AMERİKANIN İSLAM SİMASI - 30 Сентября 2008 - ....::İslam::....
Bazar, 04.12.2016, 07:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6763
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » Sentyabr » 30 » AMERİKANIN İSLAM SİMASI
    12:14
    AMERİKANIN İSLAM SİMASI
     
     
     
     
     
    Hər il ABŞ-da yerləşən məscidlərdə iki yüzə yaxın amerikalı İslama gəldiyini xəbər verirlər.
       Yeni müsəlmanların 64%-i afroamerikalılar, 27%-i ağ dərili  vətəndaşlar və 6%-i latınamerikalılardır. Bundan başqa yeni  islama gələnlər  tez-tez dini mərasimlərdə iştirak edirlər.  Onlar məscidlərə gələnlərin 30%-ni təşkil edirlər. Bununla belə Birləşmiş Ştatların amerika-islam əlaqələri üzrə Şurasının mütəxəsisləri təsdiq edirlər ki, anadangəlmə müsəlman olanların üçdə biri  məscidə  müntəzəm olaraq   gəlirlər.

        Ancaq 2003-cü ildə Muhəmməd Nimeranın dərc etdirdiyi "ABŞ və Kanada da islam cəmiyyətinin həyatı" kitabında "yeni müsəlmanlar"-ın ABŞ və Kanadanın islam əhalisinin beşdə birini təşkil etdiyi məlumatı verilir. Ümumiyyətlə  onların 14%-ni şimaliamerikalılar, qaradərililər   və bundan başqa  islama gələnlərin 5%-ni müxtəlif etnik və irq qruplarının nümayəndələri  təşkil edirlər, onların içində avropalılar, latınamerikalılar və dünyanın müxtəlif reğionlarının nümayəndələri vardır.

        Keçən ilin mayında Vaşinqton   "Pew Research Center"-in mütəxəsisləri sosioloji təhqiqatlar aparmışlar. Onlar ABŞ-nın müxtəlif din  nümayəndələrinin təxminən 100 min  nümayəndəsi ilə sorğu keçirmişdirlər. Amerika müsəlmanlarının üçdə biri məlumat vermişdir ki, din onların həyatında mühüm rol oynayır.  Müsəlmanların 28%-i sosioloqlara birinci növbədə amerikalı, sonra müsəlman olduqlarını söyləmişlər. Buna oxşar cavabları yevangelist xristianların 28% və zənci protestantlarının 33%-i də vermişlər. Onlar özlərini birinci növbədə  ABŞ –nın vətəndaşı,  sonra isə xristian   hesab edirlər.

        Amerika müsəlmanlarının yarısı hesab edirlər ki, Quran Allahın sözlərindən ibarətdir.Yevangelistlərin 66% və zənci protestantlarının 68%-i də Bibliyada verilən həqiqətlərin  də bu cür olduğunu təsdiq edirlər. Lakin Amerikanın  başqa dinlərə iman gətirən inanclılarının böyük bir hissəsi müqəddəs mətnlərə sən deyən o qədər də həyəcanlı yanaşmırlar.

        Baxmayaraq ki, ağ dərili yevangelistlərlə müsəlmanlar dinə münasibətdə bir-birinə çox bənzəyirlər, lakin onlar çox  vaxt  müxtəlif dini baxışlara malik olurlar. Bu mənada müsəlmanlar daha çox ənənəvi protestantları və dünyalaşmış amerikalıları xatırladırlar. Adətən ağ dərili yevangelistlərə arxalanan Respublika Partiyası,  Amerikada yaşayan müsəlmanların onda birini dəstəkləyirlər. Təxminən 60% amerika müsəlmanları demokratlara rəğbət bəsləyirlər.

       Amerika müsəlmanlarının 38%-i siyasi planda özlərini "mötədil" cinahda görmək istəyirlər. Katoliklərin içində  bu siyasi meylə,  kilsənin 46% ibadətedəni malikdirlər. Protestanlar, ateistlər və heç bir dinə etiqad etməyən amerikalılar arasında bu meyl 40%-dir. Ancaq müsəlmanların 3%-i, katoliklərin 4%-i və protestanların 7%-i bildirmişlər ki, onlar siyasi baxışlarında "mühafizəkardırlar".

     
        Sosioloqların sorğuları göstərmişdir ki, amerika cəmiyyətinin müsəlman hissəsi ilə  əhalinin   qalan hissəsinin,  hökumətin roluna olan münasibəti  fərqlənir. Belə ki,  müsəlmanların 70%-i bildirmişdir ki, onlar daha qiymətli və həcmli dövlət maşınına malik olmaq istəyirlər və bu maşın  təkcə  az saylı administrasiya aparatının idarəsi aitında olmasın, əksinə gərək öz vətəndaşlarına daha çox rifah və fayda verə bilsin. Ancaq ABŞ əhalisinin böyük bir hissəsi buna   əksini  fikirləşirlər. Onlar hesab edirlər ki, dövlət aparatına edilən xərclər və onun kəmiyyəti gərək minimal olsun və hər bir amerikalı özünə və yaxınlarına görə özü cavabdeh olmalıdır,  nəinki "Sem dayıya" bütünlüklə etibar etməlidirlər.

        Amerikanın başqa əhalisindən fərqli olaraq, okeanın o tərəfindəki müsəlmanlar əxlaq məsələlərində daha sərt mövqe tuturlar. Müsəlmanların 60%-i hesab edirlər ki, dövlət gərək əxlaqsızlıqla mübarizə aparsın. Bu məsələdə müsəlmanları, Birləşmiş Ştatların yalnız  beşdə biri dəstəkləyir.

       Amerika müsəlmanlarının yarısından çoxu ali təhsilli insanlardır. Təxminən müsəlmanların üçdə biri müxtəlif texniki və tibbi sahələrdə işləyirlər. Maraqla qeyd edə bilərik ki, onların içində jurnalistlər, hüquqşünas və kinomatoqraflar çox azdır. 2005-ci ildə  "Zogby  İnternational" kompaniyasının keçirdiyi sorğuya görə  amerika  müsəlmanlarının 36%-i ABŞ-da  dünyaya gəlmişdir və onların 58%-i kollec və universitetləri bitiriblər.

        Amerika müsəlmanlarının  gəlir səviyyəsi ölkənin orta göstərişlərini aşır. Amerikanın İslam davamçılarının yarısından çoxu  amerika vətəndaşlarının orta sinifini təşkil edirlər. Onların 28%-i varlılar sinifinə aiddirlər. Onların ancaq 10%-i aşağı gəlirə malikdirlər. Amerika müsəlmanlarının 77%-i xeyriyyə işlərində fəal iştirak edirlər.

        Amerika mütəxəsislərinin fikrinə görə, İslam ABŞ-da ən çox yayılan  dindir. Corctaun universitetinin mütəxəsislərinin apardıqları "Cəmiyyətdəki müsəlmanlar"adlı  təhqiqata görə müəyyən olunmuşdur ki, amerika müsəlmanları icmasının inkişafı bəzi faktorlarlardan asılıdır. Birinci olaraq, müsəlman ölkələrindən mühacirət edənlərin sayının artmasından asılıdır. Belə ki, məsələn 90-cı illərdə hər il Amerikaya təxminən 100 min etnik müsəlmanı yerləşirdi. İkincisi onların ailəsində başqa   aiələlərdən fərqli olaraq çox uşaq olmasıdır. Üçüncü faktor isə yeni müsəlmanların sayının  artmasıdır.



    Категория: Dünyada | Просмотров: 693 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər