Şenbe, 21.12.2024, 15:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    Allame Ayetullah Seyyid Murtaza El Askeri
     
     
    İslami elmlər sahəsində nüfuz adların başında gələn İslam üləmasının tanınmış siması Allame Ayetullah Seyid Murtaza əl-Əsgəri h. k 1332 Cemaziyülahırın 8 inde müqəddəs Samarra şəhərində doğuldu. İslami elmlərlə əlaqədar təhsilinə uşaq yaşdan başlayaraq mukaddematını bu şəhərdə tamamladı. Üsul elmlərində ,mərhum şeyx Abbas Əli İslami kimi qiymətli alimlərin elmi mübahasa və müzakirə yoldaşı oldu.

    Allame Əsgəri h. k 1349 da Quma hicrət etmək üzrə Samerradan ayrıldı, beləcə 1350-ci ilin məhərrəm ayında Quma ayaq basaraq bu elm şəhərində üç il iqamət etdi.

    İslami elmlər mərkəzi olan Qum şəhərində yüksək üsul və fiqh dərslərini şeyx Murteza Xeyiri və Seyid Əhməd Seccadi kimi yaxın dərs və mübahasa yoldaşlarıyla birlikdə dövrün ən seçmə alimlərindən Seyid Şahabeddin Maraşi Nəcəfi və şeyx Məhəmməd Hüseyin Şeriatmedari nezdində tamamladı. Bu arada İmam Xomeynidən (ra) bəzi əqaid dərsləri aldı. Şeyx Mirzə Xəlil Koreyanının təfsir dərsləriylə, Razeviyye mədrəsəsinin başçı və mütevellisi Ayetullah şeyx Mehdi Şəhidin İslam əxlaq və təhsil dərslərinə qatıldı. Bu mədrəsədə iki il boyunca adı çəkilən ustadlar nezdində təhsil alıb irşad olduqdan sonra Fevziye mədrəsəsinə keçdi.

    Baas partiyası ,küfr ideologiyasıyla İraqda rəhbərliyi ələ keçərincə allame Əsgəri, mərhum Ayetullah Həkim liderliyində bu rejimə qarşı mübarizəyə giriş idi. Çox keçmədən haqqında həbs əmri çıxarıldı və h. k 1389 da Livana qaçmaq məcburiyyətində kaldı.Lübnanda İmam Sadr,Muhammed Hüseyin Fazlullah və şeyx m. Mehdi Şemsuddin kimi iddia yoldaşlarıyla birlikdə Baascı İraq rejiminə qarşı mübarizəsini davam etdirdi.

    Çox keçmədən, Baascı İraq rejiminin özünü Livandan İraqa qaçırmağa cəhd etməsi üzərinə İrana getdi. Bir xeyli irəliləmiş yaşına baxmayaraq ,İslami araşdırmalarını davam etdirdi. Sıx araşdırma və həcmli təliflərdə bulundu.İranda vaxtını daha çox əsər yazmaq və ya yarım qalan əsərlərini tamamlamaqla keçirdi.

    Eyni zamanda İraq rejiminə qarşı mübarizə verən Müsəlman qrupları var gücüylə dəstəkləməkdən geri dayanmadı. Ayrıca h. k 1398 də Tahranda İslami Elm Dərnəyi və Qumda Üsul-i Din Fakültəsini qurdu.

    Allamenin Təlif Əsərləri

    1-Yüzə Əlli Uyduruk Səhabə

    2-Abdullah b. Səba Nağılı

    3-Ümmül Möminin Hz Aişənin İslam Tarixindəki Rolu (2cilt)

    4-Muallimul Medreseteyn (3cilt)

    5-Kitab Və Sünnə İşığında Məsələlər (14 dəri)

    6-İslam Dininin İhyasında Əhli Beyt İmamlarının Rolu(3cilt)

    Və daha bir çox araşdırma əsərləri

    Категория: İslam alimleri | Добавил: media-islam (17.06.2008) | Автор: ilkin E W
    Просмотров: 3199 | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər