Molla Ibrahim Xəlil Ismail oğlu 1860-cı ildə Bakının Bilgəh kəndində dünyaya göz açıb.
Ilk təhsilini vətəndə aldıqdan sonra elmin mərkəzi Nəcəfə yollanır. Ümumilikdə on ilə yaxın bir müddət ərzində orada təhsil alaraq doğma kəndi Bilgəhə qayıdır.
Dörd oğlu, dörd qızı olub. Oğlanları Cəbrail, Ismail, Məhəmməd, Mahmud. Qızları isə Xədicə, Məryəm, Bilqeys, Cəmilə. Oğlanlarından ikisi Mahmud və Cəbrail Nəcəf şəhərində dünyaya göz açıblar. Hər ikisi ömrlərinin axırına kimi Iraqın Nəcəf şəhərində yaşayıblar. Ataları kimi onlar da ali savadlı Nəcəf hövzəsinin məzunudurlar.
Sovet hökümətinin qadağaları onlarla sıx əlaqə saxlamağa imkan vermədiyindən yalnız bir neçə dəfə Bilgəhdəki bacılarına məktub yazaraq özləri barədə məlumat veriblər. Çox təəssüflər olsun ki sonralar onlarla əlaqə tamamilə kəsilib.
Molla Ibrahim Xəlil Bilgəhdə bir müddət fəaliyyət göstərib. 1940-cı ildə dünyasını dəyişib. Qəbri Bilgəhdə (Marağazı) adlanan yerdədir.
Источник: http://www.ihq.az |