Şenbe, 21.12.2024, 21:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ

    Qur’an Hәzrәti Peyğәmbәr (s.ә.v.)-ә nazil olan Allahın kәlamıdır vә heç bir batil ona yol tapmamışdır. Qur’ani-Kәrim müsәlmanların әhkam, ibadәt vә e’tiqadları ilә bağlı müraciәt etdiklәri әn üstün vә mükәmmәl qaynaqdır. Hәr kim Qur’ana şәkk etsә vә yaxud onu tәhqir etsә islamdan çıxmış sayılır. Bütün müsәlmanlar Qur’anın müqәddәsliyi, hörmәti vә ona әmәl etmәk baxımından hәmfikirdirlәr. Müsәlmanların fikir ayrılığı Qur’anın tәfsir vә tә’vili ilә bağlıdır. Şiә mәzhәbinin Qur’anın tәfsir vә tә’vilindә müraciәt etdiyi yeganә mәnbә Hәzrәti Peyğәmbәr (s) vә Әhli-beyt (ә) imamlarıdır.
    Sünnilәrin mәnbәyi isә yenә Hәzrәti Peyğәmbәr (s)-dәn nәql olunan hәdislәrlә, araşdırmadan sәhabәlәrin vә ya mәhşur dörd mәzhәb imamlarından birinin hәdislәrilә əlaqәdar tәfsir vә izahlarıdır. Buna görә dә islami mәsәlәlәrdә, xüsusilә dә fiqhi hökmlәr barәsindә bir çox ixtilaf meydana gәlmişdir. Sünni mәzhәblәrinin öz aralarında belә, ixtilafları olduğu halda, bu mәzhәblәrlә Әhli-beyt mәktәbi arasında ixtilafın mövcud olması tәәccüblәndirici deyildir.
    Hәm şiәlәr, hәm dә sünnilәr e’tiqad edirlәr ki, Hәzrәti Peyğәmbәr (s) Qur’ani-Kәrimin bütün hökmlәrini izah vә bütün ayәlәri tәfsir etmişdir. Lakin Peyğәmbәr (s)-dәn sonra tә’vil vә tәfsir üçün kimә müraciәt etmәk barәsindә fikir ayrılığı mövcuddur. Sünnilәr bu haqda belә deyirlәr: “Qur’anın tәfsiri haqqında müraciәt edilmәsi zәruri olan şәxslәr kimliyindәn asılı olmayaraq, bütün sәhabәlәr, onlardan sonra isә dörd mәzhәb imamları vә digәr islam alimlәrindәn ibarәtdir”.
    Amma şiә mәzhәbinә görә bu iş üçün sadәcә Әhli-beyt imam (ә)-ları sәlahiyyәtlidirlәr. Çünki Allah-tәalanın,
    “…Әgәr bilmirsiniz zikr әhlindәn soruşun”  (“Nәhl surәsi”, 43-cü ayә; Bax “Tәfsiri-Tәbәri”, c. 14, sәh. 109; “Tәfsir ibn Kәsir”, c. 2, sәh. 570.) ayәsindә nәzәrdә tutduğu “zikr әhli” dә elә Әhli-beyt (ә)-dir. Allah-tәalanın seçdiyi vә kitabın elmini miras qoyduğu şәxslәr dә onlardır:
    “Sonra kitabı bәndәlәrimizdәn seçdiklәrimizә miras qoyduq…” (Fatir surәsi, 32-ci ayә)
    Elә buna görәdir ki, Peyğәmbәr (s) dә onları Qur’anla eyni sәviyyәdә tutmuş, müsәlmanların onlara sarılmağını әmr etmiş vә tabe olunması zәruri olan “iki dәyәrli әmanәt”dәn biri olduqlarını e’lan edәrәk belә buyurmuşdur:
    “Sizlәr üçün iki dәyәrli şey qoyub gedirәm: Allahın kitabı vә itrәtim olan Әhli-beytim. Bunlara sarıldığınız müddәtdә mәndәn sonra әsla azmazsınız”. (“Sәhih әt-Tirmizi”, c. 2, sәh. 329; Nisai vә Әhmәd ibni-Hәnbәl dә bu hәdisi nәql ediblәr.)
    Müslimin nәql etdiyi hәdisdә isә “Allahın kitabı vә Әhli-beytim” ifadәsindәn sonra üç dәfә: ( (Sizlәrә Әhli-beytim haqqında Allahı xatırladıram)-deyә buyurduğu da zikr edilmişdir. (“Sәhih Müslüm”, c. 2, sәh. 362.)

    Mә’lumdur ki, ümmәtin arasında Әhli-beyt (ә) hamıdan bilikli, tәqvalı vә fәzilәtlidir. Fәrәzdәq onların haqqında belә deyir:
    Tәqvalıları saysalar, onlar (Әhli-beyt) tәqvalıların rәhbәridirlәr. “Yer üzünün әn yaxşısı kimlәrdir?”-deyә soruşulsa, yenә “onlardır”-deyilәr. Burada Әhli-beyt (ә) ilә Qur’ani-Kәrim arasında olan әlaqәni xatırlatmaq mәqsәdi ilә bir neçә ayәni qeyd edirәm:
    “Ulduzların mәnzillәrinә and olsun ki, - kaş bunun nә qәdәr böyük bir and olduğunu bilәydiniz - çox qiymәtli Qur’andır; Gizli saxlanılmış bir kitabda. Ona yalnız pak olanlardan başqa kimsә toxunmaz”. (Vaqiә surәsi, 75-79-cu ayәlәr)
    Bu ayәlәr, heç şübhәsiz, Әhli-beyt (ә)-in Qur’anın dәrin vә gizli mә’nalarını bildiyini göstәrir. Çünki әgәr Allah-tәalanın içdiyi andlara diqqәt yetirsәk, Onun әsrә, qәlәmә, әncirә, zeytuna va başqa şeylәrә and içdiyini görәrik. Amma “ulduzların mәnzilinә” içdiyi and daha böyük bir anddır. Onun andı bir şeydәn çәkindirmәk üçün deyil, rәdd vә isbat üçündür. Allah-tәala and içdikdәn sonra “Çox qiymәtli Qur’andır; Gizli saxlanılmış bir kitabda”-deyә buyuraraq, Qur’anın dәrin hәqiqәtlәrinin gizli saxlanılmış bir kitabda olduğunu bildirmişdir. Sonra isә “Ona yalnız pak olanlar toxunar”-deyә buyurur. Demәk ayәdә mövcud olan “” (la) sözü mәnfiliyi göstәrir. Çünki anddan sonra gәlibdir. “Toxunmaz” sözü isә “dәrk etmәz” vә “anlaya bilmәz” mә’nasındadır vә bә’zilәrinin güman etdiyi kimi әllә toxunmaq mә’nasında deyildir. Çünki әrәbcәdә әl vә buna bәnzәr bir şeylә toxunmaq mә’nasında olan “” (lәms) sözü ilә batini vә ruhi әlaqә mә’nasında olan “” (mәss) sözü arasında böyük bir fәrq vardır. Allah-tәala bu sözü başqa bir ayәdә dә yenә batini idrak vә tә’sir mә’nasında işlәdәrәk belә buyurur:
    “Tәqvalılara şeytandan bir vәsvәsә toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünәrlәr vә dәrhal görәn olarlar”. (Ә’raf surәsi, 201-ci ayә)
    Başqa bir ayәdә isә belә buyurur:
    “Sәlәm yeyәnlәr (qәbrlәrindәn) ancaq şeytanın toxunması ilә ayәli olan kimsә kimi qalxarlar…” (Bәqәrә surәsi , 275-ci ayә)
    Demәk, buradakı “mәss” ağıl vә ruhla әlaqәdardır vә әllә toxunmaq mә’nasında deyildir. Allah-tәala pak olanlardan başqa heç kәsin Qur’ana toxunmayacağına dair and içir. Әgәr bundan mәqsәd әllә toxunmaq olsa, Allah-tәala belә bir şeyә and içәrmi? Tarix kitablarında bә’zi zalım hökmdarların (mәsәlәn bir sıra Әmәvi xәlifәlәrinin) Qur’anla oynadıqları vә onu parçaladıqları yazılmışdır. Hәmçinin İsrail әskәrlәrinin Beyrutu işğal etdiklәri vaxt Qur’anı yandırdıqlarını özümüz televiziyada görmüşük. Buna görә dә Allah-tәalanın bu sözü (Yә’ni “Qur’ana pak olanlardan başqa kimsә toxuna bilmәz” ayәsi) Qur’an ayәlәrinin mә’nalarını Allahın seçdiyi vә tәrtәmiz etdiyi bir qrupdan başqa heç kim başa düşә bilmәz anlamındadır. Ayәdә mövcud olan “mutәhhәrun” sözü qrammatik baxımdan tamamlıq hesab
    edilir, yә’ni “tәmizlәnmiş kimsәlәr”. Allah-tәala başqa bir ayәdә dә belә buyurur:

    “… Siz ey Әhli-beyt! Allah sizdәn çirkinliyi yox etmәk vә sizi tәrtәmiz, pak etmәk istәyir”. (Әhzab surәsi, 33-cü ayә)
    Demәk, “Ona tәmiz olanlardan başqa kimsә toxuna bilmәz” ayәsi dә, Peyğәmbәr (s) vә Әhli-beyt (ә)-dәn başqa heç kimsә Qur’anın hәqiqәtlәrini başa düşә bilmәz mә’nasındadır. Buna görә, Hәzrәti-Peyğәmbәr (s) Әhli-beyt (ә) haqqında belә buyurmuşdur:

    “Ulduzlar yer üzünün әhalisini qәrq olmaqdan qoruduğu kimi mәnim Әhli-beytim dә ümmәtimi ixtilaflardan qoruyur. Әrәblәrdәn hәr hansı bir qәbilә onlarla müxalif olsa, şeytanın hizbindәn olar”.(Hakim “Müstәdrәk”in 3-cü cildinin 149-cu sәhifәsindә bu rәvayәti İbni Abbasdan nәql edәrәk onun sәhih olduğunu qeyd etmişdir.) Belәliklә, aydın olur ki, Şiә mәzhәbinin bu haqdakı әqidәsi Qur’anın ayәlәrinә vә hәtta sünnilәrin “sihah” kitablarında nәql olunmuş Peyğәmbәr (s)-in hәdislәrinә әsaslanır. Biz burada bu barәdә bә’zi misallar vermәklә kifayәtlәndik.

    Категория: Şie cavabları | Добавил: al-shia (21.07.2008) | Автор: Şeyx Məhəmməd Ticani Səmavi
    Просмотров: 4241 | Рейтинг: 2.0/10
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər