Şenbe, 21.12.2024, 19:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 39
    Qonaq: 39
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    ALLAHdan BAŞQASINA AND İÇMEK ŞİRKDİRMİ?

    ALLAHdan BAŞQASINA AND İÇMƏK ŞİRKDİRMİ? 

     Cavab: Tövhid və şirk anlayışlarının təfsirini Quran və sünnədə axtarmaq lazımdır. Çünki Quran və Allah Rəsulunun (s. a. a) davranışları; haqq və batili ayrıd etmənin, tövhid və şirki tanımanın ən yaxşı ölçüsüdür. Buna görə, fanatizmdən uzaq azad vicdanlarımız nezdində hər cür düşüncə və davranışı, vəhy məntiqi və Hz. Peyğəmbərin həyat tərzi ölçüsüylə qiymətləndirməmiz lazımdır.
    İndi Allahdan başqasına and içmənin caiz olmasının Kitab və sünnədəki dəlillərinə baxaq:


    1- Quran, əbədi ayələri arasında "Peyğəmbərin həyatı", "insan ruhu", "qələm", "günəş", "ay", "ulduz", "gecə və gündüz", "yer və göy", "zaman", "dağlar və dəniz" kimi uca və böyük varlıqlara and içmişdir. Bu ayələrin bəzisini birlikdə gözdən keçirək:

    a) "(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər)." (Hicr, 72)

    b) "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta); And olsun (günəşin) ardınca çıxan aya; And olsun onu (günəşi) parlaq edən gündüzə; And olsun onu (günəşi) örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və onu döşəyənə; And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki," (Şəms 1-8) 

    c) "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki," (Nəcm, 1)

    d) "Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki," (Qələm 1)

    e) "And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir" (Əsr 1-2)

    f) "And olsun dan yerinə; And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə); " (Fəcr 1-2)

    g) "And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) - Açıq dəri üzərində (olan kitaba); And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura; And olsun yüksək tavana (uca göyə) Və dolub daşan (alovlanan) dənizə ki, " (Tur 1-6)

    Həmçinin Naziat, Mürsəlat, Buruc, Tariq, Bələd, Tin və Zuha surələrində də yaradılış aləmindəki varlıqlara and içildiyi gözə dəyməkdədir. Şübhəsiz, əgər Allahdan başqasına and içmək, şirk etmək olsaydı, əbədi tövhid bildireni olan Qurani Kərim əsla buna təşəbbüs göstərməzdi. Yenə, əgər varlıqlara and içmək, Allaha məxsus bir şey olsaydı, səhvə düşülməməsi üçün Quran ayələrində qətiliklə buna toxunulardı.


    2- Bütün dünya Müsəlmanları, Hz. Peyğəmbəri (s. a. a) özlərinə nümunə götürməkdə və Hz. Peyğəmbərin davranışlarını və həyat tərzini doğrunu səhvdən ayırma ölçüsü olaraq qəbul etməkdədirlər.
    Müsəlman araşdırmaçılar, Səhihlər və Müsnedler yazarları , Hz. Peyğəmbərin (s. a. a) Allahdan başqasına etdiyi andlardan bir çox nümunə rəvayət etmişlər.
    Məsələn, Hənbəli təriqətinin imamı Əhməd b. Hənbəl, öz Müsnedində Allah Rəsulunun (s. a. a) belə buyurduğunu rəvayət edir:
    "Canıma and olsun ki, əgər yaxşılığı əmr edər və pislikdən çəkindirsən, bu, susmağından daha yaxşıdır" (Müsned-i Əhməd, c. 5, s. 224- 225, Bəşir b. Hasasiyye es-Sedu-sinin hədisi)

    Muslim b. Haccac, Sihah-i Sittedən biri olan öz Səhihində belə yazır:
    "Bir adam Peyğəmbərə (s.ə.v) gələrək, 'Hansı sədəqənin savabı daha böyükdür?' deyə soruşdu. Peyğəmbər , 'Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir.' buyurdu. " (Səhihi Müslim, c. 3, Kitab-uz-Zəkat, Bab-u Bəyan-i Ənnə Ef-zal'es-Sadaka Sadakat'us-Sahih'iş-Şehih, s. 93- 94)

    Görəsən Allahdan başqasına and içməyi caiz gördükləri üçün dünya Müsəlmanlarından böyük bir qismini müşrik sayan kəslər, Hz. Peyğəmbərin bu davranışını necə izah edə bilərlər?!


    3- Allahın Kitabı və Peyğəmbərin sünnəsinə əlavə olaraq Allah Rəsulunun (s. a. a) yaxın səhabələrinin davranışları da, Allahdan başqasına and içmənin caiz olduğunu göstərməkdədir. Hz. Əli (ə.s), sözlərinin bir çoxunda öz canına and içməkdədir. Bu sözündə belə buyurmuşdur:
    "Həyatıma and olsun ki, məndən sonra bu çaşqınlığınız qat qat artacaqdır. " (Nəhcül-Bəlağe, Məhəmməd Abduh, 161. xütbə)
    Başqa bir sözündə də belə buyurmuşdur:
    "Canıma and olsun ki, azğınlığından və ayrılıqçılığından imtina etməzsənsə, yaxında onların səni axtardığını öyrənəcəksən. " (Nəhcül-Bəlağe, Məhəmməd Abduh, 9-cu məktub. Bunun digər nümunələrini də görmək üçün 168, 183,187.-ci xütbələr ilə 6.-cı və 54.-cü məktublara müraciət edin).

    Şübhəsiz, bu qədər açıq və dəqiq hədis qarşısında ictihat və istehsan edilə bilməz. Heç bir dəlil də, Allahın Quranı Məciddəki metodunun, Hz. Peyğəmbərin (s. a. a) və Əmirül-Müminin (ə.s) kimi yaxın səhabəsinin davranışlarının səhv olduğunu ortaya qoya bilməz.

    Nəticə
    Bütün bu zikr edilən dəlillərdən də açıqca aydın olduğu kimi, Allahın Kitabı, Peyğəmbərin sünnəsi və möminlərin sireti baxımından Allahdan qeyrisinə and içmənin caiz olması qəti bir qanundur və tövhid ilə heç bir ziddlik içində deyil. Başqa sözlə, əgər qəti dəlillərlə sabit olan bu qanuna zahiriylə müxalif olan bir hədis olsa, onu Quran və hədis baxımından qəti olan bu qanun ilə ziddiyyət təşkil etməyəcək şəkildə tevil və tevcih etmək lazımdır.
    Burada Allahdan başqasına and içmənin caiz olmadığını iddia edənlərin irəli sürdüyü mübhəm bir hədisi zikr edib cavabın verək:

    Hz. Peyğəmbər (s. a. a), Ömərin öz atası adına and içdiyini eşidincə belə buyurdu:
    "Allah sizləri atalarınıza and içməkdən çəkindirmişdir. Hər kim and içsə, Allaha and içsin və ya sussun. " (əs-Sünen'ül-Kübra, c. lO, s. 29 və Sünen-i Nəsai, c. 7, s. 4-5)

    Hərçənd bu hədis Allahdan başqasına and içməyi caiz görən Quran ayətləri və açıq hədislər qarşısında dayana-biləcək bir hədis deyil; lakin yenə də bu hədis ilə zikr edilən o qədər ayə və hədislərin arasını tapmaq üçün belə deyə bilərik:

    Hz. Peyğəmbərin (s. a. a) Ömər kimi kəsləri atalarının adlarına and içməkdən çəkindirməsi, onların atalarının ümumiyyətlə bütpərəst və müşrik olduqları cəhətiylədir. Çünki kafir və bütpərəst bir insan, özünə and edilməyə layiq deyil.

    Категория: Şie cavabları | Добавил: al-shia (29.06.2008)
    Просмотров: 5509 | Рейтинг: 4.0/5
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər