Cüme axşamı, 07.11.2024, 10:29
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 13
    Qonaq: 13
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    AYAQLARI YUMAQ VE YA MESH ETMEK (ŞİE VE EHLİ SÜNNE ARASINDAKI İXTİLAFLI FİQH MESELELERİ)

     Bu ixtilaf  «Maidə» surəsi 6-cı ayədə  «  أَرْجُلَكَمْ» kəliməsinin qiraətindən irəli gəlir. ?>

    «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun)»

                    Bu ayədəki «məsh» və ya «yumaq» üstündə yaranan ixtilaf ayənin ərəb dilindən qrammatik qaydalarına dair əsasların dərkindən yaranıbdır. Burada şiə alimləri ayaqların məshinə, amma əhli sünnət alimləri ayaqların yuyulmasına fətva veriblər. Böyük  əhli sünnət təfsirçisi Fəxre Razi təfsirində üç nəfər ravidən (İni Əbbas, Ənəs ibni Malikdən, Amir Şuəbidən) ayaqların yuyulmasına dəlalət edən iki hədis və məsh olunmasına da dəlalət edən iki hədis nəql edibdir. Bu səbəbdən dörd məzhəb (hənəfi, hənbəli, şafei və maliki) ayaqların yuyulmasının və şiə məzhəbi məsh olunmasının vacibliyini iddia edirlər. İbni Cəzm Undulusi «əl-Muhəlla», Fəxre Razi «Məfatihul-ğəyb» və Zəməxşəri «əl-Kəşşaf» kitabında məsh etməyin vacibliyini söyləyiblər. Əhli sünnət qardaşlarımız ayaqda «məsi» deyilən dəri çarıq olanda məsh etməyi caiz bilirlər, bu geyim olmadıqda ayaqları yumağı vacib edirlər. İndi isə sual olunur  əhli sünnət onlara sərf etməyən hər bir məsələdə tez Qurani-kərimdən sübut üçün ayə gətirməyi tələb edirlər. İndi biz onlardan sual edirik ayaqlarda «məsi» deyilən dəri çarıq olanda məsh etməyin caiz olduğunu hansı əsasla söyləyirlər. Amma bununla belə onlar şiələrin Qurani-kərimdə dəstəmaz ayəsindən istifadə edib ayaqların məsh etdiklərinin batil olduğunu iddia edirlər.

                    Əgər ayaqların məsh olunmasının nə faydası var? ayaqlar ola bilsin toz-torpağa bulaşmış olsun və bu halda yəqin ki, yumaq daha faydalıdır kimi fikir söyləyən olsa onda onların cavabında cavab olaraq deyirik. Biz razıyıq ki, dini ayinlər müəyyən məsləhətlər üstündə qurulubdur, amma biz həmişə həmin məsləhətləri dərk edə bilmirik.

                     Əhli sünnət alimlərinin bəziləri dəstəmazda başın hətta bir barmaq miqdarında məsh olunmasının kifayət etdiyi haqda fətva veriblər. İndi biz sual edirik, əgər biz dini ayinlərdəki məsləhəti dərk edə biliriksə başın bu miqdarda məsh edilməsində nə fayda vardır?

                    Beləliklə də qətiyyətlə deyə bilərik ki, biz şəri hökümlərdə məsləhət axtarmamalıyıq onlara nöqtəsinə kimi əməl etməliyik, onları öz zövqümüzə görə dəyişdirməyə çalışmamalıyıq. Yoxsa nəticədə biz də Muhəmməd ibni Əbdulvəhhab kimi özümüz haqq yolundan azacaq və də yazıq camaatı azdıracağıq.
     
    HACI ELMAN İBADOV     tel: 055-752-27-40
    BAKI ŞƏHƏRİ       Email: 
    mirsad2007@mail.ru         20.10.2006
    MEDIA-ISLAM.COM


    Другие материалы по теме
    Категория: Şie cavabları | Добавил: iravani (14.05.2008)
    Просмотров: 3341 | Рейтинг: 3.0/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər