Şenbe, 21.12.2024, 19:52
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 49
    Qonaq: 49
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    VEHHABİLERİN EQİDELERİ HAQQINDA ARAŞDIRMALAR. (2ci hisse)

    BİDƏT NƏDİR VƏ HARAM BİDƏT HANSILARDIR

            Hər hansı bir əməli dinə daxil edib Peyğəmbər tərəfindən onun haqqında xəbər verildiyini (bir halda ki, Peyğəmbər bu haqda bir şey söyləməyib) iddia etməyə bidət deyilir. Deməli vəhhabilərin iddia etdikləri kimi hər bir təzə əməl və ya sələfe salihinlərin əncam vermədikləri işlər bidət sayılmamalıdır. Çünki hal hazırda yemək-içmək, ictimai-siyasi əlaqələrin üsulları, şəhər, kəndlərin tikilib idarə olunması, rabitə və nəqliyyat vasitələrinin çoxu təzədir. Peyğəmbər (s)-n və sələfe salihinin zamanında olmayıb. Bununla belə islam alimlərindən heç kəs bu cür əməlləri haram və bidət adlandırmayıb hətta vhhabilər də. Baxmayaraq ki, onlar fəaliyyətlərinin ilkin dövründə telefonla danışmağı haram və bidət elan etdikləri halda, sonralar bu gülünc fətvadan əl çəkdilər. Amma hər bir təzə əməl haqqında Quran və sünnətdə külli və cüzi şəkildə, həmin əməli əhatə edə biləcək qədər xəbər verilibsə (İslami şüarların təzimi, Peyğəmbər (s)-n əqrəbalarına məhəbbət göstərmək)  o əməl bidət sayılmaz. Beləliklə saleh bəndələrin qəbirləri üstündə məqbərə tikmək, onların mövludlarını qeyd edib matəmlərini keçrtmək, Qurani-kərimin müxtəlif şəkillərdə çap olunması, indi dünyada geniş yayımış beynəlxalq quran müsabiqələrinin təşkili bidət sayılmır. Çünki bunların hamısı islami şüarların təzimi Peyğəmbər (s)-n əqrəbalarına məhəbbətin misdaqı kimi sayılır. Baxmayaraq ki, Peyğəmbərin və əshabın zamanında bu şivədə olmayıb. Amma “sələfin zamanında olmayan şeylər bidətdir” iddiası səhih deyil.

           Əvvəla:-Bizim vəzifəmiz Allahın kitabına Peyğəmbərin sünnətinə və onun əhli beytinin kəlamlarına əməl etməkdir, amma sələfin əməlləri bizim üçün höccət deyildir.

           İkincisi:- Vəhhabilərin sələf deməkdən məqsədləri kimlərdir? Peyğəmbər səhabələri, tabeinlər (Peyğəmbəri görmək şərəfinə nail olmayıb, lakin Onun səhabələrini görənlərə tabein deyilir), hətta dörd məzhəbin başçıları və ya “səhah sittə” sahibləri? Hər halda onların heç biri bizim üçün höccət ola bilməz. Çünki onların özləri biri digəri ilə ixtilafda olub biri biri ilə cəng ediblər. Hətta bəzən dörd məzhəbin başçıları biri digərini kafir və dinsiz elan edib. Əgər onların əməlləri höccət olsa onda biz bilmirik kimin əməllərinə iqtida edək. Bundan əlavə onların fəzilətləri və onlara iqtida etməyi bizə vacib edən rəvayətlər sənəd cəhətindən zəif  dəlalət cəhətdən müztərib (məna yetirməyən) və biri digəri ilə zid rəvayətlərdir. Amma “məvəddət”, “təthir”, “kunu məəssadiqin” və “mubahələ” ayələrinə əsasən yalnız Peyğəmbərin əhli-beyti bu mənsəbə layiqdirlər. “Səqəleyn” və “əl-Əimmətu isna əşər” hədisləri də müddəamızı təsdiq edir.

             Amma bir dəstə savadsız və ya hiyləgər adamların uydurduqları “Səhabələin ədalət nəzəriyyələri” yalnış fikirdir. Çünki çoxlu sayda tarixi, rivai və hətta Qurani dəlillərə əsasən Peyğəmbər (s)-n səhabələri yaxşı və pis, mömin, münafiq və fasiqlərə bölünür. Bilirik ki, Peyğəmbər (s)- dən sonra bir dəstə səhabələr arasında şiddətli şəkildə ixtilaf olub hətta onlar biri digərini kafir elan ediblər. Burada bu nəticəyə yetişirik ki, sələf bizim üçün dəlil ola bilməz.

    NƏTİCƏ

    1-         Sözümüzü yekunlaşdırıb bu nəticəyə gəlirik ki, tohid vəhhabilərin güman etdikləri kimi üç qismə bölünmür əksinə doqquz qismə bölünür. 1-zatda tohid, 2-sifətlərdə tohid, 3-xaliqiyyətdə, 4-tədbirdə, 5-itaətdə, 6-qanunvericilikdə, 7- hakimiyyətdə, 8-ibadətdə, 9-şəfaətdə və bağışlamaqda.

    2-         Peyğəmbər (s)-n zamanındakı muşriklər fəqət xaliqiyyətdə müvəhhid idilər yəni onlar xaliqin bir olduğunu qəbul edirdilər. Amma rububiyyətdə, uluhiyyətdə və ibadətdə onlar muşrik idilər.

    3-         Müsəlmanların əməlləri ilə muşriklərin əməlləri arasındakı zahiri oxşarlığı görüb onların niyyətlərinə agah olmadan onları muşrik adlandırmaq düzgün deyil.

    4-         Bidət odur ki, hər hansı bir əməlin kitab və sünnətdə kökü olmasın. Əgər Quranda və sünnətdə bu əməli öz altına ala biləcək bir höküm olsa bu əml bidət sayıla bilməz.

    QƏBİR ÜZƏRİNDƏ MƏQBƏRƏLƏRİN TİKİLMƏSİ VƏ ONUN DƏLİLLƏRİ

           Vəhhabilər imamların və övliyaların qəbirləri üzərində məqbərələrin tikilişini əsassız   dəlillərə əsasən haram bilirlər.

    1-       Məqbərələrin tikilməsi şirkdir, çünki bu bir növ təzimdir,

    2-       Bidətdir, çünki sələfin zamanında olmayıb,

    3-       Əbu Həyyac Əsədinin nəql etdiyi rəvayətə əsasən haramdır,

             Vəhhabilərin birinci dəlilləri bundan qabaqda şirk haqqında bəyan etdiyimiz təriflərə əsasən batildir. (yuxarıda təzim və səcdə haqqında izahat verilib)

             Bundan qabaq bidət haqqında verdiyimiz izahata əsasən vəhhabilərin ikinci dəlilləri də yersiz və batildir. Çünki övliya və imamların qəbirlərini təmir edib onların üzərində məqbərə tikmək islami şüarların təzimi, Peyğəmbər (s) əqrəbalarına ehtiramdan irəli gəlir.

             Amma vəhhabilərin üçüncü dəlilləri “Səhih Muslim”, “Sünəne Tirməzi”, “Sünəne Nəsai” və “Musnəde Hənbəlidə” nəql olunmuş zəif hədisə əsaslandığı üçün biz həmin hədisləri araşdıracağıq. Hədis:- “Vəki` Sufyandan, Həbibdən Əbu Vaildən Əbu Həyyac Əsədidən nəql edib:- Əli Mənə dedi:- Səni elə bir işin dalıyca göndərirəm ki, Peyğəmbər Məni o işi əncam verməyə göndərmişdi; Hər bir heykələ yetişdin onu sındırıb məhv et və hər bir hündür qəbri gördün onu yerlə yeksan et” Bu hədis üç cəhətdən iradlıdır:

    1-      Adlarını çəkdiyimiz kitablarda bu hədis müxtəlif şəkillərdə nəql olunmuşdur ki, bu da öz növbəsində sübüt edir ki, hədis məna cəhətdən nəql olunub. Hədisin əsl mətni nəql olunmayıb. Çünki sadaladığımız kitablarda mətnlərində fərqlər vardır ki, bu da hədisin məna cəhətdən nəql olunduğunu göstərir.

    2-                  Hədisin raviləri əhli sünnətin “Rical” elmi alimləri tərəfindən (Zəhəbi “Mizanul-etidal”-da, İbni Həcər “Təhzibut-təhzib”-də) məzəmmət və ittiham olunublar. Baxmayaraq ki, onları arada azacıq tərif də ediblər. Amma hədis elminə əsasən ittiham və məzəmmət tərifdən irəli olduğu üçün hədis zəif sayılır.

    3-      Əbu Həyyacın nəql etdiyi rəvayətdə deyilir:- “Əli (ə) məni göndərdi ki, bütün hündür qəbirləri yerlə yeksan edim” (vəla qəbrən illa səvvəytəh) Bu ibarətdə üç mətləb üstündə gərək təhqiqat aparılsın.

    Əvvəla:- Əğər fərz edək ki, hədisin sənədi səhihdir, onda deməliyik ki, hədis hökmü qəbirlərə şamildir, onların üstündəki tikililərə yox. Bəs onda nəyə görə vəhhabilər həm qəbirləri və həm də onların üstündəki tikililəri dağıtdılar. İkincisi:- Hədisdəki “muşrifən” kəliməsi ərəb dilində iki mənada işlənir.

    1-       Mütləq hündürlük mənasında.                                  2. Dəvənin belindəki təpəcik

    Bəyan elminə əsasən əgər kəlimə iki mənada işlənirsə gərək danışıq, hal və məqamla mütənasib olan mənaya əsasən onu təfsir etsinlər. Bütün əhli sünnət alimləri qəbrin yer üzündən bir qarış qaldırılmasını müstəhəb bilirlər, amma onlar qəbrin hamar və ya dəvənin beli kimi qabarıq şəkildə olmasnda ixtilaf edirlər. Bu yerdə İmam Əli(ə)-n hədisdəki (sənədinin düzgünlüyünü qəbul etsək)məqsədi məlum olur.Məqsəd dəvə belinə oxşar qəbirlərin hamarlanmasıdır. Qəbirlərin yerlə yeksan olunmasına işarə deyil.Buna görə də əhli sünnət alimlərinin əksəriyyəti qəbirin üstünün hamar olmasının müstəhəb olduğuna fətva veriblər.

            Üçüncüsü:- Hədisdə “səvvəytəhu” kəliməsi başqa bir şeylə müqayisə olunmadığı üçün fəqət qəbrin hamarlanması nəzərdə tutulur, yerlə bərabərləşdirilməsi yox. Yəni qəbirin üstündə heç bir qabarıqlıq olmamalıdır. Əhli sünnət alimlərindən heç kəs qəbirlərin yerlə bərabər olması haqda fətva verməyib. Vəhhabilər qəbirin yerlə bərabər olmasını vacib bilirlər. Amma əhli sünnət və şiə alimləri qəbirin yer səthindən bir qarış qaldırılmasının müstəhəb olması haqqında fətva veriblər.

             İmam və övliyaların qəbirləri üzərində tikilən məqbərələr islami şüarların təzimi və o əzizlərə qarşı yüksək hörmətdən  irəli gəlir. Bu isə açıq aşkar  müsəlmanların ehtiramlarına səbəb olan əməllərdən biridir.

            Vəhhabilər iddia edirlər ki, “Bəqi” qəbristanlığı ümumi müsəlmanlar üçün vəqf olunduğu üçün orada məqbərə tikmək əlavə torpağın israfına səbəbdir ki, bu da haramdır.

    Cavab:- “Bəqi” qəbristanının vəqf olunması sübüt olmayıb. Digər tərəfdən imamların dəfn olunduğu yerlər bəni Haşimin “Bəqi” qəbristanlığının kənarındakı evləri olub. Deməli imamların məqbərələri müsəlmanların ümumi malında olmayıb. Əsrlər boyu məsum imamların qəbirləri müsəlmanların bütün firqələri tərəfindən ziyarət mərkəzinə olmuş, amma 19-cu əsrdə meydana çıxmış vəhhabilər bunu haram elan edərək məqbərələri dağıtmışlar.

        Vəhhabilər iddia edirlər ki, qəbirlər üstündə məqbərə tikilişi səhabələrin və sələfin zamanında olmayıb. Onların bu iddiaları iki dəlilə əsasən rədd olunur.                                                         1. Peyğəmbər (s)-n həyat yoldaşı Zeynəb bintə Cəhiş vəfat edəndə dəfn mərasimindən sonra ikinci xəlifə onun qəbrinin üstündə xeymə qurmağa göstəriş verdi. O zamanda indiki kimi tikinti və inşaat imkanlar olmadığı üçün xeymə qurulması təbii bir haldır. Beləliklə də Zeynəbin yaxın adamları xeymənin altında onu rahat ziyarət etsinlər.  (Ənsabul-əşraf)                                                                                                                      2. İkinci xəlifənin zamanında Fələstin torpağı fəth edildi. Orada peyğəmbərlərin və övliyaların qəbirləri üzərində çoxlu məqbərələr var idi. Amma ikinci xəlifə onların heç birinə toxunmadı. əksinə həmin məkanlara xidmət göstərmək üçün xadimlər təhkim etdi. Həmin məqbərələr əl-Xəlil şəhərində İbrahim peyğəmbərin məqbərəsi kimi indiyə qədər mövcuddur. Qəbirlər üzərində tikilən məqbərələrin caiz olmasına ən bariz dəlilimiz Peyğəmbər (s)-n qəbrinin üstündə tikilən hərəm, islamın əvvəlindən bu günə qədər bütün müsəlmanların ehtiram etdiyi məkandır. Hətta müxtəlif məzhəblərdən  aralarında yüzlərlə alim və fəqih olduğu halda müsəlmanlar onun qəbrinin kənarında namaz qılırlar.

             Beləliklə biz qəti surətdə deyirik:- Qəbirlərin üzərində bina tikmək nə haram nə bidət və nə də şirkdir. Xüsusilə Allah-təala Qurani-kərimdə möminlərin təbərrük və namaz qılmaq üçün Əshabi Kəhfin pak cəsədləri üzərində məscid tikmələri haqqında xəbəri açıq şəkildə nəql edir. Allah onları bu işlərinə görə məzəmmət də etmir. Əksinə bu işi o zamandakı möminlərin yaxşı bir əməli kimi qələmə verir.

    PEYĞƏMBƏR VƏ İMAMLARIN QƏBRİNİ ZİYARƏT ETMƏK MƏQSƏDİLƏ SƏFƏRƏ ÇIXMAQ

             Vəhhabilər   Peyğəmbər və imamların qəbrini ziyarət etmək üçün səfərə çıxmağı Əbu Hureyrənin Peyğəmbərdən nəql etdiyi rəvayətə əsasən haram bilirlər. Peyğəmbər buyurub:- “Ancaq üç məscidi ziyarət etmək üçün səfərə çıxmaq olar. Məscidul-Həram, Məscidun-Nəbiy və Məscidul-Əqsa”. Bu hədisə görə Peyğəmbər və imamların qəbirlərini ziyarət etmək üçün səfər etmək olmaz.

             Bu hədisin zahirinə əsaslanıb hökm etsək heç bir məqsədlə biz gərək evdən çıxmayaq. Çünki hədisin zahiri bunu əmr edir. Onda nə ticarət nə səyahət nə elm öyrənmək üçün və s...... səfərə çıxmaq olmaz. Evdən ancaq namaz qılmaq üçün sadalanan bu üç məscid qəsdi ilə çıxmalıyıq. Gərək bu hədisə görə hamısı haram olsun. Bunu heç vəhhabilər də qəbul etməzlər. Rəvayətlərdə nəql olunub ki, Peyəmbər (s) bəzən Mədinədən kənarda yerləşən Quba məscidinə namaz qılmaq üçün səfər edərdi. İbni Teymiyyə haqqında bəhs etdiyimiz hədislə Peyğəmbərin Quba məscidinə səfər etməsi arasındakı ziddiyyəti aradan götürmək üçün Quba məscidinə səfər etməyi müstəhəb bilib.

            Amma biz onların cavabında deyirik;- Bu üç məsciddən başqa bütün məscidlər fəzilət cəhətdən birdir. Amma bu üç məscid ən şərafətli və fəzilətli olduqlarına görə onlarda namaz qılmaq məqsədilə səfərə çıxıb və həmin səfərlərdə çəkilən məşəqqətlərin savabı daha çoxdur. Bu hədisin Peyğəmbərin qəbrini ziyarət məqsədi ilə səfərə çıxmaqla heç bir əlaqəsi yoxdur.

    PEYĞƏMBƏR VƏ İMAMA ÖLÜMÜNDƏN SONRA TƏVƏSSÜL

            Vəhhabilər mötəqiddirlər ki, Allah-təalanın hüzurunda Peyğəmbərin (s) məqamına təvəssül etmək haramdır çünki bu əməl şirkdir. Məxsusən onların ölümündən sonra. Fəqət Peyğəmbərin duasına təvəssül etmək caizdir. Yəni Peyəmbərin zat və məqamını Allah dərgahında təvəssül vasitəsi qərar vermək olmaz. Bu əməl müşriklərin bütlərini Allah yanında vasitə qərar verdiklərinə oxşar olduğu üçün şirk sayılır. Vəhhabilərin bu iddiaları əsassız və batildir.

    Əvvəla:-qabaqda deyildiyi kimi ölüm və həyat tohid və şirki ayırd etmək üçün meyar ola bilməz.

              İkincisi:- Muşriklərin və müsəlmanların təvəssülləri arasındakı zahiri oxşarlıq onların hər ikisinin şirk hökmü ilə damğalanmasına əsas ola bilməz. Çünki bunların hər ikisi mahiyyət etibarı ilə fərq edir. Peyğəmbər və imama təvəssül edib ondan şəfa, şəfaət və xariquladə işləri istəmək onların uluhiyyətinə və rububiyyətyyətinə mötəqid olmadan caizdir. Amma Rəsulullahın zamanında muşriklər bütlər haqqında uluhiyyət və rububiyyətə mötəqid idilər. Müsəlmanlar onlardan fərqli olaraq Peyğəmbəri və imamı Allahın bəndəsi kimi qəbul edirlər, amma Allah dərgahında əziz və məqam sahibi olan bəndə. Bütün müsəlmanların etirafına əsasən Peyğəmbər diridir və bizim əməllərimizə nazirdir. Peyğəmbərin ölümündən sonra ona təvəssül onun ruhunun cavidan olduğunu nəzərə alaraq caizdir. Müsəlmanlar Quran ayələrindən və hədislərdən bu mətləbi dərk etdikləri üçün onlara əməl edirlər. Buna görə də İbni həcər Heysəmi “əs-Səvaiqul-muhriqə” kitabında İmam Şafeidən nəql edib: “Peyğəmbər əhli beyti mənim vəsiləmdir. Onlara məhəbbətimin və təvəssülümün bərəkətindən sabah qiyamətin günündə əməl kitabımı sağ əlimə verəcəklər”

            Üçüncü:- Qurani-kərim də bizi saleh əməllərin kənarında vəsilənin gətirilməsinə təşviq edir. “Ey iman gətirənlər Allahdan qorxun! Allahla öz aranızda vəsilə gətirin., Onun yolunda cihad edin” (Maidə ayə 35) ayədə deyilir ki, ey iman gətirənlər Allahın əmri ilə müxalifət etməkdən çəkinin, ona yaxın olmaq üçün çalışın. Allah yolunda cihad edin ki, bununla da nicat tapasınız.

            “Əgər onlar özlərinə zülm edəndən sonra Allah dərgahına tövbə etsələr və Peyğəmbər də onlara görə istiğfar etsə onda Allahı tövbələri qəbul edən və bağışlayan kimi dərk edərlər” (Nisa ayə 64) Yəni ey Peyğəmbər bu günahkarlar Allahın fərmanını ayaq altına salıb özlərinə sitəm edəndən sonra sənin yanına gəlib Allahdan istiğfar tələb etsələr və sən də onlar üçün bağışlanmaq diləsən onda onlar Allahı tövbələri qəbul edib və bağışlayan görəcəklər. Yeri gəlmişkən qeyd edək ki, Peyğəmbər (s) özü müsəlmanlara müşkil işlərində ona necə təvəssül etməyi öyrədib. İbni Macənin sünən kitabında nəql etdiyi rəvayəti diqqətinizə çatdırırıq.

            Осман ибни Щяниф (Пейьямбяр  (с.я) йахын сящабяляриндян олуб Аллащ она рящмят етсин) дейир: «Бир эцн кор бир киши Пейьямбяр  (с.я) – н йанына эялиб деди:

    -          Йа Рясулуллащ Аллаща дуа ет киё мяня шяфа версин.

    Пейьямбяр  (с.я) буйурду: Истяйирсян дуа едярям вя истяйирсян бу щалында галмаьына сябр ет. Sябр етмяйин сянин хейринядир.

    Кор киши деди: - Йа Рясулуллащ Аллаща мяним щаггымда дуа ет. Бу щалда Пейьямбяр  (с.я)  она буйурду:

    - Еля ися дястямаз алыб ики рцкят намаз гыл вя сонра бу чцр дуа ет: -«Илащи! Мян сяндян истяйирям вя сянин рящмят пейьямбяриn олан Мущяммяд  (с.я) васитясиля sənə цзцмц тутурам. Ей Мущяммяд  (с.я)! Мян сянин васитянля Ряббимя цзцмц тутуб истяйирям киё щачятими янчам версин. Илащи онун мяним щаггымда етдийи шяфаяти гябул ет».

    Осман ибни Щяниф дейир: «Биз Рясулуллащын щцзурунда идикё ъох кеъмяди o kor kişi бизим йанымыза эялди еля бил яслян кор дейилмиш».

             Səhi Buxaridə nəql olunmuş Ömər ibni Xəttabın quraqlıq illərində Peyğəmbərin əmisi Əbbasa təvəssül etməsi haqda hədisə müraciət edin.

    PEYĞƏMBƏR VƏ İMAMDAN ÖLÜMÜNDƏN SONRA ŞƏFAƏT İSTƏMƏK

          Vəhhabilər “Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!” (Muddəssir ayə 48) ayəsinə istinad edərək şəfaəti kökündən inkar edirlər. Müsəlmanların Peyğəmbər (s)-dən şəfaət istəmələri haqqındakı əhvalatları eşidəndə onu qəbul etməyə məcbur olurlar. Vəhhabilər bu şəfaəti o həzrətin həyatına aid edirlər, amma vəfatından sonra ondan şəfaət istəməyi şirk və bidət bilirlər. Qurani-kərimdə 32 ayədə şəfaət haqqında söhbət açılır. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? (Bəqərə ayə 255)     “Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər”. (Ənbiya ayə 28) Əvvəllər dediyimiz kimi təvəssül etdiyimiz şəxsin ölümü və həyatı tohid və şirklə heç bir əlaqəsi yoxdur. Əgər hər hansı bir əməl zatən şirk olsa istər həyat halında və istərsə də ölümündən sonra haramdır.

     



    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (05.06.2008)
    Просмотров: 3227 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər