Cüme axşamı, 07.11.2024, 08:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    İbn TeymiyyEnin
    Bismillahir-Rəhmanir-Rəhim
    İbni Teymiyyə gerçək simasında.

    Təəssüflər olsun ki, bizim bu günkü gündə müsəlman dünyasında bəzi qruplaşmalar (sələfi və s ) necəki tarix sübut edir elmi baxımdan heç bir qiyməti olmayan İslamda bidət sayılan və ya bu dinin ideoloqiyasına zidd olan fətvalar çıxaran şəxsləri ucaldıb hətta onlara İslam şeyxi və buna bənzər ləqəblər qoyurlar. Bu cür şeyxlərdən biri İbni Teymiyyədir. Bəhsimiz də elə onun haqqında olacaq.

    İbni Teymiyyənin həyatı barəsində qısa məlumat.


    O,Əbu Abbas Əhməd ibni Əbuəlhəlimdir. Hicrətin 661-ci ilində Hərran şəhərində dünyaya gəlib. Monqolların Şama olan həmləsi oranın sakinlərinin qəlblərinə vəhşət salmışdı. Bu qorxu İbni Teymiyyənin ailəsinin Hərranı tərk edib Dəməşqə köçməsinə səbəb oldu. Burada İbni Teymiyyə Əhməd ibni Hənbəlin, Allahı cism bilmək və s. kimi fikirlərini yaymağa başladı. Müsəlmanların aşkar nəzərlərinin (əqidələrinin) xilafına fətva vermək İbni Teymiyyənin xüsusiyyətlərindən idi.Onun bu fətvaları əhli sünnətin bir çox alimlərinin onun əleyhinə kitab yazmasına gətirib çıxartdı.Bu kitabların bəzilərinə biz işarə edirik:
    1. “Şəfaye-səqam fiz-ziyarətil xayril-ənam” Kitabın müəllifi Təqiddin Subkidir ki, Şafei məzhəbinin böyük alimlərindən sayılır.O, öz kitabında İbni Teymiyyənin Peyğəmbərimizin (s.ə.a.s) qəbrinin ziyarətini haram bilmək və s. fikirlərini rədd edir.
    2. “Əlfətəvaul-hədisə” Müəllifi İbni Həcər Heysəmidir ki, hicrətin 973-ci ilində dünyasını dəyişib.

    Əhli sünnət alimlərinin İbni Teymiyyə barəsində nəzərləri.


    Təqiddin Subki deyir: İbni Teymiyyənin fikirlərinin ümum müsəlmanlarin əməlləri ilə heç bir uyğunluğu yoxdur.O, islam əqidələrində bidət qoydu və İslamın sütunlarını sındırdı. (Təbəqatuş-şafiiyyə,10-cı cild,s186)

    İbni Cəfər Əsqalani belə deyir: İbni Teymiyyə heç bir sənədə baxmayaraq, yalnız öz fikirlərinə əsaslanaraq səhih və həsən hədisləri (İmam Əli (ə) barəsində olub) inkar edirdi. İnsanlar onun barəsində 3 qrupa bölünür.
    1-Onu həməviyyə və vastiyyə qrupundan sayanlar.Onlar İbni Teymiyyəni mücəssim bilirlər,çünki o, əl, ayaq və üzü Allahin həqiqi sifətindən bilərək deyirdi ki, Allahın özü (zatı) ərşin üzərindədir.

    2-Onu zındıq (dinsiz) bilənlər. İbni Teymiyyə peyğəmbərə təvəssülü və qəbrinin ziyarətini haram hesab edirdi, bu bir növ peyğəmbərə cəsarət etmək və onun ehtiramını saxlamamaq deməkdir.

    3-Onu münafiq sayanlar. İbni Teymiyyə Əli (ə)a kin saxlayırdı. Tirmizi (kitab mənaibus-səhabə bab-mənaqibu Əli) öz səhihində Əbuzərdən nəql edir.
    “Biz münafiqləri 3 şeylə tanıyardıq:...III-Əli (ə)a qarşı kin saxlamaqlarından”
    (Lisaiul-mizan,c.6,s.414)

    İbni Teymiyyənin Əli (ə)a qarşı olan kininin nümunələri.

    Əziz oxucu, İbni Teymiyyənin Əli (ə) barəsində olan nəzərlərinə diqqət yetir.
    1-Xilafətdə İbni Teymiyyənin üçlüyü qəbul etməsi. İbni Teymiyyə Peyğəmbərin (s.ə.a.s) vəfatından sonra yalnız üç xəlifəni qəbul edirdi: Əbu Bəkir, Ömər və Osman. Əli (ə)ın xilafətini isə rədd edərək belə deyir: Peyğəmbər (s.ə.a.s)in vəfatından sonra yalnız üç xəlifə olub: Əbu Bəkir, Ömər və Osman. Və Allahın yer üzərində dördüncü xəlifəsi sayılan şəxs olmayıb.Əgər Osmanin şəhadətindən sonra dördüncü xəlifənin olduğunu qəbul etsək də, o xəlifə Muaviyyədən başqa birisi deyil.Beləliklə, Osmandan sonra xəlifə olmayıb və o zaman fitnə zaman idi. (Munhacul-sünnə,c1,s 537,
    Demək lazımdır ki, İbni Teymiyyənin tabe olduğu məzhəbin banisi Əhməd Hənbəl bu cür düşüncələrin barəsində belə deyir: Hər kəs Əli (ə) ı dördüncü xəlifə kimi qəbul etməsə, onunla həmsöhbət olmayın və ondan qız alıb qız verməyin! (Təbəqatul-hənbəli,c.1,s. 45)
    2- İbni Teymiyyənin Əli (ə) ın ədalətini inkar etməsi.

    O deyir: “İnsanların çoxu Əli (ə)-ı adil hesab etmirdi.Ona görə xəvariclər onu kafir bilirdilər. Osmanin tərafdarları deyir: “O, Osmana zülm edən kəslərdən idi.” Habelə Əlinin əhli-beyti deyir: “Əli insaflı olmayıb.” Ona görə Əlinin öz tərəfdarlarına qarşi göstərdiyi ədalət nəinki Ömərin ədalətinə çatmaz, hətta yaxın da olmayıb.”(Minhacus-sunnə,c.6.s.18)

    Görəsən niyə o, xəvariclərin sözlərinə əsaslanır, halbuki Peyğəmbər (s a ə s) bunların barəsində buyurub: “Xəvariclər cəhənnəmin itləridir.” Və yaxud Osmanın tərafdarlarına etimad edir, halbuki onlar Bəni Uməyyə tayfasından olub və Əli (ə) ilə müharibəyə qalxıblar.Və görəsən İbni Teymiyyənin “Əhli-beytdən” məqsədi kimlərdir?...
    3-İbni Teymiyyənin Əli (ə)in cihadları barəsində nəzəri.O deyir: “ Əli (ə) insanları özünə təslim edib, can və mallarını ələ keçirmək üçün vuruşurdu. Belə olan halda biz necə deyə bilərik ki, Əli (ə) ın müharibələri din uğrunda və dinə xatir idi? Və hər kəs bu dünyada fəsadı istəyənlərdən olsa, Axirətdə səadət əhlindən olmaz.”(bu söz Əli (ə) a işarədir)(Minhacus-sünnə,c.8,s.329 və c 4,s500) Ba.qa bir yerdə belə deyir: “Cəməl və Suffeyn müharibələri ki, Əli (ə) onları törətdi, fitnə və fəsaddan başqa bir şey deyildi və nəinki vacib cihad heç müstəhəb cihadlardan da sayılmırdı.Orada Namaz qılan,zəkat verən və oruc tutan müsəlmanlar öldürülürdü.”(Munhacus-sünnə,c.6,s.356)
    İbni Teymiyyə bu işdə Əlini (ə)ı təqsirli bilir. Necə olur ki, bir qrup insan Allahın yer üzərində olan xəlifəsinə qarşı çıxır, İbni Teymiyyə isə onları yox , həzrət Əli (ə)-ı günahkar görür?!Peyğəmbər (s ə a s) in canişininə qarşı çıxmaq haram deyilmi?! Əziz oxucu bax gör! Sələfilər (vəhhabilər ) İbni Teymiyyə kimi insanları İslam şeyxi bilib, müsəlman aləminə böyük bir şəxsiyyət kimi təqdim edirlər!
    Allah öz rəhmətinə xatir bizi Qurandan, Peyğəmbərdən(s) və onun pak əhli-beyti (ə) dan ayrı salmasın.
    Zaur Nəsirov
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (22.03.2008) | Автор: ZAUR NESIROV W
    Просмотров: 2141 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər