Şenbe, 21.12.2024, 20:26
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 51
    Qonaq: 51
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    İmamların sayını sübut edən dəlillər

    Həzrət Muhəmməd (s) özündən sonra Qureyşdən on iki imam və ya xəlifənin olmasını xəbər vermişdir. Buxari "Səhih" kitabında öz sənədilə Cabir-ibn-Səmrədən rəvayət edərək deyir: - Eşitdim ki, Peyğəmbər (s) deyir: "On iki əmir olacaq: Daha başqa bir söz də dedi ki, eşitmədim. Atam dedi ki, o, deyir: "Onların hamısı Qureyşdəndir". { Səhihi-Buxari. Cild 9. Səh 250. "Əl-əhkam" kitabı. "Səyəkunu isney aşara əmirən" babı. "Məktəbətur riyaz" mətbəəsi }

    Müslim öz səhihində rəvayət edərək dedi: "Qiyamət günündən din qalacaq və ya sizin üçün on iki xəlifə gələçək ki, onların hamısı qureyşdəndir.” { Səhihi-Müslim. "Əl-imarət" kitabı. "Ən-nasutəbi'ə li qureyş" babı. Cild 4. Səh 482. "Darduş-şə'b bişərhin-nəcəbi" mətbəəsi. }

    Həmçinin Müslim "Səhih" kitabında başqa bir hədis rəvayət edərək deyir: "İnsanların işi, onlara on iki imam rəhbərlik etməyənədək rəvan olmaz". { Səhih-Müslim "Əl-imarət" kitabı. "Ən-nasu təbiə liqureyş" babı. Cild 4. Səh 482. "Daruş-hə'b bişərhin-nəvəvi" mətbəəsi. }

    Əhməd "Müsnəd" kitabında öz sənədilə Abdullah-ibn-Məs'uddan rəvayət edərək deyir: -Peyğəmbərdən (s) xəlifələr barədə soruşduqda dedi: - Onların sayı Bəni-İsrail rəhbərləri kimi on iki nəfərdir". { Müsnədi-Əhməd. Cild 1, səh 389. }

    Əhli-kitabın "Tövrat"ında da bu barədə söz açılır: - Allah-təala İbrahimi İsmaillə müjdələdi, və onun da nəslini çoxaldaraq on iki əmir və əzəmətli ümmət qərar verdi. { Səfrit-təkbin. 20:17 }

    Əzəmətli ümmətdən məqsəd, İsmailın (ə) nəslindən qaynaqlanan Həzrəti Muhəmmədin (s) ümməti və o Həzrətdən (s) sonra xəlifə və ya imam olan on iki əmirdir. Onlarda Həzrət Muhəmmədin (s) nəslindən qaynaqlanır. Əvvəldə deyilən səhih hədislərdən məqsəd də onlardır.

    Ola bilsin ki, sünni alimlərinin heyrətdə qaldıqları məsələlərdən biridir. Hansı ki, adı çəkilən on iki xəlifənin kimliyini eyni mə'nalı və qənaətbəxş şəkildə açıqlaya bilməmişlər. Halbu ki, onların barəsində çoxlu səhih hədislərdə söhbət açılır. Hətta bu məsələ onlar üçün çaşdırıcı tapmacaya çevrilib. Onların bu məsələ ətrafında olan açıqlamaları anlaşılmazlıqla doludur. Əksər hallarda bu anlaşılmazlıq on iki nəfərin sayını istənilən xəlifələr toplumu ilə uyğunsuz olmaqla, aparıb qaranlıq yollara çatdırır. Bu xəlifələrin sayı əvvəl dörd xəlifədən başlayıb, Əməvi, Abbasi, və Osmani xəlifələrində qurtarır. Məgər adı çəkilən on iki nəfər bu xəlifələrdəndirmi?

    Onların çaşqınlıqları, misal gətirəcəyimiz bu hədisdə üzə çıxır; Süyuti deyir: "Dörd xəlifə Həsən, Müaviyə, İbn-Zübeyr və Ömər ibn-Əbdül-Əziz on iki nəfərdəndir. Bunların sayı səkkiz nəfər oldu. Ehtimal olunur ki, Əməvilərdən olan Ömər-ibn Əbdül-Əziz kimi, Abbasilərdən olan Mehi-əl-Abbasi də onlardan olsun. Həmçinin Tahir-əl-Abbasi də ədalətli şəxs olduğu üçün onlardan hesab olunur. Yerdə iki gözlənilən şəxs qalır. Onlardan biri də Əhli-Beytdən olduğu üçün Mehdidir.” { Tarixi-Süyuti, səh 12 }

    "On iki qeyri-mə'lum xəlifənin açıqlamasında heyran qalmışlar" deyərək biz, onların alimlərini nəzərdə tuturuq. Lakin aşağı təbəqəyə gəldikdə isə, bu qəbilədən olan hədislər, əksər hallarda heç onların qulaqları belə eşitməyib. Hansı ki, bu hədislər Peyğəmbərin (s) xəlifələrinin sayını sübuta yetirir və ya həmin hədislər "Səqəleyn"lə olan bağlılığa əmr edir. Bundan başqa həmin hədislərdə Əhli-Beytin (ə) fəzilətlərinə də işarə olunur. Bunların hamısı əhli-sünnət alimlərinin "Səhih" kitablarında mövcuddur.

    Mən, Doktor Əhməd Nofəllə (İordaniya universitetində "Şəriət" fakultəsinin müəllimi) dialoqa girərkən çox təəcübləndim. O "on iki xəlifə" hədisini mənim qondarmam olduğunu və bu hədisin sünnü hədis kitablarında olmamasını söylədi. Sonra dərhal məclisi tərk edərək dialoqun tamamlanmasını rədd etdi. Bu hadisə Manilada etdiyi mühazirə və şiə və şiəlik ətrafında olan bə'zi suallara cavab verdikdən sonra baş verdi. E'tiqad etdiyim həqiqəti dəyişdirdiyi üçün, yol verdiyi səhvlərin əleyhinə e'tiraz etdim. Şiəliyin, onun iddia etdiyi kimi "Səbailik" yox, Muhəmmədin (s) yolu ilə gedən bir məzhəb olduğunu sübut edən bə'zi hədisləri ona göstərdim. Bu hadisəni qeyd etməkdə məqsədimiz həmin fəzilətli ustadı (Allah onu bağışlasın) gözdən salmaq deyil. Məqsəd yalnız üzə çıxması gərəkli olan həqiqətə bir işarədir. Həqiqətəndə təəsübkeşlik bə'zi insanları bundan artıq işlərə də sövq edir. Qəribədir, necə ola bilər ki, bir insan, həqiqətini bilmədiyi hər hansı mövzu ətrafında olan suallara cavab verməyə can atır? Ələlxüsus bu mövzular dini işlərlə əlaqədar olmuş ola? Görəsən elmsiz fətva verməyin hökmü nədir? Və lə həvla və lə quvvətə illa billah!

    Beləliklə, sünnülərin "on iki qeyri müəyyən xəlifə"-nin həllində heyrətdə qaldıqları və onlara (həmin xəlifələrə) dəlalət edən gün kimi aydın səhih hədisləri bir çoxunun dandığı bir vaxtda görürük ki, "on iki imamçı" şiə məzhəbi Peyğəmbərin (s) ailəsinin yolu ilə gedirlər. Bununlada onlar bu məsələnin üzərinə işıq salmışlar. Keçən hədislərdən məqsəd Peyğəmbərin (s) ailəsindən olan on iki imamın olmasını bəyan etdilər. Həmin məsələnin həlli üçün öz hədis kitablarında mövcud olan və Peyğəmbərin (s) pak ailəsinin vasitəsilə rəvayət olunan hədisləri dəlil gətirmişlər. Onları tanımaq üçün heç bir şəkkə yer qalmayacağı bir şəkildə adları bəyan olmuşdur. Onların adları budur:

    1. Əli ibn Əbu-Talib (əmirəl-mö'minin)
    2. Həsən ibn Əli (Sibt)
    3. Hüseyn ibn Əli (Seyyiduş-şühəda)
    4. Əli ibn Hüseyn (Zeynül abidin)
    5. Muhəmməd ibn Əli (Baqir)
    6. Cə'fər ibn Muhəmməd (Sadiq)
    7. Musa ibn Cə'fər (Kazım)
    8. Əli ibn Musa (Rza)
    9. Muhəmməd ibn Əli (Cavad)
    10. Əli ibn Muhəmməd (Hadi)
    11. Həsən ibn Əli (Əsgəri)
    12. Muhəmməd ibn Həsən (Mehdi-əl-Muntəzər-əccələllahu fərəcəhuş-şərif).

    Категория: Şie cavabları | Добавил: al-shia (19.07.2008) | Автор: Əs'əd Vəhid əl-Qasim
    Просмотров: 3442 | Рейтинг: 3.3/7
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər