Çerşenbe axşamı, 03.12.2024, 21:02
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    TEKETTOF (ŞİE VE EHLİ SÜNNE ARASINDAKI İXTİLAFLI FİQH MESELELERİ)

    Namazda qiyam halında əllərin bir-birinin üstünə qoyulması «təkəttof» adlanır. Əhli sünnət namazda sağ əllərini sol əllərinin üstünə qoyurlar ki, bu da şiələrlə əhli sünnət arasında olan ixtilaflı məsələlərdən biridir. Şiələr bu əməli namazı batil edən amil bilirlər.?>

                    Əhli sünnətin öz arasında da bu məsələdə ixtilaf vardır ki, bütün dörd məzhəbin heç birində bu əməl vacib deyildir. Əhli sünnət həm əllərin nə cür və harada qoyulmasında  həm də hökümdə ixtilaflıdırlar. Əhli sünnətin daxilində bu ixtilafın olmasına səbəb Qurani- kərimdə möhkəm dəlil olmadığından yaranır. İbni Ruşd özünün «Bidayətul-muctəhid» kitabında dəstəmaz məsələsində Peyğəmbərin (s) namazını çoxlu sayda rəvayətlər gətirməklə vəsf edir, amma bununla belə haqqında bəhs etdiyimiz əmələ (təkəttof) dair bir neçə zəif rəvayət nəql edibdir və əməlin sonralar meydana gəldiyini göstərir. Əhli beytdən (ə) nəql olunan rəvayətlərdə (İləluş-şəraye) bu əməlin (təkfir)  məcuslara və atəşpərəstlərə məxsus olduğundan qadağan olunur. Səhih Buxaridə bu barədə bir neçə hədis nəql olunub. Həmin hədislər Peyğəmbərə bitişik sənədlə nəql olunmayıb. İbni Həcər «Fəthul-bari» kitabında deyir: «Bu hədislər mərfuə olduğu üçün zəifdirlər və onlara istinad etmək olmaz»          (Hədis elmində hədis silsilə sənədi göstərilməyib bir başa rəsulullaha bağlandığı halda mərfuə adlanır).

                     Səhih Muslim kitabındakı hədisdə bir nəfərin Peyğəmbərin əbasını özünə büküb sağ əlini sol əlinin üstünə qoyub namaza durduğu halda gördüyü nəql olunur. Bu hədisdə Peyğəmbərin felinə istinad olunub. Bu felin səbəbi aydınlaşmayana qədər ona istinad edib əməl etmək olmaz. Çünki ola bilər ki, Peyğəmbər soyuqdan, əbasının uzunluğundan və ya sinəsini örtdüyünə görə bu işi görübdür. Digər tərəfdən belə mühüm bir əməli hamı görməli və nəql etməli idi bir nəfərin nəqlinə etibar etmək olmaz.

                    Digər bir rəvayətdə deyilir ki, bir gün Əbdullah ibni Məsud sol əlini sağ əlinin üstünə qoymuşdu. Peyğəmbər (s) onu görüb yaxınlaşdı və sağ əlini sol əlinin üstünə qoydu.

                    Cavab: -Əbdullah ibni Məsudun keçmişinə nəzər salmaqla onun uzun illər boyu səhabə olmasını bidiyimiz halda bununla belə namazının hökümlərini bilmədiyi ağla sığmazdır. İkinci işkal hədisin sənədində Heysəm ibni Bəşirin olmasıdır ki, o yalançı və hədis qundaran kimi məşhurdur.

                     İmam Maliki əlləri biri-birinin üstünə qoymağı (təkəttof) məkruh bilir, amma əlləri aşağı salmağı müstəhəb hesab edir.
     
    HACI ELMAN İBADOV     tel: 055-752-27-40
    BAKI ŞƏHƏRİ       Email: 
    mirsad2007@mail.ru         20.10.2006
    MEDIA-ISLAM.COM


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (15.05.2008)
    Просмотров: 4200 | Рейтинг: 3.0/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər