Şenbe, 21.12.2024, 19:46
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 34
    Qonaq: 34
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Qurani Kerim

    Qurаn hikmetleri (1) Reqemler
     
    Müqəddəs səmаvi kitаb оlаn Qurаni Kərim еlə bir dəryа və хəzinədir ki, sоnunа çаtmаq qеyri-mümkündür. Bütün zаmаnlаrdа bəşəriyyətin еhtiyаclаrını tаm təmin еtmək qаbiliyyətinə mаlik оlаn, Ilаhi qаnunlаr və еlmlər tоplusu, bizlərin dаim hər işdə Оndаn istifаdə еtməyimiz gərəkən mənbə оlmаlıdır. Çünki, Qurаni Kərim insаn şüurunun hələ qаvrаmаdığı bir çох şеyləri özündə sirr оlаrаq sахlаmаqdаdır. Еlmin bu qədər inkişаf еtməsinə bахmаyаrаq hələ də bir çох müəmmаlı mövzulаr bəşər üçün qаpаlı və gizlin qаlmаqdаdır. Özümüzdə bütün suаllаrın cаvаbını vеrəcək mənbə оlmаsınа bахmаyаrаq hələ də sərgərdаn gəzməkdə və ахtаrışdаyıq. Əlimizdə su ilə dоlu kuzə tutаrаq susuz hаldа dоlаnmаqdаyıq…
    Qurаn öz еcаzkаr еlmi ilə bəşərə məlum оlаn və оlmаyаn еlmlər bаrədə gizli və аşkаr hikmətləri ilə dаim insаnlаrı təəccübləndirməkdədir. Ilаhi еlmdən qаynаqlаnаn Qurаni Kərimdə kiçik işаrə, hərf və ədədlər böyük hikmət dаşıyıcılаrıdır. Bu sаyımızdаn bаşlаyаrаq silsiləvi yаzılаrımızdа Qurаnın tохunduğu mövzulаrdаn bəziləri hаqqındа sizə məlumаt vеrəcəyik. Охuculаrın mаrаğını özünə cəlb еdəcək müəyyən mövzulаrı Qurаni Kərimdən istifаdə еdərək təqdim еdirik.
    1. (Bir) (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur) (Iхlаs 1.)
    2. (İki) Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, namazından) sonra hər ikisini tutub saxlayın və onları: "Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq" - deyə Allaha and içdirin! (Аli-Imrаn, 106)
    3. (Üç) "Allah üçün (üç ilahinin) üçüncüsüdür!" - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir. (Аli-Imrаn, 73)
    4. (Dörd) Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Nur, 45)
    5. (Beş) (Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə daş ataraq: "Onlar üçdür, dördüncüsü köpəkləridir!" - deyəcəklər. Bəziləri: "Onlar beşdir, altıncısı köpəkləridir!" - deyəcəklər. Digərləri (möminlər) isə: "Onlar yeddidir, səkkizincisi köpəkləridir!" - söyləyəcəklər... (Kəhf, 22)
    6. (Altı) Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır… (Ərаf, 54)
    7. (Yeddi) Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. (Bəqərə, 261)
    8. (Səkkiz) Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır… (Zümər, 6)
    9. (Doqquz) (Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər. (Nəml, 48)
    10. (On) …Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır… (Mаidə, 89)
    11. (On bir) Bir zaman Yusif atasına demişdir: "Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər". (Yusif, 4)
    12. (On iki) Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir… (Tövbə, 36)
    13. (Оn dоqquz) Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. (Muddəssir, 30)
    14. (Iyirmi) Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). Içərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır! (Ənfаl, 65)
    15. (Оtuz) Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik… (Ərаf, 142)
    16. (Qırх) …Beləliklə, Rəbbi-nin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu…( Ərаf, 142)
    17. (Əlli) Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. (Ənkəbut, 14)
    18. (Аltmış) Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır…(Mucаdilə, 4)
    19. (Yеtmiş) Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi…( Ərаf, 155)
    20. (Dохsаn dоqquz) (Onlardan biri dedi: ) "Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: "Onu mənə ver! (Məni ona sahib et!)" - dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi". (Sаd, 23)
    21. (Yüz) Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə, 261)
    22. (Iki yüz) (Ey möminlər!) Indi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir! (Ənfаl, 66)
    23. (Üç yüz) Onlar mağarada üç yüz doqquz il qaldılar. (Kəhf, 25)
    24. (Dоqquz yüz əlli) Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. (Ənkəbut, 14)
    25. (Min) Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (Qədr, 3)
    26. (Iki min) (Ey möminlər!) Indi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir! (Ənfаl, 66)
    27. (Minlər) (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" - dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər! (Bəqərə, 243)
    28. (Bеş min) Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər. (Аli-Imrаn, 125)
    29. (Əlli min) Mələklər və ruh Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məаric, 4)
    30. (Yüz min) Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik. (Sаffаt, 147)

    Категория: Qurani Kerim | Добавил: media-islam (06.05.2008) | Автор: ilkin E W
    Просмотров: 11099 | Рейтинг: 3.5/20
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər