Sayğac
Onlayn: 1 Qonaq: 1 İsifadeçi: 0
|
Главная » 2008 » İyun » 9 » KEÇeN ESR DÜNYADA NeLeR OLDU
18:39 KEÇeN ESR DÜNYADA NeLeR OLDU |
İlk Atom Bombası (6 avqust 1945) - Yaponiyanın Hirosima şəhərinə tarixin ilk atom bombası atıldı. 80 min insan öldü.
(1900 - 2000)
1. İlk radio yayımı (1901) - İlk radio yayını Gulielma Markoni tərəfindən reallaşdırıldı.
2. San Fransisko zəlzələsi (18 Aprel 1906) - Tarixin ən böyük zəlzələlərindən biri San-Fransiskoda meydana gəldi. Şəhər tamamilə dağıldı.
3. İlk paltaryuyan maşın (1906) - İlk paltaryuyan maşın Alva Fişer tərəfindən hazırlandı.
4. İlk sərnişin təyyarəsi (21 mart 1908) - Tarixdə ilk sərnişin təyyarəsinin uçuşu həyata keçirildi.
5. «Ford-T» (12 avqust 1908) - Ford-T modelli seriya avtomobil bazarinda satışa çıxarıldı.
6. «Titanik» batdı (15 aprel 1912) - Dünyanın nəhəng transatlantik "Titanik" aysberqə çırpılaraq batdı. 1517 adam öldü.
7. l Dünya müharibəsi (28 iyun 1914) - Macar vəliəhdi Ers-hersoq Frans Ferdinand Sarayevoda bir serb əsgəri tərəfindən sui-qəst təşkil edilməsi l Dünya müharibəsinin başlamasına səbəb oldu.
8. Panama Kanalı (15 avqust 1914) - Atlantik ilə Sakit okeanlarını bir-birinə bağlayan 81 kilometr uzunluğundakı Panama kanalı açıldı.
9. Psixoanaliz (1916) - Zigmund Freyd "Psixoanaliz Qaydası"nı ortaya atdı.
10. Rasputin öldürüldü (30 dekabr 1916) - Çar ailəsinin uşağının səhhətinə üsbət təsir etmək vasitəsilə saray daxilinə girən Rasputin adlı keşiş, qısa müddət sonra zadəganların reaksiyalarını üzərinə çəkdi. Knyaz Feliks Yusubovun başçılığı ilə bir qrup onu əvvəl zəhərlədilər, sonra da tapanca ilə vurdular, ən sonda da buzlu çay sularına ataraq öldürdülər.
11. Rus inqilabı (25 oktyabr 1917) – Fevralda Rusiyada çar ailəsi iqtidardan uzaqlaşdırıldı, 25 oktyabrda isə (yeni təqvimlə noyabrın 7-də) bolşevik çevrilişi baş verdi. Müvəqqəti hökumətin yerinə "fəhlə-kəndli sovetləri iqtidarı" quruldu və bolşevikler rəhbərliyi ələ keçərdi.
12. ABŞ Döyüşdə (6 aprel 1917) - ABŞ prezident Uilsının qərarıyla I Dünya müharibəsində müttəfiqlərinə qoşuldu.
13. DNK şifrəsi həll edildi. - İnsanın yaranmasının şifrəsi Fransis Krik və Ceyms Uotsın tərəfindən həll edildi.
14. İlk vertolyot (helikopter) (18 fevral 1921) - Bugünkü vertolyotların atası ilk vertolyot fransız Ömişen tərəfindən havaya qalxdı.
15. İnsülin tapıldı (27 iyul 1921) - Tibbdə böyük bir kəşf olan İnsülin tapıldı.
16. TV kəşf edildi (1926) - Dünyanın ilk TV-si Skoç L. Baird tərəfindən kəşf edildi. Ancaq inkişafı əsrin ikinci yarısına qaldı.
17. Pensilin tapıldı (1927) – Aleksadr Fleming pensilini tapdı.
18. "Göy adaları" qaydası (1929) - Edvin Habıl "Göy adaları"nin bir-birindən uzaqlaşdığını təyin etdi. "Big Bang"in mənbəyi aydın oldu.
19. İlk Oskar (16 may 1929) - İlk Oskar mükafatları verildi.
20. "Təntən" doğuldu (10 may 1929) - "Təməl Rəis" doğuldu (1 iyul 1929) Məşhur cizgi filmi qəhrəmanı "Təməl Rəis" doğuldu.
21. İlk Çempiyonat (30 iyul 1930) - Montevideoda edilən ilk dünya futbol çempionatını Uruqvay qazandı.
22. Hindistana Müstəqillik (15 sentyabr 1931) - Londonda keçirilən yığıncaqda M.Qandi "Hindistana müstəqillik" istədi.
23. Hitler iqtidarı (10 yanvar 1933) - Adolf Hitler Almaniyanın kansleri oldu.
24. Ari İrq təmizliyi (8 Aprel 1933) - Almaniyada Ari irqindən olmayanlar dövlət postlarından təmizlənməyə başlandı.
25. Radar tapıldı (1935) - R.Watson Watt radar cihazını qurdu. Ancaq yayılması II Dünya müharibəsində müdafiə etmə məqsədli oldu.
26. Maksim Qorki öldü (14 iyun 1936) - Məşhur rus yazıçısı Maksim Qorki öldü.
27. II Dünya müharibəsi başladı (1 sentyabr 1939) – Almaniyanın Polşaya hücumu ilə II Dünya müharibəsi başladı.
28. "Külək kimi keçdi" (15 dekabr 1939) - Kino tarixinin əfsanəvi filmi "Külək kimi keçdi" nümayişə çıxdı. Baş rollarda Klark Qeybl və Viviyan Liy oynayırdı.
28. SSRİ-yə hücum (22 iyun 1941) - Almaniya Sovetlər Birliyinə hücum etdi.
29. Perl-Harbor basqını (7 dekabr 1941) - Yaponlar ABŞ-ın Sakit okean donanmasını Perl-Harbor bazasında ani bir basqınla yox etdilər. Beləliklə ABŞ-da da II Dünya müharibəsində iştirakçıya çevrilirdi. Perl-Harbor basqını yaddaşlarda dərin iz buraxmışdır.
30. Leninqrad (18 yanvar 1943) - Sovet ordusu Leninqradın 16 ay davam edən mühasirəsini yardı.
31. Yalta Konfransı (11 Fevral 1945) - Stalin, Ruzvelt və Çörçil bir yerə toplaşıb, döyüş sonrası dünyanı böldülər.
32. San-Fransisko Konfransı (25 aprel 1945) - 46 ölkə "Birləşmiş Millətlər Təşkilatı"nı qurmaq üçün bir araya gəldi.
33. İlk Atom Bombası (6 avqust 1945) - Yaponiyanın Hirosima şəhərinə tarixin ilk atom bombası atıldı. 80 min insan öldü.
34. Mahatma Qandi öldürüldü (30 yanvar 1948) - Hindli pasifist lider Mahatma Qandi öldürüldü.
35. Fələstinin işğalı ilə İsrail rejiminin quruluşu baş verdi (14 May 1948).
36. Kalaşnikov (1946) - Sovet silah mühəndisi Mixail Kalaşnikov tərəfindən edilən və öz adı verilən "Kalaşnikov" avtomatı dünya səviyyəsində məşhur oldu. O gündən etibarən bu avtomat yüzlərlə vətəndaş müharibəsi və döyüşdə istifadə edildi.
37. NATO quruldu (18 mart 1949) - Şimali Atlantik Razılaşma Təşkilatı (NATO) quruldu.
38. Kapitan Kusto dənizlərdə (24 noyabr 1951) - Məşhur dəniz alimi kapitan Kusto araşdırma gəmisi "Kalipso" ilə dənizlərə çıxdı.
39. İlk atom sualtı qayığı (14 iyun 1952) - ABŞ ilk atom sualtı qayığı dənizə endirdi.
40. İlk kompüter (1952) - İlk kompüter IBM701 hazırlandı.
41. Tranzistorlu radio (1952) - İlk tranzistorlu radio "Sony" firması tərəfindən hazırlandı.
42. Everestə çıxıldı (29 iyul 1953) - Dünyanın ən yüksək pilləsi olan 8888 metrlik Everest təpəsinə çıxıldı. Çıxış Edmınd Hilari və bələdçisi Tenzinq tərəfindən reallaşdırıldı.
43. Mak Donalds şəbəkəsi (1954) - İlk "Fast food" yemək şəbəkəsi olan Mak Donalds açıldı.
44. Bağdad Paktı imzalandı (21 noyabr 1955) - Türkiyə, İran, Pakistan və İngiltərənin iştirakıyla Bağdad Paktı imzalandı.
45. Kiprdə narahatlıq (12 yanvar 1956) - Kiprli yunanların bir türkü öldürmələri nəticəsində İngiltərə adaya hərbi qüvvə çıxardır.
46. İlk peyk (4 oktyabr 1957) – Sovet İttifaqı ilk süni peyki «Sputnik-1»-i kosmosa çıxardı.
47. Kosmosda ilk insan. (12 aprel 1961) - SSRİ kosmosa ilk insan olan Yuri Qaqarini göndərdi. Sovetlər kosmos yarışında ABŞ-dan bir addım önə keçdilər.
48. Berlin divarı (20 avqust 1961) - Şərqi Almaniya, iki sistemi bir-birindən ayıracaq olan və illərlə "Utanc divarı" olaraq xatırlanacaq Berlin Divarının inşasına başladı.
49. Kennediyə sui-qəsd (22 noyabr 1963) - ABŞ prezidenti Con F. Kennedi, Texasda bir sui-qəsd nəticəsində həyatını itirdi. Sui-qəsd şübhəlisi olaraq Li Harvi Osvald həbs olundu. Lindın B. Conson ABŞ-ın yeni prezidenti olaraq vəzifəyə başladı.
50. Vyetnam müharibəsi (7 avqust 1964) – ABŞ-ın Viyetnama hərbi müdaxiləsi.
51. Malkolm X şəhid edildi (21 fevral 1965) - Zənci müsəlman lider Malkolm X Nyü-Yorkda çıxş etdiyi əsnada 16 güllə ilə şəhid edildi.
52. Məhəmməd Əli fenomeni (25 may 1965) - Ağır çəkidə boks çempionu Məhəmməd Əli, etdiyi ünvan görüşündə Soni Listını ilk raundda nakaut etdi.
53. İlk ürək nəqli (3 dekabr 1967) - Cənubi Afrikalı Dr. Kristiyan Bırnard ilk ürək əməliyyatını reallaşdırdı. Xəstə 18 gün sonra öldü.
54. Martın Lüter Kinq öldürüldü (4 aprel 1968) – ABŞ-da zəngilərin hüquqlarının müdafiə üzrə tanınmış xacim, zənci lideri Martın Lüter Kinq öldürüldü.
55. Çexoslavakiyanın işğalı (21 avqust 1968) - Çexoslavakiyada Aleksandır Dubçekin iqtidara gəlməsiylə başlayan müstəqil sosializm axtarışı Sovet tanklarının Praqaya girməsiylə sona çatdı.
56. Ayda ilk insan (21 iyul 1969) – ABŞ-a aid «Apollo-11» kosmos vasitəsi Aya endi. Nil Armstronq Aya ayaq basan ilk insan oldu. Bu insanlıq üçün buyük bir addım oldu. Sonralar o,ayda Qurani-Kərimi gördüyünü və azanı dinlədiyini dünyaya çatdırdı.
57. Soljenitsin Nobel aldı (10 dekabr 1970) - Sovet rejimi müxalifi, "QULAQ Arxipelaqı"nın müəllifi Aleksandr Soljenitsin Nobel ədəbiyyat mükafatını aldı.
58. Helsinki zirvə toplantısı (1 avqust 1975) - Helsinki zrvə toplantısında "İnsan Haqları Müqaviləsi"nə 35 ölkə imza atdı.
59. Əfqanıstanın işğalı (24 dekabr 1979) – SSRİ Əfqanıstanın işğalına başladı.
60. Əsrin Toyu (29 iyul 1981) - İngiltərə Uels Şahzadəsi Çarlz ilə Şahzadə Diana möhtəşəm bir mərasimlə evləndi.
61. AİDS (SPİD) virusu tapıldı (23 aprel 1984) - AİDS xəstəliyinə səbəb olan virus tapıldı.
62. İndira Qandi öldürüldü (31 oktyabr 1984) - Hindistanın baş naziri İndira Qandi gözətçisi tərəfindən öldürüldü.
63. «Çelencer» faciəsi (28 yanvar 1986) - Amerikan kosmos raketi «Çelencer», qalxdıqdan 72 saniyə sonra partladı. Ekipajın 7 üzvünün hamısı öldü.
64. Çernobıl faciəsi (26 aprel 1986) – Sovet İttifaqında, Belorusiya SSR-də Çernobıl atom elektrik stansiyasının nüvə reaktorunda partlayış oldu. Radioaktiv sızma bböyük bir ərazini yaşamaq üçün mümkünsüz etdi. Çoxlu sayda insan tələfatı baş verdi, minlərlə insan şüa xəstəliyinə düçar oldu.
65. Tiyan-an-mın hadisələri (3 iyun 1989) - Çinin paytaxtı Pekindəki Tiyan-an-mın meydanında etiraz edən tələbələrin üzərinə atəş açıldı. Çoxlu sayda gənc öldü.
66. Berlin səddi söküldı (9 noyabr 1989) - II Dünya müharibəsi sonrası Şərqi və Qərbi Almaniya ilə iki sistemi bir-birindən ayıran "Berlin səddi" dağıdıldı.
67. Soyuq müharibə bitdi (3 dekabr 1989) - Maltada görüşən Corc Buş-ata və Mixail Qorbaçov soyuq müharibənin bitdiyini rəsmi olaraq bəyan etdilər.
68. Mandela həbsxanadan çıxdı (11 fevral 1990) - Cənubi Afrikalı zənci lider Nelson Mandela həbsxanadan çıxdı.
69. Körfəz müharibəsi. (16 yanvar 1991) - "Səhra fırtınası" deyə kodlaşdırılan, İraqı Küveytdən geri çəkilməyə məcbur etmə adı ilə ABŞ və müttəfiqlərinin əməliyyatı başladı. Bağdada hava və mərmi zərbələri başladı.
70. Yuqoslaviyada vətəndaş müharibəsi (29 iyun 1991) - Yuqoslaviyada etnik zəmində vətəndaş müharibəsi alovlanır.
71. Nüvə razılaşması (3 yanvar 1993) - Moskvada bir araya gələn Buş-ata və Yeltsin Nüvə silahlarını azaltma haqqında müqavilə imzaladılar.
72. Çeçenistanın işğalı (11 dekabr 1994) - Rusiya qoşunları birtərəfli olaraq müstəqillik elan edən Çeçenistana girdi.
73. Qoyun dölünün klonu (23 fevral 1997) - Şotlandiyalı alimlər dünyada ilk dəfə bir qoyunun klonunu yetişdirdilər.
74. Honq Konq Çinə qayıtdı (1 iyul 1997) - Honq Konq 156 illik ingilis rəhbərliyindən sonra razılaşmaya əsasən təkrar Çin rəhbərliyi altına girdi.
75. Şahzadə Diana öldü (31 avqust 1997) – Keçmiş ingilis şahzadəsi Şahzadə Diana Parisdə keçirdiyi avtomobil qəzasında öldü. Qəza, yanında nişanlısı Dodi Əl-Fayed varkən müəmmalı şəraitdə baş verdi. Bəzi versiyalara görə, bu qəza deyil, əslində şahzadə Diananın İslamı qəbul edib, əl-Fayedə ərə getməsinin qarşısını almaq üçün törədilən terror aktı idi.
76. Avro «doğuldu» (yanvar 1999) – Avropanın ümumi pul vahidi olan "avro" dövriyyəyə daxil oldu.
77. Kosovaya NATO hərəkatı (12 yanvar 1999) - Kosovaya NATO təyyarələrindən bomba yağmağa başladı. Hərəkatın 79-cu günündə - 12 iyunda bombardman sona çatdı.
78. Əsrin son Günəş tutulması (11 avqust 1999) - Əsrin son günəş tutulması dünyada maraqla ilə izlənildi.
79. Türkiyədə zəlzələ (17 avqust 1999) - Türkiyənin Mərmərə bölgəsində 7.4 bal gücündə zəlzələ baş verdi 17.118 insan öldü.
80. Bəşəriyyət XXI yüzilliyə qədəm qoydu…
Mehdi Fərəc İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
|
Категория: Dünyada |
Просмотров: 1275 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|