Peyğəmbərdən (s) Əhli-Beytin (ə) özündən sonra ümmət üzərində olan imaməti barədə rəvayət olunan hədislər çoxdur. Lakin burada onların ən məşhurunu sizin üçün zikr edirik:
Səhihi-Müslim öz sənədilə Zeyd-ibn-Ərqəmdən rəvayət edərək deyir: Peyğəmbər (s) dedi: "Ey insanlar, mən də sizin kimi bəşərəm və nə vaxtsa Rəbbimin elçisi (Əzrayıl) gələcək və mən də ona cavab verəcəyəm. Mən sizin üçün iki ağır şeyi tərk edirəm. Onlardan biri Allahın kitabıdır ki, onda hidayət və nur vardır. Allahın kitabı ilə o hidayət və nuru götürün. Allahın kitabı ilə götürərək ondan yapışın... və Əhli-Beytim. Allah-Allah Əhli-Beytimi sizə xatırladıram, Allah-Allah Əhli-Beytimi sizə xatırladıram, Allah-Allah Əhli-Beytimi sizə xatırladıram. { Səhihi-Müslim. "Fəzail" kitabı "Fəzaili Əli" babı, 5-ci cild, 272-ci səh. "Daruş-şə'b bişərhin-nəvəvi" mətbəəsi. }
Səhih-Tirmizi öz edərəksənədilə Cabir-ibn-Abdullahdan rəvayət deyir: Peyğəmbəri (s) Ərəfə günü həcc edərkən "Qəsva" adlı dəvəsi üzərindən xitab edən gördüm. Eşitdim ki, O (s) deyir: “Mən sizin üçün Allahın kitabını və Əhli-Beytimdən olan ailəmi tərk edirəm. Əgər onlardan yapışsanız heç vaxt zəlalətə düşmərsiniz.” { Tirmizi, 2-ci cild, 308-ci səh. }
Bu hədisin tək özü, şi'ə məzhəbinin haqq olmasını sübut etmək üçün kifayət edər. Bu da Əhli-Beytə (ə) əlavə olaraq Qur'ani-Kərimdən yapışmaqla həyata keçir. Bu hədisin məzmununda Peyğəmbərin (s), özündən sonra Əhli-Beytindən (ə) yapışmağı əmr etməsini açıq-aşkar surətdə görürük. Qur'ani-Kərim əlavə olaraq bu cür bağlılıq nicat tapmaq və zəlalətə düşməmək üçün əsas şərtdir.
Müslim kimi, sünnilərin bir çox hədis alimlərinin bu hədisi öz sənədlərilə "Səhih" kitablarında yazmasına baxmayaraq, sünnilərin əksəriyyətinin bu hədisi bilməməsi, yaxud da eşidərkən sanki bu hədisin olmaması kimi inkar etməsi məni dəhəştləndirirdi. Əbu-Hüreyrənin rəvayət etdiyi bu hədisi, səhih hədis kimi dəlil gətirirlər. O hədis bu idi ki, Peyğəmbər (s) buyurub: "Mən sizin üçün Allahın kitabını və sünnətimi tərk edirəm. Əgər onları götürsəniz və ya əməl etsəniz, məndən sonra heç zaman zəlalətə düşmərsiniz." { Hakim öz "Müstədrək"ində bu hədisi rəvayət etmişdir. 1-ci cild, 98-ci səh. }
Bu hədisin mənbəyi barədə axtarış apararkən gördüm ki, heç bir səhih kitabda rəvayət olunmayıb. Buxari, Nəsayi, Zəhəbi və başqa hədis alimləri bu hədisi zəif hesab etmişlər. { Doktor Əhməd-ibn-Məs'ud-ibn-Həmdan "Şərh Usuli e'tiqadi Əhlis-sünnə vəl-cəmaə" kitabı. Tarixi təhqiq edərkən, həmin kitabın 80-ci səhifəsində deyir: "Bu hədisi Saheh-ibn-Musa-əl-Təlhi rəvayət etdiyi üçün sənədi zəifdir." } Hakim o hədisi öz "Müstədrək" kitabında rəvayət etmişdir. Halbuki sünni alimlərinin hamısı Hakimi, "Allahın kitabı və Əhli-Beytimdən olan ailəm...(düzəliş et) hədisini rəvayət edən Səhihi-Müslimdən bir dərəcə aşağı bilirlər.
Belə fərz edək ki, bu iki hədisin arasında heç bir ziddiyyət yoxdur. Lakin bunu da qəbul etməliyik ki, Hakimin rəvayət etdiyi hədisdəki, "sünnət" sözündən məqsəd, yalnız Peyğəmbərin (s) Əhli-Beytinin (ə) yolu ilə əxz olunan bir sünnətdir. Necə ki, Müslimin rəvayət etdiyi hədisdə bu, açıq-aşkar izah olunur.
Amma Hakimin rəvayət etdiyi "Allahın kitabı və sünnətim..." hədisi götürərək Müslimin rəvayət etdiyi, "Allahın kitabı və Əhli-Beytimdən olan ailəm..." hədisini tərk etməyə gəlincə isə bu yalnız sünni hədis alimlərinin müttəfiq olduğu "Müslimin hədisləri Hakimin hədislərindən üstündür" fikrinə əks deyil, bəlkə məntiq və əqlə də xilafdır. Çünki, bütün İslam tayfaları Peyğəmbərin (s) sünnətinə tabe olduqlarını iddia edirlər. Bu tayfalar arasında böyük ixtilafların baş verməsinə səbəb, Peyğəmbərin (s) sünnətini müxtəlif yollardan nəql olunmasıdır. Halbuki, bu hədislər Qur'ani-Kərimi açıqlayaraq tamamlayıcısı hesab olunur. Bütün müsəlman tayfaları da onun düzgün nəql olunmasına e'tiqad edirlər. Qur'ani-Kərimin təfsirində ixtilaflar törədən bu ixtilaflı hədislərin səbəbindən, Peyğəmbərin (s) sünnəti də müxtəlif sünnətlərə çevrilmişdir. Təbii ki, bunun səbəbində müsəlmanlar da müxtəlif məzhəb və təriqətlərə bölünmüşlər. Hətta belə rəvayət olunur ki, onların sayı 73 təriqətdir. Elə isə o sünnətlərdən hansı birinə tabe olma daha doğrudur? Bu, o ixtilafları dəqiqləşdirən hər bir şəxsin fikrində dolaşan fitri bir sualdır. Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların İslamda çaşqın qalmamaları üçün bu hədisə cavab verən daha üstün bir hədis gəlmişdir. Peyğəmbərin (s) müqəddəs göstərişləri, onun pak sünnətini Əhli-Beytinin (ə) yolu ilə əxz etməyə əmr edir. Həmçinin Qur'ani-Kərim də onların pak olması barədə söz açır. Onun sözləri, başqa mə'na daşımasına ehtimal olunmayacağı şəkildə aydındır. Bu əxz etməklik fitnə və zəlalətdən amanda qalmağın yeganə yoludur. |