Bazar ertesi, 30.12.2024, 21:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    CÜME SÖHBETLERİ:HACI İLQAR
    BİSMİLLƏHIR-RAHMƏNİR-RƏHİM.

        17 YANVAR 2001–ci il. Əziz oxucu, bu tarix sənə nəyisə xatırladırmı? Üstündən 7 il keçən bu tarixin bizim üçün bir anlamı varmı?


        Xatırlamadınızsa, birgə xatırlayaq - düz 7 il öncə məhz bu tarixdə ölkəmiz Avropa Şurasına daxil olmuşdur. Elə bu tarixdən sonra leksikonumuzda daha əvvəllər bir o qədər də işlənməyən bir sira sözlər tez-tez işlənməyə, ictimai-siyasi kuluarlarda səslənməyə başladı: "İnsan  haqları», «azadlıqlar», «sərbəst toplaşmaq azadlığı» və s. Gəlişi gözəl, əməli icrası isə müşkül olan bu kəlmələr bəzən də yerli-yersiz şablonlaşmaya məruz qaldı dilimizde.

        Nədən? Bəlkə mahiyyətinə varılmadan işlədildi bu sözlər? Bəlkə imitasiya  etdik bu sözlərlə ona görə? Bəlkə, bəlkə, bəlkə… Çox «bəlkə»si var bu «Nədən»in. Amma bir yəqini var bu bəlkələrin. Öyrəşdik özümüzdə daha əvvəldən olan dəyərləri başqalarında axtarmağa. NƏDƏNin bir başqa çaları isə insan haqları və azadlıqları formatında ölkədəkı total haqq pozulmasına etiraz etmək, haqlar uğrunda mübarizə aparmaq imkankarı mümkünlər qapısından keçir. Ona görə ki, qeyd olunan tarixdən Azərbaycan Avropa hüquqi məkanına daxil olmuş və bir sıra – o cümlədən insan haqları və azadlıqlarına dair öhdəliklər götürmüşdür. Məhz bu məqam bu ifadələrin aktuallaşmasına, məna yükünün artmasına səbəb olmuşdur.

        Qayıdaq nədənin yəqininə. O hansı dəyərlərdir ki, başqalarında axtarırıq özümüzdə var ikən? Hürriyyət, azadəlik, zalımın, haqq basanın zülmünə, məzlumun haqlarının tapdanmasına razı olmamaq, bu zülmə baş əyməmək və bu zülmlərdə zalıma şərik olmamaq və s. Möminlərin əmiri Həzrət Əli (ə) belə buyurmuşdur: "Heç kimə qul olma ki, Allah səni azad yaratmışdır". Bu kimi şuarlar altında xalqımız zaman-zaman böyük şəxsiyyətlərin timsalında hürriyyət savaşlarına qalxmış, istiqlal mübarizəsi aparmış, bu millətin, bu xalqın zülmə, zalıma əyilməzliyinin bənzərsiz nümunələrini tarixə və bu keyfiyyətlərə malik olmayan digər xalqlara, millətlərə hədiyyə etmişdir, bu yolda parlaq qələbələr ortaya qoymuşdur. Dövrümüzdə də 20 Yanvar şəhidlərinin, Qarabağ şəhidlərinin bu yüksək bayrağı aparmalarının şahidi oluruq.

        İndi də dünyanın müxtəlif bölgələrində qəlbləri daha da qəsavətlənmiş, daha da bərkimiş zalımlar tərəfindən saysız zülmlər edilməkdədir. Günümüzün ən məzlum, haqqları ən çox tapdanan toplumu FƏLƏSTİN xalqı olsa da, ən mübariz toplumlardan biri də məhz bu toplumdur. Bu gün Qarabağda, Fələstində, Somalidə, Əfqanıstanda, İraqda, Kəşmirdə və digər məkanlarda zülmün toxumları diri tutmaqdadır. HƏR GÜN yüzlərlə insanın bu zülmlər nəticəsində həyatlarina son qoyulur, yaşamaq hüquqları əllərindən alınır.

        HƏR GÜN minlərlə məkanda yüz minlərin haqqları tapdanır. Burada İmamət nurundan bir hədisi xatırlamaq yerinə düşər. İmam Cəfər Sadiq (ə) bu haqda belə buyurur: "Hər gün Aşuradır, hər yer Kərbəla".

        İmamın bizə çatdırışı nədir bu hədisdə? Harada ki, haqlar pozulur – ora Kərbəladır və nə vaxt ki, nə zaman ki, haqlar tapdanır – o zaman Aşuradır. O anda, o zamanda, o yerdə, o məkanda Aşura yenidən yaşanır, yenidən təzahür edir. Demək ki, Aşura insan haqları probleminin eynən özü olaraq qarşımıza çıxır.

        Fransız professor Corc Qordon yazır: "Tarixdə bu qədər az sürən (5 saat), bu qədər az itki verən (72 nəfər), lakin bu qədər yaşayan (1400 il) başqa müharibə tanımıram."

        Uca Allah cəmi müsəlmanları bu həqiqətləri, bu nemətləri dərk edənlərdən qərar versin! Amin!
        Mehdi Fərəc
        İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
        «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi  
     
     
     
     
     
     
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (25.02.2008) | Автор: ilkin E W
    Просмотров: 2440 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər