İsrail üzərində qazandığı böyük zəfərlərlə İslam dünyasında tamam ayrı bir məqam əldə edən Livanın Hizbullah hərəkatının necə qurulduğu, bu günlərə necə gəldiyi və İslam mücahidlərinin lideri Seyid Həsən Nəsrullahın necə bir şəxsiyyət olduğu barədə Hizbullahın qurucularından olan Əli Əkbər Möhtəşəmi danışıb. Höccətülislam Seyid Əli Əkbər Möhtəşəminin Hizbullahın quruluşu və keçən zaman haqqında izah etdikləri, özü təşkilatın quruluşunda və təşkilatlanmasında şəxsən iştirak edən bir şəxsiyyət olduğu üçün, müqavimət hərəkatının təhlilində müraciət ediləcək ən etibarlı qaynaqlardan biridir. Möhtəşəmi Nəcəfdəki təhsili əsnasında Şəhid Rağib Hərb və Seyid Abbas Yəhudi ilə tanış olmuş, İslam İnqilabının zəfərindən sonra isə İran İslam Respublikasının Şam səfirliyi vəzifəsini qəbul edərək Hizbullahın quruluşunda çox önəmli bir vəzifə ifa etmişdir. Möhtəşəmi Hizbullahın quruluşu və liderlərinin - xüsusilə Seyid Həsən Nəsrullahın - daha əvvəl söhbət edilməmiş bəzi şəxsi xüsusiyyətləri haqqında danışıb. İran İslam Respublikasının keçmiş daxili işlər naziri, Suriya səfiri və indi də Beynəlxalq Fələstin Konfransının başçısı Əli Əkbər Möhtəşəmi ilə "Fars News" internet qəzetinin apardığı müsahibəni sizlərə təqdim edirik. - Bundan 25 il əvvəl, Suriyada İslam Respublikasının səfiri vəzifəsini icra edərkən Hizbullahın qurulması və təşkilatlanmasında çox əhəmiyyətli bir rolunuz oldu. Hizbullahın bu gün gəldiyi mövqeyə və çatdığı gücə baxdığınızda nələr hiss edirsiniz? - Mən də bütün müsəlman xalqlar, Livan milləti və dünyanın müxtəlif yerlərinə dağılmış bütün inqilabçı axınlar kimi bundan qürur duyuram. Hizbullahın yalnız Livan xalqı üçün deyil, dünyanın bütün azadlıqsevər xalqları adına əldə etmiş olduğu uğurlardan çox xoşbəxtəm. İsrailin və Amerikanın Orta Şərqdəki planlarının uduzması, az bir qazanc deyil, xüsusilə də Amerika, İsrail və imperialist dünyanın qarşısında dayanan bu gücün, bir dövlət deyil, müqavimətçi bir partiya və axın olduğu göz önünə gətirildikdə. Hizbullah bundan 25 il əvvəl İslam İnqilabından və İmam Xomeyninin rəhbərliyindən ilham alaraq meydana gəlmiş və bu gün izzətin zirvəsinə çıxmış bir hərəkətdir. - İmam Xomeyni Nəcəfdə ikən sizlər də onunla birlikdə idiniz. Şəhid Abbas Yəhudi kimi bəzi Livanlı tələbələr də Şəhid Məhəmməd Mis Sədrin mədrəsəsində təhsil məsələləri ilə məşğul idilər. O dövrdə Hizbullahın ikinci ümumi müşaviri olan Abbas Yəhudi ilə bir əlaqəniz var idi? - Nəcəfi-Əşrəfdə həmin vaxt bütün İslam ölkələrindən təhsilə gəlmiş şagirdlər vardı və bunlar tez-tez İmamın yanına yığışırdılar. Lakin Livanlı İslami elmlər şagirdləri digərlərindən daha çox seçilirdilər - mədəni, dinamik, açıq fikirli və günün problemlərinə vaqif idilər. - Seyid Abbas Yəhudi ilə əvvəldən əlaqəniz var idi, yoxsa Livanda tanış oldunuz? - O dövrdə mərhum Şəhid Abbas Yəhudi Nəcəfdə təhsil alırdı. İslami Müqavimətin şeyxi ləqəbli Rağib Hərb - sonralar özü də şahidlik mərtəbəsinə çatdı - Nəcəfdə olan xeyli Livanlı tələbədən biri idi. Bu kəslər xüsusi və fərqli bir ruhiyəyə, İmam Xomeyni hərəkatına yaxın bir fikirli şəxsiyyətə sahib olmaqla, digərlərindən fərqlənirdilər. İmam Xomeyninin fikirlərini mənimsəməklə birlikdə Şəhid Seyid Məhəmməd Misin dərslərinə də qatılırdılar. O sıralarda İmam Musa Sədr də Livanda idi və hərəkatı (Əməl - Məhrumlar Hərəkatı) ölkəsinə kök salmış, yayılmışdı. Bizim Musa Sədr ilə əlaqəmiz daha çox Şəhid Mustafa Çamran vasitəsilə reallaşırdı. Lakin İslam İnqilabından sonra Livan şiə və sünniləri ilə digər qruplar İmam Xomeyni ilə yaxından əlaqə qurmağa başladılar. - Hizbullahın quruluşundan bəhs edə bilərsinizmi? - Hizbullahın quruluşuyla əlaqəyə səbəb olan şey, İsrailin Livana hücumu və bu ölkənin işğalı idi. Livana hücum İran-İraq döyüşündə İranın Xürrəmşəhri geri götürməsindən sonra - hansı ki, bu mərhələ bütün dünya tərəfindən İranın ən böyük zəfəri olaraq görülürdü, çünki İraq rejimi şəhərin ətrafında çox güclü müdafiə xəttləri yaratmışdı və bu da Səddamın şəhəri tamamilə məhv etmər niyyətində olduğuna işarə idi - reallaşmışdı. Kimsə Xürrəmşəhrin xilasını gözləmirdi, şəhər azadlığa qovuşduqda, İsrail tərəfi İslam İnqilabının Fələstin məsələsinə əhəmiyyətli dərəcədə təsir etdiyini və qısa, lakin çox mənalı olan "bu gün İran, sabah Fələstin" şüarını da göz önünə götürərək, "Əgər İran bu döyüşü qazanıb İraq rejimini məğlub etsə, İranın Fələstinə yolu açılacaq və İraq üzərindən qüvvələrini bizimlə döyüşmək üçün Fələstinə sövq edəcək" deyə düşündülər. Bu isə İsrailin varlığı üçün ciddi bir hədə olacaqdı. İordaniya Amerika və İsrailin siyasətinin paralelində idi və İsrail üçün hədə meydana gətirmirdi. Suriya isə Hafiz Əsədin rəhbərliyi altında olmasına baxmayaraq, mərkəzi hökumət siyasətləri izləyirdi və İrana İsraillə döyüşməsi üçün sərhədlərini açması söz mövzusu ola bilməzdi. Güclü və mərkəzi bir dövlətə sahiblənmədən şiələrin və sünnilərin güclü olduğu və içərsində fələstinliləri də saxlayan yeganə ölkə Livan idi və İran, bu ölkəyə fələstinlilərin və livanlıların köməyinə gedə bilərdi. Xürrəmşəhrin 1982-ci ildəki fəthindən bir neçə gün sonra fələstinliləri Livandan, Livan qüvvələrini də ölkənin cənubundan çıxarma bəhanəsiylə İsrailin Cənubi Livana hücumu başladı. İsrailin Cənubi Livanı işğalından bir həftə sonra da İran, güclərini livanlılara və suriyalılara dəstək üçün bölgəyə göndərdi. Ordunun, İnqilab Keşikçilərinin və yüksək səviyyəli siyasi şəxsiyyətlərin - Doktor Əli Əkbər Vəlayəti, dövrün müdafiə naziri general Səlimi kimi - Suriyaya gəlməsiylə, Hafiz Əsəd başda olmaqla bu ölkənin siyasi və əsgəri mövqeləriylə görüşlərə başladı. Bunun nəticəsində İranın Ordu və İnqilab Keşikçilərinə aid 11 birliyinin Livana yerləşməsi qərarı alındı (Bütün bunlar bir həftə içərsində reallaşdı). Livanda suriyalı və iranlı komandirlərdən ibarət ortaq bir əməliyyat quruldu və İranın Suriya və Livanı müdafiə etmək məqsədiylə döyüşə girməsi üçün bizim səlahiyyətimizə konkret cəbhə xətti buraxdılar. - Bu güclərin əmri kimlərin əlində idi? - Ortaq əməliyyat otağında komandirlər oturar və döyüşlə əlaqədar qərarlar verərdilər. Bir qayda olaraq əsl əmr cəbhənin ön xəttində olan Suriya tərəfinin əlində idi, onlar ordu ilə koordinasiya yaratmalı idilər, amma həqiqətən belə olmadı. - Yaxşı, bunun səbəbi nə idi? - Çünki İran qüvvələri Livana girər-girməz atəşkəs imzalandı. İsrail məqsədinə çatmış və Livanın Beyruta qədər uzanan əhəmiyyətli bir qisimini işğal etmişdi. Bütün fələstinli güclər geri çəkilmişdilər. Buna görə də hər kəs atəşkəsi gözləməliydi. İsrail atəşkəs elan etdiyindən də, təbii ki, Suriya və Livan da qərarla razılaşdılar, artıq döyüş bitmişdi. - İsrailin Livan hücumunun yeganə məqsədi yalnız Fələstin müqavimətini yox etmək idimi, yoxsa başqa məqsədləri də vardı? Davamı var
Aqil
|