Cüme, 26.04.2024, 01:39
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 18 » Ermeni esirliyinde 21 azerbaycanlı uşaq var
    12:03
    Ermeni esirliyinde 21 azerbaycanlı uşaq var
     
    İyirmi bir azərbaycanlı uşaq hələ də Ermənistanda və işğal olunan Qarabağ ərazisində girovluqda saxlanılır.

       Bu rəqəmin şahid ifadələri əsasında müəyyənləşdirildiyini deyən “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova APA-ya bildirib ki, girovluqda olan uşaqlar ermənilər tərəfindən müxtəlif cür ağır işgəncələrə məruz qalırlar: “Onların bəzilərinin bədənlərinin orqanları çıxarılaraq xarici ölkələrə satılıb. Məsələn, 3 yaşlı Şövqi Xaqani oğlu Əliyev girovluqda olarkən onun bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst qalıb. Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın yeni dünyaya gələn oğlu Arzu Hacıyevə isə erməni həkimi Aida Serobyan tərəfindən naməlum tərkibli iynələr vurulub. Bundan sonra Arzu Hacıyev ömürlük şikəst qalıb. 15 yaşlı Nəzakət Məmmədovanın gözləri qarşısında isə atasına işgəncə veriblər, onun qulaqları kəsilib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 milyon rus rubluna ailəsinə satıblar. E. Orucova bu kimi faktların yüzlərlə olduğunu da söyləyib. ”Azərbaycanda müharibədən zərər çəkən minlərlə uşaq var. Bunlar həm qaçqın və məcburi köçkün ailələrinin uşaqları, həm də girovluqda olan uşaqlardır. Onlar ağır psixoloji sarsıntı keçiriblər". Təşkilat sədri beynəlxalq təşkilatları və dünyanın böyük dövlətlərini bu faktlara diqqət yetirməyə çağırıb. “1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günüdür. İstərdik ki, özünü humanist və insan haqlarını qoruyan təşkilatlar kimi təqdim edən beynəlxalq qurumlar erməni girovluğunda olan azərbaycanlı uşaqları azad etmək üçün iradə nümayiş etdirsin”.
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 2622 | Добавил: feride_demir | Рейтинг: 3.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər