Meqaleler kataloqu
Qozlu kükü
Azərbaycan kulinariyası Qozlu kükü
Tərkibi 6 yumurta, 2 dəstə göy soğan, 2 dəstə keşniş, 2 dəstə şüyüd, 1 dəstə ispanaq, 1 xorək qaşığı un, 0,5 stəkan qoz, 2 xörək qaşığı ərinmiş yağ, duz, istiot. Hazırlanma qaydası Göyərtilər təmizlənib yuyulduqdan sonra, xırda-xırda doğranılır. Sonra onun üzərinə un, yumurta, duz, istiot və narın xırdalanmış qoz əlavə edilib çalınır. Daha sonra tavada yağ qızdırılır, göyərti ilə çalınmış yumurta oraya tökülüb üstü hamarlanır və tavanın qapağı örtülüb bişirilir. Yumurta bərkidikdə, kükü romb şəklində formalara bölünür və o biri üzünə çevirərək qızardılır. Kükünü kiçik boşqaba qoyub süfrəyə verirlər.
|
Категория: Halal süfrə | Добавил: media-islam (12.08.2008)
|
Просмотров: 3806
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|