Bazar, 22.12.2024, 07:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Qurban bayramı
        QURBAN BAYRAMI
    Bismilləhir-rahmənir-rahim.
    Qurban bayramı əziz gündür.Onun tərbiyəvi əhəmiyyəti olduqca böyükdür.Ən əvvəl,valideyn-övlad münasibətləri, xalqa,Vətənə məhəbbət, qəlblərdə Allah xofu,insanların bir-birinə qayğısı təcəssüm olunur.
       Həzrət İbrahim (ə) Məkkə torpağında,müqəddəs Kəbədə dua edib qadir Allahdan oğul övladı istəyir ki,onun nəslini davam etdirsin.Allah-Təala duasını qəbul edib ona İsmayılı əta edir.Həzrət İbrahim (ə) İsmayılı çox istəyirdi.Elə buna görə də Allah-təala İsmayıl 13 yaşına çatanda Həzrət İbrahimi (ə) imtahana çəkir:-Bir qəlbdə iki məhəbbət olmaz,ya İbrahim!-deyir.-Ya İsmayıl olmalıdır,ya da Allah eşqi.
    Həzrət İbrahim (ə) isə:-Min İsmayıl kimi oğlum olsa,Allah yolunda qurbandir,-deyə qəti qərara gəlir.Lakin bu,sözgəlişi deyimdir;gərək əməldə də sübut edəydi,göstərəydi.Ona görə Allah-təala Həzrət İbrahimə (ə) yuxu vasitəsi ilə oğlu İsmayılı onun yolunda qurban kəsməyi əmr edir.Həzrət İbrahim bu yuxunu zilhiccə (hicri-qəməri təqviminin 12-ci ayı) ayının 8-də görür.Fikirləşir ki, görəsən bu yuxu Allah tərəfindəndir,yoxsa şeytan əməlidir.9-cu gün yenə də təkrarən həmin yuxunu görür və bir daha yəqin edir ki,həqiqətən də bu Allahdandır.Məhz buna görə də zilhiccə ayının 9-cu gününə "
    u399?rəfə günü" deyilir.Yəni tanıma,bilmə günü.Peyğəmbər (ə) zilhiccə ayının 10-cu günü (Qurban bayrami günü)İsmayılı geyindirib Mina dağına gətirir.Təfsir sahibi yazır ki,şeytan bu 13 yaşlı İsmayılı atasının üzünə qaytarmaq,qəlbində şübhələr yaratmaq üçün min bir fitnə-fəsada əl atır.Lakin İsmayıl aldanmır,hətta şeytanı hədələyib ona daş atır.Şeytanın ciddi cəhdi baş tutmur.Həzrət İbrahim (ə) İsmayıla qurban məsələsini açanda o,çox təmkin və vuqarla Allahın əmrinə təslim olduğunu izhar edir.Hətta atasını tələsdirir ki,Allahın əmrini təxirə salmasın.
       Əlbəttə,heç kim bir tikan belə ayağına batmağa razı olmur.Lakin Allah eşqində,ona inamda bu iki aşiq-ata və oğul iradəli,etibarlı və sadiqdirlər.Atanın da,oğulun da Allaha inamı,sədaqəti bir-birindən möhkamdir, üstündür.
    Müasir övladların əksəriyyəti nəinki atalarının tapşırığına əməl etmir,əksinə,bəzən valideynə mənəvi əzab verir,üzünə qayıdır,bəzi hallarda hətta ata-anasına əl qaldıranlar da olur.Belə övlad xoşbəxt ola bilməz.Həzrət İbrahim (ə) qurban kəsən halətdə oğlunun üzünü qibləyə çevirib bıçağı boğazına çəkir.Lakin bıçaq kəsmir.Təkrarən cəhd edir ki,vəzifəsini icra etsin.Axırda qəzəblənibbıçağı daşa çəkir.Bıçaq daşı bölür.Həzrət İbrahim (ə) təəccüb edir.Bu zaman qulağına səs gəlir.Peyğəmbər (ə) başını qaldıranda cənab Cəbraili g_6rür.Cəbrail bu vaxt Allah tərəfindən vəhy gətirmişdi:"Sən öz yuxunu doğrultdun,ya İbrahim!Elə bil İsmayili Allah yolunda qurban kəsdin.Daha kifayətdir,indi buyur,Allahın əmri ilə göndərilən bu qoçu qurban kəs,borcunu yerinə yetir.Allah-təala sənin qurbanını böyük bir qurbanlıqla əvəz etdi".
    İndi bütün dünya müsəlmanları eyni gündə Məkkədə- Mina dağında,müxtəlif ölkələrdə həmin mərasimi icra edirlər.Fəqir-füqəranın qarnını doyurur,hətta bir neçe müddət o qurbanlıq yoxsulların,kimsəsizlərin ruzusu olur.Həzrət Peyğəmbərimiz(s) buyurardı:"İldə bir neçə gecə rahat yatiram.O gecələrdən biri də Qurban bayramı gecəsidir.Bilirəm ki,hamı- ən kasıb adamlar belə bu əziz gündə ət dadır,süfrələrində ləziz,dadlı yeməklər olur".Bu baxımdan insanların ayıq və həssas olması çox vacibdir.Şayət,qonşuluqda müəyyən kimsəsizlər,imkansızlar yaddan çıxarsa,onlara pay yetişməzsə,Allah yanında müqəssir və günahkar olarıq.İlk növbədə elə adamları yada salmalıyıq.Çox yaxşı olardı ki,imkanlılar birləşib bir neçə qoyun kəsib fəqirlərə,əlsiz-ayaqsızlara,kimsəsizlərə,uşaq evinə paylayaydılar.
    Bir-iki kəlmə də qurban kəsilməsi barədə.İsmayıl qurbanında qoyun,keçi,inək,öküz və ya dəvə kəsilə bilər.Qoyun-keçi birillik,inək,öküz,dana,cöngə ildən yuxarı,dəvə isə beş ildən yuxarı olmalıdır.Qurbankəsmə ayın 10-cu günü gün çıxandan ta zöhr namazına qədər icra olunmalıdır.Geçikənlər 11-12-ci günləri də qəza niyyət edib kəsə bilərlər.Qurban payı ən azı 7 hissəyə bölünüb fəqirlərə verilməlidir.Əlbəttə,öz yaxın adamlarını da unutmaq olmaz.Qurban kəsəndə xüsusi dua oxunur.Əgər oxuya bilməsələr,onda bu üç ifadədən birini - "Bismilləhir-rahmənir-rahim" , "Bismilləh" v?>     Bir şeyi də unutmaq olmaz.Bəzən qurban kəsib heyvanın boğazından axan qanı alınlara sürtür və xəstələrə içirdirlər.Bu qətiyyən düzgün deyil,xürafat və nadanlıqdır,çünki,tökülən qan murdardir.

    VƏSSƏLAMU ALEYKUM VƏ RAHMƏTULLAHİ VƏ BƏRƏKATUHU.
    Müəllif:Axund Hacı Mirəziz Seyyidzadə

    ALLAHIM SƏN ÖZÜN HAMININ QURBANINI QƏBUL ET.VƏ MÜSƏLMANLARI TƏQVALI EDİB CƏHƏNNƏM ODUNDA XİLAS ET.İLAHİ AMİN!!!

    `




    Категория: Dini meqaleler | Добавил: al-shia (21.12.2007) | Автор: Huseynli_E E W
    Просмотров: 2698 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər