Bazar, 22.12.2024, 11:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    nehcul BELAGEDEN HEKAYETLER

    YEDDİ SUALA CAVAB

    Məhzər elm və irfan məhzəri idi. Bu vaxt haqq aşiqləri pərvanə kimi Əli (əleyhissalam)-ın ətrafına toplaşmışdılar. Bir şəxs o Həzrətdən soruşdu:

    1) Ağıllı insanı kimdir?

    İmam cavabında buyurdu: «Aqil o kəsdir ki, hər işi öz yerində görür.»

    2) O, soruşdu: «Cahil və nadan insanı da bizim üçün vəsf et.»

    İmam buyurdu: «Cahil aqilin əksinədir və o elə bir kəsdir ki, şeyləri öz yerində qərar vermir.»

    3) Başqa bir şəxs sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»

    İmam (əleyhissalam) buyurdu: «Allah onların hesabına necə yetişər bir halda ki, onlar Allahı görmürlər!»

    4) İmam (əleyhissalam) buyurdu: «Necə ki, onlara ruzi verir bir halda ki, onlar onu görmürlər.»

    5) Başqa bir şəxs soruşdu: «Ya Əmirəl-mö`minin! Hansı vasitə ilə döyüş meydanlarında öz tərəf müqabillərinə qalib gəldin?!» İmam (əleyhissalam) cavabında buyurdu:

    «Mən hər kəslə üzbəüz oldumsa o, mənə öz əleyhinə kömək etdi.»

    Şərif Rəzi deyir: «İmamın məqsədi o Həzrətin cəlal və heybətidir ki, düşmənin qəlbində qorxu və vəhşət icad edirdi. Eləcə də düşmənin özü o Həzrətə öz əleyhinə kömək edirdi.»

    6) Başqa bir şəxs soruşdu: «Ədalət daha yaxşıdır ya səxavət? İmam (əleyhissalam) cavabında buyurdu: «Ədalət hər şeyi öz yerində qərar verir, amma səxavət onu ədalət sərhədindən daha yuxarı aparır. Ədalət ümumi qanundur lakin səxavət xüsusi xarakter daşıyır. Buna görə də ədalət səxavətdən daha yaxşı və ondan daha şərafətlidir.»

    7) Başqa bir şəxs isə belə soruşdu: «Məşriqlə məğrib arasındakı fasilə nə qədərdir?» İmam (əleyhissalam) cavabında buyurdu: «Günəşə olan bir günlük yol qədər.»

    124-ƏLİ ƏLEYHİSSALAMIN NƏZƏRİNDƏ PEYĞƏMBƏRİN ŞÜCAƏTİ

    Hicrətin ikinci ili idi. Böyük Bədr müharibəsi İslam ordusu ilə Şirk ordusu arasında başlandı. Çox bərk və əzici bir müharibə! Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm qoşununun baş komandanı idi. Düşmənin qəhrəmanları meydana gəlmişdilər. Kafirlərin qoşununun sayı min nəfərdən artıq idi.

    Bir halda ki, islam diviziyasının adamlarının sayı 313 nəfərdən artıq deyildi. Bu bərabər olmayan müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm düşmənin müqabilində elə durmuşdu ki, İmam Əli (əleyhissalam) bu barədə şücaətlə belə buyurur:

    «Hərgah müharibə alovu bərk şö`lələnirdi və zəbanə çəkirdi, biz Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə pənah aparırdıq və bizlərdən heç kəs düşmənə o Həzrətdən yaxın deyildi.» Doğrusu bu nə şücaətdir ki, qəhrəmanlar qəhrəmanı Əli (əleyhissalam) döyüş meydanında ona pənah aparırdı! Sə`di demişkən: «Ümmət divarına nə qəm ki, əgər sənin kimi arxası olsa, dəniz dalğasından nə qorxu, əgər onun gəmiçisi Nuh olsa.»

    125-ÜÇ NƏFƏR TAMAŞAÇI

    Əli (əleyhissalam) işləri idarə etməkliyi əlinə alandan sonra rəsmən müsəlmanların xəlifəsi oldu. Bir xeyli adam onunla bey`ət etmədilər. O cümlədən üç nəfər də var idi ki, kənara çəkildilər və Əli (əleyhissalam)-a kömək etmədilər. Əli (əleyhissalam) öz xilafəti dövründə çətin hadisələrlə üzləşsə də onlar durub tamaşa etdilər.

    Bununla da nə haqqı himayət, nə də batili xar etdilər. Nəhcül-bəlağədə bu üç nəfər tamaşaçıya işarə olunubdur ki, ibarətdirlər:

    1-Sə`d ibni Əbi Vəqqasdan (Sə`d ibni Malik ibni Vəhib) ki, o islamın şücaətli şəxsiyyətlərindən idi. Bədr və Ühüd müharibəsində fəal iştirak etmiş və Ömər ibni Xəttabın xilafəti dövründə islam diviziyası onun komandanlığı altında Qadsiyyə və Mədaini fəth etmişdi. O, 50 ya 55 hicri ilində Müaviyənin onun xörəyinə qatdığı zəhərlə dünyadan getdi!

    Sə`d ibni Vəqqas o cümlə kəslərdəndir ki, Əli (əleyhissalam)-la bey`ət etmədi və o Həzrətin Qasitlər və Nakislərlə müharibəsində iştirak etmədi.

    Hətta Əmirəl-mö`minin Əli (əleyhissalam) Mədinənin hakiminə yazdı ki, Sə`d ibni Əbi Vəqqas və Əbdüllah ibni Öməri beytül-mal payından məhrum et və bu dəstur icra oldu.

    Sə`d və Əbdüllah, Əli (əleyhissalam)-ın hüzuruna gəlib öz paylarını ondan tələb etdikdə. İmamın onlara son sözü bu oldu: «Siz xilafkarsınız ki, əmr be mə`ruf və nəhy əz münkər etmədiniz. Bizimlə və düşmənlərimiz arasında islah vermədiniz və zalımlar ilə döyüşmədiniz. Ona görə sizin beytül-maldan payınız yoxdur.»

    Sə`d baxmayaraq ki, Əli (əleyhissalam)-ın məqamına bələd idi, cəhl üzündən və qan axıdılmasından qorxduğu üçün kənara çəkildi və bə`zilərinin əqidəsincə xudxahlıq və rəyasət tələblik onu bu işdən saxladı.

    2) Əbdüllah ibni Ömər ikinci xəlifə Ömər ibni Xəttabın oğlanlarından idi. O, da İmam Əli (əleyhissalam)-la bey`ət etmədi və Əli (əleyhissalam)-ın rəhbərlik dəstgahından eləcə də tamaşaçıların sırasından kənara çəkildi. Tədqiqatçı Kaşani nəql edir: O vaxt ki, Həccac ibin Yusif Səqəfi (Əbdul Məlik ibni Mərvanın qan içən cəlladı) Məkkəyə varid oldu və Müs`əb ibni Zübeyri dardan asdı Əbdüllah ibni Ömər Həccacın yanına gəldi və dedi:

    «Əlini mənə ver səninlə bey`ət edim ki, məminlə Əbdül Məlik arasında vasitəsən, çünki Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitdim ki, buyurdu:

    «Hər kəs ölsə və öz İmam zamanını tanımasa, o, cahiliyyət zamanının ölüsü kimidir.» Həccac ayağını uzatdı və dedi: «Ayağımı tut! Hələlik əlim məşğuldur.» Abdullah dedi: «Məni məsxərə edirsən?»

    – Ey Bəni Ədi qəbiləsinin axmağı, sən Əli (əleyhissalam)-la bey`ət etmədin, indi də gəlmisən ki, burada deyirsən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm belə buyurdu?!

    «And olsun Allaha sən Peyğəmbərin səlləllahu əleyhi və alihi və səlləm buyurduğuna körə buraya gəlməmisən, əksinə bu dar ağacının qorxusundan ki, Müs`əb ibni Zübeyr onun üstündə asılıdır, bura gəlibsən?!»

    Nəhayət Əbdüllah ibni Ömər hicri 73-cü ilində Müs`əb ibni Zübeyrin qətlindən üç ay keçəndən sonra Həccacın mə`mur etdiyi bir nəfərin vasitəsi ilə zəhərləndi və dünyadan getdi. Bu tərtiblə buradan, müəyyən qədər Sə`d ibni Əbi Vəqqas və Əbdüllah ibni Ömərin zahiri şəxsiyyətləri ilə tanış olduq və anladıq ki, bu iki nəfər Əli (əleyhissalam)-la bey`ət etmədilər.

    3) Haris ibni Hut üçüncü adamdır ki, Əli (əleyhissalam)-ı himayət etmədi və kənara çəkildi. O, Əli (əleyhissalam)-ın hüzuruna gəldi və özünün kənara çəkilməsinin səbəbini belə izah etdi:

    «Sən elə güman edirsən ki, mən Cəməl səhabələrini (Təlhə, Zübeyr və s.) kimiləri azğınlıq yolunda bilirəm?!»

    Daha aydın ibarətlə: Mən ki, müharibədən və sizi himayə etməkdən kənara çəkilməmişəm. Axı mən, Cəməl əshabı ilə müharibəni rəva bilmirəm. Mən bu çürük başlılar və adamlarla necə müharibə edim?!»

    İmam Əli (əleyhissalam) ona buyurdu: «Sən yerə baxırsan və başının üstünə baxmırsan (maddi işlərə və dünyanın məhdud qəfəsinin daxilinə baxırsan nə mə`nəvi kamallara yox). Buna görə də gic və heyran qalıbsan.»

    Haris dedi: Mən Sə`d ibni Əbi Vəqqas və Abdullah ibni Ömər (iki məşhur şəxslər) kimi kənara çəkilirəm.

    İmam (əleyhissalam) buyurdu:

    «Sə`d və Əbdüllah ibni Ömər nə haqqa kömək etdilər, nə də batili xar etdilər.»

    (Hər ikisi tamaşaçı idilər). Yə`ni sən istəyirsən bu iki nəfəri özünə rəhbər biləsən?!

    Bir halda ki, bu iki nəfər tamaşaçıdırlar və islama təəhhüdləri yoxdur. Bir Şəxsdən örnək götürməyi me`yarı və əsası budur ki, o şəxs haqqın hamısı və tərəfdarı ya batili xar edən olsun.

    ***

    Deyilməmiş qalmasın ki, «Nəhcül-bəlağə»nin 18-ci hikmətində gəlib: İmam Əli (əleyhissalam) o kəslər barəsində ki, onunla birlikdə döyüşməkdən kənara çəkildilər buyurdu:

    «Bunlar haqqı tək qoydular və batilə kömək etdilər.»

    Bu tərtiblə İmam (əleyhissalam) məs`uliyyət yükünün altından çiyinlərini kənara çəkən və səhnələrdə hazır olmayan tamaşaçıları tənqid etdi. Hərçənd ki, sabiqəli şəxslər və ricaldan olsalar da. Çünki, gərək həmişə haqqa kömək edəsən və batillə barışmaz düşmən olasan.

    126-«İMAN»-IN MƏ`NASI

    Bir kişi Əli (əleyhissalam)-ın hüzuruna gəlib xahiş etdi ki, imanı ona şərh və bəyan etsin.

    İmam (əleyhissalam) buyurdu: «Sabah mənim yanıma gəl, camaatın hüzurunda səni ondan agah edim ki, dediklərimi unutsan onda başqaları sənin üçün onları hifz edib saxlasın.»

    «Zira, söz, qaçan dəvə kimidir ki, bə`ziləri onu tapır bə`ziləri isə tapmırlar.»

    O günün sabahı oldu. İmam (əleyhissalam) camaatın arasına gəlib belə buyurdu:

    Səbr dörd sütun üzərində qərar tutub:

    1-İştiyaq

    2-Qorxu

    3-Zöhd

    4-İntizar

    İman da dörd sütun üzərində qərar tutub:

    1-Səbr

    2-Yəqin

    3-Ədalət

    4-Cihad

    Yə`qin də dörd şö`bədən ibarətdir:

    1-Ayıqlığı görmək

    2-Hikmət dəqiqələrinə çatmaq

    3-Hikmətlərdən nəsihət almaq

    4-Keçmişdəkilərin necə hərəkət etdiklərinə diqqət etmək.

    Ədalət də dörd şö`bədən ibarətdir:

    1-Anlamaqda diqqət

    2-Elm və biliyin dərinliyinə varmaq

    3-Düzgün mühakimə

    4-Sabit və möhkəm helm

    Cihadın da dörd şö`bəsi vardır:

    1-Əmr be mə`ruf

    2-Nəhy əz münkər

    3-Müharibə cəbhəsində sədaqət və düzgünlük

    4-Fasiqlərlə düşmənlik və onlara qarşı kin...

    Bu tərtiblə İmam (əleyhissalam) tam inayət və diqqətlə adamların suallarına cavab verdi. Belə ki, Həzrət ictimai məsələlərə, insanların əxlaqi və əqidəti məsələlərinə çox ciddi əhəmiyyət verirdi.
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (24.03.2008) | Автор: ilkin E W
    Просмотров: 2175 | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər