Şenbe, 21.12.2024, 20:26
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 51
    Qonaq: 51
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    Xelifelerin Peyğemberin (s) hadislerini qadağan etmeleri haqda (1ci hisse)

    Əbu Bəkr Peyğəmbərin vəfatından sonra camaat üçün xütbə oxyaraq belə dedi: “Həqiqətən, siz Rəsuləllahdan hədislər nəql edirsiniz və onlarda ixtilafınız var. Sizdən sonra gələnlərin isə daha çox ixtilafları olacaq. Heç vaxt Rəsuləllahın hədislərini nəql etməyin və hər kəs sizdən soruşsa ona deyin: Sizinlə bizim aramızda Allahın kitabı var. Bəs, halalını halal, haramını isə haram bilin” (Zəhəbi “Təzkirətül-hifaz” 1 cild, səh 3)

     

    Aişə deyir: “Atam Rəsuləllahın hədislərindən beş yüzə qədər toplamışdı. Sonra axşam onun öz yatağında qurdalanaraq yuxuya getmədiyini gördüm. Öz-özümə dedim. Deyəsən narahatşılığı var, ya narahat edici bir xəbər eşitmişdir! Səhər aşıldıqda məni səsləyərək dedi: Qızım! Sənə əmanət tapşırdığım hədisləri gətir. Mən hədisləri gətirdim. Conra onların hamısını yandırdı” (“Kənzül-Ümmal” cild 10 səh 285, hədis 29460; “Təzkirətül-hifaz” Zəhəbi 1 cild, səh 5)

     

    Ibn Macə öz sünnəninin birinci hissəsindəƏt-Təvəqqi filhədis” fəslində Qorzət ibni Kə’bdən nəql edir ki, o demişdir: Ömər ibni Xəttab bizi Küfəyə göndərdi. Onun özü də Sərar adlı məntəqəyə qədər bizimlə gəldi. Ora çatdıqda bizı dedi: Bilirsiniz niyə sizinlə yol gəlirəm? Dedik: Hər halda ənsardan və Rəsuli-Əkrəmin əshabından olduğumuza görə. Dedi: Yox, bəlkə bir məsələ var ki, sizinlə o barədə söhbət etmək istəyirəm. Istəyirəm ki, onu unutmayasınız (ona əhəmiyyət verin). Elə buna görə də sizinlə bu qədər yol gəlmişəm.siz helə bir tayfaya tərəf gedirsiniz ki, Qur’an avazı onların sinəlırində, qazanda qaynar suyun səsinə bənzəyir. Onlar sizi gördükdə boyunlarını sizə tərəf uzadacaqlar (yəni sizinlə görüşdüklərinə görə sevinəcəklər) və deyəcəklər: Mühəmmədin ədhabı gəldi. Elə isə diqqətli olun, Rəsuləllahdanaz rəvayət nəql edin və bilin ki, mən sizinləyəm.

    Helə ki, Qorzət ibn Kə’b o diyara daxil oldu camaat ona dedi: Rəsuləllahdan söhbət et və bizə onun hədislərindən söylə. Qorzət dedi: Ömər bizi bu işdən çəkindirişdir. (“Təzkirətül-hifaz” Zəhəbi 1 cild, səh 7; “Sünən” ibni Mace 1 cild səh 12; “Sünən” Darəmi 1 cild səh 85).



    Mövzuya aid diger meqaleler


    Источник: http://www.islam-news.ru
    Категория: Şie cavabları | Добавил: al-shia (01.06.2008)
    Просмотров: 2516 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər