Bazar ertesi, 30.12.2024, 20:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    ƏLLAMƏ HILLI
     
    Təvəllüdü Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli, Əllamə Hilli adı ilə məşhurdur. O mübarək şəxsiyyət hicri-qəməri təqvimi ilə 648-ci ilin Ramazan ayının 29-da Hillidə dünyaya gəlmişdi. Təhsili O, elm və mənəviyyatla dolu bir ailədə dünyaya göz açıb. Kiçik yaşlarından elm və kamal əldə etməyə sövq edirdi. İlk təhsilini və ərəb ədəbiyyatını atasından tədris almışdı. Həmin vaxtlarda Əllamə Hilli ümumi dərslərini həm atasından, həm də digər qohumlarından, o cümlədən, dayısı Mühəqqiq Hillidən, anasının əmisi oğlu Şeyx Nəcibuddin Yəhya bin Səiddən və Seyyid Əhməd bin Tavus, Rizauddin Əli bin Tavus və məşhur Həkim bin Məysəm Bəhranidən («Nəchül-Bəlağənin şərhi»nin müəllifi) tədris alırdı. Hətta həddi-buluğ yaşına çatmamışdan müctəhidlik zirvəsinə yetişmişdi. Həmin yaşlarından elmi, fəziləti, üstünlüyü və dahiliyi ilə tanındı və aydın bir gələcəyi olacağını hamıya məlum etdi. Əllamənin yaşadığı zəmanə Əllamə Hilli ana yurdunda böyüdü, təhsilini aldı və ömrünü yaşadı. Lakin, həmin zəmanə o zəmanə idi ki, Əllamənin vətəni, digər müsəlman məmləkətləri kimi, Moğolların zülm atəşi altında inildəyirdi. Elmi şəxsiyyəti O, zəmanəsinin dahisi idi. Fiqh, üsuli-fiqh, kəlam, məntiq, fəlsəfə, rical və daha bir çox digər sahələrə aid olan müxtəlif kitablar yazmışdı. Yüzə qədər qiymətli əsərləri müasir dövrümüzədək gəlib çatmışdır. «Təzkirət'ul-Fuqəha» kimi bu əsərlərin bir çoxu onun nə qədər üstün zəkaya sahib olduğuna ən gözəl dəlalətdir. Əllamə fiqhdə dayısının, məntiq və fəlsəfədə Xacə Nəsrəddin Tusinin tələbəsi idi. Əhli-sünnə fiqhini ayrıca olaraq əhli-sünnə alimlərinin yanında öyrənmişdi. Ustadları 1- Xacə Nəsrəddin Tusi 2- Mühəqqiq Hilli 3- Şeyx Səiduddin Yusif (atası) 4- Seyyid Əhməd b. Tavus 5- Seyyid Əli b. Tavus 6- İbni Məysəm Bəhrani 7- Şeyx Nəcibuddin Yəhya b. Səid 8- Şeyx Təqiyuddin Abdullah b. Cəfər b. Əli Sabbağ Hənəfi Tələbələri 1- Öz oğlu Fəxruddin Muhəmməd 2- Şeyx Əbül Həsən Məzidi 3- Qütbuddin Razi (Şəmsiyyə kitabının şarihidir) 4- Seyyid Əhməd b. İbrahim b. Zührə Əsərləri Qeyd edildiyi kimi, Əllamənin yüzə yaxın əsəri bizlərə məlum olmuşdur. Bunların ən önəmliləri aşağıdakılardır: 1- Əl-İrşad 2- Təbsirətül-Mütəallimin 3- əl-Qəvaid 4- Əl-Təhrir 5- Təzkirətül-Fükaha 6- Muhtələf'uş-Şiə 7- Əl-Müntəha 8- Şərh'ut-Təcrid 9- Minhacul-İstiqamət 10- Təlhisül-Kəşşaf Vəfatı Əllamə Hilli müqəddəs İslam şəriətini bərqərar etmək üçün məna dolu bir ömür yaşadıqdan sonra hicri-qəməri təqvimi ilə 726-cı ilin Məhərrəm ayının 19-20-də dünyasını dəyişdi. Onun qəbri Nəcəfdə, Mömünlərin Əmiri Həzrət Əlinin (ə) türbəsindədir.
    Категория: İslam alimleri | Добавил: media-islam (06.08.2008)
    Просмотров: 3359 | Рейтинг: 4.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər