Şenbe, 21.12.2024, 19:55
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 52
    Qonaq: 52
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » İslam alimleri

    ABDULLAH İBN SEBA YAXUD “eSASSIZ İTTİHAM”
     
    Abdullah ibn Səba bəzi əhli-sünnə alimləri tərəfindən şiə məzhəbinin banisi kimi göstərilmişdir. Buna müvafiq olaraq bəzi şiə alimləri bu barədə bir sıra tədqiqatlar apararaq ittihamlara cavab vermişlər. Bu məqalədə isə məsələyə əhli-sünnə mənbələri və alimlərinin baxışı ilə yanaşacağıq. Ən mötəbər mənbələrdən biri əlliyə yaxın islamşünas və şərqşünas professor tərəfindən hazırlanmış “Türkiyə İslam Ensiklopediyasıdır”. Demək olar ki, əksər mövzulara obyektiv yanaşan bu ensiklopediya, türk dilli xalqlar üçün İslam dini barəsində tutarlı məlumat mənbəyi kimi hesab edilə bilər. Əlbəttə bu o demək deyil ki, orada olan mətləblər tam olaraq məqbuldur.

    “Abdullah ibn Səba haqqında məlumat verən yeganə şəxs, Harun ər-Rəşidin dövründə yaşamış Seyf ibn Ömər, rical alimlərinin fikrincə hədis elmi baxımından zəif olduğu üçün etimad olunası deyil. (yəni onun hədisləri zəifdir və məqbul deyil). Həmçinin bu ensiklopediya İbn Həcər və Zəhəbidən nəql edərək onun etibarlı rəvayətçi olmadığını və nəql etdiyi rəvayətlərin qəbul edilmədiyini deyir. Qeyd etmək lazımdır ki, dövrün nüfuzlu tarixçilərindən olan İbn Səd Bəlazuri, Nəsr ibn Müzahim, əl-Minkari və Yəqubi, Abdullah ibn Səba adlı şəxs haqqında söhbət açmamışlar.

    Bu ensiklopediyada Abdullah ibn Səba haqqında yazılır: “Abdullah ibn Səba haqqında olan bilgilərin tək qaynağı və ravisi Seyf ibn Ömər adlı bir şəxsdir. Seyf ibn Ömərin Təbəri tərəfindən nəql edilən rəvayətinə görə, Abdullah ibn Səba anası Sənalı olan bir yəhudidir. O, xəlifə Osmanın zamanında İslamı qəbul etmiş bir müddət sonra isə müsəlman şəhərlərində yanlış fikirlər yaymağa başlamışdır. Məkkə, Mədinə, Kufə, Dəməşq və Bəsrə şəhərlərində geniş fəaliyyət göstərmiş, sonra isə bir sıra təzyiqlər nəticəsində Misirə yollanmışdır. Onun fikirlərinə əsasən, Məhəmməd peyğəmbər də (s) İsa (ə) kimi ölməyib, yenidən zühur edəcək (Halbuki, şiələr belə bir əqidəyə malik deyillər). Hər Peyğəmbərin canişini olduğu kimi Əlini də sonuncu peyğəmbərin vəsi və canişini hesab etmişdir. Bu zaman yuxarıdakı iddialara müvafiq olaraq Əbu bəkr, Ömər və Osmanı zülmkar bir şəxs kimi qələmə vermişdir. Bütün bu iddialarını təbliğ etmək üçün o, bir sıra gizli məktublaşmalar aparmış və təxribat törətməklə məşğul olmuşdur".

    Təbəri, Seyf ibn Ömərdən nəql edərək əlavə edir:

    "Abdullah ibn Səba Cəməl döyüşündən bir gün qabaq dostları ilə gizli bir toplantı keçirərək, nə olursa-olsun Cəməl döyüşünün baş tutmasına təkid etmiş, iki tərəfin sülh edəcəyi təqdirdə isə bir sıra təxribatlara əl atacağını söyləmişdir.

    “Təbəri tarixi”nin Abdullah ibn Səba haqqında Seyf ibn Ömərdən nəql etdikləri bunlardır. Bu rəvayət sonrakı tarixçilər tərəfindən eyni şəkildə nəql olunmuşdur (Türkiyə İslam Ensiklopediyası, c.1).

    Deməli, bu ensiklopediyanın verdiyi ilkin ehtimala əsasən, Abdullah ibn Səba şiəliyi bir təxribat kimi meydana çıxaran şəxsdir.

    Bu kitabın verdiyi ikinci ehtimala əsasən, Abdullah ibn Səba, Abdullah ibn Səvda adlı digər bir şəxsdir. Yaxud da o Səbəniyyə məzhəbinin banisidir. Deməli, ikinci ehtimala əsasən, onun şəxsiyyəti dəqiq məlum deyil və bu ad bir neçə nəfər arasında müştərəkdir. Bu iki versiyanı irəli sürən “Türkiyə İslam Ensiklopediya”sında deyilir:

    “Abdullah ibn Səba haqqında məlumat verən yeganə şəxs, Harun ər-Rəşidin dövründə yaşamış Seyf ibn Ömər, rical alimlərinin fikrincə hədis elmi baxımından zəif olduğu üçün etimad olunası deyil. (yəni onun hədisləri zəifdir və məqbul deyil). Həmçinin bu ensiklopediya İbn Həcər və Zəhəbidən nəql edərək onun etibarlı rəvayətçi olmadığını və nəql etdiyi rəvayətlərin qəbul edilmədiyini deyir. Qeyd etmək lazımdır ki, dövrün nüfuzlu tarixçilərindən olan İbn Səd Bəlazuri, Nəsr ibn Müzahim, əl-Minkari və Yəqubi, Abdullah ibn Səba adlı şəxs haqqında söhbət açmamışlar.

    Həmin ensiklopediya əlavə edir:

    “Bu durum Seyf ibn Ömərin rəvayətinin doğruluğu və dolayısı ilə Abdullah ibn Səbanın tarixi şəxsiyyəti haqqında bir sıra şübhə və tərəddüdlərin yaranmasına səbəb olmuşdur.

    Məşhur ziyalı alımlərdən sayılan Taha Hüseyn, Ali-Hüseyn, əl-Vərdi, Kamil Mustafa əş-Şeybi, Ali Sami ən-Nəşşar kimi yazıçılar və şərqşünaslar qərb alimlərindən olan İsrael Fredlənder, M. Hoqson və M. Vatt kimi alimlər Abdullah ibn Səba haqqında olan məlumat və bilgilərin tutarsız olduğunu isbat etməyə çalışmışlar”.

    Qeydlərdən göründüyü kimi bu kitab Abdullah ibn Səbanın tam xəyali və uydurulmuş bir şəxs olduğunu önə çəkir.

    Burada diqqətinizi son zamanlar vəhhabi saytlarında qeyd edilən bir məsələyə cəlb etmək istəyirik. Bu saytda ilk dəfə olaraq şiə mənbələrinə istinadən şiəliyin fitnəkarlıq, rafizilik (dindən xaric olmaq) kimi Abdullah ibn Səba tərəfindən yaradılması iddia olunur. Bu ittiham və onlara veriləcək cavablara nəzər salaq.

    Vəhhabilər əsasən Kəşşi adlı böyük şiə aliminin "Rical "kitabına müraciət edərək, Abdullah ibn Səba haqqında şiələrə qarşı yeni-yeni ittihamlar irəli sürmüşlər. Belə ki, Kəşşi İmam Sadiq və İmam Zeynəl-abidindən nəql edərək, Abdullah ibn Səbanın fitnəkar "qali" (Əlinin (ə) Alllaha məxsus atributlara malik olmasına etiqad bəsləyən) rafizi olmasını söyləyir.

    Qeyd etmək lazımdır ki, rical elminə aid olan kitablardan yalnız Kəşşi bu haqda yazmışdır. Bir sözlə, Abdullah ibn Səba adlı bir şəxsin (əgər tarixdə belə bir şəxs mövcud olmuşsa) fitnəkar, qali və rafizi olması biz şiələrə də məlumdur.

    Onlar davam etdirərək Kəşşidən belə nəql edirlər: “Bəzi elm adamları belə bir əqidədədirlər ki, guya şiə məzhəbinin banisi Abdullahdır”.

    Əziz oxucular bilməlidirlər ki, Kəşşi burada sadəcə digərlərinin fikrini nəql edir və öz şəxsi əqidəsini açıqlamaq niyyətində deyil.

    Əziz oxucu, məqaləmizin əvvəlində biz “Türkiyə İslam Ensiklopediyası"ndan Abdullah ibn Səbanın tamamilə uydurma bir şəxs olduğunu sitat gətirməyimizə baxmayaraq, hətta belə bir şəxsin mövcud olmasını qəbul etsək belə, bu şəxsin rafizi və qali olması, onun şiəliyin banisi olmasına sübut deyil. Doğrudur, deyilənə görə bu şəxs xəlifəliyin yalnız Əlinin haqqı olduğunu hesab edir və Əhli-sünnənin dediyinə əsasən, belə iddia edən ilk şəxs olmuşdur. Amma biz Əlinin (ə) özü tərəfindən iddia edilmiş xəlifəlik haqqını sizə təqdim etdikdə görəcəksiniz ki, şiə məzhəbi qondarma deyil, elə İslamın özüdür.

    1. Əli (ə) “Şiqşiqiyyə” xütbəsində belə buyurur: “And olsun Allaha İbn Əbu Quhafə (yəni Əbu Bəkr) xəlifəlik köynəyini zorla əyninə keçirtdi. Halbuki, o bilirdi ki, mən xəlifəliyə nisbətdə, dəyirman daşında olan oxa (söhbət xəlifəliyin əsas mehvər və kökündən gedir) bənzəyirəm. O, elmlərin yalnız məndən cari olub axmasını bilirdi. Mən gözündə çöp, boğazında sümük olan şəxs tək səbir etdim. Amma nəhayət, Əbu Bəkr öz yolunu gedərək xilafəti Xəttabın oğluna tapşırdı”.

    Əziz oxucular, bu xütbə əl-Qazi Əbdül-cəbbar Mötəzilinin, ”əl-Muğni”, İbn Əbil-Hədidin, “Şərhi Nəhcül-bəlağə”, İbn Cövzinin, “Təzkirətül-Xəvas”, İbn Əsirin, “ən-Nihayə vəl–bidayə“, İbn Mənzurun, “Lisanül-ərəb” lüğət kitabı, İbn Əbdurəbbihin, “Əqdul-fərid” və s. Əhli-sünnə kitablarında qeyd olunmuş və mötəbər olduğu vurğulanmışdır.

    2. Əli (ə) Kufədə ikən Rəhbə adlı yerdə xalqdan “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” sözünə şahid tələb etdikdə, Bədr döyüşündə iştirak edən on üç səhabə buna şahid durdu. Bu mətləbi Nisainin “Sünən”, Əhmədin “Müsnəd”, İbni Kəsirin “əl-Bidayə vən-nihayə” kitabında daha ətraflı görmək olar.

    İxtisarla qeyd etdiyimiz bu sübutlar kifayətdir. Təbii ki, özlərinə gündə bir ad verən və gizli şəkildə vəhhabi görüşünü təbliğ edərək saytlar açıb savadı olmayan insanları aldatmağa çalışan bugünkü vəhhabi sələfilər qeyd etdiyimiz anlayışla özləri arasında fasilə salıblar. Onlar bu gün vəhhabiliyə doğru “hidayətdən” savayı özgə bir şey düşünmürlər.

    SAMİT BAĞIROV
    İmam Xomeyni adına İslam Universitetinin

    “Quran və Hədisşünaslıq” fakültəsinin məzunu, magistr
    Категория: İslam alimleri | Добавил: media-islam (10.06.2008) | Автор: ilkin E W
    Просмотров: 3375 | Рейтинг: 4.0/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər