Şenbe, 28.12.2024, 10:55
Приветствую Вас Qonaq | RSS

islam dini

[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Архив - только для чтения
Модератор форума: Almusavi  
Tibb
Almusavi Tarix: Şenbe, 12.07.2008, 07:11 | Mesaj # 1
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Məncə hədisə görə elə birinci bu mövzunun açılması yerinə düşdü.
Hədisi necə başa düşürsünüz?Şərh yazın İnşallah.
Bu mövzuya Məsumların(ə) Tibb haqqında buyurduqlarını da yaza bilərsiniz.
İnşallah yuxarıdakı hədisi də original variantda bilən varsa yazsın. Mən hədisi məna etibarilə yazmışam. Original variantını olduğu kimi tapsam düzəldərəm İnşallah.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
al-shia Tarix: Şenbe, 12.07.2008, 08:26 | Mesaj # 2
Huseynli_E
Qrup: İdareçi
Mesajlar: 488
Tərif: 8
Status: Xetden kenar
İnternetdən axtarışdan tapdım, inşallah xeyirli olar.
***

Xristianlığın ilk əsrlərində Bizans alimləri Amidiyalı Aеsi, Еginalı Pavеl və başqaları qədim yunan təbabətinə aid ilk еnsiklopеdiyalar yaratdılar. İslamın gəlişindən və Ərəb Xilafətinin bərqərar olmasından sonra bütün bu kitablar, еləcə də Hippokratın, Qalеnin, Dioskoridin əsərləri ərəb dilinə çеvirildi və, hind, türk, İran, ərəb təbabətləri ilə birliklə yеnicə yaranmış İslam təbabətinin bünövrəsini təşkil еtdi. Kitablar, əl-Məmun, Hərun ər-Rəşid və başqa ərəb xəlifələrinin şəxsi tapşırığı və sifarişi ilə müxtəlif dillərdən ərəb dilinə tərcümə еdilirdi. Bunun üçün xüsusi еlm və tərcümə mərkəzləri yaradılmışdı, dünyanın müxtəlif ölkələrindən yüzlərlə təcrübəli tərcüməçi cəlb olunmuşdu. Artıq Hippokratı, Qalеni və yüzlərlə başqa qədim yunan, Roma, Bizans, səryani (qədim Suriya) və hətta hind müəlliflərini ərəbcə oxumaq mümkün idi. Bu tərcümələrdən bəhrələnən ilk böyük müsəlman alimləri (əl-Kindi, Razi, İbn Sina və s.) tibb üzrə orijinal və dahi əsərlər yazmağa başladır.

IV əsrdə Avropada faciəli hadisələr baş vеrdi. Mеşələrdə ibtidai icma həyatı sürən döyüşkən alman tayfaları Qərbi Avropanın yеganə mədəniyyət mərkəzi olmuş Roma Impеriyasını zəbt еdərək dağıtdılar. Romanın süqutundan sonra, bütün Avropada cəhalət dövrü başlandı, savadsızlıq və dini fanatizm hökm sürdü, qədim təbabət unuduldu, xəstəxanalar və həkimlər yoxa çıxdı. Bu dəfə də mədəniyyət Avropaya Şərqdən gəldi. I-XIV yüzilliklərdə müsəlman təbiblərinin ən məşhur əsərləri (İbn Sinanın “Qanun”, Razini “əl-Havi”, Əli İbn Abbasın “Kitabül-məliki”, Əbülqasım Zəhravinin “Risalətül-cərrahi” və s.) latın dilinə çеvrilərək, Qərbi Avropada yayıldı və orada tibb еlminin dirçəlməsinə və inkişafına təkan vеrdi. Bеləliklə, tibb еlminin Avropada inkişafı müsəlman tibbinin təsiri ilə bağlıdır.

Bəzi müasir Avropa alimləri İslam təbabətinin qеyri-orijinal olmasını söyləyirlər. Guya müsəlman təbibləri kitablarını büsbütün qədim yunan risalələrindən köçürüblər. Bu hеç də bеlə dеyil. Tarix boyu bütün xalqlar öz qonşuları ilə mədəni və еlmi mübadilə еdib, nəyisə vеrib, nəyisə götürüblər. Ilk mərhələdə Hippokrat, Qalеn və başqa yunan alimləri tibb еlmini qədim misirlilərdən, Yaxın Şərq İran və Azərbaycan əhalisindən öyrənirdilər. Daha sonrakı dövrlərdə Hippokratın və Qalеnin irsinə əsaslanan İbn Sina, Əbubəkir Razi, Əli İbn Abbas, İbn Baytar, İbn Kəbir və başqa dahi Şərq alimləri tibb еlmini daha da yüksək zirvələrə ucaltdılar.

Hippokrat cəmi 200, qədim hindlilər isə 760 dərman bitkisini tanıdığı halda, İbn Sina və başqa müsəlman alimləri öz əsərlərində 2600 dərman maddəsindən, o cümlədən 1400 dərman bitkisindən söhbət açırlar. Ona görə də İslam təbabətinin dərindən öyrənilməsi həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb еdir.
(Fərid Ələkbərli. Şərqin min-bir sirri. Bakı, 2006, BİRİNCİ HİSSƏ-ŞƏRQ TƏBABƏTİNİN SİRLƏRİ)
P.S: Almusavi mən də o hədisi eşitmişəm. Məzmunu sən dediyin kimi olmalıdır.


 
Almusavi Tarix: Şenbe, 12.07.2008, 09:52 | Mesaj # 3
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
al-shia, Təşəkkür edirəm.
Fayl: bnSina.doc (84.5 Kb)


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Almusavi Tarix: Bazar, 13.07.2008, 03:01 | Mesaj # 4
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Sad surəsi, ayə 29: "(Ya Peyğəmbər! Bu Quran) Sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!"
Quran zülmətdən nura çıxaran doğru yol göstərən kitabdır. Şübhəsiz ki Quranın ayələrini oxuyub ona itaət edənlərə fayda vardır.
Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs özünü tanısa Rəbbini tanıyar.
İnsan vücudu 2 hissədən – ruh və bədəndən ibarətdir. Onların hər birinin öyrənilməsi bizi Allah təalanı (c.c) tanımağa sövq edir.
14 əsr bundan öncə Qurani Kərimdə buyrulan və müasir dövrdə tibb elminin sübut etdiyi bir neçə məsələni hissə-hissə qeyd edəcəyəm İnşallah.
Muqəddimə olaraq Qurani Kərimin ayələrindən qeyd edirəm:
İnfitar surəsi, 6-8-ci ayələr: "Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?"
"O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı."
"Sənə Özü istədiyi surətdə biçim verdi"


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Almusavi Tarix: Bazar, 13.07.2008, 03:16 | Mesaj # 5
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismilah.
Muminun surəsi, 12-14-cü ayələr:
“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq.”
“Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.”
“Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!”

Tariq syrəsi, 5-7-ci ayələr:
“Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!”
“O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.”
“(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!”


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
Almusavi Tarix: Çerşenbe, 16.07.2008, 18:09 | Mesaj # 6
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah
Məlum olduğu kimi, namaz insanı pis və çirkin əməllərdən çəkindirərək onu doğru yola yönəldir. Bundan başqa, namaz insanın ömrünü də artırır.
Tibb elmi üzrə tədqiqatçı amerikalı doktor Danyal Hal yüzlərlə pasiyent üzərində eksperiment aparmış, nəticədə uzun ömür ilə dini ayinlərin icrası arasında müsbət əlaqənin mövcudluğunu isbat etmişdir. Belə ki, o səhhətcə eyni duruma malik olmaları nəzərə alınmaqla namaz qılan şəxsin namaz qılmayan şəxsdən 3 il bir ay çox ömür sürməsini qeyd etmişdir.
O, həmçinin demişdir ki, namaz ayininin icrası orqanızmdə artan xolestrinin sabitləşməsində effektiv təsirə malikdir.


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
411 Tarix: Çerşenbe axşamı, 22.07.2008, 15:40 | Mesaj # 7
Polkovnik
Qrup: Forum baş moder
Mesajlar: 209
Tərif: 8
Status: Xetden kenar
Bismillah.

Imam Ali(a) oglu Hesen(a) tovsiyesinden:Oglum sene dord ince meqami oyredim ki, onlara riayet etmekle tebabetden ehtiyacsiz olasan? Erz etdi: Beli Ey Emirel-mominin(a) Hezret(a) buyurdu: Acimamish yemek yeme, doymamish yemekden elini chek, yemeyi yaxshi cheyne ve yatmamishdan qabaq ayoqyoluna gedib rahatlan. Eger bu meqamlara riayet etsen hekime ehtiyacin olmaz.


Live like Muhammed(s.a.a.s), fight like Ali(a), die like Hussein(a).
 
ZehrayiNur Tarix: Bazar, 31.08.2008, 15:07 | Mesaj # 8
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
Allah Ozu Hekimdir!

Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
ahlibeyt14mesum Tarix: Bazar, 31.08.2008, 17:30 | Mesaj # 9
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
ZehrayiNur duzdu Allah ozu hekimdi bizlerede oz tibb kitabini bexs etdi

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
ZehrayiNur Tarix: Bazar, 31.08.2008, 19:27 | Mesaj # 10
General-Leytenant
Qrup: Forum baş moder
Mesajlar: 389
Tərif: 11
Status: Xetden kenar
ahlibeyt14mesum, duzdu InseAlllah smile

Sinesine doyub ozunu muselman ve momun sayan sexsler.Siz munafiq

deyilmisiz?

 
ahlibeyt14mesum Tarix: Bazar, 31.08.2008, 20:32 | Mesaj # 11
Ali Baş Komandan
Qrup: İdareçi
Mesajlar: 414
Tərif: 2
Status: Xetden kenar
ZehrayiNur, O ELE HEKIMDI KI KIMESEDE OYREDIR AMMA COXLARI ANLAMIR BU NE DEMEKDI

Resuli ekrem (s) men size iki qiymetli ve aqir sey qoyuram. Allah kitabi ve itretim (ehlibeytim (e)). eger onlardan tutsaniz (itaet etseniz), hec zaman azmazsiniz (haqdan kenara cixmazsiniz).

Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular

İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun

İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar

 
Almusavi Tarix: Çerşenbe axşamı, 02.09.2008, 18:52 | Mesaj # 12
Polkovnik
Qrup: Forum moderator
Mesajlar: 224
Tərif: 8
Status: Xetden kenar
Bismillah.
Fayl: Moderntporucute.doc (78.0 Kb)


Zillət bizdən uzaqdır!!!
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ - Həqiqətən, möminlər nicat tapmışlar!(Muminun, 1)
 
  • Страница 1 из 1
  • 1
Поиск: