Şenbe, 28.12.2024, 00:38
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 26 » İRAQ HeBSXANALARI: İŞGeNCeLeR, EDALETSİZLİK VƏ RÜŞVETXORLUQ
    00:05
    İRAQ HeBSXANALARI: İŞGeNCeLeR, EDALETSİZLİK VƏ RÜŞVETXORLUQ
     
     
    Əhməd Qasım polis tərəfindən həbs edildikdə, onun hələ heç ağlına da belə gəlmirdi ki, o hələ bütöv bir il məhkəməsiz və istintaqsız çox kiçik və çirkli həbsxana kamerasında qalmalı olacaqdır.

       Bu adama qarşı elə sona kimi də heç bir ittiham irəli sürülmədi. «Etmədiyim bir əmələ görə 9 aydan çox müddətdə həbsxanada yatmalı oldum», - deyə haqları tapdanmış Ə.Qasım deyir.

        Əhməd Qasım özünü ilk dəfə müdafiə etməyə cəhd göstərdiyi barədə söhbət edir. «Məni sorğu-suala gətirəndə mən heç ittihamlara cavab da verə bilmədim. Çünki, hər dəfə mən ağzımı açıb nəsə demək istəyəndə məni döyməyə başlayırdılar».

        İraq qanunlarına görə, həbs edildikdən sonra 24 saat ərzində həbs edilmiş şəxs məhkəmə qarşısında durmalıdır. Bu məhkəmə isə bu şəxs barədə istintaq işinin başlanıb-başlanmaması barədə qərar qəbul etməlidir. Və yalnız müvafiq qərar qəbul edildikdən sonra istntaq başlanır. Lakin, həqiqətdə isə məhbusun hakim qarşısına çıxıb nədə ittiham olunduğu barədə öyrənməsinə qədər bir neçə ay keçir.

        Qasımı da, kobud sorğu-sualdan sonra kiçik, darısqal həbsxana kamerasına saldılar ki, burada da o özü kimi səkkiz nəfər başqa məhbusla birlikdə doqquz uzun sürən ay yaşamağa məcbur oldu.

        İraq həbsxanaları isə özlərinin dəhşətli ağır şəraiti və məhbusların ləyaqətinin alçaldılması ilə bədnam məşhurdurlar. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, 2007-ci ildə İraq həbsxanalarında, düşərgələrində, polis idarələrində və digər həbs yerlərində 20 min nəfərə qədər adam saxlanılmışdı.

        İraqın daxili işlər naziri Əli Samirin sözlərinə görə isə: «məhbuslarla yaxşı davranırlar. Məhkəmə onların hər biri barədə qərar qəbul edir. Və məhbuslar vaxtaşırı olaraq öz ailələri ilə görüşə bilirlər».

        Lakin, reallıq isə bu sözləri inkar edir.

        İşgəncələr

        Əhməd Qasımın sözlərinə görə, bir müddət keçəndən sonra o başa düşdü ki, onun hələ «bəxti gətirmişdir». Belə ki, o daha pis vəziyyətlə qarşılaşa bilərdi. «Hər gün mən kiminsə ağrılardan qışqırdığını eşidirdim. Bizim kameranın yaxınlığında işgəncə kameraları yerləşirdi. Belə «sorğu-suallardan» sonra mənim qonşularım həftələrlə özlərinə gələ bilmirdilər», - deyə o, bildirir.

        Umər Lətifin isə bəxti Qasımdan az gətirmişdir. Belə ki, o, iki il öz ailəsi ilə görüşmək imkanı olmadan həbsxa barmaqlıqları arxasında keçirmişdir. Burada onu döymüş və elektroşokla işgəncə vermişlər. «Həbsxanadan azad olduqdan sonra isə mənim ayağımı amputasiya etdilər. Həkimlər dedilər ki, bu ayağı xilas etmək mümkün deyil», - deyə o, bildirir.

        Lətif İraq həbsxanalarında hər gün işgəncələr verildiyini bildirir. Onun sözlərinə görə, ən çox əziyyət çəkənlər isə müqavimət hərəkatına aidiyyatlıqda ittiham olunan məhbuslardır.

        Rüşvət

        Danə Məhəmməd məhbusların başına gətirilən oyunlar və onların təhqir edilməsi barədə eşidəndə, öz ərini azad etmək üçün hər şeyə hazır idi. «Biz əlimizdən gələn hər bir şeyi etdik. Lakin, yalnız rüşvət onun həyatını xilas etdi», - deyə xanım bildirir. Qadın 5 min dollar verdi ki, onun ərini nisbətən yaxşı kameraya keçirsinlər və onunla bir qədər yaxşı rəftar etsinlər. «Mən bilirəm ki, bunu yoxlamaq mümkün deyildir. Lakin, bu qədər böyük təzyiq altında bizim başqa çıxış yolumuz yox idi», - xanım qeyd etmişdir.

        Hüquq-müdafiə təşkilatları artıq uzun müddətdir ki, məhbusların vəziyyətini öyrənmək üçün İraq həbsxanalarına yol tapmaq istəyirlər. Lakin, onların cəhdləri hələlik müvəffəqiyyətlə nəticələnməmişdir. Belə ki, yerli Məhbuslarla ədalətli davranma uğrunda Assosiasiyanın nümayəndələrinə onların həbsxanalara getmək müraciətlərinə hər dəfə imtinalarla cavab vermişlər.

        «Biz öyrənmişik ki, kişi məhbusların arasında həm də qadınlar və uşaqlar da saxlanılır. Özü də ki, bir çox sabiq həbsxana məhbusları psixikalarının pozulmasından əziyyət çəkirlər və onların bədənlərində işgəncə izləri qalmışdır», - deyə hüquq-müdafiə təşkilatının nümayəndəsi bildirmişdir. («IslamOnline» agentliyinin xüsusi müxbirinin tədqiqat materiallarına və KİV-rə əsasən)
       
    Hazırladı: HADİ MÜNTƏZİR

    Категория: Dünyada | Просмотров: 1989 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər