Bazar, 29.12.2024, 01:26
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Архив - только для чтения
Модератор форума: Almusavi  
Shielik
media-islam Tarix: Bazar ertesi, 31.03.2008, 19:22 | Mesaj # 41
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 32
Tərif: 4
Status: Xetden kenar
muslim-selef, trix yazirki peygember nece defe dediki gein usamenin ordusuna qo$ulun axirda omerle ebubekr getmediyini gordu ve buyurdu kim usamenin orusuna qo$ULMASA ALLAH ONLARA LENET ELESIN

YA iMAMi ZAMAN gel AMANDI
QEBRi ZEHRANI goster HAYANDI?
 
Qonaq Tarix: Bazar, 06.04.2008, 06:14 | Mesaj # 42
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
mushrik rafizi vahhabi
Quote
Müşəttəb dədi: ‘’Ümmu Sələmə rəvayət edir: ‘’Bir gün Peyğəmbər (s.a.v) mənim yanımda idi, qızı Fatimə Əli (Allah onların hər ikisindən razı olsun) ilə onun yanına gəldilər. Bir şəy soruşmaq istəyirdilər ki, Peyğəmbər (s.a.v) başını qaldırıb dədi: ‘’Əy Əli, təbrik edirəm, sən və sənin əyalın behişdə gedəcəksiniz. Lakin səndən sonra rafizi adlanan bir tayfa əmələ gələcəkdir, onlar kafirdirlər’’, və daha sonra Əlini onlarla mübarizəyə çağırır. Hz. Əli soruşur: ‘’Ya Rasulullah, onların əlaməti nəcə olar?’’, Peyğəmbər (s.a.v) dədi: ‘’Cümə namazına gəlməz, camaat namazına durmaz, əvvəlkilər haqqında pis danışarlar’’ /Nizmülmülk/.

ozunu niye guldurursen bu ne menbedir?nizmülmulk wink
men ne bilimki buda seni kimi zindiq deyil?
indi mende yazimki bes filan kesle filan kes geldi resulun yanina,resul dediki bes rafiziler gelecek,hemin mushrikler ebu bekr mescidinde yigilacag Azerbaycanda,seudiyyede hech sohbeti yoxdu....her neyse chox qeletler qarishdiracaglar.(menbe.Taxta hakimulmulk)
necedir ay vahhabi?

Добавлено (06.04.2008, 05:09)
---------------------------------------------

Quote
Allah tez tez sehv edir ve yalan deyirdi. (Yaqub Kuleyni, Usuli-Kafi, cild I, seh. 328)

2. Allah baslangic (beda’a) keyfiyyetine malikdir. (Usuli-Kafi, cild I, seh. 283).


uydurma hedislerdir...sevinmishdinki nese tapdin? tessufki meyis elemeliyem seni.biz sizi kimi kitablarimiza sehih adi verib ehli hedis deyilikki her gorduyumuz hedise iman edek..bunu yazmaginla cahilliyini subut edirsen...
ve diger hedislerde o cumledendir.sade dilde deyim,bu sozler Kuleyni aganin oz sozleri deyil,eshitdiyi hedislerdirki toplayib,ve deyibki ichinde zeifleri ola biler,alimler arashdirsin..qurana zidd hedisleri atin...amma sizde eksinedir,adini sehih qoyubsuz,yazim men gulmeli hedislerden????dash musanin paltarini goturdu qachdi.yaxud musa ezrailin gozunu chixartdi.yaxud suleyman bir gecede 100 qadinla oldu,muhemmed(saas) adami oldurmek isteyirdi...sehabeler dediki,yox.sonra dedi elini kesek..sehabeler resuldan yaxhsi bilirdiler....

qaldiki imam xomeyninin sozuneki bele qeyd edibsen..

Quote
3. Osman, Muaviye, Yezid kimi yaramazlara iqtidar bexs eden Allaha nece itaet etmek mumkundur? (Xomeyni, Keshf-ul-Asar, s. 107)

imam Xomeyni rehmetullah duz deyibde,Allah onlara iqtidar bexsh eleseydi mende itaet etmezdim,onlara Allah bexsh elemedi,onlar qesb elediler...

Добавлено (06.04.2008, 05:48)
---------------------------------------------

Quote
Salamun aleykum va Rehmetullahi va Berekatuh.
Sizin dediyinize gore guya ki Omer(r.a) siqeni leqv edib.Lakin sizin oz kitablarinizda siqeni Rasulullah(s.a.s) terefinden leqv olundugu aciq aydin yazilib:
Emirel mominin demiwdir ki:"Resulullah(s.a.s) xeyber gunu ewwek etini ve siqeni qadagan etdi"(«At-Taxzib», 2/18, «Al-Istibsar»,
3/142, «Vasilu wiye», 14/441).

Aleykesalam ve rehmetullahi ve bereketuh
bu hedisi sizin kitablardan goturubler.amma zeifdir.bizim kitabda olan zeiflere sizi kimi iman etmirik...
sene bir sualim var,ne vaxtdan hedsi ayeni nesx edir???????????????????qurana zidd olan hedisi sehih sayana ne deyirler????????

ay inadkar bende bu hedisi senin en boyuk alimlerinden olan ibni qeyyumda redd edir...
İbn Qəyyum bu məslə ilə bağlı belə qeyd edir: “Mütə nigahı Xeybər günü haram qılınmamışdır. Mütə nikahın haram qılınması Məkkənin fəthi ilində reallaşmışdır. Doğru olanı da budur! Elm adamlarından bir qrup, Allah Rəsulu (s.ə.s) mütə nikahını Xeybər günündə haram etdiyi zənn edirlər, səhih hədisdə keçən və Əlidən (r.a) rəvayət edilən bu hədisi dəlil göstərmişlər: "Allah Rəsulu (s.ə.s) Xeybər günündə qadınlar ilə mütə nikahı edilməsini və eşşək ətlərinin yeyilməsini qadağan etdi." Daha sonra ibn Qəyyum deyir: “Xeybər hekayəsində səhabələr yəhudi qadınlar ilə mütə etməmişlər və bu məsələ ilə bağlı Allah Rəsulundan (s. a.) icazə istəməmişdirlər və bu haqda heç bir kimsə belə bir şey nəql etməmişdir.” (İbn Qəyyum əl-Cevziyye, Za'du'l-Mead, 3/385-395.)

indi ise oxu agillan...

MÜT`ƏTUN-NISA, YAXUD MÜVƏQQƏTI IZDIVAC
Ömər ibni Xəttabdan mütəvatir şəkildə nəql olunmuşdur ki, o belə demişdir: «Peyğəmbərin dövründə iki növ müt`ə (ha­­lal şeydən bəhrələnmək) var idi ki, mən indi onları qa­da­­ğan edirəm. Hər kəs onu yerinə yetirsə, cəzalandıracağam: Həcc müt`əsi və qadınlar müt`əsi.»
Həcc müt`əsi, eləcə də xəlifə Ömərin onu qadağan etməsi ilə əlaqədar bəhslər yuxarıda qeyd olundu. Burada isə qadın­la­­rın müt`əsi və onun Ömər tərəfindən qadağan olunmasının sə­bə­b­lərini araşdıracaq, xəlifənin bu barədəki ictihadla­rı­nı bəyan edəcəyik:
1- XÜLƏFA MƏKTƏBININ MƏNBƏLƏRINDƏ MÜT`ƏTUN-NISA, YAXUD MÜVƏQQƏTI IZDIVAC
«Təfsiri Qurtubi» kitabında deyilir: Keçmişdəki və ha­zır­­kı alimlər bu barədə yekdil nəzərdədirlər ki, müt`ə mü­vəq­­qəti bir izdivacdır ki, onda irs yoxdur, ayrılması da tə­laq­­sız baş verir və tə`yin olunmuş müddətin axırında bir-birindən ayrılırlar.
Ibni Ətiyyə deyir: «Müt`ə (müvəqqəti izdivac) odur ki, ki­şi qadını iki şahidin hüzurunda və qadının vəlisinin ica­­zə­si ilə müəyyən olunmuş müddətə qədər özünə arvad etsin. Bu şərtlə ki, bir-birindən irs aparmırlar, kişi də razı­laş­­dıqları mehriyyəni ona verməlidir. Tə`yin olunmuş müd­dət sona çatan zaman kişinin qadın üzərində heç bir haqqı yox­­dur; qadın aylıq adəti baş verib paklanana qədər iddə sax­­la­malıdır, çünki (ehtimal olunan) övlad şəksiz o ikisinə mül­­həq olur və iddə saxlayıb hamilə olmadığına yəqin etdik­dən sonra onun başqa kişilərlə izdivacı caizdir.
«Səhihi Buxari» kitabında Peyğəmbər (s.ə.v.v)-in belə bu­yur­duğu rəvayət olunur: "Hər kişi və qadın (müvəqqəti izd­ivac­da) razılığa gəlsələr, o ikisinin müvəqqədti həyatı üç ge­cəyə qədər davam edir. Ondan sonra istəsələr, ya ona əla­və edər­lər, ya da bir-birində ayrılarlar."
Ibni Əbi Şeybənin «Müsənnəf» kitabında Cabirdən belə rə­va­yət olunur: «Hər vaxt tə`yin olunmuş müddət sona çatsa və ye­ni­­dən başlamaq istəsələr, gərək qadına digər bir mehriyyə ver­­sin.»
Ondan soruşdular: «Qadının iddəsi nə qədərdir?»
Dedi: «Bir heyz miqdarındadır ki, öz əri üçün saxla­ma­lı­dır.»
«Qurtubi təfsiri»ndə Ibni Abbasın belə dediyi rəvayət olu­nur: «Qadının iddəsi bir heyz miqdarındadır.» Və demiş­dir: «Bir-birindən irs aparmırlar.»
Təbərinin təfsirində Sədidən nəql olunur ki, "fəməs­təm­tə`­tum bihi minhunnə ila əcəlin müsəmmən fəatuhunnə" – ayəsi­nin təf­sirində deyir: Bu müt`ə belə bağlanır ki, kişi və qa­dın bir müəyyən olunmuş müddət üçün iki şahidin hüzurunda və qa­dı­nın vəlisinin icazəsi ilə izdivac edirlər. Müddət so­na çat­dığı zaman kişinin qadın üzərində heç bir haqqı yox­dur və qadın azaddır. Yalnız öz bətnini pak etməlidir (id­də saxlamalıdır). Onlar bir-birindən irs aparmır.»
Zəməxşəri özünün «Kəşşaf» təfsirində "fəməstəmtə`tum bi­hi minhunnə..." - ayəsinin təfsirində demişdir ki, bu ayə üç gün­­lük müt`ə barəsində nazil olmuşdur və onun hökmü Alla­hın Məkkəni Peyğəmbərin üzünə açdığı (fəth etdiyi) dövrə qə­dər qalmışdır. Sonra nəsx olundu. O belə idi: Kişi qadı­nı mə`lum bir müddətdə bir gecə, iki gecə-yeddi gecəyə qədər pal­­tar və ya başqa bir şey (mehriyyə ünvanı ilə) verməklə öz əq­di­nə keçirir və ondan ləzzət alır, sonra azad qoyur. Ona gö­­rə müt`ə (faydalanmaq) adlanır ki, kişi qadından ləzzət, ya­xud qadın kişidən mehriyyə alır.»
Bura qədər qeyd olunanlar xüləfa məktəbinin mənbələrində müt`ətun-nisa, yaxud müvəqqəti izdivacla əlaqədar idi. Onun imamiyyə fiqhindəki tə`rifi aşağıda qeyd olunacaq.
2-ƏHLI-BEYT (ə) FIQHINDƏ MÜVƏQQƏTI EVLƏNMƏ
«Müt`ətun-nisa», yaxud «müvəqqəti evlənmə» belədir ki, qa­dın şəxsən, yaxud öz vəkilinin vasitəsilə özünü mə`lum bir müddət və tə`yin olunmuş mehriyyə ilə bir kişinin iz­di­va­cı­na keçirir. Əvvəlcədən də onunla izdivacına şər`i bir ma­neə olmamalıdır. Şər`i maneə: nəsəbi qohumluq, səbəbi qo­hum­luq, süd vasitəsilə yaranan qohumluq, iddədə olmaq və ya ər­də olmaq. Nəzərdə tutulmuş və mə`lum olunmuş müddət so­na çatdığı, yaxud ər müddətin qalanını qadına bağış­la­dı­ğı zaman bir-birindən ayrılırlar. Əgər yaxınlıq baş ver­miş olsa, qadın iki (adət) müddətində iddə saxlamalıdır. Əgər aylıq adəti olmayan qadınlar sır­asındadırsa və yai­sə­lik həddinə çatmayıbsa, qırx beş gün gözləməlidir. Amma əgər yaxınlıq baş verməmişsə, onda, düxuldan qabaq təlaq veril­miş qadın kimidir və iddə saxlaması lazım deyil.
Müvəqqəti evlənmədən əmələ gələn övlad bütün şər`i hökm­lərdə daim izdivacdan yaranan övladın hökmünə malik­dir.
3-ALLAHIN KITABINDA MÜVƏQQƏTI EVLƏNMƏ
Mütəal Allah buyurur:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا
"Ləzzət aldığınız qadınların mehriyyəsini onlara verin. Əgər müəy­yən mehriyyədən sonra bir şeyə razılaşsanız, sizə qorxusu yoxdur, çünki Allah əlim (elmli) və həkimdir."
XÜLƏFA MƏKTƏBINDƏKI RƏVAYƏTLƏRDƏ BU AYƏNIN TƏFSIRI
1. Əbdür-Rəzzaq özünün «Müsənnəf» kitabında Ətanın be­lə dediyini nəql edir: Ibni Abbas bu ayəni qiraət edərək be­lə təfsir edirdi:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ--- اِلَي اَجَلٍ مُسَمًّي ---فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً
Yə`ni "mə`lum bir müddət üçün ləzzət aldığınız qadınların meh­riy­yəsini onlara verin."
2. «Təfsiri Təbəri» kitabında Həbib ibni Əbi Sabitin be­­lə dediyi nəql olunur: Ibni Abbas mənə bir Müshəf verdi və dedi: «Bu Qur`an Übeyyin qiraəti (və təfsiri) əsa­sın­da­dır.» O deyir: Bu ayənin təfsiri o Müshəfdə belə idi:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ--- اِلَي اَجَلٍ مُسَمًّي
Yə`ni "mə`lum və tə`yin olunmuş müddətə qədər qadınlardan ləzzət alsanız..."
3. «Təfsiri Təbəri»də Əbu Nəzrədən iki yolla belə rə­vayət olunur: «Ibni Abbasdan «müt`ətün-nisa» barəsində so­ruş­dum. O dedi: «Məgər «Nisa» surəsini oxumamısanmı?» De­dim: «Əlbəttə ki, oxumuşam!» O dedi: "Fəməstəmtə`tum bihi min­hunnə ila əcəlin musəmma" - ayəsini oxumamısanmı? Dedim: «Əgər onu belə oxusaydım və öyrənsəydim, sizdən soruş­maz­dım.» O dedi: «(Necə ki, dedim) elədir»!
4. Həmçinin Əbu Nəzrədən belə rəvayət olunur: Bu ayəni Ib­ni Abbasa qiraət etdim: "Fəməstəmtə`tum bihi minhunnə." Ib­ni Abbas dedi: «Ila əcəlin musəmma», yə`ni mə`lum müddətə qədər. O deyir: «Mən dedim ki, mən bunu belə oxumamışdım və belə bilmirdim.» O dedi: «Allaha and olsun ki, Allah onu belə nazil etmişdir.» Və bu ayəni üç dəfə təkrarladı.
5. Ümeyr və Əbu Ishaqdan rəvayət edilir ki, ayəni belə qira­ət (və təfsir) etmişdir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcə­lin musəmma."
6. Mücahidin belə dediyi rəvayət olunur: "Fəməstəmtə`tum bi­hi minhunnə", yə`ni müvəqqəti nikahdan ibarətdir.
7. Əmr ibni Mürrə rəvayət edir: Səid ibni Cübeyrdən eşit­dim ki, ayəni belə qiraət (və təfsir) edirdi: "Fəməs­təm­tə`­tum bihi minhunnə ila əcəlin musəmma."
8. Qütadə deyir: «Übeyy ibni Kə`bin qiraətində (və təfsi­rin­də) belə idi: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin mu­səm­ma."
9. Şö`bə ibni Həkəm rəvayət edir ki, belə demişdir: «On­­dan soruşdum ki, bu ayə qüvvədən salınıb nəsx edilmiş­dir­­mi?» Dedi: «Xeyr!»
10. Cəssasın «Əhkamul-Qur`an» kitabında Əbu Nəzrənin rəva­yəti və Əbu Sabitin rəvayəti Ibni Abbasdan, Übeyy ibni Kə`­bin qiraət hədisi də qeyd olunmuşdur.
11. Beyhəqi özünün «Sünəni-kubra» kitabında Məhəmməd ib­ni Sə`ddən rəvayət edir ki, Ibni Abbas dedi: Müt`ə (müvəq­qə­­ti izdivac) Islamın əvvəllərində olmuşdur və müsəl­man­lar bu ayəni belə qiraət (və təfsir) edirdilər: "Fəməstəm­tə`­tum bihi minhunnə ila əcəlin musəmma."
12. Nüvəvi özünün «Səhihi Müslüm» kitabında yazdığı şər­hində deyir: Ibni Məs`udun qiraətində (təfsirində) ayə belədir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin."
13. Zəməxşəri öz təfsirində deyir: Ibni Abbasdan rəvayət olun­muşdur ki, belə deyirmiş: «Bu ayə Qur`anın möhkəm ayə­lə­rindəndir, yə`ni nəsx olunmamışdır.» Onun özü də bu ayə­ni həmişə belə qiraət (və təfsir) edərmiş: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəmma."
14. Qurtubi deyir: «Alimlərin hamısı deyirlər ki, bu ayə­dən məqsəd müt`ə nikahı (müvəqqəti izdivac)-dır ki, Isla­mın əv­vəl­lərində olmuşdur. Ibni Abbas, Ibni Əbi Kə`b və Ibni Cü­beyr ayəni belə qiraət (və təfsir) etmişlər: "Fəməstəm­tə`­tum bihi minhunnə ila əcəlin musəmma, fəatuhunnə ücurəhunnə." - Yə`­ni müəyyən və tə`yin olunmuş müddət ərzində (əqdinizə keçirtdiyiniz müd­dət­də) ləzzət aldığınız qadınların mehriyyəsini onlara verin."
15. Ibni Kəsirin təfsirində qeyd olunur: «Ibni Abbas, Übeyy ibni Kə`b, Səid ibni Cübeyr və Sədi ayəni belə qiraət (və təfsir) edirdilər: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəm­ma, fəatuhunnə ücurəhunnə fərizətən."
16. Süyutinin təfsirində Übeyy ibni Sabit, Əbu Nəzrənin hə­­disi, Qütadənin və Səid ibni Cübeyrin rəvayəti, Übeyy ibni Kə`­­bin qiraəti (və təfsiri) barəsindəki, eləcə də Müca­hi­din, Sədinin və Ətanın Ibni Abbasdan etdiyi rəvayətlərdə və Həkəmin hədisində deyilir: «Bu ayə nəsx olunmamışdır.» Əta­­nın Ibni Abbasdan nəql etdiyi rəvayətdə deyilir: «Həkəm «Ni­­sa» surəsindəki "Fəməstəmtə`tum bihi" - ayəsini müt`ənin ha­lal olmasına hökm etmişdir.»
O deyir: «Onlar bir-birindən irs aparmır, əgər müəyyən olun­­muş müddətdən sonra izdivacı davam etdirmək istəsələr, çox yaxşı; amma əgər bir-birindən ayrılsalar, o da yaxşı­dır.»
Müəllif: Bütün bu müfəssirlər və onlardan başqaları bu ayə­nin təfsirində qeyd olunanları nəql etmişlər. Gördüyünüz ki­mi, Ibni Abbas, Übeyy ibni Kə`b, Səid ibni Cübeyr, Müca­hid, Qütadə və onlardan başqaları ondan rəvayət etmişlər ki, ayəni belə qiraət (və təfsir) etmişdir: "Fəməstəmtə`tum bihi minhunnə ila əcəlin musəmma." Yə`ni misal üçün: Übeyy ibni Kə`b ayəni belə qiraət və təfsir etdikdə məqsədi bu idi ki, bu təfsiri Peyğəmbərdən eşitmiş və Peyğəmbər də "ila əcə­lin musəmma" - deyə buyurduqda, ayəni həmin cümlə ilə təfsir et­mişdir.
4-SÜNNƏDƏ MÜVƏQQƏTI EVLƏNMƏ
a) «Səhihi Müslüm», «Səhihi Buxari», Əbdür-Rəzzaqın «Mü­sən­nəf», Ibni Əbi Şeybənin «Müsənnəf», «Müsnədi Əh­məd», «Sünəni Beyhəqi» və digər kitablarda Əbdüllah ibni Məs­`­­ud­dan rəvayət olunur ki, o, belə demişdir: «Biz Peyğəm­bə­­rin önündə cihad aparırdıq və həyat yoldaşımız yanı­mız­da deyildi. Dedik: «Yaxşı olmazmı ki, özümüzü axtalayaq?» Pey­­ğəm­bər (s.ə.v.v) əvvəlcə bizi bu işdən çəkindirdi, sonra ica­­zə verdi ki, mehriyyə (paltar və sair kimi şeylər) ver­mək­lə dul qadınları müvəqqəti olaraq əqdlərinə keçir­sin­lər. Əbdüllah sonra bu ayəni («Maidə» surəsi, ayə:87) tilavət etdi:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ
"Ey iman gətirənlər! Allahın sizə halal etdiyi pakizə şeyləri ha­ram etməyin və həddinizi aşmayın, çünki Allah hədlərini aşanları sev­mir."
b) «Səhihi Müslüm, «Səhihi Buxari», Əbdür-Rəzzaqın «Mü­­sən­n­əf» kitablarında Cabir ibni Əbdüllahdan və Səl­mət ibni Əkvədən rəvayət edirlər ki, onlar belə deyir­miş­lər: Peyğəmbərin münadisi (carçısı) bizə tərəf gəlib de­di: «Pey­ğəmbər sizə icazə vermişdir ki, dul qadınlarla müt`ə edə­siniz, yə`ni müvəqqəti olaraq evlənəsiniz.»
ğ) «Səhihi Müslüm», «Müsnədi Əhməd» və «Sünəni Bey­həqi» kitablarında Səbrət Cühənidən rəvayət edilir ki, belə de­mişdir: «Peyğəmbər bizə müt`əni (müvəqqəti izdivacı) icazə ver­di. Mən və başqa bir kişi Bəni Amir qəbiləsindən olan bir qadına elçi getdik. O, güclü və uca boylu bir qadın idi. Soruşdu: «Mehriyyə olaraq nə verirsiniz?» Mən dedim: «Ri­damı.» Mənim yoldaşım da dedi: «Ridamı.» Yoldaşımın ri­da­sı mənim ridamdan yaxşı idi, lakin mən ondan cavan idim. Onun ridasına baxdığı zaman onu bəyəndi və mənə bax­dığı zaman özümü bəyənib mənə dedi: «Sən və sənin ridan mə­nə kifayətdir.» Onunla müvəqqəti olaraq evləndim və üç gün onunla birlikdə oldum. Sonra Peyğəmbər buyurdu: «Hər kəs bu qadınlarla müvəqqəti evlənibsə, onları azad burax­sın.»
q) «Müsnədi Təyalisi» kitabında Müslüm Qürəşidən rə­vayət olunur ki, o, belə demişdir: «Əbu Bəkrin qızı Əsma­nın yanına getdim və ondan müvəqqəti evlənmə barəsində soruşdum. O dedi: «Biz Peyğəmbərin vaxtında onu edirdik.»
d) «Müsnədi Əhməd» və başqa kitablarda Əbu Səid Xid­rinin dilindən belə nəql olunur. «Biz Peyğəmbərin dövründə müt`ə edir və paltarı mehriyyə kimi qərar verirdik.»
ə) Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: Biz­lər­dən bə`zilərimiz un ilə dolu olan bir qabla (mehriyyə qə­rar verib) müt`ə edirdik.
j) «Səhihi Müslüm», «Müsnədi Əhməd» və başqa kitab­lar­­da Ətadan belə rəvayət olunur: «Cabir ibni Əbdüllah üm­rə­­ni yerinə yetirmək üçün (Məkkəyə) gəldi və biz mənzildə onun görüşünə getdik. Camaatdan ondan bə`zi məsələləri soruş­dular. Sonra müt`ə bəhsini irəli çəkdilər. Cabir dedi: «Bəli, biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müt`ə (müvəqqəti izdivac) edirdik.»
«Müsnədi Əhməd» kitabında ondan sonra deyilir: «Bu iş Ömərin xilafətinin axırlarına qədər davam etdi.»
«Bidayətul-müctehid» kitabında deyilir: «Bu iş Ömərin xila­fətinin ortalarına qədər davam etdi, sonra Ömər camaatı onu yerinə yetirməkdən çəkindirdi.»

Добавлено (06.04.2008, 05:49)
---------------------------------------------
5-ÖMƏRIN MÜVƏQQƏTI EVLƏNMƏNIN QABAĞINI ALMASININ SƏBƏBI
«Səhihi Müslüm», Əbdür-Rəzzaqın «Müsənnəf», «Müsnədi Əhməd», «Sünəni Beyhəqi» və sair kitablarda Cabir ibni Əb­dül­lahdan belə rəvayət edilir: «Peyğəmbərin və Əbu Bəkrin hə­y­atının bütün dövrlərində bir qədər unu və xurmanı meh­riyyə qərar verir və müvəqqəti olaraq evlənirdik. Nəhayət Əmr ibni Hərisin gördüyü işə görə Ömər onu qadağan etdi.»
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Ətadan, o da Cabirdən nəqlən deyir: «Biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nəhayət Ömərin xilafətinin axırlarında Əmr ibni Həris bir qadınla müvəqqəti olaraq izdivac etdi. Ravi deyir: Cabir onun adını dedi, amma mən unutdum. O qadın hamilə oldu və bu xəbər Ömərə çatdıqda, onu çağırdı və soruşdu ki, «bu xəbər düzdürmü?» Dedi: «Bəli!» Ömər dedi: «Kim buna şahiddir?» O qadın anasının, yaxud qəyyumunun adını çəkdikdə, Ömər al­da­dılmanın baş verməsindən qorxaraq dedi: «Nə üçün on­lar­dan başqası olmamışdır?!»
Digər bir rəvayətdə deyilir ki, Cabir demişdir: «Əmr ib­ni Həris Kufədən Mədinyə gəldikdə, bir kənizlə müvəq­qə­ti olaraq evləndi. Kəniz hamilə olduğu zaman Ömərin yanı­na gətirdilər. Hadisənin nə yerdə olduğunu soruşduqda, ca­vab verdi ki, Əmr ibni Həris mənimlə müvəqqəti izdivac et­miş­dir. Ömər, Əmr ibni Hərisi də çağırdı və o da aşkar şəkildə iqrar etdi. Ömər dedi: «Nə üçün ondan başqasını seçmədin?!» Bu Ömərin müvəqqəti izdivacı qadağan etdiyi zaman baş vermişdi.
Digər bir rəvayətdə Məhəmməd ibni Əsvəd ibni Xələf de­yir: «Əmr ibni Hovşəb Bəni Amir ibni Liva qəbiləsindən olan bir qızla müvəqqəti olaraq evləndi və o qız hamilə ol­du. Bunu Ömərə xəbər verdilər. Ömər ondan izahat verməsini is­tədi və dedi: «Əmr ibni Hovşəb mənimlə müvəqqəti olaraq ev­lən­mişdir.» Ömər hadisəni Əmrdən soruşdu və o da təs­diq­lədi. Ömər dedi: «Kimi bu işə şahid tutmuşdunuz?» Ravi deyir: Mənim dəqiq yadımda deyil, deyəsən belə dedi: «Ya anamı, ya bacımı, yaxud qardaşımı.» Ömər yerindən qalxıb minbərə çıxdı və dedi: «Nə olub ki, kişilər müvəqqəti izdivac edir, amma ona adil şahid tutmur və onu aşkar etmirlər?!» Ravi deyir: Ömərin bu sözünü onun minbərindəki çıxışına qulaq asan bir şəxs öz qulağı ilə eşidib nəql etmişdi. O deyir: «Camaat bunu ondan qəbul etdilər.»
«Kənzül-ümmal» kitabında Əbu Xeysəmənin qızı Ümmü Əbdüllah rəvayət edir ki, Şamdan bir kişi gəlib mənim mənzilimdə məskən saldı və dedi: «Aravadsızlıq məni çətinliyə salmışdır, mənim üçün bir arvad tap, onunla müvəqqəti olaraq evlənim.» Onu bir qadına elçi göndərdim, mehriyyə tə`yin etdilər və adil şəxs də ona şahid tutuldu. Bun­dan sonra Allahın istədiyi vaxta qədər o qadınla yaşa­dı­lar. Sonra Mədinədən çıxdı. Bu xəbər Ömər ibni Xət­taba çatdıqda məni çağırıb soruşdu: «Bu deyilənlər düz­dürmü?» Dedim: «Bəli.» O dedi: «Əgər o kişi qayıtsa, mənə xəbər ver.» O gəldikdə, Öməri agah etdim. Onu çağırtdırıb dedi: «Səni bu işə nə vadar etmişdir?» Dedi: «Mən bu işi Peyğəmbərin zamanında da yerinə yetirirdim və o həzrət sağ olan vaxta qədər bizi bu işdən çəkindirməmişdi. Əbu Bəkrin dövründə də bunu davam etdirdik, o da həyatda olduğu vaxta qədər bizi bu işdən çəkindirmədi. Sizin xilafətiniz dövründə də onun qadağan olunması bizə çatmamışdır.» Ömər dedi: «Agah olun! Canım əlində olan Allaha and ol­sun, əgər bundan qabaq onu nəhy etmiş olsaydım, səni daş-qa­laq edərdim. Bir-birinizdən ayrılın ki, nikah və izdivac zina­dan ayrılsın.»
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Ürvədən belə rəva­yət olunur: «Rəbiə ibni Üməyyə ibni Xələf Mədinənin qeyri-ərəb qadınlarının biri ilə müvəqqəti evləndi. Biri Xovlə bin­ti Həkim olmaqla iki qadın ona şahidlik etdilər. Xov­lə əməlisaleh bir qadın idi. Çox keçmədi ki, o qeyri-ərəb qa­dın hamilə oldu. Xovlə hadisəni Ömər ibni Xəttaba xə­bər verdi. Ömər qalxıb qəzəbindən əbasının bir ucu yerlə sü­rü­nən halda tələm-tələsik minbərə çıxıb dedi: «Mənə xə­bər vermişlər ki, Rəbiə ibni Üməyyə Mədinə qadınlarından olan qeyri-ərəb bir qadınla müvəqqəti evlənmiş və o iki qadını da ona şahid tutmuşlar. Əgər bundan qabaq bunu qadağan etmiş olsaydım, indi onu daş-qalaq edərdim!»
Malik «Müvəttəə» və Beyhəqi «Sünən» kitablarında rəva­yət edirlər ki, Xüveylə binti Həkim Ömər ibni Xəttabın ya­nı­na gəlib dedi: «Rəbiə ibni Üməyyə bir qadınla müvəqqəti ola­raq evlənmiş və o qadın hamilə olmuşdur.» Ömər qəzə­bindən öz ridası yerlə sürünə-sürünə çölə çıxdı və dedi: «Bu müt`əni (müvəqqəti izdivacı) əgər bundan qabaq nəhy etmiş olsaydım, onları daş-qalaq edərdim!»
«Əl-isabə» kitabında deyilir: «Səlmət ibni Üməyyə Həkim ib­ni Üməyyə ibni Ovqəs Əsləmənin kənizi Səlma ilə müvəq­qə­ti izdivac etdi. Səlmə ondan hamilə oldu və o, övladını in­kar etdi. Məsələni Ömərə dedikdə, müvəqqəti evlənməni qada­ğan etdi.
Əbdür-Rəzzaq özünün «Müsənnəf» kitabında Ibni Abbas­dan belə rəvayət edir: «Mö`minlərin əmirini (yə`ni Öməri) müt`­əni qadağan etməyə Ümmü Ərakədən başqa bir şəxs vadar etmə­mişdi. O, hamilə halda çölə çıxdı və Ömər səbəbini soruşduqda, dedi: «Səlmət ibni Üməyyə ibni Xələf mənimlə müvəqqəti evlənmişdir.»
Ibni Əbi Şeybə «Müsənnəf» kitabında Əla ibni Mü­sey­yib­dən, o da atasından belə nəql edir: Ömər dedi: «Əgər bir qa­dınla müvəqqəti izdivac etmiş olan bir kişini mənim ya­nıma gətirsələr və o da möhsinə (həyat yoldaşına sahib ola-ola) olarsa, onu daş-qalaq edəcəyəm, əgər subay olsa, ona şal­laq vuracağam.»
Yuxarıdakı rəvayətlərdən belə aydın olur ki, Peyğəmbərin sə­habələri deyirdilər ki, "Fəməstəmtə`tum bihi" - ayəsi müvəq­qə­ti izdivac barəsində nazil olmuş və Peyğəmbəri Əkrəm onu yerinə yetirməyə göstəriş vermişdir. Onlar da tə`yin olun­muş mehriyyə ilə – un, ya xurma, yaxud paltarı mehriyyə qə­rar verərək – Peyğəmbərin dövründə qadınlarla müvəqqəti ev­lə­nirdilər. Bu hökm Əbu Bəkrin dövründə və Ömərin xila­fə­tinin bir qismində də davam etmişdir. Nəhayət Ömər Əmr ibni Hərisin gördüyü iş xatirinə onu qadağan etdi.
Həmçinin, aydın oldu ki, müt`ə nikahı Ömərin xilafəti döv­ründə qadağan olunmamışdan öncə aşkar şəkildə yerinə ye­ti­rilirdi. Bəlkə də onun bu işi qadağan etməsi tədrici və mərhələ-mərhələ olmuşdur. Əvvəlcə şahidlərlə əlaqədar cid­di tələbkarlıq göstərir və əmr edirdi ki, mö`minlərin adil­lərindən şahid tutsunlar. Bu da yuxarıdakı bə`zi rə­va­yət­lərdən aydın olur. Sonra özünün yekun qadağasını bəyan edib dedi: «Əgər bundan qabaq qadağan etmiş olsaydım, indi daş-qalaq edərdim.»
Bu hadisədən sonra müvəqqəti izdivac Islam cəmiyyətində qadağan və haram edildi. Xəlifə Ömər də öz hakimiyyətinin axırına qədər ona israr etdi, nəsihət edənlərin xeyirxahlıq və öyüd-nəsihətləri ona heç bir tə`sir qoymadı.
Təbəri «Sireyi-Ömər» bölməsində Imran ibni Səvadədən rə­vayət edir ki, o, xəlifədən icazə istəyib onun yanına da­xil oldu və dedi: «Sənə öyüd-nəsihət etmək üçün gəlmişəm!» Ömər dedi: «Sübh-axşam sənə eşq olsun, ey nəsihətçi!»
O dedi: «Ümmətin dörd şeydə sənə irad tuturlar...»
Ömər şallağın dəstəyini çənəsinin altına, ucunu isə diz­lərinin üstünə qoyub dedi: «De gəlsin!»
Imran dedi: «Onlar deyirlər ki, sən ümrəni həcc ayla­rın­da haram etmisən, halbuki, Peyğəmbər bu işi gör­mə­mişdir. Əbu Bəkr də onu halal saymışdır.»
Ömər dedi: «O halaldır, lakin ümrəni həcc aylarında ye­ri­nə yetirsələr, belə təsəvvür edərlər ki, o, həclərinin əvə­zi­nə kifayət edir və bu halda yumurta cücəsiz olar, yə`ni Mək­kə ilin başqa aylarında ümrəçilərdən boş olar, onla­rın həcci də xəlvət olar, halbuki, həcc Ilahi nurlardan olan bir nurdur. Deməli, mənim işim düz olmuşdur!»
Imran dedi: «Deyirlər ki, sən müvəqqəti evlənməni haram etmi­sən, halbuki, o, Allah tərəfindən icazə verilən bir iş idi. Biz münasib bir mehriyyə ilə müt`ə edir, üç gündən son­ra ayrılırdıq.»
Ömər dedi: «Peyğəmbəri Əkrəm onu zərurət halında halal bi­lirdi. Ondan sonra camaat rifah halına çatdılar, indi mü­səl­manlardan bir kəsi tanımıram ki, ona əməl etsin, ya­xud ona doğru qayıtsın. Indi də hər kəs istəyirsə, münasib bir mehriyyə ilə (daimi) evlənsin və üç gündən sonra təlaqla ayrıl­sın. Deməli, mənim işim düzgündür.»
Müəllif: Xəlifə Ömərin müt`ə həccini qadağan etməsinə bə­­ra­ət qazandırılan sözü «əgər müsəlmanlar ümrəni həcc ay­la­­rında yerinə yetirsələr, onların həccinin əvəzinə kifayət et­­diyini təsəvvür edərlər» – deyə nəhy etməsi ilə əlaqədar sö­zü ilə, yə`ni həcc və ümrənin bir yerə yığılması ilə əla­qə­dar sözü ilə düzgün gəlmir. Həqiqətdə onun səbəbi digər bir rəvayətdə qeyd olunandır. Orada demişdir: «Məkkə əha­li­sinin nə süd verən heyvanları, nə faydalı əkin sahələri var­dır. Onların ticarətlərinin rövnəqləndiyi vaxt yalnız bu evin qonaqlarının gəldiyi günlərdədir. Buna əsasən, adam­lar gərək iki dəfə ona tərəf gəlsinlər: Bir dəfə müf­rə­də həcci üçün, bir dəfə də müfrədə ümrəsi üçün. Bunu et­mə­lidirlər ki, mühacirlərin əsli və kökü olan Qüreyş on­lar­dan (maddi cəhətdən) bəhrələnsin.»
Amma xəlifənin müt`ə nikahı barəsindəki nəzərinə, yə`ni «Pey­ğəmbərin dövrü zərurət dövrü idi, indi isə belə deyil­dir» - sözünə gəldikdə isə, bu yozum da qəbulolunası deyil­dir. Çünki müt`ənin Peyğəmbər dövründə baş verməsini aş­kar şəkildə bəyan edən rəvayətlərin çoxu bunu çatdırmaq is­tə­yir ki, onun nazil olması müharibə və səfər halında ol­muş­dur. Buna görə də Peyğəmbərin əsri, Ömərin əsri və bi­zim dövrümüzə qədərki əsrlər arasında heç bir fərq olmaya­caq­dır.
Çünki insan yer üzündə tapıldığı bir vaxtdan həmişə səfərə ehtiyaclıdır, günlər, aylar, bə`zən illərlə öz əhli-əyalından ayrı olur. Indi əgər bir kişi səfərə getsə və səfəri uzansa, özünün cinsi qərizəsi ilə nə etməlidir? Onu özündən ayıraraq başqa bir yerdə qoya bilərmi ki, yenidən qa­yıt­dıqdan sonra ondan istifadə etsin?! Yoxsa cinsi qərizəsi hə­mişə onunladır və səfər və qeyri-səfərlərdə ondan ayrıl­mır? Əlbəttə ki, bu qərizə həmişə onunladır. Belə olan hal­da onu inkar etmək olarmı?! Hələ bunlar bir tərəfə, əgər bəşər övladlarından olan nadir şəxslər (hər bir şə­rait­də) iffətçiliyə riayət edə bilsələr, onda yenə də bütün in­san­lar belə ola bilərmi?! Yoxsa onların əksəriyyəti öz cin­si qərizələri qarşısında acizdir? Cəmiyyətdə bəşər nəs­lindən belə bir böyük qrup ola-ola onu cinsi qərizədən çə­kin­dirmək mümkündürmü ki, o özünün fitri qanunları ilə mü­xa­lifət etsin?! Onun üçün cəmiyyətə xəyanət etməkdən baş­qa bir yol qalırmı?!
Görəsən, insanın bütün maddi və mə`nəvi müşküllərini ən münasib yollarla həll edən Islam dini bu müşkülü ca­vab­sız qoyubdurmu?! Xeyr! Əksinə, bu müşkül üçün müvəqqəti evlənmə yolunu qanuni hala salmışdır. Necə ki, imam Əli (ə) buyurmuşdur: "Əgər Ömər (müvəqqəti evlənməni) qadağan et­mə­səydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi." Amma qeyri-is­lami cəmiyyətlərə gəldikdə isə, çıxış yolunu zinanın caizliyində görür və onu hər bir halda azad qoyurlar.

Добавлено (06.04.2008, 05:50)
---------------------------------------------
Qeyd olunanlar təkcə vətənlərindən uzaqda yaşayan müsa­fir­lərin çətinliyi deyil; əksər camaat da öz vətənlərində çox vaxtlar daimi əqdlə evlənə bilmirlər. Bu çətinlikdə qa­dın və kişi eyni səviyyədədir. Halbuki, əgər uzun illər boyu dai­mi olaraq evlənə bilməyən insan vardırsa, onda müvəqqəti izdi­vaca pənah aparmasa, nə etməlidir? Xüsusilə bunu nəzə­rə alaq ki, Qur`ani-Kərim müsəlman kişilərə buyurmuşdur: "Və­la tuvaiduhunnə sirrən- onlarla gizlində qərar qoymayın." Müsəl­man qadınlara isə belə buyurmuşdur: "Vəla müttəxizati əxdan- xəl­vətdə özlərinə dost seçməsinlər."
Amma xəlifə Ömər özünün bu qadağasını izah edərək de­diyi: «Müvəqqəti izdivacı daimi izdivaca çevirin və üç gün­dən sonra təlaq verin» - sözünə gəldikdə isə, bu işin nəti­cə­si iki halda ola bilər: Birincisi budur ki, bu qərar qa­dın­la kişinin əvvəlcədən mə`lumatı ilə yanaşı olsun, hər ikisi onunla razılaşsınlar. Bu da elə müt`ə nikahından iba­rət olacaqdır.
Ikincisi budur ki, ərin belə məqsədi olsun və onu qa­dın­dan gizlətsin ki, bu halda qadını aldatmaq və onu təh­qir etmək sayılacaqdır. Çünki onlar daim izdivac əsasında qə­rar qoyur və kişi batini niyyətini (üç gündən sonra təlaq ver­məyi) gizlədir. Halbuki, zahirdə üç günlük olan daimi iz­di­vac da baş verdikdən sonra qadınların və onların hima­yə­çilərinin daimi izdivaca olan e`timadları aradan gedəcək­dir.
Sonda bunu deyirik ki, Imranla xəlifə Ömərin və baş­qa­la­rının arasında baş verən söhbətlərdən, eləcə də Ömə­rin bu barədə dediyi söhbətlərindən aydın olur ki: Müvəq­qə­ti izdivacın qadağan olunmasına dair Peyğəmbəri Əkrəmdən nəql olunan və əsl təfsir və hədis kitablarında yayılan rə­va­­yət­lərin hamısı saxta rəvayətlərdir ki, Ömərin əsrindən son­­ra düzəldilmişdir. Çünki əgər Ömərin xilafəti döv­rün­də Peyğəmbər səhabələrindən hər hansı biri o həz­rət­dən Ömə­rin həcc müt`əsi və qadınlar müt`əsi barəsindəki si­y­asə­tini təsdiqləyən bir rəvayət nəql etsəydi, hökmən onu aş­kar edərdi. Çünki xəlifənin bu işi qadağan edib və onu yeri­nə yetirənləri cəzalandırması ilə əlaqədar aşkar tə`kid­ləri və təhdidləri ilə yanaşı, onun xəlifədən gizlə­dil­məsinə heç bir ehtiyac görülmürdü. Xəlifənin özü də əgər bir müddət ər­zində siyasətini təsdiqləyən bir şey tap­saydı, ona istinad edər və müsəlmanlara bu qədər təzyiq göstər­məyə ehtiyac duy­maz­dı.
Beləliklə, Ömərin dövrü öz siyasətinin müxaliflərini məhv edib nəfəslərini çəkməyə qoymadığından və hətta Pey­ğəm­bər hədislərinin ravilərini rəvayət nəql etməkdən saxla­masına baxmayaraq sona çatdı.
Bu siyasət Osmanın xilafətinin əvvəlindəki altı ildə də davam etdi. Xəlifənin müt`əni qadağan etməkdəki hökmü təd­­­rici olaraq Islam ölkələrinə və cəmiyyətinə yayıldı və bun­­­dan sonrakı Islamda – xilafət aparatının icazə verdiyi şey­­­lər­dən başqa heç bir şey bilməyən – yeni bir nəsil yaran­­dı.
6-ÖMƏRDƏN SONRA MÜVƏQQƏTI EVLƏNMƏ
Osmanın xilafətinin ikinci yarısında xilafətin hakim qüv­­vələri parçalandı və bir-birinin qarşısında qərar tut­du­­lar: Ayişə, Təlhə, Zübeyr, Əmr ibni As və onun ardı­cıl­la­­rı bir tərəfdə, Mərvan və onun övladları, Bənil-As, sair Bə­­ni Üməyyə və onun ardıcılları isə digər tərəfdə dayan­dı­­lar. Bu çarpışmalar nəticəsində müsəlmanların əməl mey­­danı genişləndi, nisbi azadlıqlar əldə etdilər, qadağan olu­nan hədislərin bir qismi yayılmağa başladı və müsəl­man­ları xəlifə qarşısında müqavimət və mübarizəyə çəkdi. Ye­ni nəsil qədim müsəlmanlardan eşitməyə taqətləri olmayan şey­­lər eşidir, heç vaxt müşahidə etmədikləri işlər görür­dü­­lər. Müxalifətlərin bə`ziləri müvəqqəti izdivacla əla­qə­dar idi.
Əbdür-Rəzzaq «Müsənnəf» kitabında Ibni Cərirdən, o da Ətadan belə rəvayət edir: Müt`ənin adını eşitdiyim ilk şəxs Səfvan ibni Yə`la idi. O mənə xəbər verdi ki, Müaviyə Ta­if­də bir qadınla müvəqqəti izdivac etmiş, mən də onun işi­ni bəyənilməz hesab etmişdim. Sonra Ibni Abbasın ya­nı­na getdik. Bə`zilərimiz bu hadisəni ona da dedi. O belə ca­vab verdi: «Bəli, bu iş (müvəqqəti evlənmə) caizdir.» Ravi de­yir: Mənim qəlbim sakitləşmədi və nəhayət Cabir ibni Əb­dül­lahın yanına getdim, camaat ondan müəyyən suallar so­ru­şurdu, müt`əyə çatanda Cabir dedi: Bəli, biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nə­hayət Ömərin xilafətinin axır vaxtlarında Əmr ibni Həris bir qadını müvəqqəti olaraq əqdinə keçirtdi və...»
Həmçinin Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında belə de­yi­lir: Müaviyə ibni Əbi Süfyan Taifə daxil olan zaman Məa­nə adlı bir qadınla müvəqqəti evləndi. Cabir deyir: «Mən Məanəni Müaviyənin xilafəti dövründə gördüm. O hələ də sağ idi və Müaviyə onun dünyadan getdiyi vaxta qədər hər il onun üçün hədiyyə göndərirdi.»
Həmin kitabda Əbdüllah ibni Xeysəmdən belə rəvayət olu­nur: Məkkə şəhərində iraqlı abid bir qadın Əbu Üməyyə ad­lı oğlu ilə birlikdə yaşayırdı. Səid ibni Cübeyr onun evi­nə gediş-gəliş edirdi. O deyir: Səidə dedim: «Bu qadı­nın yanına çox gedib gəlirsən?!» Səid dedi: «Mən onu mü­vəq­qəti izdivacla öz əqdimə keçirmişəm.» Səid ona demişdi: «Müvəq­qəti izdivac adi su içməkdən də rahatdır.»
Bəli, həmin dövrdən e`tibarən müvəqqəti izdivacın halal ol­­ması barəsində sözlər danışılmış, fətvalar verilməyə başla­mışdır. Əbdür-Rəzzaq öz kitabında deyir: Əli Kufədə de­di: "Əgər Ömər ibni Xəttabın əvvəlki rə`yi olmasaydı, fərman ve­rər­dim ki, müvəqqəti izdivac yayılsın. Bundan sonra bədbəxt adamdan baş­qa heç kəs zina etməzdi."
«Təfsiri Təbəri», «Təfsiri Nişaburi», «Təfsiri Fəxr Ra­­­zi», «Təfsiri Ibni Həyyan» və «Təfsiri Süyuti» kitabla­rın­­­da rəvayət olunur ki, imam Əli (ə) buyurmuşdur: "Əgər Ömər müvəqqəti izdivacı qadağan etməsəydi, bədbəxt şəxslərdən başqa heç kəs zina etməzdi."
«Təfsiri Qurtubi» kitabında Ibni Abbasın belə dediyi nəql olunur: «Müvəqqəti evlənmə Allah tərəfindən bəndə­lərə hədiyyə olunan Ilahi bir ne`mət idi (və Ömər onu bən­də­lə­rə qadağan etdi). Əgər Ömər onu qadağan etməsəydi, bəd­bəxt­lərdən başqa heç kəs zina etməzdi.»
Əbdür-Rəzzaqın «Müsənnəf», Cəssasın «Əhkamul-Qur`an», Ib­­ni Rüşdün «Bidayətul-müctehid», Süyutinin «Durrul-mən­sur» kitabında və Ibni Əsirin «Nihayətül-lüğət» kitabının «şə­qi» maddəsində, Ibni Mənzurun «Lisanul-ərəb» kita­bın­da, Zübeydinin «Tacul-ərus» və digər kitablarda qeyd olunur ki, Əta deyir: Ibni Abbasın belə dediyini eşitdim: «Allah Öməri bağışlasın! Müt`ə Ilahi rəhmətdən başqa bir şey deyildi ki, Allah onu Mühəmmədə əta etmişdi (Ömər onu qadağan etdi). Əgər onun qadağanı olmasaydı, bədbəxt şəxs­lər­dən başqa heç kəsin zinaya ehtiyacı olmazdı.»
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında «rəhmət» kəlmə­si­nin yerinə «rüxsət» sözü (genişlik, icazə) qeyd olunmuşdur. Əta deyir: «Allaha and olsun, sanki, onun sözünü eşidirəm ki, belə deyirdi: «Illa şəqiyyun, yə`ni bədbəxtlərdən başqa.»
«Bidayətul-müctehid» kitabında belə deyilir: "Əgər Ömər onu qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zinaya düçar olmaz­dı."
7-ÖMƏRDƏN SONRA MÜT`ƏNIN HALAL OLMASINA ISRAR EDƏNLƏR
Ibni Həzm «Əl-mühəlla» kitabında yazır: «Peyğəmbəri Ək­rəm­dən sonra əvvəlki səhabələrdən bir qrupu onun halal olma­sına e`tiqadda qalmışdı. O cümlədən, Əbu Bəkrin qızı Əsma, Cabir ibni Əbdüllah, Ibni Məs`ud, Ibni Abbas, Müa­viyə ibni Əbu Süfyan, Əmr ibni Həris, Əbu Səid Xidri, Üməy­yə ibni Xələfin iki oğlu Sülmə və Mə`bəd və Cabir ibni Əbdüllah onun Peyğəmbərin dövründə halal olmasını, Əbu Bəkrin və Ömərin xilafətinin axırlarına qədər halal­lığında qalmasını bütün səhabələrdən rəvayət etmişlər.
O deyir: «Ömər ibni Xəttab yalnız o halda qadağan və rədd olunmuş sayırdı ki, iki adil şəxs ona şahidlik et­mə­sin və iki nəfər adilin şəhadəti ilə onu rəva bilir­di. Tabeinlərdən Tavus, Əta, Səid ibni Cübeyr və sair Mək­kə fəqihləri onun halal olmasına israr edirdilər.»
Qurtubi öz təfsirində belə qeyd edir: Müvəqqəti evlən­mə­ni yalnız Imran ibni Həsin, bə`zi səhabələr və Əhli-beytdən bir qrupu caiz bilirlər. O deyir: Əbu Ömər demişdir: «Ib­ni Abbasın səhabələri, məkkəlilər və yəmənlilərin hamısı müvəq­qəti izdivacı Ibni Abbasın məzhəbinə əsasən, halal hesab etmişlər.»
Ibni Qüdamə «Muğni» kitabında deyir: «Ibni Abbasdan rəvayət olunur ki, o, müt`əni caiz hesab etmişdir. Səha­bə­lərin çoxu, o cümlədən Əta və Tavus bu əqidə­də­dir­lər. Ibni Cərir bu əsasda fətva vermiş və onun halal ol­ma­sını Əbu Səid Xidri və Cabirin dilindən rəvayət et­miş, şiələr də ona doğru getmişlər. Çünki Peyğəmbəri Ək­rəm (s.ə.v.v)-in ona icazə verməsi danılmaz bir məsələ idi.»
8-ÖMƏRIN ARDICILLARI MÜVƏQQƏTI IZDIVACI QADAĞAN EDIR
Müvəqqəti izdivacın haram olmasının tərəfdarlarından biri də Əbdüllah ibni Zübeyrdir. Ibni Əbi Şeybə «Müsən­nəf» kitabında Ibni Əbi Ze`bdən belə rəvayət etmişdir: Ibni Zübeyr xütbə oxuyub deyirdi: "Əla və innəl-müt`ətə hiyəz-zi­na, yə`ni "agah olun ki, müt`ə elə həmin zinadır!"
Digəri isə Ibni Səfvandır ki, onun hədisi qeyd oluna­caq­dır. Üçüncüsü Əbdüllah ibni Ömər özünün iki nəzəriy­yə­sin­dən birində haram etmişdir. (Bunun da şərhi gələcəkdir.) Həm­çinin, bu məsələdə Ömərin ardıcılları ilə müxalifləri ara­sında çoxlu çəkişmələr və münaqişələr olmuşdur ki, onu aşa­ğıda qeyd edirik:
9-ÖMƏRIN MÜXALIFLƏRI ILƏ TƏRƏFDARLARI ARASINDA IXTILAF
Müvəqqəti evlənmənin halal olması barəsində Ibni Ab­bas­la müxaliflərdən olan Ibni Zübeyr kimiləri arasında aşa­ğıdakı şəkildə bəhslər və mübahisələr baş vermişdir:
Müslüm «Səhih» kitabında və Beyhəqi «Sünən» kitabında Ür­­vət ibni Zübeyrdən belə rəvayət edirlər: Əbdüllah ibni Zü­beyr Məkkədə ayağa qalxıb dedi: «Allah, qəlblərini də göz­lə­ri kimi kor etdiyi insanlar müvəqqəti izdivacın halal ol­ma­sı­na dair fətva verirlər!» Bu sözlə Əbdüllah Ibni Abba­sı nə­­zər­də tuturdu ki, o zaman gözlərini əldən vermişdi. Ibni Ab­bas cavabında dedi: «Sən əclaf və yelbeyin bir varlıqsan! Ca­nıma and olun ki, müt`ə Imamul-müttəqinin (məqsədi Pey­ğəm­bər idi) dövründə halal idi. Ibni Zübeyr dedi: «Sən özün sınaqdan çıxart; Allaha and olsun, əgər belə etsən – müt`ə əncam versən – səni öz daşlarırla daş-qalaq edəcəyəm!»
Ibni Şəhab yazır: Xalid ibni Mühacir ibni Seyf mənə xə­bər verərək dedi: Mən bir kişinin yanında oturmuşdum, baş­qa bir kişi onun yanına gəlib müt`ənin hökmünü souşdu. O, müt`ənin yerinə yetirilməsinə dair fətva verdi. Əbu Əmrə Ən­sa­ri ona dedi: «Yavaş!» O dedi: «Nə üçün? Allaha and ol­sun ki, biz Imamul-muttəqinin dövründə onu yerinə yetirir­dik.»
Səid ibni Cübeyr rəvayət edərək deyir: Əbdüllah ibni Zü­beyr bir xütbə oxudu və Ibni Abbasın müt`ənin halal olması barəsindəki fətvasına e`tiraz edirdi. Ibni Abbas dedi: «Əgər düz deyirsənsə, anandan soruş!» Əbdüllah öz anasından soruş­duqda, belə bir cavab eşitdi: «Ibni Abbas düz deyir: bəli, belədir.» Ibni Abbas deyir: «Əgər istəsən, müvəqqəti izdivac yolu ilə dünyaya gələn Qüreyş kişilərinin adını sayaram.
Aydındır ki, bu söhbətlər Əbdüllah ibni Zübeyrin Mək­kəyə hakim olduğu vaxtda baş verməlidir. O zamanda cümə və cama­at namazları Beytüllahil-həramda qılınırdı. Düzgün nə­zər budur ki, bu söhbətlər cümə namazı xütbələri vaxtında və müsəlmanlardan çoxunun iştirakı ilə olan məclisdə baş ver­mişdi. Çünki bizim nəzərimizə görə, Ibni Abbas, Ibni Zü­bey­rin çıxışlarında iştirak etməyi səhih bilmirdi, yal­nız cümə namazında iştirak edirdi ki, onda iştirak etməyə də məcbur idilər.
Buradan aydın olur ki, Ibni Zübeyrin və hakim hey`ətin, yə`­­ni xilafət aparatının Peyğəmbərin müt`əni qadağan etməsi ba­­­rə­­sində söz, əməl və təqriri barəsində heç bir sənədləri yox idi. Çünki əgər malik olsaydılar, Ibni Abbasın müqa­bi­lin­­­də və onun dediyi: «Müt`ə Peyğəmbərin dövründə yerinə ye­ti­­­ri­­lirdi» - kimi möhkəm fətvası qarşısında ona istinad edər­­dilər.
Bəli, həcc müt`əsini və qadınlar müt`əsini bu günkü günə qə­dər haram edən, onu günün məntiqinə uyğunlaşdıran və xi­la­fətin hakim hey`ətinin əksinə olaraq onun halal olmasına inananlar isə, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsinə isti­nad etmiş, onların qarşısına çıxmış və Peyğəmbərin sün­nə­sindən dəlil gətirmişdilər.
«Səhihi Müslüm», «Müsnədi Əhməd», «Müsnədi Təyalisi», «Sünə­ni Beyhəqi» və sair kitablarda Əbu Nəzrədən belə rəva­yət olunur: Cabir ibni Əbdüllahın yanında idim, bir şəxs gəlib dedi: «Ibni Abbas və Ibni Zübeyr həcc və qadınlar müt`ə­si barəsində ixtilaf etmişlər.» Cabir dedi: «Biz onu Peyğəmbərin dövründə yerinə yetirirdik. Sonra Ömər bizi bu işdən çəkindirdi, biz də yerinə yetirmədik.»
Digər bir rəvayətdə isə belə dediyi nəql olunur: Cabirə dedim: «Ibni Zübeyr müvəqqəti evlənməni qadağan edir, Ibni Abbas isə onun halal olmasına göstəriş verir. Cabir dedi: Hə­dis mənim ixtiyarımdadır, biz Peyğəmbərin dövründə mü­vəq­qəti izdivac edirdik. Ömər ibni Xəttabın vaxtı gəlib çatan­da bir xütbə oxuyaraq dedi: «Allah-taala Öz Peyğəmbəri üçün istədiyi hər bir şeyi halal etmişdir. Qur`an da öz ye­rin­də nazil olmuşdur. Indi öz həccinizi ümrənizdən ayı­rın və bu qadınlarla müt`ə etməkdən çəkinin! Əgər müvəqqəti izdi­vac etmiş olan bir kişini mənim yanıma gətirsələr, onu daş-qalaq edəcəyəm.»
Bu rəvayət Beyhəqinin «Sünən» kitabında belə qeyd olunur: «Biz Peyğəmbərin dövründə və Əbu Bəkrin xilafətində müt`ə edirdik. Ömər ibni Xəttab xilafətə çatan zaman dedi: Alla­hın Rəsulu elə Allahın Rəsulu, Qur`an da elə həmin Qur`an­dır. Bu ikisi (ki, deyirik) iki müt`ədir ki, Peyğəmbərin döv­rün­də bərqərar idi və mən (indi) onları qadağan edirəm, hər kəs yerinə yetirsə, cəzalandıracağam: Onlardan biri müvəqqəti izdi­vacdır, əgər müvəqqəti əqd ilə bir iş görmüş olan bir kiş­ini mənim yanıma gətirsələr, onu daş-qalaq edəcəyəm və daş­lar altında dəfn olunacaqdır! Digəri də həcc müt`əsidir. Öz həccinizi ümrənizdən ayırın; çünki bu iş sizin həcc və ümrə­nizi daha kamil edər.»
10-IBNI ABBASLA BAŞQALARI ARASINDA olan IXTILAF
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: (Ibni) Səf­van dedi: «Bu Ibni Abbas zinaya dair fətva verir.» Ibni Ab­bas dedi: «Mən zinaya fətva vermirəm! Məgər (Ibni) Səfvan Üm­mü Ərakəni unutmuşdurmu? Allaha and olsun ki, o qadı­nın övladı müt`ədən dünyaya gəlmişdir! Məgər o zina etmiş­dir­mi? Bəni Cəməh qəbiləsindən bir kişi onunla müvəqqəti izdi­vac etmişdi.»
Başqa bir rəvayətdə Tavusun belə dediyi nəql olunur: «Ib­ni Səfvan zinaya dair fətva vermişdir? Ravi deyir: Ibni Ab­bas müt`ədən dünyaya gələn bir neçə adamın adını çəkdi. O de­yir: Mən onları eşitdim, yalnız Mə`bəd ibni Üməyyənin adı­nı xatırlayıram.»
Mə`bəd ibni Səlmə ibni Üməyyə Kimdir?
Rəvayətlərin birində qeyd olunduğu kimi Ibni Abbas demişdir: Ümmü Ərakədən başqa bir kəs mö`minlərin əmiri Öməri bu cür reaksiya göstərməyə vadar etməmişdi. O, hamilə halında çölə çıxdı və Ömər bunun səbəbini soruşduqda, belə cavab dedi: «Səlmət ibni Üməyyə ibni Xələf məni müvəqqəti olaraq əqdinə keçirmişdir.» Buna görə də Ibni Səfvan Ibni Abbasın nəzərini xoşagəlməz sayanda Ibni Abbas ona dedi: «Öz əmindən soruş!»
«Cəmhərətul-ənsab» kitabında Ibni Həzm yazır: Üməyyə ibni Xələf Cəməhinin Əli, Səfvan, Rəbiə, Məs`ud və Səlmət adlı övladları var idi ki, Mə`bəd ibni Səlmət həmin Səlmət ibni Üməyyə ibni Xələfin oğludur. Onun anası da Ümmü Ərakə olmuşdur. Səlmə Ömərin, yaxud Əbu Bəkrin xilafəti dövründə onunla müvəqqəti evlənmiş və Mə`bəd ibni Səlmə də bu izdivacdan dünyaya gəlmişdir.»
Müəllif: Bizim nəzərimizcə, Səfvan ibni Üməyyə elə Ibni Səfvanın atasıdır. Səfvan Səlmət ibni Üməyyənin qardaşı olduğuna görə Ibni Abbas ona demişdir ki, «əmindən soruş!» Həmçinin, demişdir: «Ümmü Ərakəni unutmusanmı? Allaha and olsun, onun övladı-yə`ni Mə`bəd ibni Səlmət Ibni Səf­vanın əmisi-müvəqqəti evlənmədən dünyaya gətirdiyi övladdır. O zina etmişdirmi?» Müt`ə yolu ilə dünyaya gələn övladları saydıqda, bu Mə`bədi də onlardan biri hesab etmişdir.
11-ƏBDÜLLAH IBNI ÖMƏRIN IBNI ABBASLA IXTILAFI
Əbdüllah ibni Ömərdən müvəqqəti evlənmə ilə əlaqədar nəql ounan rəvayətlər müxtəlifdir. Onların bə`zilərində deyi­lir:
«Əhməd ibni Hənbəl öz «Müsnəd» kitabında Əbdür-Rəhman ibni Nəim Ə`rəcidən rəvayət edir ki, o, belə demişdir: Ibni Ömə­rin yanında idim ki, bir nəfər ondan müvəqqəti izdivac barə­sində soruşdu, Əbdüllah qəzəblənib dedi: «Allaha and olsun, biz Peyğəmbərin dövründə zinakar deyildik!»
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında deyilir: «Ibni Ömə­rə deyildi: «Ibni Abbas müvəqqəti evlənməyə icazə verir.» O dedi: «Güman etmirəm ki, Ibni Abbas belə bir söz demiş ola.» Dedilər: «Bəli, Allaha and olsun ki, belə deyir.» Əb­dül­lah dedi: «Agah olun! Allaha and olsun, o, Ömərin dövründə də belə söz deyə bilməzdi. Ömər sizi bu işdən şiddətlə çə­kin­­dirmişdi, mən də onu zinadan başqa bir şey hesab etmi­rəm!»
Ibni Əbi Şeybənin «Müsənnəf» və Süyutinin «Durrul-mən­sur» kitablarında belə nəql olunur: Əbdüllah ibni Ömər­dən müvəqqəti izdivac barəsində soruşduqda, dedi: «Haram­dır!» Ona deyildi ki, axı Ibni Abbas onun halallığına dair fət­va vermişdir. Dedi: «Onda nə üçün Ömərin dövründə onu züm­zümə etmirdi?!»
«Sünəni Beyhəqi» kitabında «haramdır!» - ibarəsindən son­ra deyilir: Ömər ibni Xəttab əgər bir kəsi ona görə tut­say­dı, onu daş-qalaq edərdi.»
12-MÜT`Ə BARƏSINDƏ XÜLƏFA MƏKTƏBININ ARDICILLARININ SONRAKI TƏDBIRLƏRI
Gördüyümüz kimi, xüləfa məktəbinin müvəqqəti izdivacı qa­da­ğan etmək barəsindəki məntiqləri Ibni Zübeyrin haki­miy­yə­ti dövrünə qədər zorakılıq və qüdrət mehvərində dolanırdı. Bu məktəbin ardıcılları ondan sonra mövqelərini dəyiş­di­lər, hədis qondarma və təhrif etmə məqamına gəldilər ki, onla­rın nümunələrini qeyd edirik:
a) «Sünəni Beyhəqi» kitabında deyilir: «Ibni Abbas müvəq­qə­ti izdivacın halal olmasına dair fətva verir və elm əhli onu görməməzliyə vururdular. Ibni Abbas bu işdən çəkin­mir­di, nəhayət şairlərdən biri onun fətvası barəsində belə bir şe`r oxudu:
يَا صَاحِ هَلْ لَكَ فِي فَتْيَا ابْنِ عَبَّاسٍ هَلْ لَكَ فِي نَاعِم خُودٍ مُبْتَلَةٍ
تَكُونُ مَثْوَاكَ حَتَّى مَصْدَرِ النَّاسِ .
"Ey dad! Bilirsinizmi ki, Ibni Abbasın fətvası nə idi?!
Bilirsiniz ki, sənin nazlı qızını hara aparırlar?!
O yerə aparırlar ki, mənzilinin bucaqları kişilərin mehman qəbul edəni olsun."
Deyir: «Elm əhli bu şe`rləri eşitdikdən sonra müt`əyə şid­dətlə nifrət etdilər və onu xoşlamadılar.»
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Zəhridən belə rəva­yət olunur: Şair bu şe`rləri – "ya sahə həl ləkə fi fətya Ib­ni Abbas" şe`rini oxuyan zaman alimlər müvəqqəti izdi­vacı çirkin iş hesab etdilər.
Bu rəvayətdə qeyd olunur ki, Ibni Abbas heç vaxt müvəqqə­ti izdivacın halal olması fətvasından geri çəkilməmişdir, alim­lərin bu barədə e`tinasız yanaşmaları və şairlərin həcv şe`rləri onu bu işdən çəkindirə bilməmişdir.
b) Səid ibni Cübeyrin əvvəlki rəvayətini təhrif etmiş və onu belə rəvayət etmişlər: Ibni Abbasa dedim: «Bilirsənmi nə etmisən və nə fətvalar vermisən? Sənin fətvanı süvarilər uzaq məntəqələrə aparmış, şairlər onun barəsində şe`rlər qoşmuşlar?!» O dedi: «Nə demişlər?» Dedim: Belə demişlər:
اَقُولُ لِلشَّيْخِ لَمَّا طَالَ مَجْلِسُهُ يَا صَاحِ هَلْ لَكَ فِي فَتْيَا ابْنِ عَبَّاسٍ
يَا صَاحِ هَلْ لَكَ فِي بَيْضَاءَ بَهْكَنَة تَكُونُ مَثْوَاكَ حَتَّى مَصْدَرِ النَّاسِ
Ibni Abbas dedi: «Inna lillah və inna iləyhi raciun! Alla­ha and olsun, mən buna dair fətva verməmişəm və bunu nəzər­də tutmamışam. Mən müt`ədən yalnız Allah-taalanın zəru­rət halında meytə, qan və donuz ətinin yeyilməsi miq­da­rın­da fətva vermişəm.»
Ibni Qüdamənin «Muğni» kitabında deyilir: O, ayağa qal­xıb dedi: «Müvəqqəti evlənmə eynilə murdar olmuş heyvan, qan və donuz əti kimidir. Amma Peyğəmbərin bunun halal olma­sı­na dair icazəsinə gəldikdə isə, şübhəsiz, o, qüvvədən düş­müş­dür.»
BU RƏVAYƏTIN IRADI
Müt`ənin halal olmasına müxalif olanlar bu rəvayəti Sə­id ibni Cübeyrin dilindən nəql edərkən unutmuşlar ki, Səid ibni Cübeyr həmin kəsdir ki, Məkkədə müt`ə edirdi. Həmçi­nin, bunu da unutmuşlar ki, Ibni Abbasın səhabələri – məkkəlilər və yəmənlilər hamılıqla Ibni Abbasın məzhəbinə əsasən müvəqqəti izdivacı halal hesab edirdilər. Əgər Ibni Abbas öz fətvasından geri çəkilsəydi, onda Əta, Tavus və başqa səhabələr həmin əsasda qalmazdılar.
Heysəmi «Məcməüz-zəvaid» kitabında bu hədisin səhih olmadığını faş edərək deyir: «Bu hədisin sənədində Həccac ibni Ərtat kimi hiyləgər adam vardır.»
Onun «Təhzibut-təhzib» kitabındakı tərcümeyi-halında deyi­lir: «O, Yəhya ibni Əbi Kənir və Məkhuldan bir şey eşit­mədən rəvayət nəql edir, buna görə də hədisşünaslar onu müdəl­lis və hiyləgər adlandırmışlar. Çünki ondan artırılmadan salamat qalan bir hədis tapılmamışdır.»
Ibni Mübarək deyir: «Həccac hiyləgərlik edir və bizim üçün Əmr ibni Şüeybdən, o da Əzrəmidən tərk olunmuş hə­dis­­lər deyirdi.»
Yə`qub ibni Əbi Şeybə deyir: «Onun (Həccacın) hədisləri süst və qarışıqdır.»
v) Termizi və Beyhəqi Musa ibni Übeydədən, o da Məhəm­məd ibni Kə`bdən, o da Ibni Abbasdan rəvayət edirlər ki, belə demişdir: «Müvəqqəti izdivac Islamın əvvəllərində var idi. Belə ki, tanınmaz ölkəyə daxil olan bir kişi iqamət qəs­di etdiyi müddətdə bir qadınla evlənir və o qadın onun mal-dövlətini saxlayır, həyatını tənzim edirdi. Nəhayət "illa əla əzvacihim – yə`ni öz arvadları və kənizlərindən başqa – ayəsi na­zil olduqda Ibni Abbas dedi: «Bu iki qrupdan başqa ayrı­la­rı ilə izdivac etmək haramdır.»

Добавлено (06.04.2008, 05:54)
---------------------------------------------
BU HƏDISIN IRADI
Bu hədisin sənədində Musa ibni Übeydə adlı bir kəs var­dır ki, «Təhzibut-təhzib» kitabında onun barəsində deyi­lir: Əh­məd demişdir: «Onun hədisi münkər və tanın­maz­dır. Mə­nim nəzərimə görə onun rəvayəti caiz deyildir. O, xoşagəlməz hə­dis­ləri rəvayət etmişdir.»
Müəllif: Bu hədisin mətnində qeyd olunur ki, müvəqqəti ev­lənmə Islamın əvvəllərində var idi. Nəhayət "illa əla əzva­cihim..." ayəsi nazil oldu. Bu ayədə qeyd olunan iki şəxsdən baş­qa­ları ilə evlənmək haramdır.
Mən bunu başa düşə bilmirəm... Əgər bu, Ibni Abbasın sözüdürsə, onda nə üçün bu ayənin nazil olmasından yarım əsr keçdikdən sonra Əbdüllah ibni Zübeyrlə müxalifətə qalxır və müvəqqəti izdivacın halal olmasına dair israr edir?! Bundan əlavə, məgər müvəqqəti evlənmə, evlənmənin növlərindən de­yil­dirmi? Həmçinin, əgər bu rəvayət səhih olsa və Ibni Abbas öz fətvasını – bu ayənin nazil olmasından sonra – Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə boşlamışsa, onda imam Əli (ə) ona müt`ə barəsində mülayimlik göstərirdi ki,nə vaxt «sən özünüsevən bir adamsan!» - deyə buyurmuşdur!
q) Cabir ibni Əbdüllahdan nəql etmişlər ki, o demişdir: «Mü­vəq­qəti izdivac etdiyimiz qadınlarla birlikdə çölə çıx­dıq ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurdu: «Bunlar Qiya­mə­tə qədər haramdır.» Bundan sonra onlar bizimlə vidalaşdı və ona görə də ora «ayrılıq yeri» adlandırıldı. Halbuki, on­dan əvvəllər «vüsal yeri» idi.
BU HƏDISIN IradLARI
Heysəmi deyir: «Bu rəvayəti Təbərani «Ovsət» kitabında gə­­tir­­mişdir. Onun sənədində Sədəqət (Ibni Əbdüllah) adlı adam vardır ki, Əhməd ibni Hənbəl onun barəsində deyir: «Onun heç bir dəyəri yoxdur. Onun hədisi münkər və tanın­maz­­dır.» Müslüm («Səhihi Müslüm» kitabının müəllifi) onun barəsində demişdir: «Onun hədisi münkərdir.»
Müəllif: Hədisin mətnində qeyd olunur ki, Cabir Peyğəmbərdən rəvayət edərək o həzrətin «Bunlar Qiyamətə qədər haramdırlar» - buyurduğunu demişdir. Halbuki, Cabir səhih və mütəvatir hədislərdə rəvayət edərək deyir: «Biz Pey­ğəm­bərin dövründə, Əbu Bəkrlə Ömərin dövründə müvəqqəti iz­di­vac edirdik. Nəhayət Ömər onu Əmr ibni Hərisin gördüyü işə görə qadağan etdi.
ğ) Beyhəqi «Sünən» kitabında və Heysəmi «Məcməüz-zəvaid» kitabında Əbu Hüreyrədən rəvayət edirlər ki, belə demişdir: Peyğəmbərlə birlikdə Təbuk müharibəsinə doğru yola düşdük. Sənyətul-vidada düşərgə saldıq. Peyğəmbər ağlayan bir neçə qadını gördükdə, buyurdu: «Nə üçün ağlayırlar?» Deyildi ki, bu qadınların ərləri onlarla müvəqqəti evlənmiş, sonra onlardan ayrılmışlar. Peyğəmbər (s.ə.v.v) buyurdu:
حَرَّمَ اَوْ هَدَمَ الْمُتْعَةَ النِّكَاحُ وَالطَّلاَقُ وَالْعِدَّةُ وَالْمِيرَاثُ
«Yə`ni: evlənmək, təlaq, iddə və miras müt`əni haram (yaxud məhv) etmişdir.»
Bu rəvayət «Məcməüz-zəvaid» kitabında belə qeyd olunur: «Pey­ğəmbər (s.ə.v.v) bir çıraq gördü və ağlayan qadınları müşahidə etdi.»
BU HƏDISIN IRADLARI
Bu hədisin sənədində Müəmməl ibni Ismail, Əbu Əbdür-Rəhman Ədvi adlı iki adam vardır ki, 205, yaxud 206-cı ildə vəfat etmişdir. «Təhzibut-təhzib» kitabında deyilir: «Buxari demişdir ki, onun hədisi münkər və tanınmazdır.»
Digəri demişdir: «O, kitablarını dəfn etdi, sonra (yaz­ma­dan) rəvayət etməyə başlamışdı. Buna görə də xatası və səhv­ləri çox oldu. Belə ki, hətta bə`zi vaxtlar onun hədi­si­nin müqabilində dayanmaq elm əhlinə vacibdir. Çünki o, mün­kər və tanınmaz rəvayətləri mö`təbər və e`timadlı şeyxlərin di­­lindən nəql edir (onların adına yazır) və bu da çox pis bir işdir. Çünki əgər bu münkər və tanınmaz rəvayəti zəif ra­vi­lərin dilindən desəydilər, onun üçün müəyyən bəhanə gəti­rərdik.»
Müəllif: Hədisin mətnində qeyd olunur ki, onlar Sənyətul-vi­da­da düşərgə saldılar. «Mö`cəmül-büldan» kitabında qeyd olun­­duğu kimi, Sənyətül-vida Mədinəyə açılan bir çınqıllı yer­dir ki, hər kəs Mədinəyə tərəf gedərsə, oradan keçməli olur. O deyir: Səhih budur ki, bu, cahiliyyət dövrünə (Islam­dan əvvəlki dövrə) məxsus olan qədimi bir add<



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Qonaq Tarix: Çerşenbe axşamı, 08.04.2008, 03:54 | Mesaj # 43
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
mute haqdaki melumatlarin davami
addır. Buranın be­lə adlandırılmasının səbəbi bu idi ki, müsafirlər orada vida­laşır­dılar.
Bunun dəlili də budur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) Mək­kədən Mədinəyə hicrət etdiyi zaman ənsar qadınları o həzrə­tin pişvazına çıxıb dedilər:
طَلَعَ الْبَدْرُ عَلَيْنَا مِنْ ثَنْيَاتِ الْودَاعِ
"Ay Sənyətül-vidada bizim üzümüzə saçdı."
Buna əsasən, Sənyətül-vida cahiliyyət dövrlərindən e`ti­ba­rən müsafirlərin görüşüb ayrıldığı yerin adıdır. Bu da Is­lam­dan sonra deyil, Islamdan qabaqkı dövrlə əlaqədar ad qoy­madır.
Bundan əlavə, görəsən, nə üçün təkcə müvəqqəti izdivacla əq­də keçirilən qadınlar sağollaşmaq üçün evdən çıxmalı, dai­mi qadınlar isə gəlməməlidirlər?! Onların ağlamağının səbə­bi nə idi? Onların ərləri qayıdışı olmayan bir səfərə get­mir­dilər ki?!
ə) Beyhəqi Əli ibni Əbi Talibin belə dediyini nəql edir: Peyğəmbər (s.ə.v.v) müt`əni qadağan edərək deyirdi: «Müvəqqəti evlənmə o kəs üçündür ki, (daim arvad) tapa bilməsin; və evlənmə, təlaq, iddə, mirasın hökmləri nazil olduğu zaman müt`ə hökmü qüvvədən düşdü.»
BU HƏDISIN IRADI
Bu hədisin sənədində Musa ibni Əyyub vardır ki, Əqili onu zəiflər cərgəsində qeyd etmiş, Yəhya ibni Muin və Saci onu münkirul-hədis (hədisi inkar olunan) adlandırmışlar.
Müəllif: Bu hədisin mətnində Əli (ə)-ın adından deyilir ki, o həzrət guya belə buyurmuşdur: «Peyğəmbəri Ək­rəm müt`əni qadağan etmişdir.» Halbuki, o həzrətin özü buyurur: "Əgər Ömərin keçmiş rə`yi olmasaydı, fərman verərdim ki, müt`ə etsinlər. Bundan sonra bədbəxtdən başqa heç kəs zina etməzdi."
ç) Beyhəqi Əbdüllah ibni Məs`uddan rəvayət edir ki, belə de­mişdir: «Müt`ə qüvvədən düşmüşdür: təlaq, mehriyyə, iddə və miras onu nəsx etmişdir.»
BU HƏDISIN IradI
Bu ünvanda olan hədislərin ravilərindən biri Həccac ibni Ərtatdır ki, Həkəmdən və o da Əbdüllahın səha­bə­lə­rin­dən rəvayət edir. Belə ki, onun təqdimatı əvvəldə qeyd olundu. Onun barəsində demişlər: «Yalançı, (hiyləgər), mətrukdur və hədislərə özündən bə`zi şeylər artırır.» Bundan əlavə biz Həkəmin Əbdüllahın səhabələrinin hansı birindən rəvayət etdiyini bilmirik.
Digər bir rəvayətdə deyilir: «Bizim səhabələrdən bə`ziləri Həkəm ibni Üteybədən, o da Əbdüllah ibni Məs`uddan rəvayət etmişlər.» Biz bilmirik ki, «bə`zi səhabələr» - dedikdə məq­səd kimlərdir. Əgər 113-cü ildə, yaxud ondan sonra dünyadan ge­dən və altmışdan yuxarı yaşı olan Həkəm ibni Üteybəni deyir­sə, onda otuz ikinci ildə vəfat edən Əbdüllah ibni Məs`­uddan necə rəvayət nəql edə bilər?!
Bundan əlavə, hədisin mətni Əbdüllah ibni Məs`udun müt`ənin halal olması barəsindəki danılmaz rə`yi, eləcə də «fəməstəmtə`tum bi minhunnə ila əcəlin» - kimi qiraət və təfsir etməsi ilə aşkar ziddiyyətdədir.
Yuxarıdakı üç hədisdə qeyd olunur: «Nikah, təlaq, iddə və miras müt`əni haram və məhv edir.» Bunun mə`nası odur ki, müvəqqəti evlənmə daimi izdivac və onunla əlaqədar işlərdən öncə qanun halına salınmışdır. Əgər «Müvəqqəti izdivac daimi izdivacın qanun halına salındığı vaxta qədər olmuş və bundan sonra nəsx edilmişdir» - deyilsə, bundan belə çıxır ki, Peyğəmbərin və səhabələrin əvvəldəki izdivac­ları­nın hamısı – daimi izdivacın hökmü nazil olduğu vaxta qə­dər müvəqqəti evlənmə olmuşdur!!
s) «Məcməüz-zəvaid» kitabında Zeyd ibni Xalid Cəhənidən belə rəvayət olunur: «Dostumla birlikdə bir qadınla müvəq­qəti evlənmə barəsində söhbət edirdik ki, bir nəfər gəldi və bizə dedi: «Peyğəmbəri Əkrəm (s.ə.v.v) müvəqqəti izdivacı, həm­çinin, hər bir caynaqlı vəhşi heyvanın ətini və əhli­ləşmiş uzunqulağın ətini haram etmişdir.»
BU HƏDISIN IRADI
Heysəmi demişdir: «Bu hədisi Təbərani rəvayət etmişdir ki, onun da sənədində Musa ibni Übeydə Rəbəzi adlı şəxs zəif­­dir. Bizim onun zəifliyi barəsindəki nəzərimiz yuxarıda qeyd olundu.
Bu hədisin mətnindən belə çıxır ki, onun ravisi Məkkə­nin fəthində Səbrə Cühənənin rəvayəti ilə Xeybər barəsin­də­ki digər bir rəvayəti birlikdə nəql etmiş, caynaqlı heyvan­la­rın ətinin yeyilməsinin haramlığını ona artırmış və ha­mı­­sını vahid bir sənəd və vahid tərkiblə rəvayət etmişdir.
d) «Məcməüz-zəvaid» kitabında Haris ibni Əziyyədən rə­va­yət olunur: Məkkə fəth olunan zaman Peyğəmbər ilk dəfə dedi: « Müvəqqəti evlənmə haramdır.»
BU HƏDISIN IRADI
Heysəmi demişdir: Təbərani onu rəvayət etmişdir, halbu­ki, onun sənədində Ishaq ibni Əbdüllah ibni Əbi Fərvə var­dır.
Digər alimlər də onun barəsində demişlər: «O, münkər və tanın­maz hədisləri rəvayət edir, onun hədisinə istinad olun­mur. Onu boşlamışlar, ondan rəvayət nəql etmək caiz deyil­dir, onun hədisi yazılmır və s.»
e) «Məcməuz-zəvaid» kitabında Kə`b ibni Malikdən belə rə­vayət olunur: Peyğəmbər qadınlarla müvəqqəti evlənməyi qa­da­ğan etmişdir.
Heysəmi deyir: Təbərani onu rəvayət etmişdir, halbuki, onun rəvayətində Yəhya ibni Ənisə vardır. Alimlər onun ba­rə­sində demişlər: «O zəifdir, hədis əhli onun rəvayətlərini yazmırlar. O yalançıdır, onun hədisi mətrukdur.»
ə) Beyhəqi «Sünəni-kubra» kitabında Əbdüllah ibni Ömər­dən belə rəvayət edir: Ömər minbərdə Allaha həmd-səna etdik­dən sonra belə dedi: «Nə olub ki, bə`zi adamlar müt`ə ilə ev­lə­nirlər, halbuki, Peyğəmbər onu qadağan etmişdir?! Agah olun! Hər müt`ə edən bir şəxsi mənim yanıma gətirsələr, hökmən onu daş-qalaq edəcəyəm!»
BU HƏDISIN IŞKALI
Bu hədisin sənədində Mənsur ibni Dinar adlı bir şəxs var­dır. Yəhya ibni Muin onun barəsində deyir: «Hədisi zəif­dir.» Nəsai deyir: «Onun hədisi güclü deyildir.» Buxari deyir: «Onun hədisində münaqişəli məsələ çoxdur.» Əqili onu zəiflər cərgəsində hesab etmişdir.»
Bura qədər rical elmi alimlərinin tə`rifinə uyğun olaraq sənə­dində zəiflik və irad olan hədisləri qeyd etdik. Gələcək fəsildə alimlərin səhihliyi barəsində yekdil fikirdə olduq­ları hədisləri qeyd edəcəyik. Çünki ya kitablarda «səhih» adı ilə gəlmiş, yaxud da onun sənədinin düzgün­lüyündə işkal etmə­mişlər:
Birinci hədis: «Səhihi Müslüm», «Sünəni Nəsai», «Sünəni Beyhə­qi», Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında Şəhab Zəhri­dən, o da Məhəmməd ibni Əlinin oğlu Əbdüllah və Həsəndən, onlar da atalarından belə rəvayət edirlər ki, Əli ibni Əbi Talibin Ibni Abbasa belə dediyini eşitmişlər: «Sən özünü bəyə­nən bir adamsan! Peyğəmbəri Əkrəm (s.ə.v.v) Xeybərin fət­hin­də onu (müvəqqəti evlənməni) və əhliləşmiş ulaq əti­ni yeməyi qadağan etmişdir.»
Bu rəvayət həmin sənədlə və azacıq fərqlə «Səhihi Buxa­ri», «Sünəni Əbi Davud», «Sünəni ibni Macə», «Sünəni Ter­mizi», «Sünəni Darəmi», «Müvəttəi Malik», Ibni Əbi Şey­bənin «Müsənnəf», «Müsnədi Əhməd», «Müsnədi Təyalisi» ki­tab­larında və başqa yerlərdə qeyd olunmuşdur.
Ikinci hədisdə Əbuzərdən belə nəql olunur: «Müvəqqəti evlənmə bizim üçün – Peyğəmbər səhabələri üçün yalnız üç gün halal idi və ondan sonra Peyğəmbər qadağan etdi.»
Həmçinin dedi: «Müvəqqəti evlənmə bizim qorxumuz və müha­ribəmiz üçündür.»
Üçüncü hədis: «Səhihi Müslüm», «Sünəni Darəmi», «Sünə­ni ibni Macə», «Sünəni Əbi Davud» və digər kitablarda Mək­kənin fəthində Peyğəmbərlə birlikdə olan Səbrə Cəhəni­dən rəvayət olunur ki, o belə demişdir: «On beş gün ərzində Məkkədə iqamət etdik. Peyğəmbəri Əkrəm (s.ə.v.v) bizə icazə verdi ki, müvəqqəti evlənək. Mən və qohumlarımızdan bir kişi birlikdə çölə çıxdıq. Mən bir qədər göyçək, dostum isə bədqiyafəli idi. Hər birimizdə bir ədəd bərd (rida) var idi. Mə­nim bərdim köhnəlmişdi, əmi oğlumunku isə təzə idi. Mək­kənin aşağısına çatmışdıq ki, cavan və uca boylu bir qa­­dınla qarşılaşdıq. Ona dedik ki, bizim ikimizdən biri­miz­lə müvəqqəti izdivac etməyə razısanmı? O dedi: «Mehriyyə ola­raq nə verirsiniz?» Bizim hər birimiz öz bərdimizi açıb gös­tərdik. O, yoxlamağa başladı. Dostum ona dedi: «Bunun bər­di köhnə, mənimki isə təzədir.» Belə cavab eşitdik: «Bunun bərdinin heç bir eybi yoxdur.» Bunu da iki-üç dəfə tək­rarladı. Sonra onunla müvəqqəti evləndim. Məkkədən çıx­mamış Peyğəmbəri Əkrəm (s.ə.v.v) onu qadağan etdi.»
Digər bir rəvayətdə deyir: Peyğəmbər (s.ə.v.v) bu­yur­du: «Ey camaat! Mən özüm sizə icazə verdim ki, müvəqqəti iz­di­vac edəsiniz. Indi Allah onu Qiyamətə qədər haram etmiş­dir.»
Başqa bir rəvayətdə deyilir: «Peyğəmbəri gördüm ki, Rükn ilə Məqam arasında dayanıb buyururdu.»
Yenə bir rəvayətdə deyir: «Peyğəmbəri Əkrəm (s.ə.v.v) Mək­kə­nin fəth olunduğu ildə Məkkəyə daxil olduq. Bizə müvəq­qəti izdivaca dair əmr etdi. Məkkədən çıxmamışdıq ki, onu qadağan etdi.»
Yenə başqa bir rəvayətdə deyilir: «Mən Peyğəmbərin döv­rün­də Bəni Amirdən olan bir qadınla müvəqqəti evlən­miş­dim və iki qırmızı bordu mehriyyə vermişdim. Sonra Pey­ğəm­bər bizi müt`ədən çəkindirib bu işi qadağan etdi.»
Daha başqa bir rəvayətdə deyilir: «Peyğəmbər (s.ə.v.v) Mək­­kənin fəthində qadınlarla müvəqqəti izdivacı qadağan etdi.»
Başqa bir rəvayətdə: Peyğəmbər (s.ə.v.v) müt`əni qadağan edə­­rək buyurdu: «Müt`ə bu gündən e`tibarən Qiyamətə qədər haram­dır.»
«Sünəni Əbi Davud», «Sünəni Beyhəqi» və sair kitablarda Rəbi ibni Səbrədən rəvayət olunur ki, o demişdir: Mən özüm şahid idim ki, atam belə rəvayət edirdi: «Peyğəmbəri Əkrəm (s.ə.v.v) «Həccətül-vida»da müt`əni qadağan etdi.»
Dördüncü hədis: «Səhihi Müslüm», Ibni Əbi Şeybənin «Müsənnəf», «Müsnədi Əhməd», kitablarında Səlmət ibni Əkvədən belə rəvayət olunur: «Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in Ovtasın fəth olunduğu ildə müvəqqəti evlənməni üç gün azad qoydu, sonra onu qadağan etdi.»
13-BU HƏDISLƏRIN IRADLARI
1-Sünnülərin ən mühüm hədis kitablarında və «Sihah», «Müsnəd», «Sünən» və «Müsənnəf» kitablarında qeyd olunan imam Əli (ə)-ın hədisinin mənbələrini on dörd yolla tapmışıq: Orada qeyd olunur ki, Peyğəmbər Xeybər qəzvəsində iki şeyi haram etmişdi:
1-Müvəqqəti izdivac nikahını;
2-Əhliləşmiş ulağın ətini yeməyi.
Xeybərdə müvəqqəti evlənmənin qadağan olunmasını gös­tə­rən yalnız bu bir hədisdir, halbuki, Xeybərdə əhliləşmiş ulaq ətinin yeyilməsinin qadağan olunmasının sənədi digər çox­lu rəvayətlərdə qeyd olunmuşdur. Onların heç birində mü­vəq­qəti izdivacın haram olunmasına işarə edilmir. Gələcək bəhs­lərdə bu iki qadağan edilməni araşdıracağıq:
a) Xeybərdə müvəqqəti evlənmənin qadağan olunması:
Xeybərdə müvəqqəti evlənmənin Peyğəmbər tərəfindən qada­ğan olunması o dövrün tarixi gerçəklikləri ilə uyğun gəl­mir. Belə ki, alimlərdən bir çoxu, o cümlədən Ibni Qəyyim bu­nu aşkar şəkildə qeyd etmişdir.
Ibni Qəyyim «Zadul-məad» kitabında «müvəqqəti izdivacın qa­da­ğan edilməsi zamanı» başlığı altında deyir: «Xeybərin fəth olunması zamanı səhabələrdən heç biri yəhudi qadın­la­rı ilə müvəqqəti evlənməmiş, bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən icazə də istəməmişdilər. Heç vaxt bir kəs onu Xey­bər qəzvəsi barəsində nəql etməmişdir. O qəzvədə heç bir vəchlə müt`ə məsələsi və yaxud onun qadağan edilməsi ilə əlaqədar söz deyilməmişdir.»
O deyir: «Xeybərdə müsəlman qadın yox idi və orada olan qadınlar yəhudi idilər. Kitab əhli ilə izdivacın caizliyi də o günə qədər qeyd olunmamışdı. Yalnız Xeybərin fəth olunmasından sonra Allah-taala onlarla izdivacı halal etdi və «Maidə» surəsinin 5-ci ayəsində buyurdu:
وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ
"Bu gün sizin üçün, sizdən əvvəl olan kitab əhlinin pak qadınları halal oldu."
Bu halal olmaq Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in ömrünün son il­lərində və Vida həccindən sonra, yaxud həmin ildə ol­muş­du; deməli, kitab əhlinin qadınları ilə evlənmənin caizliyi Xey­bərin fəth olunduğu dövrdə sabit deyildi.»
Ibni Həcər qeyd olunan hədisin şərhində Xeybər barə­sin­də deyir: «Xeybərin fəth olunması zamanı müvəqqəti izdi­vac­dan söhbətə yer yox idi. Çünki Xeybər müharibəsində heç bir müvəqqəti izdivac baş verməmişdi.»
O, həmin hədisin şərhində «Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in ömrü­nün son ilində müvəqqəti izdivacı qadağan etməsi» ba­bın­da Süheyldən nəql edib deyir: «Bu hədisin işkalı odur ki, deyir: Müvəqqəti izdivacın qadağan olunması Xeybərin fəth olunduğu ildə baş vermişdir. Bu da bir şeydir ki, sirə yazanlar və hədis ravilərindən heç biri onu rəsmi şə­kildə qəbul etmirlər.»
Ibni Həcər, Ibni Qəyyimin son sətrlərdə qeyd olunan sözlərini də nəql etmişdir



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Qonaq Tarix: Çerşenbe axşamı, 08.04.2008, 03:56 | Mesaj # 44
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
b) XEYBƏRDƏ ƏHLILƏŞMIŞ ULAQ ƏTININ HARAM EDILMƏSI
Ibni Həcər Ibni Abbasdan rəvayət edir ki, o, ulaq ətinin halal olması üçün bu ayəyə istinad etmişdir:
قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا...
"De: Mən vəhy olunanlar içərisində heç bir haram görmürəm."
Müəllif: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əhliləşmiş ulaq əti­ni haram etməsi, ehtimal üzrə, yalnız Xeybərdəki əhli­ləş­miş ulaqlara məxsusdur. Aşağıdakı rəvayətlərdə qeyd olunan səbəblərə görə:
«Səhihi Buxari» kitabında Əbi Ovfa rəvayət edərək deyir: Xeybər qəzvəsində aclığa düçar olduq; qazanlar qaynayır və ətlərin bə`ziləri bişmə halında idi. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in carçısı nida edib dedi: «Bu ulaqların ətindən heç nəyi yeməyin, hamısını çölə tökün.» Ibni Əbi Ovfa deyir: Bizə xəbər verdilər ki, Peyğəmbəri Əkrəm onların xümsünü ayırmadığına görə qadağan etmişdi. Bə`ziləri də dedilər: «Peyğəmbəri Əkrəm onların nəcasət yeyən olmasına görə ətlərini qadağan etmişdi.»
Bu qadağanın səbəbi Əbu Davudun öz «Sünən» kitabının «xərac» bölməsində, «tə`şiru əhliz-zimmə» babında Irbaz ibni Sariyə Səlmadan nəql etdiyi rəvayət də ola bilər.
O, belə rəvayət edir: Biz Xeybərdə düşərgə saldıq, Pey­ğəm­bərin səhabələri onunla birlikdə idi. Xeybərin bədxa­siy­yətli və inadkar sahibi olan bir kişi Peyğəmbərə üz tu­tub dedi: «Ey Mühəmməd! Sizə rəvadırmı ki, bizim ulaqları­mı­zı kəsəsiniz, meyvələrimizi yeyəsiniz və qadınlarımızı vu­ra­sınız?!» Peyğəmbər qəzəblənib buyurdu: «Ey Ovfun oğlu! Ata min, car çəkib de: Agah olun! Bu əkin sahələri heç bir mö`­min üçün halal deyildir; həmçinin, (de ki,) hamı namaz üçün bir yerə toplaşsın.» O deyir: Hamı bir yerə toplaş­dıq­da, Peyğəmbər onlarla namaz qılıb, sonra ayağa qalxaraq buyurdu: «Yoxsa sizlərdən bə`ziləriniz təsəvvür edir ki, Allah-taala bu Qur`anda olanlardan başqa heç bir şeyi haram etməyib?! Agah olun, mən moizə etdim və elə şeyləri əmr və nəhy etdim ki, Qur`an qədərində, yaxud ondan artıqdır. Allah-taala sizə icazə verməmişdir ki, kitab əhlinin evlərinə daxil olasınız. Yalnız onların icazəsi ilə olar. Haqqınız yoxdur ki, onların qadınlarını vurasınız və meyvələrini yeyəsiniz. Bu hökm onların sizə maliyyət və vacib hüquqları verdikləri zamana qədər bərqərardır.»
Ibni Əbi Ovfanın rəvayət etdiyinə əsasən, Peyğəmbəri Ək­rəm (s.ə.v.v) o günlərdə ulaq ətinin yeyilməsinin haram ol­ma­sının səbəbini bəyan etmişdir. Onların bə`ziləri de­mişlər: «Bu qadağanın səbəbi bu idi ki, onların xümsü ve­ril­məmişdi.» Bu məsələni xəyanət barəsində gəlib çatan rə­va­yətlər də təsdiqləyir. Bəlkə də Peyğəmbərin başqalarının əm­va­lını qarət etməklə əlaqədar qadağan etməsidir. Aşa­ğıdakı rəvayətə diqqət yetirin:
«Sünəni Əbi Davud» kitabında ənsardan olan bir ki­şidən belə rəvayət olunur: Peyğəmbəri Əkrəmlə birlikdə sə­fə­rə getdik, camaat çox ağır zəhmətlərə, məşəqqətlərə dü­şüb ehtiyaclı oldular. Bir qədər qoyun tapıb onları qarət etdilər. Bizim yemək qazanlarımız qaynayan zaman Peyğəmbər öz kamanını əlinə alıb onunla qazanları çevirdi. Sonra ət­ləri torpağa qataraq buyurdu: «Qarət etmək ölü heyvan ətindən çox da halal deyildir!»
Başqaları da, qeyd etdiyimiz kimi, belə dedilər: «Əh­li­ləş­miş ulaq ətini yeməyin qadağan olunmasının səbəbi bu idi ki, onlar nəcasət yeməyə adət etmişdilər.»
Hər bir halda, əhliləşmiş ulaqların ətinin yeyil­məsi­nin qadağan olunması təkcə Xeybər qəzvəsində mövcud olan əhli­ləşmiş ulaqlarla əlaqədar idi.
Müvəqqəti evlənmənin qadağan olunması məsələsi də eynilə belədir. Çünki Irbaz ibni Sariyə rəvayət edir ki, pis xasiyyətli və inadkar bir yəhudi Peyğəmbərə şikayət edərək dedi: «Sizə rəvadırmı ki, bizim ulaqlarımızı öldürüb mey­və­lərimizi dərəsiniz və qadınlarımızı döyəsiniz?!» Pey­ğəmbər (s.ə.v.v) hamını bir yerə çağırıb onlara buyurdu: «Sizin üçün rəva deyildir ki, kitab əhlinin evlərinə daxil ola­sınız, yalnız onların icazəsi ilə. Onların qadınlarını vur­mağa, meyvələrəni dərməyə haqqınız yoxdur. Bu hökm onların öhdəsinə olan maliyyə, vergi və hüquqları ödəyənə qədər bərqərardır.»
Deməli, Peyğəmbərin bu barədə etdiyi nəhy də yalnız kitab əhlinin qadınlarını vurmaqla əlaqədar idi, çünki onlar cizyə və maliyyə verirdilər; bu heç də müvəqqəti evlən­məni qadağan etmək mə`nasına deyildir.
Xeybər hadisəsi belə qeyd olunmuşdur, amma müt`ənin qa­dağan olunmasına müvafiq olanlardan biri, bir rəvayət dü­zəl­dərək imam Əli (ə)-ın nəvələrinin birinin dilindən o həz­rətə nisbət vermişdir ki, guya o həzrət müt`ə ilə müva­fiq olan Ibni Abbasa belə demişdir: «Sən özünü bəyənən bir adamsan!» Sonra ona xəbər vermişdi ki, Peyğəm­bər Xey­bər qəzvəsində müvəqqəti izdivacı qadağan etmişdir, əh­li­ləş­miş ulaqların ətini yeməkdən də çəkindirmişdir. Bu hədis düzəldən təkəbbürlü insan imam Əli (ə)-ın «Əgər Ömər müvəqqəti izdivacı qadağan etməsəydi, bədbəxt adam­lardan başqa heç kəs zina etməzdi» - dediyini unut­muşdu.
Daha qəribə budur ki, bunlar həm də imam Əli (ə)-ın nə­və­lərinin dilindən müvəqqəti evlənmənin qadağan olun­ma­sını rəvayət edərək o həzrətə nisbət vermiş və həm də hə­min sənəd tərkibi ilə digər bir rəvayət quraşdıraraq de­mişlər: «Imam Əli göstəriş verdi ki, həcci ümrədən ayır­sın­lar! Ehtimal verilir ki, hər iki rəvayəti düzəldən bir adam olsun.»
2-Əbuzərdən rəvayət edilən hədis də eynilə:
Yuxarıda qeyd olunduğu kimi, bunları Əbuzərdən rəvayət edib deyirlər ki, həcc müt`əsi bizə – Peyğəmbər səhabələrinə – məxsus olan bir icazə idi!
Müvəqqəti izdivac barəsində də rəvayət edib deyirlər: «Müvəqqəti izdivac Peyğəmbərin səhabələrinə yalnız üç gün müddətində halal oldu və sonralar Peyğəmbər onu qadağan etdi.» Həmçinin, demişlər: «Müvəqqəti izdivaca bizim qorxu və müharibə halında olduğumuza görə icazə verilmişdir.»
Halbuki, Əbuzərdən nəql olunan bu iki rəvayət hər iki yolla Ibrahim Teymi və Əbdür-Rəhman ibni Əsvəd tərəfin­dən nəql olunmuşdur. Bu iki rəvayətin vəziyyəti imam Əli (ə)-a nisbət verilən həmin iki rəvayət kimidir.
3-4-Səbrə Cəhəminin rəvayətinə gəldikdə isə, onun ən düz­günü bəhsin əvvəlində «Səhihi Müslüm», «Müsnədi Əh­məd» və «Sünəni Beyhəqi» kitablarından qeyd etdiyimiz bu hadi­sədir: Peyğəmbəri Əkrəm onlara müvəqqəti evlənmə ica­zəsi verdi və o, Bəni Amirdən olan bir qadınla müvəqqəti olaraq evləndi, öz ridasını mehriyyə qərar verib, üç gün onunla bir oldu. Sonra Peyğəmbər buyurdu: «Hər kəsin ya­nında müt`ə olunmuş bu qadınlardan biri varsa, onları azad etsin.» Yə`ni Peyğəmbər onlara buyurdu ki, müvəqqəti ola­raq izdivac etdikləri qadınlardan ayrılıb Məkkədən çıx­mağa hazırlaşsınlar. Bir neçə müddətdən sonra xəlifə Ömərin işinə bəraət qazandıranlar meydana daxil olaraq bu rəvayətin ibarələrini təhrif etdilər. O cümlədən, «li­yəxillə səbiləha», yə`ni «ki, onların yolunu açıq qoysun» - cüm­ləsini «innəha həramun min yovmikum haza ila yəvmil-qiyamə» - «bunlar bu gündən e`tibarən Qiyamət gününə qədər ha­ram oldu» şəklinə salmışlar ki, müvəqqəti izdivacın Mək­kədə haram olunduğunu göstərsin (xəlifənin vasitəsilə yox). Amma bu rəvayət müt`ənin haramlığı barəsində digər bir rəvayətlə ziddiyyətli olduğundan, onların bə`ziləri aş­kar şəkildə demişlər ki, bu qadağan Məkkənin fəthindən əv­vəl – Xeybərin fəthi zamanı – olmuşdur. Başqaları da de­mişlər ki, bunun həm haram olması, həm də icazə veril­məsi Məkkənin fəthindən sonra olmuşdur. Amma özlərini bu rəvayətlərin düzlüyünə iltizamlı gördüklərindən ehtiyac duy­muşlar ki, bu aşkar ziddiyyəti aradan qaldırmaq üçün əməl­li bir cavab gətirsinlər. Buna görə də Peyğəmbər şə­riə­tinə o həzrətin tamamilə bizar olduğu bir şeyi nisbət ver­mişlər. Onlar demişlər: «Bu hadisə bir neçə dəfə nəsx olun­muşdur.» Onun şərhi elədir:
14-Müvəqqəti evlənmə hökmünün qüvvədən düşməsi;
Müslüm öz «Səhih» kitabında «Müt`ə nikahı, onun yeni­dən halal olub nəsx olunması və bundan sonra da Qiya­mət gününə qədər qüvvədən salınması» bölümü altında bir ünvan gətir­mişdir.
Ibni Kəsir öz təfsirində deyir: Şafei və alimlərdən bir qrupu inanırlar ki, müvəqqəti evlənmə halal olmuş, son­ra qüvvədən düşmüşdür; sonra halal olmuş, yenidən qüvvə­dən düşmüşdür.
Ibni Ərəbi deyir: Müvəqqəti evlənmənin hökmü iki dəfə nəsxə düçar olmuş, sonra haram edilmişdir.
Zəməxşəri də özünün «Kəşşaf» adlı kitabında buna işarə etmişdir.
Başqaları isə demişlər: «Nəsx iki dəfədən artıq baş ver­mişdir.» Haqq sonuncu bu qrupladır, çünki əgər bir hökm barəsində hədislərin arasındakı ziddiyyəti aradan qal­dır­mağa görə nəsxin təkrar olunmasını qəbul etsək, hökmən de­məliyik ki, nəsxin təkrar olunması ziddiyyətli hədislərin sayı qədər olmalıdır!!
Deməli, Ibni Ərəbinin sözlərini gətirdikdən sonra Qurtubinin nəql etdiyi şey daha səhihdir. Müvəqqəti izdivac hədisinin yollarını bir yerə yığan alimlər demişlər: «Bu hədislər bunu gərəkli edir ki, müvəqqəti izdivacın hökmü yeddi dəfə halal və haram edilmiş olsun. Çünki Ibni Əmrə rə­vayət edir ki, bu hökm Islamın əvvəllərində mövcud ol­muşdur. Səlmət ibni Əkvə rəvayət edir ki, o, Ovtasın fəth olunduğu illə əlaqədardır. Əli (ə)-a mənsub etdik­lə­ri rəvayətdə deyirlər ki, Xeybərin fəth olunmasında idi. Rəbi ibni Səbrənin onun halal olmasını Məkkənin fəthinə aid bi­lir. Bu rəvayətlərin hamısının yolları «Səhihi Müslüm» kita­bında qeyd olunmuşdur. «Səhihi Müslüm»dən başqa kitablarda da imam Əli (ə)-ın dilindən rəvayət edirlər ki, onun qadağan olunması Təbuk müharibəsində olmuşdur. Əbu Davudun «Sünən» kitabında Rəbi ibni Səbrə rəvayət edir ki, müvəqqəti evlənmənin qadağan olunması «Həccətül-vi­da»­da olmuşdur. Əbu Davud bu bölümdə olan rəvayətlərin ən düzgünü hesab edərək Əmr Həsəndən rəvayət edir ki, ondan əv­vəl və ondan («Həccətül-vida»dan) sonra halal olma­mış­dır. Bu söz Səbrənin dilindən də rəvayət olunmuşdur.
Bunlar müvəqqəti evlənmə ilə əlaqədar olan yeddi mövqe idi. Xüləfa məktəbinin ardıcılları «səhih adlandırılan kitablarda gələn hədislərin səhihliyini isbat etmək üçün belə deməyə məcbur olmuşlar: «Müvəqqəti izdivacın hökmü Islam şəriətində dəfələrlə qüvvədən düşmüşdür.»
Ibni Qəyyimin bu barədə dediyi söz necə də gözəldir! O deyir: «Şübhəsiz, şəriətdə belə bir nəsx olunmanın misli görünməmişdir. Onun oxşarı Islamda baş verə bilməz.»
Ondan da rüsvayçı nəzər Ibni Ərəbinin bu barədə dediyi aşağıdakı sözdür: «Amma bu (təkrarən qüvvədən düşmə) hökm­lərin barəsində – nasix və mənsuxla əlaqədar tam aşkar şəkildə sübuta yetmişdir. Bu şəriətin qəribəliklərindən biri də onda baş verən təkrar nəsxlərdir...!!»
Qeyd olunanlardan əlavə, mən bilmirəm: Necə mümkün ola bilər ki, bu rəvayətlərdən hətta birini belə səhih bilək?! Halbuki, Ömərdən təvatür şəkildə belə nəql olunmuşdur:
«Iki müt`ə Peyğəmbərin dövründə var idi ki, mən onları qadağan edirəm: Qadınların müt`əsi və həccin müt`əsi.»
Başqa bir ibarədə belə deyilir: «Və uhərrimuhuma – o ikisini haram edirəm.»
Necə mümkün ola bilər ki, bu rəvayətlərdən biri səhih olsun, halbuki, Cabirdən nəql olunan səhih rəvayətdə deyilir: «Biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik»?!
Başqa bir rəvayətdə deyir: «Nəhayət Ömərin xilafətinin axırları gəlib çatdı...»
Yenə bir rəvayətdə deyilir: «Biz Peyğəmbərin və Əbu Bək­rin dövründə bir qədər xurma və un ilə müt`ə edirdik, nəha­yət Ömər onu Əmr ibni Hərisin gördüyü işə görə qadağan et­di.»
Necə mümkün ola bilər ki, bu rəvayətlərdən hər hansı biri düzgün olsun və şəxsən Ömər, tabein və səhabələrdən heç biri Ibni Zübeyrin dövrünə qədər onu eşitməmiş ol­sun? Müsəlmanlardan heç biri bu müddət ərzində ondan xə­bər­dar olmamış olsunlar? Çünki əgər belə bir rəvayət olsaydı, Öməri ondan agah edər və onun əsasında dəlil gə­ti­rərdilər, xilafətin hakim hey`əti də Ibni Zübeyrin döv­rü­nə qədər onu yayaraq ona istinad edərdi. Xüsusilə bunu nəzə­rə alaq ki, müt`ənin qadağan edilməsi ilə müxalif olanlar, o cümlədən Ibni Abbas, Cabir, Ibni Məs`ud və başqaları Peyğəm­bər sünnəsinə istinad edərək onları məhkum edir, başqalarını da ona şahid tutur, Ibni Zübeyrin anası Əsma kimi adamlardan soruşurdular. Əli və Ibni Abbas aşkar şəkildə deyirdilər: «Əgər Ömər müvəqqəti izdivacı qadağan etməsəydi, bədbəxt adamlardan başqa heç kəs zina etməzdi.» Heç kəs də demirdi ki, Peyğəmbər onu qadağan etmişdir.
Bəli, bu miqdarı qəbul edirik ki, bu cür hədislər də xeyirxahlıq məqsədilə düzəldilmişdir ki, xəlifə Ömərin bu barə­dəki mövqeyini dəstəkləsin və ona tutulan iradları on­dan uzaqlaşdırsın! Necə ki, həccin ümrədən ayrılması və həc­cin təklikdə yerinə yetirilməsi hədisləri də ona tutulan irad­ları dəf etmək və xeyirxahlıq məqsədilə düzəldil­miş­dir. Bu eynilə Qur`an surələrinin oxunulmasının fəziləti barə­sində xeyirxahlıq və savab məqsədilə düzəldilən hədis­lərə oxşayır.
Nəvavi özünün «Təqrib» kitabında deyir: Qondarma və saxta hədis düzəldənlər bir neçə qrupdur ki, onların ən təh­lü­kəlisi və ən ziyanlısı o kəslərdir ki, zöhdlük və tər­ki-dünyalığa mənsub edilir və hədisləri xeyirxahlıq və sa­vab məqsədilə düzəldirlər, camaat da onlara e`timad etdik­lərinə görə düzəltdikləri hədisləri qəbul edirlər.
Onun şərhində deyir: Xeyirxahlıq və savab məqsədilə düzəldilən hədislərin nümunələrindən biri Hakimin öz sənədilə Əbu Əmmar Mərvəzidən rəvayət etdiyi bir hədisdir. Əbu Ismət Nuh ibni Əbi Məryəmə deyildi: Necə oldu ki, sən Əkrəmədən və Ibni Abbasdan Qur`an surələrinin hər bi­rinin fəziləti barəsində bu qədər hədisi əldə etdin, hal­bu­ki, onların heç biri Əkrəmənin səhabələrinin nəzərində yox­dur?!» O dedi: «Mən gördüm ki, camaat Qur`andan üz çevir­miş, Əbu Hənifənin, ibni Ishaqın Məğazi»sinə üz gətir­miş­lər. Buna görə də o hədisləri savab və xeyirxahlıq məq­sədilə düzəltdim.»
Ömərin müvəqqəti izdivacı və həcc müt`əsini qadağan etmək­lə əlaqədar tutduğu mövqeyini təsdiqləmək üçün düzəl­dilən hədislər də bu qəbildəndir. Xüsusilə, Peyğəmbərin mü­vəq­qəti izdivacı nəhy etməsi ilə əlaqədar düzəldilən hə­dis­ləri qeyd etmək olar ki, bizim nəzərimizə görə Ibni Zübeyr­dən sonra və hədisin yazıldığı əsrdən qabaq, yə`ni birin­ci hicri əsrinin axırlarında və ikinci əsrin əvvəl­lə­rin­də Ömərin işlərinə bəraət qazandırmaq üçün düzəldil­miş­dir.
Bir sözlə, onlardan biri Peyğəmbərə nisbət verərək belə demişdir: «Peyğəmbəri Əkrəm Xeybər qəzvəsində müvəqqəti izdivacı qadağan etdi.»
Digəri demişdir: «Peyğəmbər onu halal etdi və qəza ümrəsində haram etdi.»
Üçüncüsü deyir: «Bu hökm Məkkənin fəthində olmuşdur.»
Dördüncüsü deyir: «O, Ovtasın fəthində baş vermişdir.»
Beşincisi deyir: «Təbuk müharibəsində olmuşdur.»
Altıncısı deyir: «Həccətül-vidada baş vermişdir.»
Beləliklə, onlardan hər biri demək istəyir ki, bu hökmün halal və haram olması birlikdə və bir yerdə, bir zamanda və xüsusi bir məkanda Peyğəmbərin dövründə baş vermiş, Ömərin haram etməsi də buna görə olmuşdur.
Bəli, bu hədislər bir-birilə ziddiyyət təşkil edir və xü­ləfa məktəbinin alimləri bu ziddiyyətləri aradan qaldır­maq məqamına gəldikləri üçün Islam şəriətinə nöqsan va­rid olunmasına səbəb olan şeylərdən başqa bir şey tapa bil­məmiş və onu Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə nisbət ver­miş­lər, halbuki, bu, Mühəmməd (s.ə.v.v) şəriətinə yaxılan if­tiradan başqa bir şey deyildir! Onlar deyirlər: «Bu hökm iki dəfə halal, iki dəfə haram edilmişdir.» Həmçinin, de­miş­lər: «Onun halal olub, sonradan qüvvədən düşməsi bun­dan daha çox, hətta yeddi dəfəyə qədər təkrar olunmuşdur!!»
Bəli, bunlar bu hədislərin düzgünlüyünə iltizamlı olduqları, bu sözlərini qoruyub-saxlamağa cəhd etdikləri vaxta qədər Islama vurulan ehtiramsızlıqları böyük və dağıdıcı faciə hesab etməyəcəklər!
Xüləfa məktəbinin alimləri müvəqqəti izdivacın haram edilməsini dəstəkləmək üçün bu hədislərin vasitəsilə çoxlu faydalar almışlar. Onun nümunəsini Yəhya ibni Əksəmlə Mə`munun arasında 3-cü hicri ilinin əvvəllərində olan hadisədir ki, Ibni Xulləkan onu Məhəmməd ibni Mənsurun dilindən belə rəvayət etmişdir: Biz Abbasi xəlifəsi Mə`munla birlikdə Şam yolunda idik. O göstəriş verdi ki, nida edib belə desinlər: «Müvəqqəti evlənmə halaldır.» Yəhya ibni Əksəm mənə və Əbil-Əynaya dedi: «Sübh tezdən onun yanına gedin, əgər danışmağa imkan vardırsa, onunla danışın, əks halda mən gəlincəyə qədər sükut edin.»
O deyir: Mə`munun yanına getdikdə, gördük ki, dişlərini yuyur. Qəzəbli halda (Ömərin sözlərini təkrar edərək) belə deyirdi: «Iki müt`ə var idi ki, Peyğəmbərin və Əbu Bəkrin dövründə cari idi, mən onu qadağan edirəm!» Sən kimsən ki, ey milçək! Peyğəmbərin və Əbu Bəkrin yerinə yetirdiyi bir işi qadağan edəsən?!»
Əbül-Əyna Məhəmməd ibni Mənsura işarə edib dedi: «Ömər ibni Xəttabın barəsində belə şeylər deyən adamla da­nı­şa bilərikmi?!» O deyir: Buna görə də özümüzü saxladıq ki, Yəhya ibni Əksəm gəlsin. O gəldikdə oturdu, biz də otur­duq. Mə`mun Yəhyaya dedi: «Nə oldu, nə üçün qəzəblənmisən?» Yəh­ya dedi: «Bu, Islamda baş verən bir faciəyə görədir.»
Mə`mun dedi: «Onda nə baş vermişdir?»
Dedi: «Zinanın halal olmasına dair çağırış!»
Mə`mun dedi: «Zina?!»
Yəhya dedi: «Bəli, müvəqqəti evlənmə zinadır.»
Mə`mun dedi: «Bunu haradan deyirsən?»
Yəhya dedi: «Allahın Kitabından və Peyğəmbərin sünnə­sin­dən!
Allah-taala buyurur:
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ * الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ * وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ * وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ* وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ * إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ * فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ
"Həqiqətən, mö`minlər nicat tapdılar..." (Nəhayət buyurur:) O kəs­lər ki, öz fərclərini qoruyub-saxlayarlar, öz həyat yoldaşlarından və kə­­niz­­lərindən başqa bir kəsin yanına getməzlər. Bunlar danlağa düçar ol­­maz­­lar. Hər kəs bundan başqa bir yol gedərsə, həqiqətən təcavüzkar­lar­­dandır."
Sonra dedi: Ey mö`minlərin əmiri! Müvəqqəti izdivac «milki yəmin» (kəniz)-dirmi?
Mə`mun dedi: Xeyr!
Yəhya dedi: Müvəqqəti həyat yoldaşı elə həmin həyat yoldaşıdırmı ki, irs aparır və irs qoyur, övladları ona mülhəq olur və onun şərtlərinə malikdir?
Mə`mun dedi: Xeyr!
Yəhya dedi: Deməli, hər kəs bu ikisindən (daimi iz­di­vacdan və ixtiyarında olan kənizdən) o tərəfə keçərsə, tə­ca­vüz­­kardır.
Ey mö`minlərin əmiri! Məhəmməd ibni Hənəfiyyənin oğ­lan­ları Əbdüllah və Həsəndən, onlar da Əli ibni Əbi Ta­lib­dən nəql edirlər ki, o, belə demişdir: (Bunu Zəhri nəql edir.) «Peyğəmbəri Əkrəm mənə göstəriş verdi ki, uca səslə müt`­ənin qadağan və haram olmasını e`lan edim. Bu da ki, o həz­rətin bu işin yerinə yetirilməsinə dair fərman vermə­sindən sonra baş vermişdi.
Mə`mun üzünü bizə tutub dedi: Zəhridən nəql olunan bu hədis həqiqətdirmi?
Dedik: Bəli, ey mö`minlərin əmiri! Bə`ziləri, o cümlədən, Malik o rəvayəti dedi.
Mə`mun dedi: «Əstəğfirullah!» (Allahdan bağışlanmaq istəyirəm!) Çağırıb nida edin ki, müt`ə haramdır. (Sonra da belə etdilər.)
Əbu Ishaq, Ismail ibni Həmmad ibni Zeyd (Maliki məz­hə­binin fəqihidir) bir gün Yəhya ibni Əksəm barəsində da­nı­şdılar və onun məqamını yüksək tutaraq dedilər: Onun Is­lam­da elə bir yüksək rolu vardır ki, heç kəs ona malik deyil­dir. (Sonra bu günləri xatırlatdılar.)
Bəli, xüləfa məktəbinin alimləri elmi mübahisə apa­rar­kən bu hədislərə istinad edirlər, amma xəlifə onların da­nıl­maz sözləri ilə qarşılaşıb onun «Peyğəmbərin dövründə iki müt`ə var idi, mən onları qadağan edirəm və hər kəs gör­sə, ona cəza verərəm» - sözünə çatdıqda deyirdilər: Xəli­fə ictihad etmişdir! Deməli, Allah və Peyğəmbər bir hökmü buyur­muş, xəlifə Ömər isə onların qarşısında əks mövqe seçə­rək ictihad etmişdir
.



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
Qonaq Tarix: Çerşenbe axşamı, 08.04.2008, 03:56 | Mesaj # 45
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
BU BƏHSIN XÜLASƏSI
Ömərin belə dediyi mütəvatir şəkildə nəql olundu: « Peyğəmbərin dövründə iki müt`ə var idi ki, mən indi onları qada­ğan edirəm, hər kəs onları yerinə yetirsə, cəza­lan­dıra­ca­ğam.» Bu da «Həcc müt`əsi» bölməsində qeyd olundu. Xüləfa məktəbində müvəqqəti izdivacın tə`rifi belədir: «Bir kişi bir qadını, onun vəli və qəyyumunun izni ilə və iki şahidin hüzurunda müəyyən bir müddətdə öz izdivacına keçirsin və nəzərə alınmış mehriyyəni ona versin, müddətin sonunda da qadının öhdəsində heç bir şey olmasın. Yalnız iddə saxlamaq bundan istisna olunur ki, hamilə olub-olma­dı­ğı mə`lum olsun. Övlad da şübhəsiz olaraq ataya mülhəq olur. Əgər hamilə olmazsa, müddət keçdikdən sonra başqası ilə evlənə bilər. Onun iddəsi bir aylıq adət qədərindədir və bir-birindən irs aparmırlar. Əgər müddət sona çatdıqda, onu uzatmaq istəsələr, başqa bir mehriyyə qərar verməklə bu işi görməlidirlər.»
Amma onun Əhli-beyt məktəbindəki tə`rifi belədir: «Qadın ya şəxsən özünü təzvic edir, ya da onun vəkili; əgər səği­rə olsa, qəyyumu onu mə`lum olunmuş mehriyyə və müəyyən olun­muş müddətlə onunla izdivac edə bilən bir kişinin əq­dinə keçirir. Elə bir şəxs olmalıdır ki, şər`i cəhətdən, yə`­ni nəsəb, yaxud səbəb, yaxud süd vermə vasitəsilə heç bir ma­neə olmamalı, yaxud qadın iddədə, yaxud ehsanda (ərdə) ol­mamalıdır. Həmin müddət sona çatdığı, yaxud əri vaxtın q­a­la­nını ona bağışladığı zaman bir-birindən ayrılırlar. Ay­rıl­dıqdan sonra əgər qadın kişi ilə yaxınlıq et­mişdirsə və yaisəlik yaşında deyildirsə, iki dəfə aylıq adəti miqdarında iddə saxlamalıdır. Əgər qadın adət gör­mə­yən qadınlardan olsa, qırx beş gün gözləməlidir. Əgər yaxın­lıq olmayıbsa, yaxınlıq edilmədən təlaq verilən qadın kimi­dir və ona iddə yoxdur. Müvəqqəti izdivacdan əmələ gə­lən övladlar bütün hökmlərdə eynilə daimi izdivacdakı övlad­lar kimidir.»
ALLAHIN KITABINDA MÜVƏQQƏTI IZDIVAC
Allah-taala buyurur:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا
"Ləzzət aldığınız qadınların vacib mehriyyəsini verin. Əgər mü­əy­yən olunmuş mehriyyədən sonra bir şey barəsində razılığa gəlsəniz, si­zin üçün heç bir qorxusu yoxdur. Çünki Allah əlim (elmli) və həkim­dir."
Bu ayə Ibni Abbasın (təfsir) «Müshəfində» "Fəməs­təm­tə`­­tum bihi minhunnə ila əcəlin musəmma" şək­lində qeyd olun­muş­dur. Übeyy ibni Kə`b, Səid ibni Cübeyr və Sədi də onu belə qiraət və təfsir etmişlər. Qütadə və Mücahiddən də belə rəvayət olunmuşdur.
MÜVƏQQƏTI EVLƏNMƏ SÜNNƏDƏ
Ibni Məs`ud deyir: Peyğəmbəri Əkrəm (s.ə.v.v) icazə verdi ki, qadınları, paltar verməklə və müəyyən olunmuş müddətdə əq­dimizə keçirək. Sonra bu ayəni tilavət etdi:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ
"Ey mö`minlər! Allahın sizə halal etdiyi pak-pakizə şeyləri haram etməyin və Allahın tə`yin etdiyi hədlərdən keçməyin."
Cabir və Səlmət ibni Əkvə` deyirlər: Peyğəmbərin car­çı­sı bizə tərəf gəlib dedi: «Peyğəmbər sizə icazə verir ki, müvəq­qəti izdivacla evlənəsiniz.»
Səbri Cəhmi də deyir: Peyğəmbər bizə icazə verdi ki, müvəq­qəti olaraq evlənək. Mən başqa bir kişi ilə Bəni Amir­dən olan bir qadının yanına gedib özümüzü ona təqdim etdik. O dedi: «Mehriyyə olaraq nə verirsiniz?» Mən dedim: «Öz ridamı...» O dedi: «Sənin ridan və özün mənə bəssən.»
Bundan sonra üç gün o qadının yanında qaldım, nəhayət Pey­ğəmbər (s.ə.v.v) buyurdu: «Hər kəsin öhdəsində müt`ə olun­muş bu qadınların haqqından bir şey varsa, onu bağış­la­sın və (o) azad olsun.»
Əbu Səid Xidri deyir: «Biz Peyğəmbərin dövründə paltar verə­rək müvəqqəti izdivac edirdik.»
Əbu Bəkrin qızı Əsma deyir: «Peyğəmbərin dövründə onu yeri­nə yetirirdik.»
Cabir deyir: «O günlər Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə bir qədər xurma və un verməklə müvəqqəti olaraq evlənirdik. Nəhayət Ömərin xilafətinin axırları gəlib çatdıqda, Əmr ibni Həris bir qadınla izdivac etdi və o qadın hamilə olduqda, Ömər bu işdən çəkindirdi.»
Başqa rəvayətdə deyilir: Əmr ibni Həris Bəni Amirdən olan bakirə bir qızla müvəqqəti evləndi. O, hamilə olduqda, Ömər dedi: «Kişilərdən bə`zilərinə nə olmuşdur ki, müt`ə edir və adil şahid tutmurlar? Hər kəs müt`ə etsə və şahid tut­masa, ona şər`i hədd vuraram!» Camaat bunu ondan qəbul etdi­lər.
Başqa bir rəvayətdə deyilir: Rəbiə ibni Üməyyə ibni Xə­ləf iki qadının şahidliyi ilə qeyri-ərəb bir qadını müvəq­qəti əqdinə keçirtdi və o qadın hamilə olduqda, Ömər min­bərə çıxıb dedi: «Əgər bundan əvvəl e`lan etmiş olsay­dım, sizi daş-qalaq edərdim!»
Bir rəvayətdə isə belə dedi: Səlmət ibni Üməyyə-Həkim ibni Üməyyənin azad etdiyi kənizlə müt`ə etdi və o, uşaq dün­ya­ya gətirdikdən sonra onu inkar etdi. Bu zaman Ömər müt`­əni qadağan edərək dedi: «Əgər bir kişini mənim yanıma gətirsələr və müt`ə etmiş olsa, özü də möhsin (arvadı olan) olsa, onu daş-qalaq edəcəyəm. Əgər möhsin olmazsa, şallaq vura­cağam!»
Məhz Ömərin qadağan etməsindən sonra müvəqqəti izdivac Islam aləmində haram edildi və xəlifə Ömər onun qadağan olunmasına israr etməyə başladı.
Imran ibni Sö`də rəvayət edərək deyir: Xəlifə Ömərə dedilər: «Sənə bir nəsihətimiz var.» Ömər dedi: «Əhsən bu nəsihət edənlərə! Deyin gəlsin!»
Mən dedim ki, sənin ümmətin sənə eyb tutub deyirlər ki, ümrəni həcc aylarında haram etdin, halbuki, Peyğəmbəri Əkrəm və Əbu Bəkr belə etməmişdilər və o, halal idi.
Ömər dedi: «Əgər onu həcc aylarında yerinə yetirsələr, onun kifayət (müczi) olduğunu bilərlər və Məkkə onların varlığından boş qalar. Belə isə, yaxşı bir iş görmüşəm.
Dedim: «Sonra deyirlər ki, qadınlarla müvəqqəti izdi­va­cı haram etmisən, halbuki, bu Allah tərəfindən verilən bir icazə idi və biz də bir qədər şeylə müt`ə edir, üç gündən son­ra onlardan ayrılırdıq.»
Ömər dedi: «Peyğəmbər onu zərurət və çıxılmaz halda ha­lal etmişdi. Ondan sonra camaat vüs`ətə və firavanlığa çıx­dılar. Indi hər kəs istəyirsə, bir qədər şeylə daimi izdi­vac etsin və üç gündən sonra təlaq versin.»
Müəllif: Görəsən ümrənin həcc aylarında yerinə yetiril­mə­si nəticəsində ilin başqa vaxtlarında Məkkənin ümrə­çi­lərin vücudundan boş qalması bəhanəsi ilə Allahın halal etdiyi bu işi haram etmək caizdirmi?
Müvəqqəti evlənmədə də görəsən səfərə çıxmaq Peyğəm­bə­rin əsrinə məxsus idimi ki, səfərdə o həzrətin izni ilə müt`ə etsinlər? Indi aylarla, illərlə səfərdə olan müsa­fir­lər nə etməlidir? Həmçinin, öz vətənində daimi olaraq evlənə bilməyən şəxs öz cinsi qərizəsini inkar etməli­dir­mi? Ya cəmiyyətin gizli yerlərində xəyanətə düçar olmalı, ya­xud da cəmiyyət-müasir cəmiyyətlərdə yayıldığı kimi-aşkar zina­nı rəsmi olaraq qəbul etməlidir?
Amma xəlifənin dediyi: «Bir qədər şeylə izdivac edin, üç gündən sonra təlaqla ayrılın» - sözünə gəldikdə isə, əgər bu izdivac üç gün tərəflərin arasındakı əvvəlki razı­lıq və niyyətlə baş verərsə, bu eynilə müvəqqəti izdivacdır. Əgər ər öz batinində üç gündən sonra ayrılacağını niyyət et­miş olarsa, bu, öz arvadına qarşı xəyanət və məkrdir və Is­lam onu heç vaxt təsdiq etməmişdir. Ömərin müt`ə barə­sin­dəki bu və başqa sözləri, eləcə də səhabələrin Peyğəm­bər­dən nəql etdikləri kimi Peyğəmbərin, Əbu Bəkrin və Ömə­rin dövründə müt`ə etdiklərinə dair nəql etdikləri rəva­yətin hamısı isbat edir ki, Peyğəmbəri Əkrəmdən müt`ə­nin haram olması barəsində nəql olunan rəvayətlərin hamı­sı Ömərin əsrindən sonra quraşdırılan saxta rəvayətlərdir. Əgər belə olmasaydı, onun özü də həmin məsələyə istinad edər və səhabələr Ömərin xilafətinin axır dövrlərində onun qadağan edilməsini deməzdilər. Həmçinin, Əli və Ibni Ab­bas deyirdilər: «Əgər Ömərin qadağası olmasaydı, bədbəxt adam­lardan başqa heç kəs zina etməzdi.»
Belə ki, Peyğəmbərdən sonra Əli, Ibni Abbas, Ibni Məs`­ud, Əsma, Əbu Səid Xidri, Cabir, Səlmət və Mə`bəd (Üməy­yənin iki oğlanları), Müaviyə ibni Əbi Süfyan, Imran ibni Həsin kimi şəxslər onun halal olması fikrində qal­mış­dılar.
Tabeinlərdən də Tavus, Ətta, Səid ibni Cübeyr, Məkkənin sair fəqihləri və Yəmən əhli hamılıqla onu halal sayır­dılar.
Amma Ömər tərəfindən müt`ənin haram edilməsinə tabe olan şəxslərin bə`ziləri Peyğəmbərə nisbət verilən saxta hə­dis­lərə e`timad etmiş, bə`ziləri də demişlər ki, xəlifə bu barədə ictihad etmişdir. Xəlifənin ictihadını özlə­rinə bir din olaraq qəbul etmişlər.
Yuxarıda bə`zi nümunələri qeyd etdik ki, xəlifələr Is­lam hökmlərini öz şəxsi nəzərləri ilə qarışdırmış, son­ra­­lar ardıcılları da onları «ictihad» adlandırmışlar. In­­di əgər bir kəs onların sirə və fiqhini araşdırsa, bu üs­lu­­bun onların məktəbinin Əhli-beyt məktəbindən ayrıl­ma­sın­da bir əsas və me`yar olduğunu görər. Çünki Əhli-beyt imam­ları aşağıda qeyd olunacağı kimi, bu barədə onlarla müxa­lifət edirdilər.
PEYĞƏMBƏR (s.ə.v.v)-Ə MƏNSUB EDILƏN SAXTA RƏVAYƏTLƏRDƏ ZIDDIYYƏTIN SƏBƏBLƏRI
Sonda deyirik: Yuxarıda qeyd olunduğu kimi, biz təməttö ümrəsi ilə əlaqədar Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə mənsub edilən rəvayətlərdə bir növ ziddiyyət gördük. Çünki onların bə`zilərində qeyd olunur ki, Peyğəmbəri Əkrəm təkcə həcci yerinə yetirdi və ümrə ilə həcci bir-birinin yanında yerinə yetirməyi qadağan etdi. Başqa rəvayətlərdə də qeyd olunurdu ki, o həzrət «Həccətül-vida»da təməttö ümrəsinə dair fərman verdi və o mərasimdə iştirak edənlərin hamısı bunu yerinə yetirdilər. Indi belə sual yaranır ki, görəsən, Peyğəmbər hədislərində belə ziddiyyətlər necə yaranmışdır?
Cavabı budur ki, Peyğəmbəri Əkrəmdən nəql olunan və o həzrətin təkcə həcci yerinə yetirib təməttö ümrəsini qadağan etməsi ilə əlaqədar bu hədislər yalnız hakim xəlifələrin nəzərlərinə bəraət qazandırmaq üçün düzəldilmişdir. Elə bir nəzər ki, həcc ilə ümrənin ayrılığına dair fərman ve­rir və təməttö ümrəsinin yerinə yetirilməsini qadağan edir.
Indi bizə vacibdir ki, hər vaxt bir-biri ilə ziddiyyətli olan iki hədisi gördükdə, hakimlərin rə`yi ilə müvafiq olan­la­rını boşlayaq
.



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
iravani Tarix: Cüme, 09.05.2008, 18:10 | Mesaj # 46
Polkovnik-Leytenant
Qrup: VIP
Mesajlar: 188
Tərif: 8
Status: Xetden kenar
Quote (muslim-selef)
FATIMA r.a olan qizi UMMU KULSUMU OMER r.a xelife olanda ona ere vermezdi,

Esselamu eleykum.Bu melumat hansi tarix kitabinda, hansi tarixci terefinden qeyd olunub bilmirem, amma bir onu bilirem Ki, Ummu Gulsum eslen ere getmeyib.Hezret Eli(e) oz qizini ne Omere ne de , Osmana ere vermeyib.Yox eger iddia edirsiniz k,ibele bir hadise olub onda bize menbe(delil) gosterin.Hezret Eli(e) Ebu Bekrin olumunden sonra onun xanimi olan Ummu Seleme ile aile qurmus,onun qizi Seleme ile Osman aile qurmusdur.Yeniki,Eli(e) osmana ere verdiyi qiz Ebu Bekrin qizi Seleme olmusdur. H.Eli(e) hec bu izdivaca da razi olmayib, Selemenin bacisi Aise xanim bele munasib gorub.


İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz!

Mesaj redaktə olundu iravani - Cüme, 09.05.2008, 18:12
 
ceyhun-qardash Tarix: Bazar, 11.05.2008, 00:01 | Mesaj # 47
Serjant
Qrup: İstifadeçi
Mesajlar: 39
Tərif: 0
Status: Xetden kenar
Men Hele kecen defe yazmiwdim ki, siqeni omer yox Resulullah(s.a.s) qadagan edib
Emirel mominin demiwdir ki:"Resulullah(s.a.s) xeyber gunu ewwek etini ve siqeni qadagan etdi"(«At-Taxzib», 2/18, «Al-Istibsar»,
3/142, «Vasilu wiye», 14/441). Bunu siz ozunuz deyirsiz.
Bir de ki men bawa duwe bilmirem ki bir muselman qadini nece razi olur onun huquqlarini hec etsinler, onu muveqqeti istifade edib atsinlar.Vallah qeribe insanlarsiz.


Allah bizlərə anlaşılmazlıqa düşdüyümüz məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edir. «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». ( ən-Nisa 59).
 
Qonaq Tarix: Bazar, 11.05.2008, 00:10 | Mesaj # 48
Polkovnik
Qrup: İstifadeçi
Mesajlar: 295
Tərif: 5
Status: Xetden kenar
ceyhun-qardash
qaqash bes men niye deyiremki avtop eleme?
sen getirdiyin,ve bashqa getirdiyin hedislerin hamisinin reddiyyesini men yuxarda vermishem,,elmin chatir reddiyye getir menim yazima,,chatmirsa,day niye aftop edirsenki?sonrada inciyirsenki,niye yazim silinir..olmadi sneinki uje..



Belkede yoxdur xeberi
butun alem sevir meni
men ise o bexteveri
onun ama yoxdu xeberi
__________________
men sevirem bir neferi
onun ama yoxdu xeberi
men chekirem qem kederi
onun ama yoxdur xeberi
 
411 Tarix: Cüme, 06.06.2008, 12:47 | Mesaj # 49
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Bu behse insafla yanashanlar bezi sunnu alimlerininde bu heqiqeti qebul etdiklerini gorerler. Ibni Menzur "Lisanul ereb" kitabinda shienin me'nasinda deyir: "Shie peygember ailesini seven ve onlarin terefdari olan bir qrupdur."
Doctor Seid Abdul-Fettah kitabinin bu hissesinin tehqiqinde bele yazir: Shie peygember ailesini sevmek me'nasindadirsa, shie olmaq istemeyen hansi muselmandir???


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
al-shia Tarix: Bazar, 15.06.2008, 06:58 | Mesaj # 50
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
TEBERI oz tefsirinde Beyyine suresinin tefsirinde bele bir hedis neql edir

حدثنا ابن حميد، قال: ثنا عيسى بن فرقد، عن أبي الجارود، عن محمد بن عليّ أُولَئِكَ هُمْ خَيْرُ البٌرِيَّةِ فقال النبيّ صلى الله عليه وسلم: «أنْتَ يا عَليُّ وَشِيعَتُكَ».

Menasi: Ibn Hamid Isa ibn Ferqedden, o Abulcaruddan, o da Muhammad ibn Aliden neql edir ki, Peygember (s) “Iman getirib yaxshi emeller edenler ise yaradilmishlarin en yaxshilaridir” (Beyyine -7) ayesinin tefsirinde buyurmushdur: “Ey Ali, bu, sen ve senin shielerindir!”

Diger sunni mufessiri, iki tefsir muellifi ve yuzlerle diger kitab sahibi Abdurrahman Suyuti ise ad-Durrul Mensur tefsirinde hemin Beyyine suresinin tefsirinde bele neql edir: “Iman getirib yaxshi emeller edenler ise yaradilmishlarin en yaxshilaridir” ayesi nazil olanda Peygember (s) Aliye dedi:


وأخرج ابن عدي عن ابن عباس قال: لما نزلت {إِنَّ ٱلَّذِينَ ءامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ أُوْلَـئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ } قال رسول الله صلى الله عليه وسلم لعلي: «هو أنت وشيعتك يوم القيامة راضين مرضيين».

Menasi: Ibn Udeyy Ibn Abbasdan neql edir ki: “Iman getirib yaxshi emeller edenler ise yaradilmishlarin en yaxshilaridir” ayesi nazil olanda Peygember (s) Aliye dedi: O, sen ve senin shielerindir ki, qiyamet gunu Allahin razi qaldigi ve onlarin da Allahdan da razi qaldigi shekilde olarlar.

Diger bir hedisde bele neql edir:

وأخرج ابن مردويه عن علي قال: قال لي رسول الله صلى الله عليه وسلم: «ألم تسمع قول الله: {إِنَّ ٱلَّذِينَ ءامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ أُوْلَـئِكَ هُمْ خَيْرُ ٱلْبَرِيَّةِ } أنت وشيعتك وموعدي وموعدكم الحوض إذا جئت الأمم للحساب تدعون غرا محجلين».

Menasi: Ibn Mardveyh Aliden neql edir ki: Peygember (s) mene buyurdu: Meger Allahin kelamini eshitmemisen ki, buyurur “Iman getirib yaxshi emeller edenler ise yaradilmishlarin en yaxshilaridir”. O sen ve senin shielerindir. Sen ve senin shielerinle menim ve’de yerimiz hovuzun kenaridir. Ummetler hesaba gelen zaman siz bezedilmish kecavede parlaq simada chagirilacaqsiniz.

Diger meshhur sunni mufessiri Alusi ise bele neql edir:
فقد أخرج ابن مردويه عن علي كرم الله تعالى وجهه قال قال لي رسول الله صلى الله عليه وسلم ألم تسمع قول الله تعالى إن الذين آمنوا وعملوا الصالحات أولئك هم خير البرية هم أنت وشيعتك وموعدي وموعدكم الحوض إذا جثت الأمم للحساب يدعون غراً محجلين

Menasi: Ibn Mardveyh Aliden neql edir ki: Peygember (s) mene buyurdu: Meger Allahin kelamini eshitmemisen ki, buyurur “Iman getirib yaxshi emeller edenler ise yaradilmishlarin en yaxshilaridir”. Onlar sen ve senin shielerindir. Sen ve senin shielerinle menim ve’de yerimiz hovuzun kenaridir. Ummetler hesaba gelen zaman siz bezedilmish kecavede parlaq simada chagirilacaqsiniz

Alisi diger bir hedisde neql edir:

وأخرج ابن مردويه أيضاً عن ابن عباس قال لما نزلت هذه الآية أن الذين آمنوا الخ قال رسول الله صلى الله عليه وسلم لعلي رضي الله تعالى عنه وكرم وجهه هو أنت وشيعتك يوم القيامة راضين مرضيين

Ibn Merdveyh Ibn Abbasdan neql edir ki: Bu aye “Iman getirib yaxshi emeller edenler ise yaradilmishlarin en yaxshilaridir” ayesi nazil olan zaman Peygember Aliye dedi: O, sen ve senin shielerindir ki, qiyamet gunu Allahin razi qaldigi ve onlarin da Allahdan da razi qaldigi shekilde olarlar


 
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск: