Dünya müsəlmanlarının rəhbəri, mərcəi-təqlid müctəhidlərindən biri, əslən Təbrizin Xamnə qəsəbəsindən olan Seyyid Əli Hüseyni Xamenei 1939-cu ildə müqəddəs Məşhəd şəhərində Ayətullahul-Üzma Hacı Seyyid Cavad ağanın evində dünyaya göz açıb. Ayətullah Seyyid Cavad Məşhəd şəhərinin möhtərəm və tanınmış müctəhidlərindən biri olub. Seyyid Əli Hüseyni Xameneinin babası Ayətullahul-Üzma Seyyid Hüseyn Xamenei Nəcəfül-Əşrəfdə yaşamış Azərbaycanın böyük alimlərindən biridir.
Uşaqlıq dövrü:
Seyyid Əli Hüseyni Xameneinin özünün nəql etdiynə əsasən uşaqlıq dövrü çox çətin bir şəraitdə keçib. "Ailəmizin vəziyyəti o qədər də yaxşı deyildi, belə ki, həmişə buğda çörəyi ala bilmirdik. Nənəmin mənə və yaxud bacı-qardaşlarıma verdiyi az bir pulla anam süd alardı ki, onunla yemək yeyək. Evimiz isə kasıblar yaşayan məhəllədə bir otaqdan ibarət idi...." Çətin vəziyyətdə yaşamalarına baxmayaraq təhsilə çox diqqət yetirən Seyyid Əli Hüseyni Xamenei dini təhsil almaq üçün 14 yaşında "Süleyman Xan" mədrəsəsinə daxil olaraq burada dərs almaqla bərabər, atasının elmindən də istifadə edir. Daha sonra təhsilini "Nəvvab" mədrəsəsinə daxil olaraq tamamlayır. 16 yaşından etibarən Ayətullahul-Üzma Milaninin (r.ə) xaric dərslərində iştirak etməyə başlayır.
Seyyid Əli Hüseyni Xamenei tələbə olduğu dövrdən tədrislə məşğul olmağa başlamışdır. Məşhəddə və Qumda olduğu zaman ərzində müxtəlif dini elmlərin sirlərini tələbələrinə çatdırmışdır. 28 yaşında olamasına baxmayaraq, artıq Məkasib və Kifayə kimi yüksək səviyyəli kitabların tədrisi ilə məşğul olurdu.
Ustadları:
Orta təhsilini Ağa Ələvi, Ağa Məsud, Mirzə Əhməd Müdərris Yəzdi, Mərhum Ayətullahul-Üzma Hacı Şeyx Qasim Qəzvininin yanında alıb. Xaric dərslərini isə (xaric dərsləri yüksək elmi və dini dərslərdən ibarətdir) Ayətullahul-Üzma Milani (r.ə), Ayətullahul-Üzma Hacı Şeyx Qasim Qəzvinidən (r.ə) alıb. Fəlsəfə elmini isə Ayətullahul-Üzma Mirzə Cavad Tehranidən (r.ə) mənimsəyib.
Nəcəfül-Əşrəfdə olduğu dövr:
Seyyid Əli Hüseyni Xamenei Irandakı ustadların bir qisminin elmindən istifadə etdikdən sonra Iraqın müqəddəs Nəcəf şəhərinə, elmin mərkəzinə yollanır. Ayətullahul-Üzma Həkim (r.ə), Ayətullahul-Üzma Xoyi (r.ə), Ayətullahul-Üzma Şahrudi (r.ə), Ayətullahul-Üzma Mirzə Baqir Zəncani (r.ə), Mərhum Mirzə Hüseyn Yəzdi (r.ə), Seyyid Yəhya Yəzdi (r.ə) kimi məşhur şiə alimlərindən dərs alır. Bir müddət orada təhsil aldıqdan sonra Irana qayıdaraq Qum şəhərində Imam Xomeyninin Fiqh və Üsul dərslərində iştirak etməklə yanaşı, Ayətullahul-Üzma Burucerdinin (r.ə) və Əllamə Təbatəbainin (r.ə) fəlsəfə dərslərindən istifadə edir.
Mübarizələri:
Seyyid Əli Hüseyni Xamenei bütün ömrü boyu daim haqq yolunda mübarizələrini davam etdirmişdir. Imam Xomeyni (r.ə) islam inqilabını başladığı dövrdən öz çalışmalarını və mübarizələrini uğurla həyata keçirmişdir.
Mübarizə ruhiyyəsinin onda oyanmasına səbəb Mərhum Nəvvab Səfəvinin (r.ə) mədrəsə tələbələri qarşısında etdiyi çıxışı olub. O, öz çıxışında Islamın hakim olmasını bildirərək zalımlara qarşı mübarizə aparmağın vacibliyini bildirmişdi. Nəvvab Səfəvi (r.ə) şəhid olduqdan sonra Seyyid Xamenei Mədrəsə tələbələri ilə birlikdə şahın əleyhinə şüarlar səsləndirərək öz etirazlarını bildirirlər. 1962-ci ildə Imam Xomeyninin (r.ə) çağrışı ilə Qum Elm Mərkəzi mübarizəyə qalxdı. Bu işdə böyük fəaliyyət göstərən Seyyid Xamenei 1963-cü ildə Imam Xomeyni (r.ə) tərəfindən üç mühüm xəbəri Məşhədə aparmaq məsuliyyətini öhdəsinə aldı. Seyyid Xamenei islam inqilabının qələbə çalmasına qədər bir çox dəyərli vaxtlarını zindanlarda, sürgünlüklərdə, təqiblərdə keçirib.
Inqilabdan sonra çalışdığı məsuliyyətlər:
1.Inqilab şurasının üzvü
2.Sistan və Bluçestan məmurluğu
3.Islam Inqilab ordusunun rəhbəri
4.Tehranın Imam Cüməsi (Ayətullahul-Üzma Taliqani (r.ə) vəfat etdikdən sonra Imam Xomeyni (r.ə) tərəfindən Tehranın Imam Cüməsi təyin olundu)
5.Imam Xomeynin (r.ə) ali müdafiə şurasındakı müşaviri
6.Ölkə Prezidentliyi və s. məsuliyyətlər.
Seyyid Əli Hüseyni Xamenei 1981-ci ildə Əbuzər adına məsciddə çıxış edən zaman münafiqlər və düşmənlər tərəfindən terrora məruz qalaraq ağır yaralandı. Bu hadisədən sonra Imam Xomeyni (r.ə) onun barəsində belə buyurdu: "...Mən əziz Xameneiyə təbrik deyirəm ki, müharibə meydanında hərbi geymdə, arxa cəbhədə isə ruhani geymdə bu məzlum millətə xidmətə edir. Allahdan sizin üçün sağlamlıq istəyirəm ki, islam və müsəlmanlarına xidmətinizi davam etdirəsiniz."
Inqilaba Rəhbərliyi:
Islam inqilabının banisi Imam Xomeyninin (r.ə) 1989-cu ildə vəfatından sonra "Xübrəqan" məclisi (Xübrəqan-müctəhidlərdən ibarət alimlər məclisidir) tərəfindən Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Xamenei islam inqilabının rəhbəri seçildi. Imam Xomeyni (r.ə) dəfələrlə onun rəhbərliyə layiq olduğunu müxtəlif bəyanatlarla bildirmişdi. "Xameneini mən böyütmüşəm, bütün dünyanı gəzsəniz Xamenei kimi islama bağlı və qəlbən öz xalqına xidmət edəcək bir rəhbər tapa bilməzsiniz."
Əsərləri:
1.Imam Həsən Müctəbanın (ə) Sülhü
2.Imam Səccadın (ə) həyatı barədə təhqiqat
3.Imam Rza (ə)
4.Imam Rzanın (ə) siyasi şəxsiyyəti
5.Islamda hökümət
6.Nəhcül-Bəlağədən dərslər
7.Vilayət Nurları
8.Əxlaq dərsi
9.Islamı düzgün anlamaq
10.Şəhadət ətri 11.Məzlumiyyət fəryadı və s.
Источник: http://www.ihq.az |