Cüme, 29.03.2024, 12:41
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qadın ve Aile

    QADIN NƏ İSTƏYİR?
    Kimdir Qadın? Tarixin axarında onun keçdiyi yol və gələcəyi necədir? Ümumiyyətlə, qədim tarixə nəzər saldıqda ayrı-ayrı fəlsəfi ideyalarda insan haqqında yetərincə fikirlər olsa da, heç bir qədim fəlsəfi cərəyan qadın haqqında xüsusi bir nəzəriyyə irəli sürməmişdir. Məsələn: Qədim Hind, qədim Çin, qədim Şərq, qədim Yunan və s. fəlsəfələrində insan haqqında, insanın yaradılış mahiyyəti haqqında fikirlər çox olsa da, qadın haqqında xüsusi nəzəriyyələrlə qarşılaşmırıq. Qadın haqqında xüsusi baxışlara hətta orta əsrlər xristian fəlsəfəsində və bu fəlsəfənin görkəmli nümayəndəsi olan "müqəddəs Avqustin"in baxışlarında da rast gəlinmir. Əslində, sadalanan fəlsəfi baxışlarda qadın haqqında xüsusi fikirlərin olmaması ilk növbədə həmin dövrün cəmiyyətində qadına bəslənilən qeyri-normal münasibətin nəticəsidir. Qədim Hind, Çin, Rum, Ərəb cəmiyyətlərində qadına qarşı göstərilən anormal münasibətlərə indi də dünyanın bəzi nöqtələrində təsadüf edilir. Bu baxışlara əsasən, daim kişinin xidmətində dayanmağa borclu olan qadın heyvan kimi bir məxluq sayılır. Buna görə də, qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz taleyini müəyyənləşdirmək haqqına belə malik olmamışdır. Axı əslində insan hesab edilməyən bir məxluq hansı hüquqlara malik ola bilərdi?!
    Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə əks olunmuş faktlara əsasən, bəzən ehtiyac üzündən qadınları öldürüb əti ilə qidalanırdılar. Ərəbistanda İslamdan əvvəlki dövrdə qadın o qədər əskik bir məxluq sayılırdı ki, hətta onun varlığı belə təhqir hesab olunurdu. Bir şəxs qızı olduğunu eşidəndə qəzəblənər, rəngi qaralardı. İki yol ayrıcında qalardı: bu əksikliyə, zillətə dözsün, yoxsa qızı diri-diri torpağa basdırsın? Halbuki heç bir vəhşi heyvan öz balasına qıymaz. O dövrdə qız övladları övlad hesab olunmaz və nəslin davamçısı oğlan qəbul edilərdi.
    Qadınlara qarşı olan bu iyrənc münasibət başqa cəmiyyətlərdə də mövcud idi. Misirdə hər dəfə Nil çayının səviyyəsi aşağı enəndə bir qız uşağını qurbanlıq kimi çaya atırdılar. Danimarkada və Fransada qadınlar vərəsəlik hüququndan məhrum idilər. 1586-cı ildə Fransada dini şura qadınlar haqqında belə bir qərar çıxarmışdı: "Qadınlar kişilərə xidmət etmək üçün yaradılmış bir növ insandırlar." Zülm edilmiş qadınların şikayət etməyə heç bir haqqı yox idi. Son əsrə qədər Avropa ölkələrində qadınlar hətta mülkiyyət-dən istifadə etmək hüququndan məhrum idilər. İngiltərədə 1850-ci ildə qəbul edilmiş qanuna görə qadınlar ölkə vətəndaşı sayılmırdılar və heç bir mülkiyyət hüququna malik deyildilər. Hətta əyinlərindəki paltar da onların mülkiyyəti hesab edilmirdi. VIII Henri isə qadınların dini kitab oxumalarını qadağan edən fərman vermişdi. 1882-ci ildə Britaniyada təsdiq edilmiş yeni bir qanuna görə qadınlar həmin dövr üçün "misilsiz" hüquq əldə edirdilər - onlar qazandıqları pulu istədikləri kimi xərcləmək və öz ərlərinə təhvil verməmək ixtiyarı qazanırdılar. Halbuki İslam dini on dörd əsr bundan qabaq qadının xüsusi mülkiyyətə sahib olduğunu və onun iqtisadi cəhətdən müstəqilliyini elan etmişdir. Ümumiyyətlə, bəşər tarixində qadın hüquq və azadlıqlarını ilk dəfə 609-cu ildə İslam dini əsasında Məhəmməd peyğəmbər kamil şəkildə nəzəri və əməli formada irəli sürmüşdür. Bu nəzəriyyə müsəlmanların müqəddəs kitabı sayılan Qurani-Kərimin ayələrindən qaynaqlanır. İslamdan əvvəl ərəb cəmiyyətində də qadının hansısa bir qərar qəbul etmək hüququ yox idi. Yalnız ata və qardaş onu ərə verə bilər, bir əşya kimi dəyişər və mehriyyəyə sahib olardılar, hətta əri öləndə onun mülkünə sahib çıxardılar. Quran bu çirkin əməli rədd etdi və evlənmə hüququnu qadının öz ixtiyarına verdi. Qadın öz mehriyyəsinə sahib oldu. İslam nöqteyi-nəzərindən qadının razılığı olmazsa, heç kim onu ərə getməyə məcbur edə bilməz. Həmin qaranlıq quruluşda qadınlar ailə və insani ünsiyyət hüququndan da məhrum idilər. Onlarla quldan da pis rəftar olunurdu. Addımbaşı qadınlar təhqir edilirdi. Quran qadınla qeyri-insani rəftarı qadağan etdi və belə buyurdu:
    "Qadınlarla gözəl (Allah buyurduğu kimi) rəftar edin!" (4;19)
    İslamdan əvvəl qadının zəhməthaqqı ata, qardaş, ər tərəfindən mənimsənilirdi, Quran buna da qarşı çıxdı:
    "Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır" (4;32).
    İslamdan əvvəl qadının vərəsəlik hüququ yox idi. Vərəsəlik hüququ yalnız kişilərə məxsus idi. Lakin Quran kişilərlə yanaşı qadınlara da bu hüququ verdi:
    "Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür." (4;7)
    Göründüyü kimi, İslam dini gəlişi ilə öz kamil proqramında qadına xüsusi diqqət yetirmiş və onların hüquq və azadlıqlarını müəyyən etmişdir. Yalnız bundan sonra bəzi cəmiyyətlərdə qadın haqqında düşünməyə başlamışlar.
    Böyük Britaniyada qadınlar seçki hüququna yalnız 1920-ci illərin əvvəllərində nail oldular. Demokratiyanın beşiyi adlandırılan ABŞ-da XIX yüzilliyin əvvəllərində qadınların hüquq bərabərliyi, xüsusilə siyasi hüquqları uğrunda hərəkat başlamışdı. Bu vaxtadək amerikalı qadınlar bir neçə mühüm ictimai hərəkata cəlb olunmuşdular, lakin bütün bunlarla yanaşı, onlar seçki hüququndan məhrum edilmiş, əmlak və ailə hüquqları məhdudlaşdırılmışdı. Cəmiyyət qadınlara ikinci dərəcəli vətəndaş kimi baxırdı. Amerikada qadınlar seçki hüququnu yalnız 1920-ci ildə ABŞ Konstitusiyasına 19-cu düzəlişin qəbulu ilə əldə etdilər.
    Halbuki hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınların haqq və hüquqları, o cümlədən, seçki haqları qanunvericilikdə təsbit edilmişdir. Zənnimizcə, Azərbaycanda qadın hüquq və azadlıqlarının Amerika kimi dövlətdən qabaq əldə edilməsi bu ölkənin İslam dini ilə bağlılığından irəli gəlir. Bəli, məhz İslam dini qadınlar barəsində öz proqramı ilə çıxış edəndən sonra müxtəlif cəmiyyətlər, dövlətlər qadınlara diqqəti artırmağa başladı. Yaxın keçmişdə isə bu məsələ bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT səviyyəsində müzakirələrə çıxarıldı. Qadınların siyasi, ictimai, peşə seçmə və s. hüquq bərabərliklərini təmin etmək məqsədi ilə bəzi ölkələr və beynəlxalq təşkilatlar azadlığa zidd bütün qaydalara qarşı çıxdılar. Bu ideyanın tərəfdarları qadın şəxsiyyətini ucaltmaq fikrində olsalar da, qadının yaradılışından, bu yaradılış məqsədindən tam xəbərdar olmadıqlarından öz işlərində ifrata varıb həddi aşdılar. Buna görə də, qadının şəxsiyyəti nəinki ucalmadı, əksinə, bütün məhdudiyyətlərin götürüldüyü açıq fəzada "mütləq və tam azadlıq" şüarları altında daha da alçaldı.
    Bunlar hamısı qadının yaradılış mahiyyəti ilə zidd olduğu üçün qadının xanımlığı, iffəti aradan getdi. Cəmiyyətin tərbiyə predmeti sayılan qadınlar əxlaqsızlığa sövq edildilər. Bu ifrat yanaşma o qədər tüğyan etdi ki, bu gün İngiltərə qanunları qadının qadınla və yaxud öz iti ilə ailə qurmasına icazə verir. Bu gün boşanmaların sayının artması, valideynsiz uşaqların çoxalması, ölüm səviyyəsinin yüksəlməsi, orta ömür həddinin azalması, əxlaqsızlığın baş alıb getməsi kifayət edir ki, bu məsələnin ciddiliyini başa düşək. Bütün bu sadalanan problemləri həll etmək üçün bizə bir yol, məktəb lazımdır.
    Jan Jak Russo deyir: "Millətin problemlərini həll edə biləcək ən yaxşı qanunları kəşf etmək üçün kamil bir ağıl lazımdır ki, o, insanın bütün istəklərini, həvəslərini, meyllərini görsün, amma bunlar ona heç bir təsir etməsin. Təbiəti kamil şəkildə tanısın, lakin təbiətdən asılı olmasın. Onun səadəti bizimlə bağlı olmasın, amma bizim xoşbəxtliyə çatmağımıza kömək etməyə hazır olsun." Jan Jak Russonun axtardığı bu kamil ağıl Allahdır ki, O da bizim xoşbəxtliyə çatmağımız üçün Öz məktəbini yaratmışdır.
    Müasir dünyamızda Avropa dövlətləri elmin, sənayenin və texnoloji inkişafın yüksək zirvələrini fəth edərək başqa dövlətlərə və xalqlara örnək kimi təqdim olunur. Təəssüflə etiraf etmək lazımdır ki, bütün bu nailiyyətlərlə yanaşı, müasir Qərb mədəniyyətinin çoxlu nöqsan və zəif cəhətləri də vardır. Qərb cəmiyyətinə nəzər saldıqda görürük ki, insanların maddi tələbatı sürətlə təmin olunur, lakin əxlaqi, mənəvi ehtiyacları ödənmir. Məşhur sosioloq Bill Dorant yazır: "Qərb şəhərlərinin yaşayış tərzi elə bir şəkil alıb ki, adamı evlənmək haqqında fikirləşməkdən çəkindirir. Cinsi ehtirasların gərginliyi qeyri-qanuni əlaqələrin yaranmasına səbəb olur. Qərb mədəniyyəti evlənməyi əhəmiyyətsiz bir məsələyə çevirib. Bütün bunların nəticəsində bir zamanlar fəzilət və dəyər hesab edilən mənəvi paklıq tamamilə öz əhəmiyyətini itirmişdir". Ümumiyyətlə, Qərb mədəniyyəti "mütləq azadlıq" adı altında sadəcə şəhvət və cinsi ehtirasların nəzarətsiz formada bəslənməsinə şərait yaradır. İsveçdə 20 il ərzində rəsmən icazə verilmiş "mütləq cinsi azadlıq" cavanların dəhşətli faciələrə düçar olmalarına gətirib çıxardıqdan sonra, ölkə rəhbərləri çıxış yolu tapmaq üçün parlamentdə müzakirələrə başladılar. Ölkənin baş naziri açıq şəkildə deyirdi: "20 il müddətində buraxdığımız səhvləri düzəltmək üçün bizə 40 il vaxt lazımdır".
    Qəribədir, sivil dövlətlər elm və texnikanın inkişaf etdiyi bir əsrdə cavanların beynini dumanlandıran əxlaqsızlıq problemi qarşısında diz çökür və müasir cəmiyyət hər gün yeni-yeni xoşagəlməz hallarla üzləşir. 1962-ci ildə Kennedi deyirdi: "Amerika gələcəkdə böyük problemlərlə üzləşəcək. Səhlənkar və şəhvətə qərq olmuş cavanlar onlara həvalə olunan vəzifələrin öhdəsindən gələ bilməyəcəklər. Hərbi xidmətə çağırılan hər yeddi cavandan biri yararsız olur. Bu da ona görədir ki, cavanlar ifrat dərəcədə şəhvətə aludə olub öz cismi və ruhi sağlamlıqlarını əldən verirlər". Həqiqətən də, əxlaqsızlıq mühitində böyüyən şəxsdə hökmən "mütləq azadlıq" və cinsi həyatda məsuliyyətsizlik hissləri formalaşır və onun üçün iffət məfhumu öz mənasını itirir. Görəsən, "mədəni cəmiyyət" uğrunda mübarizə aparan müasir Qərb dünyasında qadın hansı məqam və dəyərə malikdir? Müasir dövrdə qadının mövqeyi, demək olar ki, tamamilə tənəzzülə uğrayıb. Çünki bu dövrdə qadın kişinin heyvani ehtiraslarını doyurmaq üçün alətə çevrilib. Qadınlardan kütləvi informasiya vasitələrində, reklamlarda, restoran və ticarət mərkəzlərində təbliğat vasitəsi kimi istifadə edilir.
    Professor Albert Kanli öz məqaləsində belə bir həqiqəti açıqlayır: "1919-cu ildə İngiltərə qadınları öz hüquqlarını əldə etmək üçün Parlamentlə mübarizə apardıqda hətta ölümü və zindanı da əhəmiyyətsiz bilirdilər. Amma o zaman onların heç biri bilmirdi ki, gələcəkdə bu "hüquq azadlığı" qadınların ictimai vəziyyətini tamam ayrı bir istiqamətə yönəldərək, onların bəzilərini pul qazanmaq üçün alətə çevirəcək. Əgər o vaxt mübarizə aparan qadınlar indi sağ olsaydılar, öz əvvəlki vəziyyətlərinin bərpa edilməsi üçün yenidən mübarizəyə başlayardılar".
    Bəli, qərb cəmiyyəti "qadın azadlığı" ideyasını reallaşdırmaqda çox-çox irəli getdiyini düşünməsinə baxmayaraq, qərbdəki qadın azadlığı cəmiyyətdə əxlaqsızlığın artmasından başqa bir şeyə gətirib çıxarmayıb. Qərb alimlərinin birinin etiraf etdiyi kimi: "Qərb mənəviyyat sahəsində Şərqə möhtacdır. Şərqin mənəviyyatı Qərbinkindən daha zəngin və dolğundur. Əgər şərqlilər müasir elm və sənayedə qərblilərdən istifadə edirlərsə, qərblilər də mənəviyyat sahəsində şərqlilərdən istifadə etməlidirlər". Təəssüf ki, dünya xalqlarının çoxu İslamda qadına verilən hüquqlardan xəbərsizdir. İslam öz qanunvericiliyində bəşərin təbii və fitri ehtiyaclarını həmişə nəzərə alır. Bu səbəbdən də qadınla kişinin təbii bərabərliyini təsdiq edir, mümkün olmayan şəraitdə isə məsələyə başqa meyarlarla yanaşır. İslam dini qadınlara öz hüquq və azadlıqları çərçivəsində ən yüksək imtiyazlar verir və bununla yanaşı onların cəmiyyətdə fəsadlara səbəb ola biləcək hər hansı bir davranışının qarşısını alır. İnsafdan çox uzaqdır ki, İslamdan qaynaqlanan milli-mənəvi dəyərlərimizi yadların adət-ənənələri ilə əvəz edək və batil mədəniyyətlərin itaət zəncirini boynumuza keçirək.
    Категория: Qadın ve Aile | Добавил: media-islam (20.09.2008)
    Просмотров: 4571 | Рейтинг: 3.8/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər