Çerşenbe axşamı, 19.03.2024, 07:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    ƏLİ ƏK­BƏR MÖH­TƏ­ŞƏ­Mİ HİZ­BUL­LA­HIN VƏ SE­YİD HƏ­SƏN NƏS­RUL­LA­HIN GÖ­RÜN­MƏ­YƏN TƏ­RƏF­LƏ­Rİ BA­RƏ­DƏ
    İs­rail üzə­rin­də qa­zan­dı­ğı bö­yük zə­fər­lər­lə İs­lam dün­ya­sın­da ta­mam ay­rı bir mə­qam əl­də edən Li­va­nın Hiz­bul­lah hə­rə­ka­tı­nın ne­cə qu­rul­du­ğu, bu gün­lə­rə ne­cə gəl­di­yi və İs­lam mü­ca­hid­lə­ri­nin li­de­ri Se­yid Hə­sən Nəs­rul­la­hın ne­cə bir şəx­siy­yət ol­du­ğu ba­rə­də Hiz­bul­la­hın qu­ru­cu­la­rın­dan olan Əli Ək­bər Möh­tə­şə­mi da­nı­şıb.
        Höc­cə­tü­lis­lam Se­yid Əli Ək­bər Möh­tə­şə­mi­nin Hiz­bul­la­hın qu­ru­lu­şu və ke­çən za­man haq­qın­da izah et­dik­lə­ri, özü təş­ki­la­tın qu­ru­lu­şun­da və təş­ki­lat­lan­ma­sın­da şəx­sən iş­ti­rak edən bir şəx­siy­yət ol­du­ğu üçün, mü­qa­vi­mət hə­rə­ka­tı­nın təh­li­lin­də mü­ra­ciət edi­lə­cək ən eti­bar­lı qay­naq­lar­dan bi­ri­dir.
        Möh­tə­şə­mi Nə­cəf­də­ki təh­si­li əs­na­sın­da Şə­hid Ra­ğib Hərb və Se­yid Ab­bas Yə­hu­di ilə ta­nış ol­muş, İs­lam İn­qi­la­bı­nın zə­fə­rin­dən son­ra isə İran İs­lam Res­pub­li­ka­sı­nın Şam sə­fir­li­yi və­zi­fə­si­ni qə­bul edə­rək Hiz­bul­la­hın qu­ru­lu­şun­da çox önəm­li bir və­zi­fə ifa et­miş­dir.
        Möh­tə­şə­mi Hiz­bul­la­hın qu­ru­lu­şu və li­der­lə­ri­nin - xü­su­si­lə Se­yid Hə­sən Nəs­rul­la­hın - da­ha əv­vəl söh­bət edil­mə­miş bə­zi şəx­si xü­su­siy­yət­lə­ri haq­qın­da da­nı­şıb.­
        İ­ran İs­lam Res­pub­li­ka­sı­nın keç­miş da­xi­li iş­lər na­zi­ri, Su­ri­ya sə­fi­ri və in­di də Bey­nəl­xalq Fə­ləs­tin Konf­ran­sı­nın baş­çı­sı Əli Ək­bər Möh­tə­şə­mi ilə "Fars News" in­ter­net qə­ze­ti­nin apar­dı­ğı mü­sa­hi­bə­ni siz­lə­rə təq­dim edi­rik.
       
        - Bun­dan 25 il əv­vəl, Su­ri­ya­da İs­lam Res­pub­li­ka­sı­nın sə­fi­ri və­zi­fə­si­ni ic­ra edər­kən Hiz­bul­la­hın qu­rul­ma­sı və təş­ki­lat­lan­ma­sın­da çox əhə­miy­yət­li bir ro­lu­nuz ol­du. Hiz­bul­la­hın bu gün gəl­di­yi möv­qe­yə və çat­dı­ğı gü­cə bax­dı­ğı­nız­da nə­lər hiss edir­si­niz?
        - Mən də bü­tün mü­səl­man xalq­lar, Li­van mil­lə­ti və dün­ya­nın müx­tə­lif yer­lə­ri­nə da­ğıl­mış bü­tün in­qi­lab­çı axın­lar ki­mi bun­dan qü­rur du­yu­ram. Hiz­bul­la­hın yal­nız Li­van xal­qı üçün de­yil, dün­ya­nın bü­tün azad­lıq­se­vər xalq­la­rı adı­na əl­də et­miş ol­du­ğu uğur­lar­dan çox xoş­bəx­təm. İs­rai­lin və Ame­ri­ka­nın Or­ta Şərq­də­ki plan­la­rı­nın uduz­ma­sı, az bir qa­zanc de­yil, xü­su­si­lə də Ame­ri­ka, İs­rail və im­pe­ria­list dün­ya­nın qar­şı­sın­da da­ya­nan bu gü­cün, bir döv­lət de­yil, mü­qa­vi­mət­çi bir par­ti­ya və axın ol­du­ğu göz önü­nə gə­ti­ril­dik­də. Hiz­bul­lah bun­dan 25 il əv­vəl İs­lam İn­qi­la­bın­dan və İmam Xo­mey­ni­nin rəh­bər­li­yin­dən il­ham ala­raq mey­da­na gəl­miş və bu gün iz­zə­tin zir­və­si­nə çıx­mış bir hə­rə­kət­dir.
       
        - İmam Xo­mey­ni Nə­cəf­də ikən siz­lər də onun­la bir­lik­də idi­niz. Şə­hid Ab­bas Yə­hu­di ki­mi bə­zi Li­van­lı tə­lə­bə­lər də Şə­hid Mə­həm­məd Mis Səd­rin məd­rə­sə­sin­də təh­sil mə­sə­lə­lə­ri ilə məş­ğul idi­lər. O dövr­də Hiz­bul­la­hın ikin­ci ümu­mi mü­şa­vi­ri olan Ab­bas Yə­hu­di ilə bir əla­qə­niz var idi?
        - Nə­cə­fi-Əş­rəf­də hə­min vaxt bü­tün İs­lam öl­kə­lə­rin­dən təh­si­lə gəl­miş şa­gird­lər var­dı və bun­lar tez-tez İma­mın ya­nı­na yı­ğı­şır­dı­lar. La­kin Li­van­lı İs­la­mi elm­lər şa­gird­lə­ri di­gər­lə­rin­dən da­ha çox se­çi­lir­di­lər - mə­də­ni, di­na­mik, açıq fi­kir­li və gü­nün prob­lem­lə­ri­nə va­qif idi­lər.
       
        - Se­yid Ab­bas Yə­hu­di ilə əv­vəl­dən əla­qə­niz var idi, yox­sa Li­van­da ta­nış ol­du­nuz?
        - O dövr­də mər­hum Şə­hid Ab­bas Yə­hu­di Nə­cəf­də təh­sil alır­dı. İs­la­mi Mü­qa­vi­mə­tin şey­xi lə­qəb­li Ra­ğib Hərb - son­ra­lar özü də şa­hid­lik mər­tə­bə­si­nə çat­dı - Nə­cəf­də olan xey­li Li­van­lı tə­lə­bə­dən bi­ri idi. Bu kəs­lər xü­su­si və fərq­li bir ru­hi­yə­yə, İmam Xo­mey­ni hə­rə­ka­tı­na ya­xın bir fi­kir­li şəx­siy­yə­tə sa­hib ol­maq­la, di­gər­lə­rin­dən fərq­lə­nir­di­lər. İmam Xo­mey­ni­nin fi­kir­lə­ri­ni mə­nim­sə­mək­lə bir­lik­də Şə­hid Se­yid Mə­həm­məd Mi­sin dərs­lə­ri­nə də qa­tı­lır­dı­lar. O sı­ra­lar­da İmam Mu­sa Sədr də Li­van­da idi və hə­rə­ka­tı (Əməl - Məh­rum­lar Hə­rə­ka­tı) öl­kə­si­nə kök sal­mış, ya­yıl­mış­dı. Bi­zim Mu­sa Sədr ilə əla­qə­miz da­ha çox Şə­hid Mus­ta­fa Çam­ran va­si­tə­si­lə real­la­şır­dı. La­kin İs­lam İn­qi­la­bın­dan son­ra Li­van şiə və sün­ni­lə­ri ilə di­gər qrup­lar İmam Xo­mey­ni ilə ya­xın­dan əla­qə qur­ma­ğa baş­la­dı­lar.
       
        - Hiz­bul­la­hın qu­ru­lu­şun­dan bəhs edə bi­lər­si­niz­mi?
        - Hiz­bul­la­hın qu­ru­lu­şuy­la əla­qə­yə sə­bəb olan şey, İs­rai­lin Li­va­na hü­cu­mu və bu öl­kə­nin iş­ğa­lı idi. Li­va­na hü­cum İran-İraq dö­yü­şün­də İra­nın Xür­rəm­şəh­ri ge­ri gö­tür­mə­sin­dən son­ra - han­sı ki, bu mər­hə­lə bü­tün dün­ya tə­rə­fin­dən İra­nın ən bö­yük zə­fə­ri ola­raq gö­rü­lür­dü, çün­ki İraq re­ji­mi şə­hə­rin ət­ra­fın­da çox güc­lü mü­da­fiə xətt­lə­ri ya­rat­mış­dı və bu da Səd­da­mın şə­hə­ri ta­ma­mi­lə məhv et­mər niy­yə­tin­də ol­du­ğu­na işa­rə idi - real­laş­mış­dı. Kim­sə Xür­rəm­şəh­rin xi­la­sı­nı göz­lə­mir­di, şə­hər azad­lı­ğa qo­vuş­duq­da, İs­rail tə­rə­fi İs­lam İn­qi­la­bı­nın Fə­ləs­tin mə­sə­lə­si­nə əhə­miy­yət­li də­rə­cə­də tə­sir et­di­yi­ni və qı­sa, la­kin çox mə­na­lı olan "bu gün İran, sa­bah Fə­ləs­tin" şüa­rı­nı da göz önü­nə gö­tü­rə­rək, "Əgər İran bu dö­yü­şü qa­za­nıb İraq re­ji­mi­ni məğ­lub et­sə, İra­nın Fə­ləs­ti­nə yo­lu açı­la­caq və İraq üzə­rin­dən qüv­və­lə­ri­ni bi­zim­lə dö­yüş­mək üçün Fə­ləs­ti­nə sövq edə­cək" de­yə dü­şün­dü­lər. Bu isə İs­rai­lin var­lı­ğı üçün cid­di bir hə­də ola­caq­dı. İor­da­ni­ya Ame­ri­ka və İs­rai­lin si­ya­sə­ti­nin pa­ra­le­lin­də idi və İs­rail üçün hə­də mey­da­na gə­tir­mir­di. Su­ri­ya isə Ha­fiz Əsə­din rəh­bər­li­yi al­tın­da ol­ma­sı­na bax­ma­ya­raq, mər­kə­zi hö­ku­mət si­ya­sət­lə­ri iz­lə­yir­di və İra­na İs­rail­lə dö­yüş­mə­si üçün sər­həd­lə­ri­ni aç­ma­sı söz möv­zu­su ola bil­məz­di. Güc­lü və mər­kə­zi bir döv­lə­tə sa­hib­lən­mə­dən şiə­lə­rin və sün­ni­lə­rin güc­lü ol­du­ğu və içər­sin­də fə­ləs­tin­li­lə­ri də sax­la­yan ye­ga­nə öl­kə Li­van idi və İran, bu öl­kə­yə fə­ləs­tin­li­lə­rin və li­van­lı­la­rın kö­mə­yi­nə ge­də bi­lər­di.
        ­Xür­rəm­şəh­rin 1982-ci il­də­ki fət­hin­dən bir ne­çə gün son­ra fə­ləs­tin­li­lə­ri Li­van­dan, Li­van qüv­və­lə­ri­ni də öl­kə­nin cə­nu­bun­dan çı­xar­ma bə­ha­nə­siy­lə İs­rai­lin Cə­nu­bi Li­va­na hü­cu­mu baş­la­dı. İs­rai­lin Cə­nu­bi Li­va­nı iş­ğa­lın­dan bir həf­tə son­ra da İran, güc­lə­ri­ni li­van­lı­la­ra və su­ri­ya­lı­la­ra dəs­tək üçün böl­gə­yə gön­dər­di. Or­du­nun, İn­qi­lab Ke­şik­çi­lə­ri­nin və yük­sək sə­viy­yə­li si­ya­si şəx­siy­yət­lə­rin - Dok­tor Əli Ək­bər Və­la­yə­ti, döv­rün mü­da­fiə na­zi­ri ge­ne­ral Sə­li­mi ki­mi - Su­ri­ya­ya gəl­mə­siy­lə, Ha­fiz Əsəd baş­da ol­maq­la bu öl­kə­nin si­ya­si və əs­gə­ri möv­qe­lə­riy­lə gö­rüş­lə­rə baş­la­dı. Bu­nun nə­ti­cə­sin­də İra­nın Or­du və İn­qi­lab Ke­şik­çi­lə­ri­nə aid 11 bir­li­yi­nin Li­va­na yer­ləş­mə­si qə­ra­rı alın­dı (Bü­tün bun­lar bir həf­tə içər­sin­də real­laş­dı). Li­van­da su­ri­ya­lı və iran­lı ko­man­dir­lər­dən iba­rət or­taq bir əmə­liy­yat qu­rul­du və İra­nın Su­ri­ya və Li­va­nı mü­da­fiə et­mək məq­sə­diy­lə dö­yü­şə gir­mə­si üçün bi­zim sə­la­hiy­yə­ti­mi­zə konk­ret cəb­hə xət­ti bu­rax­dı­lar.
       
        - Bu güc­lə­rin əm­ri kim­lə­rin əlin­də idi?
        - Or­taq əmə­liy­yat ota­ğın­da ko­man­dir­lər otu­rar və dö­yüş­lə əla­qə­dar qə­rar­lar ve­rər­di­lər. Bir qay­da ola­raq əsl əmr cəb­hə­nin ön xət­tin­də olan Su­ri­ya tə­rə­fi­nin əlin­də idi, on­lar or­du ilə koor­di­na­si­ya ya­rat­ma­lı idi­lər, am­ma hə­qi­qə­tən be­lə ol­ma­dı.
       
        - Yax­şı, bu­nun sə­bə­bi nə idi?
        - Çün­ki İran qüv­və­lə­ri Li­va­na gi­rər-gir­məz atəş­kəs im­za­lan­dı. İs­rail məq­sə­di­nə çat­mış və Li­va­nın Bey­ru­ta qə­dər uza­nan əhə­miy­yət­li bir qi­si­mi­ni iş­ğal et­miş­di. Bü­tün fə­ləs­tin­li güc­lər ge­ri çə­kil­miş­di­lər. Bu­na gö­rə də hər kəs atəş­kə­si göz­lə­mə­liy­di. İs­rail atəş­kəs elan et­di­yin­dən də, tə­bii ki, Su­ri­ya və Li­van da qə­rar­la ra­zı­laş­dı­lar, ar­tıq dö­yüş bit­miş­di.
        - İs­rai­lin Li­van hü­cu­mu­nun ye­ga­nə məq­sə­di yal­nız Fə­ləs­tin mü­qa­vi­mə­ti­ni yox et­mək idi­mi, yox­sa baş­qa məq­səd­lə­ri də var­dı?
       
        Davamı var
       Aqil
    Категория: İslam alimleri | Добавил: media-islam (26.09.2008)
    Просмотров: 3617 | Рейтинг: 2.7/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər