Islami qebul etmish meshurlar - Forum
Bazar, 04.12.2016, 07:55
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
Страница 1 из 11
Архив - только для чтения
Модератор форума: Almusavi 
Forum » FORUM-TEKST » DÜNYA » Islami qebul etmish meshurlar
Islami qebul etmish meshurlar
Asiye Tarix: Çerşenbe, 28.05.2008, 12:38 | Mesaj # 1
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Islami qebul etmish qeyri dinden olan meshurlardan kimleri taniyiriq ve onlar haqqinda neler bilirik?

Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Almusavi Tarix: Çerşenbe, 28.05.2008, 17:05 | Mesaj # 2
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[b]Asiye, Əvvəl papanın tələbəsi olmuş, sonra isə İslamı qəbul etmiş Fəxrulislam haqqında eşitmişəm. O, sonradan xristiyanların əleyhinə kitablarda hətta yazıb. İncildə Peyğəmbərimizin (S) adını oxuyub və bunu papadan soruşub, papa demək istəməyib, çoxlu and-amandan sonra, deyib ki Xatəmul-ənbiya Muhəmmədi Mustafanın (s.ə.a.s) adıdır (İncildə Farqalit kimi müraciət olunur bu ada, ərəb dilindəki Əhməd sözü ilə eyni mənanı verir) və o da islamı qəbul edir, sonra səhv etmirəmsə İraqda təhsil alır. [/b]

Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Çerşenbe, 28.05.2008, 17:50 | Mesaj # 3
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Məncə çox alimlər olmalıdır bu mənada... İnşəAllah vaxtım olsa araşdırıb taparam...

 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:19 | Mesaj # 4
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Haqqında söhbət açacağım bu əhvalatı oxuduqca sizi də mənim kimi təəccüb və həyəcan bürüyəcək. Içinizi sükunətdə saxlayacaq ötən yüz ilin əqidə seçimində yaşanan bu faciə bir çoxlarını şoka saldı.

Doğru əqidə seçimində milyardlarla dollarından, böyük həcmli varislik hüququndan imtina edən, Italiya klanında yüksək mənsəbə malik əbədi təminatlanmış bu şəxs sonunda şıəlik əqidəsini qəbul etdiyi üçün böyük təzyiqlərə, mənəvi, maddi sıxıntılara məruz qaldı. Onun əlindən alınan hüquqları ilə xristianlığın mərkəzi olan Italiyada getdikcə daha çox dərinləşən inamından təhlükəyə düşənlər son qərar olaraq onun qətli üçün plan hazırladılar.

Beləcə 2000-ci il noyabrın 15-i ötən illərin qış oyunları keçirildiyi Turin şəhərində Italiyanın qeyri-rəsmi şahı sayılan məşhur Aniellilər klanının tək varisi, şiə əqidəli Eduardo Anielli gözlənilmədən özünü hündürlüyü 100 metrdən artıq olan körpüdən atıb öldürdü. Ilkin baxışlara əsasən hadisə Avropada hər gün minlərlə özünə qəsd edən şəxslərin aqibətindən heç nə ilə fərqlənməsə də, məsələ araşdırıldıqca yeni müəmmalar bir çox qaranlıq məqamları ilə bu ölüm hadisəsinin yeni faktlarını üzə çıxardı. Iki ilə yaxın heç bir araşdırmaya yol verməyən Anielli klanının qoca sahibi, senator Covanni Anielli oğlunun ölüm hadisəsini araşdıran müstəqil araşdırmaçıların, bir çox jurnalistlərin həbs olunmasına təşkilatçılıq etdi.

2000-ci ildə Italiyanın "Yuventus" və Ingiltərə klublarından biri arasında futbol oyununun başlanğıcında Anielli klanının tək varisi Eduardo Aniellinin vaxtsız ölümünü bir dəqiqəlik sükutla yad olundu və klan başçısı Covanni Anielliyə başsağlığı verildi. Onun gözlənilməz ölümü Italiyada rezonans doğursa da Italiya mətbuatında bu hadisə birmənalı qarşılanmadı. Belə ki, onların bir çoxu Eduardonun narkotika düşkünlüyü nəticəsində özünə qəsd etdiyini yazır, bəziləri onun artıq bir dəfə ruhu xəstəlikdən əziyyət çəkdiyindən bunu intiharın səbəbi kimi göstərirdilər. Hadisənin motivlərini bu günə qədər üzə çıxarmayan prokuror Vapsini isə hadisəni araşdırdığını deyirdi.


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:20 | Mesaj # 5
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Hadisədən sonra Eduardonun körpüdən düşüb öldüyü ərazi polis işçiləri tərəfindən nəzarətə alınır. Hadisəni işıqlandırmaq istəyən kütləvi informasiya vasitələrindən heç biri əraziyə buraxılmır. Oradan götürülən predmetlər gizlədilir, cəsəd isə ekspertizadan keçmədən ertəsi gün Aniellilər ailəsinə məxsus qəbristanlıqda dəfn olunur, bununla da bu mövzuya son qoyulur

Bir müddət müstəqil jurnalistlər bu hadisəni araşdırmağa çalışsalar da Aniellilərin sərt təzyiqilə üzləşdikdən sonra bunu özünəqəsd qiymətləndirərək öz yazılarına son qoyurlar. Lakin bu söhbətlər səngimə ərəfəsində ikən Iran-Italiya müştərək saytlarının birində yayılan məlumat hamını şoka saldı. Məlumatda bildirilirdi ki, Eduardo Anielli şiəliyi qəbul etdiyinə görə təzyiqlər nəticəsində öldürülmüşdür.

Nəhayət 2003-cü ildə bir qrup Iranlı jurnalistin araşdırması hadisəni tam araşdıraraq həqiqət simasını cilvələndirdi.


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:22 | Mesaj # 6
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Eduardo Anielli! O, kim idi?

Eduardo, Italiyanın varlı sahibkarlarından biri, qeyri-rəsmi şah adlandırılan Aniellilər klanının ən nüfuzlu şəxsi senator Covanni Aniellinin oğludur. O, 1954-cü ildə, yanvar ayının 6-da Amerikanın NyuYork şəhərində dünyaya gəlib. Anası fransız, atası italyandır. Orta təhsilini Italiyanın Turin şəhərində alan bu gənc ali təhsilini London şəhərində şərq fəlsəfəsi istiqamətində davam etdirmişdir. Qeyri-adi istedadı sayəsində bir çox nailiyyətlər əldə etmiş və doktorluq dərəcəsinə qədər yüksəlmişdir.
Ailənin özünə gəlincə isə Aniellilər ailəsi Italiyanın ən varlı ailələri arasında öncül olaraq böyük maliyyəli bizneslə məşğul olan klandır. Dünyanın bir çox ölkələri ilə müqavilələri olub onlara avtomobil ixrac edən "Fiat" firması da Aniellilər ailəsinə məxsusdur. Eyni halda bir çox zavod və fabriklərə malikdirlər. Vertalyot istehsal edən böyük zavod, böyük sahələri əhatə edən əkinçilik kompleksləri və məşhur "Yuventus" futbol klubu da bu ailənin maliyyələşdirdiyi qurumlardandır.

Eduardo varlı təbəqənin xüsusiləşmiş ailəsində dünyaya gəlsə də var-dövlət və əyləncəyə o qədər də meylli olmur. Elə uşaq yaşlarından elmə olan böyük marağı sonradan onu fəlsəfəylə maraqlanmağa sövq edir. Elə fəlsəfə də onu özünün dərinliklərinə çəkir. O, daha sonralar fəlsəfi məktəblər daxilində yaranan ideoloji mübarizələri və təriqətlər arasındakı fərqləri araşdırmaqla məşğul olur. Eduardonun məşhur klan daxilində ən böyük məşğuliyyəti əsası babası tərəfindən 100 il öncə qoyulan "Yuventus" futbol klubunun oyunlarında iştirak edib ona azarkeşlik etmək olur. O, hətta bir müddət klubun rəhbərliyini də öz üzərinə götürür. Oyunçularla daimi münasibüt və bərabərlik nümayiş etdirərək onlarda ruh yüksəkliyi yaradır. Lakin bu, onun araşdirmaları üçün ayırdığı vaxtı məhdudlaşdırdığı üçün futbola rəhbərlik etməkdən əl çəkməli olur. Həyatının son günlərinə qədər dini araşdırmalar və təriqətlər haqqında elmi baxışların təhlili ilə məşğul olur. O, eyni halda insan hüquqlarının müdafiəsi yönündə də çalışır.

Bu, onun həyatı haqqında ictimaiyyətə təqdim olunan qısa məlumat idi. Onun ölümü isə müəmma dolu bir aləm olduğu üçün bir qrup müstəqil Iranlı jurnalist onu araşdırmağa başlayır və heç bir çətinliyə baxmayaraq indi sizə təqdim edəcəyimiz faktları üzə çıxara bilirlər.

Beləcə, Eduardo Aniellinin şəxsi münasibətləri, dostları, onu tanıyanlar. Hadisəni Iranın Italiyadakı səfiri Məhəmməd Həsən Qədiri nəql edir: Bazar gügü olduğu üçün səfirlik işləmirdi. Mən öz otağımda idim. Aşağıdan zəng vurdular ki, bir nəfər səfirlik mənsublarından biri ilə görüşmək istəyir. Mən səfirliyin bazar günü işləmədiyini xatirladıb onun sabah müraciət etməsini istədim. Lakin qapıçı gələn şəxsin "Allah bütün bağlı qapıları açandır" söylədiyini bildirəndə maraqla aşağı endim. 25 yaşlı hündürboylu gənc özünü təqdim etdi: Eduardo Anielli.
Mən onun məşhur klanla hər hansı bir əlaqəsinin olduğunu soruşduqda o, senator Covanni Aniellinin tək oğlu olduğunu söylədi. Bu, təbii ki, məni çox təəccübləndirdi. Çünki bu ailə Italiyanın siyasi-iqtisadi həyatında xüsusi rol oynayırdı...



Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:22 | Mesaj # 7
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Eduardo öz araşdırmalarının qaranlıq qalan tərəflərinə cavab tapmaq üçün səfirliyin bu işdə ona kömək etməyini xahiş edir. Bununla da Iran səfirliyi ilə Eduardonun sıx əlaqələri başlayır...

Bu əlaqələr arxasında gizlənən araşdırmaların anlaşılmaz tərəflərinə cavab axtaran Anielli bu işdə ona köməkçi olmalarını istəyir. Iran Italiya Islam hərəkatının üzvləri iki qardaş olan Hüseyn və Məhəmməd Abdullahi qardaşlarının Eduardo arasında olan dostluqları bu xatirələr qoynunda maraqlı faktları üzə çıxardı.

Doktor Hüseyn Abdullahi: O, dinlər haqda geniş araşdırmalar aparır, maraqlı tədqiqatlar nəticəsində müəyyən təhlillər edirdi. Məhz bu araşdırmaların nəticəsi olaraq o, şiə əqidəsini qəbul etmişdi. Euardo hələ 20 yaşında (1974) ikən bir gün universitet kitabxanasında kitablar qarşısında əlinə Qurani-Kərim çıxır. Böyük maraq dairəsində olduğu Quranın mənəvi dünyasından zövq alan Eduardo Islamın zəngin din olması düşüncəsini öz içində bir daha təsdiqləyir.

O dövrün Iranın Italiyadakı səfirliyinin mədəniyyət şöbəsinin başçısı Salman Səfərinin söylədikləri: Onun səfirliyə gəlməsinə təəccüb etdim. Xristian təriqətli Anielli klanı və Iran Islam Respublikasının səfirliyi? O, məndən məsələ olaraq öyrənmək istədiyi fikir olduğunu bildirdi. Bunun nədən ibarət olmasını soruşduqda o, qəbul etdiyi şiə əqidəsini hər kəsə bildirməli olduğunu və ya gizli saxlanmaqda günah olub olmadığını bilmək istəyirdi. Bu barədə mən onun azad olduğunu, heç bir məcburiyyət olmadığını söylədim. O isə bu işin gizli qalmasının daha çox əhəmiyyət kəsb etdiyini bildirdi.

Şiə araşdırmaçısı Fəxrəddin Hicazi: Mənə bir gəncin mənimlə görüşmək istədiyini dedilər. Biz görüşdüyümüz zaman o, şiə əqidəsi haqqında müxtəlif şeylər soruşdu. Mən isə onun sorğularını lazımi qədərincə cavablandırmağa çalışdım. Sonda o, bu haqq dini qəbul etdiyini bildirdi. Lakin məndən xahiş etdi ki, onun bu əqidəni qəbul etməsini kimsəyə söyləməyim. O, getdikdən sonra mən onun kimliyininn soruşduqda onun məşhur senator Covanni Aniellinin oğlu Eduardo olduğunu bildirdilər. O, şiəliyi qəbul etdikdən sonra adını dəyişdirib Hişam qoydu. Əlbəttə, bu barədə yalnız ona yaxın olanlardan savayı heç kəs bilmirdi.

Eduardo Aniellinin Iran Inqilabının rəhbəri Imam Xomeyni ilə görüşü haqqında Ayətullah Rəfsəncani öz kitabında yazırdı: "Iranda baş tutan görüşdə onlar Islam dünyasının problemlərindən danışdılar. Gələcəkdə düzəldilməsi mümkün olan işlər haqqında fikir mübadiləsi apardıllar."
Sonralar Eduardo, Imam Xomeyni ilə olan görüşünü həyatının bütünlüklə dəyişməsində xüsusi rol oynadığını deyirdi. Bəlkə də bu səbəbdən də Eduardo, Imam Xomeyninin qucaqlayıb öpdüyü ilk və son xarici vətəndaş idi.

Bu hadisədən xəbər tutan Italiya mediası Eduardonun Imam Xomeyni tərəfindən tilsimləndiyini yazdı. Bu yazılarda onun Islamı qəbul etməsi əsla qeyd olunmurdu. Təbii ki, bu xəbər senator Aniellini heç də sevindirmədi.

Turin şəhəri az qala bütövlüklə Anielli klanına məxsus idi. Bu klana aid olan bir çox zavod, fabrik, şirkətlərdə şəhər əhalisinin 70-80%-i işlə təmin olunmuşdu. Lakin təəccüb doğuran hal bu ailənin yeganə oğlu və varisi Eduardonun Islamı, xüsusilə də şiə əqidəsini qəbul edəndən sonra onun maddi çətinlikdə boğulması idi. O, təhqir olunur, böhtana məruz qalır, hətta həbs də olunurdu.

Doktor Hüseyn Abdullahi deyir: O, heç bir şey istəmir, durumundan şikayətlənmirdi. Eduardo sıxılır, əzilir, təhqir olunurdu.

Onun hər nəyi vardısa əlindən alınmışdı. Lakin o, əqidəsi naminə buna dözürdü.

Katolik xristianlığın beşiyi sayılan Italiyada klanın nüfuzunu qorumağa çalışanlar, başda Covanni Anielli olmaqla Eduardoya təzyiq göstərirdilər. Imkanları əlindən alınmaqla ona anbaan təzyiq artırdı. Getdikcə səfalət həddinə qədər enən Eduardo bunu əqidəsi yolunda bir imtahan adlandırırdı. Təzyiqlər isə davam edirdi.


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:24 | Mesaj # 8
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Onun dostları bildirirdilər ki, Turin şəhərinin yuxarı ətrafında yerləşən Aniellilər qəsri heç bir ictimai nəqliyyat vasitəsinin keçə bilmədiyi ərazi olduğu üçün burada gediş-gəliş yalnız xüsusi nəqliyyatla mümkün idi. Bu baxımdan da Eduardo çox çətinlik çəkirdi. Şəxsi maşını olmadığı üçün evə taksi ilə gələrkən yol haqqını dostları ödəyirdi. Lakin o, təmkinli olmağa çalışır, təbəssüm edir və Allah yolunda iradəli olmağın önəmli bir şərt olduğunu söyləyirdi.

Senator Covanni Aniellli Eduardonu bu yolla əqidəsindən döndərə bilməyəcəyini görüb yeni bir təzyiqə əl atacaqdı. Onun bu dəfəki təzyiq vasitəsi Eduardonu ruhi xəstəxanaya yatırması oldu.

Eduardo yəhudilərdən ibarət tibb heyətinin əlində bir gün öldürüləcəyini deyirdi. O, bu imtahana da dözdü.

Aldığı şərq fəlsəfəsinin elmi incəliyi, qəbul etdiyi Islam dininin mənəvi təfəkkür genişliyi və dostlarının əlaqələri onun tam sağlam olmasına əsas verərək ruhi xəstəxanadan çıxmasına kömək oldu. Xəstəxanadan çıxandan sonra dostları ona ölkəni tərk etməyi tövsiyə etdilər. Onun Irana getməsi daha məqsədəuyğun göründü. Lakin çox çalışsalar da Anielli klanı buna imkan vermir. Hətta Iran hava yolları da Eduardonun bu ölkəyə getməsini təmin edə bilmir. Səbəb isə Covanni Aniellinin bu işə qoyduğu açıq qadağa idi.

80-ci illərin sonu əqidə baxımından atası ilə yaranan konfliktlərin ardınca və Italiyanın nüfuzlu orqanlarının Eduardonun Islamı qəbul etməsini duyduqdan sonra senator Covanni Eduardo Anielli son addımını atdı. O, tək varisi, ailəsinin tək övladı Eduardonu varislikdən rəsmi surətdə məhrum edir. Bu addımına bir neçə şeyi əsas səbəb gətirsə də Islam bütün bunların fövqündə dururdu. Klan işlərinin idarə şurası Eduardonun bibisi oğlunu varis olaraq elan edir. Eduardo bu xəbəri eşidəndə bibisi oğluna məktub yazaraq varisliyə görə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.

Eduardonun bundan sonrakı həyatı dini problemlərin həlli, ac və səfillərin acınacaqlı həyat tərzinin yaxşılaşdırılması istiqamətində davam edir. O, bir çox şəhərlər gəzir, Iran-Italyan cəmiyyətinin xətti ilə yardımlar göstərir. 1990-cı ildə o, Keniyaya, Xose Marina şəhərinə yollanır. Bu çəhərin ən kasıb məhəllələrində yaşayan müsəlman zəncilərlə görüşür, onların taleyi, yaşayış tərzləri haqqında maraqlanır. Burada qalmaq Eduardo üçün yerli camaatla daha yaxın ünsiyyət qurmağa əsas verirdi.
Bir gün o, məhəlləni dolaşarkən qonşuluqda onunla bərabər yaşayan iki avstraliyalinin elə küçədəcə narkotik maddə qəbul etdiyini görür. Onlara yaxınlaşan Eduardo bu əməlin Allah tərəfindən mənfi olduğunu söyləyir, eyni halda başqalarına da mənfi təsir qoyacağını bildirir. Bu hadisədən bir gün sonra isə klan tərəfindən qurulan oyunla həmin iki avstraliyalını həbs edən polis işçiləri qonşu evdə yaşayan Eduardonu da həbs edirlər. Ittiham olaraq bildirirlər ki, guya o, həbs zamanı əlində olan 300 qram narkotik maddəni pəncərədən həyətə atıb. Beləliklə Eduardo, avstraliyalılar ilə birlikdə həbs olunur.

Qısa bir müddətdə Italiya mətbuatı Eduardonun narkotika ilə məşğul olan düşgün narkoman olduğunu yazırlar. Oğlunun nüfuzunu guya qorumağa qalxan Covanni Anielli Keniyaya gəlir və Eduardonu Italiyaya qayıtmasını , bu işin isə vəkillər tərəfindən yoluna qoyulacağını təmin edəcəyini bildirir. Ancaq Eduardo bununla razılaşmır. Özü bu işlə məşğul olacağını, həqiqi adını bərpa edəcəyini bildirir.

Məhkəmədə şahid qismində olanlar Eduardonun narkotikanı pəncərədən atdığını iddia edirlər. Belə olan halda Eduardo onu həbs etdikləri yerə aparmağı və şahidlərin bu hadisəni gördükləri kimi göstərmələrini xahiş edir. Bu xahişi qəbul edən müstəntiqlər şahidlərlə birlikdə müttəhimi hadisə yerinə gətirirlər. Həmin evin sahibi göstərilən pəncərənin artıq neçə ildən bəri bağlı olduğunu və açılmasının mümkün olmadığını deyir. Məhz danılmaz fakta əsaslanandan sonra Eduardo azadlığa buraxılır. O, Turinə qayıdır.

1997-ci ildə Eduardonun varisliyə təyin olunmuş bibisi oğlu qəflətən dünyasını dəyişir


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:27 | Mesaj # 9
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Bundan sonra Covanni Anielli, qızının milliyyətcə yəhudi olan ikinci ərindən dünyaya gəlmiş oğlunu Con Elkonanı varis təyin edir. Lakin birinci varislikdən fərqli olaraq Eduardo kökü yəhudi olan Conun varisliyini çox sərt qarşılayır, kəskin surətdə bildirir ki, varislik hüququnu geri qaytaracaq. Pulun heç zaman əsas məqsəd deyil, yalnız vasitə olduğunu deyən 46 yaşlı fəlsəfəçi Eduardo öz hüquqlarını müdafiə etməyə qalxır.

Getdikcə işin mürəkkəbliyini görən dostları ona ehtiyatlı olmağı məsləhət bilirlər. O isə deyirdi: Nə qədər ki, atam sağdır, mənə heç bir şey edə bilməzlər.

O, öldürüləcəyini bilirdi.

Hüseyn Abdullahi: Onun ölümündən bir həftə qabaq biz bir yerdə idik. Mən ertəsi gün Irana gedəcəyimi ona dedim. O da getmək istəyirdi. Bir an düşünüb yaxın zamanda Irana gələcəyini bildirdi.

Hüseyn Abdullahi ilə son görüşündə yaxın müddətdə Irana gələcəyini, bu ölkədən siyasi sığınacaq alıb yaşayacağını, dini-elmi mərkəz olan Qum şəhərində dini təhsilini davam etdirəcəyini söyləmişdi.

Hüseyn Irana yola düşəndə o, növbəti görüşlərinin Iranda olacağına inanırdı.

Lakin onların son görüşündən bir həftə sonra 2000-ci il noyabr ayının 15-i General Franko adına körpünün üstündə Eduardoya məxsus avtomobilin qapıları açıq halda durduğunu görən Fiat şırkətinin işçilərindən biri Frankini maşınından düşür. Eduardonun maşınına yaxınlaşır.

Maşında heç kəsin olmadığını görəndə maraq və həyəcanla yaxınlıqdakı maşın təmiri məntəqəsinə gəlir. Heç bir şey öyrənə bilməyib yenidən geri qayıdır. Ətrafı gəzir və 100 metr hündürlükdən aşağı, çınqıllıqların üstündə Eduardonun cəsədini görəndə dəhşətlə qışqırır.

Ölüm xəbəri sürətlə yayılır. Başqalarından fərqli olaraq həmişə Eduardonun əhatəsində olan azsaylı əqidə dostları bu hadisənin mümkünsüzlüyünü deyirdilər.

Eduardonun yaxın dostlarından birinin araşdırmaları və göstərdiyi faktlar çox maraqlı idi.

Bu faktlar Eduardonu başqa yerdə öldürüb cəsədini özünəqəsd kimi körpüdən atıldığını təsdiqləyirdi.

Bu işlə məşğul olan prokurorluq isə nəinki işin gedişini izləməyi, hətta bu barədə maraq göstərənləri də təzyiqə məruz qoyurdu.

Beləcə Aniellilər klanına məxsus böyük mafiya Eduardonun ölüm faktını özünəqəsd kimi qiymətləndirərək bu işi bitmiş hesab etdilər. Turindən 40 km aralıda, Aniellilərin şəxsi qəbristanlığında yalnız yaxın ailə üzvlərinin iştirakı ilə Eduardo xristian təriqətilə dəfn olundu.

Baş verən hadisə xristianlığın ürəyi sayılan Italiyada cərəyan etdiyindən şiə təriqətli insanın qətlə yetirilməsi danılmaz bir fakt idi


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
Генералиссимус Tarix: Çerşenbe, 28.05.2008, 19:34 | Mesaj # 10
Leytenant
Qrup: İdareçi
Mesajlar: 65
Tərif: 4
Status: Xetden kenar
Allah sene rehmet elesin Hisham qardashim.Amin!!!

Allah senin qatillerine ve cemi islam dushmenlerine lenet elesin.amin!!


Allahin acha bilmeyeceyi qapi yoxdur!!!
 
411 Tarix: Cüme axşamı, 29.05.2008, 10:20 | Mesaj # 11
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Qeneralissimus, Allah senden razi olsun momin qardash haqqinda yazdigin uchun!

Peygember(s)buyurub: "En teqvali insan onun xeyrine ve ya ziyanina olmasindan asili olmayaraq haqqi deyendir".

Imam Ali(a) buyurub: "Allah yaninda en ustun insan odur ki, haqq onun uchun zererli ve qusseli, batilse mefeetli ve artimli olsa da, haqqa emel etmeyi batile emel etmekden chox sevsin".


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
Asiye Tarix: Cüme axşamı, 29.05.2008, 14:09 | Mesaj # 12
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
General,Allah sennen razi olsun...nece yerine dushdu..
Allah Hisham qardasha da rehmet elesin.Cox zulmler edilib ona:(
Cox tesirlidi ve ibretli heyati var,ele o ibretden qorxub onu oldurubler ki, bashqalarina da numune olmasin.Amma olumu de ibret olacaq insanlara..
bize dushen bele muselmanlari tanimaq ve tanitmaqdi
Bir daha teshekkurler


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Asiye Tarix: Cüme axşamı, 29.05.2008, 14:16 | Mesaj # 13
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Almusavi
Inshallah daha etrafli yazarsiz Fexrulislam haqqinda,biz de oxuyib oyrenerik.Cunki hec bir bilgim yoxdu onun haqqinda.
Allah razi olsun



Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Esdem Tarix: Cüme axşamı, 29.05.2008, 17:14 | Mesaj # 14
Leytenant
Qrup: VIP
Mesajlar: 94
Tərif: 7
Status: Xetden kenar
Генералиссимус,
Cox teshekkurler. Daha filme baxmaq istemirem hec. Allah razi olsun. Allah xeyirli olum nesib etsin. Amin
Asiye, movzu ucun teshekkurler. Inshallah bir sheyler yazariq.


HICBIR GÖNÜLE ONUN KAPILARINI KIRARAK GIRME!
GIRILMEZ!!!
 
Almusavi Tarix: Cüme, 30.05.2008, 17:49 | Mesaj # 15
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
[b]Asiye, Çalışaram etraflı məlumat öyrənim. Öyrənsəm yazaram.
[/b]
Fayl: Franszulduzfutb.doc(30Kb)


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Almusavi Tarix: Cüme, 30.05.2008, 17:59 | Mesaj # 16
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Fayl: Braziliyalfutbo.doc(24Kb)


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Asiye Tarix: Şenbe, 31.05.2008, 21:18 | Mesaj # 17
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Almusavi, Allah razi olsun
Sade adamlarin da islami qebul etmesi sevindiricidir,amma meshur futbolchularin Haqqa gelmeleri 2 qat sevindirir.Cunki onlar gozonunde olan adamlardi,basqalari belke onlardan ornek goturur.


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Asiye Tarix: Şenbe, 31.05.2008, 21:19 | Mesaj # 18
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Napolen Bonapart : “ Bəşəriyyətin səadəti təkcə Quranının ohdəsindədirş Ümidvaram ki, yaxın gələcəkdə dünya olkələrinin bilikli və təhdil almış şəxslərini bir yerə yığaraq, danılmaz bir həqiqət olan Quran əsaında hökümət yaradaq. Çünki Quran xalqı səadətə çatdırmağa qadirdir ! “ .

Mahatma Qandi, hind xalqının rəhbəri : “ Məhəmmədn hamıdan çox inanıram ki, “ qılınc gücü “ – zorakılıq, İslam üçün o günlərdə həyata qədəm atmaq üçün o qədər də rol oynamamışdır, bəlkə bu Məhəmmədin fədakarlığı, sadəliyi idi... Mənim üçün bunu bilmək kifayətdir ki, Məhəmməd milyonlarla imsanın arasında, yalnız Allahdan qorxurdu. O dunyadan getdi, bir halda ki, dünya malından bir şeyi yoxdu. O dünyaya həris deyildi, hətta ölüm onu haqlarkən da, ən kiçik haqqı olan tələbkarlarından belə imtina etmədi.
Quran çox hukmətli bir ilahi kitabdir. Burada insanların məhzəbini zor gücünə dəyişdirməyə icazə verilmur. Bu müqəddəs kitab açıqca buyurur : “ Dində heç bir məhzəb yoxdur ! “ .

Məhşur ingilis yazıçısı-tənqidçisi Bernard Şou belə buyurur : “ Öncədən görürəm və indi də onun nişanələri görünməkdədir ki, Məhəmmədin dini “ Sabahkı Avropa “ tərəfindən qəbul olunacaq. Mənim fikrimcə əgər Məhəmməd kimi birisi bu gün dunyanın rəhbəri olsaydı, dünyamızın problemlərini o dərəcədə həll edərdi ki, bəşər üçün sülh və rahatlıq təmin edilmiş olardı ! Dünya üçün tək bir din seçmək lazım olduqda, o mütləq İslam dini olacaqdır ! “ .

R.Bosvort Smit özünün “ Məhəmməd və müsəlmanlıq “ kitabında yazır : “ Tarix boyunca Məhəmmədə bənsərsiz xöşbəxtlik nəsib olmuşdur ki, üç əsas cəhətdən fərqlənir : Ən əvvəl o millətin təsisçisidir. İkincisi, o vahid hökümət və dövlət yaratmışdır. Ücüncüsü isə, çox gözəl bir qanun və din yaratmasıdır ! Məhəmməd öz ömrünün sonunadək fəqət bir adla tanındı - “ Peyğəmbər “ ! Məhəmmədən tamam-kamal cürətlə inanıram ki, bir gün xristianlığın ən ali və düzgün filosofları ona iman gətirəcak, ona təslim olacaqlar və təsdiq edəcəklər ki, Məhəmməd həqiqətən ilahi peyğəmbərdir ! “ .

Alman mütəfəkkiri və dünya şöhrətli yazıçı Höte dəyir : “ Uzun illər Allahsız keşişlər, bizi müqəddəs Quranın həqiqət və əzəmətinə agah olmaqdan uzaq saxlamışlar. Amma nə qədqər ki, elm yolunda addımlayırıq, yersiz cəhl və təəssübkeşlik pərdələri gözümüzün önündən kənara çəkilir ! Tezliklə bu bənzərsiz kitab aləmi özünə cəlb edib və dünyəvi elmlərdə öz güclü təsirini qoyub və nəhayət bəşərin qayıdış yeri olacaqdır ! Bu kitab bizi çox heyrətləndirdi ! O qədər heyrətləndirdi ki, onun olduqca dəyərli elmi üsul və qanunları qarşısında baş əydik ! “ .

Marksizmin banisi və ensiklopedik biliyə malik Karl Marks dəyir : “ Yəhudilik və Xristianlıq dininin səhflərini bilən ərəb, şücaətlə ayağa qalxaraq, müşrik və bütpərəstləri ruhun əbədiliyinə dəvət etdi. Bu əməl heç də öldürülmək qorxusundan kənar deyildir. Biz onu tarixin böyük şəxsiyyətlərindən bilərək, onun Peyğəmbər olduğuni etiraf edirik. Biz həqiqətən də, “ Məhəmməd asimandan yer üzünə xəbər gətirən ilahi elçidir ! “ söyləməliyik ! “ .

Alman fiziki Albert Eynşteyn buyurur : “ Quran heç dünya cəbr və həndəsə kitabı deyildir. Quran elə bir qanun toplusudur ki, dünyanın tanınmış filosoflarının təyin etməkdə aciz qaldıqları, bəşəriyyətin doğru yola yönəlməsi üçündür ! “ .

Dikort : “ Etiraf etnək lazımdır ki, Avropada yayılan təbii elmlərin hamısı Quranın göstərişlərindən bəhrələnmişdir. Biz müsəlmanlara borcluyuq, bəlkə Avropa bu cəhətdən İslamın bir şəhəridir ! “ .

Jül Ladam : “ Elm dünyaya müsəlmanlardan gəldi, müsəlmanlar isə onu Qurandan aldılar. O bir dənizdir ki, arxlarını bəşəriyyətə yaymışdır ! “ .

Lev Tolstoy : “ İslam dininin gözəllik və sadəliyini anlamaq istəynlər, Qurana üz gətirsinlər və bu gözəl kitabı oxusunlar. Çünki bu müqəddəs kitabda Məhəmməd ruhunun paklığı İslam dininin üstünlüyünə dəlalət edən çoxlu ayələr vardır “ . Lev Tolstoy Vəkilovaya yazdığı maktubunda İslamın Xristianlıqdan üstün olduğunu göstərməklə, İslam barəsində öz fikrini qısa və mükəmməl olaraq belə ifadə etmişdir : “ Əgər insanın qarşısına seçmək üçün iki yol qoyulsa ( İslam və provaslıq ) , onda şübhəsiz, hər bir ağlı başında olan insan İslamı seçməli olar ! “ .


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Asiye Tarix: Şenbe, 31.05.2008, 21:28 | Mesaj # 19
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
Menim ozume chox maraqlidi Karl Marks kimi ateist bir insan hz Mehemmedin(s) peygemberliyini nece tesdiq edib ?
ve yaxud da bu kimi digerleri ...tesdiq ediblerse nece muselman olmayiblar?


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
Esdem Tarix: Çerşenbe, 04.06.2008, 21:19 | Mesaj # 20
Leytenant
Qrup: VIP
Mesajlar: 94
Tərif: 7
Status: Xetden kenar
Hz. Muhammedin (s.a.s) insan olmasi etibarile butun besheriyyet mutleq menada Onunla fexr edir. Cunki o Zat, ummiliyi ile yanashi, 13 esr evvel ele qanunlar ve esaslar getirmishdir ki, biz avropalilar iki min il sonra Onun qiymetini ve heqiqetini derk etsek en xoshbext, en seadetli nesiller olariq. (Shebol)

Bu Zatin etrafina meqsedyonlu yigdigimiz yalanlar bizim ucun sadece bir ayibdir. Sesiz ve boyuk bir ruh, ancaq, ciddi ola bilen bir shexs... Meqsedi dunyani aydinlatmaqdi, cunki dunyani Yaradan bele emr etmishdir. (Thomas Carlyle)

Muhammed (s.a.s) kralligin ehtishamini cox xor gorurdu. Allahin elcisi ailesinde bir xidmetci kimi davranir, ocagi qalayir, yer supurur, qoyunlari sagiir, paltarlarini ve ayaqqabilarini ozu temir edirdi. Bir rahib bir keshish menzereini de tesvir etme ehtiyacini duymadan cox tebii bir zuhd heyati yahayirdi. (Edward Gibbon)

Hem dovletin, hem mescidin bashi. Hem Sezar, hem Papadir. Lakin Papanin suniliklerini dashimayan bir Papa. Ve xususi birliyi, ozel qorumlari, her zaman silah altinda bir ordusu, polis gucu ve sabit geliri olmayan bir Sezardir. Eger tarixde her baximdan ilahi qaynaga istinad ederek hokm vermish biri varsa, o da Muhammeddir. Cunki, O en gucluydu, feqet guce ehemiyyet vermirdi. Shexsi heyatinda ne qeder sade idise xalqin icinde de o qeder sade idi. Muhammedin (s.a.s)dininde her shey ferqlidir. Onun haqqinda gizli ve kolgeli sheyler deyil, aciq bir tarix var. Muhammedin (s.a.s) xarice yonelik tarixini bilirik. Onun missiyasinin elani ile bashlayan daxile yonelik tarixi haqqinda iise mensheyi ve muhafizesiyle tayi beraberi olmayan ve haqqinda hec kimin ciddi bir shubhe sure bilmediyi en Esil Bir Avtoritete esaslanan bir kitaba sahibik.
(Revere Bosworth Smith)

Eger qayenin boyukluyu. Vasitelerin azligi ve neticenin teecub dogurmasi insan duhasinin 3 olcusudurse, onda modern dovrun tarixinde kim Muhammedle muqayise oluna biler ki?... Fikirlerin filosofu, xetibi, elcisi, ortaya atani, cenkcisi ve fatehi. Rasional inanclarin, tesvir, timsal, heykelleri olmayan bir dinin ve 20 dunyevi, bir menevi dovletin qurucusu-Muhammed. Insan ezemetinin teyini ucun lazim olan butun meyarlar daxilinde sorushuruq: “Ondan daha boyuyu varmi?” (Alphonse de Lamartine)

“...Men iddia edirem ki, Muhammed mumtaz bir quvvedir. Yaradanin ikinci bele bir varligi varlig alemine getirmesi ehtimallardan cox uzaqdir. Sene muasir bir vucud ola bilmediyim ucun muteesirem, ey Mehemmed! Muellimi ve nashiri oldugu bu kitab Senin deyildir, o Ilahidir. Bu kitabin Allahdan oldugunu inkar etmek, musbet elmlerin batil oldugunu iddia etmek qeder guluncdur. Buna gore de besheriyyet Senin kimi mumtaz bir qudreti bir defe gorub ve bir daha gormeyecekdir. Men huzurlarinda kemali-hormetle eyilirem” (Shahzade Otto Von Bismarch)

“Prusyalı devlet adamı, modern Alman devletinin kurucusu Prens Otto Von Bismarck (1815-1898) O’nu anlatırken, "Seninle aynı asırda bulunamadığım için üzgünüm ey Muhammed! İnsanlık senin gibi bir şahsiyeti bir daha göremeyecektir" diyecektir.

Gelecek esrlerde Ingiltere yox, butun Avropada hakim olma shhansina sahib bir din varsa, bu din Islam ola biler. Qeyri adi canliligina gore Mehemmedin dinine daima boyuk qiymet vermishem. Bu din mene varligin ve heyatin deyishen cohresini menimseye bilen ve her dovre xitab ede bilen yegane din olaraq gorunur. O mohteshem shexsi de arashdirdim ve mence O neinki deccal, insanligin qurtaricisi olaraq adlandirilmalidir. Inaniram ki, onun kimi biri muasir dunyada hakimiyyeti ele kecirse, bu dunyanin en cox ehtiyaci olan sulh ve emin amanligi temin etmekle, dunyanin butun problemlerini helleder. Bir fikrim var: Mehemmedin minanci, sabahin Avropasinda qebul olunacaq. Cunki eslinde ele bu gunun Avropasinda qebul olunmaga bashlanmishdir. (Inshallah) (Sir Georged Bernard Shaw)

Dunyaya en cox tesir eden shexslerin siyahisinin bashinda Mehemmedin adini cekmeyim bezi oxucularimi teecublendirecek, bezileri ise meni tenqid edecekler. Lakin, dunyada hem dunyevi, hem d dini cehetden en muveffeqiyyetli yegane insan Odur. Dekem olar ki, Mehemmedin Islam dini uzerindeki shexsi tesiri, Isa Mesih ve Eziz Pavlosun xristianliq uzerinde birge tesirinden daha coxdur. Dunyevi ve dini tesirin tarixde analoqu gorunmemish shekilde birleshmesi Mehemmedin tarizin en onemli shexsiyyeti olmasina kifayetdir. (Michael Hart)

Ozu tamamile umumi olsa da, kainati cox yaxshi mutalie etmish zehni sayesinde en oxumush ve agilli muxalifleri ile de mubahiselere girmish ve O teqib edenlerin icinde en alt seviyyede olanlarin bele idrak seviyyesinde seslene bilmishdir. Sade belageti, izzet ve inceliyi ozunde cemleshdire bilmesi ile boyuk tesir gucu qazanaraq daxili ehtisham ve hokumet telqin edirdi. Eyni anda savadlini tesiri altina alan bisavada hokm eden bir duha ve ya istiqametlendirici bir edaya sahibdir. (Charles Stuart Mills)

Mehemmed tarixin yegane ve boyuk bir gerceyini heyatlarinin menasi halina getirmek seadetine nail olmush bir nece xoshbext insandan biridir, O, Allahin Resulu idi ve heyatinin sonuna qeder kim oldugunu ve varliginin ozu olan Islami hec bir zaman unutmadi, Aldigi vehyi xalqina cox boyuk bir ciddiyetle, lakin eyni zamanda en shirin bir tevazokarliqla catdirirdi.
(Stanley Lane-Poole)

Ama belki en çarpıcı olanları; yattığı hastaneden dostuna gönderdiği mektubunda, "Bana Kuran-ı, Kant’ın ve Hengel’in kitaplarını getir" diyen Dostoyevski veya Hz. Peygamber’in hadislerini derleyen ve O’na imanını haykıran Rus yazar Tolstoy’dur.
Hepsi Hz. Muhammed’e(SAV) hayranlıklarını ilan etmişlerdir.”

Lev Tolstoy / Muhammed (s.a.v) / Gizledilen kitab

BU LINKDE: http://xariciedebiy yat.azeriblog. com/2008/ 02/29/lev- tolstoy-hzmehemm edin-hedisleri- islam-haqqinda- gizli-kitabi


HICBIR GÖNÜLE ONUN KAPILARINI KIRARAK GIRME!
GIRILMEZ!!!
 
Asiye Tarix: Cüme axşamı, 12.06.2008, 23:00 | Mesaj # 21
Mayor
Qrup: VIP
Mesajlar: 149
Tərif: 12
Status: Xetden kenar
[b]Esdem,
Yene tekrar teshekkur edirem .Butun muselmanlar tanimalidi oz mehshur din qardashlarini ki, sabah bir xristian ya ateistle sohbet olanda ,ve yaxuda da devet esnasinda ornek kimi gostersin.[/b]

Kapitan Kusto
Mehshur deniz seyyahi,alim,tedqiqatchi,ixtirachi oz dili ile bele deyir:"Atlantik okeani ile Araliq denizinin birbirine qarishmadigini gordum , elmi cehetden subut etdikden sonra bu melumatin 1400 il evvel Qurani-Kerimde bildirildiyini oyrenince islamin haqq din olduguna inandim ve muselman oldum."


Ana rahminden geldik pazara,
Bir kefen aldik donduk mezara.
 
rebbani Tarix: Cüme, 20.06.2008, 23:44 | Mesaj # 22
İstifadeçi
Qrup: VIP
Mesajlar: 19
Tərif: 2
Status: Xetden kenar
Asiye, Esdem
Allah razi qalsin sizden.men chox sevirem bele melumatlari.imkan varsa ardi gelsin.


Ve rettil Quranen tertila.
 
Forum » FORUM-TEKST » DÜNYA » Islami qebul etmish meshurlar
Страница 1 из 11
Поиск: