Bazar, 22.12.2024, 05:53
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    ZÜLMeTDeN İŞIĞA

    Dayanmaq – çətinliklərə sinə gərib hər acıya dayanmaq. Dünya yaranandan insanların qarşısına gözləmədikləri qədər tez-tez çıxan və bəzilərinin nail olduqları, bəziləri üçünsə əl çatmaz  hal olmaqda qalan bir durum.

        Hər kəs isti bir ocaq, qorxusuz-hürküsüz yaşaya biləcəyi bir yer, sevgisini paylaşdıra biləcəyi bir ailəyə sahib olmaq arzusundadır. Lakin bu hər kəsin nəsibidirmi? Nəsibidirmi deyəndə ki, bunu hər kəs yaşaya bilirmi? Bunu hər kəsə yaşadırlarmı?…

        Xoşbəxtlik üçün bir çox insana bunlar kifayətdir. Bu arzuların insanların ürəyində arzu olaraq qalmasının ən böyük və danılmaz səbəbi zülmdür. Birisinin özü kimi başqa birisilə haqsız-ədalətsiz rəftarı. Var-dövlətinin çoxalması üçün başqalarının malını mənimsəmək, yaşayış sahəsini genişləndirmək üçün özgəsinin ərazisinə soxulmaq, özünün rahatlığı üçün başqalarının əməyinin istismarı və s . Bu kimi insanlığa xələl gətirən əməllər.

         Təbii fəlakətlərin bəşəriyyətə vurduğu zərbələrin təsiri, nəticələri bir müddət keçəndən sonra aradan gedir və qlobal baxımdan bərpası o qədər də çətin olmur. Lakin insanların törətdikləri fəsadlar əsrlər boyu qəlblər yandırır, ürəklər dağlayır. Tarixdən görürük ki, hansısa bir “tarixi şəxsiyyət”in səhvi və ya xəyanəti günlərimizə qədər bəşəriyyəti incitməkdədir. Planetin hər hansı bir yerində baş vermiş zəlzələ, sunami və yaxud hər hansı bir digər təbii fəlakət, Xirosima və Naqasakiyə atılan bombalar qədər yaddaşlara həkk olmayıb. Qanlı terrorun günümüzdə sadə insanlara yaşatdığı acilar hansı tufanın şiddəti ilə müqayisə oluna bilər?

         Haqqin batil ilə mübarizəsi,yaxşınin pisə dayanışı tarixin ən çox  şahid olduğu səhnələrdir. O vaxt ki, zülm qol-budaq atır, başqa bir yandan haqq bağında şəhadət ətirli güllər qönçələnir. Zülm ağacı öz pöhrələrini verməmiş qönçələnmiş şəhadət gülləri açılaraq qan rəngli ləçəkləriylə aləmi al rəngə boyayırlar.

         Günümüzdə Məhərrəm-Səfər əyyamının ab-havası yaşanır. Haqq-ədalətin zülmlə mübarizəsinin dərsi keçilən, əyilməzlik, məğrurluq, sadiqlik, aşiqlik imtahanı verilən günlərdi.

        O vaxtlar da xilafət hərislərinin hiyləgərliklərinə tuş gələn günahsız insanlar zülmün  qurbanları idilər. İndi də hökümranlıq hərisləri zülm miniyinə minib meydan sulayırlar, günahsız insanları öz çirkin planlarının qurbanlarına çevirirlər. Nəfsani maraqlarına sərhəd qoymayanların əməlləri o qədər həddini aşmışdı ki, hətta Həzrət Peyğəmbərin (s) onlara qoyduğu əmanətlərə alçaqcasına xəyanət etdilər. Bu xəyanətin qarşılığında Əhli-beyt (ə) Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya, Kərbəladan Şama uzanan yolları göz yaşlarıyla suvarmışdır. Bu mübarək bağbanların becərdikləri bağ saysız-hesabsız güllər bitirmiş və bu güllər dünyanı öz ətirlərinə qərq etmişlər.

        Sınmazlığın qılınca qarşı qələbəsi, haqqın Qiyamətədək yaşaması həmin günlərdə reallaşdı.

        Yeri-göyü titrədən körpə nalələri, ana-bacıların ağıları, yetim qalmış uşaqların sızıltıları, İraq, Əfqanıstan, Qarabağ faciəsinin, Xocalı qətliamı qurbanları yaxınlarının gözlərindən axan yaşlar Şam xarabalıqlarında Kərbəla əsirlərinin göz yaşlarına qarışmazmı? Quantanamo, Əbu-Qureyb zindanlarından ucalan nalələr, oradakı əsirlərin qəlblərinin sıxıntıları Kərbəla əsirlərinin nalələrinə calanmazmı ?

        Dünyanı zülmdən azad edəcək bir kəs, necə ki, Kərbəlanın qisasını alacaq, o cür də bütün məzlumların qisasını alacaq.  Ey dünya məzlumlarının pənahı, ya Mehdi (ə.f) gəl ki, üzümüz gülsün. Gəl ki zülmün yaratdığı zülmət aradan getsin. Gəl ki , dünya nura qərq olsun. Amin!

    Rövşən Fərhadoğlu,

    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

     “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dini meqaleler | Добавил: media-islam (14.03.2008) | Автор: ilkin E W
    Просмотров: 2136 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər