|
Bölmələr
Bölmələr
Şiə cavabları
Sorğu
Sayğac
Onlayn: 1 Qonaq: 1 İsifadeçi: 0 |
Meqaleler kataloqu
KNYAZ DOLQORUKİ YAXUD ŞEYX İSA LeNKeRANİ
Şah bilirdi ki, atası Abbas rus çariyasının əlilə hökumətə gəlmişdi və onu da bilirdi ki, elə onun özü də bizim köməyimizlə şah olmuşdur. Buna görə də bizimlə səmimi dost idi. Belə ki, rəqib dövlətimizlə gizli saziş edənləri, İranın inkişaf mərhələsində olduğunu bəhanə edərək, təcrübəsiz adamlar kimi vəzifədən uzaqlaşdırırdı. Beləliklə hər kəslə istədiyi kimi davranır, ya sürgün edir ya da zəhərləyirdi. Bütün əyanlar, böyük şəxsiyyətlər və alimlər bizdən çəkinirdilər. İşlərin çoxu bizim rə`yimizə müvafiq icra olunurdu və heç bir qoşun başçısının, sərkərdənin bizimlə müxalifət etməyə cür`əti yox idi. Şah da Çar hökumətinin istəyilə müqavilə bağlayır, qərarlar qəbul edirdi. Mən bu müddət ərzində bu diyarın alimlərinin, hökm-darlarının, tacirlə-rinin və hətta qadınlarının adətənənələri, əxlaq və davranışları ilə lap yaxından tanış ola bildim. Dördüncü Ramazan ayı da gəlib yetişdi və mən beş ilə yaxın idi ki, İranda təhsil, mütaliə, təhqiq, fədakarlıq və bir sıra müxtəlif fəaliyyətlərlə məşğul idim. Rus dövləti yanında hörmət, izzət sahibi olmuşdum. Çox xoşhal idim və qürur məni bürümüşdü. Bir tərəfdən arvadım Zivər xanım da qızıl saçlı bir oğlan uşağı dünyaya gətirmişdi. Mənə çox oxşayırdı. Sanki iki yerə bölünmüş bir alma idik. Uşağımın dünyaya gəlməsi münasibətilə qonaqlıq təşkil etdim və adını qoymaq üçün də bir neçə ad fikirləşdim. Qur`anla istixarə edərkən Əli adı gəldi və mən buna çox sevindim. Uşağın adı Əli Knyaz Dalqorki qoyuldu. Bu xəbəri də dövlətimə çatdırdım. Amma Şeyx Məhəmməd və dostlarıma söylədim ki, bunu nə Rus səfirliyi, nə də özgələri bilir. Bu dördüncü mübarək ayı iftardan sübhəcən Şeyx Əhməd Gilaninin evində keçirdim. Halbuki başqa aylarda təxminən üç-dörd saat bir yerdə olurduq. Bu gecələrin birində Həkim Gilanidən soruşdum ki, İslam çoxlu şaxələrə ayrılmışdır. Bunların hansı biri mö`təbər sayılır?
O dedi: ,,İslam şaxələrə ayrılmamışdır. İslam Allah və Qur`andan ibarətdir. Üsuliddinlə füruiddin birdir. İslamın əsası, Allahın birliyinə və bəşərin dünya və axirət səadəti üçün Qur`an gətirən Məhəmməd Mustafanın peyğəmbərliyinə iqrar etməkdir. İslam bundan savayı bir şey deyildir. Əmirəlmö`minin Əli (ə) Peyğəmbərin (s) əmisi oğlu, kürəkəni, İmam Həsən və İmam Hüseynin (ə) atası olmasından əlavə Peyğəmbərə (s) iman gətirən ilk şəxs olmuşdur. Peyğəmbər (s) vəfatından öncə ən üstün insan olan bu şəxsi İslam göstərişləri əsasında özünə canişin və müsəlmanlara imam seçdi. Lakin Həzrət Əli (ə) bə`zi münafiqlərin və fəsad əhlinin hiylələrini gördükdə, müsəlmanların parçalanmaması üçün kənara çəkildi. Beləliklə irəli atılan bir qrup dünyapərəst, rəyasəttələb adamlar vəziyyəti dəyişdirdilər və insanların səadəti üçün gəlmiş pak dini özəlləşdirdilər. Onlar dini vəzifəyə qurban verdilər. Beləliklə Peyğəmbər (s) və onun haqq canişinlərinin əleyhinə çıxdılar. “Əl ə`rabu əşəddu kufrən və nifaqən” ayəsinin birbaşa şamil olduğu o günün ərəbləri, inadkarlıq üzündən başqa şəxsi xəlifə seçdilər... Bu, ixtilafın başlanğıcı idi. Bir müddət sonra Yezid ibn Müaviyə hakimiyyətə gəldi. Onun mənsub olduğu Bəni-Üməyyə sülaləsi bacardığı qədər müsəlmanlara zülm etdi. İş o yerə gəlib çıxdı ki, Peyğəmbər (s) nəvəsi, Əli oğlu Hüseyni (ə) şəhid etdilər. Çünki o, deyirdi: “Yezidin işləri Allah dininə ziddir. Bu hökumət qeyri-İslamidir. Yezid mütləq hakimiyyətdən uzaqlaşmalıdır”. Nəhayət İmamı şəhid etdilər. O həzrətin ailəsi və külfəti əsir oldu”. Sonra Həkim dedi: Vacib namazlar bütün müsəlmanlar tərəfindən eyni cür qəbul olunur. Bu işdə elə də fərqləri yoxdur. Din rəhbərləri − Əbu Hənifə, Şafei, Hənbəli, Maliki və həzrət İmam Cə`fər Sadiq (ə) − dinin əsaslarında vəhdətdədirlər. Necə ki, Nəcəf, Kərbəla kimi şəhərlərdə olan müctəhidlərə müxtəlif qruplardan təqlid edənlər vardır. İxtilaf cüz`i məsələlərdədir və dinin əsası isə birdir”. Mən ona dedim: “Xeyr, belə deyil. Bə`zi şiələr onların ehtiram etdikləri şəxslərə nalayiq sözlər deyirlər”. O dedi: “Müsəlmanlar Peyğəmbərin (s) həqiqi səhabələrinə pis söz demirlər. Mən bu işlə müxalifəm. O vaxt Əmirəlmö`minin (ə) kənara çəkilərək evdə oturdu və icazə vermədi ki, bir ixtilaf yaransın. O həzrət ümmət arasında ixtilaf salmaq istəyənlərlə daim mübarizə aparırdı. Hətta İmam onunla müxalifət edənlərlə də mülayim davranırdı. Sonralar müsəlmanlar Bəni-Üməyyənin çirkin üzünü gördülər və onları yıxaraq Bəni-Abbası hakimiyyətə qaldırdılar. Əgər bu gün müsəlmanlar Şeyx Ehsaiyə, yaxud Seyyid Kazim Rəştiyə təqlid edirlərsə, bu, onların birinin kafir olduğunu göstərmir. İslam vahid dindir. Alla-hımız bir, Qur`anımız da birdir. Müsəlmanlardan kim xəlifə olsa, yenə də din yerində qalacaq və Qur`an və sünnənin əsaslarında dəyişiklik yaranmayacaq. Sən pak ol, namazı təharətlə qıl, oruc tut, zəkat ver, fəqirlərə, yetimlərə kömək et, yalan danışma, töhmət vurma, Allah bəndələrinə kömək et, ədəbli ol, təmiz işlərlə məşğul ol və saf niyyətlə çalış ki, müsəlman olasan”. Amma təəssüf ki, bu əzəmətli şəxs və pak müsəlman bu sözləri danışdıqca, mənə nəsihət verdikcə mən fikirləşirdim ki, müsəlmanlar arasında ixtilafları necə çoxaldım, iğtişaş və nifaq yaratmaqla İranı necə toruma salım. Bütün diqqətim, fikrimzikrim elə bunda idi. Mübarək ay sona çatdı. Bu müddətdə mən bir qrupu öz casuslarım kimi yetişdirmişdim. Lakin onların heç biri Mirzə hüseyn Əli Bəha və qardaşı Mirzə Yəhya Sübhi Əzələ çatmırdı...
Çevirən: M. Şahmərdanlı Просмотров: 2671
| Рейтинг: 0.0/0 |
|
Məqalələr
Quran
Alimlər
Şiə cavabları
Qadın və ailə
Axtar
Linklər
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||