Cüme axşamı, 21.11.2024, 21:45
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    HAQQDANJ AZANLAR
    BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ.

    İslam dinini bilənlərin bəzisinə çox gözəl məlumdur ki,Allahın Rəsulu Həzrəti Məhəmməd(s) insanları bu yola dəvət edərkən onlara əvvəlcə belə bir müjdə vermişdir:

    <<Müşriklər istəməsə də Allah-Təala öz dinini bütün dinlərə qalib çıxaracaqdır>>.

     Şübhəsiz islam dini bütün dinlərin həm gözəl,həm də ki,böyük zirvədir.Necə ki,Həzrət Əli(ə) buyurur:

    <<İslam dini elə bir ucalıqdır ki,heç nə ondan uca ola bilməz>>.

    İslam dinində bəzi məsələlər var ki,insanlar onlara inanmalı,qəbul etməli və iman gətirməlidirlər.Allaha könül  verən və onun eşqini ürəyində bəsləyən dünyanın cah-cəlalına vurulmaz.Dünya malı onun yanında qiymətli olmaz.Allahı tanıyan şəxs Allahdan qeyrisinə məhəbbət bəsləməli deyil.Dünya malı qəlbdə olmasa paxıllıq,ədavət və düşmənçilik də olmaz.Yalnı nə istəsə Allah yoluda ehsan etmək üçün istəyər.Qəlblə Allahabağlanmış şəxsiyyətlər Allah rizasını əldə etmələri ilə digərlərindən çox fərqlidirlər.Allah-Təala bu insanlara “Qurani-Kərim”-də <<Ən`am surəsinin 162-ci ayəsində buyurur:

    <>.

      Düzdür,bəzi şəxslər ibadəti Cəhənnəm qorxusundan,bəzisi Cənnətin gözəlliyindən,bəzisi də riyakarlıq üzündən ibadət edirlər.Peyğəmbəri Əkraəm (s) isə Allaha xitabən buyurub:

      <>.

      Təəssüf ki,ibadət edənlərin bəzisi lacsızlıqdan,bəzisi də təkəbbürlükdən istifadə edirlər.Belə şəxlər namazın əhəmiyyətini dərk etməyənlərdir,namazın dəyərinə qiymət verməyənlərdir.Namazın əhəmiyyətini dərk edənlə bilirlər ki,Allaha yaxınlaşmağın ən başlıca bir vasitəsidir.Çirkin,pis və yaramaz əməllərdən uzaqlaşdırıb,saflığa,paklığa gətirən bir vasitədir.Allahını tanıyıb ona qəlbən aşiq olub və dünyasını axirətə satan şəxs olur.Dünya onun gözündə bir bəla və ya zindan kimigörünür.Haramla halalı,haqdan batili çox gözəl seçir.Allahın Rəsuluna,onun İmamına,göstərişlərinə,əmrlərinə,hədislərinə itaət edən şəxs olur.Bunun haqqında çox gözəl sözlər demək olar.Bəs nə üçün çox insanlar bu yoldan çox-çox uzaqdırlar?Nə üçün bu insanlar heç olmasa Allahın adını da tanıyıb onun yolundan kənardırlar?Nə üçün bunlar Allaha məhəbbət bəsləmək əvəvzinə dünya malına məhəbbət bəsləyirlər?

           Bu kimi çox-çox suallar ortaya çıxır.Təəssüf ki,bizim zəmanədə bir çox insanlar şəhvət və qəzəb qüvvəsinə sürükləniblər və bu qüvvələr xətaların ən başlıcasıdır.Dünya və dünya mallına məhəbbət dövlət və sərvət sahibi olmaq,simiclik və xəsislik,harama əl atmaq,həsəd,qumar,içki,zina,əziyyət və təhqir etmək,çərnçilik,aqi valideyn,eyb axtarmaq,sirri açmaq həyasızlıq,Allaha etibar etmemek,yaltaqlıq,günah əməllər,riyakar yalan,qeybət acıdillik,kobudluq,narazılıq və s. bu kimi qüvvələrin nəticəsidir.Bəzi insanların belə əlamıtlərinə çox-çox rast gəlirik.Məhz elə bu səbəbdən cahillər namaz qılanlarda bir səhv axtarıb əziyyət və təhqir edib onları alçaltsın.İbadət edənlər bilirllər ki,cahillər namaz qılan oğlanlara molla,şorgöz və yaxud da namaz qılan qadınları isə örpək məhbusu adlandırırlar və İslam dinini gözdən salmaq üçün bu cur vasitələrdən istifadə edirlər.Onsuz onları Allah çox gözəl görür və onlar nə qədər çalışsalarda xeyri yoxdu.Mərhum Sədi nə gözəl deyib: <>.

      Namaz qılmaq hər bir insana mütləq vacibdir.Bəzi şəxslərin məlumatı var,bilirlər ki,namaz qılmaq ona vacibdir,amma təəssüf ki,ondan boyun qaçırırlar.Söyləsinlər ki,bu yola gələrəm sonuna kimi davam edə bilmərəm və yaxud da bəziləri söyləyir ki,bir vaxt necə olsa tövbə edib bu yola gələrəm.Bu çox təəccüblü bir işdir ki,insan bu dərəcədə Allahdan qorxmasın.İmam Zeynalabidin (ə) buyurur:

       <>.

     Elə buna görə də ,bəzi adamlar Allahın rəhmətinə arxayın olub, hər cur günaha əl ataraq deyirlər ki,Allah bağışlar,onun rəhməti çoxdur.Doğrudur,insanın günahı nə qədər böyük olsa ,Allahın rəhməti ondan da böyükdür.Amma ki,hər hansı bir insan etdiyi günaha görə peşiman olub və bir də o günahı etməyəcəyinə söz verərsə ,Allah o kəsin günahını bağışlayar.Onun rəhmətinə arxyınlaşıb günah etmək,bu günahı daha da şiddətlədirə bilər.Allah-Təala “Qurani-Kərim”-də buyurur:<>.Başqa yerdə buyurur: << Kafirlərdən başqa heç kəs Allahın rəhmətindən məyus olmaz>>.

        Müsəlman şəxsin günahı nə qədər çox olsa da tövbə qapısı onun üçün həmişə açıqdır.Əgər  səmimi qəlblə öz günah əməllərindən peşiman olub gələcəkdə o əməllərlə məşğul olmamasına əhd edərsə,Allah-Təala onun tövbəsini qəbul edər və günahlarını bağışlayar.

      Çox əfsuslar olsun ki,çox insanlar tövbə edib haqqa gəlmək əvəzinə,Allahın varlığını öyrənmək əvəzinə,gedib boş vaxtlarını istər cavan istərsədə yaşlı nəsil başqa-başqa yerlərdə keçirirlər.Hətta bəzi şəxlər də var ki,ibadətsiz elmlə də məşğul olurlar.Bəli bütün elmlər insanın nəfsini kəmala yetişməsinə və gələcəkdə bir çox şeylərə nail olmasına xidmət edir.Lakinbir neçə şey insana lazım olan şərafət dərəcəsi bərabər deyil.Elə buna görə də elmlə məşğul olan bəzi şəxslər elə güman edirlər ki,elmi oxumaq ibadət kimi və yaxud ibadətdən fəziltlidir.Bir neçə şey ibadətdən əfzəldi,nəinki elmlə məşğul olmaq.Amma bəzi elmlər var ki,həndəsə,riyaziyyat,fizika,tibb,texniki elmlər,musiqi və başqaları dünya işlərində fayda verən elmlərdir,axirət üçün xeyri yoxdur.Onlara dünya elmləri deyilir.Bunlar insanın həyat fəaliyyətinə xeyir gətirsədə,hamısını öyrənmək vacib deyil,amma bəzi elmlər var ki,öyrənmək hamıya vacibdir.Bunların hər biri İslam dininə aid olan elmlərdir.Əgər kim bu elmlərlə maraqlanarsa həm axirəti üçün xeyir gətirər,həmdə ki,onun vasitəsilə Allahın köməyilə həyatda bir çox şeylərə nail ola bilər.Əgər təqvası olsa ,əməllərini paklaşdırıb Allahın vacibatlarını yerinə yetirərsə.Amma görünür ki,bir çox insanlar belə şeylərdən çox-çox uzaqdırlar.Onlar Allahın göndərdiyi kitabın kəlamlarına peyğəmbərin və imamların ibrətamiz göstərişlərinə qoyduğu əmanətlərə nəzər yetirmirlər.Onlar elmlə maraqlanmaq əvəzinə gedib özlərinin abır-həyasını aparan qadınlarla məşğuldurlar.Böyüklərin bir misalı var ki,qadınların zinəti qızıldır,kişilərin zinəti isə ədəbdir.Çox təəssüf ki,kişilərin çoxusunda ədəb deyilən şey qalmayıb.Yanlarında bir qadın keçəndə şəhvətə sürüklənirlər və elə buna görə də o kəslər qeyrətliyinə,ədəbliyinə,mərifətliyinə,kişiliyinə fikir vermirlər.Hətta çox qadınlarda kişilərə bənzəyir,yəni qadınlar da kişilər kimi vaxtlarını boş şeylərə sərf edirlər.Onların ən başlanğıcını götürsək televizorda göstərilən seriallardır ki,başlayan vaxt müddətində saatın,dəqiqənin sonuna kimi bilirlər. Və bir gün də olsun belə vaxtını ötürmürlər.Onlarda adi bir şeyi soruşsaq ki,müsəlmanlığa rəmz olan “Kəlmeyi-şəhadət’’i söylə bilməyəcək.Amma serialda olan qadınını və ya kişini adı nədir?O dəqiqə onu söyləyər və onun haqqında da danışar.Bununla belə bəzi qadınlar elə güman edirlər ki,hər birisini yeri Behiştdə mükafatlandırılacaq.Çünki,Peyğəmbər(s) buyurmuşdur:<>.

      Sözsüz ki,bu mübarək hədis hər bir qadına işarə edilməmişdir.İbadətsiz,hicabsız,əməlsiz,iffətsiz,öz ərinin razılığını (halallığını)almamış qadının yeri necə Behişt ola bilər?Hələ üstəlik qəribə suallar ortaya çıxır ki,pis qadının da yeri Behiştdir?

       Əgər yuxarıda qeyd olunanlardan biri də olmasa ,heç zaman qasının yeri Behişt ola bilməz.Peyğəmbər(s) öz qızı Fatimeyi-Zəhra (ə)-a buyurur:<>.

        Bu ibrətamiz hədisə hər bir qadın əməl etməsi vacibdir və çox gözəl olardı ki,bütün qadınlar Fatimeyi-Zəhra (ə) kimi bir xanımdan nümunə götürsünlər.Çünki,Allah-Təala ona hər bir şeydən şərafətli və xanımlar xanımı etdi.Dünya yaranandan ta.... qiyamətə qədər bu qadın kimi qadın dünyaya gəlməyib və gəlməyəcək.Bu Həzrət haqqında təkcə sözlə işarə etmək mümkün deyil.Bəzi şəxlərə qəribə gəlsə də bu dünyanın yaranması məhz bu xanımın sayəsində baş verib .Necə ki,Peyğəmbər (s) öz şərafətli hədisində  də yer kürəsini Allah-Təala tərəfindən mehriyyə əvəzi xanım Zehraya verilməsini və yer kürəsinin xanım Zəhra (s)-ın şəxsi mülkü olduğunu qeyd etmişdir.

      Ümumiyyətlə burada qısaca qeyd olunan namazın həqiqətləri ,tövbənin əhəmiyyəti haqqında bir çox insanlar məlumatsızdırlar və elə buna görə də xalqın dini təbliğata böyük ehtiyacı var.Dinin mahiyyətini və onun vacib əməllərini öyrənib icra etmək isteyen cavanlar çoxdur.Onlara dinin zərurətini təlim etmək hər bir müsəlmana vacibdir.<>  << Muhəmmədən   Rəsulullah>>  <<Əliyyən Vəliyullah>> sözlərinin   tərcüməsini və mənasını bilmək.Qiyamətə,məada və axirətə inanmaq ,imamların haqq olduğunu qəbul etmək,Allah-Təalanın sifətlərini tanımaq,yəni,O diridir,alimdir,qadirdir,hər şeyi idarə edəndir,danışandır,bu danışıq isə insan kimi dil ilə deyil ,öz qüvvət və bacarığı ilə söz yaradandır.Ona oxşar yəni onun kimi ikinci bir ibadətə layiq məbud yoxdur.O eşidən və görəndir.Onun eşitməyi və görməyi qulaq və göz ilə deyil,elmlədir.Ümumiyyətlə onun gözü,qulağı və heç bir üzvü yoxdur.O,nə ruh,nə də ki cism deyil.Axirət haqqında isə qiyamət ,hesab,mizan,sirat,cənnət,cəhənnəm,şəfaət,məhşər kimi şeyləri bilmək hər bir müsəlmanın borcudur.Əgər hər hansı bir şəxsin bunlara qarşı etiqadı olsa ,öləndə həmin şəxs mömin olmuş olar,yalnız bir şərtlə ki,onun qəlbində bu şeylərə şəkk olmasın,əmr və nəhyinə düzgün əməl etsin.Quranı öyrənib ,oxuyub mənalarına fikir verib,ibət alıb,saleh,xalis,hətta xəbərsiz olan şəxslərin məclislərində iştirak edib həmsöhbət olsun,hədis və əxbar kitablarına nəzər yetirsək ,onda bu şəxs zəlillik zülmətindən çıxarıb yəqinlik nuru ilə özünü işıqlandırar.Necə ki,Həzrət Loğman öz oğluna nəsihət edərək belə deyir:

                 <>.

      Çox təəssüflər olsun ki,bəzi insanlar kainatın yaradılışını Allah-Təalanın qüdrəti ilə deyil,təbiət möcüzəsi kimi başa düşürlər.Bu fikirlər Darvin kimi alimlər tərəfindən yürüdülmüşdür.Bu da bir elm kimi orta məktəblərdə tədris edilir.Gələcəkdə bu cəmiyyətimiz üçün müxtəlif fitnə-fəsadlar törədir.Bunun nəticəsidir ki,bu gun bir çox insanlar Allah-Təalanı varlığını inkar edirlər.Orta məktəblərdə belə ziyanverici elm tədris etməkdənsə,uşaqlara şəriət dərsi keçmək xeyir əməl olardı.Onda bu uşaqlar təbiətin yaranmasını bir möcüzə kim yox,Allah-Təalanın qüdrəti və hökmü kimi başa düşərdilər.Necə ki,Həzrət Əli(ə) buyurur:<>.

       Amma görünür insan hələ də özünü öyrənib qurtara bilməyir,adi bir mühərrik dayanarsa onu işə salmağa acizdir.Ən sadə və bir hüceyrədən ibarət bir canlını da yarada bilməyir.Görən digər bu kimi başaq əlamətlər mehriban Rəbbimizə məxsus deyilmi?Artıq buradan məlum olduğu kimi bütün varlıqların baş verməsi yalnız yalnız bu yer  kürəsinin sahibinə məxsusdur    buna bir şəkk-şübhə yoxdur.Əgər belədirsə,niyə bu insanlar istər qadın,istəsə də kişi Mehriban Rəbbimizə aludə deyillər?Görəsən bu şəxslər niyə Allahın vacibatını yerinə yetirməkdənsə müxtəlif bəhanələr işlədib tənbəllik edirlər?Özlərini qeyrətliyini,namusuğunu,kişiliyini ədəbliyini sayıb bunların hər birini əgər dərk edə bilmirsə ,burada buna işarə olaraq kiçicik məsləhət verək...Əgər hər hansı bir şəxs kimsəyə köməklik və ya yaxşılıq edirsə ,əvəzində isə o şəxs təşəkkürünü və minnətdarlığını bildirmirsə,öz dilimiz ilə götürsək hörmətsizlik və ədəbsizlik edir.Allah bu dünyada hər şeyi insanlara ağıl,ruzi,mərifət,məhəbbət,qanacaq,namus,qeyrət,sağlamlıq,elm,incəsənət,müxtəlif istedadlarvə başqa digər bu kimi şeylər insanlara verilirsə,əvəzində isə onlar təşəkkürünü və ya minnətdarlığını bildirmirsə ,hörmətsizlik və ədədbsizlik etmirlərmi? Elə ən bədbəxtçiliyi Allah-Təalaya qarşı etdiklərimizdir ki,bu gün bir çox insanlar yollarının azmasından da xəbərsizdirlər.Dillərində Allah-Təalanın adını sadə,yüngül  ad kimi , ehtiyacı olduğu gündə qurban lduğunu səsləyib <> ifadəsini işlətməklə Tanrıya yaıvarırlar.Necə ki,xəstə yatağında olan şəxs həkimə ehtiyacı olduğu kimi,insanda yalnız dar gündə Allah-Təalaya ehtiyacı olur.

      İnsanlara əsas tövsiyə odur ki,onların hər biri hər zaman Allah-Təalaya ibadət edib,onun necə böyük varlıq,alim,iradəyə qadir olduğunu bilsinlər.Onda bilərlər ki,haqqın yolu necə bir yoldur,haqsızlığın yolu necə yoldur.

         Mömin qardaşlara isə tövsiyəm odur ki,bir-birinə qarşı mehriban davranıb,bir-birinə qarşı olan haqqını tanıyıb əməl etsinlər.Allah-Təala “Qurani-Kərim”-də buyurur:<>,gərək bu qardaşlığı hər biri qorusunlar ki,bir-birinə qarşı olan eybini,paxıllığını ,qəzəbliyini,həsədliyini,riyakarlığını,narazılığını göstərməsinlər ki,sonda ziyan çəkib Allah-Təalanın vacibatından məhrum olarlar.Onlar yaşadığımız bu zamanda Peyğəmbər (s)-ın qoyduğu əsas əmanətləri Allahın,Quranın,İslamın və Əhli-Beytin yolunu yaşatsınlar.Şükr Allah-Təalanın böyüklüyünə ki,Azərbaycan ərazisinin də digər şəhər və rayonlarında yaşayan bir çox möminlər  Əhli-Beytin yolunu yaşadırlar.Nəinki Azərbaycanın özündə hətta digər ölkələrdə də onların yolunu uca tuturlar.

        Allah-Təala Əhli-Beytin şəfaətini bütün möminlərə nəsib etsin!Qiyamət günü möminlərin etdiyi günahlarına görə Allah-Təala onların qarşısında rüsvay etməsin!  A M İ N!

                       Müəllif:Quliyev Anar

                    Mingəçevir şəhəri <<Heydər>> məscidi

                    Yazdı:İsgəndərli Nəsimi

    Категория: Dini meqaleler | Добавил: media-islam (30.03.2008) | Автор: anar quliyev E W
    Просмотров: 2184 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər