Bazar, 22.12.2024, 05:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

    Həzrət Məhdi (əleyhissəlam) ilə görüş

    Zalım Abbasi hökuməti İmam Əskəri əleyhissəlamın oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki , o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki , sonralar , yə’ni , İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr , şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş , beləliklə də, onun anadan olmasına yəqinlik taparaq , lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş , [1] lakin bunların içərisində ən əsası çox güman ki , İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.

    Həsən ibn Əyyub ibn Nuh [2] deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani) , İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu , məndən sonra sizin İmamınız , mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak , dininiz isə məhv olub gedər...” [3]

    İMAMLA GÖRÜŞӘNLӘR

    Qeybəti-kübra dövründə imam Zaman (ə.f.) özünü kimsəyə göstərmədiyi və xalqın o həzrətlə görüşməkdən məhrum olduğu bir halda, bir sıra aşiq və pakürəkli adamlar bə`zən imamı görüb onunla danışıblar. O cümlədən:

    1. Şəmsəddin ibni İsmail Herqeli atası haqqında belə demişdir:

    Atamın budundan bir yara izi var idi. Bir gün atam həmin yara barədə belə dedi: Cavanlığımda budum yaralanmışdı və mənə çox əziyyət edirdi. Bir gün Hillə şəhərində dostum Seyid Rəziyəddin Tavusun yanına getdim. O, həkimləri çağırdı ki, budumun infeksiyalı yarasını müalicə etsinlər. Onlar belə nəzər verdilər ki, əgər budum üzərində cərrahiyə əməliyyatı aparılsa, damarım kəsilər və ölərəm. Gələn il də Seyid məni Bağdada apardı. Bağdadın həkimləri də Hillə həkimlərinin sözünü təkrar etdilər. Bir gün ümidsiz bir halda Samirraya imamları ziyarət etmək üçün getdim. Gecəni orada qaldım və imam Zamanı (ə.f.) köməyə çağırdım. Səhərçağı Dəcəl sahilinə gedib paltarımı yudum və qüsl etdim ki, yenidən ziyarətə qayıdım. Yolda dəvəyə minmiş iki nəfərlə qarşılaşdım. Onların çöldə yaşayan ərəblər olduğunu güman etdim. Onlar mənə salam verdilər. Onlardan biri mənə «yaxın gəl» - dedi. Mən paltarımı təmizlədiyim və çöl ərəblərini pak bilmədiyim üçün yaxın getmədim. Çünki paltarım hələ yaş idi və qorxurdum ki, onların əli paltarıma toxunduqda paltarım və bədənim yenidən murdar olsun. Elə bu fikirdə idim ki, birdən onlardan biri məni özünə tərəf çəkərək əlini budumun yarasının üstünə qoyub basdı və «ey İsmail, rahat oldun. Artıq ağrı çəkməyəcəksən» - dedi. Mən təəccüblənib onun mənim adımı haradan bildiyini düşünürdüm ki, xudahafizləşib getdi. Mən öz-özümə «bəlkə imamımdır» - deyə düşünüb dalınca getdim və yalvardım ki, dayansın. Birdən qayıdıb «ey İsmail, qayıt get» - dedi. Mən qulaq asmadım və yenə də onun dalınca getdim. İmamla birlikdə olan kişi dedi: «Ey İsmail, imamın əmrinə tabe olmadığından utanmırsan?» Bu vaxt mən yəqin etdim ki, o, bu ümmətin başçısı və imamıdır. Dayanıb ona baxdım və bir azdan sonra daha onları görmədim.

    Şəmsəddin belə deyir: O gündən sonra atam ardıcıl olaraq hər il Samirraya gedirdi ki, bəlkə bir daha imamı görsün. Lakin daha imamı görmədi və onu görmək həsrətilə də dünyadan getdi.

    2. Seyid Məhəmməd Cəbəlamili dostlarından biri üçün etdiyi səfəri belə nəql etmişdir: Məşhədə getmişdim. Kifayət qədər pulum olmadığından çox çətinliklə keçinirdim. Bir gün karvanın hərəkət etməyə hazırlaşdığını eşitdim. Mən qarnımı doydurmaq üçün bir tikə çörəyim də olmadığına görə hərəmə gedib ağladım. Sonra özümü karvana yetirmək qərarına gəldim. Çünki əgər qalsaydım, qışın soyuğunda ölərdim. Ac-acına yola düşdüm və qupquru qızmar bir biyabana çatdım. Susuzluqdan hərəkət etməyə qadir deyildim. Yemək üçün ot-ələf də tapılmırdı. Hava qaranlıqlaşandan sonra yırtıcı heyvanların nə`rəsi məni dəhşətə gətirmişdi. Mən ağlayıb ölümə təslim oldum. Çox keçməmişdi ki, ay çıxdı və heyvanlar susdular. Bu zaman bir yüksəklik görüb ona tərəf getdim. Orada bir bulaq gördüm. Çox sevindim, dəstəmaz alıb namaz qıldım. Aclıqdan daha hərəkət edə bilmirdim. Orada yatıb ölümümü gözlədim. Birdən mənə tərəf gələn bir atlını gördüm. Öz-özümə «oğrudur, amma heç bir şeyim olmadığına görə hirsindən məni öldürəcək» - deyə düşündüm. Lakin mənim yanıma çatanda salam verdi. Salamını aldım. Bildim ki, oğru deyildir. Sonra mənə burada nə edirsən? dedi. Çətinliklə cavabını verdim: Çox acam və yolumu azmışam. Dedi: «Yanında neçə dənə qovun vardır, niyə acsan?» Mən hər yeri axtarıb heç bir şey tapa bilmədiyim üçün zarafat etdiyini sandım. Ona dedim: Məni lağa qoyma. Burax elə burada ölüm. Dedi: «Zarafat etmirəm. Arxana bax.» Arxama baxdıqda üç dənə qovun gördüm. Dedi: «Onlardan birini ye, ikisini də saxla. Bu yoldan düz get, axşamüstü bir çadıra çatacaqsan. Onlar səni karvana yetirərlər.» Sonra gözümdən qeyb oldu. Tez özümə gəlib başa düşdüm ki, imam Zaman (ə.f.) imiş. Әmrə uyğun olaraq qovunlardan birini yedim, ikisini də götürüb yola düşdüm. Sabahısı gün nahar vaxtı qovunlardan birini də yedim və buyurduğu kimi axşamüstü bir çadıra çatdım. Onlar məni çadırın içinə aparıb doyunca yedirtdikdən sonra karvana yetirdilər.


    [1] Kəmalüddin, səh. 434–478.

    [2] Həsən ibn Əyyub ibn Nuh İmam Əskəri əleyhissəlamın vəkillərindən olmuşdur.

    [3] Əl-Qeybət, səh.204.

    Категория: Dini meqaleler | Добавил: media-islam (29.02.2008) | Автор: ilkin E W
    Просмотров: 1947 | Рейтинг: 2.7/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər