Bazar, 22.12.2024, 06:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Həsrət yağışı

    Süleyman Allahını dərin məhəbbətlə sevən, gecənin qaranlığında qiyamətin vahiməli dəqiqələrindən vəhşətə gəlib yatağından qalxaraq göz yaşları ilə ibadət edən təqvalı şəxslərdən saylırdı. Gənc olmasına baxmayaraq Allahına qul olma səadətini qəlbinin vüqarı sayan Süleyman ibadət və itaətdə tükənməz şövq və eşq sahibi idi. Həyatının mənasını Allahın razılığını qazanmaqda görən Süleyman bunun üçün bütün qəlbini yalnız bu eşqin atəşində alışdırırdı. Dualarında isə ən böyük arzusu, Allah yolunda şəhid olmaq, onun şəhadət zirvəsinin ali dəyərlərində əbədi yox olmaq idi. Buna Süleymanın bir nöqsanı var idi ki, o da dünyaya gəldiyi gündən hər iki qolunun fəaliyyətsiz olaraq doğulması idi. Süleyman ana bətnindən dünyaya cismi çatışmamazlıq ilə gəlmişdi. Hər iki qolunun qüvvətsiz olması onu dünyanı dərk etdikcə islam, din yolunda döyüşmək ümidlərini zəiflətdi. Gənclik eşqi ilə çağlayan bu Süleyman içində bütün bunlara şükrü müqabilində Allahdan ona şəhadət qismət etməsini hər zaman dilədi. O islam şəhidləri, vətən şəhidləri, namus şəhidləri sırasında məhşərə gəlmə arzusunu hər gecə Allahının müqabilində diləməkdən yorulmadı. Istədi və arzu etdi.

     

    Bu arzusu onu Əlinin (ə) xilafəti dövründə baş verən ilk müharibə,  Cəməl müharibəsində daha geniş bir vüsət aldı. O da hamı kimi Peyğəmbərin (s) onun dünyasını dəyişdikdən sonra evlərindən çıxmamasını israrla bildirdiyi həyat yoldaşı Ayişənin başçılığı altında Əliyə (ə) qarşı baş verən müharibədə dövrün imamının qoşunu arasında müharibəyə qatıldı. Cəməl qoşunu Ayişənin mindiyi və bəzənmiş dəvənin adı, bu dəvənin simvolik xarakter daşıması kimi realizə olunurdu. Onlar Əlini (ə) xəlifə Osmanın qatillərini gizləməkdə suçlayaraq ona qarşı kinlərini bu ideya arxasında gizləyərək müharibəyə addım atdılar. Cəməlçilər Məkkədən Kufəyə qədər gəldikləri böyük məsafəni aşdıca yol boyu yerləşən şəhərlərdə Əli (ə) tərəfdarlarına amansız divan tutdular. Minlərcə dinc müsəlmanı Əliyə (ə) olan məhəbbətlərinə görə qılıncdan keçirdilər. Nəhayət hicrətin 36-cı ilində Bəsrə yaxınlığında Cəməl müharibəsi baş tutdu. Bir neçə gün sürən bu müharibə Əlinin (ə) qələbəsi ilə nəticələndi. Əli (ə) Ayişəni 40 kişi geyimli qadınla Mədinəyə, evinə qaytardıb insanların gözündə şişirdilən dəvəni isə öldürüb cəsədini yandırıb külünü axar suya buraxdı ki, avam müsəlmanlar bundan təbərrük kimi istifadə etməsinlər.

     

    Bu müharibədə yalnız müşahidəçilik qədər əlindən başqa bir şey gəlməyən Süleyman şəhadətinə maneələr yaradan xəstəliyinə görə Allahına şükürlər etdi. Hər iki tərəfin böyük itkisi ilə nəticələnən Cəməl Əlinin (ə) qələbəsi ilə sona çatdı. Bütün bunlar Süleymanın ümidlərini heç də azaltmırdı. Hətta bəzən o özünü bu şəhadətin qazanılması yolunda Allahına hər bir çətinliyə dözərək istəyinin gerçəkləşməsini durmadan gözü yaşlı diləyirdi.

     

    Əli (ə) xilafətə gəldikdən sonra Müaviyənin islam dünyasının qara ləkəsi kimi Şam  valiliyindən uzaqlaşdırılması ilə barışmayan Müaviyə qoşun toplayıb Əli (ə) ilə savaşa hazırlaşdı. Uzun zaman danışıqlara baxmayaraq Əlinin (ə) hər bir təklifini rədd edən Müaviyə böyük bir qoşunla Əlinin (ə) üzərinə müharibəyə üz tutdu.

     

    Bu müharibədə arzularının hansı istiqamətdə gerçəkləşəcəyini özü də bilməyən Süleyman da Əli (ə) qoşununun bir üzvü kimi orduya qatıldı. Qoşun hərəkətə gəldi və Siffeyn ərazsində baş tutan və tarixə "Siffeyn" müharibəsi adı ilə düşən bu müharibə altı aya qədər sürdü. Müharibənin nəticəsi olaraq isə Əmr As və Müaviyənin Quranları nizələrə taxaraq qurduğu hiylə toruna düşən avam müsəlmanlar hər iki tərəfi azğınlıqda suçlayaraq hökmün Qurandan çıxarılma şərti ilə haqlı və ya haqsızın cəzasını Quran vasitəsi ilə venrilməsini tələb etdilər. Hər iki tərəfdən seçilən hakimlər üç ay Qurana əsaslanaraq araşdırmalar apardı.

     

    Müharibədən cismən sağlam dönən Süleman, qəlbi qan, ürəyi yaralı Əliyə (ə) edilən haqsızlıq müqabilində hər gecə inlədi. Yuxusu ərşə çəkildi. Gecənin qaranlığında Kufənin tənha ağası Əlinin (ə) iztirabı Süleymana da rahatlıq vermədi. Hər sabah insanın cahillik girdabında boğulan səfil bir varlıq olduğuna nifrin oxudu.

     

    Müharibənin müqəddəratı üç ay sürdü. Əmir Ass öz bacarığından istifadə edərək Kufə nümayəndəsi Əbu Musa Əşhərini aldada bildi. Burada çıxarılan qərar Kufə qoşununa aldanıldıqlarını anlatdı. Onlar səhvlərini etiraf edib günahlarını yumaq üçün Kufə yaxınlığındakı Nəhrəvan adlanan səhralığa yığıldılar. Günlərcə ağlayıb tövbə etdilər. Sonunda belə qərar çıxardılar ki, Əli (ə) də onların fikirlərinə aldandığı üçün tövbə etsin. Əli (ə) onların yesiz ittihamlarını rədd etdikdə on iki minə yaxın Nəhrəvanda toplaşan və tarixə "Xəvaric" adı ilə düşən insanlar Əlini (ə) kafir adlandırıb ona qarşı müharibə elan etdilər. Bir neçə ay aralarında sürən danışıqların səmərəsizliyi nəhrəvanlıların Əli (ə) tərəfdarlarına qarşı amansız qətl fərmanı verməsinə səbəb oldu. Bu zaman yenidən Müaviyə ilə müharibəyə hazırlaşan Əli (ə) nəhrəvan xəvariclərinin özbaşnalığının qarşısını almaqdan ötrü Hicrətin 38-ci ilinin sonu qoşunu Nəhrəvan düzənliyinə gətirdi.

     

    Baş verən hadisələrə biganə qala bilməyən Süleyman döyüşün Müaviyə ilə deyil, nəhrəvanlılarla olacağına həm təəssüf həm də sevinirdi. Təssüf edirdi ki, islam cahillik girdabında hələ də boğulur və sevinirdi ki, bu yırtıcı tayfanın kökü kəsiləcək. Nəhayət iki qoşun Nəhrəvanda qarşılaşdı. Əlinin (ə) bir neçə gün çəkən xütbələri qarşı qoşunun iradəsini qırdı. Onlardan dörd mini istisna olmaqla tövbə etdi. Lakin öz əməllərində ifrata varan bu tayfa Əli (ə) ilə müharibədən çəkinmədi. Onlar israrla Əlini (ə) günahkar adlandıraraq onu islam dünyasının rəhbərliyindən belə uzaqlaşdırıb öz aralarında xəlifə seçmək addımını belə atmaqda tərəddüd etmədilər.

     

    Nəhrəvan döyüşünə qatılanlar arasında Süleymanı bu dəfə başqa bir duyğu gətirmişdi. O qoşunun Nəhrəvana yola düşəcəyi gecə yuxusunda Peyğəmbəri (s) gördü. Ona şəhadəti müjdə verən islam Peyğəmbəri (s) Süleymana qanlı libasını göstərərək Ühüd şəhidləri arasına dəvət etdi. Yuxudan ayılanda Süleymanın qəlbini bürüyən sevinc onun bu dəfəki müharibə arzusunun şəhadət sevdasına yaxınlaşması sevinci ilə birlikdə tələsdi. O Əlinin (ə) qoşunu ilə birlikdə səhərin açılmasını gözləyir, amma həmişəkindən fərqli sevinc içində…

    Səhər iki qoşun qarşıqarşıya durdu. Öz əməllərində ifrata varan qoşunu Əli (ə) qəlb ağrısı ilə izlərkən "And olsun Allaha ki, bu tayfadan doqquz nəfər belə qalmayacaq və bizim qoşundan doqquz nəfər belə şəhid olmayacaq"  buyurdu. Beləcə açılan sabah, Əli (ə) qoşunu ilə zahirən müsəlman olan digər qoşun qarşı-qarşıya durdular. Əli (ə) ifrata varmış qoşuna son dəfə tövbə etmək üçün imkan verərək yazılı hökm hazırladı. Burada nəhrəvnlıların öz əməllərindən əl çəkərək geri, evərinə qayıtmaları əks olunurdu.

     

    Qərar hazırlandı. Bu hökmü aparan hər kəs nəhrəvanlılar tərəfindən şəhid olacağı şübhəsiz idi. Əli (ə) haqqa dəvət edən hökmü əlinə aldı və Malik Əştər Nəxəyini yanına çağırıb buyurdu: "Ya Malik! Qoşunda Süleyman adlı bir şəxs var. Onu çağır, O Allahından istədiyi şəhadəti Allah ona mübarək qərar vermişdir. Hökmü o aparacaq."

     

    Budur o yenə cüssəlidir. Yanına taqətsiz düşən qolları Süleymanın sinəsinə asılan Əli (ə) hökmünü kafir qoşuna çatdırmaqda maniə deyil. O həyatının ən böyük arzusu gerçəkləşən mübariz islam əsgəri, bir neçə saniyədən sonra isə Şəhadət zirvəsinin tərlanıdır. O inamla addımlayır, üzündə təbəssüm, gözlərində inam. Və düşmən tərəfin ox yağışı.

    Süleyman dayandı. Onun taqətsiz qollarından Allah Rəsulunun özü tutdu, Süleymanı özünə döğru çəkib təbəssüm etdi və "Şəhidliyin mübarək ey Süleyman"-dedi.

     O, nəhrəvan müharibəsinin ilk şəhidi oldu. 

    www.ihq.az
    Категория: Dini meqaleler | Добавил: media-islam (09.08.2008)
    Просмотров: 2385 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər