Bazar, 29.12.2024, 02:02
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
İmamet
al-shia Tarix: Çerşenbe axşamı, 29.01.2008, 22:45 | Mesaj # 1
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
İMAMƏT

Dini əqidələrimizin əsaslarından biri də «İmamət» mövzusudur.

İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm xalq üçün ilahi peyğəmbər olmaqla yanaşı, müsəlman ümməti üçün dahi rəhbər də sayılırdı.

Amma bütün ilahi peyğəmbərlər bir gün dünya ilə vidalaşdığı kimi, İslam peyğəmbəri də 63 il yaşayaraq 23 il peyğəmbərlikdən sonra vəfat etdi.

Hər bir ağıl və düşüncə sahibinin zehnində yaranmış sual bundan ibarətdir ki, İslam peyğəmbəri öz vəfatından sonra müsəlman ümmətinin rəhbərliyini kimin öhdəsinə qoymuş və bu ağır vəzifə üçün kimi tə'yin etmişdir?

Əhli-beyt məktəbinə mənsub olanların əqidəsi bu barədə aydındır və onlar bu məsələdə bir sıra möhkəm və tutarlı dəlillərə, əsaslanırlar.
İMAMƏTİN MƏ'NASI

İmamət ərəb sözü olub, rəhbərlik mə'nasını daşıyır. Dini termində isə «İmamət» sözünü belə izah edirlir: «İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola də'vət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır.»
QUR'AN VƏ İMAMƏT

Qur'ani-kərimin bir sıra ayələrinə nəzər saldıqda imamət və rəhbərliyin xüsusi əhəmiyyət daşıdığını körür və bununla da aşağıdakı nəticələri almaq olar:

1-Qur'ani-kərimin buyurduğuna görə, Allah təala İbrahim peyğəmbərə peyğəmbərlikdən sonra imamət məqamı vermişdir. Bu isə imamət məqamının böyük əhəmiyyət daşıdığını göstərir.[78]

2-İmamət və rəhbərlik iki qismə bölünür ki, onlardan biri hidayət, digəri isə küfr və azğınlıq rəhbərliklərindən ibarətdir.[79]

3-Qiyamət günü əməllərin hesabı üçün hər bir insan və hər bir millət öz imamı ilə birlikdə çağrılacaqdır.[80]

4-Allahın təqvalı və pərhizkar bəndələrinə imam olmaq mö'minlərin duasıdır. [81][/i]

Добавлено (29.01.2008, 21:43)
---------------------------------------------
İMAMƏTİN LÜZUMU

Qeyd etdiyimiz kimi, İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm 23 il peyğəmbərlikdən sonra vəfat edib, əbədi diyara köçdü.

Peyğəmbərimizin isə özündən sonra xalq üçün imam (rəhbər) tə'yin etməməsi heç bir ağıl və düşüncə ilə uyğun gəlmir.

Kiçik bir dəstəni başçısız və rəhbərsiz təsəvvür etmək mümkün olmadığı bir halda böyük İslam ümmətini rəhbərsiz fikirləşmək və onun üçün başçı tə'yin etməmək ağıl və məntiqlə uyğundurmu?

Bir gün İmam Sadiq əleyhissalamın şagirdlərindən biri olan Hişam ibni Həkəm, Bəsrə şəhərində yaşayan Mö'təzilə e'tiqadlı sünnü alimi Əmr ibn Übeydin evinə gəldi, amma Əmr onu tanımadı. hişam üzünü ona tutub soruşdu?

Nə üçün Allah sənə iki göz verib?

-Əmr ibni Übeyd: Onların vasitəsi ilə baxmağım üçün.

-hişam: Allah nə üçün iki qulağı xəlq etmişdir?

-Əmr inbi Übeyd: Onların vasitəsi ilə eşitmək üçün.

-Hişam: Allah nə üçün ağız və burun xəlq etmişdir?

-Əmr ibni Übeyd: Ağızla yemək, dadmaq və burunla iyləmək üçün.

Hişam: Allah nə üçün ürəyi xəlq etmişdir?

-Əmr ibni Übeyd: Bədən üzvlərinin fəaliyyətini tənzim etmək və onlara bir növ rəhbərlik etmək üçün.

Hişam ibni həkəm ayağa qalxaraq dedi: Ey Əmr! İnsanın bədən üzvləri üçün başçı qəbul edir, amma bu böyük ümmət üçün imam və rəhbəri qəbul etməyərək (həzrət Peyğəmbərin özündən sonra ümmətə rəhbər tə'yin etmədiyini iddia edirsən!?) [82]

Elə buna əsasən peyğəmbərdən sonra İslam ümməti üçün imam (rəhbər) tə'yin edilməsi və onun lüzumu hamı üçün aydın və aşkardır.

Bu haqda inadkarlıq edib ayrı sözlər danışanlar isə daha ətraflı fikirləşməli və məntiqə uyğun sözə tabe olmalıdırlar. Qur'ani-kərim bu haqda belə buyurur:

«Ey peyğəmbər! Müxtəlif sözlər eşidib onların ən yaxşısına tabe olanlara müjdə ver. »[83]

Bu isə məhz Allah kəlamıdır və Allah kəlamı istər əhli sünnət, istərsə də şiə tərəfindən qəbul olunmuş bir kəlamdır.

Buradan belə nəticə alırıq ki, Həzrət Peyğəmbər (s) özündən sonra ümmət üçün rəhbər və ya rəhbərlər tə'yin etmişdir. Bu rəhbərlərin kimlər olduğu barədə isə «Həzrət peyğəmbərin canişinləri» bəhsində söhbət açacağıq.

Добавлено (29.01.2008, 21:44)
---------------------------------------------
[i]İMAMƏTİN XÜSUSİYYƏTLƏRİ

Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə'zisi aşağıdakılardan ibarətdir:

1-İmamın Allah tərəfindən tə'yin olunması:

Əhli sünnət e'tiqadının əksinə olaraq, Şiə məzhəbi imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə'yin edilməsinə əqidə bəsləyir. Allah təalanın tə'yin etdiyi şəxs isə, peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə tə'kid etmişdir.

2-İmamın ilahi biliklərə yiyələnməsi:

Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.

3-İmamın mə'sum olması:

Həzrət Peyğəmbərin günah və səhvlərdən mə'sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə'sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.

4-İmamın ədalətli olması:

Xalqın İslam dininin də'vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.

5-İmamın xalqdan təmənnasız olması:

İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.

Добавлено (29.01.2008, 21:45)
---------------------------------------------
al-shia.com saytından götürülüb!
Buyurun bu haqda fikirlərinizi yazın!


 
al-shia Tarix: Bazar ertesi, 02.06.2008, 23:10 | Mesaj # 2
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
Sualım budur ki, imamət üstündür ya nübuvvət? Dəlillərə əsaslanaraq cavbalayın xahiş edirəm

 
ZehrayiNur Tarix: Cüme, 06.06.2008, 08:26 | Mesaj # 3
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
1-Qur'ani-kərimin buyurduğuna görə, Allah təala İbrahim peyğəmbərə peyğəmbərlikdən sonra imamət məqamı vermişdir. Bu isə imamət məqamının böyük əhəmiyyət daşıdığını göstərir.[78]

2-İmamət və rəhbərlik iki qismə bölünür ki, onlardan biri hidayət, digəri isə küfr və azğınlıq rəhbərliklərindən ibarətdir.[79]

3-Qiyamət günü əməllərin hesabı üçün hər bir insan və hər bir millət öz imamı ilə birlikdə çağrılacaqdır.[80]

4-Allahın təqvalı və pərhizkar bəndələrinə imam olmaq mö'minlərin duasıdır. [81]


Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
al-shia Tarix: Cüme, 06.06.2008, 08:46 | Mesaj # 4
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
ZehrayiNur, konkret cavab vermədin, imamət üstündür ya nübuvvət?

 
ZehrayiNur Tarix: Şenbe, 07.06.2008, 16:28 | Mesaj # 5
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
al-shia, bilseydim yazardimdaa..... surprised

Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
411 Tarix: Bazar ertesi, 09.06.2008, 14:51 | Mesaj # 6
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Qur'an: "(Yadina sal ki,) Ibrahimi oz Rebbi birneche sozle imtahana chekdiyi zaman o Allahin emrlerini tamamile yerine yetirdi. Bele olduqda Allah ona"seni insanlara imam teyin edeceyem"dedi.

Imam Sadiq(a)buyurub: Allah-taala Ibrahimi(a) peygemberliye goturmemishden qabaq onu bendeliye goturdu, ve onu risalet meqamina sechmemishden qabaq nubuvvete chatdirdi. Hemchinin onu dostluga sechmemishden qabaq oz resulu etdi ve onu oz imami etmemishden qabaq oz dostu etdi. Bu meqamlarin hamisini onda toplayandan sonra buyurdu:"Men seni insanlarin imami ve bashchisi teyin etdim!"


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
ahlibeyt14mesum Tarix: Bazar, 24.08.2008, 00:54 | Mesaj # 7
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
«Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim»(Maidə, ayə 3)

İmam Baqir (ə): «İslam beş sütun üzərində möhkəmlənib: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şeyə vilayət qədər dəvət olunmayıb


Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
Qardas Tarix: Bazar, 24.08.2008, 20:09 | Mesaj # 8
Leytenant
Qrup: İstifadeçi
Mesajlar: 86
Tərif: 1
Status: Xetden kenar
İmammət nübuvvətdən sonra gəlir.

Məni təbliğ et məni tanıtdır !
 
ahlibeyt14mesum Tarix: Bazar ertesi, 25.08.2008, 00:23 | Mesaj # 9
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
Qardas duzdu
tovhid
edl
nubuvvet
imamet
mead


Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
  • Страница 1 из 1
  • 1
Поиск: