Şenbe, 07.12.2024, 21:25
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    В категории материалов: 189
    Показано материалов: 1-20
    Страницы: 1 2 3 ... 9 10 »

    Сортировать по: Tarix · Adına göre · Reytinqe göre · Şerhe göre · Oxunmağa göre
    "Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əli
    Dini meqaleler| Baxıldı: 3517 | Əlavə etdi: media-islam| Tarix: 20.09.2008 | Reytinq: 3.7/6 | Şərh (1) | Forumda müzakirə et

    Mübarək ayın duaları
    Dini meqaleler| Baxıldı: 2121 | Əlavə etdi: media-islam| Tarix: 19.09.2008 | Reytinq: 1.3/3 | Şərh (0) | Forumda müzakirə et

    Ayların sultanı mübarək Ramazan ayının astanasındayıq. Bu mübarək ayın nuraniyyəti sovet dönəminin allahsızlıq zülmətinin qara pərdələrini yararaq insanların qəlbində ildən-ilə daha da möhkəm yer tutur. Çox böyük bir işıqverici və təmizləyici mahiyyəti var bu ayın. İslami kimliyə, İslamın gerçək mahiyyətinə bilavasitə aid olan bir prosesdir bu. İnsanlar öz Rəbbi ilə razu-niyaz edir, əhd-peymanlarını təzələyirlər. Uca Allahdan hər birimizin bu nuraniyyət çeşməsindən bəhrələnməmizi müvəffəq etməsini diləyirik!
    Dini meqaleler| Baxıldı: 2561 | Əlavə etdi: media-islam| Tarix: 19.09.2008 | Reytinq: 2.0/1 | Şərh (0) | Forumda müzakirə et

    Bağışlayan və Mehriban Allahın adı ilə.
    Dini meqaleler| Baxıldı: 2496 | Əlavə etdi: media-islam| Tarix: 19.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

    Ümumi еtimаd, sаğlаm və möhkəm bir cəmiyyət dеməkdir. О cəmiyyəti хоşbəхt hеsаb еtmək оlаr ki, cəmiyyət üzvləri аrаsındа qаrşılıqlı еtimаd hissi höküm sürmüş оlsun. Cəmiyyət üzvləri üzərlərinə düşən vəzifələrin nədən ibаrət оlduğunu bilmədikdə və bаşqаlаrının hüququnа хəyаnət еtdikdə isə həyаt öz ахаrındаn çıхıb tənəzzülə dоğru hərəkət еtməyə bаşlаyır.
    Dini meqaleler| Baxıldı: 2256 | Əlavə etdi: media-islam| Tarix: 12.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

    Pеyğəmbər (s) buyurub: «Həsən (ə) mənim övladım, ailəmin gülüdür…»
    Dini meqaleler| Baxıldı: 2606 | Əlavə etdi: media-islam| Tarix: 11.09.2008 | Reytinq: 4.0/3 | Şərh (0) | Forumda müzakirə et

    Almaniyada mövcud olan Islam incəsənətindən ibarət Muzeyin əsasının qoyulduğu ilk daş təxminən 100 il bundan əvvəl qoyulub. Muzey paytaxt şəhərdə yerləşdiyi üçün bu şəhərin adı ilə adlandırılıb. Bu gün Muzey öz işinin böyük ilk dönümünü qeyd edir.
    Dini meqaleler| Baxıldı: 2225 | Əlavə etdi: media-islam| Tarix: 11.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

    "İNSANLARIN DƏSTƏ-DƏSTƏ İSLAMA DAXIL OLDUQLARINI GÖRDÜYÜN ZAMAN…"
    ROJE QARODİ: "Yalnız İslam mədəniyyətinin qoyduğu dəyərlər "terror və anarxiyanı" aradan qaldıra bilər"

    Zəmanəmizin ən görkəmli şəxsiyyətlərindən biri, fransız mütəfəkkiri və filosofu Roje Qarodi 1913-cü ildə Marseldə anadan olub. 1945-ci ildə o, Fransanın Milli Şurasına seçilmiş, parlamentin sədr müavini, senator vəzifələrini tutmuşdur. Onun Fransa Kommunist Partiyasından ayrılması və 1982-ci ildə İslam dinini qəbul etməsi çox gözlənilməz oldu, axı həmin dönəmdə Qarodi öz siyasi karyerasında zirvələri fəth etmişdir, təkcə öz ölkəsində deyil, bütün dünyada şöhrət qazanmışdır.
    "…Mən ateist ailəsində dünyaya göz açmışam və bunu özümə üstün cəhət kimi qiymətləndirirəm, çünki bu vəziyyət mənə hələ uşaqlıqdan azad düşünməyi təmin etmişdir. Mən o qərara gəlmişdim ki, bu dünyanı dəyişmək, qaydaya salmaq lazımdır. Ona görə də, ilk olaraq seçimim marksizmin üzərinə düşdü. Lakin bir gün tanınmış xristian mütəfəkkiri, yezuit Karl Ranner mənə dedi ki, marksizm mövcud problemlərin qlobal həllini təmin etməyə qadir deyil. Onda üz tutdum xristianlığa. Siyasi baxışlarımda isə marksist olaraq qalırdım. Ancaq kilsə də bu gün cəmiyyəti islah etmək imkanına malik deyil. Məhz onda mən İslama üz tutdum. Dahi Hötenin dediyi kimi, biz hamımız sonda şüurlu İslamı qəbul edəcəyik. Əgər biz Qurani-Kərimə müraciət etsək, görərik ki, İslam - son din deyil, İslam hələ Adəm peyğəmbərin yaradılışından bu yana mövcuddur. İslam, yəni Allaha tabe olmaq, - həqiqətən də bütün insanlar üçün bir əlamətdir!.."

    YULİAN: "Gəlin artıq xoşbəxt gələcək barədə xəyallara qapılmayaq - bu xoşbəxt gələcəkdə yaşamağın vaxtı çatmışdır!"
    Rusiyanın ən gənc əməkdar artisti Yulian 1973-cü ildə, avqustun 15-də Moskva yaxınlığındakı Kolomna şəhərində anadan olub. Yulianın həyatında bir çox mistik hadisələr baş verib. Onlardan biri müğənninin doğum gününə təsadüf etmişdir. Həmin gün bərk yağış yağmış, ildırım çaxmış, külək əsmiş, lakin onun doğulduğu anda günəş çıxmışdır. Doğum evində Yulianı "günəş oğlanı" adlandırmışlar. 1995-ci ildə Yulian Moskva himninin rəsmi ifaçısı təyin edilib. O, Sovet və Rusiya estradasının tarixində ilk ifaçıdır ki, 26 yaşında əməkdar artist titutuluna layiq görülüb.
    Lakin ən maraqlısı budur ki, zaman keçdikcə məşhurlaşan müğənni həyatına başqa gözlə baxmağa başladı, əvvəlki meyllərini, cəhdlərini başqa istiqamətə yönəltdi. Və əlbəttə ki, buna səbəb məşhur müğənninin İslam dinini qəbul etməsi oldu. Müğənni hətta özünə yeni bir ad seçdi - Cəbrail. Yulianın sözlərinə görə, şəxsən onun müsəlman olmağının iki səbəbi var: "Birinci və ən əsas səbəb - mən hər zaman məzlumların tərəfində olmuşam. Hazırda müsəlmanlıqda haqsız yerinə məzlum olunmuş bir din görürəm. Bir çoxları terror və zorakılığı bu din ilə əlaqələndirir. Lakin bu belə deyil! İslam insanları sülh və həmrəyliyə çağırır, xeyirxah və həyata qarşı dürüst, ədalətli olmağa çağırır. Terroristlərin İslama heç bir aidiyyəti yoxdur. Mən hər zaman məzlumların tərəfində olmuşam, olacağam da. Mən bu müdrik təlimi qəbul etməyə bilməzdim".
    Bu qərarın Yulianın məşhurluğuna təsiri barədə müğənni bunları qeyd etmişdir: "Mən heç vaxt mənasız şöhrət dalınca qaçmamışam. Heç nədən qorxmuram. Hamı çoxdan birləşməli və bir-birini sevməlidir".
    Bir müsəlman kimi, gündə beş namaz qılmağın onun iş qrafiki ilə mümkünlüyünə gəldikdə, Yulian bunları bildirdi: "Mümkündür. Mömin müsəlman üçün Allaha ehtiram və sevgi birinci yerdə olmalıdır. Bundan sonra mən məhz buna üstünlük verəcəm və yalnız sonra dünyəvi işlər…"
    İslamın pravoslav xristinalıqda yer almayan hansı qayda-qanunlarının ona xüsusilə yaxın və aydın olması barədə verilən suala Yulian belə cavab vermişdir: "İslamda illüziyalar yoxdur, xüsusilə də bu, pravoslav kilsələrində asılan ikonalara aiddir. İnsanların qarşılarına kiminsə tərəfindən çəkilmiş rəsmi qoyub dua etmələri və adətən onlardan nə isə istəmələrini məntiqsiz görürəm. Elə bir təəssürat yaranır ki, insana dua etmək üçün qəlbindəki iman və sevgi kifayət etmir, məhz şəkil və heykəlcik formasında hansısa bir fiziki portret lazımdır. Bu isə artıq qeyri-mükəmməldir".
    Şou-biznes aləminin Yulianın İslamı qəbul etməsini necə qarşıladığı, bir çoxlarının bunu müsbət dəyərləndirməməsi barədə isə müğənni bunları açıqladı:
    "Ola bilər, ola bilər. Mənə həmişə paxıllıq ediblər, edəcəklər də. Şou-biznes - öpüşən ilanların bir yumağıdır. Mən bu aləmin əcaib adamıyam, olmuşam, olacağam da!"

    UİL SMİT
    Məşhur Amerika kinoaktyor və müğənnisi Uil Smit (Will Smith) 1968-ci ildə Filadelfiyada (ABŞ) dünyaya göz açıb. Atası sahibkarlıqla məşğul olan Uil ailədə dörd uşaqdan ikincisi olmuşdur.
    O, kiçik yaşlarından çox dərrakəli, şən uşaq idi. Böyük şöhrət qazanmış aktyor bir vaxtlar prezedentliyə öz namizədliyini irəli sürməyi planlaşdırmış, lakin sonra bu fikirdən vaz keçmişdir.
    Uil Smit bir çox filmlərdə çəkilib. Onu, demək olar ki, bütün dünya tanıyır. Smitin iştirakı ilə bir çox əsərlər işıq üzü görüb, lakin onların içində elə birisi də vardır ki, onun həyatını, dünyagörüşünü dəyişdirməyə müvəffəq olub...
    Smitin dostlarının sözlərinə görə, Uil məşhur idmançının həyatı ilə yavaş-yavaş tanış olduqdan sonra həqiqət haqqında düşünüb-daşınmağa başlamışdır. Günlərin bir günü isə "STC Publication" internet nəşriyyatı məşhur aktyor və müğənni Uil Smitin İslam dinini qəbul etməsi haqqında xəbər yaymışdır. ABŞ-ın müsəlman liderləri tanınmış aktyoru həyatındakı bu əlamətdar hadisə münasibətilə təbrik etmişdilər. Smit böyük həvəslə İslam dininin yolu ilə irəliyə getmək istəyi ilə yaşayırdı. 11 sentyabr hadisələrindən sonra Uil Smit televiziya vasitəsilə amerikalılara müraciət edib demişdir ki, terroristlərlə müsəlmanları qarışıq salmaq düzgün deyil. "Biz - müsəlmanlar qəti surətdə cinayətkarlıq və terrorizmi qəbul etmirik". Aktyor hazırda İslam dinini daha dərindən öyrənməyə və onu öz həyatında lazımınca yaşatmağa çalışır.
     
    Ahlibeyt14mesum
     
    Dini meqaleler| Baxıldı: 2064 | Əlavə etdi: ahlibeyt14mesum| Tarix: 09.09.2008 | Reytinq: 2.5/11 | Şərh (0) | Forumda müzakirə et

    Deyirlər vaxt hər şeyi əhatə edir. Zamanı saxlamaq, vaxtı durdurmaq qeyri-mümkündür. Zaman öz axarı ilə hərəkət edir və baş verən hadisələrin üzərinə tarixin qara pərdələrini çəkir. İllər, əsrlər keçdikcə baş verən hadisələr bir tarixə çevrilir. Lakin bəzən bu hadisələr vaxtı üstələyərək keçmişin qaranlıq pərdələrini parçalayır. Bu hadisələrin tarixi üstələyib xatirələrdə yaşamasına da insan səbəb olur. Zamanın fövqündə durmağı isə yalnız və yalnız şəxsiyyətlər bacarır. İnsan öz əməli, gördüyü işlə zaman məfhumundan kənara çıxa bilir. Belə tarixi şəxsiyyətlərdən biri də 1400 il əvvəl yaşamış İslam dünyasının böyük şəxsiyyətlərindən biri, Peyğəmbərimizin sevimli nəvəsi İmam Hüseyn olmuşdur.
    "Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir..." deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi.
    Hələ sağlığında ikən Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi. Tarixdən məlum olduğu kimi, Yezid İslam dininin buyuruqlarına zidd olan işlərə yol verir, içki içir və müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik etməsinə razı ola bilməzdi.
    İmam "Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır" deyə buyurmuşdur.
    Beləliklə, Muaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını tələb etdi. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istədi. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət etdilər. Tarixçilərin verdiyi məlumatlara görə, bu qəbildən olan məktubların sayı on iki minə çatmışdı. Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir.
    Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.
    Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz idi və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşdü. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşitdi. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə topladı və onlara Mədinəyə qayıtmağı təklif etdi. İnsanların bəziləri dağılışdı və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam etdi.
    Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişdi. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər. Bu zaman hələ ki su İmam və onun dəstəsinin ixtiyarında idi. İmam sədaqətli səhabələrindən düşmənə su verilməsini və ümumiyyətlə hər hansı bir qarşıdurmaya yol verilməməsini istədi. Lakin İmamın əsgərləri yollarına davam etdikcə bu dəfə su düşmən əlinə keçir. Fərat çayını nəzarət altına alan ordu Peyğəmbər ailəsinə su verməkdən imtina edir. Qeyd etmək yerinə düşərdi ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi. İmam Hüseyn düşmən qoşununa su verərkən öz mənəviyyatı, insanlığı, Peyğəmbər övladının əxlaqına yaraşan bir hərəkət etdi. Çünki o, məsum bir şəxsiyyət idi və hər iki dünyada Rəbbinin razılığını qazanmaqdan başqa bir məqsədi yox idi. Suyun qarşısını kəsərək Peyğəmbər balalarını, İmamın səhabələrini susuz qoymaq isə zülmkarlara - Yezid qoşununa xas olan bir xüsusiyyət idi.
    Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.
    Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı...
    Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollandı və özünün son xütbəsini oxudu. Ümumiyyətlə, İmam oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.
    Döyüşün təfsilatı barədə uzun-uzadı danışmaq istəməzdik. Bu haqda tarix kitablarında geniş bəhs olunur. Sadəcə qeyd etmək istərdik ki, bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə - Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane oldu. İmamın bacısı Zeynəb, oğlu İmam Səccad yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki, dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayırdılar.
    Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək. Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!
    Allah bütün şəhidlərə rəhmət etsin. AMİN!
     
    Ahlibeyt14mesum
     
    MS
    Dini meqaleler| Baxıldı: 2507 | Əlavə etdi: ahlibeyt14mesum| Tarix: 08.09.2008 | Reytinq: 1.4/5 | Şərh (0) | Forumda müzakirə et

    Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Respublika Baş Prokurorluğu bu il avqustun 17-də Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən «Əbu-Bəkr» məscidinə baş verən partlayışı törədən dəstənin digər üzvlərinin zərərsizləşdirilməsi barədə məlumat yayıb.

    MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, sentyabrın 6-da həmin dəstənin fəal üzvlərindən biri Telman Abdullayevin Qusar rayon Avaran və Xurel kəndləri arasındakı meşə massivində olması barədə məlumat əldə edilib. Qeyd olunub ki, Telman Abdullayev hələ 2007-ci il sentyabrın 26-da «Meşə qardaşları» adlanan cinayətkar birləşmənin zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanlarının Qusar rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iki polis işçisini yaralayaraq hadisə yerindən qaçmağa müvəffəq olub. Faktla bağlı Qusar rayon prokurorluğu tərəfindən həmin tarixdə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanan cinayət işi üzrə Telman Abdullayev barəsində təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar çıxarılıb, lakin qaçıb gizləndiyi yer məlum olmağından onun tutulması üçün axtarış elan edilib. Sentyabrın 6-da Telman Abdullayevin meşədə olduğu ehtimal edilən əraziyə baxış keçirilib və burada düşərgə yeri, istifadə məqsədilə toplanmış məişət əşyalarının və sairə aşkar edilməsi ilə əlaqədar görülən tədbirlərlə şübhəli şəxslərin Qusar şəhərində Rasim Əsədullayevə məxsus evdə gizləndikləri müəyyən edilib. Elə həmin gün terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi plan hazırlanıb və Milli Təhlükəsizlik Nazirliyinin «Qartal» Xüsusi Təyinatlı dəstəsi tərəfindən antiterror əməliyyatı həyata keçirilib. Bu zaman təslim olmaq barədə əmrə tabe olmayan evdə gizlənən şəxslər tərəfindən xüsusi təyinatlılara əl qumbarası atılıb və avtomat silahlardan atəşlər açılıb. Silahlı müqavimətin qarşısı alınarkən Qusar şəhər sakinləri - Telman Abdullayev və Gürşad Əlixanov öldürülüb, Ramil Əsədullayev isə yaralanıb. Sonuncu rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı zaman keçinib.
    Hadisə yerindən 1 ədəd «AKMS» və 1 ədəd «AKS-74» markalı avtomat silahları, 1 ədəd «PM» markalı tapança, avtomat silahlar üçün 4, tapança üçün 2 ədəd sandıqça, çoxlu sayda müxtəlif çaplı patronlar, soyuq silah, səhra çadırı, xəritə, kompas, hərbi-taktiki dərsliklər, dərmanlar, 15 min 700 ABŞ dolları və 460 manat məbləğində pul, habelə 2 ədəd «YAESU» markalı radiostansiya aşkar olunaraq götürülüb. Mütəxəssislər tərəfindən həmin radiostansiyaların texniki parametrləri müəyyənləşdirilərkən məlum olub ki, ultra qısa dalğa diapazonunda işləyən bu rabitə vasitələri yüksək professional göstəricilərə, o cümlədən təqribən 3-5 kilometr məsafədə rabitə yaratmaqla yanaşı, efirə nəzarət etmək, İnternetə qoşulmaq və digər imkanlarına malikdir.
    Eyni zamanda, hadisə yerindən götürülən «AKS-74» markalı avtomat silahın 2008-ci il avqustun 29-da Qusar rayonunun Həzrə kəndi yaxınlığında həyata keçirilən əməliyyat zamanı DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin həlak olmuş çavuşu Əli Yolçuyevə məxsus olduğu məlum olub. Tədbir zamanı zərərsizləşdirilmiş şəxslərdən götürülən silahların arasındakı «PM» markalı tapançadan Telman Abdullayev tərəfindən istifadə edilməklə 2007-ci il sentyabrın 26-da iki polis işçisinə güllə yarası yetirilməsi və 2008-ci il avqustun 29-da isə DİN Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin çavuşunun öldürüməsi müəyyən edilib.
    Xüsusi əməliyyat keçirilərkən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və yerli rayon polis şöbəsinin əməkdaşları asayişin qorunması və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi işinə cəlb olunublar. Keçirilən xüsusi tədbir zamanı əməliyyatda iştirak edən qüvvələr arasında itki və yaralanan olmayıb. İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ictimaiyyətə əlavə məlumat veriləcəkdir
     
    Ahlibeyt14mesum
     
    Dini meqaleler| Baxıldı: 1761 | Əlavə etdi: ahlibeyt14mesum| Tarix: 08.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

     Pəhrizkar və zahid alimlərindən biri buyurub: «Mən əhd etdim ki, hər gecə yatmazdan əvvəl müəyyən miqdarda Həzrət Muhəmməd (s) və Ali Muhəmmədə (ə) salavat göndərim. Bir gecə dost və yaxınlarımdan bir dəstəsi hücrəmə gəldilər. Hücrəmdəki sıxlığa, vaxtın gec olmasına və yorğunluğuma baxmayaraq, hər gecəki kimi salavatları göndərdim və yatdım. Allahın Rəsulunun (s) hücrəmə daxil olduğunu yuxuda gördüm. O Həzrətin (s) müqəddəs vücudu ilə hər yer nura qərq oldu. Həzrət (s) mənə yaxınlaşaraq buyurdu:  Haradadır o ağız ki, mənə salavat göndərib? Onu öpmək istəyirəm.  
    Həzrətin (s) qarşısında «mən» deməyə ləyaqət tapa bilmədim. Lakin o böyüklüyü sayəsində mübarək üzünü mənə yaxınlaşdırıb üzümdən öpdü. Sevinc içində yuxudan elə oyandım ki, bütün dostlarım, yaxınlarım da oyandılar»

        Ey Rəbbim! Şükürlər olsun Sənə! Şükür Sənə ki, salavat göndərənin «ziyarətinə» sevgili Peyğəmbərimizin (s) özü gəlir!

        Məgər insan üçün Peyğəmbər (s) busəsindən gözəl bir şey ola bilərmi? Bəs bu ziyarətə, bu sevgiyə ləyaqətimiz çatırmı? Ya salavatdır ki, bizi öz bərəkətiylə zinətləndirir və izzətli edir?! Ya Peyğəmbər (s) və Əhli-Beytin (ə) əzəmətidir ki, salavat göndərəni əziz edir?! Nədir salavat? Mənası nə? Hikməti nə? Faydası nə?

        Əslində «salavat» - Allah-Təala tərəfindən bütün müsəlmanlara əta edilmiş ən gözəl İlahi nemətlərdən biridir. Həzrət Muhəmməd (s) və onun Əhli-Beytinə (ə) salavat göndərmək elə bir İlahi dəyər və köklü əməllərdəndir ki, hər gün hər bir müsəlman ən azından 9 dəfə vacib namazlarında onu zikr edir. Salavat elə bir İlahi lütf və rəhmət mənbəyidir ki, ağızları xoş ətrli, qəlbləri sevincli, vücudları Peyğəmbər (s) sevgisinə qərq edir.
        Salavatın mənaları

        Salavatın mənasına gəlincə lüğətdə «dua» deməkdir. Duaya şamil olduğu üçün namaz «səlat» adlanır. Salavat iki cür mənalandırılır: Birincisi «salam»dır ki, bu, ucalmaq, yüksəlmək, Allaha yaxınlaşmağı istəmək mənasına gəlir.

        İkincisi isə «namaz»dır ki, bu halətdə insanın bütün bədən üzvləri Rəbbinə diqqətlə yanaşmalıdır. «Səlat» sözü atəşə daxil olmağa da deyilir, yəni namaz qılarkən bəndə sanki Xaliqin nurlu təcallasından əriyir. Salam göndərəndə də Allahın həbibinin məhəbbətinə qərq olur. Bu isə tabeçilik mənasına gəlir. Odur ki, namaz qılan da, salam göndərən də Allah-Təalaya tabe olur.

        Bəzi alimlər belə hesab edirlər ki, salavatdakı «ص » (sad) hərfi «saməd», «ل » (lam) hərfi «lətif», «و » (vav) hərfi «vahid», «ح» (ha) hərfi isə «hadi» kəlməsindən ibarətdir və yalnız bu adların həqiqətindən xəbərdar olan kəs salavatın əzəmətini dərk edə bilər. Bəziləri isə salavatı 5 mənada izah ediblər: «rəhmət», «məğfirət», «səna», «təmizlənmə və kəramət».

        Salavatın hikməti əslində ümmətin Həzrəti Muhəmmədlə (s) birləşməsi deməkdir. Həzrət Muhəmmədin (s) məqamı isə o qədər uca və əzizdir ki, hətta Allah-Təala və mələklər belə Qurani-Kərimdə ona salavat göndərirlər: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!» («Əhzab» surəsi, ayə 56)

        Vilayət günəşinin şahı Həzrət Əli (ə) bu ayənin şərhində buyurmuşdur: «Bu ayənin zahiri «səllu ələyh» (ona salavat göndərin!), batini isə «səllimu təslima» (ona təslim olun!) kəlməsidir, yəni Peyğəmbərin (s) «sizə vəsi və xəlifə seçdiyi kəsə təslim olun, ona tapşırdığı şeydə tabeçilik edin! Budur mənim verdiyim mətləb!».

        Peyğəmbərin (s) əzəmətini tanımaq üçün təkcə «Muhəmməd» kəlməsinin mənasına nəzər yetirmək kifayətdir. Alimlərin fikrincə, «Muhəmməd» və «Əhməd» «Həmid» sözündən götürülüb. «Həmid» isə «Hamid» - yəni «səna edən» deməkdir. «Məhmud» isə «həmd-səna olunan» mənasındadır.

        Allah-Təala Hamid və Məhmud adlarını Peyğəmbərə (s) aid etmişdi ki, o, Allahı həmd-səna edən məqamda Əhməddir – hamıdan daha çox Allahı həmd-səna edəndir, həmd-səna olunan məqamda isə Muhəmməddir - yəni hamıdan daha çox həmd-səna olunub.
        Bəs sonuncu Peyğəmbərin üstünlüyü nədədir?

        Allah-Təala hər bir peyğəmbərə bir kəramət vermişdir. Adəmə (ə) mələklərin səcdə etməsini, İbrahimə (ə) «Xəlilullah» (Allahın dostu) adının verilməsini, İsaya (ə) xəstələrə şəfa verməyi, Peyğəmbərimizə (s) isə salavat göndərilməyi nəsib etmişdir. Bu İlahi zikri Peyğəmbərə (s) bəxş edən Allah onu digərlərindən üstün qərar vermişdir. Bu barədə İmam Kazım (ə) buyurmuşdur: «Bir yəhudi Həzrəti Əlinin (ə) yanına gəlib sonuncu peyğəmbərin başqa peyğəmbərlərdən üstün olduğu barədə soruşdu, sonra dedi: «Allah-Təala mələkləri Adəmə (ə) səcdə etməyə əmr etmişdir». Həzrət buyurdu: «Düzdür, lakin bundan da artığını Həzrət Muhəmmədə (s) kəramət etmişdir. Çünki, Allah-Təala özü ona salavat göndərmiş və mələklərə də bunu əmr etmişdi. Bundan əlavə Qiyamət gününə qədər bəndələrinin ibadətini Peyğəmbərə (ə) salavat göndərməklə tamamlamışdır. Hər kəs Həzrətin sağlığında, yaxud vəfat edəndən sonra ona salavat göndərsə, Allah-Təala 1 salavatın yerinə həmin şəxsə 10 salavat göndərər, ona 10 savab bağışlar. Hər kəs Həzrətin (s) vəfatından sonra ona salavat göndərsə, Həzrət (s) bundan xəbərdar olar və o şəxsə salavat göndərər. Bu, Adəm (ə) peyğəmbərə veriləndən daha böyükdür. Adəmə (ə) ruh üfürüləndən sonra mələklər səcdə etməyə məmur oldular. Onların təsəvvüründə belə idi ki, Həzrət Muhəmmədin (s) də pak bədəninə ruh gələndə səcdə etməyə məmur olacaqlar. Lakin Həzrət dünyaya gəldikdə bu iş baş vermədi. Allah-Təala Adəmin Həzrət Muhəmməddən (s) üstün olması barədə olan şübhəni dəf etmək üçün ona salavat göndərdi, mələklərə və möminlərə də bu işi əmr etdi. Bununla da O, bildirdi ki, əgər mələklər o zaman səcdə etməyə məmur idilərsə, indi də Allah-Təala Özü, mələklər və möminlər sonuncu peyğəmbərə salavat göndərirlər. O zaman mələklərin səcdəsi 1 dəfədən artıq deyildi, lakin indi Yaradan və yaradılmışların hamısı həmişəlik olaraq Həzrətə (s) salavat göndərməyi İlahi varlığa şəhadət verməyə bənzətmişdir. Belə ki, əvvəl öz zatına, sonra mələklərə və alimlərə şəhadət vermiş, mələklərin, möminlərin və alimlərin şəhadətinin ardınca demişdi. Demək sonuncu peyğəmbərin hamıdan fəzilətli olması aydındır».
     
      Salavat göndərməyin fəzilət və faydaları

        Salavatın dünya və axirət faydalarına gəlincə, bu faydalar o qədər çoxdur ki, saymaqla qurtarmaz. Peyğəmbər (s) buyurub: «Allah-Təala 1 mələk yaratmışdır ki, 1 qanadı məşriqdə, o biri qanadı isə məğribdədir, ayağı 7-ci yerdə, başı isə ərşin altındadır. İnsanların, cinlərin, heyvanların, səhra və dənizlərin sayı qədər, həmin yaranmışların çəkdikləri nəfəsləri qədər, yağışların damlaları,
    ağacların yarpaqları, səmaların ulduzları, çöllərin qumları qədər bu mələkdə qanad vardır. Ümmətimdən biri mənə salavat göndərəndə Allah-Təala həmin mələyə əmr edir ki, nur dənizinə baş vursun, sonra qanadlarını çırpsın. Onun hər qanadından tökülən qətrələr qədər Allah-Təala mələk yaradar və hamısına əmr edər ki, Qiyamət gününə qədər bu bəndə üçün istiğfar etsinlər. Həmin böyük mələyin özü də salavatdan yaranmışdır».

        Salavat göndərmək Allaha və Həzrət Muhəmmədə (s) yaxılaşma səbəbidir. «Rövzətul-üləma» kitabında deyilir: «Allah-Təala Musaya (ə) vəhy etdi: «İstəyirsənmi sənə kəlamının dilinə, nəzərinin gözünə, eşitməkliyinin qulağına, ruhunun bədəninə, fikrinin qəlbinə yaxın
    olmasından da yaxın olum?» Musa (ə) dedi: «Əlbəttə, istiyirəm. Onu kim istəməz?» Allah-Təala buyurur: «Bu səadəti və kəraməti axtarırsansa, dostum Muhəmmədə (s) salavat göndər. Çünki ona salavat göndərmək rəhmət, nur və hidayətdir».

        Salavat göndərən əslində bu əməli ilə tövhid, nübuvvət və imaməti qəbul etdiyindən xəbər verir. Çünki, salavatın hikməti məhz Allah və Əhli-Beytinə (ə) tabe olmaq mənasındadır.

    Salavat insanın Peyğəmbər (s) və Əhli-Beytinə (ə) olan məhəbbətinin, bağlılığının təzahürüdür və öz sevgisinin sübutu olaraq insanın salavat zikr etməsi təbiidir. Axı birinin sevgisini qazanmaq üçün ona çatmağa kömək edən vasitələrdən möhkəm yapışmaq lazımdır. Əhli-Beytə (ə) sevgi nümunəsində isə bu vasitə salavatdır. O salavat ki, Əhli-Beytə (ə) məhəbbətin nişanəsidir və bu sevgi Peyğəmbər (s) risalətinin muzdudur. Ona görə də bəndə salavat göndərməklə Allahı və Əhli-Beyti (ə) özündən razı salmış olur.

        Gəlin, salavatı həyat proqramımızın bir hissəsi qərar verək və salavat göndərməklə ətraf mühitimizin fəzasını daima təravətli və ətirli etməyi özümüzə borc bilək.

        Allahım, səni and verirəm, Əhli-Beytinin (ə) haqqına, bizi razı olduğun bəndələr sırasında qərar ver!

        Allahım bizi salavatın - bu İlahi  feyz mənbəyinin bərəkətlərindən faydalananlardan qərar ver!

        Allahım, bizi salavat əhlindən qərar ver ki, Qiyamət günü Əhli-Beytin (ə) şəfaətinə nail olaq!

        Amin!

        Ömrümüzü salavatla zinətləndirmək diləyilə...
     
    Ahlibeyt14mesum
     
     
     

    Dini meqaleler| Baxıldı: 2624 | Əlavə etdi: ahlibeyt14mesum| Tarix: 08.09.2008 | Reytinq: 2.2/4 | Şərh (0) | Forumda müzakirə et

    "Qəlbim təmizdir" deyib namaz qılmayanlara cavab
    Dini meqaleler| Baxıldı: 2225 | Əlavə etdi: media-islam| Tarix: 08.09.2008 | Reytinq: 3.5/2 | Şərh (0) | Forumda müzakirə et

    Dini şüar altında olan ekstremizm çox təhlükəlidir.


    Onun köməyi ilə Yer üzündə yol verilən bütün düşünülmüş və ağlasığmaz hərəkətlərə bəraət qazandırmaq olar.
    İsraildə sionist ruhaniləri (sionist ravvinlər) “yəhudi olmayanların insan cildində heyvan olması” fikrini təbliğ edirlər. Belə irqçi fikirlər ifrat dərəcədə ekstremistlikdən xəbər verir.


    Tez-tez ekstremistlərin verdiyi təkan nəticəsində hazırda fələstinlilərin əlində olan torpaqları qəsb etməyə çalışan, o cümlədən İordan çayının qərb sahillərində dolaşan qeyri-qanuni yəhudi məskunlaşmaları vasitəsilə ərəbləri mühasirəyə alır, onlara hücum edir, döyür və ya elektrik dirəklərinə bağlayırlar. Bu doktrina İordan çayının qərb sahilində fəaliyyət göstərən çoxsaylı sionist ordusuna yeni-yeni “igidliklər” göstərməyə imkan verir.   

    Sionist-ekstremist ravvinlərinin təbliğatı nəticəsində sionist zülmü altında yaşayan 4 milyon fələstinli insan deyil, “iki ayaqlı heyvan” kimi qiymətləndirilir və onlara belə vəhşi münasibət bəslənilir. İşğal altında yaşayan fələstinlilərə qarşı məhz bu cür vəhşi münasibət – bəşər düşməni olan ravvinlərin sionist ordusunun əsgərlərinə və qeyri-qanuni məskunlaşanlara yeritdikləri qəddar irqçilik ideologiyasının nəticəsidir.

    Keçən il Fransadan olan yəhudi immiqrantı ərəb taksi sürücüsünü evinə salaraq öldürmüşdür. Müstəntiqlər həmin yaramazdan nəyə görə insan öldürdüyünü soruşduqda bildirmişdir ki, o, sadəcə bir “heyvanı” həyatdan məhrum edib.

    Merkaz Xarav (ravvin mərkəzi) İsrail rejimindəki “dini” sionizmin əsas ideoloji və teoloji mərkəzidir. O, sionistlərin ilk ravvini Abram Kukun şərəfinə təsis edilmişdir. Həm də dini kollec kimi fəaliyyət göstərən bu mərkəzdə Tanrının dünyanı yəhudilərin firavanlığı üçün yaratdığı və qalan insanların isə bu “seçilmiş xalqa” qul olmaq taleyində olması fikri təbliğ olunur.   

    Fələstinlilərə gəldikdə isə Merkaz Xarav öyrədir ki, yəhudi qanunları altında İsrail rejimində yaşayan qeyri-yəhudilər ya qul edilməli və ən çirkin işlərə göndərilməli, ya qovulmalı, ya da tamamilə məhv edilməlidirlər. Mərkəzin bir sıra “nüfuzlu” ravvinləri təbliğ edirlər ki, fələstinlilər Bibliyada tamamilə yer üzündən silinməsi buyurulan Amalik sülaləsindəndirlər.   

    Bu kimi fikirlər hazırda bütün Qərb sahilləri boyunca məskunlaşan on minlərlə qeyri-qanuni yəhudi gəlmənin şüuruna hakim kəsilib. “Dini” sionizmin doktrinası da elə məhz budur. İsrail rejimindəki yüzlərlə yəhudi məktəbində həmin bu doktrinanın teologiyası keçilir. Məhz belə təhsili almış qeyr-qanuni gəlmələr və sionist işğalçı ordusunda xidmət edən əsgərlər bu ruhda inkişaf edir və doktrinanın tələblərini yerinə yetirmək üçün uyğun fürsət axtarır.

    Ravvin Kukun fikirlərinə görə yəhudi və qeyri-yəhudinin ruhu arasındakı fərq insanla heyvanın ruhları arasındakı fərqə bərabərdir. Sionist «filosof»larından biri olan Şabak bildirmişdir ki, Kukun araşdırması Lurian Kabbalına əsaslanır və dünya təkcə yəhudilərin firavanlığı üçün yaradılıbsa, deməli yəhudinin ruhu ilə yanaşı cismi də qeyri-yəhudinin cismindən üstündür .

    Nyu-Yorkdakı Leykvud yəhudi məktəbinin məzunu radikal sionist ravvini Qramma 2003-cü ildə yazdığı “İsrail əzəməti və diaspor məsələləri” kitabında bildirmişdir ki, qeyri-yəhudilər “mütləq zülmün daşıyıcıları”, yəhudilər isə genetik üstün xalqdır.

    Bu kitab ABŞ-ın liberal ravvinləri ilə bərabər konservativ yəhudilər tərəfindən də tənqid olundu. Bunun səbəbi bu irqçi doktrinanın yəhudi dini normativlərə uyğun gəlməməsi iddiası olmuşdur. Belə ki, İsrail rejimində və Şimali Amerikadakı bir çox yəhudi təşkilatları ona qarşı tənqid irəli sürmədilər.

    İsrail rejimində çoxunun Merkaz Xaravın mühazirələri əsasında tərbiyə aldığı ravvin məslək sahibləri hələ də irqçi və insana düşmən fikirlərini təbliğ edərək bildirirlər ki, yəhudi dininin bildirdiyi 10 ehkam, o cümlədən “öldürmə”, “yalan şahidlik etmə”, “oğurlama” kimi ehkamlar ancaq yəhudilərin arasındakı münasibətə aiddir və bu heç bir halda qeyri-yəhudilərə aid deyil.

    Məsələn, Avropa Ravvinlər Şurasının üzvü ravvin Dov Lior bildirir ki, müharibə zamanı əks tərəfdə dinc insan olması məsələsi yoxdur. 2004-cü ildə o, «Maariv» qazetində bildirir: “Tövrat qanunları bizə əsgərlərimizə minnətdar olmaq və onların həyatını qorumağı öyrədir. Yəhudi Tövratının nəsihəti elə bundan ibarətdir. Yəhudi olmayanların 1000-nin həyatı yəhudinin dırnağının ucuna belə dəymir”.

    Lior sionist rejiminin hakimiyyətində kənar fiqur deyil. O, sionist iyerarxiyasında Tövratın ən müdriklərindən hesab edilir.

    Bu ilin əvvəlində ravvin David Batsri bildirib ki, ərəblər tufeyli, riyakar və vahiməlidirlər. “Ərəblər heyvandırlar. Biz özümüzdən soruşmalıyıq ki, niyə görə Tanrı onları dördayaqlı yaratmayıb. Cavaba ehtiyac yoxdur. Onlar bizim üçün evlər tikməyə və bizə xidmət etmək üçün yaradılıblar. Bizim məktəblərdə onlara yer yoxdur”, - deyə o, əlavə edib.

    2007-ci ilin mayında İsrail rejiminin keçmiş baş ravvini Mordexay İlyuxa sionist əsgərlərinə fələstinliləri qırmağa imkan verən fərman vermişdir. “Biz onların 100 nəfərini öldürdükdə dayanmazlarsa – 1000 nəfəri, durmazlarsa – 10 000 nəfərini, yenə də müqavimət göstərərlərsə 100000 və ya milyonunu öldürməliyik”,- deyə o, bəyənatında bildirib.

    Görəsən “dini liderlər” və “müqəddəs insanlar” hesab olunan bu insanlar müharibə zamanı heç bir qadağanın və dinc əhali anlamının olmamasının nə demək olduğunu anlayırlarmı?!

    Mən yenə də ümüd edirəm ki, yəhudiliyin həqiqi nümayəndələri yəhudiliyi qantökən zorakılıq və nifrət dini kimi təqdim edərək biabır edən ekstremist-ravvinlərə öz mənfi münasibətlərini bildirəcəklər. Bu əsasda onunla vacibdir ki, əgər Merkaz Xaravın ideoloq və teoloqları cəmiyyətdə üstünlük təşkil etsələr, hər şeydən öncə yəhudilik ziyan çəkəcək. (Xalid Amayri, Fələstin informasiya mərkəzi)
     
     
    Ahlibeyt14mesum
     
    Dini meqaleler| Baxıldı: 1833 | Əlavə etdi: ahlibeyt14mesum| Tarix: 08.09.2008 | Reytinq: 1.0/1 | Şərh (0) | Forumda müzakirə et

    Allahı həqiqi mənada sevib, ona yaxınlaşmaqda mübarək Ramazan ayı bir vasitə oldu.  Həmişə bu ayda çox narahat olurdum. Ozümü danlayır: zəifsən, iradəsizsən, gücsüzsən, aclıq nədir axı, ona dözə bilmirsən, deyə ürəyimdə danışırdım. Digər aylara nisbətən bu ayda Allahın nemətlərindən doyunca istifadə edirdim. Mənə elə gəlirdi ki, bu şeytan əməlidir. O sanki mənə əmr edirdi.
    Dini meqaleler| Baxıldı: 1866 | Əlavə etdi: media-islam| Tarix: 05.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et


    Bismilləhir rahmənir rahim!
    Dini meqaleler| Baxıldı: 1782 | Əlavə etdi: media-islam| Tarix: 05.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

    “Ramazan ayı insanlara doğru yol göstərən, bu yolu açıq-aydın dəlillər ilə aydınlaşdıran və haqqı batildən ayıran və Quran nazil edilmiş aydır...” (Bəqərə surəsi, ayə 185)
    Dini meqaleler| Baxıldı: 2089 | Əlavə etdi: media-islam| Tarix: 05.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et


    Müqəddəs və Mübarək Ramazan ayı bizə döğru gəlməkdədir. Yenə də vücudum Allah ziyafətinin yetişəcəyi, o mənəvi səfərin başlanacağı günü həsrət və intizarla gözləməkdədir.
    Dini meqaleler| Baxıldı: 1738 | Əlavə etdi: media-islam| Tarix: 05.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

    (və ya bir nəfər yetmış milyonu sevindirdi)
    Dini meqaleler| Baxıldı: 2475 | Əlavə etdi: media-islam| Tarix: 05.09.2008 | Reytinq: 0.0/0 | Şərh (0) | Forumda müzakirə et

    Allahın adı ilə!

        Fəzilətli üç ayların sonuncusu olan mübarək Ramazan ayının astanasındayıq. On bir ayın sultanı sayılan bu şərafətli ay öz rəhmət və bərəkətiylə bizə doğru üz tutub. Ramazan ayı haqqında müqəddəs Qurani-Kərimin «Bəqərə» surəsində bizə bəyan edilir: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz təqvalı olasınız!».
    Dini meqaleler| Baxıldı: 2452 | Əlavə etdi: media-islam| Tarix: 05.09.2008 | Reytinq: 3.0/1 | Şərh (0) | Forumda müzakirə et

    "Allahummerzugnî fîhi rahmet'el-eytam, ve it'am'et-taam ve ifşa'es-selâm ve suhbet'el-kiram, bi-tavlike ya melce'el-amilîn."
    Dini meqaleler| Baxıldı: 2050 | Əlavə etdi: feride| Tarix: 04.09.2008 | Reytinq: 3.0/1 | Şərh (0) | Forumda müzakirə et

    Axtar
    Linklər