Bazar, 22.12.2024, 06:27
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    EGER ŞİE HAQQDIRSA, O HALDA NİYE AZLIQDADIR VE DÜNYA MÜSELMANLARININ EKSERİYYETİ ONU QEBUL ETMEMİŞDİR?
    ƏGƏR ŞİƏ HAQQDIRSA, O HALDA NİYƏ AZLIQDADIR VƏ DÜNYA MÜSƏLMANLARININ ƏKSƏRİYYƏTİ ONU QƏBUL ETMƏMİŞDİR?
     
    Cavab: Haqq və batil, təqibçilərinin azlığı və ya çoxluğu ilə tanınmaz. Bu gün dünyada Müsəlmanların, Islamı qəbul etməyənlərə nisbəti, beşdə bir və ya altıda bir civarındadır. Uzaq şərq sakinlərinin əksəriyyətini bütpərəst, inəkpərəst və təbiət kənarını (metafizikanıı) inkar edən kimsələr meydana gətirməkdədir.
    Çin, bir milyarddan çox əhalisiylə, Yaradıcını inkar edən kommunizmin mərkəzlərindən biridir. Bir milyarda yaxın əhalisi ilə Hindistan xalqının əksəriyyətini inəyə tapınanları və bütpərəstləri təşkil etməkdədir.
    Görüldüyü kimi əksəriyyət, əsla haqq olmanın nişanəsi sayıla bilməz. Hətta Quran-ı Kərim, ümumiyyətlə əksəriyyəti qınamaqda və bəzi azlıqları tərifləməkdədir. Bu barədə nümunə olaraq bəzi ayələrə diqqətinizi çəkmək istəyirik:

    "...Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" (Əraf 17)

    "Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (mö’minlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməz!" (Ənfal 34)

    "...Bəndələrimdən (ne’mətlərimə) şükür edəni azdır!" (Səba 13)

    Buna görə həqiqi bir insan, əsla inancının təqibçilərinin azlığından narahatlığa qapılmamalı, çoxluğuyla da lovğalanmalıdır. Əksinə, ağıl çırağını yandırmalı və onun işığından faydalanmalıdır.
    Adamın biri, Möminlərin Əmri Hz. Əliyə (ə.s) belə ifadə etdi: "Cəməl Döyüşündə sənin müxaliflərin, nisbi əksəriyyəti təşkil etdikləri halda necə batil ola bilərlər?!"
    Imam (ə.s) belə buyurdu: "Haqq və batil, kəslərin sayıyla tanınmaz. Sən haqqı tanı, əhlini də tanıyarsan; batili yanı, əhlini də tanıyarsan."
    Bu səbəblə, bir Müsəlmana yaraşan, elmi və məntiqi bir yanaşmala bu məsələni araşdırıb,  "Bilmədiyin şeyin ardına düşmə. " (İsra, 36) ayətinin işığıyla hərəkət etməkdir.
    Ayrıca, hər nə qədər Şiə əhalisi Əhlisünnətdən az olsa da, əhatəli və dəqiq bir sayma ediləcək olsa görüləcək ki, dünya Müsəlmanlarının dörddə birini Şiələr meydana gətirməkdə və dünya yaşadığı bölgələrin dərhal hamısında varlıqlarını davam etdirməkdədirlər. (Daha çox şərh üçün baxın: A'yan'uş-Şia, c. l, 12-ci bəhs, s. 194)

    Yenə tarixin bütün dövrlərində, Şiələr arasından məşhur alimlər, yazarlar və əsər sahibləri çıxmışdır. Hətta Islami elmlərin bir çoxunun qurucuları da Şiələr olmuşdur. Nümunə olaraq; "nahiv" elminin qurucusu Əbul-Əsvəd-i Dueli, "aruz" elminin qurucusu Haul b. Əhməd, "sərf" elminin qurucusu Muaz b. Muslim b. Əbi Sare əl-Kufi və "bəlağət" elminin qabaqcıllarından Əbu Abdillahmuhammed b. İmran Katib-i Xorasanını (Merzbani) saya bilərik. (Bu mövzuda Seyid Məhəmməd Sadrın Tesis'uş-Şia adlı əsərinə baxın).


    Bütününün sayılması olduqca çətin olan Şiə alimlərinin saysız təlifləri və əsərləri hakkında daha çox məlumat sahibi ola bilmək üçün "əz-Zeria Elə Tesanif'iş-Şia" adlı dəyərli əsərə müraciət edə bilərsiniz. Şiənin böyük şəxsiyyətlərini tanımaq üçün "A'yan'uş-Şia" kitabına, Şiənin tarixçəsi hakkında məlumat əldə etmək üçün də, "Tarih'uş-Şia" adlı kitaba müraciət edə bilərsiniz.

    Категория: Şie cavabları | Добавил: al-shia (30.06.2008)
    Просмотров: 2905 | Рейтинг: 3.9/7
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər