Cüme axşamı, 21.11.2024, 14:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Şehadet Karvanı...
     
         "Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər". (Ali-İmran surəsi, 169 ayə).
    Peyğəmbərimiz isə buyurub: "Hər bir yaxşılıqdan üstün bir yaxşılıq da vardır, amma bir adam əziz və cəlil Allahın yolunda öldürülsə şəhidlik məqamına çatar və ondan yüksək və üstün heç bir yaxşılıq yoxdur".
    Şəhadət sünnəti bizlərə əsasən İmam Huseyndən (ə) qalan yadigardır.

    Elə bir yadigardır ki, İmam Huseynin (ə) qiyamını dərk etmək istəyən hər bir şəxs üçün bu yadigar onun qəlbinə həkk olmuşdur. Elə bir mücahid tapılmaz ki, şəhadət arzusu onun qəlbində yer tapmasın. Necə ki, əziz qardaşımız Nürəddin Şirinin (türk yazar) buyurduğu kimi Huseyn Fəhmidə hələ 13 yaşında bu arzu ilə ürəyi döyünmüş və nəhayət arzusuna çatmışdı. Sizə görə o hansı karvana qoşulmuşdu? Qardaşımızın sözünə qüvvət olaraq bu cür cavan şəhidlər İmam Həsənin (ə) oğlu Qasimdən (ə), 13 yaşlı Peyğəmbər (s) nəvəsindən dərs almışlar.

    Sizi bir anlıq Kərbəla səhnəsinə aparmaq istəyirəm:Kərbəla səhrasıdır. Artıq İmam Huseynin (ə) yanında qənimət üçün qoşulanlar deyil, 72 nəfər ixlaslı mömin var. Aşura gününə bir gün qalmış İmam Huseyn (ə) bu 72 nəfəri bir yerə yığaraq bir az söhbət edir. ”İmam Huseyn (ə) deyir: Hər bir kəs sabah şəhid olacaq!”. İmam Həsənin (ə) oğlu 13 yaşlı Qasim (ə) yaşı az olduğundan fikirləşir: ”Görəsən bu şəhadət mənə də nəsib olacaq?”-və əmisinin yanına gələrək soruşur: ”Ya İmam bu şəhidlik kişilərə aiddir?”. Əmisi İmam Huseyn (ə) isə cavabında: ”Xeyr, hamı sabah şəhid olacaq"- deyərək 13 yaşlı İmam Həsənin (ə) oğluna sual verir: "Sən şəhadəti necə görürsən?(Başa düşürsən?)”.
    Qasim İbni Həsən (ə) isə:”Şəhadət mənim üçün baldan belə şirindir” deyir...

    Bu səhnələr şəhadət aşiqlərinin yüksək məqamlarda olduğunu göstərmirmi?

    Bir neçə gün əvvəl bir xəbər məni həm kədərləndirdi həm də sevindirdi. İnternetdə birdən gözümə dəyən Hizbullahın vuran qolu kimi dəyərləndirilən İmad Muğniyyənin şəhadəti məni əvvəl çox kədərləndirdi. Terrorla İslami Liderin aradan götürülməsi, Danimarkada quduzlaşmışların hərəkətləri ilə paralel həyata keçirilməsi bir növ müsəlmanların başının qatışdığından istifadə etmək kimi dəyərləndirilə bilər. Lakin bu onların istədiyi kimi olmadı. Dünya bu terrora səssizcə yanaşsa da, İslami Müqavimət Təşkilatları və bir sıra ölkələrinin liderləri bu cinayəti pisləyərək, tez bir zamanda İmad Muğniyyənin şəhadətini istikbarçı imperiyaların məhvinin başlanğıcı kimi gördüklərini önə çəkdilər. Seyyid Əli Xamenei və Seyyid Həsən Nəsrullahın İmad Muğniyyə ilə bağlı çıxış və bəyanatları, mənim kədərimin sevincə dönməsinə səbəb olurdu. Seyyid Əli Xameneinin: “Qan içiçi və cani Sionistlər bunu bilməlidir ki İmad Muğniyə kimi pak şəhidlərin qanı yüzlərlə İmad Muğniyyə yetişdirəcək, zülmə, fəsada və tüğyana qarşı müqaviməti iki qat gücləndirəcək. Bu böyük şəhid kimi igidlər həyatlarını, dincliklərini və maddi faydalarını məzlumları müdafiə etmə yolunda zülm və istikbarla mübarizədə fəda etdilər. Bu elə uca bir dəyərdir ki, bütün vicdanlı insanlar, onun qarşısında hörmətlə baş əyərlər”.
    Seyyid Həsən Nəsrullahın: “Allaha verdiyi sözdə sədaqət göstərən və şəhadətə çatmağı arzulayan Şəhid İmad Muğniyə, Seyyidüşşühəda İmam Hüseynin (ə) şəhadət günlərində arzuladığı şəhadətə çatdı. O, öz qanını əllərində və kəfənini kürəyində daşıyardı”-sözləri Şəhidin öz arzusuna çatdığından xəbər verməklə yanaşı yeni müqavimət fəslinin başlanğıcını göstərirdi.
    İmad Muğniyyə əlbəttə , İmam Huseyn karvanına qoşuldu. Diqqət edin İmam Huseyn (ə) Aşura günü belə buyurub: «İlahi, hər bir qəmdə pənahım, hər bir çətinlikdə ümidim Sənsən. Ürəkləri lərzəyə salan, çarəni azaldan, dostu narahat edən və düşməni sevindirən qəmləri Sənə tapşırdım. Səndən başqasına yox, yalnız Sənə məhəbbət bəslədiyim üçün, bu şikayəti Sənə söyləyirəm. Sən o qəmləri aradan apardın. Sən hər bir nemətin, hər bir xeyir işin sahibisən. bütün arzuların sonu Sənsən».
    İmad Muğniyyələrin müəllimi olan İmam Huseyn(ə)-ın hər nəyi var idisə, Allah yolunda fəda etdi, malını, ailəsini, dostlarını, övladını, hətta südəmər uşağını İslam yolunda qurban verdi. Bu eşq məktəbidində, şəhidlər dərs alırlar. İmam Huseynin (ə) buyurduğu bu kəlmələrə əməl edirlər: “Mənim kimilər Yezid kimilərə (təslim olmaz) beyət etməz”. Bəli bu şüar, Seyyid Nəsrullahları, Muğniyyələri zamanın Yezidlərinə təslim olmaqdan saxlayır. Kim İmam Huseynçidirsə heç vaxt onlara baş əyməz!!!

    Həzrət Huseyn qətlgahda buyurur: «İlahi! Sənin üçün hamıdan və hər şeydən keçdim. Səninlə görüşmək üçün bütün qohumlarıma göz yumdum.
    İlahi! Sənin məhəbbətinin yolunda tikə-tikə olsam belə, Səndən başqasına pənah aparmaram!».
    Bəli, tikə-tikə olan İmad Muğniyyə canını İslam Müqavimətinin yolunda qurban verərək, başqa qapıya pənah aparmadan yaddaşlarda həkk olundu. İndi dillərin zikri olan, qəlblər və düşüncələr şəhid deyəndə canlandırdığı Şəhid Mütəhərri, Şəhid Musəvi, Şəhid Yasin, Şəhid Rantisi, Şəhid Hərb, Şəhid Şəkaki kimi Şəhid İmad Muğniyyə də onların sırasında öz layiqli yerini tutdu.


    bayramov.ramin@gmail.com
    Ramin Bayramov
     
    Категория: Dini meqaleler | Добавил: media-islam (04.03.2008) | Автор: Ramin Bayramov E
    Просмотров: 2123 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər