Çerşenbe, 25.12.2024, 09:13
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    MARAQLıdı OXUYUN

    YALNIZ ƏHLİ-BEYT MƏKTƏBİ VASİTƏSİLƏ VƏHDƏTƏ ÇATMAQ MÜMKÜNDÜR
        (əvvəli ötən sayımızda)
        “...Bilin ki, siz İslam bağını qırdınız. Müsəlmanlıq çərçivəsindən çıxdınız, hökmlərini öldürdünüz.
        Ey insanlar, haqqa yardım etməkdə bir-birinizdən ayrılmasaydınız, sizə bərabər olmayanlar, sizi məğlub etməyə çalışmayacaqdılar, məğlub etdiyiniz adamlar qüvvət əldə edə bilməzdilər. Fəqət siz Bəni-İsrail kimi çöllərə düşdünüz... Məndən sonra çaşqınlığınız qat-qat artıq olacaq... Bilin ki, sizi həqiqət yoluna çağırana qulaq assaydınız, o sizi Peyğəmbərin getdiyi yolla aparardı, insafsızlığa düşməzdiniz, boyunlarınızdakı ağır yükləri atardınız.”
        Sanki Əli (ə) müsəlmanların bugünkü düşdüyü vəziyyəti görərək, dilindən səslənən belə ah-nalələr ilə müsəlmanların halına yanaraq onların itaətdən çıxdıqlarını tənqid edib, bunun özlərinin zərərinə olduğunu vurğulayır.
        Əli (ə) buyurur: “Sonra kərəm Sahibi onu öz məqamına aldı. O sizin aranızda ümmətləri içərisində deyəcəyini dedi. Çünki peyğəmbərlər (ə) ümmətlərini başsız buraxmadılar, aydın yol qoydular, bir bayraq qaldırmamış onları tərk etmədilər.”
        Cəmiyyətlər heç vaxt başsız qala bilmədiyi və bir idarə edənə möhtac olduğu üçün sonuncu dini qurub, kamillik mərhələsinə çatdırdıqdan sonra ömrünün sonunda İslam Peyğəmbəri (s) özündən sonra həyatın bütün məsələlərində ona itaət vacib olanı, şəxsi hislərə uymayan, günahdan uzaq, səhv etməyən, bəşəri daim həqiqətlərə doğru istiqamətləndirə biləcək şəxsi, Allah tərəfindən seçilən “Ulul - əmri” xalqa tanıtdırdı. Peyğəmbər (s) özündən sonra bu cəmiyyətin dağılmasından, aralarındakı vəhdət və qardaşlıq əhval-ruhiyyəsinin getməsindən narahat idi. O yaxşı bilirdi ki, İslam ümməti ədalətli və alim İmamın rəhbərliyinə möhtacdır və kim bu vəzifəyə daha layiqdir. O şəxs Əli ibn Əbu Talibdir ki, heç vaxt Allaha şərik qoşmayıb, heç vaxt bütə sitayiş etməyib, İslam yolunda ən çətin məqamlarda canını təhlükəyə ataraq fədakarlıq göstərib və onun elmi İslam Peyğəmbərinin (s) elmindən qaynaqlanıb.
        Peyğəmbər (s) dəfələrlə müsəlmanların yollarını azmaması üçün iki ağır əmanətdən-Quran və Əhli-beytdən ayrılmamağın, onlara itaət etməyin vacibliyini çatdırıb. O Həzrət (s) hələ risalətin əvvəlindən başlayaraq ayrı-ayrı vaxtlarda qarşıya çıxan müxtəlif hadisələr və məsələlər ilə əlaqədar Əhli-beytin (ə) məqamını, fəzilətlərini müsəlmanlara bəyan edirdi.
        “Mübahilə” ayəsində Allah, Əhli-beyti (Əli, Fatimə, Həsən, Hüseyn) Peyğəmbərin (s) özündən qabaq zikr etməklə, onların xüsusi mövqeyə malik olmalarını bildirir və müsəlmanlara Əhli-beytin (ə) yüksək məqamını, hörmətini, əzəmətini anladır.
        “Təthir” ayəsi və “Kisa” hədisi onların günahdan uzaq, pak-pakizə olduqlarını müsəlmanlara çatdırır.
        “Məğəddə” ayəsi Əhli-beytə məhəbbət bəsləməyin vacibliyini bildirir.
        “Salavat” ayəsi namazlarda salavat göndərməyin vacibliyi bildirir və Qiyamət gününədək müsəlmanların diqqətini Əhli-beytə tərəf yönəltmək istəyir.
        Peyğəmbər (s) “Səqəleyn” hədisi vasitəsilə, müsəlmanların yollarını azmamaları üçün, onların Quran və Əhli-beytdən ayrılmamalarını təkid edir.
        “Səfinə” hədisində isə yalnız Əhli-beytin müsəlmanlar üçün nicat gəmisi olmasını göstərir və Əhli-beyti ixtilaf və azğınlıqdan qoruma vasitəsi və ümmətin vəhdət mərkəzi kimi müəyyən edir.
        Peyğəmbərin (s) özündən sonrakı zamanlar üçün nəzərdə tutduğu məqsəd və hədəfi, əsas diqqəti Əhli-beytə yönəltmək idi. Bu hədəfdə əsas məqsəd İslam ümmətinin çətinliklər qarşıya çıxarkən, ixtilaf, parçalanma təhlükəsi yarandığı zaman xalqın xilas yolu, ümmətin ümid yeri olan yalnız Əhli -beytə üz tutmaları üçün idi. Çünki Əhli-beyt (ə) yolu Peyğəmbərimizin (s) gətirdiyi İslam yolundan başqa bir yol deyil. İslam da Əhli-beyt (ə) yolundan başqa bir yol deyil. İslamı Əhli-beyt (ə) məktəbindən öyrənərək, o Məsumların göstərdiyi yol ilə gedənlərdən olaq, inşaallah.
        “Nəhcül - bəlağə” İslam Peyğəmbərinin (s) haqq canişini olan Əlinin (ə) nümunəvi həyatını özündə əks etdirən bir kitabdır. Bu Kitab Əlinin (ə) bir süfrəsidir ki, müsəlmanlar ondakı nemətlərdən, öyüd-nəsihətlərdən bəhrələnərək, dərs almalıdırlar.
        Biz də, bu kiçik məqalədə o Həzrətin (ə) dilindən söylədiyi kəlamlardan istifadə edərək, müsəlmanlar üçün indiki zamanda ən vacib, ən zəruri və ən nəhayət düşmənlərin ən çox qorxduğu ümmətin birliyə, vəhdətə gəlmələri üçün bəzi məsələləri “Nəhcül-bəlağə” işığında açıqlamağa çalışdıq. Sözümüzü Quran ayəsi və dua ilə bitiririk: “...əzab gəlməmişdən əvvəl, Rəbbinizdən nazil edilmişlərin ən gözəlinə tabe olun!”
        İlahi! Müsəlmanlara düz yolu-hidayət yolunu, nicat və səadət yolunu anlat! Əhli-beyt məktəbində birləşərək, vəhdətə gəlmələrini tezləşdir! Hidayət olunub düz istiqamətdə hərəkətlə, dünya və axirət kəramətini bizə nəsib et! Bütün dünyada tezliklə İslam bayrağını ucalt!

    Категория: Dini meqaleler | Добавил: media-islam (17.03.2008) | Автор: ilkin E W
    Просмотров: 2309 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər