Uşaqlarla davranışa dair 40 əxlaqi nöqtə
Uşaqları ərköyün böyütməyin. Uşaqları ərköyün böyütmək onları zəif, iradəsiz, özbaşına və inadcıl edir. Bu tip uşaqlar öz pis işləri ilə valideynlərinə əziyyət verir və onları saysız-hesabsız çətinliklərlə qarşılaşdırırlar. Ərköyün böyümüş uşaqlar daha iki böyük bəlaya düçar olurlar: a) Bu tip uşaqlar valideynlərindən gördükləri nəvazişi cəmiyyətdəki insanlardan da umurlar. Hamının onlara hörmət edib, istəklərini sözsüz yerinə yetirmələrini arzulayırlar. Ətrafdakılardan bunun əksini gördükdə (yəni, onlara hörmət qoyulduğunu yox, istehza etdildiyini gördükdə), bərk narahat olub, özlərini alçaldılmış hiss edirlər. b) Ətrafdakıların onlara göstərdiyi münasibət mənəvi sarsıntılara səbəb olduğundan, bu tip uşaqlar tünd xasiyyət, əsəbi, hövsələsiz və bədəxlaq olurlar. Digər tərəfdən belə uşaqlar insanlara qarşı bədbin olub, öz pis sözləri və bəyənilməz əməlləri ilə onları qəzəbləndirib, narahat edirlər. 12. Uşaqları təhqir etməyin. Heç bir şey təhqir qədər uşağın özünə olan inamını söndürə bilmir. Xüsusilə, uşaq bir işi görəndə ona: «Boş yerə səy etmə, sən bacarmazsan...» – deyildikdə, o, özünü sınmış hiss edir. 13. Uşaqlarınız üçün dua edin. Həzrət İbrahim (ə) və Həzrət Zəkəriyya (ə) Allahdan övlad diləyərkən, pak, saleh və namaz qılan bir övlad diləyiblər. İmam Səccad (ə) dualarının birində bu barədə buyurub: «...Ey Allahım! Mənə minnət qoy və övladlarımı mənə bağışla. Mənə minnət qoy və onları xeyirli nemətlərdən və savabdan məhrum etmə. Məni onların inam və tərbiyələrinin gözəlliyindən faydalandır. Mənim övladlarımı təqva və bəsirət zinəti ilə zinətləndir ki, gözəl görüb, gözəl eşitsinlər və sənin fərmanlarına müti olub, itaət etsinlər...» 14. Uşaqları mülayim tərzdə tənbeh edin. Elə edin ki, sözünüz uşaqda ikrah hissi yaratmasın, müsbət təsir qoysun. Belə rəvayət olunur ki, bir gün imam Həsən (ə) həm özünün, həm də qardaşının övladlarını bir yerə yığaraq, onlara belə buyurub: «Əgər siz bu gün cəmiyyətin uşaqlarısınızsa, sabah cəmiyyətin böyükləri olacaqsınız. Odur ki, elm öyrənməyə çalışın. Sizlərdən kimsə müəllimin dediklərini yadında saxlaya (hifz edə) bilmirsə, onu yazsın və saxlasın...» Göründüyü kimi, Həzrət (ə) qorxuzmadan, döymədən və cəza vermədən uşaqlarda təhsilə qarşı eşq və maraq yaratmışdır. Həzrət (ə) uşaqlara anlatmağa çalışır ki, bu gün dərs oxumaq, sabahın izzət və böyüklüyünə yetişməkdən xatirdir. 15. Körpələri yalan söyləmələrinə görə danlamayın. Çünki beş yaşına qədər olan uşaqlar nadir hallarda düşünülmüş yalan söyləyə bilərlər. Onların söylədikləri uşaq təxəyyüllərinin nəticələridir. Körpələr bunu başqaları ilə əylənmək, onları heyrətləndirmək və s. üçün söyləyərlər. 16. Uşaqlarınızın suallarına cavab verin və çox sual verdiklərinə görə onları məzəmmət etməyin. Çünki bu, onlarda olan maraq hissini zəiflədər. 17. Övladlarınız yanında mübahisə etməyin. Çünki bu iş onlara çox əziyyət verməkdən əlavə, onların şəxsiyyətini də dəyişib, alt-üst edir. 18. Övladlarınızda mövcud olan qabiliyyətləri axtarıb tapın və bu qabiliyyətlərin inkişaf edib çiçəklənməsi üçün səy göstərin. 19. Övladlarınızın maddi baxımdan olan ehtiyaclarını son həddə təmin etməyin. Çünki belə etsəniz, onlar azğınlığa düşə bilərlər. Həmçinin, bu işdə etinasızlıq da göstərmək olmaz. Hər iki hal – həm son həddə təmin, həm də etinasızlıq – çox qorxuludur. 20. Uşaqların yanında ölümdən danışmayın. Uşaqlar «ölüm» sözündən, xüsusilə valideynlərinin ölməsindən çox qorxarlar. Ehtiyac olmadığı halda, onların yanında tez-tez ölümünüzdən (və ya digər ümidsiz sözlərdən) danışmayın. Əksinə, onlara ölümün həqiqətini anlatmağa çalışın. ...ardı var... www.kovser.az |