taala Quranida bizə xəbərdarlıq edir:- “Ey iman gətirənlər! Peyğəmbər  sizə evinə icazə verməmiş daxil olmayın.” (Əhzab. ayə 53)

Bəs onda Fatimənin evinə hücum edənlər kimin icazəsi ilə bu faciəni törədib onları odla hədələdilər? Onlar bilirdilər ki, evin içindəkilər kimlərdir və onlar zikr əhlidirlər. Onların behişt əhli olduqlarını bildikləri halda nə haqla icazəsiz evə daxil olub sakinləri zorla çölə çıxartdılar? Onlar qəzəbi Allahın qəzəbi və razılığı Allahın razılığı olan şəxsi qorxutduqlarına görə məhkum deyillərmi? Atasının əzasında sinəsi dağlanmış insanın musibətinə məhəl qoymadan ona bir daha əzab vermək necə də dəhşətdir! Deyirlər: Fatimə Əbu Bəkri və öməri bağışladı. Allah bağışlayan və mehribandır. Əgər onlar günah ediblərsə xırda bir günah olub və onlardan üz döndərməyə səbəb olmamalıdır. (şərhu nəhcil bəlağə ıbn Əbil Hədid)

Burada belə bir sual yaranır ki, bunu deyən hardan bilir ki, Fatimə onları bağışlayıb? Həzrət (s.ə) onları necə bağışlayıb ki, əhli sünnətin alimləri özləri iddia edirlər ki, Fatimə dünyadan gedəndə onlara qarşı qəzəbli idi. Necə iddia edirlər ki, Allah və Rəsulu (s) onları bağışlayıb? Bunu sübut etmək lazımdır. Allahın və Rəsulullahın razı olmasının şərti Fatimənin razılığı olduğu haqda rəvayətləri oxuduq. Dediyimiz kimi Fatimənin azar və əziyyəti eynən Allahın və Rəsulullahın azar və əziyyətidir. Quran ayəsi bü əziyyəti rəva görənlərin dünya və axirətdə əbədi lənətə layiq olub ən şiddətli əzabla cəzalanmasını təkid edir. Əbədi lənətə və əzaba layiq olan əməl bağışlanıb kiçik sayıla bilərmi. Fatiməni incidib qəzəbə gətirəndən üz döndərmək lazımdır çünki bu Rəsulullahın (s) sünnətidir. “Allaha və axirət gününə iman gətirən heç bir tayfanın Allahın və Onun Peyğəmbərinin düşmənləri ilə dostluq etdiyini görməzsən. hərçənd bu düşmənlər onların ataları, övladları, qardaşları və yaxın qohumları olsalar belə” (Mucadilə ayə 22) Quranın hökmünə əsasən dostluq və düşmənçilik qarışdırılmamalıdır. Rəsulullahın və Fatimənin dostu onların dostları ilə dost düşmənləri ilə düşmən olmalıdır. Fatiməni incidib Onu və Rəsulullahı qəzəbləndirən, Fatimənin qüssəli və qəzəbli halda dünyadan getməsinə səbəb olanlar şübhəsiz Rəsulullahın və Fatimənin düşmənləridirlər. Rəsulullahın və Fatimənin düşməni ilə dost olmaq olmaz.

                şübhələrin hər dəfə müxtəlif şəkillərdə meydana gətirilməsi tarixi həqiqətləri qəbul etməkdən boyun qaçırıb təhrif etmək üçündür. Bu təzə bir metod deyil, xəlifələrin zamanından davam edir. şeyx Nəsiruddin Tusi  Seyyid Murtəzanın “Kitabuşşafi” əsərinə yazdığı “Təlxisuşşafi” kitabında 3/76 yazır: “ Əvvəllər hədis yazanlar Rəsulullahın qizına qarşı edilən hörmətsizlikləri nəql etməkdən imtina etmirdilər. Onlar bu kimi həqiqətləri “Xəlifənin məmuru Fatiməni üstünə qapını çırpıdı ....... bətnində olan uşağı düşdü. Qunfuzun ömərin əmrilə Fatiməni qamçı ilə vurmağa başladı ki, Əlidən əl çəksin” rahat nəql edirdilər” Sonralar başa düşdülər ki, bütün bunlar xəlifənin məqamına uyğun gəlmir ona görə də daha onları nəql etməkdən imtina etdilər. ıbrahim ibn Səyyarın (Nəzzam ləqəbi ilə məşhurdur) “əl-Miləlu vənnihəl” kitabında  1/57 (Beyrut çapı) dedikləri buna sübutdur: “Beyət alan gün ömər Fatimənin evinə hücum edib qapını onun üstünə çırpdı. Fatimənin bətnindəki uşaq siqt oldu. ömər əmr etdi, evi içindəkiləri ilə bir yerdə odlasınlar. Bir halda ki, evdə Əli Fatimə Həsən və Hüseyndən başqa kimsə yox idi”.

Bütün bu söylədiklərimizdən başqa tarixdə şiə və digər firqələrin böyük alimləri (ısmailiyyə firqəsi kimi) tərəfindən nəql olunmuş etibarlı sənədlər mövcuddur. Onların hamısında Rəsulullahın əhli-beytinin faciəsi və evin odlanması təsdiq olunur.

ısmailiyyə məzhəbindən Qazi Nöman bu faciəni şerə çəkib yazır:- “ömər ətrafındakılarla Fatimənin evinin qapısına yetişdilər. Fatimə onların əlindən narahat olmuşdu qapının arxasında durdu ki, onları evə soxulmaqdan dayandırsın. Amma onların sərkərdəsi (ömər) qapını sındırdı hücum çəkənlər evin içinə töküldülər. Fatimə fəryad etdi. Sonra onu elə vurdular ki, qarnındakı uçaq siqt oldu” Daha sonra Fatimənin gecə dəfn olunmasına işarə edib yazır:- “Allah ona salavat və rəhmət göndərirdi, amma O, ümmətdən narazı dünyadan getdi” (Urcuzətulmuxtarə səh. 188)

                ıslamın əvvəl günlərindən şairlər Fatimənin məzlumiyyətini qələmə alıblar. Bu şairlərin bəziləri imamlarla həməsr olublar və bəziləri imamların əsrlərinə yaxın zamanda yaşayıblar. Tarixçilər şerin tarixi bir sənəd olduğuna etiraf edirlər və şerin məzmunu ravilərin nəql etdikləri hədislərdən daha təkidlidir.

                Seyyid Himyəri (vəfat 173-cü hicri ili) imam Sadiq və imam Museye Kazim (ə)-la bir əsrdə yaşayıb. şerlərində həzrət Fatimənin necə incidilməsini aşikar qələmə alıb. (Siratul-mustəqim 3/13)

                Əbdullah Əmmar Bərqi (vəfat 245-ci hicri ili) şerlərində belə yazır:-“Onun evində odundan qalanmış tonqalı şölələndirdilər və qapını odlanmış evin sakinlərinin üzünə bağladılar. Onları nasaza atəşinə tutdular, amma evdə qadınların pakizəsi Fatimə, siddiq Əli, Peyğəmbərin nəvələri Həsən və Hüseyndən başqa kimsə yox idi”

                Əbu Əbdillah ibn Heysəm (vəfat 296-cı hicri ili) “Kitabul-munazirat”-da səh. 61 Mərakeşin Fatimiyyə hərəkatının rəhbəri Əbu Əbdillah ilə həzrət Fatimə (ə) haqqında bəhs etdiyi zaman çox gözəl ibarətlərlə məsələni bəyan edib. Həmin munazirədə Fatimənin irsinin qəsbi, bətnindəki uşağın siqti və hətta şəhadəti məsələsinə dəqiq şəkildə işarə olunub.

                Mümkündür bəzi qardaşlarda belə bir sual yarana:- Niyə şübhə yaradanlar tarixi təhrif etməyə çalışırlar və həqiqəti nəql etməkdən boyun qaçırırlar? Sualın cavabını altı bəndlə xulasələndiririk:

1- Onların xəlifələrə hədsiz sevgisi və Rəsulullahın bütün səhabələrinə şiddətli dərəcədə məhəbbəti sözü gedən acınacaqlı tarixi hadisəni inkar etməyə vadar edir. Bir halda ki, Qurani-kərim və çoxlu sayda rəvayətlər bəzi səhabələrin munafiq olduğuna dəlalət edir.

2- Onlar bütün səhabələri adil bilirlər. Bir halda ki, səhabələrin arasında münafiq və xəyanətkarların olduğunu həm Quran və həm də Rəsulullah bizə çatdırıb. Əgər səhabələr hamısı adil olsaydı onda onlar arasında baş vermiş çəkişmələr bizə nəyi çatdırır. Bütün bunları əhli sünnətin səhih kitabları nəql edib.

3- Onlar deyirlər ki, Allah səhabələrin bütün günahlarını bağışlayıb. Elə isə Allahın bağışladığı günahları biz nəql etməməliyik.

4- Onlar səhabələrin etdikləri bütün cinayətlər haqqında sükut etməyi vacib bilirlər. Əhməd ibn Hənbəl deyir:- “Hər kəs Rəsulullahın səhabələrindən birinin haqqında pis fikirdədirdə olub onun Peyğəmbərə sədaqətinə və həqiqi iman gətirməyinə şübhə edirsə, bilin ki, o dindən çıxıbdır” (Fəxru tarix Dəməşq 2/75)

5- Əhli sünnət alimləri tərəfdarları arasıda nail olduqları məqam və mənsəbi əldən verməmək üçün həqiqəti nəql etməkdən qorxurlar. Məbada ümumi camaat həqiqətdən xəbərdar olandan sonra bu məqam və mənsəb əllərindən çıxacaq.

6- Onlar səhih elan etdikləri kitablarındakı hədislərin sənədlərini ortaya qoyub təsdiq etməkdən qorxurlar. Qorxurlar məbada camaat xəbərdar olandan sonra şiələrə qoşularlar.   

Beşinci fəsl:- baş vermiş faciənin təhlili

Əvvəla biz heç də Fatimənin başına gəlmiş müsibətin və şəhid olmasına gətirib çıxarmış faciənin bütün xırdalıqları ilə əhli sünnətin kitablarında nəql edilməsinə ümüd etmirik. ümüd də etmirik ki, onların alimləri bu məsələyə etiraf etsinlər.

Qəlbində xəlifələrin məhəbbəti olan kəslərdən bu faciələri eşidəndə onları təsdiq etmələrini gözləyirsinizmi? Heç vaxt. çünki bir şeyi sevmək insanı kor və kar edir. Səhih saydıqları kitablarda təvatora yetişmiş Qədir Xum kimi bir həqiqəti mənəvi təhriflə camaatı azdıranlardan nə gözləyirsiniz? ıstəyirsiniz Peyğəmbərin (s) əhli beytinə qarşı yol verilmiş ləkəli faciəyə açıqca etiraf etsinlər? Qabaqkı fəsillərdə söylədiyimiz bəzi xəbərləri təhlil etməklə nəticə çıxarmağı oxucuların vicdanlarının öhdəsinə qoyuruq.

Əvvəla:- Birinci fəsildə əhli sünnət alimlərindən nəql etdiyimiz rəvayətlərdən məlum olur ki, Fatimənin evinə hücum, evin yandırılması, bətnindəki uşağın şəhid olması və Fatimənin qabırğasının sındırılması, bütün bunların hamısı bir gündə baş verib. Elə bir gündə ki, beyət alınma macərası da həmin gün baş veribdir.

Ikinci:- Fatimənin (s.ə) atası Rəsulullahdan (s) sonra qısa bir müddət yaşadığı bütün əhli sünnət alimləri tərəfindən yekdil qəbul olunur (ikinci fəsildə ona işarə olundu). Tarixçilər Fatimənin atasından sonrakı ən azı 40 gün və ən çox altı ay yaşadığını bəyan ediblər.

üçüncü:- Fatimə (s.ə) şəhid olanda 18 yaşı var idi. Əlbəttə bu haqda əhli sünnət və əhli şiə alimləri arasında ixtilaf vardır. Həmin ixtilaf Fatimənin təvəllüdü ilə əlaqədardır. Əhli sünnət alimləri Fatimənin besətdən öncə dünyaya gəldiyini qəbul edirlər. şiə və bəzi əhli sünnət alimləri Həzrət Fatimənin (s.ə) təvəllüdünü besətin beşinci ili (miladi 615) olduğunu qəbul ediblər. (Xətib Bağdadi “Tarix Bağdad” 5/87, Zəhəbi “Mizanul-itidal” 1/38, Əsqəlani “Lisanul-mizan” 5/160, Zəxairu-uqba Təbəri 5/160) “Merac axşamı vəhy mələyi Cəbrayıl  Rəsulullaha (s) bir alma verdi və Fatimənin təvəllüdü də meracdan sonra baş verdi. çünki Rəsulullah meraca besətdən sonra gedib” Deməli Fatimənin təvəllüdünün besətdən beş il sonra olması həqiqətə daha uyğundur. Bütün məzhəb alimlərinin Fatimənin hicrətin 11-ci ilində vəfat etdiyini qəbul edikləri üçün bu nəticəyə yetişirik ki, O həzrət 18 yaşında şəhid olub.

Dörsüncü:- Heç bir tarixi mənbədə Fatimənin (s.ə) atasının zamanında və ondan sonrakı dövrdə xəstə olması haqda məlumat verilməyib. ındi əziz oxucu özün vicdanla qəzavət et Fatimənin (s.ə) bu qısa müddət ərzində vəfat etməsinə səbəb olan amil nə olub? 18 yaş ömürün ən təravətli və baharı olduğu halda Rəsulullahın (s) bu əzizi hansı səbəbdən tez bir zamanda dünyanı tərk etdi? Bunun səbəbi beyət alınma cərəyanında Fatimənin vurulub qabırğasının sındırılması və bətnindəki uşağın siqt olunmasından başqa bir şeydirmi? Bu faciəni əhli sünnət alimləri özləri səhih adlandırdıqları kitablarında nəql ediblər. Bununla belə əhli sünnətin bəzi alimləri bu həqiqətin müqabilində sükut etməyə üstünlük veriblər. Həmui Cuveyni şafei “Fəraidus-səmteyn” kitabında 2/34 rəvayət edib:- Rəsulullah (s) buyurub:- “Həzrət Fatimə (s.ə) qəmgin və məhzun halda mənim yanıma gələcək......, öldürülmüş halda mənim yanıma qyıdacaq”

Fatimənin şəhadəti ilə əlaqədar olan bütün tarixi sənədləri və Rəsulullahdan nəql olunmuş rəvayətləri tutuşdurub təhqiq edəndən sonra həqiqət məlum olur. Baxmayaraq ki, əhli sünnət bəzən bu haqda susub və bəzən də onları inkar etməyə çalışıb. Digər tərəfdən məsum imamlar da bütün həqiqətləri haqqı axtaranlara Fatimənin (s.ə) şəhadətinin səbəblərini çatdırıblar. :Dəlailul imamət”- “Fatimənin vəfatinin səbəbi o kişinin əmri ilə nökəri Qunfuzun qılıncın dəstəyilə Onun qarnıına vurması oldu. O da bətnindəki Möhsini saldı. Bu zərbənin nəticəsində ağır xəstələndi”

“Fatimə vurulandan sonra həmin zərbənin səbəbibnə vəfat etdi” Kamiluz-ziyarət, Biharul-ənvar. Yaxşı olar ki, təəssübkeşlər və müxaliflər bu haqda bir qədər axtarış aparsınlar. Bəlkə insaflı olduqları halda Allah onlara rəhm edib hidayət edə.

Yaxşı olar ki, Rəsulullahdan (s) sonra tarixin və hədislərin yazılmasında hakim dairənin emal etdiyi senzuraya bir baxış keçirək. Bununla da əhli sünnətin tarixi kitabları vasitəsilə həqiqətə yetişməyin nə qədər müşkül olduğunu dərk edərik. Həmin senzura Rəsulullahın (s) yatağının yanında başlandı. “Rəsulullah (s) yataqda olarkən ölümündən sonra ümmətin vəzifəsini axırıncı dəfə təyin etmək üçün kağız və qələm tələb etdi. ömər isə fəryad çəkdi ki, “Bu kişini boşlayın! O sayıqlıyır. Allahın kitabı bizə kifayət edər” Səhabələrin bir dəstəsi öməri dəstəkləməyə başladılar. Amma səhabələrdən olan başqa bir dəstə onlarla müxalifət edib Rəsulullahın axırıncı vəsiyyətini yazmasına izn verilməsini tələb etməyə başladılar. Qalmaqal o dərəcə şiddətləndi ki, Rəsulullah onların otağı tərk etmələrini istədi” Səhih Buxari 1/29, Musnəd Əhməd ibn Hənbəl 1/335, ıbn Əbil Hədid şərhu Nəhcil-bəlağə 2/118,  Kənzul-ummal 3/138

Buxari ibn Abbasdan neql edib: Resulullahin xesteliyi agirlasanda buyurdu: “Menim ucun kagiz ve qelem getirin, size vessiyetimi yazim ki, siz menden  sonra yolunuzu azmayasininz”. Omer dedi: Peygemberin xesteliyi agirlasdigi ucun o danisigini bilmir. Bizim elimizde Allahin kitabı var ve o bize bes eder. Sehabeler arasinda ixtilaf siddetlendi. Hetta o dereceye gelib catdi ki, Resulullah onlara otagi tərk etməyi əmr edib Peyğəmbərin  yanında deyismek yaxsi deyil deye buyurdu. Camaat cıxmaga basladi ibn Abbas da onlarla birge cixaraq deyirdi: heqiqeten musibet  ve butun musibet burdan baslandı ki,  Omer  Peygemberle onun vesiyyetnamesi arasına girib yazmaga mane oldu”. (Sehih Buxari 1/39 Beyrut çapı) 

Yuxarıda qeyd edilen sayaqlama fikirleri Omer ibn Xettabın Resulullah (s) haqqında dediyi soz idi. ındi Allah-taalanın Resulullah (s) haqqında buyurdugu kelama diqqet edin:- “Sizin sahibiniz hec vaxt yolunu azmayıb. O ozunden hec ne danısmaz. Onun butun danısdıqları vehye munzeldir” (Necm aye 2,3,4) Goresen Omer ibn Xettab bu ayeleri oxumamısdı? Eger oxumusdusa bes onda onun bu hereketini nece izah etmek olar? Onun bu ayeleri oxumaması subhelidir. eminik ki, O Qurani-kerimi butunlukle oxuyub.Beledirse insan aglina yegane bir fikir gelir Belke o oxudugu ayelere iman getirmeyib?

Rəsulullahın (s) vəfatından sonra senzura daha da gücləndi. Əbu Bəkr əvvəl bütün hədisləri və tarixi əhvalatlar nəql olunan sənədləri yığıb yandırmaq qərarına gəldi. Sənədlər və rəıvayətlər yandırılandan sonra Rəsulullahdan (s) hədis nəql etməyi qadağan edib və müsəlmanların ancaq Quranla məşğul olmaları barədə göstəriş verdi. ““Təzkirətul-huffaz” 1/5-13 şəmsuddin Zəhəbi”

ömər ibn Xəttabın xilafəti zamanında  bu qadağa və senzura daha şiddətli oldu. ömər öz əməlini bu cür əsaslandırmağa çalışırdı:- “Mən Rəsulullahın (s) sünnətini yazmaq istəyirdim, lakin keçmiş ümmətlərin işlərini yadıma salıb fikrimdən daşındım. Onlar bəzi tarixi kitabları və onlara çoxlu izahatlar yazmaqla onlara nazil olmuş asimani kitablardan uzaq düşdülər. Ona görə də mən heç vaxt Allahın Quranını başqa bir şeylə qarışmağa qoymaram” (Təbəqatul-kubra 3/206 Vaqidi)

üçüncü xəlifə Osmanın vaxtında hakim dairənin hədis nəql edənlərə qarşı mübarizəsi daha da şiddətləndi. Əgər ömər xilafətində Peyğəmbər səhabələrini incidib yazdıqlarını yandırır və onları nəzarət altında saxlayırdısa Osman isə onlara işkəncə verib sürgün edirdi. Hətta bəzilərini öldürürdü. Məsələn Əbu Zərri Rəbəzənin susuz, otsuz səhras;na sürgün etdi. ıslam Peyğəmbərinin onun haqqında buyurduğu “Yerlərin üstündə və göylərin altında Əbu Zərridən doğru danışan şəxs yoxdur” hədisini oxuyub hədisin səbəbkarının xüsusi amansızlıqla Rəbəzə səhrasında ac-susuz şəhid edilməsini görəndə Osmanın hakimiyyətinin hansı prinsiplər əsasında qurulduğu məlum olur. Əbu Zərrin Allah və Rəsulullah yanında hansı məqam sahibi olduğunu dərk etmək üçün tarixə müraciət edib ona edilmiş zülmün nə dərəcədə dözülməz olduğunu təsəvvür edin.

Osmanın Peyğəmbərin digər sevimli səhabəsi Əmmar Yasirə qarşı qəbul etdiyi ədalətsiz qərarlar hicrətin 3-4-cü illərində Mədinə yəhudilərinin islama və Rəsulullaha qarşı qəbul etdikləri qərarlara çox bənzəyir. Biz bunu deməklə Osmanı yəhudiliklə itdiham etmirik. Lakin məşhur səhabə Əmmar Yasirə xəlifə iqamətgahında şəxsən Osman tərəfindən işgəncə verilməsi nəticəsində huşunu itirib hətta bir neçə namazını qıla bilməməsi xəbəri müsəlmanlar üçün dözülməzdir. (Ənsabul-əşraf 5/49 Bəlazəri )

Qabaqkı xəlifələrin əksinə olaraq Əli (ə) xilafəti dövründə hədislərin yazılması ilə ciddi məşğul oldu. Əli (ə) Rəsulullahın (s) hədislərini yazmaq üçün altı min nəfər bu işə cəlb etdi. Onların məvacibini əkinçilikdən qazandığı şəxsi pulu ilə ödəyirdi. Əli (ə) Kufə məscidində onlara hədis öyrədirdi, tayfa başçıları o Həzrətin əməlini özlərinin dünyəvi maraqları ilə muxalif olduğunu görəndə mane olmağa başladılar. Nəticədə “Cəməl”, “Suffeyn” və “Nəhrivan” müharibələrini binövrəsi qoyuldu. Əli (ə)-dan sonra Muaviyyə yeni bir siyasətə əl atdı. ıslam ümməti indiyə qədər Müaviyyənin namərdcəsinə işlətdiyi xəbis siyasətin əzabını çəkir. Muaviyyənin yeni siyasəti hədis qundarmaqdan ibarət idi. ış o yerə yetişdi ki, Əbu Hureyrə 5300-dən çox, Əbdullah ibn ömər 2000-dən çox, Aişə və Ənəs ibn Malik hərəsi ayrılıqda 2300-dən çox yalan hədisləri Rəsulullaha nisbət verdilər. (“Əhadisu Aişə” səh. 289 Əllamə Əskəri) Onlar Muaviyyənin və zalım hakimlərin rəğbətini qazanmaq üçün hədis və tarixi əhvalatlar qundarmaqda biri digərinə imkan vermirdilər. Bu zülm və xəyanətlər heç zaman kölgədə qalıb tarixin yaddaşından silinməyibdir. Hətta düşmən ixtiyarsız olaraq etdiyi cinayətin üstünü özü açaraq faş edib. Bu səbəbdən tarixdən bixəbər olan bəzi avamlar bu həqiqətləri əhli sünnətin kitablarından eşidəndə təəccüb edirlər. ındiyə qədər yalnız əhli sünnətin kitablarından nəql etməyə çalışdıq ki, oxucu bunları şiələrin dünyagörüşü kimi qəbul etməsin. şiə alimlərinin kitablarında qeyd etdiyimiz bütün məqamların real və dəhşətli şəkildə baş verdiyi göstərilir.

                ömər ibn Xəttabın Rəsulullahdan (s) sonra Fatimənin (s.ə) evinə hücum çəkib onun qamçı ilə vurulması, bətnindəki uşağın siqti, evinin yandırılması, Fatimənin şəhadəti və ...... btün bunlar şiə kitablarında da nəql olunub. Maraqlı olanları nəzərə alıb bu haqda yazılmış bəzi şiə kitablarının ünvanlarını dərc edirik:

a)       Fatimənin evinə hucum olunub yandırılması barədə:

1-       Kitabu Səlim ibn Qeys  səh 585 və 873     7- Kəşful-murad  səh. 402

2-       Əvalimul-ulum  11/400                              8- Nəvaibud-dəhr      3/157

3-       Biharul-ənvar  22/484,  43/197                   9- əl-Muxtəsr   səh. 44

4-       əş-şafi fil-imamət  3/76                              10- Xəsaisul-əimmə səh. 47

5-       Təlxisuş-şafi   3/76                                     11- Hilyətul-əbrar  2/652

6-       əl-Hidayətul-kubra   səh. 163 və 417          12- Təcridul-əqaid  səh. 402

b)       Muhsin ibn Əlinin şəhadəti haqqında:

1-       Əmali Səduq səh. 99                                  8- əl-Muxtəsər səh. 109

2-       Buşarətul-Mustəfa səh. 197                       9- Kamilu Bəhai  səh.  309

3-       ıqbalul-əəmal  səh. 625                             10- Hədiqətuş-şiə səh.  265

4-       ırşadul-qulub səh. 295                               11- Məaniyul-əxbar  səh. 205

5-       Cilaul-uyun 1/185                                      12- Elmul-yəqin səh.  686

6-       Dəlailul-imamət  səh. 26                            13- Rovzətul-muttəqin   5/392

7-       Misbahu Kəfəmi səh. 522                          14- Isbatul-huda  2/337..........

v) Fatimənin qabırğasının sındırılması və......

1- Təriqul-irşad səh. 465                                10- Misbahuz-zair səh. 25

2- Cilaul-uyun 1/186                                      11- əl-ıxtisas  səh. 184

3- Əmali Səduq səh. 99                                  12- Rovzatul- cənnat 6/182

4- Usulul-kafi   1/487                                     13- ıqbalul- əəmal  səh. 625

5- Kənzul-fuad 1/149                                      14- Biharul-ənvar   43/182

6- əl-ıhticac  1/210                                          15- Muqniətu Mufid  səh. 456

7- Məzarun mufid səh.  156                            16- Əvalimul-ulum  11/391

8- əl- Bələduləmin  səh.  198                          17- Hədiqətuş-şiə  səh.  265

9- Kamilu Bəhai  səh.  314                             18- Elmul- yəqin səh.  701

şiələr və Rəsulullahın yeganə qızı Fatiməyə sevgi ilə yaşayanlar daim onun musibətini xatırlayırlar. Elə ki Fatimənin adı çəkilir onların qəlblərindən qara qanlar axır. Bu məsum imamların sünnəti olub, şiələr də onu davam etdirirlər. şiələr bu musibəti xatırlamaqla Peyğəmbər (s) əhli beytinə olan əlaqələrini nümayiş etdirirlər. Davud ibn Mubarək deyir:- Mədinədə bir dəstə şiələrlə ımam Həsən (ə)-n nəslindən olan Əbdullah ibn Musanın xidmətinə yetişdik və ondan Əbu Bəkr və ömər haqqında sual etdik. Cavabımızda babası Əbdullah ibn Həsənin sözünü təkrar etdi:- “Anamız Siddiqəye Tahirə Rəsulullahın qızı idi. Bir dəstənin əlindən narazı və qəzəbli halda dünyadan getdi. Biz də onun qəzəbinə görə həmin dəstəyə qarşı qəzəbliyik” Hicaz şairlərindən Cəlaluddin Əbdulhəmid Ələvi bunu nəzmə çəkib:

“Rəvadır ki, anamız Fatimə narazı və qəzəbli dünyadan getsin, biz isə sevinib şad olaq

Əgər belə olsa onda biz layiqli və kərim övlad ola bilmərik

çünki kərim övladlar ata və ananın sevincinə sevinər, onların narahatlığına görə narahat olar” (şərhu nəhcil bəlağə 2/30)

Bəli Fatimə balaları analarının musibətinə görə həmişə qəm içindədirlər. Elə bir ana ki, Rəsulullahın vəfatından sonra vilayətin müdafiəsinə qalxdığı üçün bütün qüssələr onun üstünə yağmağa başladı. Qısa bir müddət ərzində şam kimi əriyib qurtardı. Elə bir ana ki, ımam Sadiq (ə) Rəsulullahdan sonra onun halını bu cür vəsf edib:- “Rəsulullahdan sonra yatağından qalxmadı bədəni əriməyə başladı. Sonra da xəyallara çevrildi (Səfinətul-bihar 2/375 şeyx Əbbas Qummi)

Buna görə də Fatimə övladları və aşiqləri həmişə nalə çəkib bu həqiqəti islam ümmətinə və dünyaya çatdırırlar:- Peyğəmbər balası Fatimənin şəhadəti əfsanə deyil, eyni ilə inkarolunmaz həqiqətdir. Onu məzlum halda şəhid etdilər. Bizim vəzifəmiz isə onun unudulmasına yol verməməkdir. Tarixdə analoqu olmayan bu musibət ımam Mehdinin zuhuruna qədər davam etməlidir. Yalnız imam Peyğəmbər balası Fatimənin intiqamını düşmənlərindən alandan sonra biz rahat ola bilərik.

                Rəsulullah buyurub:- “Mehdi mənim nəslimdəndir və Fatimənin övladlarından olacaq”  (Sunəne ibn Davud   4/473)

                Məqalədə Ayətullah Seyyid Cəfər Seyyidanın eyni adlı kitabından istifadə olunub.

             Hacı Elman ıbadov tel: 055-752-27-40, 050-250-20-05:     email:kerrar@mail.ru

              ıravani, Media-islam.Com    

 

 

  Məqalənin faylını yüklə

 

al-shia, Media-islam.Com  2008.