Cüme axşamı, 28.03.2024, 22:29
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Forum » FORUM-TEKST » İSLAM » MISYAR NEDIR? (NIGAH - MISYAR - SIQE(MUTE))
MISYAR NEDIR?
KOVSER Tarix: Şenbe, 30.08.2008, 19:23 | Mesaj # 1
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 20
Tərif: 2
Status: Xetden kenar
MISYAR HAQQINDA NE BILIRSIZ?

Добавлено (30.08.2008, 19:23)
---------------------------------------------
misyar evliliyinde kishi deyir ki qadinin yanina 2 gunden bir yox heftede 1 defe gelecem ve s.buda mehr , shahidlerle ve vali ile olur/

bu ehli sunne mezhebinde olan bir evlilikdir..adida MISYARDI

niyyetide ancaq vaxt kecirmek ve ya dincelmekdi yani bele qenaete gelmek olar eyer kishi heftede bir defe gelirse qadinin yanina.

ahlibeyt14mesum Tarix: Şenbe, 30.08.2008, 19:27 | Mesaj # 2
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
Bütün Islam alimləri inanırlar ki, müvəqqəti nikah Peyğəmbərin (s) mübarək ömrünün bütün dövrlərində qanuni, şəri bir iş olmuşdur, amma bir qrup deyir ki, ikinci xəlifənin dövründə də olmuş və onun tərəfindən qadağan edilmişdir. Digər bir qrup isə deyir ki, Peyğəmbərin (s) sağlığında və onun öz tərəfindən qadağan edilmişdir. Biz Əhli-beyt (ə) ardıcılları hamılıqla inanırıq ki, bu hökm heç vaxt qadağan edilməmiş, öz qüvvəsində qalmışdır. Əlbəttə, müəyyən şəraitlər daxilində.
Bu əqidədə sünnülərin az bir qrupu bizimlə müvafiq, əksəriyyəti isə müxalifdir. Onlar həmişə bu məsələ barədə irad tuturlar. Amma nəinki bu irada yer yoxdur, üstəlik bir çox ictimai problemlərin həll olunması üçün güclü bir variant gözəl bir həll yoludur.

Bu mətləbin şərhini gələn bəhslərdə oxuyacaqsınız.
1-Zərurətlər, ehtiyaclar…

Camaatın çoxu, xüsusilə cavanlar daimi əqdlə evlənə bilmirlər. Çünki daimi nikah müəyyən müqəddimələrə, xərclərə və müxtəlif məsuliyyətin qəbul edilməsinə bağlıdır və onun üçün hazırlıq işləri müəyyən qruplar üçün müyəssər deyildir.O cümlədən:

a-Cavanların çoxu, xüsusilə bizim əsrimizdə təhsil dövrünü keçirməkdə olan cavanlar daimi nikahla evlənməyə qadir deyildirlər. Çünki nə onların işi peşəsi vardır, nə münasib məskəni, nə də sair xərcləri. Onlar nikah mərasimlərini nə qədər sadə bərqərar etməyə çalışsalar belə yenə də lazımi vəsaitləri tədarük görə bilmirlər.

b-Müəyyən şəxslər evlənirlər, lakin xarici ölkələrə səfərə çıxdıqda və səfər uzun müddət davam etdikdə müəyyən cinsi məhrumiyyətlərə dücar olurlar; nə həyat yoldaşlarını özləri ilə apara, nə də yenidən həmin ölkədə daimi evlənə bilirlər.

c-Bəzi qadınlar müxtəlif xəstəlik və sair problemlər üzündən öz həyat yoldaşlarının cinsi ehtiyaclarını təmin etməyə qadir deyildirlər.

ç-Əsgəri xidmət, sərhədlərin qorunması və s. üçün kimi uzun müddətli məmuriyyətdə olan, nəticədə öz ailələrindən uzaq düşənlər cinsi problemlərlə qarşılaşırlar. Məlum olduğu kimi, Peyğəmbəri-Əkrəmin (s) dövründə də Islam əsgərləri üçün bu kimi problemlər qarşıya çıxmışdı və bunun da nəticəsində müvəqqəti nikah qanun şəklinə salınmışdır.
e-Bəzən qadın hamiləlik dövründə olur və onun da xüsusi şəraitləri olduğundan, kişi öz hamilə qadını ilə cinsi əlaqəyə girə bilmir və bir çox hallarda cavan olduğuna görə məhrumiyyət müşkülləri qabağa çıxır. Bu kimi ictimai problem və zərurətlər daim olmuş və olacaqdır, heç də Peyğəmbərin dövrünə məxsus deyildir; elə bizim əsrimizdə də cinsi təhrikin müxtəlif amillərinə diqqət yetirməklə, bu problemlər daha da şiddətlənmişdir.

Bu kimi hallar da kişilər iki yolun ayrıcında qərar tuturlar: ya Allah eləməmiş, zina kimi çirkin və iffətə zidd olan əməllərə qurşanmaq, ya da sadə nikah yolu olan müvəqqəti nikahdan istifadə etmək. Halbuki, daimi nikahın çətinlikləri onda yoxdur və insanın cinsi ehtiyaclarını müvəqqəti olaraq təmin edə bilər.

Zahidlik yolunu seçərək hər ikisindən göz yummaq da yaxşı təklifdir, lakin çoxları üçün əməldə qeyri mümkün və heç olmazsa, bəziləri üçün xəyali bir işdir.
Misyar nikah

Qəribədir ki, hətta müvəqəti nikahı inkar edənlər belə cavanların və digər məhrum siniflərin təsiri altında olduqları zaman, tədrici olaraq müvəqqəti nikaha oxşar olan bir nikaha razılıq verir və onu "misyar nikahı" adlandırırlar. Onun adını "müvəqqəti nikah" qoymasalarda, əməldə bu ikisi arasında heç bir fərq yoxdur. O da belədir ki, nikaha ehtiyacı olan bir şəxsin müəyyən bir qadınla daimi əqd bağlamasına icazə verir, halbuki məqsədi qısa müddətdən sonra ona təlaq verməkdir. Əvvəlcədən də şərtləşirlər ki, qadının nə nəfəqə haqqı olsun, nə gecə bir yerdə yatmaq haqqı (daimi əqddə, bu vacib bir haqdır), nə də irs aparmaq haqqı! Yəni dəqiq şəkildə müvəqqəti nikah kimidir, yalnız bir fərqələ ki, burada bir-birindən təlaqlı ayrılırlar müvəqqəti nikahda isə müddətin bağışlanması və ya sona çatması ilə. Hər ikisində də əvvəlcədən məhdud və müəyyən müddət ərzində nikah bağlayacaqlarını nəzərdə tutmuş olurlar.

Daha qəribəsi budur ki, son zamanlar nikah məsələsində çətinliyə düşən və ruhi gərginlikdə olan sünnü cavanlarından bəzilər internet vasitəsi ilə bizimlə əlaqə yaradıb demişlər ki, "biz müvəqqəti nikah məsələsində şiə alimlərinin fətvasına tabe olmaq istəyirik. Bunun eybi varmı?". Biz dedik: "Heç bir eybi yoxdur!"

Onlar müvəqqəti nikahı inkar edir, lakin misyar nikahına üz gətirirlər; mütənin adını gətirmədən özünə əməl edirlər!

Bəli, zərurətlər nə vaxtsa insanı, adını dilə gətirməsə belə, həqiqətləri qəbul etməyə vadar edəcəkdir.

Buradan belə nəticə alırıq ki, müvəqqəti nikahla müxalifətə israr edənlər ya bilərəkdən, ya da bilməyə-bilməyə fahişəlik üçün yol açırlar. Amma əgər ona oxşar misyar nikahına təşviq eləsələr, onda ayrı məsələ.

Məhz həmin səbəbə görə Əhli-beyt (ə) rəvayətlərində qeyd olunur ki, "əgər Islamdakı müvəqqəti nikah ilə müxalifət etməsəydilər, heç kəs zinaya aludə olmazdı."

Sünnülərin hədis kitablarında da qeyd olunur ki, Əli (ə) buyurur: "Əgər Ömər mütəni qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi."

Məhrumların gerçək ehtiyaclarını təmin etmək kimi zərurətlər üçün nəzərdə tutulmuş olan müvəqqti nikahdan sui-istifadə edən, onu nəzərlərdə çirkin cilvələndirən, onları şəhvətpərəslik vasitəsi hesab edənlərdə Islam cəmiyyətinin zinaya qurşanması üçün yol açmışlar. Onlar bu günaha aludə olanların günahında şərikdirlər, çünki əməldə müvvəqəti nikahdan düzgün istifadə olunmasına mane olurlar.

Heç bir halda, insanın fitrəti ilə tam müvafiq olan, insanların həqiqi ehtiyaclarının hamısını nəzərdə tutan Islam dininin müvəqqəti nikahı öz həyati proqramlarında yerləşdirməməsi mümkün deyildir. Sonradan görəcəyimiz kimi, müvəqqəti nikahın hökmü həm Qurani kərimdə, həm də Peyğəmbər rəvayətlərində gəlmiş, səhabələrin bir qurupu da ona əməl etmişlər. Bəziləri bu Islam hökmümnün nəsx olunmasını (qüvvədən salınmasını) iddia etmişlər ki, onların bu barədə ki, dəlillərinin qənaətbəxş olmadığını görürük.

Müvəqqəti nikah nədir?

Islam hökmələrinin tam agahlığı olmayan bəzi nadan insanlar müvəqqəti nikah barəsində çox çirkin bir mənzərə yaratmışlar və indi də yaratmaqdadırlar. Belə adamlar onu cinsi azadlıq, cinsi məsələlərə laqeyidlik, fəhşa və münkərin rəsmiyyətlə tanınması kimi işlərlə bir səviyyədə qələmə verirlər!

Əgər bu kimi insanların hamısı avam xalq kütlələri olsaydı yenədə eybi olmazdı. Lakin çox təəssüflər olsun ki, sünnülərin din alimlərinin bəziləri də belə sbzləri rəva görmüşlər şübhəsiz, kəskin təəssübləri onlara, müvəqqəti nikah tərəfdarlarının kitablarını mütaliə etməyə icazə verməmişdir. Bəlkə də bu barədə yazılan şiə kitablarının bəzilərini, hətta bir sətrini belə, mütaliə etməmişlər. Bu da çox təəssüflü haldır.
Bu kiçik kitabda müvəqqəti nikahın şərtlərini və onun daimi nikahla olan fərqlərini aşkar, eyni zamanda qısa şəkildə izah etməyə məcburuq ki, höccət hamı üçün tamam olsun.

Müvəqqəti nikah hökm və şərtlərinin əksəriyyətində eynilə daimi nikah kimidir:

1-Qadın və kişi tam razılıq və ixtiyarla, heç bir icbar (məcburiyyət ) olmadan bir-birini həyat yoldaşlığına seçməlidirlər.

2-Əqd siğəsi "izdivac", yaxud "nikah", yaxud da "mütə", kəlmələri ilə icra olunmalıdır, digər kəlmələrlə caiz deyildir.

3-Əgər qadın bakirədirsə, onun vəlisinin icazəsi lazımdır, bundan qeyri surətlərdə isə lazım deyildir.

4-Əqdin müddəti və mehriyyənin miqdarı dəqiq şəkildə təyin edilməlidir. Əgər müdətin zikir olunması unudularsa, fəqihlərin çoxunun fətvasına əsasən, bu, daimi əqdə çevriləcəkdir. (Bunun özüdə hər iki nikahın mahiyyətcə bir olmasına və təkcə müddətin zikir olunub olunmamasında birbirilə fərqləndiyini göstərir.)

5-Müddətin qurtarması təlaq hökmündədir və müddət qurtaran kimi, əgər yaxınlıq baş veribsə, qadın iddə saxlamalıdır.

6-Daimi əqddə olan qadının iddəsi üç dəfə adət görməklədir; üçüncü dəfəni görməklə iddə tamam olur, lakin müvəqqəti əqddə iki dəfədən artıq deyildir.

7-Müvəqqəti nikahdan dünyaya gələn övladlar qanuni və şəri övladlar sayılır. Daimi əqddən dünyaya gələn övladların hökmünün hamısı istisnasız olaraq buna da şamildir. Onlar ata, ana, bacı, qardaş və s. yaxın adamlardan irs aparırlar, sair hüquqlarda da bu iki övlad arasında heç bir fərq yoxdur.

Müvəqqəti əqddən dünyaya gələn övlad ata ananın himayəsi altında olmalıdır, onların nəfəqələri və bütün xərcləri, daimi əqddən dünyaya gələn övladlar kimi, ata tərəfindən verilməlidir.

Bəziləri bu sözü eşitməklə təəccüb edə bilər; onların təəccüblənməyədə haqqı var; çünki müvəqqəti əqd barəsində yanlış və tamamilə avamyönlü fikirləşirlər. Bəlkə də onu bir növ "qaçaq evlənmə", şəri qanun dairəsindən xaricdə və bir sözlə, zinaya oxşar bir iş hesab edə bilərlər, halbuki əsla belə deyildir.

Amma bu iki növ əqddə ər və arvad baxımından müəyyən fərqlər mövcuddur. Ümumiyyətlə, onların bir-birinə verdikləri iltizamlar daimi əqddə olan iltizamlardan çox azdır. Çünki müvəqqəti nikahda əsas məqsəd bu işin yüngülləşdirilməsi, problem və əlavə xərclər yaradan qanunların olmamasıdır. O cümlədən:

1-Müvəqqəti əqddə qadının nəfəqə və irs haqqı yoxur. Lakin fəqihlərin çoxu demişlər ki, bu o haldadır ki, müvəqqəti əqddə nəfəqə və irs şərt etməsinlər, amma əgər şərt edilərsə, ona uyğun əməl edilməlidir.

2-Müvəqqəti əqddə qadın, ərinin həqqı aradan getməyincə evdən xaricdəki hər bir işi görməkdə azaddır və ərin icazəsi şərt deyildir; lakin daimi əqddə razılaşma olmadan bu iş caiz deyildir.

3-Kişinin gecələr özünün müvəqqəti qadınının yanında olması vacib deyildir.
Yuxarıda deyilən hökümlərin şərhinə diqqət yetirməklə çoxlu müəmmaların zalimcəsinə yürüdülən mühakimələrin, şübhə və iftiraların cavabı veriləcək, yanlış və düzgün olmayan fikirlər məhz Islamın bu müqəddəs və hikmətli sayəsinə aradan qaldırılacaqdır. Eləcə də bu həqiqət aşkar olacaqdır ki, müvəqqəti nikahın zina və iffətə zidd olan əməllərlə heç bir əlaqəsi yoxdur. Bu ikisini bir-birilə müqayisə edənlər, şübhəsiz, kafi agahlıq və məlumatı olmayan şəxslərdir, onları müvəqqəti nikahın şərt və mahiyyətindən azacıq belə, xəbərləri yoxdur.

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

KOVSER Tarix: Şenbe, 30.08.2008, 19:45 | Mesaj # 3
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 20
Tərif: 2
Status: Xetden kenar
Allah razi qalsin
 
ahlibeyt14mesum Tarix: Şenbe, 30.08.2008, 19:46 | Mesaj # 4
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
KOVSER Amin ya rebbil alemin sizle ve mominlerle bahem

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

irani Tarix: Cüme axşamı, 04.09.2008, 23:43 | Mesaj # 5
Qrup: Удаленные

men mohteber shiye alimlerinin kitabindan yazairam ,, pozursan poz pozmursanda ozun bilersen,,, salamun aleykum

Mesaj redaktə olundu irani - Şenbe, 06.09.2008, 01:17
 
411 Tarix: Cüme, 05.09.2008, 13:21 | Mesaj # 6
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Irani bunuda yaxshi-yaxshi oxu.

Nə üçün şiələr məhrəmlik məqsədi ilə və zəruri hallarda müvəqqəti izdivacı (müt’ə, siğə) halal sayır, sünnə əhli isə haram hesab edir?

Cavab:Qur’an və həm şiə, həm də sünnə əhlinin bir çox rəvayətləri müvəqqəti izdivacın halallığını sübuta yetirir. Qur’ani-kərimdə buyurulur: «İstifadə etdiyiniz qadınların muzdlarını (mehrlərini) yetərincə verin.»[179] Sünnə əhlinin qəbul etdiyi İbn Kəsirin təfsirində bu ayə haqqında deyilir: «Bu ayə müt’ə (müvəqqəti izdivac) haqqında nazil olmuşdur.»[180] Bunu da qeyd etməliyik ki, o, bu sözlərin ardınca həzrət Əlidən (ə) rəvayət nəql edir və bildirir ki, həzrət Peyğəmbər (s) müt’əni qadağan etmişdir. Belə bir qadağanın Peyğəmbər (s) tərəfindən Məkkənin fəthi zamanı qoyulduğunu nəql edən rəvayət də var. [181]

İbn Kəsirin təfsirindən mə’lum olur ki, uyğun ayədə müvəqqəti nikahın halallığı hökm olunur. Başqa bir rəvayətdə İbn Abbas müt’ənin halal olduğunu bildirir.[182] Həmin mənbədə Cabir ibn Abdullah və Sələmə ibn Əl-əkvədən nəql olunmuş iki rəvayətdə də Peyğəmbərin (s) müt’əyə icazə verdiyi bildirilir.

«Səhih Müslim»də bir neçə rəvayətdə bildirilir ki, Peyğəmbər (s) və Əbu-Bəkr dövründə, eləcə də Ömərin hakimiyyətinin əvvəllərində müt’ə var idi; Ömər həcc və nisa müt’əsini qadağan etdi. [183] Həmin kitabda Əbuzərin «nisa və həcc müt’əsi bizə məxsusdur» dediyi xəbər verilir. Orada Cabir ibn Abdullahdan belə bir rəvayət nəql olunur: «Ömər dedi: müvəqqəti nikahdan uzaq olun. Mənim yanıma müt’ə etmiş bir şəxs gətirilsə, onu daşqalaq edərəm». Eyni mənbədə nəql olunur ki, Həzrət Əli (ə) buyurdu: «Xeybər fəthində Peyğəmbər (s) müt’əni və əhilləşmiş uzunqulaq ətini qadağan etdi.» [184] Bə’zi rəvayətlərdə isə müt’ənin Məkkə fəthində qadağan olduğu bildirilir. Bu rəvayətlərdən mə’lum olur ki, müt’ə halal imiş, sonralar ixtilaflı məsələyə çevrilib. Mö’təbər sünni mənbələrindən birində deyilir: «İslamın başlanğıc dövründə müt’ə zərurətdən halal olmuşdur. Çünki müsəlmanlar müharibələr və iqtisadi çətinliklər səbəbindən ailə qura bilmirdilər. Şəhvətin qarşısını almaq üçün daima oruc tutmaq isə şər’ən qəbul deyil. Ona görə də müvəqqəti izdivac əvvəllər halal idi, sonra isə qadağan olundu. Bununla belə, müt’ə edənə zinanın cəzası verilmir. Çünki bu məsələdə şübhə var...»[185] Deyilənlərdən mə’lum olur ki, bütün sünni məzhəbləri müt’ənin bir vaxt halal olduğunu qəbul edir və həmin hökmün zərurətdən doğduğunu bildirirlər.

Müt’ənin qadağan edildiyini bildirən rəvayətlərin bir hissəsi bu hökmün Xeybər fəthində, digər bir hissəsi isə Məkkə fəthində verildiyini bəyan edir. Bə’zi rəvayətlər isə bu hökmün Peyğəmbər (s) tərəfindən yox, Ömər tərəfindən verildiyini bildirir. Müt’ə barədə mə’lumatlar ixtilaflı olduğundan Qur’an ayəsini inkar etmək olmaz. Həm də uyğun mənbələr müt’ənin zərurətdən doğduğunu bildirdiyindən həmin zərurəti istisna etmək olmaz. Əgər bu hökmün Ömər tərəfindən verildiyini qəbul etsək, müt’əni haram saya bilmərik. Çünki Qur’anın və Peyğəmbərin (s) halal buyurduğunu Ömər haram edə bilməz. Həzrət Əlidən (ə) nəql olunan rəvayət isə müt’ənin haram yox, məkruh sayılmasına əsas ola bilər. Beləcə, əhli sünnə rəvayətləri də müt’ənin halal olduğunu təsdiqləyir. Qəti dəlil olmadan halalı haram hesab etmək mümkün deyil. Sünnə əhlinin əsas gətirdiyi rəvayətlər bir-birinə zidd olduğundan onları dəlil hesab etmək, Qur’an ayəsini şübhə altına almaq olmaz.

Bundan əlavə, nəql olunmuş rəvayətləri inkar edən rəvayətlər də vardır. Onlardan birində Həzrət Əli (ə) buyurur: «Əgər Ömər müt’ənin qarşısını almasaydı, bir qrup bədbəxtdən savayı kimsə zina etməzdi.»[186] Digər bir rəvayətdə Ömər xalqa xitabən minbərdən deyir: «Ey camaat, mən Peyğəmbər (s) zamanında halal olmuş üç şeyi haram edirəm və həmin işləri görənləri cəzalandıracağam: qadınların müt’əsi, həcc müt’əsi və azanda «həyyə əla xəyril-əməl» deyilməsini.»[187]

Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
irani Tarix: Bazar ertesi, 08.09.2008, 02:32 | Mesaj # 7
Qrup: Удаленные

1.Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Ən yaxşı qadın o qadındır ki, əri ona nəzər saldıqda sevinsin, buyurduqda itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə, habelə onun malını lazımsız yerə sərf etməklə ona asi olmasın!

2.«Qureyşli bir gənc Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Ey Allahın elçisi, izn ver zina edim». Səhabələr ona yaxınlaşıb, sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Yaxın gəl!» O yaxına gəldikdə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: – Öz anana rəva bilirsən? – Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu öz bacın üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər. Bunu öz bibin üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər. Bunu öz xalan üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər. Peyğəmbər səllallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub dedi: «Allahım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!» Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədi». ( Əhməd «Musnəd)

3.Peyğəmbərimiz(sav) buyurmuşdur:«Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ərinə gözəl tərzdə təsəlli verən, Allahdan qorxan qadındır. Onların ən yaramazı isə əxlaqsız geyinən və xülyalara dalandır!

4.Peyğəmbərimiz(sav) buyurmuşdur:«Sizi yollarda oturmaqdan çəkindirirəm». Səhabələr dedilər: «Ey Allahın elçisi, bizim başqa duracaq yerimiz yoxdur. Biz orada oturub sadəcə söhbət edirik». Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Madam ki, sizlər üçün oralarda oturmaq zəruridir, onda yolun haqqını ödəyin». Səhabələr dedilər: «Ey Allahın elçisi yolun haqqı nədir?» O dedi: «Gözləri aşağı dikmək (naməhrəmə baxmamaq), əziyyət verməmək, salamı almaq, yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək».(əl-Buxari)

5.Peyğəmbərimiz(sav) buyurmuşdur:«Allah Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə yeddi sinif insanı Öz kölgəsi altında kölgələndirəcəkdir: Ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyən cavan, qəlbi məscidlərə bağlı olan kişi, Allah xatirinə bir-birini sevən, buna görə birləşən və ayrılan iki kişi, gözəl və zadəgan qadın tərəfindən (zinaya) cəlb edildikdə, «mən Allahdan qorxuram!» deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətdə Allahı yad edib göz yaşı axıdan kişi».(əl-Buxari)

6.Peyğəmbəri səllallahu aleyhi və səlləm belə buyurub: «Vallahi iman gətirmiş olmaz! Vallahi iman gətirmiş olmaz! Vallahi iman gətirmiş olmaz!» Ondan: «Kim, ya Rasulullah?”- deyə soruşdular. O dedi: «O kimsə ki, qonşusu onun şərindən (dili və əməli ilə ona əziyyət verməyəcəyindən) əmin deyil».(əl-Buxari, 6016) «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə daxil olmaz».(Muslim, 1/68) «Zina barəsində nə deyə bilərsiniz?» Səhabələr dedilər: «Haramdır! Bunu Allah və Onun elçisi haram etmişdir və o, Qiyamət gününə qədər haramdır!» Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Kişinin on qadınla zina etməsi (günah baxımından) onun üçün qonşusunun qadını ilə zina etməsindən daha yüngüldür. Bəs oğurluq barəsində nə deyə bilərsiniz?» Səhabələr dedilər: «Haramdır! Bunu Allah və Onun elçisi haram etmişdir və o, Qiyamət gününə qədər haramdır!» O dedi: «Kişinin on evdən oğurluq etməsi (günah baxımından) onun üçün qonşusunun evindən oğurluq etməsindən daha yüngüldür».(Əhməd «Musnəd»)

Добавлено (08.09.2008, 01:16)
---------------------------------------------
Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Şeyx Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün kitablarında, həmçinin cəfəri alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).
Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) –radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.
İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).
Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)
Cəfəri şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.
İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.
Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu – zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Добавлено (08.09.2008, 02:32)
---------------------------------------------
Zeydilərin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) –radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Cəfəri şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu – zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə –radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin –radıyallahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Görəsən uşaq, özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Əgər bir qadın bir ayada iki-üç kişiylə siğə etsə və uşağa qalsa o zaman uşağın atası necə müəyyənləşçdirilicək?

411 Tarix: Bazar ertesi, 08.09.2008, 10:46 | Mesaj # 8
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Quote (irani)
2.«Qureyşli bir gənc Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Ey Allahın elçisi, izn ver zina edim». Səhabələr ona yaxınlaşıb, sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Yaxın gəl!» O yaxına gəldikdə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: – Öz anana rəva bilirsən? – Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar bunu öz qızlarına istəməzlər. Bunu öz bacın üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar bunu öz bacıları üçün istəməzlər. Bunu öz bibin üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da öz bibilərinə bunu istəməzlər. Bunu öz xalan üçün istəyərsən? – Allaha and olsun ki, yox. Ey Allahın elçisi Allah məni sənə fəda etsin! – Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər. Peyğəmbər səllallahu aleyhi və səlləm əlini onun çiyninə qoyub dedi: «Allahım, Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!» Bu hadisədən sonra o gənc heç bir şeyə (zinaya) meyl etmədi». ( Əhməd «Musnəd)

Irani(muslim-selef, ceyhun), senin daha sinmayan forumun qalmayib burdanda seni ne qeder qovublarsa yene gelirsen. Yuxarda yazdiginda zina haqdadi! Deyesen movzu sigedi??? Ashagdaki olan hedisleride qebul etmirsense (oz kitablarivizdan) bundan sonra sennen ne mubahise edek???????

Quote (411)
Həzrət Əli (ə) buyurur: «Əgər Ömər müt’ənin qarşısını almasaydı, bir qrup bədbəxtdən savayı kimsə zina etməzdi.»[186] Digər bir rəvayətdə Ömər xalqa xitabən minbərdən deyir: «Ey camaat, mən Peyğəmbər (s) zamanında halal olmuş üç şeyi haram edirəm və həmin işləri görənləri cəzalandıracağam: qadınların müt’əsi, həcc müt’əsi və azanda «həyyə əla xəyril-əməl» deyilməsini.»[187]

Ramazan ayindan sonra gelersen behsi davam ederik. Sene ugurlar!!!!! cool

Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
ahlibeyt14mesum Tarix: Bazar ertesi, 08.09.2008, 10:56 | Mesaj # 9
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
411, qardas xahis edirem bas qosmayin

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

411 Tarix: Bazar ertesi, 08.09.2008, 11:06 | Mesaj # 10
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Quote (ahlibeyt14mesum)
411, qardas xahis edirem bas qosmayin

Qardash duz deyirsen gerek Ramazan ayinda bunlara bash qoshmuyaq.

P.S. Seni de idarechi vezifesinen tebrik edirem. Gordun Irani artiq eskik nese yazir onun hediyyesini ver getsin(omurluk ban) her halda sen tez-tez olursan burda. Ugurlar. smile

Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
ahlibeyt14mesum Tarix: Bazar ertesi, 08.09.2008, 14:29 | Mesaj # 11
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
411, Allah razi olsun sizden .....onsuzda biraz casdi blak qoyacam basqa yolu yoxdu

Поиск: